Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-49/2023 18.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir(qaçırmışdır). Belə ki, o, 24 fevral 2023-cü il tarixdə saat 06 radələrində yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində qohumu və həmkəndlisi Zərərçəkmiş şəxs evinin qarşısında saxladığı baş etibarnamə əsasında sonuncunun mülkiyyətində və istifadəsində olan “Qaz 31029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Zərərçəkmiş şəxs xəbəri olmadan qapılarının açıq olmasından istifadə edib avtomobilin sükanı arxasına əyləşərək mühərriki kustar üsulla işə salmaqla Göygöl rayonu Yeni Qızılca kəndindən idarə edərək metal almaq üçün Gədəbəy rayonu istiqamətinə hərəkət etmiş, avtomobilin mühərrikinin nasaz olması səbəbindən həmin avtomobili Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində yol kənarında saxlayıb yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndinə geri qayıdaraq Zərərçəkmiş şəxs məxsus “Qaz 31029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirdərək qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə Rasim ondan 170 manat borc pul almış, növbəti gün həmin pulu qaytarmamışdır. O, pulu Rasimdən dəfələrlə istəmiş, bir neçə gün keçmiş, o pulu qaytarmamışdır. Rasimlə münasibəti yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə adını bilmədiyi Gədəbəy rayonu Çalburun kənd sakini onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng edərək, metal olmasını və həmin metalı satmasını bildirərək onu Gədəbəy rayonuna dəvət etmişdir. O, da Rasimə bu barədə demiş və növbəti gün onunla onun “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonuna getməyi təklif etmiş, Rasim isə onunla razılaşmışdır. Məqsədi Rasimlə gedib əldə edilən qazancdan onun 170 manat borcunu götürmək olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 06 radələrində onunla qonşuluqda yaşayan qohumu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələn zaman Rasimə məxsus “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin küçədə olmasını görmüşdür. Bundan sonra qohumum Zərərçəkmiş şəxs özü ilə birlikdə Gədəbəy rayonuna aparmaq məqsədi ilə onu səsləsə də Rasim cavab verməmişdir. O, da Rasimə məxsus avtomobilin qapısının açıq olmasını görüb avtomobilə əyləşmiş, daha sonra avtomobilin mühərrikini işə salmaq məqsədi ilə naqilləri bir-birinə toxunduraraq avtomobilin mühərrikini işə salmış və Gədəbəy rayonu istiqamətində hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində Gədəbəy rayonu istiqamətində hərəkətdə olan zaman Şəmkir rayonu Zəyəm kəndi ərazisində avtomobilin su nasosunda nasazlıq yaranmışdır. O, da avtomobili həmin ərazidə saxlayaraq yaşadığı kəndə geri qayıtmışdır. Bu zaman qohumu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında polis əməkdaşlarının olmasını görüb onların yanına yaxınlaşmış, Rasimin yanında olan zaman, Rasimin avtomobilinin və avtomobilin içərisindən 400 manat pulunun oğurlanması barədə polisə şikayət etməsini görmüüşdür. Bundan sonra tutulmağından qorxduğu üçün bu barədə heç kimə heç bir məlumat verməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci il tarixdə 1700 manata 1994-cü ildə istehsal edilmiş, 402-117001-94 mühərrik nömrəli, XTH310290R0237909 ban nömrəli, “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında onun sərəncamındadır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Göygöl rayonun Yeni Qızılca kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında saxlayıb evə girmiş, saat 21 radələrində çölə çıxanda da avtomobil orada olmuşdur. Daha sonra isə yatmışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində çölə çıxdıqda avtomobilinin olmamasını görmüş, qohumu Təqsirləndirilən şəxs Allaverdi oğluna zəng edib ondan avtomobilimi götürüb-götürməməsini soruşduqda o, bu barədə xəbəri olmamasını demişdir. Qeyd etmişdir ki, əvvəllər Xəyal ilə bir neçə dəfə metal almağa gedən zaman Xəyal onun avtomobilini idarə etmişdir. Bu səbəbdən birinci ona zəng etmişdir. Daha sonra bir neçə qohumuna zəng edib avtomobilini götürüb-götürməməsini soruşduqda onlar da avtomobilimdən xəbərləri olmamasını demişlər. O, da bu səbəbdən DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. 24 fevral 2023-cü il tarixdə saat 06 radələrində Xəyal onu çağırmamışdır. Onun bundan heç bir məlumatı olmamışdır. Lakin avtomobil olmamasını gördükdə Xəyala zəng etmiş, Xəyal isə avtomobilimdən heç bir xəbəri olmamasını demiş, hətta ona şikayət edəcəyini dedikdə də o, da şikayət etməyini bildirmişdir. Onun “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapıları daim açıq olur, qapıları kilidlə bağlanmır. İşə salma kilidi isə xarab olduğu üçün avtomobil naqilləri birləşdirərək işə salınır. Xəyal da bunu bilmiş və avtomobili o, formada işə salmışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində ona məxsus olan “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini oğurlanmasını aşkar etdikdə əsəbi olduğu üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə belə bir məlumat vermişdir, ancaq “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlanmış, lakin həmin avtomobildə 400 manat pulu olmamış və ona məxsus 400 manat pul ümumiyyətlə oğurlanmamışdır. Təqsirləndirilən şəxs 170 manat borcu yoxdur. Əksinə olaraq Xəyalın ona 30 manat borcu var. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə səhər saatlarında oğlu Zərərçəkmiş şəxs ona zəng edərək avtomobilinin evin qarşısında olmamasını deyib bundan xəbəri olubolmamasını soruşmuşdur. Qeyd etmişdir ki, oğlu Rasimlə qonşuluqda yaşayır. O, isə maşından xəbəri olmamasını demiş və Rasimin yanına getmişdir. Ona məlum olmuşdur ki, 23 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixə keçən gecə Rasimə məxsus “Qaz 31029 minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil evin qarşısından qaçırılmışdır. Rasim onun yanında öz dostlarına zəng eləyib avtomobili götürübgötürmədiklərini soruşmuş, lakin onların hamısı xəbərləri olmamasını demişlər. Eyni zamanda Rasim onun dayısı oğlu Təqsirləndirilən şəxs da zəng edib avtomobili soruşduqda Xəyal da avtomobildən xəbəri olmamasını demişdir. Rasim isə məcbur olub DİN-in 102 xidmətinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Qaz 31029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə Göygöl RPŞ-də aparılan araşdırma ilə bağlı Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3la birlikdə avtomobilin və avtomobili qaçıran şəxsin tapılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 24 fevral 2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “Qaz 21029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil onun qohumu, eyni zamanda qonşusu olan Təqsirləndirilən şəxs tərəfindən Gədəbəy rayonuna getmək məqsədi ilə qaçırılmış, Şəmkir rayonu Zəyəm kəndi ərazisində isə avtomobildə nasazlıq olduğu üçün tərk edilmişdir. Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli olduğu üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə təqdim edilmişdir. Zərərçəkmiş şəxs məxsus “Qaz 21029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil isə Şəmkir rayonu Zəyəm kəndi ərazisində yol kənarında aşkar edilərək Göygöl RPŞ-nin duracağına yerrləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ilə eyniməzmunlu ifadə verərək işin mahiyyəti üçün yeni hallar göstərməmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 24 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Qaz 21029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı yerə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 04 mart 2023-cü il tarixdə Göygöl RPŞ-nin avtomobil duracağında Zərərçəkmiş şəxs məxsus “Qaz 21029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 1998-ci il tarixdə AR CM-nin 93-3 2 hissə ilə məsuliyyətə cəlb edilmiş və AR CPM-in 7-1-ci maddəsinə əsasən cinayət işinə xitam verilmiş, 221.1-ci maddəsi 10 noyabr 2003-cü il tarixli hökmü ilə AR CM-nin 128 və 132-ci maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə və 240 saat ictimai işlər cəzasına, Göygöl rayon məhkəməsinin 14 yanvar 2009-cu il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 il islah işləri cəzasına, Daşkəsən rayon məhkəməsinin 04 sentyabr 2009-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə saat 06 radələrində yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində qohumu və həmkəndlisi Zərərçəkmiş şəxs evinin qarşısında saxladığı baş etibarnamə əsasında sonuncunun mülkiyyətində və istifadəsində olan “Qaz 31029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Zərərçəkmiş şəxs xəbəri olmadan qapılarının açıq olmasından istifadə edib avtomobilin sükanı arxasına əyləşərək mühərriki kustar üsulla işə salmaqla Göygöl rayonu Yeni Qızılca kəndindən idarə edərək metal almaq üçün Gədəbəy rayonu istiqamətinə hərəkət etmiş, avtomobilin mühərrikinin nasaz olması səbəbindən həmin avtomobili Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində yol kənarında saxlayıb yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndinə geri qayıdaraq Zərərçəkmiş şəxs məxsus “Qaz 31029 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirdərək qaçırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərər ödənildiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-49/2023 Azərbaycan Respublikası adından QƏRARDANÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 18 aprel 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-49/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-49/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver