Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-5/2025 24.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İİ qurup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasındaqapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, ittiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel-noyabr aylarında, dəqiq günləri istintaqa məlum olmayan vaxtlarda onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs öz könüllü razılığı ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs yaşadıqları Göygöl rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında görüşərək Zərərçəkmiş şəxs əynində olan paltarları soyundurduqdan sonra gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına və anus dəliyinə soxmaqla cinsi ehtirasını təmin edərək Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdiki, məhkəmə iclasında bütün danışılanlar yalandır. O, 2021-ci ilin fevral ayında zərərçəkmiş şəxsin ailəsinə öz heyvanlarını baxmaq üçün vermiş, həmin ilin yay ayları isə götürmüşdür. Onun ünvanına deyilənlərin hamısı yalandır və şər böhtandır. Əlavə olaraq bildirdi ki, o zərərçəkmiş şəxs Əsli xanımı şifahi olaraq tanıyır. Əslini reallıqda bir dəfə ötəri görmüşdür. Sonu 65 rəqəmləri ilə bitən nömrə ona məxsusdur, lakin həmin nömrə ilə aparılan yazışmaları o aparmamışdır. O, öz telefonunu uşaqlara verir, onlar danışırlar və yazışırlar. Onun telefonu ilə digər şəxslər daşıqlar və yazışmalar apara bilirlər. O, içkiyə meyilli insandır, belə ki onun içkiyə meyilliyi döyüşlərdən sonra başlamış və ondan həmişə telefon istəmişlər o isə vermişdir. Həmin telefonla kimlərlə danışılıb və ya yazışmalar aparılıb xəbəri yoxdur. Genetik ekspertizanın nəticəsi ilə razı deyil, belə ki birincisi ekspertizanın cavabı iki günə gəlmir. Analizlərin cavabı ən azı 10-15 günə çıxarılır, bu analizin cavabı isə iki günə gəlmişdir. O, ilkin ekspert rəyi tanış olmuş, lakin nəticəsi ilə razı deyil və qərara gəlmişdir ki, öz etiraz və vəsatətini məhkəmə istintaqı zamanı versin. O, bu gün içki içməmişdir və hazırda ayıqdır. Onun Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi və ya yaxınlığı olmamışdır. Onlar qohum olsalarda o, Zərərçəkmiş şəxs şifahi olaraq tanımışdır. Onun evi ilə zərərçəkmiş şəxsin evləri arasında təxminən 7-8 dəqiqəlik məsafə vardır. Həmin məsafə təxminən 4-5 evdir. O, hazırda Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır, əvvəllər isə Göygöl rayonu Şəhriyar kəndində yaşamışdır. Sonu 65 rəqəmləri ilə bitən nömrə ona məxsusdur və özünün adınadır. O öz dostları ila yeyib-içən vaxt dostları ondan telefonunu istədikdə o öz telefonunu onlara vermişdir. Dostları isə onun telefonu ilə yazışmışlar. O, 2024-cü ilin yanvar ayından Bakı şəhərinə köçmüş və hazırda da orada yaşayır. Zərərçəkmiş şəxs dediyi müddət, yəni onların yaxınlıqlarının olduqları müddət ərzində mal-heyvanı olduğu üçün o, yaylaqda olmuş və kəntdə olmamışdır. İttihamda göstərilən apreldən-noyabra kimi vaxtlarda o, kəntdə olmamışam, o aprel ayında Göyçayda yataqda olmuş və qoyunlara iynə vurdurmuş, sonra isə apreldə bir başa Bakıya getmiş və bununla bağlı sübutları vardır. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmənin əvvəlki iclasında verdiyi ifadə doğru deyil, fikirli olduğundan əvvəlki məhkəmə iclasında ifadəsini dəqiq verməmişdir. Məhkəmədə əvvəlki verdiyi ifadənin deyil istintaqda müstəntiqə verdiyi ifadəsinin onun ifadəsi kimi qəbul edilməsini istəyir. Belə ki, məhkəmə iclasında elan edilmiş ifadəsini təsdiq edir. O, subaydır. Hal-hazırda heç bir yerdə işləmir. Təxminən 2 il bundan əvvəl həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs ona məlum olmayan formada ona məxsus ***-***-**-** saylı mobil nömrəsini əldə edərək ona zəng etmişdir. Bəyzadə ondan xoşu gəldiyini deyərək onunla danışmaq və münasibət yaratmaq istədiyini demişdir. O, əvvəl ona etiraz etmiş və onun sonrakı zənglərinə cavab verməmişdir. Bundan sonra Bəyzadə ona “vatsap” vasitəsilə mesajlar yazmağa başlamışdır. Bir müddət sonra o, Bəyzadə ilə yazışmağa başlamışdır. Təxminən 2023-cü ilin aprel ayınadək ancaq telefon vasitəsilə yazışmışlar və gecə saatlarında evdə ailə üzvləri yatdıqdan sonra yaşadığı ünvana gəldiyi zaman görüşmüşlər. Görüşdükləri zaman isə Bəyzadə onun bədəninə toxunmuş, onunla əxlaqsız hərəkətlər etmiş, lakin cinsi əlaqədə olmamışlar. 2023-cü ilin aprel ayında dəqiq gününü xatırlamadığı vaxtda saat təxminən 23 radələrində Bəyzadə yenə də onların evinin həyətinə gəlmişdir. Onlar görüşmüşlər və Bəyzadə onun bədəninə toxunmağa başlamışdır. Əynində olan paltarı yarıya qədər soyundurmuşdur. Özü də paltarını yarıya qədər soyunmuş və cinsiyyət orqanını çıxartmışdır. Bəyzadə öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməyə başlamış, sonra isə öz cinsiyyət orqanını yarıya qədər onun cinsiyyət orqanına soxaraq onunla cinsi əlaqədə olmağa başlamışdır. Bir neçə dəqiqə keçmiş isə öz spermasını onun cinsiyyət üzvünün üstünə tökmüşdür. Bundan sonra bir neçə dəfələrlə də Bəyzadə ilə görüşmüşlər. 2023-cü ilin aprel ayından sonrakı vaxtda, təxminən 2023-cü ilin may ayında Bəyzadə ilə yenə də görüşdükləri zaman Bəyzadə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Onunla görüşdükləri zamanlarda Bəyzadə bəzən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bəzən isə öz cinsiyyət üzvünü onun cinsiyyət üzvünə sürtərək öz spermasını cinsiyyət üzvünün üzərinə tökmüşdür. Sonuncu dəfə isə 2023-cü ilin oktyabr ayının ortalarında Bəyzadə ilə yenə də yaşadıqları ünvanda, evin həyətində gecə saatlarında görüşmüşlər. Həmin vaxtı da Bəyzadə yenə də onun cinsiyyət üzvünün üzərinə öz spermasını tökmüşdür. Bundan sonra isə 31 oktyabr 2023cü il tarixdə sonuncu dəfə onunla vatsap vasitəsilə mesajlaşmışlar. Ondan sonrakı vaxtda danışıqları olmamışdır. 06 noyabr 2023-cü il tarixdə ağrılarıyla bağlı xəstəxanaya müraciət etdikləri zaman hamilə olduğunu bilmişdir. O, Bəyzadə ilə təxminən 2 ildir ki telefon vasitəsilə danışıb bəzi vaxtlarda yaşadığı evin həyətində gecə saatlarında görüşsə də, onunla cinsi əlaqədə olmamışdır. İlk dəfə 2023-cü ilin aprel ayında Bəyzadə yenə də ona mesaj yazaraq onu görmək üçün gələcəyini demiş və gecə saatlarında yaşadıqları evin həyətinə gəlmişdir. Orada yenə də Bəyzadə onun paltarını və özünün paltarını yarıya qədər soyundurub öz cinsiyyət üzvünü onun cinsiyyət üzvünə sürtmüş və eyni qaydada təbii yolla cinsi əlaqədə olmuşlar, Bəyzadə cinsiyyət üzvünün üzərinə öz spermasını tökmüşdür. Bundan sonra isə 2023-cü ilin oktyabr ayının ortalarınadək, yəni sonuncu dəfə görüşdükləri günə kimi bir neçə dəfə isə o, öz cinsiyyət üzvünü onun cinsiyyət üzvünə sürtərək cinsiyyət üzvünün üzərinə öz spermasını tökmüşdür. Həkimin deməsinə görə Bəyzadə öz spermasını onun cinsiyyət üzvünün üzərinə tökdüyü üçün spermanın içəri getməsi səbəbindən hamilə qalmışdır. Bəyzadə ilə o, istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsilə, Bəyzadənin isə ***-***-**-** nömrəsi vasitəsilə danışmışlar. Mesajlar yalnız 1 gün qalmış və sonra silinmişdir. O, öz yazdığı sonuncu mesajları isə qorxduğu üçün silmiş, lakin Bəyzadənin ona yazdığı sonuncu mesajların bir qismi qalmışdır. Onlar təbii yolla tam olaraq cinsi əlaqədə olmadıqları üçün bakirəliyi pozulmamışdır. Yalnız Bəyzadə ilə danışmış və yalnız onunla münasibətdə olmuşdur. Başqa heç kəslə sevgi münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, onun əri çobandır. Onlar Təqsirləndirilən şəxs heyvanlarına 2021-ci ilin fevral ayı tarixdən baxmağa başlamışlar. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs heyvanları onların qapısında olan dövr ərzində Təqsirləndirilən şəxs onlara gəlib-getmişdir. Təqsirləndirilən şəxs onun bibisinin nəvəsidir. O, qızı Zərərçəkmiş şəxs həkimə apardıqdan sonra məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs arasında cinsi münasibətlər olmuşdur. xx.xx.2023-cü il tarixdə o, qızı Zərərçəkmiş şəxs həkimə apardıqdan sonra qızının hamilə olması aşkar olmuşdur. Təqsirləndirilən şəxs heyvanlarını onlardan apardıqdan sonra o Təqsirləndirilən şəxs onlarda görməmişdir. Qızı Zərərçəkmiş şəxs axşamlar 01-02 radələrində bu işlərlə məşğul olması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Onun qızı Zərərçəkmiş şəxsda günahı var ki, onun telefonunu oğurlayıb belə işlərlə məşğul olmuşdur. Qızı Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadə verən zaman o onun yanında olmuşdur. Qızı Zərərçəkmiş şəxs polisə o aparmışdır. Polisə birinci məlumatı o və qızı Zərərçəkmiş şəxs vermişlər. Qızı Zərərçəkmiş şəxs polisə həmişə onunla birlikdə getmiş, izahat verərkən o yanında olmuş və qızı Zərərçəkmiş şəxs həmin vaxt nə demişsə izahatında hər şey göstərilmişdir. Qızı Zərərçəkmiş şəxs polisdə ifadə verərək Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə görüşdükləri barədə izahat vermişdir. O polisdə verilmiş ifadələri oxumadan imzalamışdır. Qızı Zərərçəkmiş şəxs polisdə ifadə verən vaxt onun 2022 və 2023-cü illə bağlı nəsə deməsini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs heyvanları təxminən 2022-ci ilin aprel may aylarına kimi onlarda olmuş, sonra isə onlar heyvanları Təqsirləndirilən şəxs özünə qaytarmışlar. Müstəntiqin hər hansısa marağa görə qızının ifadəsini yanlış yazdığını düşünmür. İstintaqda verdiyi ifadəsini təsdiqləyir. Fikirli olduğu üçün əvvəl ifadəsini təsdiqləməmişdir. İfadəni oxumadan qol çəkmişdir. Doğum haqqında şəhadətnaməni Göygöl Rayon Qeydiyyat Şöbəsindən almışlar. Doğum kağızını təqdim etməmişlər, doğum kağızı hazırda evdədir. O doğuşu Kəlbəcər xəstəxanasında etmişdir. Zərərçəkmiş şəxs, yəni qızı Zərərçəkmiş şəxs 26 fevral 2007-ci ildə dünyaya gətirmişdir, lakin doğum haqqında şəhadətnaməni noyabr ayında ala bilmişlər, bu səbəbdən doğum tarixi yanlış olaraq xx xxxxxx 2007-ci il yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisinin nəvəsidir. O bacısı Rövşanə ilə bir məhlədə yaşayır və Təqsirləndirilən şəxs iki dəfə onların həyətində görmüşdür. Onlar bir məhlədə yaşasalar da həmin məhlədə iki ev vardır. O tək yaşayır. Günlərin birində gecə təxminən saat 22:30 onlara sonradan məlum olan Bəyzadə məhlələrinə daxil olmuşdur. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onların məhləyə gələn zaman qara toy qazanı oğurlamış və bir neçə gün sonra qaytarmışdır. O, Təqsirləndirilən şəxs iki dəfə onların məhləsinə gəlməsini görmüşdür. O Zərərçəkmiş şəxs atasına və ya anasına Təqsirləndirilən şəxs gecə vaxtlarda onların məhləyə gəlməsi ilə bağlı heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs anasının telefonunu işlətmiş, o Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə danışmasını görməmişdir. Təqsirləndirilən şəxs öz anasına məxsus olan nömrəsi ilə Rövşanəyə zəng vurmuş, həmin vaxt telefonu o açmış, lakin heç kəs səsini çıxartmamışdır. Məhlədə olan qazanı 2023-cü ilin yay aylarında aparmışlar. Qazan oğurlanandan təxminən üç ay sonra Zərərçəkmiş şəxs hamilə olması bilinmişdir. Zərərçəkmiş şəxs atası 2022-ci ildə təxminən 3-4 ay Təqsirləndirilən şəxs heyvanlarını saxlamışdır. Ona deyilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 3 dəfə cinsi əlaqədə olmuşlar, uşaq olandan sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şantaj edərək Əslinin qardaşının başını meşədə kəsəcəyini demiş və Əslinin qoluna bıcaq dirəmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs nə vaxt və necə cinsi münasibətdə olmaları ilə bağlı onun heç bir məlumatı yoxdur. Bacısı Rövşanə ona Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 3 dəfə həyətdə cinsi əlaqədə olmalarını demişdir. Eşitdiyinə görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir ilə yaxın sevgili olmuşlar. Onların yaşadıqları məhlədə ağaclar, 3 yerdən qapı, mal damı, kuxnanın yanında çardaq vardır. Kuxna evə bitişikdir və ölçüsü 6/4 kimidir. Çardağın ev tərəfdən görünməyən hissəsi bağlıdır. Onların məhlədə nərdivanın başında lambuşka var və həmin lambuşka məhlənin bir tərəfini işiqlandırır, mal olan tərəfdə işiq yoxdur. Təqsirləndirilən şəxs birinci dəfə onların məhləyə düşəndə təxminən avqust ayı olmuş, onun əynində qırmızı sportivni və başında sarı papaq olmuşdur. O həmin vaxt onların məhləyə daxil olan şəxsin üzünü görməmişdir. Ona sonradan bacısı qızı Zərərçəkmiş şəxs özü iki dəfə onların məhləyə Təqsirləndirilən şəxs gəlməsini demişdir. Təqsirləndirilən şəxs öz anasına məxsus olan nömrəsi ilə Rövşanəyə zəng vurmuş və həmin vaxt telefonu o açmış, lakin heç kəs səsini çıxartmamışdır. O Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münasibətlər barəsində yalnız bacısı Rövşanədən eşitmişdir. O yalnız 2023-cü ildə kiminsə onların məhləyə daxil olmasını görmüşdür. İstintaqda verdiyi ifadəsini təstiq edir. 2023-cü ildə birinci dəfə 23:00 ikinci dəfə isə 02:00 saat radələrində onların məhləyə ona məlum olmayan şəxs daxil olmuşdur. Birinci dəfə bacısıgilin evinin nərdivanın başına çıxmış şəxsi görmüşdür. Onların evləri 15 sotun içində tikilmiş və evlərinin arasında təxminən 10 metr məsafə var və onların evlərinin aralarında mətbəx ilə çardaq vardır. Onun anası bacısı Rövşanə ilə yaşayır və o onun yanına getmiş, 23:00 radələrində öz evinə qayıtmaq istəmiş və çıxanda onların məhləyə kiminsə daxil olduğunu görmüşdür. Onların məhləyə daxil olan şəxs qırmızı rəngli kofta və sarı rəngli papaqda olmuşdur. O həmin şəxsə ayaqqabısını atmış, həmin şəxs isə qaçıb getmişdir. O, sonradan Bəyzadənin əynində həmin qırmızı koftanı və başında sarı papağı görmüşdür. 10-12 gün sonra təxminən 01:30 radələrində kiminsə armud ağacının yanında durmasını görmüşdür. Onların yaşadıqları evlə, Bəyzadənin evinin arasında təxminən 15 dəqiqəlik məsafə var. O onların məhləyə kiminsə gəlməyi ilə bağlı heç kəsə heçnə deməmişdir. Ona maraqlı olmamışdır ki, onların məhləsinə kim gəlmişdir. O qış fəsillərində kənd də olmur. Bəyzadə heyvanlarını təxminən 2022-ci ilin payız aylarında aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis X5 baş müstəntiqi, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs istintaqda ifadəsində necə demişsə, onun ifadəsi həmin formada da yazılmışdır. İfadə verilərkən zərərçəkmiş şəxsə heç bir təsir olmamış, zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə aprel ayında münasibətdə olduğunu, may ayında isə qeyri-təbii yolla münasibətdə olduğunu bildirmişdir. Məhkəmə çıxışları zamanı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Lakin ibtidai istintaq və məhkəmə baxışı zamanı təyin olunmuş məhkəmə-genetik ekspertizasının rəyləri ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 99,99 % ehtimalla Zərərçəkmiş şəxs dünyaya gətirdiyi Uğur Yusubovun bioloji atasıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə təqsirləndirilən şəxsin müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxxxx 2007-ci il yazılmasına baxmayaraq Zərərçəkmiş şəxs faktiki olaraq 26 fevral 2007ci il tarixdə doğulmuşdur. Həmin xüsusatla bağlı məhkəmə tərəfindən Göygöl və Kəlbəcər rayon mərkəzi xəstəxanalarına sorğular verilmiş və sorğuya cavab məktublarında göstərilmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs 26 fevral 2007-ci il tarixdə doğulmuş və bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verilən ittiham üzrə 2023-cü ilin aprel-noyabr aylarında cinsi əlaqədə olarkən Zərərçəkmiş şəxs 16 yaşı tamam olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməlində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətinin tərkib əlamətləri olmadığından, ona CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittihamın müdafiəsindən cinayət tərkibinin olmaması əsası ilə ittihamdan imtina etdiyini bildirdi. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə dövlət ittihamçısı ilə razı olduqlarını və onun təklifinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə istinataqının sonunda Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi çıxışlarında, dövlət ittihamçısının cinayət hadisəsinin olmaması əsası ilə, yəni bəraətverici əsaslarla ittihamdan imtina etməsinin qəbul edilərək cinayət işinə xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata götürülməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilərək, istintaqının davam etdirilməsi qərara alınmışdır. “Yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndə təyin edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilməsi, qanuni nümayəndənin hüquq və vəzifələrinin ona izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-90/2023 saylı qərarından görünür ki, vəsatətin rədd edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulmuş, ali təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətandaşı, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-9/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi üçün o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 yerləşdirilməsi, Tibbi stasionara yerləşdirilmə müddəti 30 gün müddətinədək müəyyən olunmaqla, müddətin hesablanması şəxsin stasionara yerləşdirildiyi gündən hesablanması, Təqsirləndirilən şəxs tibbi stasionara yerləşdirilməsi barədə yaxın qohumlarına 24 saat müddətində məlumat verilməsi ibtidai istintaq orqanına həvalə edilməsi, qərarın icrası Göygöl rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 rəhbərliklərinə tapşırılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixli ittihamına əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulmuş, ali təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətandaşı, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin öz qüvvəsində saxlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X14 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 209461 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Şəhriyar kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin, 01-ci ayının, 26-cı günündə 46№ ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İV seriyalı, 982318 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2024-cü ilin, 03-cü ayının, 15-ci günündə 44№ ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X9 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-572/24 saylı məktubdan görünür ki, xx.xx.2007-ci il də doğulmuş Zərərçəkmiş şəxs doğum akt qeydinin aparılmasına hüquqi əsas olan doğum haqqında tibbi şəhadətnamə, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər qeydiyyat şöbəsində 1 il müddətinə saxlanılır. Məktuba qoşma kimi əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixli doğum haqqında akt qeydindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2007-ci ildə Azərbaycan, Göygöl Şəhriyar kəndində doğulmuşdur. X6, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə edilmiş X9 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-593/24 saylı məktubdan görünür ki, xx.xx.2007-ci il də doğulmuş Zərərçəkmiş şəxs doğum akt qeydinin aparılmasına hüquqi əsas olan doğum haqqında tibbi şəhadətnamə, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər qeydiyyat şöbəsində 1 il müddətinə saxlanılır. 2009-cu ildə Göygöl Qeydiyyat X1 rəhbərlik etmişdir. İş materiallarına əlavə edilmiş “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli, 18-1-48/2-377/2024 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2007-ci il tarixdə doğulmuş qız uşağının 240 nömrəli doğum tarixinin təsdiqlənmiş sürətindən görünür ki, Göygöl rayon Şəhriyar kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Qanuni nümayəndə (Ağaməmmədova soyadı ilə) xx.xx.2007-ci il tarixdə “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X18 doğum şöbəsində qadın cinsli doğuş etmişdir. İş materiallarına əlavə edilmiş “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli, 18-1-42/2-656/2024 saylı məktubundan görünür ki, Göygöl rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs doğum halının qeydiyyata alınması üçün Göygöl RMX PHŞ-nin nəzdində fəaliyyət göstərən Şəhriyar həkim tibb məntəqəsi tərəfindən xx.xx.2008-ci il tarixli ******* nömrəli arayış Göygöl rayon şöbəsinə təqdim edilməmişdir. Bu barədə həkim məntəqəsinə aid arxiv sənədlərində heç bir qeydiyyat aşkarlanmamışdır. Əlavə olaraq qeyd olunur ki, doğum halının qeydiyyata alınması doğuş xidməti həyata keçirən tibb müəssisələrində tərtib edilən "Doğum haqqında tibbi şəhadətnamə" (TQS№103) təqdim edilməsi ilə mümkün olur. Adı qeyd olunan Şəhriyar KHM-də doğuş xidməti aparılmadığı üçün Göygöl rayon Qeydiyyat şöbəsinə təqdim edilmiş xx.xx.2008-ci il tarixli ******* nömrəli arayışın Şəhriyar KHM-də tərtib edilməsi mümkün hesab edilmir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş "Uşağın inkişaf tarixi" dəftərində aparılmış qeydlərə əsasən yenidoğulmuşa ilk dəfə xx.xx.2007-ci il tarixdə məntəqə həkimi tərəfindən patronaj xidməti göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Şəhriyar kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 154 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 201 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 84.6.9-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndində göstərilmişdir ki, Dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1 və 314.2-ci maddələrinin tələblərini, yuxarıda qeyd edilən məsələlərlə bağlı dövlət ittihamçısının mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan cinayətin tərkib əlamətləri olmaması əsası ilə imtina etməsi bəraətverici əsaslarla xitam verilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41.3, 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmama əsası ilə imtina etməsi qəbul edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırki cinayət işi üzrə icraat (cinayət təqibinə) bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-5/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-5/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver