Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-45/2025 30.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkum olunmamış, Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, pensiyaçı, Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmiş, qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və sair şəxsi niyyətlə rəsmi sənədlərin həqiqi məzmununu təhrif edən düzəlişlər edib, bilə-bilə yalan məlumatların daxil etməklə təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Göygöl rayonu Mollacəlilli kəndi üzrə yaradılmış Mollacəlilli bələdiyyəsinə üzv seçildikdən, eləcə də həmin bələdiyyənin 18 mart 2020-ci il tarixli iclasında həmin bələdiyyənin sədri vəzifəsinə seçildikdən sonra bələdiyyə üzvü və bələdiyyə sədri işlədiyi 23 dekabr 2019-cu il tarixdən 06 iyun 2024-cü il tarixədək olan müddət ərzində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 19-cu maddəsinə əsasən bələdiyyə iclasında bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda səlahiyyətli hesab edilməklə, kollegial qaydada qərar qəbul etmək, müzakirə olunmuş məsələlərə dair qəbul edilməli bələdiyyə qərarlarını imzalamaq, bələdiyyənin fəaliyyətinin təşkil etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar «Bələdiyyələrin statusu haqqında» 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 16 və 33cü maddəsinin, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinin tələblərinə zidd olaraq, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmalı, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, bələdiyyə torpaqlarının istifadəyə, icarəyə verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin iclasında bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirakı ilə bələdiyyənin iclasını keçirməklə, müzakirəsini təmin etməli olduğu halda, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə sədri olduğu bələdiyyənin adından 2020-2024-cü illər ərzində torpaq icarəsi ilə bağlı bələdiyyəyə müraciət etmiş X30 və X23, eləcə də digər kənd sakinləri arasında nüfuz qazanmaq, və sair niyyətlə torpaq sahələrinin icarəyə verilməsi barədə təkbaşına qərarlar qəbul etməklə 2023-cü ildə 2885,07 manat, 2024-cü ildə 2400 manat olmaqla, ümumilikdə 5285,07 manat vəsaiti bələdiyyə büdcəsinə mədaxil etmiş, bundan başqa istintaqa məlum olmayan yerdə, qeyd olunan bələdiyyə sədri işlədiyi müddətdə tərtib etdiyi Göygöl rayonu Mollacəlilli bələdiyyəsinə sədr seçilməsi barədə xx.xx.2020-ci il tarixli 01 saylı, Göygöl rayonu Mollacəlilli bələdiyyəsi tərəfindən keçirilmiş 2020-ci ilə dair iş planın təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixli 02 saylı, “Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubunun müzakirə edilməsi barədə xx.xx.2020-ci il tarixli 03 saylı, “ev heyvanı və quşlarının peyvənd olunması” barədə xx.xx.2020-ci il tarixli 05 saylı, “icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması”, “bələdiyyə torpaqlarının idarəçiliyi sahəsində qanunsuzluqların aradan qaldırılması” barədə tövsiyyə məktubunun müzakirəsi haqqında xx.xx.2024-cü il tarixli 06 saylı, Mollacəlilli kəndinə gələn su xəttinin təmiri və həmin xəttə nəzarət olunması haqqında xx.xx.2020-ci ıl tarixli 07 saylı, “bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında” AR qanununa dəyişiklər edilməsi barədə tövsiyyə məktublarının müzakirəsi barədə xx.xx.2020-ci il tarixli 08 saylı, dotasiya haqqında xx.xx.2020-ci il tarixli 09 saylı, növbəti il üçün qərar lahiyəsinin müzakirəsi haqqında xx.xx.2020-ci il tarixli 10 saylı, 2020-ci il üçün ödəniləcək torpaq və əmlak vergiləri barədə xx.xx.2020-ci il tarixli 11 saylı, 2021-ci il üçün büdcə layihəsinin təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 12 saylı, 2020-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilmiş hesabatın təsdiqi barədə xx.xx.2021-ci il tarixli 01 saylı, Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən göndərilmiş tövsiyyə məktubunun müzakirə edilməsi barədə xx.xx.2021-ci il tarixli 02 saylı, “Xocalı Soyqrımı” barədə 26.02 2021-ci il tarixli 03 saylı, “Novruz Bayramı” barədə xx.xx.2021-ci il tarixli 04 saylı, kənd ərazisində iməcilik işlərinin görülməsi barədə xx.xx.2021-ci il tarixli 05 saylı, 28 may gününün 103-cü il dönümü barədə xx.xx.2021-ci il tarixli 06 saylı, Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış metodik vəsaitin öyrənilməsi və icrasının təmin edilməsi barədə xx.xx.2021-ci il tarixli 07 saylı, Qurban Bayramı barədə xx.xx.2021-ci il tarixli 08 saylı, dotasiya barədə xx.xx.2021-ci il tarixli 09 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məkubunun müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 10 saylı, bələdiyyənin gördüyü işlərin müzakirəsi haqqında xx.xx.2021-ci il tarixli 11 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məkubunun müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 12 saylı, metodik vəsaitin müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 13 saylı, bələdiyyənin növbəti il üçün büdcəsinin təsdiqi haqqında xx.xx.2021-ci il tarixli 14 saylı, bələdiyyə tərəfindən 2021-ci idə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyətinin istifadəsi haqqında xx.xx.2022-ci il tarixli 01 saylı, “Xocalı Soyqrımı” barədə xx.xx.2022-ci il tarixli 02 saylı, “Azərbaycanlılarının soyqrımı haqqında” xx.xx.2022ci il tarixli 03 saylı, bələdiyyə mülkiyyətində olan 6 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli 04 saylı, dotasiya barədə xx.xx.2022-ci il tarixli 05 saylı, kənd ərazisində iməcilik işlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli 06 saylı, 2023-cü il üçün növbəti büdcə lahiyəsinin təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli 07 saylı, “8 noyabr zəfər günü” barədə xx.xx.2022-ci il tarixli 08 saylı, növbəti büdcənin təsdiqi barədə xx.xx.2022-ci il tarixli 09 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsaitlərinin müzakirəsi barədə xx.xx.2022-ci il tarixli 10 saylı, bələdiyyə tərəfindən 2022-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında xx.xx.2023-cü il tarixli 01 saylı, Gəncə Regional İdarəsinin tövsiyyə məktubunun müzakirə edilməsi haqqında xx.xx.2023-cü il tarixli 02 saylı iclas protokolu, bələdiyyənin 2022-ci il üçün büdcə icrası haqqında xx.xx.2023-cü il tarixli 03 saylı, bələdiyyənin balansında olan 4,016 ha və 5,577 ha torpaq sahələrinin kənd təsərrüfatının inkişafı üçün prosedurana başlanması barədə xx.xx.2023-cü il tarixli 04 saylı, “Azərbaycanlılarının soyqrım günü” barədə xx.xx.2023-cü il tarixli 05 saylı, minumum əmək haqqının artırılması barədə xx.xx.2023-cü il tarixli 06 saylı, Heydər Əliyevin 100 illiyinin qeyd olunması barədə xx.xx.2023-cü il tarixli 07 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə xx.xx.2023-cü il tarixli 08 saylı, 2023-cü ilin İ yarımili üçün yerli büdcənin icrası haqqında xx.xx.2023-cü il tarixli 09 saylı, dotasiya barədə xx.xx.2023-cü il tarixli 10 saylı, iməcilik işlərinin aprılması barədə xx.xx.2023-cü il tarixli 11 saylı, bələdiyyənin balansında olan 4,0016 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli 12 saylı, bələdiyyənin balansında olan 0,08 ha torpaq sahəsinin bilavasitə alqı-satqısına başlanması barədə xx.xx.2023-cü il tarixli 13 saylı, “8 noyabr zəfər gününün 3 illiyi” barədə xx.xx.2023-cü il tarixli 14 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə xx.xx.2023-cü il tarixli 15 saylı, növbəti büdcənin təsdiqi barədə xx.xx.2023-cü il tarixli 16 saylı, bələdiyyə tərəfindən 2023-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyətinin istifadəsi haqqında xx.xx.2024-cü il tarixli 01 saylı, 2023-cü il üçün yerli büdcənin icrası barədə xx.xx.2024-cü il tarixli 02 saylı, “Xocalı soyqrımı” barədə xx.xx.2024-cü il tarixli 03 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubunun müzakirəsi barədə xx.xx.2024-cü il tarixli 04 saylı, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin mülkiyyətinə aid olan 0,0408 ha kənd daxili torpaq sahəsinin bilavasitə alqı-satqısının həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixli 05 saylı, 28 may Respublika gününü 106-cı ildönümünün qeyd olunması barədə xx.xx.2024-cü il tarixli 06 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə 06 iyun 2024-cü il tarixli 07 saylı iclas protokollarına, eləcə də müvafiq bələdiyyə qərarlarına Mollacəlilli kənd bələdiyyəsinin üzvlərinin iclaslarda iştirak etmədikləri, qismən iştirak etdikləri, eləcə də iclasların keçirilməsi barədə məlumatları olmadığı halda həmin bələdiyyə üzvlərinin adlarını əlavə etməklə, bəzi hallarda bələdiyyə üzvlərinin guya iclaslarda çıxış etdiklərini qeyd etməklə, sonda müvafiq sənədləri öz imzası və Mollacəlilli kənd bələdiyyəsinin möhürü ilə təsdiqləməklə yəni, rəsmi sənədlərin həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə bilə-bilə yalan məlumatların daxil edib, mahiyyət etibari ilə bütünlüklə saxta olan rəsmi sənədlərdən istifadə etməklə, hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, bələdiyyə sədri vəzifəsində işlədiyi 18 mart 2020-ci il tarixdən 06 iyun 2024-cü il tarixədək olan müddət ərzində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 19 və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 13.1-ci maddələrinə əsasən, bələdiyyənin fəaliyyətinin təşkil etmək, yerli büdcələrin xərclərinin həcmini və istiqamətlərini müəyyənləşdirilməsinə və yerli büdcənin icrasına nəzarət edilməsinə məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əmək haqqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamasını təmin etməli olduğu halda, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bunu etməyərək sədri olduğu bələdiyyənin adından “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələblərini pozaraq sədri olduğu Mollacəlilli bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 3922.41 manat olmuş ümumi büdcəsindən 1961,20 manat əməkhaqqı hesablamalı olduğu halda 3743.64 manat əməkhaqqı hesablayaraq 1782.44 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4289.85 manat olmuş ümumi büdcəsindən 2144,92 manat əməkhaqqı hesablamalı olduğu halda 4149.99 manat əməkhaqqı hesablamaqla 2005,07 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 4896,46 manat olmuş ümumi büdcəsindən 2448,23 manat əməkhaqqı hesablamalı olduğu halda 4683,60 manat əməkhaqqı hesablamaqla 2235,37 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 8263,74 manat olmuş ümumi büdcəsindən 4131,87 manat əməkhaqqı hesablamalı olduğu halda 8138,67 manat əməkhaqqı hesablamaqla 4006,8 manat artıq, yəni ümumilikdə 10029,68 manat bələdiyyə büdcəsinin vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bildiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2019-cu ilin dekabr ayından Göygöl rayonu, Mollacəlilli kənd bələdiyyəsinin üzvü, 2020-ci ilin mart ayından isə həmin bələdiyyənin sədri vəzifəsində işləyir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 19-cu maddəsinə əsasən bələdiyyə iclasında bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda səlahiyyətli hesab edilməklə, kollegial qaydada qərar qəbul etmək, müzakirə olunmuş məsələlərə dair qəbul edilməli bələdiyyə qərarlarını imzalamaq, bələdiyyənin fəaliyyətinin təşkil etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi olmasını bilir. «Bələdiyyələrin statusu haqqında» 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 16 və 33-cü maddəsinin, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinin tələblərinə əsasən, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmalı, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, bələdiyyə torpaqlarının istifadəyə, icarəyə verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin iclasında bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirakı ilə bələdiyyənin iclasını keçirməli olmasını, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 13.1-ci maddələrinə əsasən yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əməkhaqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamasını təmin etməli olmasını bilir. Mollacəlilli bələdiyyəsinin büdcəsinin əsaslarını bələdiyyə mülkiyyətinin istifadəsindən, icarəsindən, eləcə də, özgəninkiləşdirilməsindən qazanılan gəlir, vergilər və dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri(dotasiya) təşkil etmişdir. Mollacəlilli bələdiyyəsinin büdcəsini təşkil edən maliyyə vəsaitlərinin böyük bir qismi əməkhaqqına və sosial siğorta haqlarına, kiçik bir qismi isə qazetlərə üzvlük və abone haqlarına, audit xidmətlərinə və sair bu istiqamətlər üçün istifadə edilmiş, həmin vəsaitlərin sərf edilməsi ilə bağlı iclas qərarlarını tək başına tərtib etmiş, bu barədə real iclaslar təşkil etməmişdir. 2020-2023-cü illərdə bələdiyyənin büdcəsindən xərc istiqamətlərini müəyyənləşdirərkən əmək haqqına ayırmaların ümumi xərclərin yarasından çox olmasının səbəbi əmək haqqını tam şəkildə almaq istəməsi ilə əlaqədar olmuşdur. Belə ki, 2016-2019-cu illərdə Turanə Mustafayevə bələdiyyə mühasibi, Yusif Nəsibov bələdiyyə vergilərini yığan texniki işçi, Ələviyyə Nəsibova xadimə, Mehman Mövlayev isə nəzarətçi olmuşdur. Həmin şəxslərin ərizələrinə əsasında tərəfindən qəbul olunmuş əmrlə onları işə qəbul edib əmək müqavilələri bağlamışdır. X35 ilə xx.xx.2010-cu il tarixli, X7 ilə xx.xx.2008-ci il tarixli, X14 ilə xx.xx.2013-cü il tarixli, X11 ilə xx.xx.2024-cü il tarixli müddətsiz əmək müqavilələri bağlanmışdır. Həmin şəxslərin əmək haqları bələdiyyə poçt hesabı yarandığı gündən kart hesabına köçürmə yolu ilə, əvvəllər isə əlbəəl verilmişdir. Təxminən 2020-ci ildən hazırkı vaxta qədər kart hesabına köçürmə yolu ilə ödənilir. Həmin şəxslərin 2019-2020-ci illərdə işdən çıxmalarına baxmayaraq onların əvvəlki illər üçün əmək haqqılar sonrakı tarixlərdə ödənilmişdir, bunun səbəbi həmin vaxt bələdiyyə büdcəsinin əməkhaqqı ödəmək üçün kifayət etməməsi olmuşdur. Sədrliyi dövründə Qoşqar Rzayevə bələdiyyə balansında olan hər hansı toraq sahəsi satılmamış, yalnızca 2023-cü ildə bələdiyyənin balansında olan 0,4 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qoşqar Rzayeva icarəyə verilmişdir. Qoşqar Rzayev həmin torpağın icarəsinə görə də illik 480 manat məbləğində bələdiyyənin poçt hesabına pul ödəyir. X15 və X24 Mollacəlilli bələdiyyəsinin balansında olan torpaq sahələri icarəyə verilməsi, habelə bələdiyyə büdcəsinin təşkil edən vəsaitlərin xərclənməsi ilə əlaqədar keçirilmiş digər iclasların protokolların, qeyd olunan iclasların keçirilməsi ilə əlaqədar qəbul edilmiş müvafiq qərarların məzmununa Göygöl rayon Mollacəlilli kənd bələdiyyəsinin bələdiyyə üzvlərinin, yəni Şahid5, Şahid3, Nümayəndə, Şahid1, Şahid4, Şahid2, Şahid7 və X6 iştirakları ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair məlumatlar daxil etməsinə baxmayaraq faktiki olaraq həmin məlumatlar yalan olmuşdur. Belə ki, həmin iclaslarda hər hansı bir bələdiyyə üzvü iştirak etməmiş, lakin buna baxmayaraq heç bir protokolda olan imzaları saxtalaşdırmamış, hər hansı şəxsin, həmçinin Şahid5 əvəzindən protokollara imza atmamış, protokolları tərtib etdikdən sonra iclas katiblərinə imza etdirmişdir. Bundan başqa, sədr seçilməsi barədə bütün bələdiyyə üzvlərini məlumatlandırmış, üzvlər də razılaşıb xx.xx.2020-ci il tarixli 04 saylı protokola imza etmişlər. Bələdiyyə üzvlərindən adlarını xatırlamadığı bir neçə nəfəri bələdiyyə tərəfindən keçirilmiş “Xocalı Soyqrımı”barədə xx.xx.2022-ci il tarixli 02 saylı, “8 noyabr Zəfər gününün ildönümü” barədə xx.xx.2022-ci il tarixli 08 saylı, “Azərbaycalıların soyqrımı günü” barədə xx.xx.2023-cü il tarixli 05 saylı, “8 noyabr Zəfər gününün ildönümü” barədə xx.xx.2023-cü il tarixli 14 saylı, “Xocalı Soyqrımı”barədə xx.xx.2024-cü il tarixli 03 saylı, 0,0408 ha torpaq sahəsinin bilavasitə alqı-satqısına başlanması barədə xx.xx.2024-cü il tarixli 05 saylı iclaslarda iştirak etmiş, digər iclaslarda, yəni Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin kənd əhalisinin ev heyvanlarına və quşlarına peyvəndlərin aparılması barədə bələdiyyə sədri seçilməsi barədə xx.xx.2020-ci il tarixli 01 saylı, 2020-ci ilə dair iş planın təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixli 02 saylı, “Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubunun müzakirə edilməsi barədə xx.xx.2020-ci il tarixli 03 saylı, “ev heyvanı və quşlarının peyvənd olunması” barədə xx.xx.2020-ci il tarixli 05 saylı, “icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, “bələdiyyə torpaqlarının idarəçiliyi sahəsində qanunsuzluqların aradan qaldırılması” barədə tövsiyyə məktubunun müzakirəsi haqqında xx.xx.2024-cü il tarixli 06 saylı, Mollacəlilli kəndinə gələn su xəttinin təmiri və həmin xəttə nəzarət olunması haqqında xx.xx.2020- ci ıl tarixli 07 saylı, “bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında” AR qanununa dəyişiklər edilməsi barədə tövsiyyə məktublarının müzakirəsi barədə xx.xx.2020-ci il tarixli 08 saylı, dotasiya haqqında xx.xx.2020-ci il tarixli 09 saylı, növbəti il üçün qərar lahiyəsinin müzakirəsi haqqında xx.xx.2020-ci il tarixli 10 saylı, 2020-ci il üçün ödəniləcək torpaq və əmlak vergiləri barədə xx.xx.2020-ci il tarixli 11 saylı, 2021-ci il üçün büdcə layihəsinin təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 12 saylı, 2020-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilmiş hesabatın təsdiqi barədə xx.xx.2021-ci il tarixli 01 saylı, Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən göndərilmiş tövsiyyə məktubunun müzakirə edilməsi barədə xx.xx.2021-ci il tarixli 02 saylı, “Xocalı Soyqrımı”barədə xx.xx.2021-ci il tarixli 03 saylı, “Novruz Bayramı” barədə xx.xx.2021-ci il tarixli 04 saylı, kənd ərazisində iməcilik işlərinin görülməsi barədə xx.xx.2021-ci il tarixli 05 saylı, 28 may gününün 103-cü il dönümü barədə xx.xx.2021-ci il tarixli 06 saylı, Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış metodik vəsaitin öyrənilməsi və icrasının təmin edilməsi barədə xx.xx.2021-ci il tarixli 07 saylı, Qurban Bayramı barədə xx.xx.2021-ci il tarixli 08 saylı, dotasiya barədə xx.xx.2021-ci il tarixli 09 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məkubunun müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 10 saylı, bələdiyyənin gördüyü işlərin müzakirəsi haqqında xx.xx.2021-ci il tarixli 11 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məkubunun müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 12 saylı, metodik vəsaitin müzakirə olunması barədə xx.xx.2021-ci il tarixli 13 saylı, bələdiyyənin növbəti il üçün büdcəsinin təsdiqi haqqında xx.xx.2021-ci il tarixli 14 saylı, bələdiyyə tərəfindən 2021-ci idə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyətinin istifadəsi haqqında xx.xx.2022-ci il tarixli 01 saylı, “Azərbaycanlılarının soyqrımı haqqında” xx.xx.2022-ci il tarixli 03 saylı, bələdiyyə mülkiyyətində olan 6 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli 04 saylı, dotasiya barədə xx.xx.2022-ci il tarixli 05 saylı, kənd ərazisində iməcilik işlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli 06 saylı, 2023-cü il üçün növbəti büdcə lahiyəsinin təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli 07 saylı, növbəti büdcənin təsdiqi barədə xx.xx.2022-ci il tarixli 09 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsaitlərinin müzakirəsi barədə xx.xx.2022-ci il tarixli 10 saylı, bələdiyyə tərəfindən 2022-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında xx.xx.2023-cü il tarixli 01 saylı, Gəncə Regional İdarəsinin tövsiyyə məktubunun müzakirə edilməsi haqqında xx.xx.2023-cü il tarixli 02 saylı iclas protokolu, bələdiyyənin 2022-ci il üçün büdcə icrası haqqında xx.xx.2023-cü il tarixli 03 saylı, bələdiyyənin balansında olan 4,016 ha və 5,577 ha torpaq sahələrinin kənd təsərrüfatının inkişafı üçün prosedurana başlanması barədə xx.xx.2023-cü il tarixli 04 saylı, minumum əmək haqqının artırılması barədə xx.xx.2023-cü il tarixli 06 saylı, Heydər Əliyevin 100 illiyinin qeyd olunması barədə xx.xx.2023-cü il tarixli 07 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə xx.xx.2023-cü il tarixli 08 saylı, 2023-cü ilin İ yarımili üçün yerli büdcənin icrası haqqında xx.xx.2023-cü il tarixli 09 saylı, dotasiya barədə xx.xx.2023-cü il tarixli 10 saylı, iməcilik işlərinin aprılması barədə xx.xx.2023-cü il tarixli 11 saylı, bələdiyyənin balansında olan 4,0016 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli 12 saylı, bələdiyyənin balansında olan 0,08 ha torpaq sahəsinin bilavasitə alqı-satqısına başlanması barədə xx.xx.2023-cü il tarixli 13 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə xx.xx.2023-cü il tarixli 15 saylı, növbəti büdcənin təsdiqi barədə xx.xx.2023-cü il tarixli 16 saylı, bələdiyyə tərəfindən 2023-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyətinin istifadəsi haqqında xx.xx.2024-cü il tarixli 01 saylı, 2023-cü il üçün yerli büdcənin icrası barədə xx.xx.2024-cü il tarixli 02 saylı, Gəncə Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubunun müzakirəsi barədə xx.xx.2024-cü il tarixli 04 saylı, 28 may Respublika gününü 106-cı ildönümünün qeyd olunması barədə xx.xx.2024-cü il tarixli 06 saylı, bələdiyyələrin maarifləndirilməsi məqsədilə hazırlanmış metodiki vəsailərinin müzakirəsi barədə 06 iyun 2024-cü il tarixli 07 saylı iclaslarda iştirak etməmişdir. Mollacəlilli bələdiyyəsinin üzvlərinin iclaslarda iştirak etmədikləri halda onların iclas protokollarında adlarının qeyd edilməsinin və iclaslarda iştirak etmiş kimi göstərilməsinin səbəbi kənd bələdiyyəsinin inzibati binasında lazımı şəraitin olmaması ilə əlaqədar iclas keçirilməsinin mümkün olmaması ilə bağlı bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə bələdiyyənin üzvlərini iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırmış, iclas protokollarını hazırda ünvanlarını xatırlamadığı komputer mərkəzlərində təkbaşına tərtib edərək imzalamışdır. O, rayon prokurorluğuna verdiyi izahatında bələdiyyə üzvlərinin qeyd olunan iclasda iştirak etmələrini göstərməsinin səbəbi iclasların mövzuları barədə sonradan bələdiyyə üzvlərinin hamısını məlumatlandırması olmuş, buna görə də üzvlərin iştirak etdiklərini bildirmiş, lakin faktiki olaraq bayram və anım günləri xaric keçirilmiş bir çox iclaslarda üzvlər iştirak etməmişlər. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını və özünü təqsirli bilməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü tam təqsirli bilir. Həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini, məhkəmə iclasında dindirilməmiş şahidlərin dindirilmədən işə baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2019-cu ildə keçirilən seçkilərdə Mollacəlilli bələdiyyəsinə üzvü seçilmiş, bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuşdur. Mollacəlilli kənd bələdiyyəsinin bələdiyyə üzvü kimi bələdiyyə tərəfindən keçirilmiş iclaslarda iştirak etməmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar barədə məlumatı olmamışdır. Bələdiyyə üzvü kimi əmək haqqı almamış, onun iştirakı olmadan hər hansı bələdiyyə iclasının keçirilib-keçilməməsi barədə məlumatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sədr seçildiyi iclasda iştirak etməsə də, sonradan bu barədə Ramiz Cəlilov ona məlumat vermiş o, da razılaşaraq yeni bələdiyyə sədri seçilməsi barədə xx.xx.2020-ci il tarixli 04 saylı protokola imza etmişdir. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, sonuncu dəfə 2019-cu ilin dekabr ayında Mollacəlilli bələdiyyəsinə üzv seçilmiş, əvvəlcə, bir neçə ay bələdiyyə sədrliyi etsə də, sonrakı vaxtlarda ailə vəziyyəti ilə əlaqədar sədrlik vəzifəsini icra edə bilmədiyi üçün təxminən 2020-ci ilin mart ayında başqa şəxsin sədr vəzifəsinə seçilməsini xahiş etmiş, bundan sonra, bələdiyyə sədri olaraq Təqsirləndirilən şəxs seçilmişdir. Ondan başqa, Nümayəndə, Şahid5, Şahid4, Şahid2, Şahid7, Şahid6, Şahid3 kimi bələdiyyə üzvləri olmuşdur. Onun bələdiyyə sədrliyi dövründə hər hansı sənədləşmə işləri aparılmamışdır. Hazırda bələdiyyə sədri Təqsirləndirilən şəxsdir. Belə ki, Mollacəlilli kənd bələdiyyəsinin hər hansı iclasında iştirak etməmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar barədə məlumatı olmamışdır. Bələdiyyə üzvü kimi əmək haqqı almamış, onun iştirakı olmadan hər hansı bələdiyyə iclasının keçirilib-keçilməməsi barədə məlumatı olmamışdır. Ramiz Cəlilovun sədr seçilməsi barədə iclasda iştirak etməsə də, Ramiz Cəlilov sonradan ona məlumat vermiş o, da razılaşaraq yeni bələdiyyə sədri seçilməsi barədə xx.xx.2020-ci il tarixli 04 saylı protokola imza etmişdir. X16 izahatında göstərdiyi xüsusatlar, yəni Göygöl rayonu Mollacəlilli kəndində yerləşən Şəhid Parkının və həmin ərazinin yaxınlığından keçən el yolunun həmin kəndin bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq qohumu Qoşqar Rzayevə satılması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 74-C/24 nömrəli material üzrə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işi üzrə ibtidai istintaqın aparılması Göygöl Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Nəsib Məmmədovun icraatına verilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işinin icraata qəbul edilərək ibtidai istinataqının aparılması, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin keçirdiyi iclaslara müvafiq olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli 01 saylı, xx.xx.2020-ci il tarixli 02 saylı, xx.xx.2020-ci il tarixli 03 saylı, xx.xx.2020-ci il tarixli 04 saylı, xx.xx.2020-ci il tarixli 05 saylı, xx.xx.2024-cü il tarixli 06 saylı, xx.xx.2020- ci ıl tarixli 07 saylı, “xx.xx.2020-ci il tarixli 08 saylı, xx.xx.2020-ci il tarixli 09 saylı, xx.xx.2020-ci il tarixli 10 saylı, xx.xx.2020-ci il tarixli 11 saylı, xx.xx.2020-ci il tarixli 12 saylı, xx.xx.2021-ci il tarixli 01 saylı, xx.xx.2021-ci il tarixli 02 saylı, “26.02 2021ci il tarixli 03 saylı, “xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı, xx.xx.2021-ci il tarixli 06 saylı, xx.xx.2021-ci il tarixli 07 saylı, xx.xx.2021-ci il tarixli 08 saylı, xx.xx.2021-ci il tarixli 09 saylı, xx.xx.2021-ci il tarixli 10 saylı, xx.xx.2021-ci il tarixli 11 saylı, xx.xx.2021-ci il tarixli 12 saylı, xx.xx.2021-ci il tarixli 13 saylı, xx.xx.2021-ci il tarixli 14 saylı, xx.xx.2022-ci il tarixli 01 saylı, xx.xx.2022-ci il tarixli 02 saylı, xx.xx.2022-ci il tarixli 03 saylı, xx.xx.2022-ci il tarixli 04 saylı, xx.xx.2022-ci il tarixli 05 saylı, xx.xx.2022-ci il tarixli 06 saylı, xx.xx.2022-ci il tarixli 07 saylı, xx.xx.2022-ci il tarixli 08 saylı, xx.xx.2022-ci il tarixli 09 saylı, xx.xx.2022-ci il tarixli 10 saylı, xx.xx.2023-cü il tarixli 01 saylı, xx.xx.2023-cü il tarixli 02 saylı, xx.xx.2023-cü il tarixli 03 saylı, xx.xx.2023-cü il tarixli 04 saylı, xx.xx.2023-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 06 saylı, 8.05.2023-cü il tarixli 07 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı, xx.xx.2023-cü il tarixli 09 saylı, xx.xx.2023-cü il tarixli 10 saylı, xx.xx.2023cü il tarixli 11 saylı, bəl xx.xx.2023-cü il tarixli 12 saylı, xx.xx.2023-cü il tarixli 13 saylı, xx.xx.2023-cü il tarixli 14 saylı, xx.xx.2023-cü il tarixli 15 saylı, xx.xx.2023-cü il tarixli 16 saylı, xx.xx.2024-cü il tarixli 01 saylı, xx.xx.2024-cü il tarixli 02 saylı, xx.xx.2024-cü il tarixli 03 saylı, xx.xx.2024-cü il tarixli 04 saylı, xx.xx.2024-cü il tarixli 05 saylı, xx.xx.2024-cü il tarixli 06 saylı, 06 iyun 2024-cü il tarixli 07 saylı protokollarının surəti iş üçün əhəmiyyət kəsb etdiyindən rəsmi sənəd kimi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Pərvin Abbasov tərəfindən verilmiş təqrirdən görünür ki, xidmət yerini dəyişməsi ilə əlaqədar olaraq icraatında olan 74-C/24 nömrəli materialın rayon prokurorluğunun digər əmakdaşına həvalə edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin inzibati ərazisinə aid olan ərazidə yerli özünüidaretmə fəaliyyəti təşkil olunmamış, bələdiyyə sədri Təqsirləndirilən şəxs vəzifə öhdəliklərini yerinə yetirməmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq kollegial orqan olan Mollacəlilli bələdiyyəsinin adından qərarlar tərtib etmiş, həmçinin bələdiyyə mülkiyyətindən torpaq sahələrinin ayrılmasına təkbaşına qərarlar qəbul etmiş, nəticədə onun qanunsuz əməlləri yerli özünüidarəetmənin ictimai mənafeyinə və nüfuzuna ziyan vurmuşdur. Bundan başqa, bələdiyyənin 2020-ci ildən 2024-cü ilin ilk 6 ayı üzrə hesablaşma hesabından məlum edilmişdir ki, bələdiyyə büdcəsinə 2020-ci ildə 3.922,41 manat, 2021-ci ildə 4.289,85 manat, 2022-ci ildə 4.896,46 manat, 2023-cü ildə 8.363,74 manat və 2024-cü ilin ilk 6 ayı üzrə 4.175,90 manat olmaqla, ümumilikdə (7.390 manat dotasiyadan, 18.258,36 manat yerli (bələdiyyə) vergi və ödənişlərdən) 25.648,36 manat maliyyə vəsaiti daxil olmuşdur. Həmin maliyyə vəsaitindən 25.255,75 manatı (21.150,65 manat əməkhaqqına, 3.278,43 manat məcburi dövlət sosial sığorta haqlarına, 431,03 manat poçt xidmətlərinə və sair xərclərə 394,64 manat) yerli özünüidarəetmə orqanın saxlanması xərclərinə istifadə olunmuş, 392,61 manat qalıq qalmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasında müzakirə olunmadan bələdiyyə sədri Təqsirləndirilən şəxs təkbaşına Mollacəlilli bələdiyyəsinin adından tərtib etdiyi xx.xx.2023-cü il tarixli (protokol№11) qərarla 4,0016 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmış və həmin torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi Qoşqar Rzayevlə bələdiyyə sədri Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə notariat qaydasında icarə müqaviləsi bağlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs bələdiyyə iclasında müzakirə olunmadan Mollacəlilli bələdiyyəsinin adından təkbaşına tərtib etdiyi xx.xx.2022-ci il tarixli (protokol №04) qərara əsasən bələdiyyə mülkiyyətinə aid 6 ha torpaq sahəsinin qum-çınqıl çıxarılması üçün icarəyə verilməsi barədə onunla İlham İsmayılov arasında xx.xx.2022-ci il tarixli 01 saylı icarə müqaviləsi bağlanılmışdır. Bu fakt bələdiyyə tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli 214 saylı arayışla da öz təsdiqini tapmışdır. Bələdiyyə üzvləri təqdim etdikləri məlumatlarda bələdiyyə büdcəsindən maliyyə vəsaitinin, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hər hansı hüquqla ayrılması ilə bağlı iclaslarda iştirak etmədiklərini bildirsələr də, həmin iclas protokollarında onların iştirakçılar siyahısında adları göstərilmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsindən və toplanmış sənədlərdən müəyyən olunur ki, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin inzibati ərazisində yerli özünüidarəetmə fəaliyyəti qanunauyğun təşkil olunmamış və bələdiyyə sədri Təqsirləndirilən şəxs vəzifə öhdəliyini yerinə yetirməmişdir. Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 214 nömrəli məktubdan görünür ki, bələdiyyə mülkiyyətinə 6 ha torpaq sahəsi bələdiyyə iclasında müzakirə olunmadan xx.xx.2022-ci il tarixli 01 saylı müqavilə əsasında qumçınqıl üçün 9 il müddətinə X12 icarəsinə ayrılması göstərilmişdir. Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 212 nömrəli məktubdan görünür ki, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin sədri Tağıyev Təqsirləndirilən şəxs; Şahid6, Şahid3, Nümayəndə, Şahid7, Şahid5, X26, Şahid2 və Şahid4 isə üzvləridir. Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2020-ci il tarixli, 04 saylı iclasın protokolundan görünür ki, bələdiyyənin tam tərkibi ilə keçirilmiş iclasla bələdiyyə üzvü Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçilərinin nəticələrinə dair həmin tarixli Mərkəzi Seçki Komissiyasının qərarından X4 Ramiz Yəhya oğlu, Nümayəndə, Şahid1, Şahid3, Şahid6, Şahid7, Şahid2, Şahid4 və Şahid5 bələdiyyə üzvü seçilmələri müəyyən edilir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Mollacəlilli kənd İ.Ə.D-i üzrə nümayəndəsinin müavini, nümayəndə vəzifəsinin müvəqqəti icraçısı E.Musayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 84 nömrəli arayışdan görünür ki, Mollacəlilli kənd Bələdiyyəsinin üzvləri, kənd sakinləri Şahid6 və Cümşüdlü X1 qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda Mollacəlilli kəndində yaşamamaları göstərilmişdir. Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin inzibati nəzarət icraatı qaydasında araşdırılması barədə arayışda göstərilmişdir ki, bələdiyyənin faktiki gəlirləri və xərcləri Azərpoçtun Göygöl filialındakı hesablaşma hesabı vasitəsilə icra olunmuşdur. (Bələdiyyədən təqdim olunan arayışda qeyd olunur ki, bələdiyyənin X41 filialında hesablaşma hesabı olsa da həmin hesabda heç bir əməliyyat aparılmamışdır). Bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarı ilə 2020-ci ilin büdcə gəlir və xərcləri 23772 manat təsdiq olunmuş, dövrün əvvəlinə qalıq 39.62 manat olmaqla il ərzində faktiki gəlirləri 3922.41 manat, xərcləri 3897.19 manat olmuşdur. 2021-ci ilin büdcəsi bələdiyyənin xx.xx.2020- ci il tarixli qərarı ilə 51335 manat təsdiq olunmuş, faktiki icrası gəlirlər üzrə 4289.85 manat, xərcləri 4339.69 manat olmuşdur. 2022-ci ilin büdcəsi bələdiyyənin xx.xx.2021- ci il tarixli qərarı ilə 24298 manat təsdiq olunmuş, faktiki icrası gəlirlər üzrə 4896.46 manat, xərcləri 4896.46 manat olmuşdur. 2023-cü ilin büdcəsi bələdiyyənin xx.xx.2022- ci il tarixli qərarı ilə 22968 manat təsdiq olunmuş, faktiki icrası gəlirlər üzrə 8363.74 manat, xərcləri 8330.52 manat olmuşdur. 2024-cü ilin büdcəsi bələdiyyənin xx.xx.2023- cü il tarixli qərarı ilə 25776 manat təsdiq olunmuş, xx.xx.2024- cü il tarixə faktiki icrası gəlirlər üzrə 4175.90 manat, xərcləri 3791.89 manat olmuşdur. Ümumilikdə bələdiyyənin faktiki gəlirləri 25648.36 manat, (o cümlədən 7390 manat dövət büdcəsindən ayrılan dotasiya) xərcləri 25255.75 manat olmuşdur. Təqdim olunan sənədlərə əsasən müəyyən edilmişdir ki, bələdiyyə büdcəsindən xərclər əsasən əmək haqları ilə bağlı olmuşdur. O cümlədən 21151.65 manat əmək haqlarına, 3278.43 manat məcburi dövlət sosial sığorta haqlarına, poçt xidmətinə 431.03 manat, sair xərclərə 394.64 manat istifadə olunmuşdur. Bələdiyyə tərəfindən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarət olunmamış, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.1 maddəsinə əsasən yerli bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və diger qanunlarla müəyyən edilmiş qaydada alınmasının təmin edilməməsi, Baş İdarə tərəfindən əvvəlki dövrlərdə "Bələdiyyələrin debitor və kreditor borclarının həlli barədə” metodik vəsait hazırlanaraq regional ədliyyə idarələri vasitəsilə bütün bələdiyyələrə, o cümlədən Mollacelilli bələdiyyəsinə göndərilsə də debitor borcların bələdiyyə büdcəsinə ödənişlərinin vaxtında və tam məbləğdə təmin olunmaması bələdiyyə qərarı ilə təsdiq olunmuş yerli büdcənin icrasına mənfi təsirini göstermiş, eyni zamanda bələdiyyənin əmək haqqı və məcburi dövlət sosial sığorta haqları üzrə kreditor borcların yaranmasına səbəb olmuş, yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsinə vəsait xərclənməmişdir. Göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, bələdiyyənin fəaliyyətində Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” Qanunlarının tələblərinə əməl olunmamışdır. Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2020-ci ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2020-ci ildə bələdiyyə büdcəsinə 3922.41 manat vəsait daxil olmuş, həmin vəsaitdən əmək haqqı və DSMF ödənişlərinə ümumilikdə 3743 manat 64 qəpik vəsait xərclənmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2021-ci ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2021-ci ildə bələdiyyə büdcəsinə ümumilikdə 4289.85 manat vəsait daxil olmuş, həmin vəsaitdən əmək haqqı və DSMF ödənişlərinə ümumilikdə 4149 manat 99 qəpik vəsait xərclənmişdir. Bundan başqa, Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2022-ci ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2022-ci ildə bələdiyyə büdcəsinə 4896,46 manat vəsait daxil olmuş, həmin vəsaitdən əmək haqqı və DSMF ödənişlərinə ümumilikdə 4683 manat 60 qəpik vəsait xərclənmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2023-cü ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2023-cü ildə bələdiyyə büdcəsinə 8263,74 manat vəsait daxil olmuş, həmin vəsaitdən əmək haqqı və DSMF ödənişlərinə ümumilikdə 8138 manat 67 qəpik vəsait xərclənmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2024-cü ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2024-cü ildə bələdiyyə büdcəsinə 4175,90 manat vəsait daxil olmuş, həmin vəsaitdən əmək haqqı və DSMF ödənişlərinə ümumilikdə 3714 manat 27 qəpik vəsait xərclənmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2023-cü ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2023-cü ildə bələdiyyə büdcəsinə torpaqların icarəyə verilməsindən 2885,07 manat gəlir əldə edilmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin büdcəsindən 2024-cü ildə gəlir və xərclərə dair məlumat cədvəlindən görünür ki, 2024-cü ildə bələdiyyə büdcəsinə torpaqların icarəyə verilməsindən 2400 manat gəlir əldə edilmişdir. Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsinin “əmrlər kitab”larına baxış keçirilməsi haqqında protokoldan görünür ki, ilk jurnalın 12-ci səhifəsinə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.2008-ci il tarixli, 3 nömrəli əmrlə texniki işçi kimi işə qəbul olunmuşdur. İkinci jurnalın 2 və 18-ci vərəqlərinə baxış keçirildikdə müəyyən olunmuşdur ki, X35 07 may 2010-cu il tarixli, 6 saylı əmrlə vergi toplayıcı vəzifəsinə, X11 xx.xx.2015-ci il tarixli 2 saylı əmrlə mühasib vəzifəsinə qəbul olunmuşdur. “Mütəxəssisin (müəllim-pedaqoqun) dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, cinayət işi üzrə X25 mütəxəssis qismində dəvət edilməsi və mütəxəssis X27 Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. Göygöl rayonu Mollacəlilli kənd Sənətkarlıq klubunun “işə davamiyyət cədvəli”nə baxış keçirilməsi haqqında protokoldan görünür ki, jurnalın qrafalarına müvafiq olaraq 1-ci qrafada 1-ci sıra nömrəsində adı qeyd olunmuş müdir vəzifəsində işləyən X13, 2-ci sıra nömrəsində adı qeyd olunmuş mədəni-kültür işçisi vəzifəsində işləyən X10, 3-cü sıra nömrəsində adı qeyd olunmuş xədimə işləyən X17 məzuniyyət və bayram günləri xaric davamlı olaraq işə gəlib-getmələri müəyyən olunmuşdur. “Cinayət işinin istintaq icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 4/1773 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 09 iyun 2022-ci il tarixli 04 saylı, 07 iyul 2022-ci il tarixli 05 saylı, 30 avqust 2023-cü il tarixli 12 saylı, 13 iyul 2021-ci il tarixli 09 sayl iclasın “Protokolları”nın 2-ci vərəqlərində “İclasın katibi: qrafasında “Şahid5” yazılarının qarşısında olan imzalar–Şahid5 tərəfindən icra edilmişdir. “Cinayət işinin istintaq icraatının təzələnməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin istintaq icraatının dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin istintaq icraatının təzələnməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 320.1-ci maddələri ilə ittiham elan edilməməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasından ötrü müvafiq materialların surətinin rayon prokuroruna təqdim edilməsinin istisna edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 313 və 320-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X19 və X18 əməllərində Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X20 2024-cü ilin mart ayının sonlarında Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsinin balansında olan “El yolu” adlanan ərazinin bir hissəsini hasara alaraq sonradan həmin hasarı sökməsi ilə əlaqədar sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi ilə əlaqədar qanunvericilikdə həmin maddələrlə araşdırmaların və cinayət işlərinin DİN-nin əməkdaşları tərəfindən aparılması nəzərdə tutulduğundan həmin epizod üzrə cinayət işindən material ayrılaraq ayrıca araşdırma aparılması üçün istintaq aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, cinayət işi üzrə, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin fəaliyyətinin yoxlanması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən toplanaraq rayon prokurorluğuna daxil olmuş araşdırma materiallarında olan, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin keçirdiyi iclaslara müvafiq olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli 01 saylı, xx.xx.2020-ci il tarixli 02 saylı, xx.xx.2020-ci il tarixli 03 saylı, xx.xx.2020-ci il tarixli 04 saylı, xx.xx.2020-ci il tarixli 05 saylı, xx.xx.2024-cü il tarixli 06 saylı, xx.xx.2020-ci ıl tarixli 07 saylı, “xx.xx.2020-ci il tarixli 08 saylı, xx.xx.2020-ci il tarixli 09 saylı, xx.xx.2020-ci il tarixli 10 saylı, xx.xx.2020-ci il tarixli 11 saylı, xx.xx.2020-ci il tarixli 12 saylı, xx.xx.2021-ci il tarixli 01 saylı, xx.xx.2021-ci il tarixli 02 saylı, “26.02 2021-ci il tarixli 03 saylı, “xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı, xx.xx.2021-ci il tarixli 06 saylı, xx.xx.2021-ci il tarixli 07 saylı, xx.xx.2021-ci il tarixli 08 saylı, xx.xx.2021-ci il tarixli 09 saylı, xx.xx.2021-ci il tarixli 10 saylı, xx.xx.2021-ci il tarixli 11 saylı, xx.xx.2021-ci il tarixli 12 saylı, xx.xx.2021-ci il tarixli 13 saylı, xx.xx.2021-ci il tarixli 14 saylı, xx.xx.2022-ci il tarixli 01 saylı, xx.xx.2022-ci il tarixli 02 saylı, xx.xx.2022-ci il tarixli 03 saylı, xx.xx.2022-ci il tarixli 04 saylı, xx.xx.2022-ci il tarixli 05 saylı, xx.xx.2022-ci il tarixli 06 saylı, xx.xx.2022-ci il tarixli 07 saylı, xx.xx.2022-ci il tarixli 08 saylı, xx.xx.2022-ci il tarixli 09 saylı, xx.xx.2022-ci il tarixli 10 saylı, xx.xx.2023-cü il tarixli 01 saylı, xx.xx.2023-cü il tarixli 02 saylı, xx.xx.2023cü il tarixli 03 saylı, xx.xx.2023-cü il tarixli 04 saylı, xx.xx.2023-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 06 saylı, 8.05.2023-cü il tarixli 07 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı, xx.xx.2023-cü il tarixli 09 saylı, xx.xx.2023-cü il tarixli 10 saylı, xx.xx.2023-cü il tarixli 11 saylı, bəl xx.xx.2023-cü il tarixli 12 saylı, xx.xx.2023-cü il tarixli 13 saylı, xx.xx.2023-cü il tarixli 14 saylı, xx.xx.2023-cü il tarixli 15 saylı, xx.xx.2023-cü il tarixli 16 saylı, xx.xx.2024cü il tarixli 01 saylı, xx.xx.2024-cü il tarixli 02 saylı, xx.xx.2024-cü il tarixli 03 saylı, xx.xx.2024-cü il tarixli 04 saylı, xx.xx.2024-cü il tarixli 05 saylı, xx.xx.2024-cü il tarixli 06 saylı, 06 iyun 2024-cü il tarixli 07 saylı protokollarının surəti iş üçün əhəmiyyət kəsb etdiyindən rəsmi sənəd kimi sübut qismində tanınaraq cinayət iş materiallarına əlavə edilməsi, cinayət işi üzrə iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin dindirilməsi protokolları, Mollacəlilli bələdiyyəsinin fəaliyyətinin yoxlanılmasına dair toplanmış material, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, həmçinin digər istintaq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində Göygöl rayonu Mollacəlilli bələdiyyəsinə birbaşa maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduğu nəzərə alınıb, həmin bələdiyyə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanıma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin zərərçəkmiş şəxs qismində tanınması, Göygöl rayonu Mollacəlilli bələdiyyəsi tərəfindən müvafiq səlahiyyətli şəxsin təyin edilməsi üçün qərarın sürətinin Gəncə Regional Ədliyyə İdarəsinə göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin üzvü Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Göygöl rayon prokurorluğunda Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri faktına görə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə bələdiyyə tərəfindən səlahiyyətli nümayəndə qismində təyin edilmiş, bu səbəbdən zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin katibi vəzifəsində işləyən, bələdiyyə üzvü Nümayəndə cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələrinin izah edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməklə, qərarın sürətinin təqdim edilməsi, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilmiş, Təqsirləndirilən şəxs ifadəsində keçirilmiş bələdiyyə iclasları barədə bələdiyyə üzvlərini sonradan məlumatlandırmasını göstərməsi cinayət məsuliyyətindən yaxa qurtarması və məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakteri məqsədilə gətirdiyi dəlil kimi qəbul olunmuş, həmin xüsusat bələdiyyə üzvlərinin dindirmə protokolları ilə tam təkzib olunmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1953-cü il tarixdə Xanlar ray, Y.Ə.Bayramlı kəndində andan olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Göygöl rayonu Mollacəlilli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-16/3-2-35/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs ailə tərkibi X36-oğlu, X21-gəlini, X31nəvəsindən ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Göygöl rayonu Mollacəlilli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Özü və ailəsi haqqında icra nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. X5 daxil olmuş xx.xx.2025-ci il tarixli, 26 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanada müayinə və müalicə olunmamışdır. Göygöl RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-42/2-75/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 829 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, ******* və ******* nömrəli hərbi biletlərdən müvafiq çıxarışlardan görünür ki, X32 və X36 xx.xx.2014-cü il tarixli HHK-nın xəstlik cədvələinin İ qrup 14B maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yaraRsız, müharibə dövründə məhdud yararlıdırlar. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, odur ki heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışının onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə –cərimə və ya islah işləri və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsi, yaşayış yerindən müsbət xarakterizə edilməsini, onun yaşını və pensiyaçı olmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2.-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlаşdırılmаsı növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla islah işləri növündə cəzaya məhkum edilməli, hazırki hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 (on altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 113 (bir yüz on üç) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzasına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilmiş 02 (iki) il müddətində islah işləri cəzasının iki günü azadlığın məhdudlаşdırılmаsı cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən edilmiş 01 (bir) il müddət Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaq yolu ilə, ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlаşdırılmаsı cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 113 (bir yüz on üç) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-45/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-45/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver