Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-50/2025 18.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(060)-76/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 06 (altı) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzası olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Göygöl rayonu, Qızılqaya qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 0,845 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl şəhər ərazisində yerləşən “Alman qəbirstanlığı” adlanan yerin yaxınlığında müəyyən edilərək saxlanılmış və üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli qış gödəkcəsinin sol döş cibində saxladığı 1 (bir) ədəd polietilen torbacığın içərisindəki təmiz çəkisi 0,845 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 fevral 2025-ci il tarixdə Alman qəbirsanlığının yanında adamla görüşməli olmuş, ora paltarlarını yumaq məqsədi ilə getmiş, həmin vaxtı narkotik vasitə olan metamfetamin üzərində olmuşdu. Əlavə olaraq bildirdi ki, o həmin narkotik vasitənin istifadəçisidir. Tutulmazdan qabaq təxminən 5-6 ay istifadə etmişdir. O yalnız metamfetamin adlı narkotik vasitə istifadə edir, həmin narkotik vasitəni lambuşka vasitəsi ilə əridib və iyini iyləyir. O, üzərində olan narkotik vasitəni tapmışdır. Həmin narkotik vasitəni ona bir nəfər vermiş, lakin ibtidai istintaq zamanı ifadə verərkən bu barədə məlumatı bildirməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən, o üzərində aşkar olunan narkotik vasitəni “çay bağı” adlanan yerdə tapdığını bildirmişdir. O, üzərində aşkar olunan narkotik vasitəni “çay bağı” adlanan yerdən tapmamışdır. Ona narkotik vasitəni verən şəxsin adı Azər olmuş, həmin adam şəhərdə qalmışdır. O, özünə məxsus SİM kartı qırıb tulladığı üçün həmin Azər adlı şəxsin nömrəsini bilmir. Azərdən həmin narkotik vasitəni Gəncə şəhərində olan köhnə Yevlax Avtovağzalından götürmüşdür. O, həmin narkotik vasitəni Azərdən 15 manata almış, lakin Azərdən aldığı narkotik vasitənin neçə qram olmasını bilməmiş, lakin az olmuşdur. Azər adlı şəxsin soyadını bilmir, onun təxminən 27- 28 yaşı olmuş və orta boyludur. O, narkotik vasitəni Azər adlı şəxsdən tutulduğu günü almışdır. O, narkotik vasitəni Azər adlı şəxsdən alandan sonra Göygölə qayıtmış, polis əməkdaşları onu Göygöl rayonunda yerləşən Alman qəbirstanlığının yanında təxminən axşam 23-24 radələrində saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq hara getməsini soruşduqda, paltar yuduzdurmağa getməsini bildirmiş, daha sonra onlar üzərinə baxış keçirmişlər. Polis əməkdaşları üzərinə baxış keçirən zaman yanında heç kəs olmamış, polis əməkdaşları üzərinə baxış keçirən zaman narkotik vasitə aşkar etmiş və o həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitənin kimdən almasını polis əməkdaşlarına bildirmək istəməmişdir. Hazırda o, heç bir narkotik vasitədən istifadə etmir. Onun Azər adlı şəxsdən aldığı narkotik vasitənin çıkisi təxminən 0.5 qram olmuşdur. O, alıdığı narkotik vasitənin 1 qramı 30 manata satılır. Hazırda Azər adlı şəxsin mobil nömrəsini bilmir. İbtidai istintaq zamanı ona heç bir təzyiq göstərilməmişdir. Azər (ləqəbi Azik) adlı şəxsdən mütamadi olaraq narkotik vasitə almışdır. Polis əməkdaşlarının onun üzərindən aşkar etdikləri narkotik vasitə o qədər çox olmamışdır. Azər adlı şəxsdən aldığı narkotik vasitə təxminən 2-3 dənə balaca daş olmuş, Azər adlı şəxsdən aldığı narkotik vasitəyə görə 15 manat vermişdir. Azər adlı şəxsdən aldığı narkotik vasitənin çəkisi təxminən 0.5 qram olmuş və polis əməkdaşları onu saxladığı günü Azər adlı şəxsdən aldığı narkotik vasitədən istifadə etməmişdir. Gəncə şəhərində olan köhnə Yevlax Avtovağzaldan narkotik vasitəni aldıqdan sonra Göygöl rayonuna qayıtmış və tanıdığı Elnur adlı şəxsin yanına paltarlarını yumağa getmişdir. O, Göygöl rayonu Qızıl Qaya qəsəbəsində qeydiyyatdadır, lakin özü Gülüstanda qalır. Polis əməkdaşları onu yolun qırağında tutmuşlar və həmin vaxtı axşam radələri oluğu üçün Alman qəbirsanlığına qəbirlərin olub-olmamasını görə bilməmişdir. O, Göygöl rayonunda yerləşən Alman qəbirsanlığına “BOLT” taksi vasitəsi ilə gəlmiş, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş və narkotik vasitəni onun cibinə heç kəs qoymamışdır. Azər (ləqəbi Azik) adlı şəxsin yaşadığı evini göstərə bilər. Polis əməkdaşları onu 13 fevral 2025-ci il tarixdə axşam 23-24 radələrində saxlamışlar. İbtidai istintaq zamanı ona üzərindən aşkar olunmuş narkotik vasitənin “çay bağı” adlanan ərazidə tapmasını deməsini bildirmişlər. Polis əməkdaşları onu Alman qəbirsanlığının yanında saxlayan zaman üzərinə baxış keçirmiş, lakin video çəkliş aparmamışlar. Polis əməkdaşları əvvəlcə onu Şöbəyə aparmışlar, daha sonra hadisə yerinə qayıtmışlar və video çəkliş aparılmışdır. Polis əməkdaşları onu saxlayan zaman 3 nəfər olmuş, onlardan biri ona yaxınlaşmış digərləri avtomobildə olmuşdur. O, Gəncə şəhərində “Dərmanın kruqu” adlanan yerdə moykada işləyir, işdə olduğu zaman Azər adlı şəxs ona zəng vuraraq narkotik vasitə olduğunu bildirmiş, o Azər adlı şəxsə pulunun olmadığını demiş, Azər isə gəl götür sonra pulu verərsən demişdir. Narkotik vasitəni Azər adlı şəxsdən alarkən, Azər ona narkotik vasitəni götürməsini və hər gün 10 manat verməsini bildirmiş, belə ki cəmi Azərə 30 manat verməli olmuşdur. Azər adlı şəxsin ona verdiyi narkotik vasitənin çəkisi 1 qram olmuş, həmin narkotik vasitəni ona satan Azər (Azik ləqəbi) adlı şəxs Göygöl rayonunda yerləşən Alman qəbirsanlığının yanında qalmışdır. Azər adlı şəxs qalan evdən narkotik vasitəni götürüb evdən çıxan kimi polis əməkdaşları onu saxlamış, dərhal polis əməkdaşlarına Azər adlı şəxs barədə məlumat verərkən polis əməkdaşları birinci onu Şöbəyə aparıb sonra Azəri gətirəcəklərini bildirmiş, lakin heç kimi gətirməmişlər. O, narkotik vasitəni aldığı şəxsin əsil adını bilmir, yalnız ləqəbinin Azik olduğunu bilir. Azər (ləqəbi Azik) adlı şəxs ona whatsapp vasitəsi ilə zəng vuraraq qaldığı evə çağırmış və narkotik vasitə almasını təklif etmişdir. Azər (ləqəbi Azik) adlı şəxsin kirayədə yaşadığı ev Göygöl Rayon Məhkəməsinin yaxınlığında olan “OBA” marketin yanında yerləşir. 13 fevral 2025-ci il tarixdə o, saxlanılaraq Şöbəyə aparıldıqdan təxminən 20 dəqiqə sonra polis əməkdaşları əlavə bir şəxsi də gətirmiş və həmin şəxslə aralarında söhbət zamanı o, onu da Azik adlı şəxsin tutdurmasını bildirmişdir. 13 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində polis əməkdaşları onu Alman qəbirsanlığının yanında saxlayan zaman üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni ona Azər adlı şəxs vermişdir. O narkotik vasitəni çəkməmiş, lakin həmin narkotik vasitəni az görmüşdür. Polis Şöbəsində ona narkotik vasitəni “çay bağı” adlanan ərazidə tapmasını deməsini bildirmişlər. Polis əməkdaşları onu saxlayan zaman üzərində adı “metamfetamin” olan narkotik vasitə olmuş, həmin narkotik vasitənin çəkisi az olmuş, lakin çəkisini tam dəqiq bilmir. Belə ki həmin narkotik vasitəni çəkməmişdir. O, Azər adlı şəxsdən aldığı narkotik vasitəyə görə 30 manat verməli olmuş, həmin vaxt pulu olmadığı üçün 3 gün ərzində 10 manat olaraq ödəniş etməli olmuşdur. O, Azər adlı şəxslə cəmi olaraq 3 dəfə görüşmüş, birinci dəfə çayçıda çay içmiş və orada ona narkotik vasitələrdən istifadə etməsini bildirmiş və Azər ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Digər görüşləri onun Azər adlı şəxsdən narkotik vasitə əldə etməkdən ibarət olmuşdur. Azər ona birinci dəfə narkotik vasitə təşkil edərkən onlarda istifadə etmiş və həmin vaxt ona 20 manat vermişdir. Sonuncu dəfə o, Azərdən narkotik vasitəni götürərkən Azər ona evə qonaq gəlməsini bildirmiş və ondan evdən çıxmasını istəmiş, bundan sonra o çıxıb Alman qəbirsanlığının yanı ilə gedərkən polis əməkdaşları onu saxlamışlar. Azərin nömrəsi onda yoxdur. O, tutulduqdan sonra nömrəsini və telefonunu dəyişmiş və nömrəsini qırıb sındırmışdır. O, tutulduqdan sonra Azərin yaşadığı evə gəlmiş, lakin həmin vaxt Azər orada yaşamamışdır. Onun üzərində iki ədəd kristal daş olmuşdur. Həmçinin təqsirləndirilən şəxs çarpaz sualları cavablandırarkən bildirmişdir ki, Azər adlı şəxs ona zəng vuraraq onda narkotik vasitə olmasını, onun evinə gəlib narkotik vasitəni götürməsini bildirmiş və o bundan sonra taksi vasitəsi ilə gedib Azər adlı şəxsin evindən həmin narkotik vasitəni götürmüşdür. O, Azər adlı şəxsi uzun müddətdir görmür, bu səbəbdən onun sifəti yadında deyil. Azərdən cəmi iki dəfə narkotik vasitə almış, Azər adlı şəxsin narkotik vasitə satmasını ona başqa bir adam demişdir. Azər adlı şəxsin əlaqə nömrəsini onun özündən götürmüşdür. Azər adlı şəxsdən birinci dəfə narkok vasitə alan zaman heç bir problem olmamış, həmin vaxtda “metamfetamin” olan narkotik vasitə almış, ikinci dəfə Azər adlı şəxsdən narkotik vasitəni Göygöl rayonunda “Oba” marketin yanında olan evindən alıb qayıdarkən Alman qəbiristanlığının yanında polis əməkdaşları onu saxlamışlar. Azər orta yaşlı, qara saçlı və təxminən 30-32 yaşında şəxsdir. Azər adlı şəxsi iki dəfə görmüş, onu TikTok sosial şəbəkə vasitəsi ilə tanımış, Azər adlı şəxslə TikTok sosial şəbəkə vasitəsi ilə danışıq apararkən, onu çay içməyə dəvət etmiş və onların münasibətləri yaranmışdır. Polisdə olarkən narkotik vasitəni Azərdən almasını deyə bilməmişdir. O daha sonra barəsində cinayət işi olarkən Azərin yaşadığı evə gedərkən, onun orada yaşamadığını görmüşdür. Sonda özünü tam təqsirli bilərək çıxışında özünün yetmiş uşaq olması və uşağının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçəliyi və qohumluq əlaqələri yoxdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən ifadəsi tam olaraq yadında deyil, suallar verilərsə cavablandıra bilər. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Göygöl rayonunda yerləşən Alman qəbirsanlığının yanında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs gecə radələrində saxlamışlar və saxlanılarkən onun yanında heç kəs olmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman adı “metamfetamin” olan narkotik vasitə aşkar edilmiş və Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etməsi barədə onlara vermiş məlumatı xatırlamır. Təqsirlədirilən şəxs narkotik vasitəni Azər adlı şəxsdən almasını onlara bildirməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən onlara Azər adlı şəxs barədə hər hansı bir məlumat versə idi, onlar həmin mövzu üzrə tədbir görərdilər. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Azər adlı şəxsi tanımır və onun barəsində hərhansı bir tədbir aparılmamış, belə ki təqsirləndirilən şəxs onlara Azər adlı şəxslə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onun üzərindən narkotik vasitə aşkar olunmuş və o həmin narkotik vasitəni tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs onlara narkotik vasitəni hər hansı almasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçəliyi və qohumluq əlaqələri yoxdur. X4 narkotik vasitələrin dövriyəsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bundan sonra onlar Təqsirləndirilən şəxs təzə məhlələrdə Alman qəbiristanlığının yanında yaxınlaşaraq özülərini təqdim edib onu saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olmasını etiraf etmiş və onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, daha sonra polis şöbəsinə gətirilmiş və polis şöbəsində olarkən təhqiqatda müdafiəçinin iştirakı ilə çəkiliş edilmişdir. Əlavə olaraq bildirdi ki, hadisənin tarixini tam dəqiq xatırlamır. Belə ki, uzun müddət keçmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən metamfetamin aşkar edilmiş, lakin hazırda narkotik vasitənin çəkisinin nə qədər olmasını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərindən aşkar edilmiş narkotik vasitə yerində videoçəkiliş edilərkən tərəzi vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hər hasnı şəxsdən almasını bildirməmiş, o saxlanılarkən videoçəkiliş qeydə alınmış, hər şey videoçəkilişdə var. Təqsirləndirilən şəxs Azər adlı şəxsdən narkotik vasitə alması barədə onlara bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan narkotik vasitəni özü könüllü təqdim etmişdir. Ona Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onların Azər (Azik) adlı şəxslə bağlı hər tədbirləri olmamışdır. Təqsirləndirilən şəxs üzərində küllü miqadarda narkotik vasitə olmamış, videoçəkilişdə narkotikin çəkilməsi əks olunmuşdur. Gəncədən Təqsirləndirilən şəxs bura dəvət edilməsi barədə məlumat yoxdur. İstintaqda verdiyi ifadəsi ilə ranış olmuşdur və ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Göygöl şəhər ərazisində yerləşən, “Alman qəbirstanlığı”nın yaxınlığında saxlanılması və onun üzərindən bir ədəd Sellofan bükümlə birlikdə ümumi çəkisi 1,23 qram narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin ölçüsünə baxmış, bundan sonra həmin kütlə ağ zərfdə qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitənin özünün olmasını və istifadəsi üçün saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni almasını bildirməmiş, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən çəkilmiş videogörünütüdə Təqsirləndirilən şəxs narkotik vasitəni hardan tapmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/305 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Göygöl şəhəri, Alman qəbristanlığı adlanan ərazinin yaxınlığında boş ərazidir. Baxış zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı kiçik ölçülü şəffaf sellofan torbanın içərisində, sellofan torba ilə birlikdə kütləsi 1,23 qram olan ilkin baxışdan narkotik maddə olan metanfetamin bənzər kütlə 1 ədəd ağ rəngli zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan, özünə məxsus “Samsung” markalı telefon da maddi sübut əhəmiyyətinə malik olduğu üçün götürülmşüdür. Şəxsi axtarış və götürmə hərəkəti 13 fevral 2025-ci il tarixdə saat “23:30”- da başlanılmış, 13 fevral 2025-ci il tarixdə saat “23:45”-də qurtarmışdır. Protokol ucadan oxunmuş, heç bir vəsatət və şikayət daxil olmamış, odur ki, doğruluğu imzalarla təsdiq edilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə saat 00:20 dəqqiqədə Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elməddin Kamalov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin təhqiqatçısı Elməddin Kamalov tərəfindən şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış 14 fevral 2025-ci il tarixdə saat 00:50-də başlanmış, 00:54-də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış videolentə alınaraq 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlənin narkotik vasitə olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə həvalə edilmişdir. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 14 fevral 2025-ci il tarixli 16/140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən maddi sübut” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 0,845 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan-metamfetamindir. Ekspertiza zamanı tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,795 qram qalıq qalmışdır. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli Göygöl RPŞnin İB-nin müstəntiqi, polis mayoru Anar Məmmədov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan 25077017 nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “acer” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zmanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM” una daxil etdikdə, 01 ədəd “S3110001” adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 42 saniyə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 2 nəfər mülki geyimdə şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 olması müəyyən edilmiş, videogörüntüdə Şahid1 bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində və saxlamasında şübhəlidir və bununla bağlı əməliyyat qrupu yaradılaraq tədbir keçirtməyə başlayır. Bundan başqa həmin diskdə 01 ədəd “S3110002” adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 08:21 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 3 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-in əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində saxlaması barədə məlumatın olması izah edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcəsinin sol döş cibində olan bir ədəd polietilen torbacığı təqdim edərək həmin torbacığın içərisində olan kütlənin “patı” olduğunu, həmin kütləni Göygöl şəhər ərazisində çayın kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilmiş və içərisində narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmiş, bundan başqa onun üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, o, telefonun özünə məxsus olmasını bildirmiş, daha sonra həmin 1 (bir) ədəd polietilen torbacıq elekton tərəzidə çəkilərək kütləsinin 1.23 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün zərfə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzərində iştirakçılarla bərabər Təqsirləndirilən şəxs da imza etməsi müşahidə olunmuşdur. Həmçinin həmin diskdə 01 ədəd “S3130003” adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 03:19 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 4 nəfər mülki geyimdə, bir nəfər xidməti geyim formasında olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, şübhəli Təqsirləndirilən şəxs, TB-nin təhqiqatçısı, polis kapitanı Elməddin Kamalov və Müdafiəçi olması müəyyən edilmiş, təhqiqatçı Elməddin Kamalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində, üzərində və yaşadığı evdə saxlaması barədə məlumatın olması izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquqları izah edilərək, üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş eşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilmiş. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üzərindən polis əməkdaşları tərəfindən aşkar edilmiş kütlənin “patı” olduğunu bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış aparılarkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,795 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,795 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop madə metamfetamin saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini konkret olaraq kimdən əldə etməsi, kimlərəsə veribverməməsini, aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. 28 fevral 2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubla müəyyən edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 0,845 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Göygöl rayon ərazisindən, “çay bağı” adlanan yerdə çayın kənarından yerdən tapması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Həmin narkotik vasitənin hansı şəraitdə orada olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. “Təqdim edilmiş Samsung markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında “111” nömrəli xidməti iş otağında baxış keçirilmişdir. Baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, Samsung markalı mobil telefon – üzərində qara rəngli üzlük vardır, mobil telefon özü qara rəngdədir, arxa hissəsində “Samsung” sözü yazılmışdır. Telefonun içərisində daxil olub baxdıqda müxtəlif şəxslərlə yazışmalar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmiş, bununla da, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edib-etməməsini, əgər narkotik vasitə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 15 fevral 2025-ci il tarixdə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin mənbəyi və əldə edilmə vaxtı naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,845 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0,795 qram psixotrop maddə olan metamfetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə özünə məxsus “Samsung A10” markalı mobil telefonu təhvil almışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayonu İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-12/2-16- 16/25 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qızılqaya qəsəbə İƏD-də qeydiyyatdadır və hal hazırda qəsəbə ərazisində yaşayır. Ailə tərkibi kimi oğlu xx.xx.2017-ci il təvəllüdlü X7 oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayonu İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Göygöl rayon Qızılqaya qəsəbə ərazisində qeydiyyata alınmış, Təqsirləndirilən şəxs 1995-ci il tarixdən qəsəbə ərazisində qeydiyyata alınmış və bu günədək həmin ərazidə yaşayır. Vətən müharibəsi iştirakçısıdır. Qəsəbə ərazisində yaşadığı müddət ərzində qonşuluqlarında yaşayanlardan şəxs haqqında şikayət xarakterli ərizə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayonu İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə, Təqsirləndirilən şəxs 1995-ci ildən Göygöl rayon Qızılqaya qəsəbəsində qeydiyyata alındığı bu günə kimi qəsəbədə yaşadığı, Vətən müharibəsi iştirakçısı olduğu Qəsəbə ərazisində yaşadığı müddət ərzində qonşuluqlarında yaşayanlardan haqqında şikayət xarakterlı ərizə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1286 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1398 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-76/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, PX-0014770/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş və cəza müdətinin əvvəli həmin tarixdə hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər cəzasının 1 (bir) il 04 (dörd) ay 11 (on bir) gününü çəkmiş və cəzasının 06 (altı) ay 15 (on beş) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı ona üzərindən aşkar olunmuş narkotik vasitənin “çay bağı” adlanan ərazidə tapmasını deməsini bildirməsini, polis əməkdaşlarının onu Alman qəbirsanlığının yanında saxlayan zaman üzərinə baxış keçirmələrini, lakin video çəkliş aparmamalarını, polis əməkdaşlarının əvvəlcə onu Şöbəyə aparmalarını, daha sonra hadisə yerinə qayıdıb və video çəkliş aparılmasını, ona narkotik vasitəni verən şəxsin adının Azər olmasını, Azər adlı şəxsdən aldığı narkotik vasitəyə görə 30 manat verməli olmasını, həmin vaxt pulu olmadığı üçün 3 gün ərzində 10 manat olaraq ödəniş etməli olmasını və polis əməkdaşları onu saxlayan zaman üzərində adı “metamfetamin” olan narkotik vasitə olmasını, həmin narkotik vasitənin çəkisinin az olmasını, lakin çəkisini tam dəqiq bilmədiyini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri şahid ifadələri, dindirmə protokolları, hadisə yerində çəkilmiş video yazı və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən və xx.xx.2024-cü il tarixli hökmün surətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar şəxsə cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunması, məhkumluğu ödənilmədən və cazısını çəkdiyi müddət ərzində yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, vətən müharibəsi iştirakçısı olmasını, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər də cinayət törətməsi, onun kriminal meylli olması, azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzalardan nəticə çıxararaq islah olunmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğunu, ondan götürülmüş narkotik vasitənin tərkibini və çəkisini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təkrar təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Həmçinin müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş və cəza müdətinin əvvəli həmin tarixdə hesablanmış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər cəzasının 1 (bir) il 04 (dörd) ay 11 (on bir) gününü çəkmiş və cəzasının 06 (altı) ay 15 (on beş) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(060)-76/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 06 (altı) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(060)- 76/2024 saylı hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 06 (altı) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla müəyyən olunan 03 (üç) ay 07 (yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.795 qram psixotrop maddə metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10.3 (on saat, otuz dəqiqə) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 91.8 (doxsan bir manat, səksən qəpik) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(060)-76/2024 saylı hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 06 (altı) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla müəyyən olunan 03 (üç) ay 07 (yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 18 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.795 qram psixotrop maddə metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 91.8 (doxsan bir manat, səksən qəpik) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-50/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-50/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver