Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-49/2024 04.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ofisiant işləyən, himayəsində 1 az yaşlı uşağı olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində xxxxxxx000500 nömrəli əmək müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdən etibarən yük avtomobili təmiri üzrə usta köməkçisi vəzifəsində işlədiyi “Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən tikinti sahəsində işçilər üçün açıq olan təkər sexindən “GoodYear” markalı, pnevmatik, rezin şin materialdan, 315/80R, 22.5 ölçülərdə hər birinin qiyməti 1200 (min iki yüz) manat olmaqla ümumilikdə 2400 (iki min dörd yüz) manat dəyərində yük avtomobilinə aid təkərləri tamah məqsədi ilə öz xeyrinə, hüquqazidd və əvəssiz olaraq götürməklə zərərçəkmiş şəxs “Cengiz İnşaat Sanayi və Ticarət A.Ş”-yə məxsus 2400 (iki min dörd yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin etirafı və ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl-Kəlbəcər yolunda təmir tikinti və yol çəkilişini həyata keçirən “Cengiz İnşaat” şirkətində avtomobil texnikalarının filterlərinin və yağlarının dəyişdirilməsi üzrə usta köməkçisi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində şirkətə məxsus “Mercedes Aktros” markalı avtomobil ilə təmirxanaya gələrək təkər atölyesindən iki ədəd yük avtomobilləri üçün olan təkər oğurlamışdır. Həmin vaxt atölyedə heç kim olmamışdır. O gecə növbəsində tək olmuşdur. Sonra avtomobili idarə edərək ərazini mağazaya getmək adı ilə tərk etmişdir. Lakin, Göygöl RPŞ-nin Toğanalı kəndində yerləşən postda polis əməkdaşları saxlayaraq avtomobildə olan təkərlərlə bağlı sorğu sual etdikdə həmin təkərlərin oğurluq olması müəyyən olunmuşdur. Bununla bağlı araşdırma üçün polis əməkdaşları avtomobil ilə birlikdə onu Sarısu polis bölməsinə aparmışlar və həmin günüdə “Cengiz inşaat”-la əlaqə saxladıqları zaman təkərlərin oğurluq olmasını təsdiq etməklə həmin yerə gələn şirkətin işçiləri təkərləri aparmışlar. 8 aya yaxın müddət həmin şirkətdə işləmiş və hər ay 700 manat əmək haqqı almışdır. “Mercedes Aktros” markalı avtomobili ancaq şirkətin ərazisində idarə etmək üçün icasəsi verilmişdir. Həmin avtomobillə postu keçib getmək olmazdı. Oğurladığı təkərləri postun yaxınlığında gizlədib sonra götürmək fikrində olmuşdur. Təkər atölyesinə türk vətəndaşı olan Yüksəl adlı şəxs nəzarət edirdi. O təkəri götürən zaman atölyedə heç kim olmamışdır. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmişlə barışdığını və oğurladığı təkərləri qaytarmasını, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, ona ağır cəza verilərkən işdən çıxarılma ehtimalı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, hazırda “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-nin Azərbaycan Respublikası Qərb regionu üzrə nümayəndəsi kimi fəaliyyət göstərir. 13 fevral 2024-cü il tarixdə Göygöl rayonu Toğanalı kəndində “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-nin təkər sexindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar cinayət prosesində zərərçəkmiş şəxsin müvəkkil edilmiş nümayəndəsi kimi çıxış edir. Baş vermiş hadisənin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs Göygöl-Kəlbəcər yolunda təmir tikinti və yol çəkilişini həyata keçirən “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-də avtomobil usta köməkçisi kimi işləmişdir. Onun işi şirkətin texnikalarının filterlərinin və yağlarının dəyişdirilməsindən ibarətdir. Elvin xx.xx.2024-cü il tarixdə saat 01 radələrində şirkətə məxsus “Mercedes-Actros” markalı avtomobili idarə edərək təkər atölye bölməsinə gəlib 2 ədəd təkəri oğurlamışdır. Sonra avtomobili idarə edərək ərazini mağazaya getmək adı ilə tərk etmişdir. Göygöl RPŞ-nin Toğanalı kəndində yerləşən postunda polis əməkdaşları Elvini saxlayaraq avtomobildə olan təkərləri soruşduqda ondan şübhələndiklərindən şirkətə məlumat vermişlər. Şirkətin nümayəndələri gəlib təkərlərə baxarkən həmin təkərin oğurluq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış təkərlər qaytarılmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Göygöl rayon X9 Təhlükəsizlik Bölməsinin polis nəfəri vəzifəsində, polis baş serjantı xüsusi rütbəsi ilə xidmət edir, istintaqda verdiyi ifadəsini təstiq edərək bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində posta “Mercedes” markalı, nömrə nişanı olmayan “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-yə məxsus yük avtomobilinin Toğanalı kəndi istiqamətində gəlməsini görmüşdür. Avtomobil saxlanılan zaman sürücü adının Təqsirləndirilən şəxs olmasını “Cengiz İnşaat”-ın işçisi olmasını bildirib vəsiqəsini göstərmiş, avtomobilin isə həmin şirkətə məxsus olmasını deyərək Toğanalı kəndində siqaret almaq üçün getdiyini desə də onun davranışlarından şübhəli olması nəzərlərinə çarpmışdır. Buna görə ondan avtomobilin yük yerini açmasını, istəmişlər. Avtomobilin yük yerinə baxdıqları zaman orada müxtəlif əşyalar, həmçinin iki ədəd yük avtomobilinə aid təzə təkərlərin olmasını müəyyən etmişlər. Sürücüdən yeni olan təkərləri hara aparmasını soruşduqda özünü şübhəli apararaq dəqiq cavab vermə bilmədiyi üçün həmin sürücünü avtomobil ilə birlikdə Sarısu PB-nə dəvət etmişlər. Bundan sonra şirkətin işçisi olan Təqsirləndirilən şəxs avtomobildə olan iki ədəd təkəri oğurlaması onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl-Kəlbəcər yolunda təmir tikinti və yol çəkilişini həyata keçirən “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-də avtomobil texnikalarının təkələrinin təmiri, dəyişdirilməsində usta köməkçisi kimi işləyir. Elvinlə əvvəllər tanışlığı olmayıb. Onunla şirkətdə işləyəndə tanış olmuşdur. Elvin şirkətdə olan avtomobillərin yağ işinə baxır. Təkər oğurluğu olan vaxt o yeməkdə olmuşdur. Elvinin təkərləri oğurlamasını görməmişdir. Sonradan bilmişdir ki, Elvin iki ədəd təkər oğurlamışdır. Oğurlanmış təkərlər yük avtomobilləri üçün təkərdir. Həmin təkərlər sonra geri qaytarılmışdır. Elvinin təkər oğurlayarkən idarə etdiyi “Mercedes” markalı yük avtomobili şirkətə məxsusdur. Şirkətdə sürücü çatışmazlığından avtomobili bəzi vaxtlarda Elvində idarə edirdi. İş üzrə tərəfləri etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, Göygöl rayon X9 X2 rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsi ilə xidmət edir. İfadə verməyinin səbəbi aydındır. Verilən sualların mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfərləri, polis serjantı, Şahid3, polis baş serjantı Fizuli Həsənov ilə Göygöl rayonu Toğanalı kəndində qurulmuş stasionar postda xidmətdə olduğu zaman saat 01 radələrində posta “Mercedes” markalı, nömrə nişanı olmayan “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-yə məxsus yük avtomobilinin Toğanalı kəndi istiqamətində gəlməsini görmüş, həmin avtomobil stasionar postda dayandığı zaman sürücüyə yaxınlaşıb hara getməsini soruşduqda sürücü, adının sonradan Təqsirləndirilən şəxs olmasını bildikləri şəxs “Cengiz İnşaat”-ın işçisi olmasını bildirib vəsiqəsini göstərmiş, avtomobilin isə həmin şirkətə məxsus olmasını deyərək Toğanalı kəndində siqaret almaq üçün getdiyini bildirsə də həyəcanlı danışığı və şübhə çəkən hərəkətlərinə görə ondan avtomobilin yük yerini açmasını, baxacaqlarını demişlər, avtomobilin yük yerinə baxdıqları zaman orada müxtəlif əşyalar, həmçinin iki ədəd yük avtomobilinə aid təkər olmasını müəyyən etdikləri üçün həmin sürücünü avtomobil ilə birlikdə Sarısu PB-yə dəvət etmişlər. Bundan sonra tərəfindən yazılmış raport əsasında Təhqiqat Bölməsində araşdırma aparılmağa başlanmışdır. Bölmənin ərazisində gəldikdən sonra isə Şirkət rəsmilərinə məlumat verərək həmin yerə çağırmışlar. Bundan sonra şirkətin işçisi olan Təqsirləndirilən şəxs avtomobildə olan iki ədəd təkəri oğurlaması onlara məlum olmuşdur. Avtomobil içərisindəki əşyalarla birlikdə şirkətə lazım olduğu üçün həmin yerə gəlmiş nümayəndə tərəfindən aparılmışdır. İş üzrə tərəfləri etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X9 Təhlükəsizlik Bölməsinin polis nəfəri vəzifəsində, polis baş serjantı xüsusi rütbəsi ilə xidmət edir, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidməti Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfəri, polis serjantı, Şahid3, polis kapitanı Şahid1 ilə birlikdə qəbul etmiş, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində posta “Mercedes” markalı, nömrə nişanı olmayan “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-yə məxsus yük avtomobilinin Toğanalı kəndi istiqamətində gəlməsini və Şahid1 ilə Şahid3 həmin avtomobilin sürücüsü ilə söhbət etməsini görüb onlara yaxınmlaşmış, sürücü adının Təqsirləndirilən şəxs olmasını “Cengiz İnşaat”-ın işçisi olmasını bildirib vəsiqəsini göstərmiş, avtomobilin isə həmin şirkətə məxsus olmasını deyərək Toğanalı kəndində siqaret almaq üçün getdiyini desə də onun davranışlarından şübhəli olması nəzərlərinə çarpmışdır. Buna görə ondan avtomobilin yük yerini açmasını, baxacaqlarını demiş, avtomobilin yük yerinə baxdıqları zaman orada müxtəlif əşyalar, həmçinin iki ədəd yük avtomobilinə aid təkər olmasını müəyyən etmiş, sürücüdən yeni olan təkərləri haraya aparmasını soruşduqda dəqiq cavab vermə bilmədiyi üçün həmin sürücünü avtomobil ilə birlikdə Sarısu PB-yə dəvət etdikdən sonra sahə rəisi, polis kapitanı Şahid1 tərəfindən yazılmış raport əsasında Təhqiqat Bölməsində araşdırma aparılmağa başlanmış, bölmənin ərazisində gəldikdən sonra isə Şirkət rəsmilərinə məlumat verərək həmin yerə çağırmışdır. Bundan sonra şirkətin işçisi olan Təqsirləndirilən şəxs avtomobildə olan iki ədəd təkəri oğurlaması onlara məlum olmuşdur. Avtomobil içərisindəki əşyalarla birlikdə şirkətə lazım olduğu üçün həmin yerə gəlmiş nümayəndə tərəfindən aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 14 fevral 2024-cü il tarixdə Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs “Cengiz İnşaat Sanayi və Ticaret Anonim Şirketi”-nin nümayəndəsi kimi tanınması və zərərçəkmiş şəxsin nümayəndəsi qismində cinayət prosessinə buraxılması qərara alınmışdır. 14 fevral 2024-cü il tarixdə saat 19:50 dəqiqədə Təqsirləndirilən şəxs Göygöl RPŞnin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Törətdiyi cinayət əməli kifayət qədər ilkin sübutlarla təsdiq olunduğundan 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin müstəntiqi polis kapitanı Araz Alməmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 15 mart 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Toğanalı kəndində yerləşən “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-nin tikinti meydanında olan təkər sexinə idarə etdiyi “Mercedes Actros” markalı avtomobili uaxınlaşdıraraq iki ədə təkərləri götürdüyünü və və avtomobili yükləyərək tikinti meydanından çıxdığını, daha sonra Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının Toğanalı kəndində onu saxladığını bildirərək hadisə vaxtı hərəkətlərini əyani şəkildə göstərmişdir. “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-ninAzərbaycan Respublikasındakı Filialı tərəfindən inşası davam etdirilən Toğanalı-Kəlbəcər magistral avtomobil yolunun Göygöl rayonu istiqamətində olan bölməsində xx.xx.2024-cü il tarixdə gecə saatlarında oğurluq hadisəsi olmuşdur. Hadisə zamanı filiala heç bir maddi ziyan dəyməmiş və hadisədə təqsirli bilinən Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Təmir-İstismar Mənzil Təsərrüfatı Birliyi Şəmkir rayon Kür qəsəbəsi Təmir İstismar Mənzil Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Təmir-İstismar Mənzil Təsərrüfatı Birliyi Şəmkir rayon Kür qəsəbəsi Təmir İstismar Mənzil Sahəsi tərəfindən verilmiş 145 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Təmir-İstismar Mənzil Təsərrüfatı Birliyi Şəmkir rayon Kür qəsəbəsi Təmir İstismar Mənzil Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 145 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla arvadı X4 və oğlu X6 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1250 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1148 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-yə məxsus “GoodYear” markalı, pnevmatik, rezin şin materialdan, 315/80R, 22.5 ölçülərdə 02 ədəd yük avtomobilinə aid təkərlər maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.1.4-cü bəndinə əsasən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Həmçinin təqsirli bilindi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsi onun maddi durumuna və ailəsinin dolanışığına mənfi təsir göstərə bilər. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 14 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut “Cengiz İnşaat Sanayi və Ticaret A.Ş”-yə məxsus “GoodYear” markalı, pnevmatik, rezin şin materialdan, 315/80R, 22.5 ölçülərdə 02 ədəd yük avtomobilinə aid təkərlərin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə-ekspertiza xərci yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “GoodYear” markalı, pnevmatik, rezin şin materialdan, 315/80R, 22.5 ölçülərdə 02 ədəd yük avtomobilinə aid təkərlərin qanuni sahibinə“Cengiz İnşaat Sanayii və Ticarət A.Ş”-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-49/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-49/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver