Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-52/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Y.Daşkəsən qəsəbəsi, M.Hüseynzadə 7-də qeydiyyatda olmaqla, Göygöl rayonu Üçtəpə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs onun qardaşı X1 uca səslə danışmasına öz iradını bildirmiş, bu səbbdən onunla Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı o, əl zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə zərbə vuraraq sonuncunun alın nahiyyəsində və sağ əlin İ daraq falanqa oynağının arxa səthində qançırlar yaraları ilə müşayiət edilən dərəcəsinə görə təyin edilməyən, sağ gözətrafı nahiyyədə dərialtı hemotoma, sağ göz almasının bayır səthində konyuktivalti qansızma xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qardaşı Samir yaşadıqları evə un alıb gətirmişdir. Samirin unu daşımağa kömək etmək üçün onu küçədən çağırdığını eşitmişdir. O küçəyə çıxanda qonşusu Kamilin qardaşı Samirdən yüksək səslə danışmamasını tələb etdiyini görmüşdür. Qardaşı Samir də Kamilə yüksək səslə danışmadığını, sadəcə olaraq onu çağırdığını demişdir. Təxminən bir saat sonra o, evdən çölə çıxanda Kamilin küçədə yaşadığı evin qarşısında olduğunu və siqaret çəkdiyini görmüşdür. Bu zaman Kamilə bayram günü olduğunu, belə mübahisə lazım olmadığını demişdir. Kamil onunla mübahisə etməyə başlamış və bir dəfə yumruqla ağzından vurmuşdur. Daha sonra o, özünü itirmiş, həmin vaxt Kamil yumruqla bir dəfə başından və bir dəfə də yumruqla sinəsindən vurmuşdur. O da bir dəfə yumruqla Kamilin sifətinə vurmuşdur, lakin harasına dəyməsini bilməmişdir. Kamil yenidən yumruqla onun burun nahiyəsinə vurduqda o, yerə yıxılmışdır. Bu zaman Kamilin oğlu Kamalda evin qarşısına çıxıb onların yanına gəlmişdir. O, əvvəlcə düşünmüşdür ki, Kamal onları ayıracaq, lakin Kamal onların yanına çatdıqda, təpiklə sol tərəf qabırğa nahiyəsindən vurmuşdur. Yerə yıxılan zaman sol qolundan xəsarət almışdır. Həmin vaxt qardaşı Samir gəlib onları ayırmışdır. Samir onun qolundan tutub yerdən qaldırmış, onları sakitləşdirmiş və Kamilə eyib deyilmi, qonşusuz, niyə dalaşırsınız demişdir. Bundan başqa bildirmişdir ki, onların arasında olan münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Münaqişə zamanı qardaşı Samir gəlmiş, onları ayırmışdır. O, yerdə olan zaman Kamilin arvadı Ulduzu yaşadığı evin darvazasının qarşısında görmüşdür. Hazırda tutduğu əməldən peşiman olmuş, zərər çəkmiş şəxs olan oğlu Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir, məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qızı Könülü Göygöl MRX-dan dialezdən evə gətirmişdir. Həmin vaxt qonşusu Samirin küçədən səs-küyünü eşidib, küçəyə çıxmışdır. Samirdən nə baş verdiyini soruşduqda, Samirin qardaşı Elmar ilə evə un apardıqlarını görmüşdür. Samir yaşadığı evə un gətirdiyini, evdəkiləri köməyə çağırdığını demişdir. Samir unu evə aprdıqdan sonra onun yanına qayıtmış və ondan Üçtəpə kənd sakini Ramilin nömrəsini istəmiş, Ramildən ot kipi alacağını demişdir. O da Ramilin nömrəsini Samirə vermişdir. Samir çıxıb getmişdir. Bundan təxminən bir saat sonra saat 19 radələrində əvvəlcə evinin pəncərəsinin döyüldüyünü görmüş, bu zaman pəncərəni açdıqda Elmarı görmüşdür. Elmar onu çölə çağırmışdır. O, çölə çıxmış, Elmar qardaşı Samirə səs salması ilə bağlı irad bildirməyinə əsəbləşdiyini demişdir. Elmar əlini çiyninə vuraraq ona ağıllı olmağını bildirmişdir. Elmara sən içkilisən, evə get, sabah söhbət edərik dedikdə Elmar yumruqla təxminən 3-4 dəfə sağ gözünün altından və alın nahiyəsindən vurmuşdur. Aldığı zərbədən müvazinətini itirib yıxılmışdır. Elmar aşağı əyilib, bir əli ilə yaxasından tutub, onu vurmaq istəyən zaman, özünü müdafiə etmək üçün Elmarı bir dəfə yumruqla vurmuşdur. Ancaq yumruğunun Elmarın hansı nahiyəsinə dəydiyini bilməmişdir. Bundan sonra səs-küyə arvadı Ulduz gəlmiş və Elmarı ondan çəkib uzaqlaşdırmışdır. Bundan sonra o, yerdən qalxmış, həmin vaxt Elmarın qardaşı Samir və oğlu Kamal gəlmişdir. Daha sonra o, ailəsi ilə bilrikdə evinə keçən zaman Elmar küçədən onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşusu Elmar ilə aralarında olan münaqişə zamanı Elmar onu vurduqdan sonra özünü müdafiə etmək üçün Elmara yumruq atmış, ancaq yumruğunun Elmarın hansı nahiyəsinə dəyməsi bilməmişdir. Elmar ilə aralarında olan münaqışə zamanı oğlu Kamal orada olmamışdır. Oğlu Kamal münaqişə qurtardıqdan sonra gəlmişdir. xx.xx.2022-ci il tarixdə qonşusu Elmar ilə aralarında olan münaqişə təxminən 10 dəqiqə davam etmişdir və həmin münaqişə zamanı yanlarında heç kim olmamışdır. Münaqişə zamanı arvadı Ulduz gəlib Elmarı ondan kənarlaşdırmış, münaqişədən sonra səs-küyə oğlu Kamal və Elmarın qardaşı Samir gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 19 radələrində o, yaşadığı evdə yataq otağında uzanmış, küçədən anasının qışqırıq səsini eşidib, küçəyə çıxmışdır. Həmin vaxt anası Ulduz və atası Kamil evin qarşısında, qonşuluqda yaşayan Elmar və Samir isə öz yaşadıqların evin qarşısında olmuşlar. Elmar atasının ünvanına nalayiq ifadələr işlətmiş, atası isə Elmara cavab olaraq “söyücün özünə getsin” demişdir. Həmin vaxt atasının sağ gözündən xəsarət aldığını görmüşdür. Atası onlara evə keçin demiş və onlar evə daxil olmuşlar. Elmarla atası arasında olan münaqişəni görməmiş, səs-küyə küçəyə çıxan zaman artıq münaqişə bitmişdir. O, heç kimi vurmamış. Atasının Elmarı vurubvurmamasını görməmişdir. Məhkəmədə şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Ulduz Quliyeva ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində əri Kamil qızı Könülü Göygöl RMX-dən dialezdən evə gətirmişdi. Bundan təxminən 1 saat sonra evin pəncərəsinin döyüldüyünü eşitmişdir. Kamil pəncərədən Elmarla danışıb, evin qarşısına çıxmışdır. Bir qədər gözlədikdən sonra Kamilin gəlmədiyini görüb, arxası ilə çölə çıxmışdır. Çölə çıxan zaman Kamilin arxası üstə yerdə olduğunu, Elmarında onun yaxasından tutduğunu görmüşdür. O, tez Elmarı Kamildən kənarlaşdırmışdır ki, bir-biriləri ilə dalaşmasınlar. Həmin vaxt Elmarın qardaşı Samir və öz oğlu Kamalda səs-küyə onların yanına gəlmişlər. Həmin vaxt artıq münaqişə qurtarmışdı. Elmar əri Kamilin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, Kamil isə Elmara cavab olaraq “söyüncün özünə getsin” demiş. O, Kamilin sağ gözündən xəsarət aldığını görmüşdür. Münaqişədən sonra o, Kamildən nə səbəbə münaqişə etdiklərini soruşduqda Kamil demişdir ki, Elmarın qardaşı Samirə səs-küy salmamasını dediyinə görə münaqişə baş veribdir. Daha sonra onlar evlərinə keçiblər. Bunan başqa bildirmişdir ki, o, Kamilgilin yanına gələn zaman Kamillə Elmarın bir-birilərini vurmalarını görməmişdir. O, Elmarı kamildən çəkib kənarlaşdırmışdır. Münaqişədən sonra Elmarın Kamili vuraraq xəsarət yetirdiyini bilmişdir. Kamil ona demişdir ki, münaqişə zamanı Kamil özüdə Elmarı vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 107 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözətrafı nahiyyədə dərialtı hematoma, sağ göz almasının bayır səthində konyuktivaltı qansızma, alın nahiyyəsində və sağ əlin İ daraq falanqa oynağının arxa səthində qançırlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar, sağ gözətrafı nahiyyədə dərialtı hematoma, sağ göz almasının bayır səthində konyuktivaltı qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin yerləşmə nahiyyəsinə və xarakterinə görə özü tərəfindən yetirilməsi mümkün deyildir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 108 saylı rəyindən məlum olur ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burunun yumşaq toxumalarının əzilməsi, alt dodağın haşiyyəsində əzilmiş yara, döş qəfəsinin sol yarısının ön-bayır səthində, sol bazunun iç səthində saidin yuxarı 1/3-nə keçən fasiləli sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlmələri istisna olunmur, burunun yumşaq toxumalarının əzilməsi, alt dodağın haşiyyəsində əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərin yerləşmə nahiyyəsinə və xarakterinə görə özü tərəfindən yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon İHB-nın Üçtəpə kəndi İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 222 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yaşayır və yaşayış yeri üzrə müstət xarakteriza olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli (reyestrdə 8İ-1227 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş) notarial qaydada təsdiq olunmuş ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1 və 40.2-ci maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşimançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, hər ikisinin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 43.3, 321.2.1, 381-385-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R V E R D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğ edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-52/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-52/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver