Məhkəmə qərarları › İş №1(066)-51/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-51/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-51/2025 19.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə işlədiyi Göygöl şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi kimi şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat pul verəcəyi halda sonuncunu öz qulluq mövqeyindən istifadə etməklə icra nümayəndəliyində hərhansı işə düzəltmək və təqaüd təyin etdirəcəyi barədə yalandan vəd verərək sonuncunun ona olan etibarından suiistifadə etməklə icra nümayəndəliyində hərhansı işə düzəltmək vədi ilə 10 may 2023-cü il tarixdə yaşadığı Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi ev 1, mənziı ¼-də 3000 (üç min) manat məbləğində pulunu aldıqdan sonra Zərərçəkmiş şəxs2 təqaüd təyin etdirəcəyi barədə yalan vəd verib inandırmaqla davamlı qəsdlə 2023-cü ilin iyul ayının əvvəllərində istintaqla müəyyən olunmayan tarixdə 4000 (dörd min) manat pulunu alaraq 10 may 2023cü il tarixdən 2023-cü ilin iyul ayının əvvələrinə qədər olan müddətdə hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulunu alıb öz qulluq mövqeyindən istifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, inam və etibarından istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə rayonun Balçılı kənd sakini Zərərçəkmiş şəxs1 12000 (on iki min) verəcəyi halda arvadı Şahid1 və qohumunu Şahid2 işlədiyi icra nümayəndəliyinidə hərhansı işə düzəltmək və təqaüd təyin etdirəcəyi barədə yalandan vəd verib inandırmaqla Zərərçəkmiş şəxs1 11 aprel 2023-cü il tarixdə yaşadığı Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi ev 1, mənziı ¼-də 9000 (doqquz min) manat pulunu alaraq ələ keçirdikdən sonra davamlı qəsdlə 07 sentyabr 2023-cü il tarixdə yaşadığı Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi ev 1, mənziı ¼-də 3000 (üç min) manat pulunu alaraq ələ keçirməklə 11 aprel 2023-cü il tarixdən 7 sentyabr 2023-cü il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək hiss-hissə olmaqla vahid niyyətlə əhatə olunan ümumilikdə 12.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə edərək alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi ev 33-də tək yaşayır, subaydır, hazırda heç bir yerdə işləmir. 1988-ci ildən Göygöl şəhər İcra nümayəndəliyində baş mühasib vəzifəsində işləmiş, 24 sentyabr 2024-cü il tarixdə Göygöl rayon İcra Başçısının sərəncamı ilə vəzifəsindən azad edilmişdir. 2023-cü ilin aprel ayında şəxsi işləri ilə əlaqədar pul lazım olduğundan əvvəllər tanıdığı Rəşada müraciət edərək ona 7.000 manat pul qarşılığında əlillik dərəcəsi və işlədiyi Göygöl şəhər icra nümayəndəliyində işə düzəldəcəyini bildirdikdə Rəşad onunla razılaşaraq 7.000 manat pul verəcəyini demiş, habelə Rabil adlı dostunun da işsiz olduğunu və arvadı ilə birlikdə onu da işə düzəldə bilib-bilməyəcəyini soruşduqda Rəşada bu barədə Rabillə danışdıqdan sonra bir söz deyə biləcəyini bildirdiyi üçün Rabillə görüşüb bu barədə söhbət etmişdir. Rabilə özünü və arvadı Gülnarı işlədiyi Göygöl şəhər, icra nümayəndəliyində işə düzəltmək, qardaşı arvadı Gülnarəyə isə pensiya təyin etdirmək barədə vəd vermişdir. Razılaşmalarına əsasən Rabilin ona verəcəyi 12.000 manat pul qarşılığında qarşılığında Rabili, arvadı Gülnarı və qardaşı arvadı Gülnarəni işlədiyi Göygöl şəhər icra nümayəndəliyində hər hansı işə götürməli olmuşdur. 10 aprel 2023-cü il tarixdə Rəşad 7.000 manat, Rabil isə 9.000 manat pulu yaşadığı ünvanda ona vermişlər. Həmin zaman qabaqlayıcı tədbir kimi sadə A4 kağıza hər iki şəxsdən 5.000 manat pul götürməyi barədə yalan qeydlər aparmış və hər biri həmin kağızları imzalamışlar. Bunu gələcəkdə yarana biləcək mübahisələr üçün qabaqlayıcı tədbir kimi etmişdir. Onlardan ümumilikdə aldığı 16 min manatı şəxsi məqsədləri üçün istifadə etmiş, bir qədər sonra isə Rəşad onu işə düzəltməyini və ona əlillik dərəcəsi təyin olunmasını tələb etməyə başladıqda əlillik dərəcəsi təyin edilməsinə nail olmayacağını bildiyi üçün Rəşadı 2023-cü ilin dəqiq xatırlamadığı yay ayında Göygöl şəhər icra nümayəndəliyində növbətçi olaraq rəsmilədirdiyi barədə yalan vəd verib və ona əməkhaqqı kartı sifariş etmişdir. İşçinin nümayəndəlikdə işləməsini bank soruşmadığı üçün onun adına kart gəlmiş, əməkhaqqı kartını Rəşada vermişdir. Eyni qaydada həmin prosesi Rabil və arvadı Gülnara da reallaşdırmışdır. Belə ki, Rabil və arvadı Gülnarı da 2023-cü ilin yay aylarında işlədiyi icra nümayəndəliyində fəhlə kimi rəsmiləşdirməyi barədə məlumat vermiş, onlara əməkhaqqı kartı sifariş etmişdir. Baş mühasib işlədiyi üçün xəzinədarlıq vasitəsi ilə nümayəndəliyə təsdiqlənərək ayrılmış ümumi məbləği nümayəndəliyin işçilərinə köçməli olan əməkhaqqını hesablayaraq kart hesablarına köçürtmüşdür. Öz əməkhaqqı da ayrılmış ümumi məbləğin içərisində olduğu üçün aylıq özünə ayrılmış 1109 (min yüz doqquz) manat, vergilər və sair çıxdıqdan sonra köçən 891 (səkkiz yüz doxsan bir) manat əməkhaqqını 291 manat 25 qəpik olaraq Rəşadın, Rabilin və Gülnara əməkhaqqı kartı olaraq verdiyi kart hesablarına köçürtmüşdür. Həmin karta bir neçə ay əməkhaqqı köçsə də, o faktiki olaraq onlar işə gedib-gəlməmiş, adlarının icra nümayəndəliyində işçi kimi rəsmiləşdirilməsini bilmişlər. Həmin kartlar onların özündə olmuş və bir neçə ay öz vəzifəsi ilə bağlı hesabına köçməli olan 1109 (min yüz doqquz) manat pulu onlara əməkhaqqı olaraq yönləndirmiş, həmin şəxslər əməkhaqqını dövlətdən aldıqlarını zənn etsələr də özünə çatmalı olan əmək haqqını həmin şəxslərin hesabına müxtəlif məbləğlərdə yönləndərək onları maaş aldıqlarına inandırmışdır. Onlara bir neçə ay tərəfindən əməkhaqqı köçürülüsə də, sonradan doğru etmədiyini və artıq ziyan etdiyii anladığı üçün köçürülmə prosesini dayandırdıqda Rəşad və Rabil ona yaxınlaşaraq hansı səbəbə maaşlarının köçməsinin dayanmasını soruşduqda onlara tezliklə pullarının qaytarılacağını bildirmiş, Rəşad və Rabil onunla razılaşmışlar. Bundan sonra o Rəşaddan onu işə düzəltmək və təqaüd təyin etdirəcəyi barədə yalan vəd verərək aldığı 7000 manat puldan 2200 (iki min iki yüz) manatını, Rabildən onu, arvadı Gülnarı və qardaşı arvadı Gülnarəni işə düzəltmək və təqaüd təyin etdirəcəyi barədə yalan vəd verərək aldığı 12000 manat puldan 3000 (üç min) manatını qaytarmış, onları hər dəfə aldadaraq kağızlara qol çəkdirərək həmin sənədlər əsasında pullarını verəcəyini bildirmişdir. Lakin onlara faktiki olaraq ilkin olaraq rayon prokurorluğuna təqdim etdiyi ərizəsinə əlavə etdiyi qəbzdə qeyd olunan pulları verməmişdir. Onlar da pul vermədiyi üçün müxtəlif instansiyalara şikayət etmişdirlər. Əlavə olaraq bildirdi ki, Rabil, Gülnar və Rəşadı icra nümayəndəliyində işçi kimi rəsmiləşdirməmiş, onlara rə smiləşdirilmə barədə yalan vəd vermiş, sadəcə Göygöl şəhər icra nümayəndəsi olan Şahid3 elektron imzası onda olduğundan xəbərsiz həmin şəxslərin adına əməkhaqqı kartı sifariş etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 icra nümayəndəliyinə işə düzəltmək səlahiyyəti olduğunu, onları özünün işə düzəldəcəyini bildirərək yalan vəd verməklə Rəşad və Rabildən pullarını alaraq ələ keçirmişdir. Təqaüdü isə kimin vasitəsi ilə düzəldəcəyini bildirməmişdir. Onlardan aldığı pullardan heç kəsə pul verməmişdir. Hazırda o Rabil və Rəşada dəymiş ziyanı tam olaraq ödəmiş, ilkin olaraq Rəşad və Rabilə qaytardığı pulları Rusiya federasiyasında yaşayan oğlunun dostları vasitəsi ilə iki səfərə göndərmiş, birinin adının Zəfər olduğunu öyrəndiy iki nəfər şəxs xx.xx.2024-cü il tarixdə Rəşada 1200 manat, Rabilə 2000 manat, xx.xx.2024-cü il tarixdə isə Rəşada 1000 manat, Rabilə isə 1000 manat pul vermişdir. qalan pulu isə istintaq dövründə qaytarmışdır. Rabil və Rəşadın ondan şikayət edəcəyini bildiyi üçün onların şikayətini təkzib etmək üçün ilkin ərizə ilə onlardan şikayətçi olmuş, Rəşad və rabildən faizə pul götürməmiş, onlardan maddi ehtiyacları olduğu üçün işə düzəldəcəyi və ya pensiya təyin etdirəcəyi barədə yalan vəd verərək pul almış, Rabil və Zərərçəkmiş şəxs2 onu hədələməmişdir. Əməlindən çox peşiman olmasını, özünü təqsirli hesab etməsini və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxslərlə barışmış, cinayət nəticəsində dəymiş zərəri tam şəkildə ödəmiş və zərərin 25%-ni dövlət nəfinə pul köçürmüşdür. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs2 barəsində rayon prokurorluğuna ünvanladığı şikayət ərizəsinin mahiyyəti üzrə olaraq bildirmək istəyir ki, Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Rəşad Fəridə ilə ailəvi sıx dostluq münasibətində olmuşdur. 2023-cü ilin aprel ayında Rəşadla söhbət zamanı Fəridəyə Rəşadı işə düzəltməsi üçün pul verəcəyini öyrənmiş, buna görə də Rəşada onu da işə düzəldə bilib-bilməyəcəyini soruşduqda Rəşad Fəridənin özü ilə danışmağını bildirdiyi üçün onu Fəridə ilə tanış etməsini istəmişdir. 2023-cü ilin aprel ayında o Fəridə ilə tanış olmuş, Fəridəyə özünü, arvadını və qardaşı arvadını işlə və yaxud pensiya düzəltməkdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Fəridə ona hər üç şəxsi işlə və pensiya ilə təmin edə biləcəyini bildirib bunun müqabilində 12.000 manat pul istəmişdir. 11 aprel 2024-cü il tarixdə o Gülnarə və Gülnarla birlikdə Gəncə şəhərində icra hakimiyyətinin arxasında Azza şirniyat evinin yanında yerləşən adını xatırlamadığı lombarddan hər birinin adına 4.500 manat pul kreditə götürmüş, həmin gün Rəşadla birlikdə Fəridənin yaşadığı Göygöl şəhərindəki evində onu, Gülnarı və Gülnarəni işə düzəldəcəyi və yaxud pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırdığı üçün bunun müqailində Fəridəyə 9.000 manat pul vermişdir. Fəridə həmin pulun müqabilində onu, arvadını və qardaşı arvadını özü birbaşa Göygöl şəhər icra nümayəndəliyində işə düzəldəcəyini, əlində belə səlahiyyət olduğunu bildirmiş, iş alınmayacağı təqdirdə isə həmin pul müqabilində öz tanışları vasitəsi ilə hər üçümüzə pensiya düzəldəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Fəridə ona tezliklə işlərinin düzələcəyini bildirirmiş. 2023-cü ilin iyul ayının xatıralmadığı günündə Fəridə ona və Rəşada zəng edərək əməkhaqqı kartlarının gəldiyini bildirmiş, gəlib götürməklərini istəmişdir. Onlar Fəridənin evinə gedərək Rəşada və ona məxsus əməkhaqqı kartlarını götürmüşlər. Fəridə onu icra nümayəndəliyinə gündüz növbətçisi olaraq işə düzəltdiyini bildirərək arvadının və qardaşı arvadının da işlərini tezliklə düzəldəcəyini bildirmişdir. Kartları aldığı 2023-cü ilin iyul ayının sonlarından etibarən onun kartına əməkhaqqı köçməyə başlamışdır. Fəridə ilə razılaşdıqları qaydada qalan 3.000 manat pulu 07 sentyabr 2024-cü il tarixdə Fəridənin evində Fəridəyə vermişdir. Həmin ay Fəridə onun arvadının adına açılmış plastik kart verərək arvadını da icra nümayəndəliyində işə düzəltdiyini ona bildirmişdir. O Fəridədən qardaşı arvadı məsələsinin necə olacağını soruşduqda, həmin məsələnin də öz həllini tapacağını bildirmişdir. Arvadı Şahid1 kartına xx.xx.2023-cü il tarixdə 582,50 manat, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə 287.79 AZN pul köçürüldü, daha sonra isə pul köçürülməsi dayandırılmış, onun kartına isə xx.xx.2024-cü il tarixədək əməkhaqqı köçürülmüş və daha sonra dayandırılmışdır. O əməkhaqqlarının kəsilməsini və onlara pensiya düzəlmədiyi üçün Fəridədən bunun səbəbini soruşduqda o müxtəlif bəhanələrə onu aldatmışdır. Fəridənin onu aldatması 5-6 ay çəkmişdir. Buna görə də, 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişlər. O əlavə olaraq Göygöl şəhər icra nümayəndəsi olan Ceyhun müəllimə bu barədə dedikdə o həmin məsələnin ona heç bir dəxli olmadığını, bununla əlaqədar Fəridə ilə məsələni özləri həll etməli odluqlarını bildirmişdir. O bir müddət sonra Fəridəyə verdiyi 12.000 manat puldan ümumilikdə 3.000 manatını geri almışdır. Fəridənin ona hazırda 9.000 manat borcu qalmışdır. Əlavə olaraq bildirir ki, onun və arvadının adına əməkhaqqı kartı açılsa da, adları icra nümayəndəliyində hər hansı işdə rəsmiləşdirilsə də, onlar faktiki olaraq işə getməmişlər. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs şikayət ərizəsinə əlavə etdiyi fotoşəkillərdən və qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə onların Fəridəyə 5.000 manat vermələri, xx.xx.2024-cü il tarixdə 2.000 manatı, xx.xx.2024-cü il tarixdə isə 3000 manatı geri almaqlarına dair qeydə imza çəkmələri barədə bildirir ki, o Rəşadla birlikdə Fəridəyə hər gün zəng edərək onların pullarını qaytarmasını istəyirmişlər. xx.xx.2024-cü il tarixdə Fəridə onlara ayrı-ayrılıqda zəng edərək icra nüamyəndəliyinin inzibati binasına çağırmış, onlar Fəridənin otağına getmişlər və Fəridənin otağında olarkən 2 şəxs daxil olmuşlar. Fəridə həmin şəxslərin oğlunun dostları olduğunu bildirmişdir. Həmin gün gələn şəxslər ona 2000 manat, Rəşada isə 1200 manat pul vermişlər. Fəridə həmin vaxt A4 kağıza nə isə qeyd edib onlara vermişdi. O həmin sənədə baxdıqda Fəridənin xx.xx.2023-cü il tarixdə guya onlardan 5.000 manat borca pul aldığına dair qeyd olduğunu görüb Fəridədən bunun nə olduğunu soruşduqda sənədləri tez imzalamağını və “bu komandadan pul aldıq, tez imzala ki, gələn adamlar narazı qalmasın” dediyi üçün imzalamışdır. Hər biri onlara təqdim edilmiş sənədləri imzaladıqdan sonra Fəridənin oğlunun dostları kimi təqdim etdiyi kişilər onlara avqust ayında təkrar pul verəcəklərini bildirmişlər. xx.xx.2024-cü il tarixdə Fəridə onları yenidən yanına çağıraraq pullarından verəcəyini bildirmişdir. Həmin zaman onlar Fəridənin iş otağına getmişlər. xx.xx.2024-cü il tarixdə Fəridənin otağında gördükləri, adlarını bilmədikləri iki nəfər kişi cinsli şəxs onları qəbul edərək Rəşadla ona hər birinə 1000 manat pul vermişlər. Təqsirləndirilən şəxs ondan aldığı 12000 manat puldan 3.000 manatı qaytarmış və ona olan borcu 9.000 manat təşkil etmişdir. Həmin fotolar və qəbləzrin çəkilməsi və hazırlanması da yuxarıda qeyd etdiyi ardıcıllıqla baş vermişdir. Təqsirləndirilən şəxs o 2 şəxsi onlara oğlunun dostları kimi tanıtmış və adlarını bilmədiyini demişdir. Onun və onunla birlikdə adları icra nümayəndəliyində işçi kimi rəsmiləşdirilmiş digər şəxslərin icra nümayəndəliyində işə götürülmələrinə baxmayaraq işə getməmələrindən Göygöl şəhər icra nümayəndəsinin xəbəri olub-olmadığı barədə bir söz deyə bilməmişdir. Çünki Təqsirləndirilən şəxs ona icra nümayəndəliyində bütün işlərin özü tərəfindən aparıldığını bildirmişdir. Lakin elə güman edir ki, icra nümayəndəsi olan Ceyhun müəllimin bundan xəbəri olmuşdur. Çünki o Ceyhuna ifadəsində göstərdiyi bütün xüsusatları bildirərək adlarının icra nümayəndəliyində işçi kimi getdiyini, əməkhaqqı aldıqlarını, lakin işə çıxmadıqlarını bildirdikdə Ceyhun məsələnin Fəridə ilə onların arasında olmasını, onların nümayəndəliyin işçilərinin sırasında olmadıqlarını və oradan maaş almadıqlarını bildirərək, mübahisəni Fəridə ilə həll etmələrini məsləhət bilmişdir. Ceyhun adlı şəxsin Fəridənin onları icra nümayəndəliyinə işçi kimi düzəldəcəyi adı ilə onlardan pul almasını onun deməsilə bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi ev 81-də qeydiyyatda olsamda Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayıram. Evlidir, 3 azyaşlı övadı var. Rəsmi olaraq 2010-cu ildən Gəncə şəhəri, Aeroport yolunun 2-ci kilometrində yerləşən “Performance Servis” avtomobil servisi və təmirində çilingər olaraq işləyir. Əmək müqaviləsi vardır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən tanıyır. Fəridə ilə tanışlığı, xalasıoğlu Eltonun ad günü məclisində olduğu zaman Fəridə də həmin məclisdə olmuş, bu zaman Fəridə ona və məclisdə olan şəxslərə Göygöl rayon İHB-nin Göygöl şəhər Ərazi Dairəsi üzrə Nüməyəndəliyində baş mühasib vəzifəsində işlədiyini, həmin yerdə iş lazım olacağı təqdirdə işə düzəldə biləcəyini, həmçinin idarə və müəssisələrdə dost tanışı olduğunu, “əlinin hər yerə girdiyini” bildirməklə köməklik lazım olacağı təqdirdə edə biləcəyini deyərək əlaqə nömrəsini vermişdir. Bundan sonra Fəridə ilə aralarında ailəvi dostluq münasibəti yarandığından onları evinə qonaq çağırırmış, onun ünvanına gedərək otururmuşlar. Həmin məclislərin birində Fəridə pensiya düzəltrmək, həmçinin işə düzəltmək kimi əlində imkanlar olmasını, istəyəcəyi təqdirdə onu Göygöl şəhər nümayəndəliyinə işə düzəldə biləcəyini, bunun qarşılığında 3000 manat pul verəcəyini, həmçinin əlavə 4000 manat pul verəcəyi təqdirdə ona təqaüd düzəldə biləcəyini bildirmişdir. Həmin zaman o özünün servisdə işlədiyi halda hansı formada başqa işə düzələ biləcəyini, həmçinin sağlam adam olduğu halda hansı adla onu təqaüdə çıxardacağını soruşduqda Fəridə hər şeyin onun əlində olduğunu, gecə növbətçisi olaraq onu işə düzəldəcəyini, həmçinin həkim tanışları olduğunu həmin həkimlərin vasitəsi ilə ona xəstəlik yazdırmaqla təqaüdə çıxarda biləcəyini bildirmiş, bu zaman Fəridənin verdiyi vədlərə inanaraq onunla razılaşmışdır. Həmin zaman o Fəridəyə maddi imkanının yaxşı olmadığı üçün işə düzəldə bilib-bilməyəcəyini soruşduqda Fəridə ona Göygöl şəhər nümayəndəliyinə işə düzəldəcəyini, həmçinin təqaüd düzəldəcəyini bildirmiş, bunun qarşılığında təqaüdlə bağlı ondan 4000 manat, iş üçün isə 3000 manat pul alacağını bildirmişdir. O Fəridə ilə razılaşmışdır. Yaşadığı Xəqani kəndində olan dostu Rabil onu Fəridənin vasitəsi ilə işə düzəldəcəyi barədə öyrəndikdə Fəridənin ona da kömək edə bilib-bilməyəcəyini soruşmuş, o isə bu barədə heç bir söz deyə bilməyəcəyini bildirmiş, Fəridə ilə danışmasını məsləhət bilmişdir. Bundan sonra Fəridənin evində görüşdükdə Rabil öz arvadına və qardaşı arvadına təqaüd düzəldəcəyini bildirdiyi üçün Fəridəyə 11 aprel 2023-cü il tarixdə Fəridənin yaşadığı ünvanda onun yanında 9000 manat pul vermiş, Fəridə həmin işin 3 ay 15 gün ərzində düzələcəyini, həmin təqaüdü Bakı şəhərində yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə düzəldəcəyini bildirmiş, daha sonra 10 may 2023-cü il tarixdə o Təqsirləndirilən şəxs ona təqaüd düzəldəcəyini bildirdiyi üçün 4000 manat pulu yaşadığı Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsində yerləşən dəqiq ünvanını bilmədiyi evində vermişdir. Həmin zaman yanında arvadı Telli Əliyeva olmuşdur. Fəridə təqaüd düzəltmək üçün 4500 manat pul lazım olmasını, 500 manatının ona çatdığını, 4000 manat pulun isə təqaüd üçün iş düzəldəcək olan adını vermədiyi şəxslərə verəcəyini bildirərək ona hörmət etdiyini, özünə çatacaq 500 manatı istəmədiyini, sadəcə Bakıda olan təqaüd düzəldəcək tanışlarına çatacaq 4000 manatı ondan aldığını bildirmişdir. Bundan sonra isə Fəridənin işlədiyi Göygöl şəhər İcra Nümayəndəliyinin binasına getdiyi zaman Fəridə ona möhürləri və adı yazılan sənədləri göstərməklə bütün işin öz əlində olduğunu, kiminsə işə düzəlib düzəlməməsinə qərar verə bilməsini, işçi götürmək kimi səlahiyyəti olmasını bildirmişdir. Onu həmin yerə gecə növbətçisi olaraq işə düzəldəcəyini bunun qarşılığında isə 3000 manat pul verməli olduğunu, işə getmədən hər ay pul alacağını bildirmişdir. O maddi imkanı olmadığını Fəridəyə dediyi zaman isə Fəridə kredit götürməklə ona verməyini, ümumilikdə 315 manat maaş olmasını, vergi və digər ödənişləri çıxdıqdan sonra 291 və yaxud 292 manat maaş alacağını, həmin maaşı kredit bitənədək ora yönləndirməyini, krediti bitdikdən sonra isə qalan pulu ömrünün axırına qədər alacağını demişdir. O Fəridənin ona verdiyi vədlərə və əlində işə düzəldəcək səlahiyyət olmasına görə inanıb arvadı Telli Əliyevanın qızıllarını “Express Bank”-a girov qoymaqla 2400 manat kreditə pul götürmüşdür. Həmin pulun üzərinə özündən 600 manatda qoymaqla Fəridəyə yaşadığı ünvanda onu işə düzəldəcəyini bildirdiyi üçün 2023-cü ilin iyul ayının əvvəlində xatırlamadığı tarixdə 3000 manat pulu Rabilin yanında vermişdir. Həmin vaxt Fəridə Rabili də nümayəndəliyə eyni qaydalarla işə, gündüz növbətçisi düzəldəcəyini bildirdiyi üçün Rabil onun yanında Fəridəyə 3000 manat pul vermişdir. Fəridə 1 ay ərzində işlərinin hazır olacağını, 1 həftəyə maaş kartlarının gələcəyini, növbəti aydan isə hamı kimi maaş alacaqlarını bildirmişdir. Təxminən 1 həftə sonra Fəridə onu və Rabili işlədiyi yerə, Göygöl şəhəri icra nümayəndəliyinə çağıraraq kartlarının hazır olduğunu, gəlib aparmaqlarını istəmişdir. Rabil ilə birlikdə Fəridənin iş yerinə gedərək həmin yerdən öz adlarına rəsmiləşdirilmiş “Kapital Bank ASC”-yə məxsus bank kartını vermişdir. Həmin ayın sonundan etibarən isə həmin kart hesabına 291 manat 25 qəpik pul köçməyə başladı. Fəridənin deməsi ilə o 2023-cü ilin sentyabr ayında təqaüd almağa başlamalı olsa da həmin tarix gəlib çatmasına baxmayaraq təqaüd düzəlməmiş, bununla bağlı o Fəridə ilə əlaqə saxladıqda isə gecikdiyini, lakin alınacağını bildirmişdir. Bundan sonra 2024-cü ilin fevral ayında Fəridənin onlara maaş kartı olaraq verdiyi kart hesabına maaşların ödənilməsi dayandı. Bununla bağlı Fəridə ilə danışdıqda isə müxtəlif bəhanələrlə maaşın tutulduğunu, növbəti aylarda veriləcəyini bildirmişdir. Lakin sonradan Rabil icra nümayəndəliyinə gedərək maraqlandıqda İcra nümayəndəsi Ceyhun adlı şəxs Rabilə onun həmin yerdə işçi kimi qeydiyyatda olmadığını bildirmişdir. Fəridədən bundan sonra pullarını tələb etdikdə verəcəyini bildirsə də onları yubatmışdır. Bununla da Fəridənin onları aldatdığını düşünərək 2024-cü ilin iyul ayında icra hakimiyyətinə müraciət edərək şikayətçi olmuşlar. Fəridə bundan xəbər tutduqda ərizələrini götürməklərini, pullarını qaytaracağını bildirmiş, onlar yenidən Göygöl rayon icra hakimiyyətinə şikayətçi olmamaqları ilə bağlı ərizə yazmışlar. Bundan sonra Fəridə hissə-hissə olmaqla ona 7000 manat puldan 2200 manatını qaytarmış, 4800 manatını isə qaytarmamışdır. Lakin Fəridə onları aldadaraq pullarını qaytarmadığı üçün yenidən Göygöl rayon prokurorluğuna ərizə yazmışlar. Əlavə olaraq bildirdi ki, o Rabillə Fəridəni tanış etdikdən sonra onlar danışaraq razılaşmış, Rabil özü, arvadı Gülnar və qardaşı arvadı Gülnarəyə də pensiya və işə düzəltməsi müqabilində 12.000 manat pulu Fəridəyə vermişdir. Məhz həmin xüsusat üzrə də o əməkhaqqı kartını almaq üçün Rabillə birlikdə Fəridənin evinə getmişdir. Fəridə eyni əməli Rabilə qarşı da etdiyi üçün və qalan pulu qaytarmadığından onlar 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişlər. Araşdırma əhəmiyyəti kəsb edəcəyindən Təqsirləndirilən şəxs ona verdiyi əməkhaqqı kartını araşdırmaya təqdim edəcək. Həmçinin bildirir ki, onun dostu Rabil, Rabilin arvadı Gülnar və qohumu Gülnarəni də Fəridə icra nümayəndəliyində mühasib işlədiyindən işə düzəldəcəyini və pensiya almaqda kömək edəcəyini bildirərək Rabildən pul almışdır. Fəridə Rabili və onun ailə üzvlərindən arvadı və qardaşı arvadını işə düzəltməsi və pensiya düəzldilməsinə nail olacağı müqabilində Rabildən ümumilikdə 12.000 manat pul almış, Rabili və arvadı Gülnarı işlədiyi icra nümayəndəliyində hər hansı işə götürərərk onlara əməkhaqqı kartı vermişdir. Lakin bir müddət sonra onların da, əməkhaqqı kartına pul köçürülməsi dayandırıldığından Fəridənin onları aldatdığını başa düşüb şikayət etmişdirlər. Qeyd edir ki, Fəridə Rabilin şikayət edəcəyindən qorxduğu üçün 12.000 manat puldan 3.000 manat pulu Rabilə geri qaytarmışdır və Rabilə olan bugünki borcu 9.000 manatdır. Onun, Rabilin və Gülnarın adları icra nümayəndəliyində hər hansı işdə rəsmiləşdirilsə də, onlar faktiki olaraq heç vaxt orda işləməmiş və əməkhaqqı almışlar. Təqsirləndirilən şəxs şikayət ərizəsində əlavə etdiyi fotoşəkillərdə və qəbzlərdən xx.xx.2023-cü il tarixdə onların Fəridəyə 5.000 manat vermələrini, xx.xx.2024-cü il tarixdə həmin pulun 2.000 manatını, xx.xx.2024-cü il tarixdə isə 3000 manatını geri almaqlarına dair yazılı qeydə imza çəkmələri barədə bildirmək istəyir ki, o Rabillə Fəridəyə hər gün zəng edərək onların pullarını qaytarmasını təkidlə bildirmişlər. xx.xx.2024-cü il tarixdə Fəridə hər birisinə ayrı-ayrılıqda zəng edərək icra nüamyəndəliyinin inzibati binasında yerləşən Fəridənin otağına getmişlər. Onlar Fəridənin otağında olarkən 2 şəxs daxil olmuşdur. Fəridə həmin şəxslərin oğlunun dostları olduğunu bildirmişdir. Həmin gün gələn şəxslər ona 1200 manat, Rabilə isə 2000 manat pul vermişdilər. Fəridə həmin vaxtı A4 kağıza nə isə qeyd edib onlara vermişdir. O həmin sənədə baxdıqda Fəridənin xx.xx.2023cü il tarixdə guya bizdən 5.000 manat pul aldığına dair qeyd olduğunu görüb Fəridədən bunun nə olduğunu soruşduqda ona sənədləri tez imzalamağını və həmin şəxslərin Fəridəyə kömək edərək veriləcək pulları həmin şəxslərin verəcəyini bildirdiyi üçün imzalamışdır. Bu zaman o və Rabil onlara təqdim edilmiş sənədləri imzaladıqdan sonra Fəridənin oğlunun dostları kimi təqdim etdiyi kişilər onlara avqust ayında təkrar pul verəcəklərini bildirmişlər. xx.xx.2024-cü il tarixdə onlar yenidən Fəridənin çağırması ilə onun iş otağına getmiş, xx.xx.2024-cü il tarixdə Fəridənin otağında adlarını bilmədiyi eyni adamlar, iki nəfər kişi cinsli şəxs Rabili və onu ayrı-ayılıqda qəbul edərək hər birinə 3.000 manat pul vermişlər və onlar Fəridənin tərtib elədiyi qəbzi imzalamışlar. Həmin şəxslər Rabil və ona xx.xx.2024-cü il tarixdə ümumilikdə 2000 manat pul vermişlər. Həmin gedişat nəticəsində Təqsirləndirilən şəxs ona 2.200 manat pul vermiş oldu və ona olan borcu 4.800 manat təşkil etmişdir. Həmin fotolar və qəbləzrin çəkilməsi və hazırlanması da yuxarıda qeyd etdiyi ardıcıllıqla baş vermişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs həmin 2 nəfər şəxsin onlara oğlunun dostları kimi tanıtmış, adlarını bilmir. xx.xx.2024-cü il tarixdə 2 nəfər şəxs ona 1200 AZN verərkən tərtib olunmuş qəbzin altında çəkilmiş imzasının altından gələn şəxslərdən balacaboy, sarışın, bığsız keçəl kişi qol çəkmişdir. Onların və onlar ilə birlikdə adları icra nümayəndəliyində işçi kimi rəsmiləşdirilmiş digər şəxslərin icra nümayəndəliyində işə götürülmələrinə baxmayaraq işə getməmələrindən Göygöl şəhər icra nümayəndəsinin xəbəri olub-olmadığı barədə bir söz deyə bilmir. Çünki Təqsirləndirilən şəxs ona icra nümayəndəliyində bütün işlərin özü tərəfindən aparıldığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış, Rabil isə Fəridəni Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, Rəşad Fəridə ilə ailəvi sıx dostluq münasibətində olmuşdur. 2023-cü ilin aprel ayında Rabil Rəşadla söhbəti zamanı sonuncunu Fəridənin icra nümayəndəliyinə işə düzəldəcəyinə söz verməsini öyrəndiyi üçün Rabil Fəridə ilə söhbət edib onu, arvadı Gülnarı və özünü işlə və ya pensiya ilə təmin edə bilib-bilməyəcəyini soruşmağı xahiş etdiyi üçün Rəşad Fəridənin özü ilə danışmasını məsləhət görərək Rabili Fəridə ilə tanış etmişdir. Bundan sonra Rabil Fəridə ilə görüşmüş, həmin vaxt Fəridə onların hər üçünü işlə və yaxud pensiya ilə təmin edə biləcəyini bildirib bunun müqabilində 12.000 manat pul istəmişdir. 11 aprel 2024-cü il tarixdə o, Rabil və Gülnarla birlikdə Gəncə şəhərində icra hakimiyyətinin arxasında Azza şirniyat evinin yanında yerləşən adını xatırlamadığı lombarddan hər birinin adına 4.500 manat pul kreditə götürmüşlər. Həmin gün Rəşadla birlikdə Fəridənin yaşadığı Göygöl şəhərindəki evində onu, Gülnarı və Rabili işə düzəldəcəyi və yaxud pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırdığı üçün bunun müqabilində Fəridəyə Rabil 9.000 manat pul vermişdir. O həmin pulun müqabilində onu, Gülnarəni və Rabili özü birbaşa Göygöl şəhər icra nümayəndəliyində işə düzəldəcəyini, əlində belə səlahiyyət olduğunu bildirmişdir. İş alınmayacağı təqdirdə isə həmin pul müqabilində öz tanışları vasitəsi ilə hər üçünə pensiya düzəldəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Fəridə Rabilə tezliklə işlərinin düzələcəyini bildirmişdir. 2023-cü ilin iyul ayının xatırlamadığı günündə Fəridə Rabilə zəng edərək əməkhaqqı kartlarının gəldiyini bildirib, gəlib götürməsini istəmiş, Rabil Fəridənin evinə gedərək özünə məxsus əməkhaqqı kartını ondan götürmüş, Fəridə ona icra nümayəndəliyinə gündüz növbətçisi olaraq işə düzəltdiyini bildirərək Gülnarın və onun da işlərinin tezliklə düzəldəcəyini bildirmişdir. Rabil razılaşdıqları qaydada qalan 3.000 manat pulu 07 sentyabr 2024-cü il tarixdə Fəridənin evində Fəridəyə vermişdir. Həmin ay Fəridə Gülnarın adına açılmış plastik kartı verərək Gülnarı da icra nümayəndəliyində süpürgəçi kimi işə düzəltdiyini bildirmişdir. Onun işinin isə tezliklə həllini tapacağını demişdir, əməkhaqqları kəsildiyi və işi düzəlmədiyi üçün Fəridədən bunun səbəbini soruşduqda o müxtəlif bəhanələrə Rabili aldatmış, Rabil Göygöl şəhər icra nümayəndəsi olan Ceyhun müəllimə bu barədə dedikdə o Rabilə həmin məsələnin ona heç bir dəxli olmadığını, bununla əlaqədar Fəridə ilə məsələsini həll etməli olduqlarını, onların icra nümayəndəliyində işçi kimi rəsmiləşmədiklərini, əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Rabil bir müddət sonra Fəridəyə verdiyi 12.000 manat puldan ümumilikdə 3.000 manatını geri almışdır. Fəridənin hazırda Rabilə 9.000 manat borcu qalmışdır. Əlavə olaraq bildirir ki, Rabilin və arvadının adına əməkhaqqı kartı açılsa da, adları icra nümayəndəliyində hər hansı işdə rəsmiləşdirilsə də, onlar faktiki olaraq işə getməmişlər. Bundan sonra Fəridə Rabil və Rəşadı çağıraraq icra nümaəyəndlıiyində oğlunun dostları olmasını bildirdiyi şəxslərin vasitəsi ilə ümumilikdə 5200 manat pul verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, onlar hər hansı müqavilə bağlamamışlar. Fəridə onlara sözdə həmin yerə işçi kimi rəsmiləşdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdən Göygöl RİHB-nın Göygöl şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır. Fəridə ilə bağlı əvvəllər də bir sıra qanun pozuntuları törətməsinə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılmış, həmin araşdırmanın nəticəsindən asılı olmayaraq xx.xx.2024-cü il tarixdə töhmət elan edilmiş xx.xx.2024-cü il tarixdə isə Göygöl rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə tutduğu işdən azad olunmuşdur. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs araşıdırma üçün izahatı rayon prokurorluğunda alındıqdan sonra etdiyi hərəkətlərdən məlumatı olmuşdur. Belə ki, həmin vaxtlarda Zərərçəkmiş şəxs1 icra nümayəndəliyinə gələrək həmin nümayəndəlikdə Fəridənin ondan 12000 manat pul alaraq özünü və arvadını həmin yerə işçi kimi rəsmiləşdirdiyini, əmək haqqı kartı verdiyini, həmin kart hesablarına aylıq maaş olmasını bildirdiyi məvacibin köçməsini bildirdikdə ona idarədə adının olmadığını, işçi siyahısında adının və əmək müqaviləsinin olmadığını, Fəridə ilə bağlı aidiyyəti üzrə müraciət edərək şikayətlərini bildirməsini istəmişdir. O qeyd etmişdir ki, Fəridənin işçi götürmək kimi səlahiyyəti olmamış, Rəşad, Rabil və Gülnar adında şəxslər nümayəndəlikdə işçi kimi rəsmiləşməmişdir. Fəridə ilə söhbəti zamanı ona məlum olmuşdur ki, Fəridə həmin şəxslərin adına kart sifariş etmiş, sonra aylıq öz hesabına köçməli olan məbləği həmin şəxslərin hesablarına köçürmüşdür. Həmin şəxslərin adları nümayəndəlikdə olan işçi və əmək haqqı siyahısında olmamış, habelə sistemdə həmin şəxslərlə əmək müqaviləsinin bağlandığı görünməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 əri olan Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata götürülməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqının davam etdirilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 138-C-24 material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Göygöl Rayon Polis X5 göndərilməsi və istintaqın aparılması İB-nin müstəntiqi, polis mayoru Röyal Məmmədova həvalə edilməsi, qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. İlkin araşdırma materialına əlavə edilmiş Göygöl RİHB-nin 128 nömrəli, 24 sentyabr 2024-cü il tarixli sərəncamı ilə müəyyən edilmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisibaş mühasibi Təqsirləndirilən şəxs öz arzusunu nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən 24 sentyabr 2024-cü il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İlkin araşdırma materiallarına əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli məktubla müəyyən olunur ki, Göygöl şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dövlət büdcəsinin təsdiq edilmiş xərclər smetasına əsasən 6 nəfər ştat cədvəlinə uyğun olaraq əmək haqqı ödənilir. Həmin şəxslərin arasında zərərçəkmiş şəxslər və Şahid1 yoxdur. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi, Təqsirləndirilən şəxs əmək haqqı kartı olmasını bildirərək zərərçəkmiş şəxsə verdiyi 01 ədəd “Kapital Bank ASC”yə məxsus “5103-0714-2298-5743” nömrəli, “RASHAD ALİYEV” adına olan depit plastik kartı, həmçinin həmin karta dair zərərçəkmiş şəxsin təqdim etdiyi çıxarışın ksreo surətini sonuncudan götürülmüşdür. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Vəlhəd oğlunun zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs1 Vəlhəd oğluna elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Baxış və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 22 noyabr 2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi, Təqsirləndirilən şəxs əmək haqqı kartı olmasını bildirərək zərərçəkmiş şəxsə verdiyi 01 ədəd “Kapital Bank ASC”yə məxsus “5103-0714-7081-5438” nömrəli, “RABİL ALİYEV” adına olan depit plastik kartı, həmçinin həmin karta dair zərərçəkmiş şəxsin təqdim etdiyi çıxarışın ksreo surətini, həmçinin Zərərçəkmiş şəxs1 arvadı Şahid1 əmək haqqı kartı olaraq verdiyi 01 ədəd “Kapital Bank ASC”yə məxsus “5103-0714-8736-6912” nömrəli, “GUNLAR ALİYEVA” adına olan depit plastik kartı, həmçinin həmin karta dair çıxarışın ksreo surətini Zərərçəkmiş şəxs1 götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş 24 noyabr 2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd disk baxış keçirilərək götürülmüş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 03 ədəd MP4 formatında VİD 20240830-WA0004, VİD 20240830- WA0006, VİD 20240830-WA0009 adlı fayllar aşkar edilmiş, həmin fayllar “Player” proqramı vasitəsi ilə açdıqda VİD 20240830-WA0004 adlı faylın 46 saniyə olması müəyyən edildi. Görüntüdə Zərərçəkmiş şəxs2 masa arxasında oturmaqla pul sayır, arxadan isə Fəridə Allahverdiya keçərək oda masaya əyləşir görüntü, evdə süni işıqlanma şəraitdində çəkilmişdir. VİD 20240830-WA0006 adlı faylın ölçüsü 07 saniyə olması müəyyən edilmiş, görüntüdə Zərərçəkmiş şəxs2 görünür, eyni yerdə oturmuş vəziyyətdədir. Əlində pul dəstəsi vardır. VİD 20240830-WA009 adlı faylın ölçüsünün 30 saniyə olması müəyyən olunmuş, görüntüdə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs eyni masanın arxasında əyləşmişlər. Masanın üzərində Zərərçəkmiş şəxs1 özünü, arvadı Gülnarı və qardaşı arvadı Gülnarə ilə bağlı Təqsirləndirilən şəxs verdiyi pul məbləği vardır. Təqsirləndirilən şəxs masanın üzərində olan dəftərə yazı yazması görünür. Təqsirləndirilən şəxs əlində olan şəxsiyyət vəsiqəsinin kimə məxsus olmasını soruşduqda Zərərçəkmiş şəxs1 (görnütünü çəkən, üzü görsənmir) qardaşı arvadı Gülnarə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə oxşatmadığını dedikdə Gülnarə adlı qadın qocaldığını, indi 42 yaşı olmasını bildirir. Həmin qadının üzü görsənmir. Görüntü bununla da bitir. Görüntülərə baxış keçirilərək protokol tərtib edilmiş, həmin protokol və 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı 01 mart 2025-ci il tarixdə Göygöl RİHB-nın Göygöl şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 Rasim qızının nümayəndəlikdə işçi kimi qeydiyyatda olub-olmamaları, icra nümayəndəliyi tərəfindən həmin şəxslərə əmək haqqı, mükafat və ya digər pul qismində vəsaitin ödənilibödənilmədiyi barədə rəsmi məlumat verilməsi üçün məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş 4 mart 2025-ci il tarixdə Göygöl RİHB-nın Göygöl şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 5-47-10/2-xx-xx/2025 nömrəli məktubda göstərilmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 Rasim qızı soruğuda qeyd olunan tarixlərdə və hazırda nümayəndəlikdə işçi kimi qeydiyyatda olmamışlar, nümayəndəlik tərəfindən sorğuda adı göstərilən vətəndaşlarla əmək müqaviləsi bağlanmamış, icra nümayəndəliyi büdcəsindən həmin şəxslərə əmək haqqı, mükafat və digər pul vəsaiti ödənilmədiyi müəyyən olunmuşdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 va 178.2.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 ve 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 308.1-ci və 308-1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs ilkin izahatında işlədiyi dövrdə rayon ərazisində olan baxçaların inventarlarının alınması ilə əlaqədar borclanması xüsusatı ilə bağlı ayrıca material ayrılaraq araşdırma üçün icraata qəbul edilməsi, istintaq materiallarına əlavə edilmiş 3 (üç) ədəd “kapital Bank ASC”-yə məxsus plastik kart, həmçinin içərisində görüntülər olan 01 ədəd “DVD” diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surəti maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1963-cü il tarixdə andan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə VCİAD tərəfindən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə barəsində aparılan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2018-ci il tarixli Göygöl rayon məhkəməsinin hökmü ilə Azərbacyan Respublikası CM-nin 213.1-ci maddəsi ilə 02 il islah işləri, 01 il dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası verilmişdir. Korrupsiyaya qarşı mübarizə baş idarəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 141 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayış qeydiyyatındadır və həmin mənzildə yaşamır. Təqsirləndirilən şəxs ailə üzvləri 1983-cü il təvəllüdlü X8 və gəlini 1987-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs2 05 mart 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Göygöl rayon polis şöbəsinə müraciət edərək X3 tərəfindən ona maddi ziyan dəydiyini, hazırda barışdıqdlarını və ona dəymiş ziyanın bütövlükdə ödəndiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 05 mart 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Göygöl rayon polis şöbəsinə müraciət edərək X3 tərəfindən ona maddi ziyan dəydiyini, hazırda barışdıqdlarını və ona dəymiş ziyanın bütövlükdə ödəndiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İstintaq zamanı Gəncə şəhər narkoloji dispanserdən alınmış xx.xx.2025-cü il tarixli 644 nömrəli arayışla Təqsirləndirilən şəxs Gəncə şəhər narkoloji dispanserdə qeydiyyatda omaması müəyyən olunmuşdur. İstintaq zamanı Gəncə şəhər psixonevroloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 305 nörməli arayışla Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda omaması müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi yəni 4750 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxslərələ barışmış, cinayət nəticəsində dəymiş zərəri tam şəkildə ödəmiş və zərərin 25%-ni dövlət 4750 manatı nəfinə köçürmüşdür. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini tamamilə ödəməsi, hazırki əməli törətməmişdən əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmaması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut video görüntülərin qeydə alındığı 01 ədəd DVD disk və iş üzrə maddi sübut 03 (üç) ədəd "xxxx" ASC-yə məxsus plastik kartlar cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut video görüntülərin qeydə alındığı 01 ədəd DVD disk və iş üzrə maddi sübut 03 (üç) ədəd "xxxx" ASC-yə məxsus plastik kartlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar