Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-41/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxx 1965-ci il tarixdə ER Basarkeçər ryounda anadan olmuş, azərbaycanlı və Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, “DOST” iş mərkəzində fəhlə vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən “Yağmur-Mahnur” adlı şirniyyat mağazasında olan özünə məxsus plastik materialdan hazırlanmış borunu götürmək üçün gəldiyi zaman həmin mağazada işləyən, boşanmaq üzrə olduğu arvadı Zərərçəkmiş şəxs yaxınlaşıb ətrafda olan çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəflətən Zərərçəkmiş şəxs saçından tutaraq özünə doğru dartmaqla dizi ilə sinəsindən və yumruqla əlindən vurub sonuncuya sol süd vəzi nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hemotoması (qançır və şişkinliyi), sol əlin arxa səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək, göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır, rəsmi olaraq “DOST” iş mərkəzində fəhlə kimi işləyir. Zərərçəkmiş şəxs onun arvadıdır, aralarında olan mübahisə səbəbindən arvadı boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Ziyafət isə boşanmaq üçün Göygöl rayon məhkəməsinə mürciət etmişdir. Lakin buna baxmayaraq onun arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə yaxşı olmuşdur. 10 dekabr 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evdə təmir işləri görən zaman ona boru lazım olduğu üçün arvadı Zərərçəkmiş şəxs işlətdiyi ünvan 4 ünvanında yerləşən şirniyyat sexinə orada olan özünə məxsus plastik borunu götürmək üçün getmişdir. Sexə daxil olduqda orada arvadı Zərərçəkmiş şəxs, işçilərdən Afaq, Xalidə, Aybəniz, Gülü, həmçinin adını bilmədiyi qadın olmasını görmüşdür. Ziyafətdən orada olan ona məxsus plastik boruya evdə təmir işləri ilə bağlı ehtiyacı olmasını, götürmək istədiyini bildirdikdən sonra sexin anbarına keçərək həmin plastik borunu götürüb şirniyyat sexindən çıxmaq istəyərkən Zərərçəkmiş şəxs “götür, çıx rədd ol burdan”, “bir daha buraya girmə” deyərək ona qqarşı kobud ifadə işlətmiş, polisə zəng edərək ondan şikayət edəcəyini demiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ziyafətin onu təhqir etməsindən əsəbləşdiyi üçün onun üzərinə gedərək onunla əlbəyaxa olmuş, əlləri ilə itələmişdir. İtələdiyi zaman Ziyafətin sinəsi sexdə olan stola dəymişdir. Həmin zaman sexdə olan qadınlar onu təhqir edərək ayırmağa çalışmış, sexə gələn adını bilmədiyi şəxs onun qolundan və yaxasından tutaraq ondan oradan getməyini istəmişdir. Bundan sonra o sexdən çıxaraq uzaqlaşmışdır. Hal-hazırda əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs onunla barışmaqla, ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də onun cinayət əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsi onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o ünvan 1 ünvanında yaşayır,evlidir, iki övladı var. Təqsirləndirilən şəxs onun əridir. Hazırda ünvan 2 ünvanında yerləşən “Yağmur-Mahnur” şirniyyat evini işlədir. Təqsirləndirilən şəxs ilə 1988-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları vardır. Evləndikləri vaxtdan Firuz mütəmadi olaraq sərxoş halda yaşadıqları ünvana gələrək onunla müxtəlif bəhanələrlə mübahisələr etmiş, övladları olduğu üçün bunlara səbr edərək ailəsinin dağılmaısnı istəməmişdir. Son dövrlərdə isə Firuz daha da aqresivləşmiş, mübahisələrini davam etdirmişdir. Ona görə də Təqsirləndirilən şəxs boşanmaq üçün Göygöl rayon məhkəməsinə mürciət etmişdir. 10 dekabr 2023-cü il tarixdə saat 14:30-da radələrində o, özünə məxsus şirniyyat evində olduğu zaman Təqsirləndirilən şəxs həmin sexə gələrək işçilərdən orada plastik boru qalmasını bildirərək həmin borunu istəmişdir. İşçilərin borunu verə bilmədiklərini buna cavabdeh Ziyafətin olduğumu dedikləri zaman Təqsirləndirilən şəxs onun barəsində kobud ifadələr işlətmişdir. O, isə Firuza heç bir söz deməmişdir. İşçilər borunun yerini göstərdikdən sonra Firuz keçərək həmin plastik borunu götürmüş, boru əlində qayıdarkən isə onu görüb üzərinə gəlmişdir. Heç bir səbəb olmadan onun saçından tutaraq özünə tərəf dartmış və dizi ilə sinəsindən, yumruqla əlindən, çiynindən, başından vuraraq ona xəsarətlər yetirmişdir. Sexdə olan işçi qadınlar Firuzu ondan ayırmaq istəsələr də bu mümkün olmamış, sexə müştəri qismində girmiş bir nəfər tanımadığı şəxs işçi qadınların xahiş etməsi ilə Firuzu qucaqlayaraq ondan ayıraraq sexdən bayıra çıxartmışdır. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində şirniyyat evinin iş rejimi bir müddət ərzində pozulmuş, küçədən keçən insanlar şirniyyat evinin qarşısında onlara tamaşa etmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib bağışlanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğin ifadə verməklə onun göstədiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, fərdi qaydada Göygöl şəhəri Aydın Hacıyev küçəsində yerləşən “Yağmur-Mahnur” şirniyyat evində işləyir. 10 dekabr 2023-cü il tarixdə saat 14 radələrində işlədiyi şirniyyat evində olan zaman Təqsirləndirilən şəxs əsəbi vəziyyətdə, ünvansız söyüşlər söyərək, şirniyyat evinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlardan şirniyyat evində olan plastik borunu istəmiş, onlar da, buna səlahiyyətlərinin olmadığını, həmin plastik borunu arvadı Zərərçəkmiş şəxs istəməsini demişlər. Ziyafət isə bu vaxt Firuza keçib arxa tərəfdən plastik borunu götürməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs arxaya keçərək, plastik borunu götürmüş və şirniyyat evindən çıxan zaman arvadı Zərərçəkmiş şəxs üzərinə gedərək, saçından tutub nalayiq ifadələr işlədərək dizi ilə sinəsindən, yumruqla əlindən, çiynindən başından vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Sonradan şirniyyat evinin digər işçiləri Aybəniz, Xalidə və Türkanla birlikdə Təqsirləndirilən şəxs şirniyyat evindən çölə çıxartmışlar. Bundan sonra Təqsirləndirilən şəxs təkrar şirniyyat evinə daxil olmaq istədikdə, şirniyyat evinin qarşısında olan, tanımadığı şəxslər ona mane olmuş və Firuz oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində şirniyyat evinin iş rejimi bir müddət ərzində pozulmuş, küçədən keçən insanlar şirniyyat evinin qarşısında onlara tamaşa etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən və Şahid3 ifadəsində Şahid5 ifadəsinə uyğin ifadə verməklə onun göstədiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 10 dekabr 2023-cü il tarixli baxış protokolundan və fotoşəkillərdən məlum olur ki, 10 dekabr 2023-cü il tarixdə hadisənin baş verdiyi ünvan 2 ünvanında yerləşən “Yağmur-Mahnur” şirniyyat mağazasıdır. Cinayət işinə əlavə olunmuş 1 ədəd DVD diskə komputerin “DVD ROM”una daxil edilməklə, 1 ədəd DVD diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən məlum oldu ki, 1 ədəd DVD diskinin içərisindəki məlumatlara baxmaq üçün 01 ədəd MP4 formatında, VİD_20231210_172451 adlı fayl aşkar edildi. Həmin fayla “Player” proqramı vasitəsi ilə açdıqda 01 dəqiqə 41 saniyəlik video görnütü olması müəyyən edildi. Görüntü mobil telefonun ekranından çəkilir, görüntüdə 00:02-ci saniyəsində Təqsirləndirilən şəxs şirniyyat sexinə daxil olaraq içəri keçməsi görünür, 00:08-ci saniyədə Təqsirləndirilən şəxs görüntüdən itir, 00:40-cı saniyədə Ziyafət Həsənov görüntüyə girərək sexin sağ kənarına doğru gələrək dayanır, 00:56-cı saniyədə əlində plastik boru ilə Təqsirləndirilən şəxs ona arxadan Zərərçəkmiş şəxs onu görmədiyi hissədən yaxınlaşır. İlk öncə sağ əli ilə Zərərçəkmiş şəxs sol qolundan yumruqla vurur, sonra saçından tutaraq sexin ortasına doğru dartmaqla gətirərək döyür, işçi qadınların araya girməsi ilə Təqsirləndirilən şəxs ondan ayıraraq çıxışa doğru aparır, həmin yerdə istintaqla kimliyi müəyyən edilə bilməyən şəxs Təqsirləndirilən şəxs qucaqlayaraq bayıra çıxardır. Görüntünün sonrasında sexin qapısından çöldə Təqsirləndirilən şəxs içəri girməyə çalışması, kənar şəxslərin ona mane olması görünür. 01:41-də görüntü bitir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 10.12.202-cü il tarixli 3711/2023 №-li protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmiş, onda 0,587 promil olmaqla yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 619 №-li canlı şəxsin tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- Sol süd vəzi nahiyyəsinin yumşaq toxumalarının əzilməsi , dərialtı hemotoması (qançır və şişkinliyi), sol əlin arxa səthinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir , əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X3 alınmış arayışlarda X2 hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 12 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə əlavə olunmuş Göygöl rayon İH başçısının Göygöl şəhər üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cinayət işinə əlavə olunmuş Göygöl rayon İH başçısının Göygöl şəhər üzrə nümayəndəliyinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-cü maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-41/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-41/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver