Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-44/2023 27.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Vardenis rayonu, Zərkənd kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Göygöl rayonu Yeni Zod kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18 radələrində gözətçi olaraq işlədiyi, Göygöl rayonu Yeni Zod kəndində yerləşən müvəqqəti fəaliyyəti dayandırılmış “Milli Yaylaq Festivalı” kompleksində əxlaqsızlıqla məşğul olmaq üçün fahişəliklə məşğul olan Şahid2 və sonuncu ilə pul müqabilində cinsi əlaqədə olmaq üçün gəlmiş müştərisi Şahid1 41 (qırx bir) manat pul müqabilində istirahət mərkəzinin içərisində çarpayı olan çadır tipli otaqlardan birini kirayəyə verərək fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş və bu məqsədlə mənzil sahəsi vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göygöl rayonu Yeni Zod kəndində yaşayır, evlidir, 4 övladı var. Göygöl rayonu Yeni Zod kəndində yerləşən “Milli Yaylaq Festivalı kompleksində” gözətçi işləyir. İşlədiyi kompleksdən 500 manat əmək haqqı alır. Kompleksin ərazisində qonaqlar üçün çadırlar, stollar, besetkalar var. Qış aylarında Festival kompleksi fəaliyyət göstərmir, ara-sıra həmin əraziyə insanlar gəlib gəzinti edib gedir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində işlədiyi yerdə olan zaman bir nəfər adını bilmədiyi oğlan yanında bir qızla Festival olan yerə gəlmiş, oğlan ona yaxınlaşıb ərazidə gəzmək istədiyini demiş, sonra həmin oğlan ərazidə olan çadırlardan birində qızla vaxt keçirmək istədiyini, qızla görüşmək istədiyini demiş, o, isə ona qızla görüşməsi üçün istilik olmamasını bildirmişdir. Həmin şəxs ona 1 ədəd 50 manatlıq əskinazı təqdim etmiş, o, isə oğlana 10 manat qalıq qaytarmalı olmuşdur. Lakin onun üzərində cəmisi 9 manat pul olduğundan həmin oğlana 4 ədəd 1 manatlıq əskinas 1 ədəd isə 5 manatlıq əskinası qalıq olaraq qaytarmışdır. Həmin şəxslər ərazidə olan çadırlardan birinə getmiş, təxminən 40 dəqiqə vaxt keçdikdən sonra əraziyə polis əməkdaşları gəlmiş, polis əməkdaşı ondan ərazidə müştəri olub olmadığını soruşmuş, o, isə polis əməkdaşlarına çadırlara baxmasını bildirmişdir. Polis əməkdaşları çadırlara baxmış, həmin vaxt polislər 40 manat müqabilində çadırlardan birində müştəri olan oğlanla qızın cinsi əlaqədə olduqlarını müəyyən etmişlər və həmin şəxslərlə onu Sarısu polis bölməsinə gətirmişlər.Bir neçə dəfə ərazidə xidmət edən polis əməkdaşı ona bu barədə xəbərdalıq etmişdir, lakin o, ilk dəfə idi ki, festival ərazisində kişi ilə qadının cinsi əlaqədə olması üçün şərait yaratmış, müştəri kimi qəbul etmişdir. Həmin çadırdan istifadə etmək üçün oğlandan 50 manat pul almış, qalıq olaraq üzərində olan 9 manat pulu qaytarmışdır. 41 manat müqabilində həmin şəxslər çadırdan istifadə etmişlər. Əvvəllər bu kimi hal baş verməyib, ilk dəfə idi ki, müştəri qəbul etmişdir. Kompleksə gəlmiş kişi ona yanında olan qadın ilə cinsi əlaqədə olmaq üçün ondan yer istəmiş, o, isə həmin şəxslərə çadırların soyuq olmasını, cinsi əlaqədə olmaları üçün istiliyin olmamasını demişdir. Lakin həmin şəxs ona 41 manat verərək işlərini soyuqda da görə biləcəklərini demişdir. O, həmin şəxsin ondan yeri qadınla cinsi əlaqədə olması üçün istədiyini bilmişdir. O, heç bir sənədləşmə olmadan festivalın rəhbəri olan Şahid6la şifahi razılaşma əsasında festival ərazisində gözətçi işləmişdir. Gözətçilikdən əlavə də Şahid6 ona orada təsərrüffat işləri gördürmüş, orada olan atları saxlatmışdır. Onunla heç bir əmək müqaviləsi olmamışdır. Şahid6 əmək haqqı olan 500 manat pulu isə ona əlbəəl hissə-hissə vermişdir. Sonuncu ayın əmək haqqını isə tam verməmişdir.Törətdiyi cinayət əməlinə görə peşimanmılıq çəkir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Yelman oğlu göstərmişdir ki, Göygöl RPŞ-nin Sarısu polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsi ilə xidmət edir. 14 yanvar 2023-cü il tarixdə Göygöl rayonu Yeni Zod kənd sakini Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Zod kəndində yerləşən “Milli yayaq fesivalı” ərazisində yerləşən çadırı pul qarşılığında əxlaqsız yuva kimi istifadəyə verməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal Göygöl rayonu Yeni Zod kəndində yerləşən “Milli yayaq fesivalı” ərazisinə baxış keçirilməsi barədə təxirasalınmaz əməliyyataxtarış tədbirləriin həyata keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin Sarısu PB-nin polis sahə rəisi Şahid4 və sahənin polis nəfəri Şahid5 ilə birlikdə festival ərazisinə baxış keçirdikdə orada olan çadırda Gəncə şəhər sakinləri Şahid1 və Şahid2 cinsi əlaqədə olmaların aşkar etmiş və Şahid1 çadırdan əxlaqsız yuvası kimi istifadə etmək üçün festival ərazisində gözətçi işləyə Təqsirləndirilən şəxs 41 manat pul ödəməsini demişdir. Bundan sonra həmin şəxslər Göygöl RPŞ-nin Sarısu PB-nə dəvət edilmiş və tədbirin nəticəsi barədə bölmə rəisinə raportla məruzə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Rəfael oğlu Şahid3 Yelman oğlu ilə eyni məzmunlu ifadələr verdilər. Şahid2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı olaraq məhkəmə iclasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid2nin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Məhsəti qəsəbəsi 20-ci küçə ev 12-də yaşayır, heç bir yerdə işləmir, Gəncə şəhər sakini Asim adlı şəxslə təxminən 3 aydan artıqdır ki tanış olmuşdur, Asimlə aralarında qeyri-rəsmi münasibətləri var, mütəmadi olaraq telefonla əlaqə saxlayıb ara-sıra görüşmüşlər. Ailə üzvüləri daim yaşadığı evdə olduqları üçün Asimlə görüşmək üçün evdən çıxmaq çətin olurmuş. Lakin görüşmək üçün bir neçə dəfə Göygöl rayon ərazisinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Asimlə görüşüb Göygöl rayonuna gəlmiş, Asimlə cinsi əlaqədə olmaq üçün yer tapa bilməmişlər. Sonra maşınla Göygöl rayonunda dağlıq ərazidə olan Festival yeri kimi adlanan əraziyə gəlmişlər, bu zaman yerdə heç kim olmamışdır, Asim orada olan çadırladan birində cinsi əlaqədə olmaq üçün orada işləyən kişi ilə razılaşacağını bildirmişdir. O, kənarda gözləmiş, Asim orada olan kişi ilə razılaşmış və onlar çadırlardan birinə getmişlər. Asim çadırdan iki saat müddətində istifadə etmək üçün 41 manat ödədiyini demişdir. Asimlə o, çadırlardan birinə keçmiş, təxminən çadırda 40 dəqiqə vaxt keçirmişlər, yataqda cinsi əlaqədə olan zaman polis əməkdaşları çadıra girib onları çılpaq vəziyyətdə görmüşlər. Sonra polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin yerə ilk dəfə imiş ki, gəlmiş, Asimlə cinsi əlaqədə olmaq üçün yer tapa bilmədiyi üçün Asim həmin yerə getmək qərarına gəlmiş, həmin yerin nə kimi istifadə olunmasını əvvəlcədən bilməmişdir. Həmin otaqlardan istifadə etmək üçün Asimin Mürşüd adlı kişiyə pul verməsini kənardan görmüş, daha sonra isə 41 manat pul verməsini öyrənmişdir. Şahidlər Şahid1 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri H.Əliyev pr. 28 ev 9 mənzil 48-də yaşayır, heç bir yerdə işləmir, fərdi əmək kimi fəhləlik edir. Gəncə şəhər sakini Nərmin ləqəbli Kifayat adlı qızla təxminən 4 aya yaxındır tanış olmuşdur, aralarında qeyri-rəsmi münasibətləri vardır. Nərminlə mütəmadi görüşmək üçün şərait olmadığından ara-sıra Göygöl rayonu ərazisinə gəlib orada vaxt keçirmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində qeyri rəsmi münasibəti olan Kifayət adlı qadınla Göygöl rayonuna gəlmiş, onunla görüşüb cinsi əlaqədə olmaq üçün yer tapa bilməmişdir. Sonra maşınla Yeni Zod kəndi ərazisində olan Yaylaq Festivalı keçirilən yerə getmişlər. Orada olan çadırlardan birinin ödənişini edib orada cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Festival yerinə çatdıqda orda müştəri olaraq heç kimin olmadığını görmüşdür. Festival yerində gözətçi işləyən, adını sonradan bildiyi Mürşüd adlı kişiyə yaxınlaşıb çadırlarda qalmaq üçün neçə manat ödənilməsini soruşmuşdur. Mürşüd çadırlarda istilik olmadığını ona bildirmiş, lakin o, Mürşüdə bir saat müddətində yanında olan qadınla görüşüb gedəcəyini bildirmişdir. Mürşüd onun təklifi ilə razılaşmış, çadırlardan birində iki saat müddətində qadınla cinsi əlaqədə olmaq müqabilində ondan 40 manat pul istəmişdir. O, özündə olan 1 ədəd 50 manatlıq əskinazı Mürşüdə vermiş, Mürşüd isə ona 10 manat qalıq qaytarmalı olmuşdur. Lakin Mürşüd üzərində cəmisi 9 manat pul oduğunu ona bildirmiş, 4 ədəd 1 manatlıq əskinası və 1 ədəd 5 manatlıq əskinası ona qalıq kimi qaytarmışdır. Nərminə ilə o çadırlardan birinə keçmiş, təxminən çadırda 40 dəqiqə vaxt keçirmiş, yataqda Nərminə ilə cinsi əlaqədə olan zaman polis əməkdaşları çadıra girib onları çılpaq vəziyyətdə görmüşlər. Sonra polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin yerə ilk dəfə idi ki gəlirmiş, Nərminlə cinsi əlaqədə olmaq üçün yer tapa bilmədiyi üçün həmin yerə getmək qərarına gəlmişlər, həmin yerin nə kimi istifadə olunmasını bilməmişdir. Həmin otaqlardan istifadə etmək üçün 41 manat pulu Mürşüd adlı kişiyə vermişdir. Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Pərviz Səmədov küçəsi 6-cı dalan, ev 11-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 4 övladı var. X4 Kompleksinin meneceri vəzifəsində çalışır. 2022-ci ilin yay aylarında Göygöl rayonu Yeni Zod kəndi ərazisində “Milli Yaylaq füestivalı” layihəsinin rəhbəri olmuşdur. Layihə 2022-ci ilin iyul aylarının sonlarında təşkil edilmişdir. Daha sonra isə həmin ərazidə quraşdırılmış çadırlar növbəti illərdə festival keçirilməsi üçün orada qalmışdır. Həmin vaxtlar Göygöl rayonu Yeni Zod kənd sakini Təqsirləndirilən şəxs həmin əraziyə gələrək qoyun otarmışdır. Sonradan isə onunla ərazidə qeyri-rəsmi olaraq gözətçi işləməsi barədə razılaşmışlar. Aylıq olaraq Mürşüdə 400-500 manat pul vermiş, həmin pulu öz vəsaiti hesabına vermişdir. Daha doğrusu Mürşüdə bir ay əməkhaqqı vermişdir. İkinci ayın pulunu isə hissə-hissə ödəyirmiş. Xatırlamasına görə 15 yanvar 2023-cü il tarixdə Mürşüd ona zəng edərək əraziyə bir nəfər kişi ilə xanımın gəlməsini, atlara yem verdiyi üçün başı qarışıq olmasını, oğlanla qızın isə çadırda əxlaqsızlıqla məşğul olmasını, polislərin isə gələrək bunu aşkar etməsini deyərək özünə haqq qazandırmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, dövlət orqanlarının birgə təşkilatçılığıl ilə Göygöl rayonu Yeni Zod kəndi ərazisində Milli Yaylaq festivalı təşkil edilmiş, layihə yueri yarandığı üçün sənədləşmə və maliyyələşmə aparılmamışdır. Festivalın davamlı olacağı planlaşdırılmışdır. Lakin hüquqi sənədləşmə işləri aparılmadığı üçün Təqsirləndirilən şəxs öz mal-qarasını orada saxlamışdır.Daha sonra isə onunla əraziyə gözətçi kimi nəzarət etməsini razılaşmışdır. Təqsirləndirilən şəxs əraziyə heç bir şəxsin buraxılmaması barədə təlimatlandırılmışdır. Hətta həftədə iki-üç dəfə özü və ya kompleksin işçiləri tərəfindən buna nəzarət edilirmiş. Təqsirləndirilən şəxs festival ərazisində olan çadırı əxlaqsız yuvası kimi istifadəyə verməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Çadırlarda belə bunun üçün heç bir şərazit olmamışdır. Buna görə də bu hal onun ağlına gəlməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs festival ərazisinə gələn müştərilərdən pul almasını öyrəndikdə onu oradan kənarlaşdırmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -İlkin araşdırma zamanı Göygöl rayonu Yeni Zod kəndinin inzibati ərazisində yerləşən “Milli Yaylaq Festivalı” ərazisinə baxış keçirilməsinə dair protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. -Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd 50 (əlli) manatlıq, Şahid1 isə 4(dörd) ədəd 1(bir) manatlıq və 1(bir) ədəd 5(beş) manatlıq əskinas olmaqla ümumilikdə 59(əlli doqquz) manat pul cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. -Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Razim Yadigarlı tərəfindən toplanmış HK-1/02 nömrəli materiala əlavə edilmiş bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların, səs yazılarının, görüntülərin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan həmin 01 ədəd DVD diskin içərisindəki görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, polis əməkdaşları qarlı yerdə qaçaraq çadırın içərisinə daxil olurlar. Çadırın içərisində yataq dəsti var. Yataq dəstində isə Şahid1 və Şahid2 çılpaq vəziyyətdədirlər. Onlar polis əməkdaşlarını gördükdə çarpayıdan qalxırlar. Daha sonra polis əməkdaşları çadırdan çıxırlar. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir -Göygöl rayon İHB-nın Yeni Zod kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 393 nömrəli arayışından və və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayon Yeni Zod kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 244.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal hesab etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə əməlindən səmimi peşman olmasını sübut etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd 50 (əlli) manatlıq, Şahid1 isə 4(dörd) ədəd 1(bir) manatlıq və 1(bir) ədəd 5(beş) manatlıq əskinas olmaqla ümumilikdə 59(əlli doqquz) manat pul iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə müdafiəçisi cinayət işinin materialları ilıə tanış olduqdan sonra 50 (əlli) manat Şahid1, 9 (manat) isə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İşdə ekspertiza xərci və mülki iddia yoxdur, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göygöl RPŞ-nin MSY-də, xx.xx.2023cü il tarixdən ev dustaqlığında olduğu 3 ay 12 gün həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesablanmaqla 01 (bir ) il 01( bir) ay 18 (on səkkiz) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay, 12 (on iki) gün müddətə islah işləri cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-44/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-44/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver