Məhkəmə qərarları › İş №1(066)-48/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-48/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-48/2025 04.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,901 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl şəhərinin girişində yerləşən “Göygöl yazısı”nın yaxınlığında müəyyən edilərək saxlanılmış və üzərinə baxış keçirilən zaman əynində olan qarışıq rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki təmiz çəkisi 0,901 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o Şəmkir rayonunda yaşayır və Göygöl rayonuna tək gəzmək üçün gəlmişdir. Demək olar ki, bir-iki aydan bir Göygölə gəlir. Adətən qış aylarında bu yerlərə gəlmək ona xoş olur. xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində Göygöl rayonuna gəlmişdir. O, avtobusla Göygöl rayonuna gəlmiş və daha sonra taksi ilə restorana gedib çörək yemişdir. Taksiyə onu bir az gəzdirməsini və dağlıq yerlərə yaxın yerdə restoran görərsə saxlamasını oturub çörək yeməsini bildirmişdir. O, Göygöl rayonu Topalhəsənli kəndinə getmiş və oranın təbiəti yaxşı olmuşdur. Həmin ərazi dağlıq və ağaclıq olmuş, axşam üstü qaranlıq olduğu üçün həmin ərazidə çay görməmişdir. Restoranda yemək yedikdən sonra çıxmış və piyada gedərək taksi axtarmış, yolnan gedərkən ayağına siqarət paçkası dəymiş və açılmış həmin vaxt onun içərisinə baxdıqda içində selefon bükümdə narkotik vasitə olan metanfetamin olmasını görmüşdür. O, əvvəllər iki dəfə metanfetamindən istifadə etdiyinə görə tanımış və götürərək cibinə qoymuşdur. Daha şəhərə getmək üçün manatlıq taksilərə minməkdən ötrü taksi ilə avtovağzala gəlmək istəmiş, həmin vaxt yolu səhv salmış və “Göygöl yazısı”nın yaxınlığında taksi sürücüsünə saxlamasını bildirmiş, avtovağzala getmək üçün piyada düz qalxmış və həmin vaxt mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu saxlamış, ondan hansı rayonda yaşamasını və harada olmasını və.s kimi suallar vermişlər, həmçinin polis əməkdaşları ondan üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya olub-olmamasını soruşmuş, o daşıdığını bildimiş və cibindən çıxararaq bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin baxış zamanı üzərindən “Texno Spark 10C” markalı mobil telefon polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin vaxt polis əməkdaşları tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla, sual-cavab edilmiş həmçinin izahatı alınmışdır. Bundan sonra 48 saat o, KPZ-də saxlanılmış və daha sonra azad edilmişdir. Araşdırma olub bitdikdən sonra ona xx.xx.2025-ci il tarixdə saat 16:30-da məhkəmədə olması bildirilmişdir. Əlavə olaraq bildirdi ki, narkotik vasitəni çoxdan istifadə etmir. Cəmi iki dəfə istifadə etmişdir. O hər hansı təyziq və təsir göstərilməmişdir. O, Şəmkir rayonundan Göygöl rayonuna gələrkən üzərində 60-70 manat pul olmuş, Göygöl rayonunda avtovağzala düşmüş, həmin vaxt saat 18-19 radələri olmuş, həmin ərazidə bir az gəzdikdən sonra icra hakimiyyətinin binasının yaxınlığında taksi saxlatmış və ona məsləhətdi restoran olub-olmamasını soruşmuş, taksi sürücüsü ona uyğun bir yer olmasını bildirmiş və bundan sonra onu restorana aparmışdır. Restoranda oturmuş və 32 manat hesab ödəmiş, 20-25 manat pulu qalmış, restoranda təxminən iki saat oturmuş, restorandan çıxdıqdan sonra taksi axtarmış və restorandan təxminən 300-400 metr uzaqlaşmış, həmin vaxt saat 23 radələri olmuşdur. Həmin ərazi qaranlıq olmuş və o yolun solu ilə telefonun işığını yandırıb getmişdir. O restorandan çıxarkən orada adam olmuş, o heç kəsdən yol soruşmamışdır. Yolnan gedərkən ayağına siqarət paçkası dəymiş və açılmış həmin vaxt onun içərisinə baxdıqda içində selefon bükümdə narkotik vasitə olan metanfetamin olmasını görmüş, narkotik vasitəni tanıdığından onu tanımış və açmadan götürərək cibinə qoymuşdur. Narkotik vasitənin olduğu siqaret qutusu “LD” olmuşdur. Sonra həmin ərazidən təxminən 100 metr kənarlaşmış, əks istiqamətdən gələn hərəkət edən taksi görmüş onu saxlatmış və ondan onu Göygöl rayonunun avtovağzalına aparmasını istəmiş və onunla 6 manata razılaşmışdır. Taksi sürücüsü “Göygöl yazısı”nın yanı ilə yuxarı qalxmaq istəmiş, o yolun yaxın olduğunu düşündüyü üçün taksi sürücüsündən orada saxlamasını və özünün piyada gedəcəyini bildirmişdir. Taksi sürücüsünə narkotik vasitə təklif etməmişdir. “Göygöl yazısı”nın yanı ilə Şəmkir rayonuna çöl yolu ilə gedən maşınlar olduğu üçün orada maşın ola biləcəyi üçün o gözləmişdir. Əvvəllər bir-iki dəfə Göygöl rayonuna gəlmişdir. Onu gətirən taski VAZ 2106 və ya VAZ 21011 olmuşdur. O düşdükdən sonra bir az gözləmiş daha sonra yolun sağ hissəsinə keçmişdir. Həmin vaxt mülkü formada polis əməkdaşları ona maşınla yaxınlaşmış və ona suallar vermişlər. Ondan harada olmasını, burda nə işi olmasını soruşmuşlar. Daha sonra polis əməkdaşları ondan üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya olub-olmamasını soruşmuşlar, o, üzərində olan psixotrop maddənin aşkar olunacağını başa düşdüyü üçün cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt saat təxminən 23-24 radələri olmuşdur. Bundan sonra onun üzərinə baxış keçirmişlər və telefonunu götürmüşlər, daha sonra isə onu Göygöl Rayon Polis Şöbəsinə gətirmişlər, izahatı alınmış və vəkil çağırılmışdır. Onun üzərində nə qədər pul qalması dəqiq yadında deyil 10-15 manat qalmışdır. KPZ-yə aparılan vaxt üzərində 5 manat pulu qalmış həmin pula isə siqaret alınmasını xahiş etmişdir. O, Göygöl rayonuna tək gəlmişdir. Narkotik vasitəni tapdıqdan sonra cibinə qoymuş və avtovağzaldan manatlıq taksilər getdiyini fikirləşdiyi üçün avtovağzala gəlmişdir. Taksi onu Göygöl yazısının sağ hissəsində saxlamış, oradan Şəmkirə keçən avtomobillər keçməsini fikirləşdiyi üçün yolun soluna keçmiş və həmin vaxt polis əməkdaşları onu saxlamışlar. O bundan 9 ay qabaq metanfetamini may ayında Türkiyədə istifadə etmişdir. Marixuanadan istifadə etmir. Həmin narkotik vasitəni tapmışdır və ona məxsusdur. Törətdiyi cinayət əməldən peşimandır. Məhkəmə qarşısında bu cür əməllərin təkrar olunmamasına söz verir. Odur ki, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. İstintaqda verdiyi izahatında bütün halları qeyd etmişdir və istintaqda verdiyi ifadəsini tam olaraq təsdiq edir. Lakin hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisə tam olaraq yadında deyil. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs “Göygöl” yazısının yaxınlığında saxlamışlar, həmin vaxt yoxlama zamanı onun üzərindən selefon bükümdə narkotik vasitə şakar edilmiş, daha sonra onu götürərək Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən çıxan bükümdə narkotik vasitə olan metanfetaminə bənzər kütlə olmuşdur. Həmin kütlə tərəzi ilə ölçüldükdə təxminən 0,911 qram olmuş və Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, həmin narkotik vasitə ona məxsusdur. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitəni tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat ona daxil olmuşdur. Təqsirləndirilən şəxs “Göygöl” yazısının yaxınlığında xəstəxana tərəfdə saxlanılmış və saxlanılarkən narkotik vasitəni şəxsi istifadəsi üçün saxlmasını bildirmiş, Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki təsir göstərilməmiş və o, onların qanuni tələblərinə əməl etmiş onlara hər hansı etiraz etməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs-dən aşkar edilmiş narkotik vasitə özünün yanında qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. İstintaqda verdiyi izahatında bütün halları qeyd etmişdir və istintaqda verdiyi ifadəsini tam olaraq təsdiq edir. Lakin hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisə tam olaraq yadında deyil. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs fevral ayında “Göygöl” yazısından yuxarı keçərkən saxlamışlar, həmin vaxt yoxlama zamanı onun üzərindən selefon bükümdə narkotik vasitə olan metanfetamin şakar edilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitənin ona məxsus olmasını və onu tapmasını özü etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən axşam saatları olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş və bu səbəbdən o saxlanılmışdır. 4 nəfərdən ibarət Əməliyyat Qurupu yaradılmış, video çəkiliş aparan şəxsdə əməliyyat qurupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs “Göygöl” yazısından yuxarıda saxlamışlar. Onlara daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni gəzdirməsi və istifadə etməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs tək piyada rayondan çıxış istiqamətində hərəkət etmiş, onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlamışlar və üzərinə baxış keçirmişlər, Qimsət Vəliyev saxlanılarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə həmin vaxt çəkilmiş, lakin həmin hadisədən uzun müddət keçdiyi üçün çəkisi yadında deyil. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanması məqsədilə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, Şahid1, Şahid3, X7 və o həmin qrupun tərkibinə daxil edilmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən video çəkiliş aparılmışdır. X6 çıxarkən növbətçi hissəsinin qarşısında başlayır, daha sonra şəxsin saxlanılması, üzərindən çıxan narkotik vasitənin qablaşdırılması və daha sonra Polis Şöbəsinə gətirilməsi video görüntüdə tam əksini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni tapmasını bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini tam təsdiq edir və həmin ifadəni hər hansı təyziq altında verməmişdir. Təqsirləndirilən şəxs fərdi şəxs olaraq tanıyır və narkotik aşkarlanan şəxs hazırda məhkəmə iclas zalında əyləşmiş şəxsdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. Təxminən fevral ayında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Göygöl rayonun giriş hissəsində “Göygöl yazısı” nın yaxınlığında Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və o yaxınlaşaraq özlərini təqdim etmişlər və Qimsət Vəliyevə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki üzərində narkotik vasitə vardır və selefon bükümdə çıxararaq təqdim etmişdir. Göstərdiyi hallar həmin vaxt video ilə çəkilmiş, ibtidai istintaqda göstəriyi xüsusatlarla bağlı ifadə vermiş və həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 22-23 radələrində saxlanılmış, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində hər hansı narkotik vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növü metanfetamin olmuşdur. Təqsirləndirilən şəxs Göygöl rayonun giriş hissəsində “Göygöl yazısı” nın yaxınlığında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş və piyada hərəkət etmişdir. Əməliyyat tədbirində Şahid1, Şahid2 və o iştirak etmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə olması göstərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul barədə əməliyyat məlumatı daxil olmamışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitəni tapmasını və öz istifadəsi üçün saxlamasını bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini tam təsdiq edir və həmin ifadəni hər hansı təyziq altında verməmişdir. Təqsirləndirilən şəxs fərdi şəxs olaraq tanıyır və narkotik aşkarlanan şəxs hazırda məhkəmə iclas zalında əyləşmiş şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/319 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Göygöl şəhəri, Göygöl RMX-nin yaxınlığında Göygöl yazısının yaxınlığındakı ərazidir. Baxış zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı kiçik ölçülü şəffaf sellofan torbanın içərisində, sellofan torba ilə birlikdə kütləsi 1,04 qram olan ilkin baxışdan narkotik maddə olan metanfetamin bənzər kütlə 1 ədəd ağ rəngli zərfə, eləcə də sübut əhəmiyyəti kəsb etdiyi üçün 1 ədəd “Texno” markalı mobil telefon 1 ədəd ağ rəngli zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, şəxsi axtarış və götürmə hərəkəti 15 fevral 2025-ci il tarixdə saat “23:04”də başlanılmış, 15 fevral 2025-ci il tarixdə saat “23:12”-də qurtarmışdır. Protokol ucadan oxunmuş, heç bir vəsatət və şikayət daxil olmamış, odur ki, doğruluğu imzalarla təsdiq edilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə saat 00:55 dəqqiqədə Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən şəxsiaxtarış keçirilmiş, şəxsi axtarış 15 fevral 2025-ci il tarixdə saat 01:05-də başlanmış, 01:15də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış videolentə alınaraq 02 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər kütlənin narkotik vasitə olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə həvalə edilmişdir. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 16 fevral 2025-ci il tarixli 16/153 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik kütləyə bənzər imzalarla götürüldü” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,901 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Ekspertiza zamanı tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,851 qram qalıq qalmışdır. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli Göygöl RPŞnin İB-nin müstəntiqi, polis mayoru Anar Məmmədov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “acer” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zmanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM” una daxil etdikdə, 01 ədəd “S3160001” adlı fayl aşkar edilmiş. Həmin fayla baxış keçirən zaman 59 saniyə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 3 nəfər mülki geyimdə şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 olması müəyyən edilmiş, videogörüntüdə Şahid1 bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində və saxlamasında şübhəlidir və bununla bağlı əməliyyat qrupu yaradılaraq tədbir keçirtməyə başlayır. Bundan başqa həmin diskdə 01 ədəd “S3110003” adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 08:21 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 4 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-in əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində saxlaması barədə məlumatın olması izah edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmaması, əgər vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qarışıq rəngli qış gödəkcəsinin sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində olan kütlənin “patı” olduğunu, həmin kütləni Göygöl şəhər ərazisindən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilmiş və içərisində narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmiş, bundan başqa onun üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd “Tecno Spark” markalı mobil telefon aşkar edilmiş, o, telefonun özünə məxsus olmasını bildirmiş, daha sonra həmin 1 (bir) ədəd şəffaf sellofan büküm elekton tərəzidə çəkilərək kütləsinin 1.04 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs mexsus “Tecno Spark” markalı mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün zərfə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzərində iştirakçılarla bərabər Təqsirləndirilən şəxs də imza etməsi müşahidə olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılarkən lentə alınmış 01 ədəd DVD diskin içərisində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “acer” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zmanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk-ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 01 ədəd “S3180001” adlı fayl aşkar edilmiş. Həmin fayla baxış keçirən zaman 10:17 dəqiqə saniyə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 5 nəfər mülki geyimdə, bir nəfər xidməti iş geyim formasında olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2, şübhəli Təqsirləndirilən şəxs, TB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov və Müdafiəçi olması müəyyən edilmiş, təhqiqatçı Orxan Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində, üzərində və yaşadığı evdə saxlaması barədə məlumatın olması izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini, üzərindən polis əməkdaşları tərəfindən aşkar edilmiş kütlənin “patı” olduğunu bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntüyə keçirilmiş baxış başa çatmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi üçün Göygöl rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin prokuror tərəfindən vəsatət təmin edilməyərək təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinin məqsədə müvafiq hesab edilməsi barədə qərar qəbul etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nə və Şəmkir RPŞ-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqdim edilmiş Tecno Spark markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Texno Spark 10C” markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında “111” nömrəli xidməti iş otağında baxış keçirilmişdir. Baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, “Texno Spark 10C” markalı mobil telefon – üzərində qara rəngli üzlük vardır, mobil telefon özü qara rəngdədir, arxa hissəsində “Tecno Spark” sözü yazılmışdır. Telefonun içərisində daxil olub baxdıqda müxtəlif şəxslərlə yazışmalar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Texno Spark 10C” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmiş, bununla da, Təqsirləndirilən şəxs məxsus “Texno Spark 10C” markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,851 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,851 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edib-etməməsini, əgər narkotik vasitə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini konkret olaraq kimdən əldə etməsi, kimlərəsə veribverməməsini, aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. 05 mart 2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubla müəyyən edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,901 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Göygöl rayon Topalhəsənli kəndi ərazisində yolun kənarından tapması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Həmin narkotik vasitənin hansı şəraitdə orada olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 17 fevral 2025-ci il tarixdə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin mənbəyi və əldə edilmə vaxtı naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,901 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0,851 qram psixotrop maddə olan metamfetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə özünə məxsus “Tecno Spark” markalı mobil telefonu təhvil almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasını çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(076)-219/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1670 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat olmaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1285 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir Şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ayaşayır. Ailə üzvləri atası xx.xx.1965-ci il təvəllüdlü X9 və anası xx.xx.1967-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir Şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəmkir Şəhər İƏD-si üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasını çəkib qurtarmışdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər başqa cinayət əməllərinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, ondan götürülmüş narkotik vasitənin tərkibini və çəkisini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təkrar təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) gün bir günə bir gün hesabı ilə hesbalanmaqla təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,851 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 (on altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 151 (bir yüz əlli bir) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 04 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,851 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 151 (bir yüz əlli bir) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar