Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-43/2024 16.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan, barəsində Göygöl Rayon Məhkəməsinin bu cinayət işi üzrə 16 may 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, tamah və satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi, xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan paketdə olan, 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə təmiz 2,15 qram, 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,90 qram, digər 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,78 qram, həmin qazet kağız bükümdəki 2 (iki) ədəd sarı rəngli kağız bükümlərdə və 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, tütünlə qarışıq halda, təmiz çəkiləri 0,83 qram, 0,79 qram, 1,03 qram olan, tütündən ayrıldıqdan təmiz çəkiləri 0,66 qram, 0,63 qram, 0,82 qram, ümumilikdə 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,154 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,440 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 20 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində Göygöl rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl rayonu, Xəqani kəndi ərazisində müəyyən edilərək, Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan paketdə olan, 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə təmiz 2,15 qram, 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,90 qram, digər 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,78 qram, həmin qazet kağız bükümdəki 2 (iki) ədəd sarı rəngli kağız bükümlərdə və 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, tütünlə qarışıq halda, təmiz çəkiləri 0,83 qram, 0,79 qram, 1,03 qram olan, tütündən ayrıldıqdan təmiz çəkiləri 0,66 qram, 0,63 qram, 0,82 qram, ümumilikdə 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,154 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,440 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, göstərdi ki, o, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. 19 oktyabr 2023-cü il tarixdə təminən axşam saatlarında 09 radələrində onunla eyni qəsəbədə yaşayan tanışı Şahid1 məxsus mobil nömrəyə zəng edərək, onu Gəncə şəhərinə aparmağını xahiş etmişdir. Şahid1 idarə etdiyi 21154 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə getmişlər. Onlar Göygöl rayonu Xəqani kəndi ərazisinə çatan zaman Şahid1 avtomobili saxlamağını və əmisi oğlunun da gedəcəyini bildirmişdir. Şahid1 avtomobili Gəncə şəhəri istiqamətində yolun sağ tərəf kənarında saxlamış və təxminən 10 dəqiqə sonra yanlarında polis avtomobili dayanmışdır. Polis əməkdaşları olan Göygöl RPŞ-nin PPX-nin polis serjantları onu polis şöbəsinə gətirmişlər. Həmin gün axşam saat 10 radələrindən onları polis şöbəsində saxlamışlar. Səhər saat 08 radələrində isə polis əməkdaşları ona bildirmişlər ki, üzərində axtarış aparılmasını bildirmişlər. Polis əməkdaşları ona təqdim etdikləri narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını bildirməsini demişlər, əks halda onunla gələn Şahid1də üzərinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. O, da məcbur olub, üzərində axtarış aparılarkən polis əməkdaşlarının ona təqdim etdikləri 1 (bir) ədəd şəffaf sellofan paketdə olan, 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə təmiz 2,15 qram, 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,90 qram, digər 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,78 qram, həmin qazet kağız bükümdəki 2 (iki) ədəd sarı rəngli kağız bükümlərdə və 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, tütünlə qarışıq halda, təmiz çəkiləri 0,83 qram, 0,79 qram, 1,03 qram olan, tütündən ayrıldıqdan təmiz çəkiləri 0,66 qram, 0,63 qram, 0,82 qram, ümumilikdə 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,154 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,440 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirmişdir. Onun Gəncə şərinə gəlkməkdə məqsədi əmisi oğlu Elvin ilə birlikdə qadın yanına getmək olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməməsi onun tərəfindən cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilmiş cəhddir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır.Eyni qəsəbədə yaşayırlar. Qardaşına məxsus olan Vaz 21154 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC kateqorialı AE 318187 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. O, evlərin təmir-tikinti işləri ilə məşğul olur. Boş vaxtlarında 21154 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 19 oktyabr 2023-cü il tarixdə təxminən axşam saatlarında 09 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, onu Gəncə şəhərinə aparmağını xahiş etmişdir. O, qeyd edilən avtomobil ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından götürüb Gəncə şəhərinə getmişlər. Onlar Göygöl rayonu Xəqani kəndi ərazisinə çatan zaman Təqsirləndirilən şəxs ondan avtomobili saxlamağı və öz əmisi oğlunun da oraya gələrək onlarla gedəcəyini bildirmişdir. O, avtomobili Gəncə şəhəri istiqamətində yolun sağ tərəf kənarında saxlamış və təxminən 10 dəqiqə sonra yanlarında polis avtomobili dayanmışdır. Polis əməkdaşları olan Göygöl RPŞ-nin PPX-nin polis serjantları onu polis şöbəsinə gətirmişlər. Həmin gün axşam saat 10 radələrindən onları polis şöbəsində saxlamışlar. Səhər saat 08 radələrində isə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər, o, isə evinə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsinə və Göygöl rayonuna gələrək üzərində gəzdirməsinə dair Göygöl RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul olunmuş qərar əsasında, əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun üzvüləri Göygöl RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs yeri Göygöl rayonu Xəqani kəndində müəyyən edərək, onlarla özlərini təqdim edərək onlarla birlikdə Göygöl RPŞ-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. Göygöl RPŞ-nin binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş, vəkil X6 iştirakı və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk əvvəl təhqiqatçı tərəfindən ona təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisində olan kütlələri təqdim edib bildirmişdir ki, həmin bükümlərdən 4 ədədinin içərisindəki kütlələrin narkotik vasitə olan marixuana və bir ədəd bükümün içərisindəki kütlənin psixatrop maddə olan metamfetamindir. Bundan başqa üzərindən saxlanılması qanunla qadağan edilmiş hər-hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin kütlələri də İran vətəndaşından əldə almışdır. Sonra həmin bir ədəd ağ rəngli sellofan torba açıldıqda içərisində olan narkotik vasitəyə oxşar kütlələrin bükümlərlə birlikdə çəkiləri çəkilmiş ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Daha sonra şəxsi axtarış və götürülmə barədə protokol tərtib edilmiş, ucadan öxunmuş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. 20 oktyabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. Göygöl RPŞ-in CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Göygöl RPŞ-in rəisinə raportla məruzə edərək, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında məruzə etmiş, həmin məlumat əsasında yaradılmış əməliyat qrupunun tərkibində olan Göygöl RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində Göygöl rayonu, Xəqani kəndi ərazisində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmişdir. Tərtib edilmiş raport əsasında Göygöl RPŞ-nin Növbətçi Hissəsində “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatıkitabın”da HK- 1/1876 nömrəsi ilə qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarının müdafiəsi üçün vəkilin iştirakı ilə üzərinə baxış keçirmişdir. Təqsirləndirilən şəxs öz seçimi ilə dövlət hesabına X7 dəvət edərək müdafiəçi olaraq təyin etmişdir. Təqsirləndirilən şəxs tutulan zaman qanunvericiliyə uyğun olaraq ona bütün hüquqlarını izah etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkliş ilə baxış keçirilərək şəxsi axtarış aparılmışdı. Baxış və şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri çıxarıb təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs baxış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisində olan kütlələri təqdim edib bildirmişdir ki, həmin bükümlərdən bir ədəd qazet bükümün içərisində olan 1 ədəd yarımçıq kibrit qutusu və 2 ədəd sarı rəngli kağız bükümlərin, digər 3 ədəd bükümün içərisindəki kütlələrin narkotik vasitə olan marixuana və bir ədəd şəffaf sellofan bükümdə olan 3 ədəd bükümün içərisindəki kütlə psixotrop maddə olan metamfetamindir. Ümumilikdə 6 ədəd büküm narkotik vasitə olan marixuana və 3 ədəd büküm psixotrop maddə olan metamfetamin götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin kütlələri də İran vətəndaşından əldə almışdır. Sonra həmin cəmi 9 ədəd bükümlər içərisində olan narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr ilə birlikdə çəkilmiş ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Daha sonra şəxsi axtarış və götürülmə barədə protokol tərtib edilmiş, ucadan öxunmuş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Gəncə şərində yaşayır. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs ilə onun yaxın münasibətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs tez-tez onlara gəlib, getmişdir. 19 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək, onlara gələcəyini bildirmiş olsa da gəlməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis işçiləri saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən GöygplRayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 5(066)-103/2023 qərarından məlum olur ki, Göygöl rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarı qnuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,“Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 20 oktyabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisində olan kütlələri təqdim edib bildirir ki, həmin bükümlərdən bir ədəd qazet bükümün içərisində olan 1 ədəd yarımçıq kibrit qutusu və 2 ədəd sarı rəngli kağız bükümlərin, digər 3 ədəd bükümün içərisindəki kütlələrin narkotik vasitə olan marixuana və bir ədəd şəffaf sellofan bükümdə olan 3 ədəd bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamindir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, həmin kütlələri İran vətəndaşından əldə etdiyini deməsi əks olunmuşdur. Eyni zamanda aşkar olunmuş kütlənin polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə ölçülməsi və kütlələrin büküm ilə birlikdə çəkisinin, 4.3 qram, 6.2 qram, 2.4 qram, 6.3 qram və psixotrop maddəyə oxşar kütlənin 0.7 qram olmasını bildirmələri, sonra isə həmin kütlənin qara rəngli sellofan torba ilə birlikdə zərfə qoyularaq möhürlənməsi videogörüntüdə əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin kompleks məhkəmə bioloji və məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 16/1038 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir büküm 4,3 qram, 6,2 qram, 2,4 qram, 6,3 qram və 0,7 qram çəkilərdə bükümlər götürüldü” yazı və imzalar olan kağız paketdəki: 1 ədəd şəffaf sellofan paketdə olan, 1 ədəd yaşıl rəngli kağız bükümdə təmiz çəkisi 2,15 qram, 1 ədəd qəzet kağız bükümdəki 1 ədəd yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,90 qram, digər 1 ədəd qəzet kağız bükümdəki 1 ədəd yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,78 qram, həmin qəzet kağız bükümdəki 2 ədəd sarı rəngli kağız bükümlərdə və 1 ədəd yaşıl rəngli kağız bükümdə, tütünlə qarışıq halda, təmiz çəkiləri 0,83 qram, 0,79 qram, 1,03 qram olan, tütündən ayrıldıqdan təmiz çəkiləri 0,66 qram, 0,63 qram, 0,82 qram, ümumilikdə 6 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar. Marixuananın ümumi təmiz çəkisi 7,94 qram olmuş, tədqiqata 0,12 qram sərf edildi, qalıq 7,82 qram təşkil edir. 3 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,154 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,440 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindirlər. Psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,440 qram olmuş, tədqiqata 0,15 qram sərf edildi, qalıq 0,290 qram təşkil edir. Adı çəkilən Mərkəzin 20 oktyabr 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat, 80 (səksən) qəpik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 22 noyabr 2023-cü il tarixli, 1943 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 7,94 qram olmuş, tədqiqatdan sonra qalan 7,82 qram qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,440 qram olmuş, tədqiqatdan sonra qalan 0,290 qram psixotrop maddə-metamfetamin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 7,82 qram olan qurudulmuş marixuana və 0,290 qram olan psixotrop maddə-metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Göygöl RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddəni o, İran Respublikası vətəndaşının Bakı şəhəri Montin adlanan ərazidə məişət tullantıları qablarının yanına qoyduğu yerdən götürmüşdür. Lakin, qeyd olunan narkotik vasitənin həqiqətəndə İran Respublikası vətəndaşı tərəfindən və yaxud kim tərəfindən və hansı şəraitdə oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, konkret olaraq kimə bağışlaması, hansı şəxslərə satması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən alınmış arayışda Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 noyabr 2023-cü il tarixli tələbnaməsindən və Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 1(076)-32/2021 saylı hökmündən, Gəncə şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 7(125)- 143/2022 saylı qəararından və Gəncə şəhər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 7(125)-317/2023 saylı qəararından məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 1(076)-32/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 3 il, 6 ay müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 7(125)-143/2022 saylı qəararına əsasən ona Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 1(076)-32/2021 saylı hökmünə əsasən təyin edilmiş 3 il, 6 ay müddətə azadlıqdan məhrumetmə çəzasının çəkilməmiş qalan 1 il, 5 ay, 7 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 7(104)-109/2022 saylı qəararına əsasən, Gəncə şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 7(125)-143/2022 saylı qəararı ləğv edilmiş, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 1(076)-32/2021 saylı hökmünə əsasən təyin edilmiş 3 il, 6 ay müddətə azadlıqdan məhrumetmə çəzasının 03 oktyabr 2022-ci il tarixə çəkilməmiş qalan 1 il, 5 ay, 7 gün azadlıqdan məhrumetmə çəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi qərara alınmışdır. Gəncə şəhər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 7(125)-317/2023 saylı qəararına əsasən ona Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021ci il tarixli 1(076)-32/2021 saylı hökmünə əsasən təyin edilmiş 3 il, 6 ay müddətə azadlıqdan məhrumetmə çəzasının çəkilməmiş qalan 6 ay, 15 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinəəsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan 20 oktyabr 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 21 oktyabr 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getmıəmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 1(076)- 32/2021 saylı hökmünə əsasən təyin edilmiş 3 il, 6 ay müddətə azadlıqdan məhrumetmə çəzasını çəkən Təqsirləndirilən şəxs cəzasının sona çatması ilə əlaqədar olaraq onun barəsində hazırkı cinayət işi ilə əlaqədar seçilmiş “başqa yerə getmıəmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilə Şəmkir rayon İH başçısının Şəmkir rayonu Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən Şəmkir rayon İH başçısının Şəmkir rayonu Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbə Ə.Ağayev küçəsi ev 13-də yaşayır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərisə narkotik vasitələrin və psixotrop maddələrin satılması(1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs tamah və satış ilə qanunsuz olaraq əldə etdiyi, xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan paketdə olan, 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə təmiz 2,15 qram, 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,90 qram, digər 1 (bir) ədəd qazet kağız bükümdəki 1 (bir) yarımçıq kibrit qutusunda təmiz çəkisi 1,78 qram, həmin qazet kağız bükümdəki 2 (iki) ədəd sarı rəngli kağız bükümlərdə və 1 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, tütünlə qarışıq halda, təmiz çəkiləri 0,83 qram, 0,79 qram, 1,03 qram olan, tütündən ayrıldıqdan təmiz çəkiləri 0,66 qram, 0,63 qram, 0,82 qram, ümumilikdə 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,154 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,440 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, məhkəmə iclasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini tamah və satış ilə qanunsuz olaraq əldə edib saxlamaqla, daşıması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, konkret olaraq kimə bağışlaması, hansı şəxslərə satması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Cinayət işinin istintaq materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs haqqında 20 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ona 21 oktyabr 2023-cü il tarixdə həmin maddə üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş, 26 noyabr 2023-cü il tarixli subutların qiymətləndirilməsi qərarına əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham narkotik vasitənin və psixatrop maddənin çəkiləri əsas götürülməklə öz qüvvəsində saxlanılmış, 08 yanvar 2024-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərara əsasən heç bir əsas olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq - Azərbaycan Respublikası Konstitusiyasının, İnsan hüquqlarının və X4 Haqqında Konvensiyanın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona həmin maddə ilə, “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə saxlama”ya görə ittiham verilməsi qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin 6 bükümdə və psixatrop maddənin 3 bükümdə olması onun satış məqsədi ilə əldə etmə və saxlama kimi qiymətlədirilməməlidir. Bu hal başqa subutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərini fərqləndirən əsas əlamət narkotik vasitənin qanunsuz əldə edilməsinin “satış məqsədi” daşıyıb-daşımamasıdır. İş üzrə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi ancaq aşkar edilmiş narkotik vasitənin 6 bükümdə və psixatrop maddənin 3 bükümdə olması ilə əlaqələndirilmişdir. Qeyd edilən qərarlarda və digər istintaq sənədlərində Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi üçün başqa heç bir mötəbər əsas, səbəb, sübut növü göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabın özü qeyri-müəyyən, heç bir mötəbər sübuta istinad etmədən, əsaslı bir səbəb göstərilmədən, şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla verilmişdir. Belə ki, əməliyyat tapşırığın verilən cavabda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əsaslı dəlillər göstərilməmiş, yalnız həmin narkotik vasitələri əldə etməkdə məqsədinin satmaq olması qeyd olunmaqla kifayətlənilmişdir. Nəticədə, təqsirləndirilən şəxsin üzərinə “özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi” qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Bundan əlavə,İnsan hüquqlarının və X4 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (mad.6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz” (mad 7). Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyində də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM, mad. 21.3). Odur ki, Təqsirləndirilən şəxsAzərbaycan RespublikasıCinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya)tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər –narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməl və hərəkətlərində isə bu kimi hallar, o cümlədən: şəxsi maraq məqsədi ilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli və yaxud qazanc əldə etmək məqsədi ilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki,ibtidai və məhkəmə istintaqlarında şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” etməsi barədə ifadə verməmişdir. Bununla bağlı hər hansı sübutedici sənəd və yaxud digər sübut növü də əldə edilməmişdir. Qeyd edilənlərə baxmayaraq, ibtidai araşdırma orqanı heç bir şübhəni təqsirləndirilən şəxsin xeyrinə həll etməmiş, əksinə mötəbər sübut növü olmadan ona qarşı, ehtimallara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədan razılıq əldə edilməsi, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq alması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə, həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, tutulduğu andan başlayaraq, təqsirləndirilən şəxs izahat və ifadələrində göstərmişdir ki, narkotik vasitəni satış məqsədi olmadan özünün istifadə etməsi (qəbul etməsi) üçün əldə etmiş və saxlamışdır. Onun özünün istifadə etməsindən başqa, narkotik vasitəni qazanc əldə etmək və digər məqsəd üçün kiməsə vermək, nə göstərmək, nə satmaq, nə də bağışlamaq niyyəti, fikri olmamışdır. Onun bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü isə nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə istintaqında şəksiz təsdiq olunmuşdur ki, qanunsuz əldə edilmiş həmin narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən isə «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır» (CPM, mad. 21.2). İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin, «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin«sübutların toplanılmasından, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: -cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144); -hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir (mad. 145.1); -cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin» (mad. 146.1).Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün vəəsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək etməlidir (mad.146.2). Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Halbu ki, bunun üçün qanunda nəzərdə tutulmuş, qeyd edilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər» (CPM, mad. 126.6). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham təqsirli bilməmişdir. Bunun əksinə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham isə heç bir mötəbər sübut növü ilə təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə mötəbər sübutlarla təsdiq edilmişdir. Bundan əlavə,məhkəmə, qeyd edilən nəticələrə gələrkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki,«İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir» (CPM, mad. 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir»(mad. 145.2). «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilddiyi halda çıxarılır (mad. 351.2). Məhkəmə bir məsələni də qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanunu və əsaslı hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. O, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs müsbət xasiyyətnamə ilə səciyələnmələrini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə, 21 oktyabr 2023-cü il tarixdə 2 gün bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cinayət işi üzrə maddi sübut olub Göygöl RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkisi 7,82 qram olan qurudulmuş marixuana və 0,290 qram olan psixotrop maddə-metamfetamin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 16 may 2024-cü il tarixdən hesablanmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat 80 (səksən) qəpik pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia vəüzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 02 (iki) gün şühbəli şəxs kimi saxlanılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində 01 (bir) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi 7,82 qram olan qurudulmuş marixuana və 0,290 qram olan psixotrop maddə-metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-43/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-43/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver