Məhkəmə qərarları › İş №1(066)-5/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-5/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-5/2023 17.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göygöl şəhəri S.Hacıyev küçəsi, ev 26-da daimi qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,215 qram (on tam mində iki yüz on beş) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri Azay Kazımov küçəsində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən təmiz çəkisi 10,215 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, 27 aprel 2022-ci il tarixdə təxminən 23:00 radələrində o, Göygöl şəhərində yerləşən “Step” marketin qabağında dostu Səməd və step marektin sahibi Pərvin ilə dayanaraq söhbət etmişdir. Həmin vaxt Göygöl RPŞ-nin rəisinin sürücüsü vəzifəsində işləyən Mübariz adlı polis əməkdaşı onun yanına gəlmiş və onunla görüşmüşdür. Ondan sonra onun tanımadığı 7 nəfər polis əməkdaşı yaxınlaşmış, ona birlikdə polis şöbəsinə getməklərini bildirmişlər. Oda getməklərinə hec bir etiraz etməmişdir. Step marketin qabaqında saxladığı BMW markalı avtomobilin acarını birlikdə dayandığı dostu Səmədə vermişdir. O, polislərlə birlikdə maşına minmək istədikdə mülkü geyimdə olan Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov xidməti avtomobildən düşüb Mübarizə və digər polis əməkdaşlarına onu nəzərdə tutub “bunu niyə belə aparırsınız, bunu döyə-döyə” aparın demişdir. Bundan sonra orada olan polis əməkdaşları onu zorlama qaydasında avtomobilə əyləşdirmiş və Göygöl rayon polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinin nöbətçi hissəsinin qabaqında telefonunu və üzərində olan əşyaları salafan torbaya qoymuş və anasına verilməsi üçün nöbətçi hissəyə təhvil vermişdir. X11 3-cü mərtəbəsində bir otağa salıb qoluna qandal bağlıyıb, ağzına və boğazından tutmuş ayaq nahiyyəsinə kimi skoç vurub yerə yıxmışlar. Elmar adlı polis əməkdaşı dizi ilə onun boğaz nahiyəsinə sığmış Zaur Nəsirov başda olmaqla o biri polis əməkdaşları onun ayaq altına və bədənin başqa nahiyələrinə polis dubinkasına oxşar bərk alətlə və yumruq, təpiklə xəsarətlər yetirmişlər. O, dəfələrlə onun niyə döyməsini sorucduqda “sənin palojnandı, sən rayonda bəzi adamlardan pul yığıb türməyə göndərirsən” ifadələri işlətmişlər. Sonradan onun qabağına salafanda ona məlum olmayan ağ halda maddə qoymuşlar. O, bunun nə olduğunu soruşduqda, narkotik vasitə olduğunu bildirmiş və boynuna almasını təkid etmişlər. O, siqaret belə cəkmədiyini bildirib həmin narkotik vasitəsini boynuna almayacağını bildirmişdir. Ona yenidən işgəncələr vermiş və gördükdə ki, o boynuna almir ona cinsi zorakılıq edəcək hədəsi gəlmiş, onu döydükləri dubunakaya oxşar bərk aləti anal dəliyinə soxmaqla türməyə xarab kimi göndərəcəklərini bildirmişlər. O yenədə onlarla razılaşmamış, razılaşmayanda polis əməkdaşları onun şalvarına əl atdıqda, işin hansı həddə ciddi olduğunu başa düşmüş, ona görədə məcbur olub həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Sonradan tanımadığı, lakin ona vəkil kimi Şahlar adlı şəxsi təqdim etmişlər. Həmin şəxsin vəkil olduğuna şübhə ilə yanaşmış və polisin hədə qorxusundan qoxmuş və salafanda maddənin nə olmasını bilmədən cibinə qoyulmasına razılıq verməyə məcbur olmuşdur. Çünki ona vəkil kimi təqdim etdikləri Şahlar adlı şəxs onu taqətsiz halda ayaq üstə dura bilməməsini, həmcinin üzərində xəsarətlər görsədə ondan hec nə soruşmaması, onda həmin şəxsin vəkil olmaması şüphəsi yaratmışdır. Cinayət işi materiallarına baxdıqdada müəyyən olunar ki, Şahlar onun xəsarət alması barədə hec bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Həmcinin Şahlar həmin video çəkilişdən qabaq onunla təklikdə heçbir danışıq aparmamış və həmin narkotik vasitəsinin ona məxsus olub-olmamasını soruşmamış, onun hüquqları ilə bağlı hec nə bildirməmiş, yalnız video cəkiliş vaxtı o maddənin ona məxsus olub-olmamasını soruşmuşdur. Ona görədə qorxusundan video çəkiliş zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyulan sellofan bükümdə olan kütləni cibindən çıxardıb təqdim edərək bükümün içərisində olan metamfetamin onun olmasını, həmin maddənin Göygöl şəhərində yerləşən “Vaenkomatın” yanından tapdığını və tapan kimi polis əməkdaşları onu tutduğunu demişdir. Həmin metamfetamin onun deyil, metamfetamini onun cibinə Elmar adlı polis əməkdaşı dindirmə otağında qoymuşdur. Ümumiyyətlə araq içmir, siqaret çəkmir, hətta narkotik maddələrini tanımır. Narkoloji ekspertizanın rəyi ilə razı olmayaraq təktrar ekspertiza təyin olunması ilə bğlı istintaq dövründə vəsatət verilsədə əsasız olaraq rədd edilmişdir. Onu Göygöl rayon Polis Şöbəsi tərəfindən şərlənilməsinin müəyyən edilməsi çox asandır. Belə ki, onun barəsində həbs qətimkan tədbiri secildikdən sonra polis şöbəsi o, birdən məhkəmədə bəraət alıb cəzadan azad olar deyə, onun üzünə tanımadığı adamlar qoyaraq, guya həmin şəxslərdən hədə-qorxu ilə pul tələb etdiyi barədə qondarma ərizələr almışdır. Həmin şəxslər istintaq təcridxanasında olarkən sonradan ərizləri geri götürmüş və onu tanımadıqları ilə bağlı ərizə vermişlər. Onlar məhkəmə zalında dindirilərsə hansı polis əməkdaşı tərəfindən onların öyrədilməsi və onun hansı məqsədlə üzünə qoyulması sübuta yetər. Odur ki, narkotik vastənin isdifadəçisi olmadığından və həmin narkotik vasitə onun üzərindən çıxamadığından ona bəraət verilməsini və ona qarşı bu işləri görənlərin cəzalandırılması barədə ciddi tədbrilər görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəni təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması barədə ona əməliyyat məlumat daxil olmuş, o həmin məlumatı şöbənin rəhbərliyinə bildirmiş, şöbənin rəhbərliyi əməliyat qurupu yaratmış, həmin əməliyyat qurupunun rəhbərliyi ona həvalə edilmişdir. Həmin qurupun üzvü isə Şahid2 təyin edilmişdir. O, Təqsirləndirilən şəxs olduğu yerə Nihad Qaraşovla birlikdə getmiş və Təqsirləndirilən şəxs Step marketin qarşısında tək olduğunu görmüşdürlər. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş və polis şöbəsinə getməklərini bildirmiş, Təqsirləndirilən şəxs isə onlarla birlikdə sakit qaydada polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs şöbəyə aparılanda ona hər hansısa təzyiq olmamışdır. Təqsirləndirilən şəxs növbətçi hissədə üzərində olan telefonu və başqa əşyalarını salafan torbaya qoyaraq növbətçi hissəsəyə vermişdir. O izahatına əlavə edərək göstərdiki, ümumiyətlə Təqsirləndirilən şəxs məhkəmə zalında verdiyi ifadə tamamilə yalandır. Çünki, Təqsirləndirilən şəxs Step marketin qarşısında tək dayanmış, Mübariz adlı polis əməkdaşının onlarla birlikdə olmamış, həmcinin Nihatdan və ondan başqa hər hansı polis əməkdaşı və şöbənin rəisi orda olmamışdır. Həmcinin Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı işgəncə verilməmiş, Təqsirləndirilən şəxs polis şöbəsindən istintaq təcridxanasına getdikdə üzərində hər hansı bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs cibinə nə o, nədəki başqası narkotik vasitə qoymamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəni təsdiq edərək bildirdi ki, 27 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin götürülməsi üçün əməliyyat qurupu yaradılmış, 27 aprel 2022-ci il saat 23:00 radələrində qurup rəhbəri Şahid1l birlikdə Step marketin qarşısına getmiş, həmin yerdə Təqsirləndirilən şəxs tək dayandığını görmüş, ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs da sakit bir halda onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hər hansı bir təziq işgəncə faktı olmamış, ona hər hansı bir xəsarət yetirilməmişdir. Üzərində aşkar olunmuş metamfetamin Təqsirləndirilən şəxs məxsusudur. Təqsirləndirilən şəxs verdiyi ifadə tamami ilə yalandır. Çünki, step marketin qarşısında Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən tək olmuş, Mübariz adlı polis əməkdaşı və ya başqa bir polis əməkdaşı yanlarında olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istintaq təcridxanasına gedərkən üzərində heç bir xəsarət olmamış, o polis şöbəsinə gətirilərkən üzərində olan əşyalar və telefon növbətçi hissəyə təhvil verilmişdir. Məhkəməyə müdafiəci tərəfindən verilmiş vəsatətlər: Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərlə bağlı kecirilmiş Məhkəmə- Tibbi Ekspertiza və patoloji Anatamiya Birliyi 154 saylı ekspert rəyində göstərilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə, 23:00 dan xx.xx.2022-ci il tarixə saat 04:00-a kimi olan vaxda təsadüf etməsi barədə komisiyonu ekspertizanın kecirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşı olan Mübariz adlı şəxsin və həmin vaxt “Step” marketin qarşısında Təqsirləndirilən şəxs saxlanmasında iştirak edən şəxslərin məhkəmə zalında dindirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşı olan Mübariz adlı şəxsin 27 aprel 2022-ci il tarix, saat 23:00 radələrində “Step” marketin qarşısında olub-olmamasını müəyyən etmək üçün onun şəxsi telefonunun əhatə dairəsinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Təqsirləndirilən şəxs barəsində hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı ərizə vermiş Zeynalov Elnur Bakıxan oğlunu, X3, X4, X2, X5 məhkəmə zalına dəvət edilməsi və hansı səbəbə görə birincidə Təqsirləndirilən şəxs hədə-qorxu barəsində şikayət verməsini, sonradan isə Təqsirləndirilən şəxs tanımadıqlarını, bu xüsusatların araşdırılması üçün onların hər birininin dindirilməsini və onların hansı polisin təkidi ilə şikayət ərizəsi verilməsinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Səməd adlı şəxsin və “Step” marketin sahibi Pərvinin məhkəmə zalında dindirilməsini, və step marketin yaxınlığında quraşdırılmış kameranın xx.xx.2022-ci il tarix, saat 23:00-dan 23:30-a kimi olan görüntüsünün əldə olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiəci Müdafiəçi vəsatət vermiş və vəsatətdə, Təqsirləndirilən şəxs ilkin qan nümunəlirinin ona aid olub-olmaması, ona aid olduğu təqdirdə həmin qan numunələrinin yenidən ekspertiza kecirilməsi və narkotik vasitənin onun qanından çıxmasının müəyyən edilməsi barədə komisiyonu narkoloji ekspertiza kecirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və baxış videokamera vasitəsi ilə videolentə alınaraq protokola əlavə edilmişdir. - Məhkəmə ekspertiza mərkəzinin Gəncə Regional bölməsinin 28 aprel 2022-ci il tarixli 16/490 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 10,215 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ümumi təmiz çəkisi 10,215 qram çəkidə olan psixotrop maddə olan metamfetamindən tədiqiqata 0,2 qram istifadə edilmişdir. Tədqiqatdan sonra qalıq 10,015 qram qalmışdır. - Məhkəmə narkoloji ekspertizasının 06 iyun 2022-ci il tarixli 806 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik olaraq istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. -28 aprel 2022-ci il tarixdə Göygöl rayon Məhkəməsinin hakimi Əyyub Kərimovun qərarına əsasən təxirasalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 28 aprel 2022-ci il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. -Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatda istifadə etdikdən sonra qalıq qalmış külli miqdar hesab edilən 10,015 qram çəkidə psixotrop maddə olan metamfetamin 29 aprel 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilərək Göygöl RPŞ-də ayrılmış xüsusi yerdə saxlanılması üçün təhvil verilmişdir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 154 nömrəli rəyində Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sol qulaq seyvanının arxa səthində, sağ çiyin nahiyyəsində, sağ mil-bilək oynağının arxa, sağ ayaq pəncəsinin bayır səthlərində qançırlar və bel nahiyyəsində sıyrıqlar olması, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olması, həmin xəsarətlərin sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmədiyi göstərilmişdir. - Ədliyyə nazirliyinin 2 saylı istintaq təcridxanasının 03 iyun 2022-ci il tarixli, №xx/xx-2958 saylı sorğuya cavab məktubunda Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən təcridxananın həkimləri tərəfindən müayinə olunarkən sol qulağında, sağ ciynində, hər iki bud və baldır nahiyəsində, hər iki pəncənin alt nahiyyəsində qancır izləri aşkar edildiyi, Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən təcridxanaya daxil olarkən verdiyi izahatında üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunan zaman aldığını göstərdiyini bildirmişlər. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə qazancından 15% məbləğində 1 il islah işləri cəzasına, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1 maddəsi ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. -Göygöl RPŞ-nin Cinayət axtarış bölməsindən xx.xx.2022-ci il tarixli 163-11440- 1222 nömrəli məktubla daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. - Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli vəsatətlə, istintaqı aparan müstəntiqə, ekspertin onun qulağını muayinə etməməsini, ona görədə qulağını muayinə etməklə ekspertiza kecirilməsini, həmcinin yenidən narkolji ekspertizadan kecirilərək qanında narkotik vasitənin olub-olmamasının müəyyən edilməsini xahiş etmişdir. - Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs vəsatətinin rədd edilməsi qərarından görünür ki, narkoloji ekspertizanın kecirilməsi barədə vəsatət rədd edilmişdir. -İşdə olan Göygöl rayon İH-ti MKTİB-nin xx.xx.2022-ci il tarixli, 1326 nömrəli arayışdan, doğum şəhadətnaməsinin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır,himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6 adlı bir uşağı var və onun barəsində MKTİB-nə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə kimi istintaq təcridxanasında həbsdə, 11 oktyabr 2022-ci il tarixdən isə ev dustaqlığında saxlanılır. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəcisi Müdafiəçi verdiyi vəsatətlərin təmin edilməməsini belə əsaslandırır ki, vəsatətlər təmin edilsə belə həmin vəsatətlər onun təqsirzsizliyini sübut etmir. Çünki Təqsirləndirilən şəxs ona müəyyən edilmiş vəkil Şahlar Tağıyevin yanında 10.215 qr narkotik vasitənin öz üzərindən çıxmasını etiraf etmiş, həmcinin əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Ona görədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi münasibət bəsləyib belə hesab edir ki, həmin ifadə yanlış olmaqla iş materiallarına və işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aparılmış video görüntü lentləri ilə tamamı ilə təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağrlaşdıran halı yoxdur. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında 28 aprel 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə kimi həbsdə və 11 oktyabr 2022-ci il tarixdən 16 may 2023-cü il tarixdək ev dustaqlığında olduğu 1 il müddət bir günə bir gün hesablanmaqla cəsasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 10,15 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 30 manat 40 qəpik (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında 28 aprel 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə kimi həbsdə və 11 oktyabr 2022-ci il tarixdən 16 may 2023-cü il tarixdək ev dustaqlığında olduğu 01 (bir) il müddət hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza cəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 10,15 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 30 manat 40 qəpik (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar