Məhkəmə qərarları › İş №1(066)-45/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-45/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-45/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Daşkəsən rayonu Mədənçilər qəsəbəsində qeydiyyatda olmaqla, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan zərərçəkmiş şəxslə cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etməklə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının əvvəllərində, dəqiq günü istintaqla müəyyən olunmayan tarixdə aralarında sevgi münasibəti olduğu Zərərçəkmiş şəxs ilə evlənmək qərarına gəlib sonuncunun könüllü razılığı əsasında yaşadığı Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən evinə apararaq yataq otağında Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxx 2008-ci il təvəllüdlü olmasını bildiyi halda Zərərçəkmiş şəxs razılığı ilə onunla ilk dəfə cinsi əlaqədə olduqdan sonra, həmin tarixdən hazırki vaxtadək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evlərində sonuncu ilə ər-arvad kimi ailə münasibətində yaşayaraq mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayır, rəsmi iş yeri yoxdur, fərdi olaraq fəhlə kimi fiziki işlər görərək dolanır. 2022-ci ilin yay aylarında Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan dayısıgilə gedib-gələn zaman onların qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs küçədə görmüş və ondan xoşu gəlmişdir. Simanı bir neçə dəfə gördükdən sonra ondan xoşu gəlməsini demişdir. Həmin vaxtdan sonra aralarında sevgi münasibətləri yaranmış və onlar sevgili olmuşlar. Mütəmadi olaraq telefonla danışmışlar. 2023-cü ilin yay aylarında isə öz valideynlərini Simanı istəmək üçün elçi göndərmiş, lakin Simanın valideynəri onu verməmişlər. O həmin vaxtlar Simanı öz razılığı ilə qaçırdaraq Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən evlərinə gətirmişdir. İki gün birlikdə evdə qalmışlar, lakin aralarında heç bir cinsi əlaqə olmamışdır, sonra Simanın valideynləri gəlib onu aparmışlar. Bir müddət sonra 2023-cü ilin dekabr ayının əvvəllərində Sima ilə danışan zaman onunla qaçıb evlənmək qərarına gəlmişdir. Dekabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Simanı onun könüllü razılığı ilə qaçırmış, onu bibisinin yaşadığı Daşkəsən rayonu Mədənçilər qəsəbəsində yerləşən evinə aparmışdır. Simanı qaçırtdıqdan bir gün sonra axşam saatlarında Sima ilə təbii yolla cinsi əlaqədə olmuş və onun bakirəliyini pozmuşdur. Bundan sonra 3 gün bibisinin evində qalmışlar, 3 gündən sonra Simanın anası Xanım gələrək qızı Simanı öz evinə aparmışdır. Lakin Simanın israrla onunla evlənmək istədiyini görüb Simanın valideynləri də razılaşmışlar. Bundan sonra Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Simanın atasının evinə köçmüş və orada ər-arvad olaraq yaşamışlar. Hazırda isə Sima ilə ər-arvad olaraq birlikdə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən atasına məxsus evdə yaşayırlar və ər-arvad olaraq münasibətləri çox yaxşıdır, maddi imkanı olmadığı üçün Sima ilə toyu olmamışdır. Heç vaxt Sima ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Ekspertiza rəyində hansı səbəbdən o, formada göstərilməsini bilmir. Lakin 2023-cü ilin dekabr ayından onunla ər-arvad kimi yaşamağa başlamışdır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında Nizaməddin onların qonşuluğunda yaşayan dayısıgilə gəlib getmiş, həmin vaxtlar bir-birini görmüş və Nizaməddin ondan xoşu gəldiyini demişdir. Bundan sonra isə onlar sevgili kimi telefonla danışmağa başlamışlar. Lakin həmin müddətdə onların heç bir münasibətləri olmamışdır. 2023-cü ilin yay aylarında öz aralarında razılığa gəlmişlər və qohumu Təqsirləndirilən şəxs ailəsi onlara elçi gəlmiş və onu Nizaməddin üçün istəmişlər. Onun yaşı az olduğu üçün anası əvvəlcə razılıq verməmiş, daha sonra isə israrla Nizaməddin ilə evlənmək istədiyini demişdir. Nizaməddinin ailəsi təkrar elçi gəldikdə onlar nişanlanmışlar. 2023-cü ilin sentyabr ayında Nizaməddinlə qaçmışdır. Onlar iki gün Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində olan evdə qalmışlar. Evdə heç kim olmadığından aralarında heç bir əlaqə olmamışdır. Daha sonra valideynləri gəlib onu aparmışlar. 2023-cü ilin dekabr ayının əvvəllərində təkrarən Nizaməddin ilə evlənmək qərarına gəlmiş və dəqiq xatırlamadığı tarixdə Nizaməddin ilə qoşulub qaçmış, Nizaməddinin bibisi Nailənin yaşadığı Daşkəsən rayonu Mədənçilər qəsəbəsində yerləşən evə getmişlər. Nizaməddinin bibisi onun yaşını bilməmişdir. Onlar qaçdıqları gündən bir gün sonra ilk dəfə Nizaməddin ilə ər-arvad olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. 3 gündən sonra valideynləri gələrək onu öz evlərinə gətirmişdir. Buna baxmayaraq israrla Nizaməddinlə evli olmaq istədiyini demiş, həm də anasına Nizaməddinlə cinsi əlaqədə olduğunu, bakirəliyinin pozulmasını bildirmişdir. Anası və atası razılaşmış və Nizaməddində onların Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evlərinə gəlmiş, ər-arvad olaraq birlikdə yaşamışlar. Heç vaxt Nizaməddin ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Ekspertiza rəyində hansı səbəbdən o formada göstərilməsini isə deyə bilməz. Valideynləri tərəfindən ona qarşı evlənməyi ilə bağlı heç bir təsir olmamışdır, əksinə valideynləri bu evliliyə razı olmamış, özü Nizaməddin ilə evlənmək istəmiş, hətta onunla qoşulub qaçmışdır. Anası əvvəlcə buna etiraz etmiş, onu sonradan razı salmışdır. Əvvəllər Nizaməddinlə birlikdə Göygöl rayonu Yeni Qızılca kəndində atasına məxsus evdə yaşamışlar, lakin hazırda isə ər-arvad olaraq Nizaməddinin atasına məxsus Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən evdə yaşayırlar və ər-arvad olaraq münasibətləri çox yaxşıdır. Onun heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. 2022-ci ilin yay aylarında Nizaməddinin qızı Sima ilə arasında sevgi münasibətləri olduğunu, onların telefonla danışdıqlarını öyrənmişdir. 2023-cü ilin yayında Nizaməddin valideynlərini qızı üçün elçi göndərmişdir. Lakin qızının yaşı az olduğundan bu evliliyə razı olmamışlar. Onların etirazına baxmayaraq qızı Sima yenə də Nizaməddinlə telefonla danışıb əlaqə saxlamışdır. 2023-cü ilin avqust ayında onlar nişanlanmışlar. Sentyabr ayında isə qoşulub qaçmışlar iki gün sonra onlar gedib Simanı gətirmişlər. 2023-cü ilin dekabr ayının Sima təkrar öz istəyi ilə Nizaməddinə qoşulub qaçmışdır. Sima qoşulub qaçdıqdan üç gün sonra gedib Daşkəsən rayonu Mədənçilər qəsəbəsində yerləşən Nizaməddinin bibisi Nailənin evindən öz evlərinə gətirmişdir. Simanı gətirərkən o israrla Nizaməddinlə evlənəcəyini və onunla ər-arvad kimi yaşayacağını demişdir. Həmçinin ona məlum olmuşdur ki, Sima Nizaməddinlə qaçdıqdan sonra onunla cinsi əlaqədə olmuşdur. Bu halı da nəzərə alıb onların evliliyinə etiraz etməmiş və həmin vaxtdan sonra Nizaməddin onların evinə Göygöl rayonu Yeni Qızılca kəndində köçərək bir müddət Sima ilə birlikdə ər-arvad olaraq yaşamağa başlamışlar. Daha sonra məktəbdən bu məsələni bilərək polisə məlumat verilmişlər. Hazırda Nizaməddin və Sima ər-arvad olaraq birlikdə Nizaməddinin atasına məxsus Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən evdə yaşayırlar və ərarvad olaraq münasibətləri çox yaxşıdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olaraq heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs cəza verilməməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır, Sima xx.xx.2008-ci il təvəllüdlüdür. 2023-cü ilin yay aylarında Nizaməddinin qızı Sima ilə arasında sevgi münasibətləri olduğunu, onların telefonla danışdıqlarını öyrənmişdir. Elə həmin vaxtlarda da Nizaməddin valideynlərini qızı üçün elçi göndərmişdir. Lakin onun qızının yaşı az olduğundan onlar bu evliliyə razı olmamışdır. Onların etirazına baxmayaraq qızı Sima yenə də Nizaməddinlə telefonla danışıb əlaqə saxlayırmış. Sonradan elçi gəldikdə onlar qızı ilə Nizaməddini nişanlamışlar. Əvvəl qızı Nizaməddinlə qaçmış onlar gedib gətirmişlər. Sonuncu dəfə 2023-cü ilin dekabr ayının əvvəllərində ona məlum olmuşdur ki, qızı Sima öz istəyi ilə Nizaməddinə qoşulub qaçmışdır. Sima qoşulub qaçdıqdan üç gün sonra arvadı Xanım gedib Daşkəsən rayonu Mədənçilər qəsəbəsində Nizaməddinin bibisi evindən qızı Simanı öz evlərinə gətirmişdir. Simanı gətirdikdən sonra çox israrla Nizaməddinlə evlənəcəyini və onunla ər-arvad kimi yaşayacağını demişdir. Həmçinin Simanı evinə gətirdikdən sonra onlara məlum olmuşdur ki, Sima Nizaməddinlə qaçdıqdan sonra onunla cinsi əlaqədə olmuşdur. Onlar bu halı da nəzərə alıb onların evliliyinə etiraz etməmiş və həmin vaxtdan sonra Nizaməddin onların evə köçmüş və qızı Sima ilə birlikdə ər-arvad olaraq yaşamağa başlamışlar. Hazırda da Nizaməddinlə qızı Sima ər-arvad olaraq birlikdə yaşayırlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs atası Şahid1 şahid qismində ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarının 11-14-cü vərəqində olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 X8 Göygöl rayon şöbəsindən alınmış 05 yanvar 2024-cü il tarixli 04 nömrəli rəyində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən aşağıdakı nəticəyə gəlirik: 1. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıqdır. 2. Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik snfiktorunun boşalması, şüavari büküşlərin hamarlaşması, anal dəlik nahiyyəsində aşkar edilmiş sıyrıq-anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təstiq edən əlamətlərdəndir. 3. Zərərçəkmiş şəxs anal dəlik nahiyyəsində aşkar edilmiş sıyrıqbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 1-3 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 4. Zərərçəkmiş şəxs hal-hazırda hamilə deyil. İş materiallarının 52-54-cü vərəqində olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4” X7 Göygöl rayon şöbəsindən alınmış 13 fevral 2024-ci il tarixli, 82 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən aşağıdakı nəticəyə gəlirik: X2 cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patalogiya, deformasiya, çapıq toxuması) aşkar edilmədi. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs heç vaxt Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaması barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, iş üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 X8 Göygöl rayon şöbəsindən alınmış 05 yanvar 2024-cü il tarixli 04 nömrəli rəyində Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik snfiktorunun boşalması, şüavari büküşlərin hamarlaşması, anal dəlik nahiyyəsində aşkar edilmiş sıyrıq-anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təstiq edən əlamətlər olması, anal dəlik nahiyyəsində aşkar edilmiş sıyrıq-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi, anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilməsinin göstərilməsi, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlini və işin faktiki halının düzgün müəyyən olunmasını göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İşin 64-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 74-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi; həmin Məcəllənin 59.1.12.-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ailə qurmaq niyyəti ilə ilk dəfə cinayət törətməsini və hazırda zərər çəkmiş şəxslə ər-arvad olaraq bir yerdə yaşaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır”. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, şəxsiyyəti müsbət səciyyələndirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58ci maddə, o cümlədən 62-ci maddə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan digər yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı işdə təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə az ağır cinayət törətməsi, fərdi əməklə məşğul olaraq gəlir əldə etməsi və ailəsinin yeganə qazanc gətirən şəxsi olması, ailə qurmaq niyyəti ilə ilk dəfə cinayət törətməsi, hazırda zərər çəkmiş şəxslə nişanlı olmaqla ər-arvad olaraq bir yerdə yaşaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi və zərərçəkmiş şəxslə onun yaş fərqinin çox olmaması, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsi, cinayət törətdikdən sonrakı davranışı və sair diqqətəlayiq digər hallar təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə qismən nail olunduğunu təsdiq edən təkzibolunmaz faktlardır və həmin faktlar təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan, yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla birlikdə müstəsna bir vəziyyət yaradır və məhkəmənin fikrinə görə, həmin müstəsna vəziyyət imkan verir ki, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan, daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə gəldiyi qənaətin hüquqi əsası kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edir. Belə ki, həmin maddəyə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarını və qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən saatlarında tərk etməsinə və yaşadığı ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı və üzərinə yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin üzərinə zərərli vərdişlərdən uzaq durmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin üzərinə zərərli vərdişlərdən uzaq durmaq vəzifələrini yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar