Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-48/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Gəncə şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 20-də qeydiyyatda olan və Göygöl rayonu Üçtəpə kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranmış və münaqişə zamanı Təqsirləndirilən şəxs əl zərbələri ilə vurmaqla sonuncuya sifət və baş nahiyyəsinə vurmaqla sonuncunun sağ qulaq seyvanının arxa səthində 1x2 sm ölçüdə, sağ gözün alt qapağında 1x3 sm ölçüdə, alt çənə nahiyyəsində sağda 3x6 sm ölçüdə bənövşəyi rəngli, qeyri-müəyyən formalı qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.1980-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində ailəsi ilə birlidə yaşadığı Göygöl rayon Üçtəpə kəndində yerləşən yaşayış evinə gələn zaman evə çörək almadığı üçün arvadı Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamış və mübahisə zamanı əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bunda sonra o, sakitləşmiş və evdən çıxmışdır. Sonradan arvadı Zərərçəkmiş şəxs bununla bağlı DİN-nin 102 xidmətinə və Göygöl RPŞ-nə ərizə ilə müraciət etdiyini öyrənmişdir. Hazırda tutduğu əməldən peşiman olmuş, zərər çəkmiş şəxs olan həyat yoldaşı X2 ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir, məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X2 göstərmişdir ki, xx.xx.1991ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuşdur. Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmaqla Göygöl rayon Üçtəpə kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə il tarixdə təxminən saat 23 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində əri Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi üçün aralarında münaqişə yaranmışdır. Həmin gün arasında yaranmış münaqişə nəticəsində əri Təqsirləndirilən şəxs əli ilə onun üz nahiyyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, bu barədə AR DİN-in 102 xidmətinə müraciət edərək polis çağırmışdır. Daha sonra isə ərizə ilə döyülməsi barədə Göygöl RPŞ-nə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Göygöl rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 84 nömrəli rəydən məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sağ qulaq seyvanının arxa səthində 1x2 sm ölçüdə, sağ gözün alt qapağında 1x3 sm ölçüdə, alt çənə nahiyyəsində sağda 3x6 sm ölçüdə bənövşəyi rəngli, qeyri-müəyyən formalı qançırları səsarəti vardır. Həmin xəsarət bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə olunanın göstərmiş olduğu müddətə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub, sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Araşdırma zamanı DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2012-ci il tarixdə 221.1-ci maddəsi ilə, xx.xx.2017-ci il tarixdə 221.2.1-ci maddəsi ilə və xx.xx.2017-ci il tarixdə Azərbycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə məhkumluğu ödənmişdir. Zərər çəkmiş şəxs X2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş (reyestrdə 8İ-1494 № ilə qeyd edilib ifornasiya sisteminə daxil edilmiş) ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1 və 40.2-ci maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşimançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, hər ikisinin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 43.3, 321.2.1, 381-385-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R V E R D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. 2.İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Qələmdar Abbasov