Məhkəmə qərarları › İş №1(066)-49/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-49/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-49/2025 19.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 01 ay azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində olan digər ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-150/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.232 qram psixatrop maddə -metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Göygöl rayon Mərkəzi Xəstəxansının yaxınlığında müəyyən edilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd gümüşü kağız bükümün içərisindəki ümumi təmiz çəkisi 0.232 qram psixatrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əməliyyatçı Şahid2 gəlib onu öz evindən götürmüş və Göygöl Rayon Polis Şöbəsinə gətirmişdir. Şahid2 evinə gələn zaman yanında onların rayonun əməliyyatçısı ilə gəlmiş, Elnurla gələn həmin əməliyyatçını tanımışdır. Onun bu işdən başqa Gəncə şəhərində digər cinayət işi gedir. Elnurla digər əməliyyatçı evinə gələrək “bir sənəddə qol çəkmək yadından çıxıb, gedək qol çək sonra gələrsən” demişlər, həmçinin onu hansı səbəbdən Göygölə apardıqlarını deməmişlər. Onu Göygöl Rayon Polis Şöbəsinə gətirərək, üzərində aşkar olunmuş narkotik vasitəni çibinə qoymuşlar və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişlər. Həmin vaxtı sərxoş olmuş və özünü dərk etməmişdir. O onların dediklərinə etiraz etsə də, onlar təzyiq göstərərək, yəni əl-qol atmaq, söyüşlə danışmaq və s. kimi təyziqlər edərək, onun boynuna qoymuşlar. Onun hazırda iki azyaşlı övladı var. Əlavə olaraq bildirdi ki, o, narkoman deyil və iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni polis əməkdaşları çibinə qoymuşlar, həmçinin həmin narkotik vasitənin ona məxsus olmasını deməsinə təzyiq göstərmişlər. Onu Göygöl Rayon Polis Şöbəsinə gətirərək üzərinə qoyulan narkotik vasitənin ona məxsus olmasını demişlər və o razılaşmışdır. Həmin vaxtı o, sərxoş olduğu üçün özündə olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərərək, yəni əl-qol ataraq, söyünc söyərək və s. kimi təyziq edərək, həmin narkotik vasitənin ona məxsus olmasını boynuna qoymuşlar. Polislər onu 2025-ci ilin fevral ayında 2 gün saxladıqdan sonra buraxmış və o, 19 gün çöldə olmuşdur. O, çöldə olduğu müddət ərzində Gəncə Prokurorunun qəbuluna getmiş, başına gəlmiş hadisə ilə bağlı məlumat vermiş və ona kömək edəcəyini bildirmiş, başqa heç bir yerə şikayət etməmişdir. O, əvvəllər 1 dəfə məhkum olunmuş, həmin məhkumluğum narkotiklə bağlı olmuşdur. Sonda təqsirləndirilən şəxs X8 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, himayəsində körpə uşaqlarının olmasını, əməlindən peşiman olmasını, özünü təqsirli bilməsi, günahı olmasını bildirərək, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs təxminən 3-4 ay qabaq saxlamışlar. Vətandaş narkotik vasitə ilə Gəncə şəhərindən gəlmiş, onlar yəni əməliyyat qrupu Göygöl rayonunda Təqsirləndirilən şəxs saxlayaraq üzərində narkotik vasitə aşkar etmişlər. Əlavə olaraq bildirdi ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən o etiraf etmişdir ki, narkotik vasitə ona məxsusdur. Onlar Təqsirləndirilən şəxs Göygöl rayonunda yerləşən Mərkəzi xəstaxananın yaxınlığında saxlamışlar, Təqsirləndirilən şəxs üzərindən metamfetamin (PATİ) adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təxminən gündüz saxlamışlar. Videoçəklişdəndə də görünür ki, onlar Təqsirləndirilən şəxs Göygöl rayonunda yerləşən Mərkəzi xəstaxananın yaxınlığında saxlamışlar və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs çibinə narkotik vasitə qoymamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin (PATİ) adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən videoçəkliş aparılmış, narkotik vasitə tərəzi vasitəsi ilə ölçülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş narkotik vasitəni tapmasını onlara bildirmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən, onun üzərində olan narkotik vasitəni özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iş vaxtı Göygöl Rayon Polis Şöbəsində olan zaman ona əməliyyat məlumatı daxil olmuşdur ki, şəxsiyyəti onlara sonrdan məlum olan Təqsirləndirilən şəxs Göygöl rayonunda zavodun yanındadır və həmin şəxsin şəkli də ona göndərilmişdir. Bundan sonra təxminən axşam saat 18-19 radələrində, hava tam qaralmamış onlar yaxınlaşaraq Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Videoçəkiliş zamanı onlar Alimdən üzrərində hər-hansı narkotik vasitə olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs çibindən narkotik vasitə çıxardıb təqdim etmiş, həmin narkotik vasitə ya metamfetamin olmuş, lakin tam xatırlamır. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını və özü istifadə etməsini bildirmişdir. Onlar soruşduqda Alim onlara “təzə məhlələrdən, qohumu gildən gəlirəm” demişdir. Əlavə olaraq bildirdi ki, onlar Təqsirləndirilən şəxs yaxınaşaraq özlərini təqdim etmişlər və videoçəkliş zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs qaldığı evin yerini tanımır və Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşamasını onun özündən bilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə Alimin olmuş və həmin narkotik vasitəni özü onlara təqdim etmişdir. Ona əməliyyat məlumatı daxil olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması bildirilmiş və həmin əməliyyat məlumatında şəxsin fotoşəkilini də ona göndərmişlər. Təqsirləndirilən şəxs onlara həmin narkotik vasitəni tapmasını və istifadə etdiyi üçün tanıyaraq götürməsini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində hər-hansı narkotik vasitənin olub-olmamasını soruşarkən, Alim çibindən həmin narkotik vasitəni çıxarıb özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlayaraq və üzərinə baxış keçirərək videoçəkliş aparılmış, narkotik vasitə tərəzi vasitəsi ilə ölçülmüş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 2025-ci ilin fevral ayında onların əməkdaşları Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əsasında əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunda o, Şahid1 və Şahid2 olmuşlar. Onlar Göygöl rayonunda yerləşən Mərkəzi xəstaxananın yanında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edərək, üzərində hər-hansı narkotik vasitənin olub-olmamasını soruşmuşlar və bundan sonra Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxardaraq həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Göygöl rayonunda yerləşən Mərkəzi xəstaxananın yanında saxlamışlar və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs axşam radələrində saxlamışlar və həmin vaxtı hava tam qaralmamışdır. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduqdan sonra onlar videoçəkliş aparaq, həmin narkotik vasitənin çəkisini ölçmüşlər və qablaşdırmışlar. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuş və heç kim onun cibinə narkotik vasitə qoymamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlayaraq və üzərinə baxış keçirərək videoçəkliş aparılmış, narkotik vasitə tərəzi vasitəsi ilə ölçülmüş və qablaşdırılmışdır. Onların Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 18:30-a saxladıqlarını təstiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/303 nömrəli material üzrə X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Göygöl Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yol kənarıdır. Baxış zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarın sağ ön yan cibində olan bir ədəd bükümü təqdim edərək həmin kütləni tapdığını və narkotik maddə olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək kütləsinin 0,39 qram olması müəyyən edilmiş və ilkin baxışdan psixatrop maddə olan metanfetaminə bənzər kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni tapdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlənin psixatrop maddə olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq ekspertizaya təqdim olunması üçün aşkar olunmuş kütlə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, şəxsi axtarış və götürmə hərəkəti 13 fevral 2025-ci il tarixdə saat “18:43”- də başlanılmış, 13 fevral 2025-ci il tarixdə saat “18:51”-də qurtarmışdır. Protokol ucadan oxunmuş, heç bir vəsatət və şikayət daxil olmamış, odur ki, doğruluğu imzalarla təsdiq edilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2025-ci il tarixdə saat 19:40 dəqiqədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin inzibati binasında Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin baş təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən şəxsi-axtarış keçirilmiş, Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış 13 fevral 2025-ci il tarixdə saat 19:50-də başlanmış, 19:58-da qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş metamfetaminə bənzər kütlənin narkotik vasitə olub-olmamasın müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 14 fevral 2025-ci il tarixli 16/139 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,232 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (Qeyd: metamfetamin təmiz çəkisi- 0,232qram, tədqiqata sərf edildi-0,05 qram qalıq-0,182 qram) “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Diskə keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis X5 baş müstəntiqi, polis kapitanı X9 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülər olan 02 ədəd diskə Göygöl RPŞ-nin inzibati binasında, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, video çəkilişin köçürüldüyü 02 ədəd DVD disk-ağ rəngdədir, üzərində heç bir yazı yoxdur. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 02 ədəd MP4 formatında, VTS_01_0.İFO və VTS_01_TS.İFO adlı fayl aşkar edilmiş, həmin fayllar “Player” proqramı vasitəsi ilə açdıqda VTS_01_0.İFO adlı fayl 8 dəqiqə 36 saniyə olması müəyyən edilmiş, görüntüdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin başlanması haqqında Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 çıxış edərək məlumat verir, əməliyyat qruppasının tərkibində Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirak etməsini bildirir. Daha sonra əməliyyat tədbirinin davamı olaraq Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs Göygöl rayon Mərkəzi Xəstəxananın yaxınlığında saxlayırlar, yeri və vaxtı bildirərək çəkilişə davam edirlər. Görüntü xx.xx.2025-ci il tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında müəyyən edilmiş, saxlanılan zaman video görüntü ilə cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki falqaya bükülmüş kütləni təqdim edərək “pati” olmasını bildirdiyi, psixotrop maddə-metamfetamin, kütləni təqdim edərək şəxsi istifadə üçün üzərində saxladığını, Göygöl rayonunda yaşayan xalası Mehribanın yaşadığı ünvana gedərkən yerdən tapdığını bildirir. Həmin kütlə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə onların tərəfindən elektron tərəzi ilə ölçülür, tərəzi düz yerə qoyularaq ilk öncə göstəricinin düzgün olması Təqsirləndirilən şəxs təqdim edilir. Bundan sonra həmin kütlə sellofan bükümlə birlikdə tərəzidə ölçüldükdə ümumi çəkisi 0,39 qram olması müəyyən edilir, Təqsirləndirilən şəxs həmin kütlənin ölçüsünə baxır. Bundan sonra həmin kütlə ağ zərfdə qablaşdırılmış, həmin zərf 72 nömrəli möhürlə möhürlənmiş, zərfi iştirakçılar və Təqsirləndirilən şəxs imzalamışlar. Növbəti VTS_01_TS.İFO adlı fayl isə 7 dəqiqə 42 saniyəlik video görüntü olması müəyyən edilmiş, görüntüdə 13 fevral 2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilir. Göygöl RPŞ-də cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada polis əməkdaşlarının, o cümlədən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına öz istəyi əsasında təyin edilmiş Göygöl rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə səxsi axtarış keçiriləcəyi barədə qəbul edilmiş qərar əsasında Təqsirləndirilən şəxs üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən şəxsi axtarış keçirilməsi üçün istəyi əsasında dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi iştirakı ilə 13 fevral 2025-ci il tarixdə saat 20:05-da onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ilkin saxlandığı vaxt üzərində olan psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etdiyini, üzərində hazırda heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşya, narkotik vasitə olmadığını bildirir, həmin kütləni Göygöl rayonunda xalası Mehribanın yaşadığı ünvana gedən zaman Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında xx.xx.2025-ci il tarixdə yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, həmin zaman onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilmir. İştirak edən şəxslərin hamısı tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Bununla da, 13 fevral 2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Nǝcvəddin oğlunun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış görüntülər olan 02 ədəd DVD diskin içəsində olan görüntülərə keçirilmiş baxış başa çatmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0,182 qram psixotrop maddə metamfetamin, baxış keçirilməsi zamanı videolentə alınaraq alınaraq köçürülmüş 01 ədəd DVD disk, həmçinin şəxsi axtarış zamanı videolentə alınaraq alınaraq köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 0,182 qram psixotrop maddə metamfetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisi cinayət işinin istintaq materialları və maddi sübutla tanış edilənədək saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərarın ona elan olunmaqla surətinin təqdim edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, seçilmiş qətimkan tədbrinin icra edilməsi üçün qəbul edilmiş qərarın sürətinin Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-na göndərilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edib-etməməsini, əgər narkotik vasitə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 06 mart 2025-ci il tarixli 357 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsini, aşkar edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. 06 mart 2024-cü il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubla müəyyən edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümün içərisindəki gümüşü falqaya bükülmüş, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Göygöl rayon ərazisindən, yerdən tapması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Həmin psixotrop maddənin hansı şəraitdə orada olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də psixotrop maddənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 15 fevral 2025-ci il tarixdə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etme, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi olaraq cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilmiş ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin mənbəyi və əldə edilmə vaxtı naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin çəkisi 0,232 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0,182 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞnin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli 1(044)-158/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127-ci cinayət əməlinə görə həmin məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Bundan başqa Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-121/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 300 saat ictimai işlər növündə cəza təyin edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli Gəncə ağır cinayət məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri təqsirli bilinərək 01 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-122/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 4(125)-150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.1-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1284 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1386 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində F 15.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 04 mart 2025-ci il tarixli, 694 və 695 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddinküçəsi döngə 1, ev 9-da qeydiyyatdadır və yaşayır. Ailə tərkibi arvadı X12 (xx.xx.1983-cü il təvəllüdlü), qızı X10 (xx.xx.2013-cü il təvəllüdlü) və oğlu X13 (xx.xx.2014-cü il təvəllüdlü) ibarətdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 mart 693 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir mənfi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, əməliyyatçı Şahid2 gəlib onu öz evindən götürməsi və Göygöl Rayon Polis Şöbəsinə gətirməsini, Şahid2 evinə gələn zaman yanında onların rayonun əməliyyatçısı ilə gəlməsini, onun bu işdən başqa Gəncə digər cinayət işi getməsini, Elnurla digər əməliyyatçının evinə gələrək “bir sənəddə qol çəkmək yadından çıxıb, gedək qol çək sonra gələrsən” deməsini, həmçinin onu hansı səbəbdən Göygölə apardıqlarını deməmələrini, onu Göygöl Rayon Polis Şöbəsinə gətirərək, üzərində aşkar olunmuş narkotik vasitəni çibinə qoymalarını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmələrini, həmin vaxtı sərxoş olmasını və özünü dərk etməməsini, onların dediklərinə etiraz etsə də, onlar təzyiq göstərərək, yəni əl-qol atmaq, söyüşlə danışmaq və s. kimi təyziqlər edərək, onun boynuna qoymalarını bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri şahid ifadələri, dindirmə protokolları, hadisə yerində çəkilmiş video yazı və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Həmçinin sonda təqsirləndirilən şəxs X8 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, himayəsində körpə uşaqlarının olmasını, əməlindən peşiman olmasını, özünü təqsirli bilməsi, günahı olmasını bildirərək, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs ilkin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs dolayı etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əvvəllər də Cinayət Məcəlləsinin-nin 234.1-ci maddəsi ilə azadlqıdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı, X4 barəsində ********* saylı cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-150/2025 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X4 əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat X2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə narkoloji ekspertizasının 06 mart 2025-ci il tarixli 357 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1386 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində F 15.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Odur ki, X6 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsna müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat 30 dəqiqə vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalarilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 89,50 (səksən doqquz manat, əlli qəpik) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və X4 üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X8 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablansın. X4 barəsində ********* saylı cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-150/2025 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat X2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan X4 əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X6 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 89,50 (səksən doqquz manat, əlli qəpik) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar