Məhkəmə qərarları › İş №1(066)-50/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-50/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-50/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 37-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 50 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru, avtomobilin salonunda olan 130 manat dəyərində bir ədəd “Pioneer” markalı maqintafon və iki ədəd “Pioneer” markalı, 600lük xrom səs gücləndiricini həmçinin avtomobilin salonunda olan 200 manat nəğd pulunu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 480 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 100 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru və avtomobilin yanacaq çənində olan 5 manat dəyərində 5 litir çıxardıb gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 105 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri 4-cü mikrarayon, bina 20, mənzil 16-da yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus VAZ 2107 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə BC kateqoriyalı sürücülük vəsiqəsi əsasından taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 1 azyaşlı oğlan övladı vardır. Əvvəllər heç zaman məhkumluq həyatı yaşamamışdır. Göygöl rayon Hacıməlik qəsəbə sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər heç zaman tanımamış, onların heç biri ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Lakin onlara məxsus avtomobillərdən 18 iyun 2022-ci il tarixdə oğurluq hadisələrini dostu X2 ilə birlikdə törətmişdir. 18 iyun 2022-ci il tarixdə Bəxtiyarla birlikdə idarə etdiyi avtomobillə Bakı-Qazax avtomobil yolu ilə hərəkətdə olan zaman Göygöl rayonunun Hacıməlik qəsəbəsinin ərazisində yanacaq çənində avtomobilin yanacağının çox az qaldığını və avtomobil hərəkətdə olan zaman dala-qabağa doğru tez-tez hərəkət etdiyini hiss edib akkumlyatorun lazımı qədər elektrik verə bilməməsindən olmasını düşünərək Hacıməlik qəsəbəsinə girib kənddə olan avtomobillərin birindən akkumlyator oğurlayıb onun avtomobilinə qoysunlar. Bu səbəbdən Hacıməlik qəsbəsinə girib küçələrin birində yolda dayanmış Vaz 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil görüb həmin avtomobilin yanında avtomobilini saxlamış, düşdükdən sonra həmin avtomobilin yanacaq çənindən öz avtomobilindən götürdüyü rezin boru vasitəsilə təxminən 5 litrə yaxın benzin çəkib öz avtomobilinə tökmüşdür. Bəxtiyar isə avtomobilin akkumlyatrorunu oğurlamışdır. Hadisə yerindən təxminən 100-150 metr uzaqlaşdıqdan sonra avtomobildən düşüb oğurladıqları akkumlyatoru öz avtomobilinə qoysa da avtomobil işə düşməmişdir. Bundan sonra həmin akkumlyatoru elə oradaca tullayıb öz akkumlyatoru ilə avtomobilini işə salıb hərkətinə davam etmişdir. Bundan sonra həmin küçə ilə hərəkətdə olan zaman VAZ 2106 markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş və həmin avtomobilin yanında dayanmışlar. Avtomobildən düşdükdən sonra həmin avtomobilin kapotunu qaldırıb akkumlyatorunu götürüb avtomobilinə qoymuş, həmin akkumlyatorla avtomobilini işə salmış, öz akkumlyatorunu isə elə oradaca tullamışdır. Bəxtiyar isə avtomobilin qapılarının açıq olmasından istifadə edib salonda olan maqnitafonu və arxada olan 4 ədəd kalonkaları yerindən çıxardıb oğurlamışdır. Bundan sonra onlar Hacıməlik qəsəbəsindən çıxıb evlərinə getmişlər. Oğurluq hadisələrini hamıdan gizlin olaraq törətmiş və onlar oğurluq edən zaman heç kəs görməmişdir. VAZ 2106 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları akkumlyatoru öz idarə etdiyi avtomobilin üstünə qoysa da sonradan onu Gəncə şəhərində tanımadığı şəxsə satmışdır. Bəxtiyarın oğurladığı maqnitafonları kalonkaları isə yolla gedərkən Bəxtiyar onların Çin Respublikasında istehsal edildiyini deyib xatırlamadığı yerdə pəncərədən çölə atmışdır. O qeyd etmişdir ki, oğurluq etdikləri avtomobillərdən pul oğurlamamışlar. Hazırda tutduğu əməldən peşimandır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi aydındır. Ona məxsus “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilini gündəlik olaraq yaşadığı ünvanın qarşısında küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində mal bazarına heyvan satmağa gedəcəyi üçün yuxudan oyanaraq bazara gedib saat 08 radələrində bazardan evə qayıtdıqda evinin qarşısında olan avtomobilinin mühərrik qapağının, daha sonra avtomobilin ön qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin salonuna baxan zaman maqnitafonun, iki ədəd səs gücləndiricinin və avtomobilin salonuna qoyduğu iki ədəd yüz manatlıq əskinaz olmaqla ümumilikdə 200 manat pulunun da oğurlandığını aşkar etmişdir. Ona məxsus VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq zamanı 200 manat nağd pulu, bir ədəd akkumlyator, iki ədəd səsgücləndirici və maqnitafon oğurlanmış, ümumilikdə ona 480 manat maddi ziyan dəymişdir. 1 ədəd 60 həcmli “Atlant” markalı akkumlyator, bir ədəd “Pioneer 7150” markalı maqnitafon, iki ədəd 600lük xrom “Pioneer” markalı səsgücləndirici oğurlanmışdır. Avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi aydındır. “Vaz 2106” markalı, **-BC-*** nömrə nişanlı avtomobilimi gündəlik olaraq yaşadığı evin qarşsında küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində oyanıb küçəyə çıxdıqda avtomobilinin mühərrik hissəsinin qapağının açıq vəziyyətdə olduğunu, avtomobilinin akkumlyatorunun yerində olmadığını görmüşdür. Daha sonra avtomobilimin yanacaq çənindən təxminən 5 litr benzinin də oğurlanmasını aşkar etmişdir. O qeyd etmidşir ki, ona məxsus “Vaz 2106” markalı, **-BC-*** nömrə nişanlı avtomobildən baş vermiş oğurluq nəticəsində ona 105 manat ziyan dəymiş, oğurlanmış akkumlyator “Atlant” markalı, 60 həcmli akkumlyator olmuşdur. Oğurluq hadisəsi bilmədiyi üsul ilə avtomobilin mühərrik qapağı açılmaqla edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. ifadə verməyinin səbəbi ona aydındır. xx.xx.2022-ci il tarixdə Göygöl rayon Hacıməlik qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin akkulyatorunu, maqnitafonunu, səsgücləndiriciləri və avtomobilin içərisinə qoyduğu 200 manat nəğd pulunu, Göygöl rayon Hacıməlik qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumlyatorunu və yanacaq çənindən 5 litr benzinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçək gecə naməlum şəxslər tərəfindən oğurlanması, qeyd olunan əşyaları oğurlamış şəxslərin müəyyən edilməsi istiqamətində tədbir görülməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Göygöl rayonu Hacıməlik qəsəbə sakinləri Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən və Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmiş şəxslərin Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs və X2 olması müəyyən edilmişdir. Qeyd olunan şəxslərin ətrafında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və X5 şəhərində müəyyən edilərək istintaqa təqdim edilsə də oğurlanmış əşyalar müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Protokol və fotoşəkillərdən görünür ki,xx.xx.2022-ci il tarixdə hadisənin baş verdiyi Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları ünvanın qarşısında olan avtomobillərə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. - Məhkəmə-əmətəəşünaslıq ekspertizasının 22 dekabr 2022-ci il tarixli 9/9232 nömrəli rəyində ekpertiza üçün qeyd edilmiş əşyaların 2022-ci ilin iyun ayına orta bazar qiymətlərinin 1 ədəd 60 həcmli “Atlant” markalı akkumlyatorun qiymətinin 40 manat, bir ədəd “Pioneer 7150” markalı maqnitafonun dəyərinin 180 manat, iki ədəd 600lük xrom “Pioneer” markalı səsgücləndiricinin qiymətinin 60 manat, həmçinin Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Atlant” markalı, 60 həcmli akkumlyatorun qiymətinin 40 manat olması göstərilmişdir. -08 iyul 2022-ci tarixli məktubdan görünür ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-CF-*** dövlət nömrə nişanlı, avtomobildən oğurlanmış akkumlyator, səsgücləndiricilər, maqnitafonu, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BC-*** dövlət nömrə nişanlı, avtomobildən oğurlanmış bir ədəd akkumlyatoru müəyyən etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamılə ödənildiyini təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını və gləcəkdədə şikayəti və tələbi olmadığını göstərmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamılə ödənildiyini təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını və gləcəkdədə şikayəti və tələbi olmadığını göstərmişdir. -Gəncə şəhər MKTİB-nin 5 №-li xidmət sahəsinin xx.xx.2023-cü il tarixli 53 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödəməsi və barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanılması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqinda iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalıdır. İş üzrə maddi subut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 50 (əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar