Məhkəmə qərarları › İş №1(066)-42/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-42/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-42/2023 12.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1955-ci ildə Daşkəsən rayonu Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Gəncə şəhəri C.Rəfibəyli küçəsi ev 46-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi VAZ-2106 markalı 02-BR- 869 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisi ilə Göygöl rayonu istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmaqla, yəni yolayrıcıdan kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda, həmin tələbləri pozaraq, həmin avtomobil yolu ilə əks istiqamətə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes benz 208D” markalı 10-XV- 296 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun hərəkət zolağına çıxmaqla toqquşmuş, zərbənin təsirindən Şahid1 idarə etdiyi “Mercedes benz 208D” markalı 10-XV- 296 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus yolun kənarında yerləşən mağazaya çırpılmış və hadisə zamanı ehtiyyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Şahid1 dərəcəsi təyin edilməyən sağ qalça nahiyəsinin qançırı xəsarətləri alması və həmin avtomobildə olan sərnişinlər Şahid3 alın nahiyəsinin səthi yarası xəsarətləri alması, Şahid4 sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ bazu oynağı nahiyəsinin əzniyi, sağ qaş nahiyəsinin yarası ilə müşayiət olunan xəsarətlər alması, onun idarə etdiyi avtomobildə sərnişin qismində olan Şahid2 sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ bazu oynağı nahiyəsinin əzilməsi (qançır və şişkinlik), başın ənsə nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətlər alması, mağazanın içərəsində olan Zərərçəkmiş şəxs3 sağlamlığa az ağır zərər vurmaya aid edilən İ bel fəqərəsinin sol yan çıxıntısının, xətti yerdəyişməmiş sınığı ilə müşayiət olunan xəsarətlər alması, Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır zərər vurmaya aid edilən döş qəfəsinin qapalı küt travması, sağ tərəfli pnevmatoraks, sağ X-Xİİ qabırğaların yerdəyişməmiş, sol iç topuğun minimal yerdəyişmiş sınıqları ilə müşayiət olunan xəsarətlər alması və mağazanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarının açıq küt travması, qaraciyərin travmatik rezeksiyası, mədənin cırılması, daxili qanaxma, hemorragik şok İİİ dərəcə, hər iki bilək sümüklərinin sınığı, sol bilək nahiyyəsinin və sağ əlin ön və arxa səthlərinin yaraları ilə müşayiət olunan xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil arvadı Şahid2 məxsusdur. VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi ilə idarə edir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində idarə etdiyi VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə arvadı Ofelya ilə birlikdə yaşadığı ünvan 1 ünvandan Göygöl rayonu, Üçtəpə kəndində işləyən qohumu Tofiq adlı şəxsi götürmək üçün gedirmişlər. Göygöl rayonu Üçtəpə kənd ərazisi ilə hərəkətdə olarkən yolun sağ tərəf kənarında maneə olduğunu ehtimal edib, sürətini azaldaraq, əks istiqamətli hərəkət zolağına çıxıb yoluna davam etmək istəyərkən qəfil qarşıdan gələn markası və dövlət qediyyat nömrə nişanı sonradan ona məlum olan “mercedes benz 208D”markalı **- XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus ona məxsus Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmuş və nəticədə ona məxsus avtomobil yolun hərəkət hissəsində arxa hissəsi firlanaraq dayanmışdır. Arvadı Ofelya avtomobildən düşmüş, o isə avtomobilin qapısı açılmadığından sağ tərəf qabaq qapıdan yerə enmişdir. Ona məxsus avtomobillə toqquşan nəqliyyat vasitəsinin hara dəydiyinə baxmaq üçün getdikdə, “mercedes benz 208D”markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun Gəncə şəhəri istiqamətində yolun sol tərəf kənarında yerləşən mağazaya girdiyini görmüşdür. O, hadisədən təsirləndiyindən özündə olmamış, orada olan tanımadığı şəxslər mağazada olan bir neçə şəxsin xəsarət aldığını demişlər. Orada olan tanımadığı şəxslər xəsarət alan şəxsləri oradan çıxarmağa çalışırmışlar. Daha sonra həmin xəsarət alan şəxsləri 103 TTY avtomobilinə qoyaraq aparmışlar. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Göygöl rayonu Üçtəpə kəndi ərazisində baş vermiş hadisə vaxtı idarə etdiyi avtomobildə arvadı Ofelya olmuşdur, hadisəni başqa kimlərin görməsini bilməmişdir.Hadisənin baş verməsinə səbəb onun maneədən yayınmaq üçün yolun əks istiqamətinə çıxması olmuşdur. Əks istiqamətdə hərəkət edən “mercedes benz 208D”markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun yüksək sürətlə hərəkət etdiyindən toqquşmadan yayına bilmədi. Bundan başqa o, özünə məxsus idarə etdiyi VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yolun sağ tərəf kənarında maneə olduğunu ehtimal edib, yoluna davam etmək üçün əks istiqamətli hərəkət zolağına çıxmışdır. Həmçinin o, qarşı tərəfdən hərəkət edən “Mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlıi avtomobil hadisə baş verməmişdən əvvəl təxminən 20 km/saat surətlə hərəkət edirmiş. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. Qarşıdan gələn “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun yaxın işıqları yanmadığından həmin nəqliyyat vasitəsinin gəldiyini görə bilməmiş, bu səbəbdən yol-nəqliyyat hadisəsinin baş verməsinin qarşını ala bilmək üçün hər hansı hərəkət edə bilməmişdir. İdarə etdiyi avtomobildə ondan başqa arvadı Şahid2 olmuşdur və qabaq oturacaqda əyləşmişdir. Yol – nəqliyyat hadisəsi zamanı o, hər hansı bir xəsarət almamış, xəsarət almadığımdan məhkəmə-tibbi ekspertizasından keçməmişdir. Bildirmişdir ki, qarşıdan gələn “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus təxminən 80- 100 km/saat surətlə hərəkət edirmiş. Onun əks istiqamətli hərəkət zolağına çıxmağına səbəb yol qaranlıq olduğundan qabağına maneə çıxdığını ehtimal edib, əks istiqamətli hərəkət zolağına çıxıb, yoluna davam etmək istəməsi olmuşdur.Hazırda törətdiyi əməldən peşimandır.Zərər çəkmiş şəxslərlə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən Surxay adlı şəxsə məxsus mağazanın qarşısında əyləşmişdir. Həmkəndlisi Elsevər adlı şəxs isə mağazanın qarşısında onunla salamlaşıb, hal-əhval tutduqdan sonra mağazdan nəsə alacağını deyib mağazaya girmişdir. Həmin vaxt səs gəldi və qəfil mikroavtobus onu vuraraq mağazaya girmişdir. Daha sonra isə özündə olmadığından nə baş verdiyini bilməmişdir. Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada özünə gələn zaman markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə markası və dövlət qediyyat nömrə nişanı sonradan ona məlum olan “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun toqquşduğunu, daha sonra “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun mağazaya girdiyini və onları vurduğunu öyrənmişdir. Sonradan bilmişdir ki, onu xəstəxanaya 103 TTY avtomobili ilə aparıblar. Yol–nəqliyyat hadisəsi zamanı qara ciyər nahiyyəsindən, mədə nahiyyəsindən, bağırsaqlarından, sağ və sol qol nahiyyələrindən xəsarət almışdır və məhkəmə-tibb ekspertizasından keçmişdir.Yol nəqliyyat hadisəsini baş verməsini kimlərin görməsindən xəbəri olmamışdır. Həmin vaxt o, mağazanın qarşısında imiş, mağazada işləyən Surxay və həmkəndlisi Elsevər mağazada olmuşdur.Hazırda ona dəyən zərər ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən Surxay adlı şəxsə məxsus mağazaya ərzaq məhsulları almaq üçün getmişdir. Mağazada satıcı Surxay adlı şəxs var imiş. Həmkəndlisi Qasım adlı şəxs isə mağazanın qarşısında oturmuşdur. Həmin vaxt bərk gurultulu səs gəlmiş, daha sonra isə özündə olmadığından nə baş verdiyini bilməmişdir. Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada özünə gələn zaman markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə markası və dövlət qediyyat nömrə nişanı sonradan mənə məlum olan “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun toqquşduğunu, daha sonra “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun mağazaya girdiyini və onları vurduğunu öyrənmişdir. Sonradan öyrənmişdir ki, onu xəstəxanaya 103 TTY avtomobili ilə aparmışlar. Bundan başqa bildirmişdir ki, yol –nəqliyyat hadisəsi zamanı o, sağ tərəf qabırğa hissələrindən, sol çiyin nahiyyəsindən, sol ayağının baldır və topuq nahiyyəsindən xəsarət almış və məhkəmə-tibb ekspertizasından keçmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsini kimlərin görməsindən xəbəri olmamış, həmin vaxt o, mağazada imiş, yanında da satıcı Surxay olmuşdur. Hazırda ona dəyən zərər ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə bitişik olan özünə məxsus mağazada ərzaq məhsulları satırmış. Mağazada əyləşmişdir. Qasım mağazanın qabağında əyləşmişdir. Qasım onun qohumudur. Elsevər isə həmkəndlisidir. Həmin vaxt bərk gurultulu səs gəldi. Daha sonra isə markası və dövlət qediyyat nömrə nişanı sonradan mənə məlum olan “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun mağazaya çırpılaraq içəri girdiyini görmüşdür. Sonradan öyrənmişdir ki, markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə markası və dövlət qediyyat nömrə nişanı sonradan ona məlum olan “mercedes benz 208D” markalı **- XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus toqquşub, daha sonra “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus ona məxsus mağazaya çırpılıbdır. Həmin vaxt mikroavtobus mağazaya çırpılması nəticəsində rəflərdə olan ərzaq məhsullar başına düşmüş və o yerə yıxılmışdır, başının müxtəlif nahiyyələrindən, belindən xəsarət almışdır. Həmin vaxt onu kürəkəni Vüqar Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparmışdır. Yol –nəqliyyat hadisəsi zamanı o, baş nahiyyəsindən və belindən xəsarət almışdır və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir.Bundan başqa bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsini kimlərin görməsindən xəbəri olmamışdır. Bildirmişdir ki, “Mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun ona məxsus mağazaya çırpılması nəticəsində 1500 manat dəyərində ağ rəngli qapı və pəncərə, 1200 (min iki yüz) manat dəyərində olan 2 metr uzunluğunda soyuducu, 700 (yeddi yüz) manat dəyərində dondurma soyuducusu, 50 (əlli) manat dəyərində 1,5x0,8 ölçülü stol, 20 (iyirmi) manat dəyərində stul, 100 (yüz) manat dəyərində konfet-şokolad rəfləri olan 1 ədəd 35 (otuz beş) manat dəyərində tərəzi, 1 ədəd 4 manat dəyərində elektron tərəzi sınmışdır. Mağazada olan 1 kq-nın qiyməti 1 manat 55 qəpik olan 30 kq şəkər tozu, 1 kq-nın qiyməti 1 manat 80 qəpik olan 20 kq qənd, 1 kq-nın qiyməti 3 manat 50 qəpik olan 8 kq uzun düyü, 1 kq-nın qiyməti 2 manat olan 8 kq yumru düyü, 1 kq-nın qiyməti 3 manat olan 5 kq qarabaşaq, 1 kq-nın qiyməti 3 manat 20 qəpik olan 5 kq mərci, 1 kq-nın qiyməti 4 manat olan 6 kq noxud, 1 kq-nın qiyməti 1 manat olan 8 kq makaron, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 5 ədəd Çempion (100 qr) çayı, 1 ədədinin qiyməti 1 manat 20 qəpik olan 6 ədəd Çempion (50 qr) çayı, 1 ədədinin qiyməti 21 manat olan 2 ədəd Çempion (500 qr) çayı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 5 ədəd Beta (100 qr) çayı, 1ədədinin qiyməti 1 manat 80 qəpik olan 6 ədəd Xəzər çayı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 2 ədəd Final (100qr) çayı, 1 ədədinin qiyməti 4 manat 80 qəpik olan 4 ədəd Berqa (100qr) çayı, 1 ədədinin qiyməti 2 manat olan 5 ədəd Tess çayı, 1 ədədinin qiymət 90 qəpik olan 50 ədəd bizon (böyük) enerji içkisi, 1 ədədinin qiymət 80 qəpik olan 20 ədəd bizon (balaca) enerji içkisi, 1 ədədinin qiyməti 1 manat olan 25 ədəd full enerji içkisi, 1 ədədinin qiyməti 1 manat 40 qəpik olan 15 ədəd final yağı, 1 ədədinin qiyməti 1 manat 40 qəpik olan 10 ədəd sana yağı, 1 kq-nın qiyməti 5 manat olan 2 kq sosiska, 1kq-nın qiyməti 10 manat olan 2 kq kolbasa, 1 kq-nın qiyməti 6 manat olan 5 kq kişmiş, 1 ədədinin qiyməti 50 qəpik olan 20 ədəd tum, 1 ədədinin qiyməti 9 manat olan 3 ədəd “Super Sun”(1 kq-lıq) yağı, 1 ədədinin qiyməti 15 manat olan 2 ədəd “Super Sun” (2 kq-lıq) yağı, 1 ədədinin qiyməti 7 manat olan 3 ədəd “Ana-bala”(1 kq-lıq) yağı, 1 ədədinin qiyməti 2 manat olan 19 ədəd “coco-cola“ ( 2litlrlik ), 1 ədədinin qiyməti 1 manat 30 qəpik olan 22 ədəd “coco-cola“ ( 1 litlrlik ), 1 ədədinin qiyməti 90 qəpik olan 10 ədəd “coco-cola“ ( 0,5 litlrlik ), 1 ədədinin qiyməti 2 manat olan 19 ədəd “fanta“ ( 2litlrlik ), 1 ədədinin qiyməti 1 manat 30 qəpik olan 22 ədəd “fanta“ ( 1 litlrlik ), 1 ədədinin qiyməti 90 qəpik olan 10 ədəd “fanta“ ( 0,5 litlrlik ), 1 ədədinin qiyməti 2 manat olan 19 ədəd “sprite“ ( 2litlrlik ), 1 ədədinin qiyməti 1 manat 30 qəpik olan 22 ədəd “sprite“ ( 1 litlrlik ), 1 ədədinin qiyməti 90 qəpik olan 10 ədəd “sprite” ( 0,5 litlrlik ), 1 ədədinin qiyməti 0,7 manat olan 40 ədəd slavyanka suyu, 1 ədədinin qiyməti 0,6 manat olan 10 ədəd qax suyu, 1 ədədinin qiyməti 1 manat 20 qəpik olan 11 ədəd “yessentuki” suyu, 1 ədədinin qiyməti 3 manat 50 qəpik olan 4 ədəd “Sevinc” çaxırı, 23 manat dəyərində dirol saqqızları, 1 kq-nın qiyməti 4 manat 50 qəpik olan 5 kq konfet karamel, 1 kq-nın qiyməti 4 manat 50 qəpik olan 3 kq şüşə konfet, 1 ədədinin qiyməti 7 manat 50 qəpik olan 10 ədəd “xan” (0,7 litr) araqları, 1 ədədinin qiyməti 10 manat olan 15 ədəd “xan” (1 litrlik) araqları, 1 ədədinin qiyməti 5 manat 50 qəpik olan 20 ədəd “xan” ( 0,5 litr) araqları, 1 ədədinin qiyməti 3 manat olan 10 ədəd “Gəncə” ( 0,25 litr) araqları, 1 ədədinin qiyməti 5 manat 50 qəpik olan 5 ədəd “Xlebni” ( 0,5 litr) araqları, 1 ədədinin qiyməti 2 manat 75 qəpik olan 10 ədəd “Xlebni” ( 0,25 litr) araqları məhv olunmuşdur. Beləliklə ümumilikdə ona 4950 (dörd min doqquz yüz əlli) manat 20 (iyirmi) qəpik maddi ziyan dəymişdir.Hazırda ona dəyən zərər ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 nömrəli mikroavtobus ilə Gəncə-Üçtəpə kəndi arası işləyirmiş. “Mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus atası X2 məxsusdur. “Mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusu etibarnamə əsasında sürücülük vəsiqəsi ilə idarə edirmiş. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində işi qurtardığından idarə etdiyi “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus ilə öz yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsi təzə məhlələrdə yerləşən evinə gedirmiş. Həmin vaxt Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Orxan“ adlı marketin yanında əvvəllər tanıdığı Anar və Səfər adlı şəxslər ona yaxınlaşıb, yaşadıqları evin yaxınlığında düşürməyini bildirmişlər və ona məxsus mikroavtobusda əyləşmişlər. Göygöl rayonu Üçtəpə kənd ərazisi ilə hərəkətdə olarkən əks istiqamətdən gələn markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun sağ tərəf kənarında yerləşən çörək sexinə tərəf dönməsini görüb, sükanı sağa doğru çəksə də markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmuş və daha sonra idarə etməni itirib yolun sol tərəf kənarında yerləşən mağazaya girmişdir. O, hadisədən təsirləndiyindən özündə olmamış, orada olan tanımadığı şəxslər mağazada olan bir neçə şəxsin xəsarət aldığını demişlər. Orada olan tanımadığı şəxslər xəsarət alan şəxsləri mağazadan çıxarmağa çalışırmışlar. Daha sonra həmin şəxsləri 103 TTY avtomobilinə qoyaraq aparmışlar. Bundan başqa bildirmişdir ki, hadisənin baş verməsinə səbəb əks istiqamətlə hərəkət edən VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs yolun sağ tərəf kənarında yerləşən çörək sexinə tərəf dönməsini görüb, sükanı sağa doğru çəksə də Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmuş və daha sonra idarə etməni itirib, yolun sol tərəf kənarında yerləşən mağazaya girmişdir.Hadisə baş verməmişdən əvvəl təxminən 40-50 km/saat surətlə hərəkət edirmiş. Hadisə baş verməmişdən əvvəl spirli içki qəbul etməmiş, polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. Bildirmişdir ki, o, qarşıdan gələn Vaz 2106 minik markalı **- BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hadisənin baş veriyi yerə təxminən 25-30 metr qalmış görmüş, hadisənin baş verməsinin qarşını almaq üçün əvvəlcə əyləcdən istifadə esdərək, sükanı sağa doğru çəkərək ötüb keçmək istəsə də, lakin həmin vaxt VAZ- 2106 markalı avtomobilin sürücüsü mənim hərəkət zolağıma çıxmış, ona məxsus mikroavtobusun sol tərəf ön hissəsi ilə toqquşmuşdur. İdarə etdiyi mikroavtobusda ondan başqa tanışları Şahid3 və Şahid4 olmuş, yol-nəqliyyat hadisəsini kimlərin görməsini bilməmişdir.Yol-nəqliyyat hadisəsi zamanı o, hər hansı bir xəsarət almamış, yol nəqliyyat hadisəsi baş verdikdən sonra idarə etdiyi mikroavtobusdan düşən zaman öz ehtiyyatsızlığı səbəbindən sağ ayağından xəsarət almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili əri Təqsirləndirilən şəxs AC 665355 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. Bildirirəm ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində əri Zahidlə birlikdə idarə etdiyi VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ünvan 1 ünvandan Göygöl rayonu, Üçtəpə kəndində işləyən qohumları Tofiq adlı şəxsi götürmək üçün gedirmişlər. O, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Göygöl rayonu Üçtəpə kənd ərazisi ilə hərəkətdə olarkən qəfil qarşıdan gələn markası və dövlət qediyyat nömrə nişanı sonradan ona məlum olan “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus onun olduğu VAZ-2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmuş və nəticədə avtomobil yolun hərəkət hissəsində arxa hissəsi firlanaraq dayanmışdır. O, avtomobildən düşmüş, onun olduğu avtomobillə toqquşan nəqliyyat vasitəsinin hara dəydiyinə bilmək üçün baxdıqda, “mercedes benz 208D”markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun Gəncə şəhəri istiqamətində yolun sol tərəf kənarında yerləşən mağazaya girdiyini görmüşdür. O, hadisədən təsirləndiyindən özündə olmamış, orada olan tanımadığı şəxslər mağazada olan bir neçə şəxsin xəsarət aldığını demişlər. Orada olan tanımadığı şəxslər xəsarət alan şəxsləri oradan çıxarmağa çalışırmışlar. Daha sonra həmin şəxsləri 103 TTY avtomobilinə qoyaraq, xəstəxanaya aparmışlar. Bundan başqa bildirmişdir ki, o, yolnəqliyyat hadisəsinin necə baş verdiyini bilməmiş, ancaq fikrincə yol-nəqliyyat hadisənin baş verməsinə səbəb “mercedes benz 208D” markalı **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobuun yüksək surətlə gəlməsi olmuşdur. Hadisə baş verməmişdən əvvəl əri Təqsirləndirilən şəxs spirli içki qəbul etməmişdir. O, “mercedes benz 208D” markalı **- XV-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus yüksək surtələ gəldiyindən görə bilməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı mən başımın sağ tərəf hissəsindən, sağ ayağımdan xəsarət almış və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində o, qardaşı Səfər ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Orxan“ adlı marketin yanından yaşadığı Üçtəpə kəndi ərazisində yerləşən “Leyla“ adlı marketin yaxınlığında yerləşən evlərinə gedirmişlər. Həmin vaxt Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Orxan“ adlı marketin yanında əvvəllər tanıdığı Aslan adlı şəxsi görmüş. Aslan işinin qurtardığını, evə getdiyini bildirmişdir. O, Aslandan xahiş etmişdir ki, onları da yolüstü yaşadıqları evin yaxınlığında düşürsün. O və qardaşı Səfər Aslanın idarə etdiyi “mercedes benz 208D” markalı dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan **-XV-*** d.q.n.n-lı mikroavtobusa minmişlər. Göygöl rayonu Üçtəpə kənd ərazisi ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfil onların hərəkət istiqamətinə doğru dönməsini görmüşdür. Aslanın idarə etdiyi “mercedes benz 208D” markalı dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan **-XV-*** d.q.n.n-lı mikroavtobusun sol tərəf ön hissəsi ilə VAZ 2106 minik markalı **-BR- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmuşdur. Daha sonra nə baş verdiyini bilməmişdir. O, sağ tərəf alın nahiyyəsindən qan axdığını görmüş və mikroavtobusun qapısının açılmadığını görüb, mikroavtobusun sağ tərəf pəncərəsini açararaq düşmüşdür. Mikroavtobusdan düşdükdən sonra mikroavtobusun Gəncə şəhəri istiqamətində yolun sol tərəf kənarında yerləşən mağazaya çırpıldığını görmüşdür. Daha sonra o və qardaşı Səfər yoldan ötən tanımadığı şəxsə məxsus markası və döv. qeyd. nömrə nişanını xatırlamadığı taksi ilə xəstəxanaya getmişlər. Qardaşı Səfər sağ qaş nahiyyəsindən, sağ çiyin nahiyyəsindən xəsarət almışdır. Bundan başqa bildirmişdir ki, hadisənin baş verməsinə səbəb əks istiqamətlə hərəkət edən VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü adı mənə sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə bizim hərəkət istiqamətində qarşımıza çıxması olmuşdur. Şahid1 idarə etdiyi “mercedes benz 208D” markalı **-XV-*** d.q.n.n-lı mikroavtobusda ondan başqa qardaşı Şahid4 olmuşdur və yolnəqliyyat hadisəsini kimlərin görməsindən xəbəri olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı o, sağ alın nahiyyəsindən, sol qol nahiyyəsindən xəsarət almış və məhkəmə tibbi ekspertiza müayinəsindən keçmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində o, qardaşı Anar ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Orxan“ adlı marketin yanından Üçtəpə kəndi ərazisində yerləşən “Leyla“ adlı marketin yaxınlığında yerləşən evlərinə gedirmişlər. Həmin vaxt Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən “Orxan“ adlı marketin yanında əvvəllər tanıdığı Aslan adlı şəxsi görmüşlər. Aslan işinin qurtardığını, evə getdiyini bildirmişdir. Onlar Aslandan xahiş etmişlər ki, onları da yolüstü yaşadıqları evin yaxınlığında düşürsün. O və qardaşı Anar Aslanın idarə etdiyi “mercedes benz 208D” markalı dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan **-XV-*** d.q.n.n-lı mikroavtobusa minmişlər. Göygöl rayonu Üçtəpə kənd ərazisi ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfil onların hərəkət istiqamətinə doğru dönmək istəməsini görmüşdür. Aslanın idarə etdiyi “mercedes benz 208D” markalı dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan **-XV-*** d.q.n.n-lı mikroavtobusun sol tərəf ön hissəsi ilə Vaz 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol tərəf ön hissəsindən toqquşmüşdur. Daha sonra nə baş verdiyini bilməmişdir. O, sağ tərəf qaş nahiyyəsinin çapıldığını, qanadığını görmüş və mikroavtobusun qabaq alın şüşəsi sındığından oradan düşmüşdür. Mikroavtobusan yerə endikdən sonra mikroavtobusun mağazaya çırpıldığını bilmişdir. Daha sonra o və qardaşı Anar yoldan ötən tanımadığı şəxsə məxsus markası və dövlət qeyd. nömrə nişanını xatırlamadığım taksi ilə xəstəxanaya getmişlər. Qardaşı Anar alnının sağ hissəsinin qanadığını görmüşdür, sol qol nahiyyəsinin ağrıdığını bildirmişdir. Hadisənin baş verməsinə səbəb əks istiqamətlə hərəkət edən VAZ 2106 minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların hərəkət istiqamətində qarşılarına çıxması olmuşdur.Şahid1 idarə etdiyi “mercedes benz 208D” markalı **-XV-*** d.q.n.n-lı mikroavtobusda ondan başqa qardaşı Şahid3 olmuşdur və yol-nəqliyyat hadisəsini kimlərin görməsindən xəbəri olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı o, sağ qaş nahiyyəsindən, sağ çiyin nahiyyəsindən xəsarət almış və məhkəmə tibbi ekspertiza müayinəsindən keçmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -24 avqust 2022-ci il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Üçtəpə kəndi ərazisinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. -24 avqust 2022-ci il tarixli 1910/2022 nömrəli sərxoşluğun müayinəsi haqqında aktdan məlum olur ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. -24 avqust 2022-ci il tarixli 1911/2022 nömrəli sərxoşluğun müayinəsi haqqında aktdan məlum olur ki, Şahid1 ayıq vəziyyətdə olmuşdur. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 244 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının açıq küt travması, qaraciyərin travmatik rezeksiyası, mədənin cırılması, daxili qanaxma, hemorragik şok İİİ dərəcə, hər iki bilək sümüklərinin sınığı, sol bilək nahiyyəsinin və sağ əlin ön və arxa səthlərinin yaraları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 245 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin qapalı küt travması, sağ tərəfli pnevmatoraks, sağ X-Xİİ qabırğaların yerdəyişməmiş, sol iç topuğun minimal yerdəyişmiş sınıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 240 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – İ bel fəqərəsinin sol yan çıxıntısının, xətti yerdəyişməmiş sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 fevral 2023-cü il tarixli 8/508 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes benz 208D” markalı 10-XV- 296 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. VAZ-2106 markalı 02-BR- 869 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 iyun 2023-cü il tarixli 8/1425 nömrəli rəyində göstərilmişdir ki, mövcud metodikanın tələblərinə əsasən yolnəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürətu ona məxsus tormoz izinə uyğun müəyyən edilir.Lakin iş materiallarından məlum olduğu kimi hadisə yerində tormoz izi qalmadığından mövcud hadisədə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitələrinin hərəkət sürətlərini müəyyən etmək mümkün deyildir 2a. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı 02BR869 dövlət qeydiyyat nömrə nişanlı avtobobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. 2b.3.4 Məhkəə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes benz 208D” markalı 10-XV- 296 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü Şahid1 təhlükə yaranan andan toqquşma yerinə kimi idarə etdiyi mikroavtobusu dayandırmağa texniki imkanı olmaması, toqquşmanın təsirindən mikroavtobusun idarəolunmaz vəziyyətə düşərək sola istiqamətlənib yolun kənarında yerləşən mağazaya dəyməsi və toqquşma nəticəsində dayanıqlı hərəkət halından çıxmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən idarə oluna bilməməsi faktları nəzərə alınmaqla, “Mercedes benz 208D” markalı 10-XV- 296 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görühür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən AR CM-nin 127.1-ci maddəsi ilə 1 il islah işləri 20% cəzasına məhkum edilmişdir. -Gəncə şəhər İHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 885 nömrəli arayışından və arayışa əlavə edilmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət səciyələndirilir. -Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərib onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. -Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərib onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. -Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.1-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin qeydinə əsasən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamı ilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və onlara dəymiş zərəri könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan şikayətləri və tələblərinin olmaması, onlara dəymiş zərəri tamamilə ödəməsi, eyni zamanda işin icraatına xitam verilməsinə mane olan hallar olmadığı nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40, 43, 321, 344-347, 356, 358 və 384-cü maddələrini, habelə Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, qərarverdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbbiri xitam edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar