Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-52/2025 05.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Daşkəssən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Daşkəsən rayonu Pirverdilər kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu Xaqani kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 21 radələrində Göygöl rayonu Xaqani kəndində yaşadığı evin qarşısında əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daş parçalarını sonuncuya tərəf atmış, həmin daş parçaları Zərərçəkmiş şəxs əlinə dəymiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətini qəsdən yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü Zərərçəkmiş şəxs onun yaşadığı evin qapısına gələrək, onu döyərək yerə yıxmış və boğmağa başlamış, Zərərçəkmiş şəxs onu boğan zaman özünü müdafiə etmək üçün əlinə keçən tam dəqiq xatırlamadığı bir şey götürmüş və Anarı vurmuşdur. Belə bir hal birinci dəfə baş verməyib, əvvəllər dəfələrlə belə hadisələr baş verib. Zərərçəkmiş şəxs dəfələrlə onunla yolda rastaşan zaman əxlaqsız və nəlayiq ifadələr işlətmişdir. İsyev Anar taksi fəaliyyəti ilə məşğuldur və hər dəfə gün ərzində o, yaşadığı küçədən avtomobil ilə keçir, bu isə təsadüf deyil. Onun uşağı hətda qonşularının uşaqları da Anarın avtomobilini küçədə görərkən, qorxu hissləri keçirir və Anarın uşaq oğrusu olmağını düşünürlər. Onların arasında olan hadisə axşam radələrində baş vermiş, o uşağını məktəbdən gətirmiş, uşağın arxasınca gedən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili arxasına vermiş, o isə qırağa çəkilmiş, bundan sonra Zərərçəkmiş şəxs nəlayiq ifadələr işlətməyə başlamış, qırağa çəkilsə də Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili üstünə sürmüş, bundan sonra o məcbur qalıb həmin yerdə olan qaz durbalarını aşmışdır ki, Zərərçəkmiş şəxs ona xəsarət yetirməsin. Sonra oradan uşağı götürmək üçün məktəbə getmiş, məktəbə çatan zaman uşağının məktəbdə olmamasını müəyyən etmiş, ona uşağının və digər uşaqların qonşusu tərəfindən götürülməsi bildirilmişdir. Həmçinin məktəbdə olan zaman ona Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ilə məktəbin yanından keçməsini bildirmişlər, bu səbəbdən o Anarın uşağını oğurlamasını düşünərək, qorxaraq qaça-qaça evə tərəf getmiş, evə gedən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə arxasınca düşmüş və avtomobili onun üzərinə sürmüş, o yerdən daş götürən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək ona qarşı əxlaqsız sözlər işlətməyə başlamış, əlinə aldığı daşı ona atarkən, Zərərçəkmiş şəxs avtomobilə oturaraq çıxıb getmişdir. Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs yenidən qayıdaraq, onu vurmuş və onu yerə yıxaraq boğmağa başlamışdır. Dəfələrlə olub ki, Zərərçəkmiş şəxs onu olümlə hədələmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs onu ağacla vurmuşdur. Çünki ayağında ağac izi var idi və o əlinə keçən tam dəqiq xatırlamadığı bir şey götürmüş və Zərərçəkmiş şəxs vurmuşdur. Mübahisə zamanı səsküyə qonşular gəlmiş, Zərərçəkmiş şəxs qışqıraraq “səni öldürəcəm” sözlərini işlətmiş, qonşular səs-küya yığışmış, bundan sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə oturub hadisə yerindən getmişdir. O, mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, lakin Zərərçəkmiş şəxs onu döyməsi, onun evinə basqın etməsi, ona hədəqorxu gəlməsi ilə bağlı heç bir araşdırma aparılmamış və tədbir görülməmişdir. Zərərçəkmiş şəxs onlardan uzaq olmasını istəyir. Zərərçəkmiş şəxs ucbatından uşağı streslər yaşayır və onun nəticəsində 1 ildir ki, uşağını müalicə etdirir. Əlavə olaraq bildirdi ki, onlar Zərərçəkmiş şəxslə ailə kimi 2-3 il bir yerdə yaşamışlar, onların birgə övladları yoxdur və artıq 2 ildir ki ayrılmışlar. Onun özünün 1 qızı var. Zərərçəkmiş şəxs onların qapıya gəlməsinin səbəbi onu və ya digər ailə üzvlərini təhqir etmək olmuş və Zərərçəkmiş şəxs “sənin nəslindən olan kişilər içində elə sözlər deyəcəm ki, onlar məni vursun və sonra onları içəri saldıracam” sözlərini işlətmişdir. Hadisə baş verən günü Zərərçəkmiş şəxs səbəbsiz yerə o, yaşadığı yerə gəlmiş və ona təhqir edici sözlər işlətmişdir. Zərərçəkmiş şəxs Göygöl rayonu, Cümşüdlü kəndində yaşayır, onlar isə Göygöl rayonu Xəqani kəndində yaşayırlar və onunla heç bir qonşuluqları yoxdur. Hadisə zamanı Zərərçəkmiş şəxs onu ağacla vurmuş, o isə Zərərçəkmiş şəxs nə ilə vurduğunu xatırlamır. Zərərçəkmiş şəxs onu boğan zaman ətrafda heç kəs olmamış, sonradan səs-küya qonşusu çıxmış və onu Zərərçəkmiş şəxs əlindən almışdır. O, Anarı vuran zaman onun orada “Ay Allah, barmağım sındı” sözlərini qışqırmasını tam dəqiq xatırlamır. Belə ki, hadisə baş verən vaxtdan artıq 1 il keçib. Anar onu boğan zaman, Anarın harasına vurmasını xatırlamır ola bilər əlinə, ola bilər başına vurmuşdur. Hadisəyə şahid kimi göstərilmiş bir qonşusu çıxmışdır. Hadisə zamanı qıçasından xəsarət almış, polis əməkdaşları onu ekspertizaya aparmış və ekspert rəyi almışlar. Tünhan adlı polis əməkdaşı tərəfindən həmin rəy ona oxunmuşdur. Hadisə zamanı ayağından, boynundan və qolundan xəsarətlər almışdır. Qonşusu Elnarə onları aralamamış, Elnarə Anarın qışqırtısına çıxmış, bundan sonra Zərərçəkmiş şəxs Elnarəni gördükdən sonra ondan aralaşmışdır. Onun himayəsində 8 yaşlı uşağı var. Hadisədən qabaq onların aralarında dəfələrlə mübahisələr baş vermişdir. Zərərçəkmiş şəxs onu dəfələrlə təhqir etmiş və bununla bağlı polisə müraciət etmişdir. Hətta 2023-cü ildə ona mühafizə orderi verilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Hadisə xx.xx.2024-cü ildə təxminən 21 radələrində yaşadığı Göygöl rayonu Xəqani kəndində baş vermişdir. O, qonşusu Elnarə gildən öz evinə gedən zaman qəflətən Zərərçəkmiş şəxs onu ağacla ayağından vurmuş və o yıxılmışdır. Zərərçəkmiş şəxs onu ağacla vuran zaman yanlarında heç kəs olmamışdır. O, Anarı vuran zaman onun orada “Ay Allah, barmağım sındı” sözlərini qışqırmasını tam dəqiq xatırlamır. Hadisə baş verdikdən sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq onun evinə basqın olunması və döyülməsi barədə məlumat vermişdir. Onların aralarında olan dava təxminən 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada onlardan başqa heç kəs olmamışdır. Hadisə zamanı Anarın əlində ağacın olmasını görmüşdür. Anar onu ağacla vuran zaman, həmin ağac onun sağ ayağından dəymişdir. Anarın onu hansı səbəbdən vurmasını bilmir. Anar onu ağacla vurarkən, yerə yıxılmış və bundan sonra Anar onu boğmağa başlamışdır. Anar onu ağacla vurarkən, yerə yıxılmış və yerdə olduğu zaman Anar onu boğmağa başlamışdır. Anarın onu boğmasını qonşusu Elnarə görməmişdir. Anar ayaq üstə əyilərək onu boğan zaman yerdə olan tam dəqiq xatırlamadığı bir şeyi götürmüş və Anarı vurmuş, bundan sonra Anar qışqıraraq onu buraxmış və nəticədə onun əlindən çıxa bilmişdir. Ola bilər ki, ibtidai istintaq zamanı verdiyi ifadədə Anarın onu ağacla vurarkən, yerə yıxılmasını və yerdə olduğu zaman Anarın onu boğmasını demiş, lakin dedikləri ifadəsinə salınmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini, iş üzrə Şahid dindirilməsini istəmədiyini, işə baxılaraq yekun hökm çıxarılmasını, əməlindən peşiman olmasını, hadisəni özünü müdafiə etmək üçün etdiyini, məhkəmədən ona islah işləri növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən xx.xx.2024-cü il tarixdə işdən gələn zaman böyük avtomobilini Göygöl rayonu Balçılı kəndində yerləşən evinin qarışısında saxlamış və 3 il saxladığı uşağı görmək üçün Göygöl rayonu Xəqani kəndinə getmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər radalərində Göygöl rayonu Xəqani kəndində olmamışdır. Öz avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı evin yanına gəlmiş, həmin vaxt Zərintac onun avtomobilinə daş atmış, o isə daşı niyə atdığını soruşduqda Zərintac əlinə yava götürmüş və onun qarnına soxmaq istəyərkən, yavanı tutub qarnına soxmasına qoymamışdır. Zərintac həmin yava ilə onun başından vurmaq istədiyi vaxt başını əli ilə müdafiə etmiş və yava əlinə dəyərkən barmağı qırılmışdır. Onun barmağı qırılandan sonra nəlayiq ifadələr işlətmişdir. Onlar 102-yə məlumat vermişlər və polis əməkdaşları ona zəng vuraraq harada olmasını soruşmuşlar, o isə 4 yolda olmasını demiş və bundan sonra polis əməkdaşları yanına gəlmişlər. O, əlinin sınıq olmasını polislərə göstərmiş və onlar onu ekspertizadan keçməyi təklif etmişlər. O, həkimə gedərkən rentgendən keçmiş və barmağının sınıq olması müəyyən olunmuşdur. O, mübahisə zəmnində Zərintacı vurmamış və ya boğmamışdır. Şahid kimi göstərilən Elnarə hadisəni görməmişdir. Əlavə olaraq bildirdi ki, o Zərintac yaşadığı evə uşağı görmək üçün getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərintacın onu yava ilə vurmasını demişdir. Zərintac yavanı qarnına soxmaq istəyərkən, yavanı tutub qarnına soxmğa qoymamışdır. Zərintac həmin yava ilə başından vurmaq istədiyi vaxt başını əli ilə müdafiə etmiş və yava əlinə dəyərkən barmağını qırmışdır. Hadisə yerində onlardan başqa heç kəs olmamışdır. Mübahisə qurtardıqdan sonra o, avtomobilinə minib getmək istəyən zaman, döngənin başından Elnarəgilin avtomobili gəlmiş və Elnarə əri ilə avtomobillərindən düşmüşdür. Elnarə mübahisəni görməmişdir. Zərintac onu yava ilə vurandan sonra “Ay Allah, barmağım sındı” sözlərini qışqıraraq işlətmişdir. Zərintaca mühafizə orderinin hansı səbəbdən verilməsini bilmir. Onun barmağı qırılması barədə şikayəti Zərintacdan etmişdir. Fəxri mübahisə zamanı orada olmamış, mübahisədən sonra gəlmişdir. O, Zərintacı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hadisədən təxminən 1 il qabaqdan onlar ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar. Onlar ayrılandan sonra mübasidən qabaq Zərintacı yolda getdi vaxt dəfələrlə görmüş və onu sevdiyini bildirmişdir. O, hadisə zamanı Zərintacı boğmamış, ona heç əli də dəyməmişdir. Zərintacın hansı səbəbdən ona daş atdığını bilmir. Zərintac yavanı qarnına soxmaq istəyərkən, yavanı tutub qarnına soxmğa qoymamış, Zərintac həmin yava ilə başından vurmaq istədiyi vaxt başını əli ilə müdafiə etmiş və yava əlinə dəyərkən barmağını qırmışdır. Zərintac onu daşla vurmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərintacın onu yava ilə vurmasını demişdir. O, yazıb-oxuya bilmir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, Göygöl rayonu Xəqani kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur, onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxslə münasibətlərinin normal olmadığını bilir. xx.xx.2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs saat 21 radələrində qatıq almaq üçün onlara gəlmişdir. Həmin zaman küçədən avtomobillə kiminsə keçərək siqnal verdiyini eşitmişdir. Daha sonra Zərintac qatıq alaraq çıxıb evlərinə getmişdir. O qapıdan küüçəyə çıxıdıqdan bir neçə saniyə sonra qışqırıq səsləri gəlmiş və və həmin anda Anarın “Ay Allah barmağım sındı” deyə qışqırmasını eşitmişdir. dir. Bu zaman o, küçəyə çıxmışdır. Küçədə olan zaman Anar və Zərintacın münaqişə etdiklərini görmüşdür. Onlar ağac parçasından tutaraq dartışırmışlar. O, onlara yaxınlaşaraq onları aralamağa çalışmışdır. Onları ayırıb hərəsinin bir istiqamətdə getməsini tələb etmişdir. Həmin zaman Anar gəldiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Zərintac isə evlərinə getmişdir. O da, evə qayıtmışdır. Bir müddət sonra oraya polis əməkdaşları gəlmişlər. Şahid ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Göygöl rayonu Xəqani kəndində, yaşadığı evin qarşısında baş vermiş, qısa müddətdə davam etmiş, hadisə zamanı orada o, olmuşdur. Zərərçəkmiş şəxs dedikləri yalandır. Həmin mübahisə zamanı orada o, olmuşdur. O da, orada olan zaman Anar və Zərintac dalaşmış, Fəxri Qasımov isə həmin zaman ümumiyyətlə orada olmamışdır. Məhkəmə zərərçəkmiş şəxsi və təqsirləndirilən şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılması və icraaya qəbul edilərək istintaq aparılması, cinayət işinə ********* nömrə verilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı hadisənin Göygöl rayonu Xaqani kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında baş verməsi müəyyən olundu. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və yaxud vasitə aşkar edilmədi. Baxış zamanı zamanı “Redmi” markalı mobil telefon vasitəsilə fotoçəkiliş aparılmaqla portokol tərtib olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 16 aprel 2024-cü il tarixli 203 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 13 iyul 2024-cü il tarixli 04 saylı (203 saylı əlavə) məhkəmə-tibbi ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – Sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 1-3 gündür. Zərərçəkmiş şəxs özünün dediyi və qərarın təsviri hissəsində göstərilən tarixə - yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərər vurmaya aid edilir; vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin özü tərəfindən yetirilməsi inandırıcı deyil; vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin özünün dediyi şəraitdə, yəni yabanın küt hissəsinin sağ əlinin arxa səthinə zərblə dəyməsi nəticəsində əmələ gəlməsi istisna edilmir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs elan edilməsi və sürətinin ona təqdim olunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı X6 Müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 16-17/54/2-663/2024 nömrəli məktubda qeyd edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə cəzaçəkmə müəssisəsində olmuş, həmin tarixdə müstəsna hal kimi ailə üzvlərinin yaşadığı ünvana görüşünə icazə verilməmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Göygöl RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığınа cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində hadisənin konkret olaraq xx.xx.2024-cü il tarixdə baş verməsi, həmin hadisəni Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs törətməsi, hadisənin baş verdiyi zaman qonşuluqda yaşayan Elnarə adlı şəxsin hadisəni görməsi müəyyən edilmiş, lakin hadisə baş vermiş ünvanda, küçədə və yaxud digər evlərdə təhlükəsizlik və ya müşahidə kameraları olmadığından iş üçün əhəmiyyət kəsb edən video görüntülərin əldə edilməsi mümkün olmamışdır. Tədbirlərimiz davam etdirilir, əlavə məlumat əldə edilərsə istintaqa məlumat veriləcəkdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs əlindən vurmaqla ona xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs daşla əlindən vuraraq ona xəsarət yetirməsini digərinin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi elan edilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş, Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs əlindən vurmaqla ona xəsarət yetirdiyini ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Qasımova Zǝrintac Fəxri qızına 03 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni, gətirərək Anar onu döyən zaman özünü müdafiə etmək üçün yerdən daş götürərək ona atdığını, lakin həmin daş parçasının ona dəyib dəymədiyini və ya xəsarət yetirib yetirmədiyini bilmədiyini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız kimi qəbul edilərək rədd olunması, Qasımova Zǝrintac Fəxri qızının barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə materialın ayrılaraq Göygöl rayon prokurorluğuna göndərilməsi, Qasımova Zǝrintac Fəxri qızının əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Qasımova Zǝrintac Fəxri qızının barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasını rədd edilməsi və bu barədə material ayrılaraq Göygöl rayon prokurorluğuna göndərilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılaraq Göygöl rayon prokurorluğuna göndərilməsi, X3 01 baş heyvanı aparması xüsusatı üzrə əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin İTB-nə göndərilməsi, Qasımova Zǝrintac Fəxri qızının Zərərçəkmiş şəxs məxsus avtomobilə 150 manat məbləğində maddi ziyan vurması xüsusatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin İTB-nə göndərilməsi, cinayət işi üzrə dindirmə, ifadənin yerində yoxlanılması, üzləşdirmə, hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi ekpertizasının və Əlavə-məhkəmə-tibbi ekspertizasının rəyləri və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İstintaq zamanı Göygöl RİHB-nın Xaqani kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Xaqani kəndində yaşayır, himayəsində bir azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Göygöl RİHB-nın Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində cinayət əməlinin baş verməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu və Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-52/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-52/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver