Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-53/2023 06.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51-də daimi qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs özünü Gömrük komitəsinin hərbi hospitalının işçisi kimi təqdim edərək onun işlə təmin olunmasına köməklik göstərə biləcəyini deyib inandıraraq 02 mart 2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilkin olaraq 5000 (beş min) manat pul aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs adını siyahıya saldıracağını deyərək istədiyi 250 (iki yüz əlli) manat pulu sonuncunun xx.xx.2022-ci il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə” supermarketin daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərməsi ilə Zərərçəkmiş şəxs ümumilikdə 5250 (beş min iki yüz əlli) manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin təxminən fevral ayında “TikTok” sosial şəbəkəsində tanış olduqdan sonra onunla və ailəsi ilə telefon vasitəsilə bir müddət danışmışlar və münasibətləri yarandıqdan sonra Zərərçəkmiş şəxs işsiz olduğunu bilmişdir. Zərərçəkmiş şəxs iş axtardığını bildikdə isə onu işə düzəltmək üçün vəzifəli tanışları olduğunu, onların vasitəsilə İbrahimi işə düzəldə biləcəyini demişdir. İbrahimin etibarını qazandıqdan sonra da xx.xx.2022-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadığı ünvanda Zərərçəkmiş şəxs 5000 manat pul almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən 250 manat da göndərməsini istəyərək bacısı Şahid2 adına olan kart hesabını İbrahimə göndərərək ona həmin pulu karta vurmasını demişdir. İbrahim də pulu karta göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə kartdan pulu özü çıxarıb götürmüşdür. Bir müddət sonra da İbrahim və onun anası ondan pulu geri qaytarmasını tələb etmişlər, lakin onun maddi imkanı olmadığından pulu geri qaytara bilməmişdir. Sonra isə Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bilmişdir. O, cinayət məsuliyyətindən qorxduğu üçün ilkin istintaq zamanı törətdiyi əməli etiraf etməmişdir. Çünki onun barəsində hazırda Bakı Ağır cinayətlər məhkəməsində məhkəmə istintaqı aparılır və bu hadisə ilə bağlı da cəzasının ağırlaşacağından ehtiyyat edərək etiraf etməmişdir. Törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanın 600 manatını ödəməyə hazırda imkanı vardır, qalan ziyanı da qısa zaman ərzində ödəyəcəkdir. "xxxx"ya aid 5335 9935 0292 5770 hesab nömrəsi bacısı Şahid2 adına rəsmiləşdirilsə də, həmin kart faktiki olaraq onun istifadəsində olmuşdur. O, həbs olunduqdan sonra isə kartı bacısı Şəhanənin istifadə edibetməməsi barədə hazırda məlumatı yoxdur. Həmin dövrdə onun şəxsiyyət vəsiqəsi olmadığından öz adına hesab açdıra bilməmişdir. Buna görə də bacısı Şəhanənin adına olan kartdan istifadə etmişdir. Bacısı Şahid2 Zərərçəkmiş şəxs 5250 manat pul almasından məlumatı olmamışdır, o, bu barədə nə ona, nə də başqa birinə heç bir söz deməmişdir. Həmin puldan bacısı Şahid2 heç bir məbləğdə pul da verməmişdir. Törətmiş olduğu əməldə özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Hadisəni pula ehtiyacı olduğu üçün törətmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri qismən yəni 600 manatını ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının sonlarında o, sosial şəbəkədə özünü ona “Amalya” kimi təqdim edən, lakin əsl adı Təqsirləndirilən şəxs olan ilə qadınla tanış olmuşdur. Könül ona Gömrük Komitəsinin Hərbi Qospitalında ginekoloq və psixoloq işlədiyini demişdir. Atasının isə Dövlət Təhlükəsizlik Xidmətində general-mayor rütbəsi ilə hansısa idarənin rəisi olduğunu demişdir. Söhbət əsnasında Könül ona kimisə işə düzəltmək lazım olsa onun əlinin hər yerə girdiyini və pul müqabilində istənilən adamı işə düzəldə biləcəyini demişdir. O, Könülün sözlərinə inanaraq onu işə düzəltməsini xahiş etmişdir. Könül ona qohumunun Penitensiar Xidmətdə işlədiyini və həmin qohumunun vasitəsi ilə onu 10000 manat müqabilində Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən Penitensiar Xidmətin Müvəqqəti Saxlama Yerində işə düzəldə biləcəyini demişdir. O da öz növbəsində Könül ilə razılaşmışdır. Bundan sonra Könül ona istədiyi 10000 manat pulun 5000 manatını ilk öncədən, qalan 5000 manatını isə işə düzəldən sonra verəcəyini demişdir. O da Könülə razılıq vermişdir. 02 mart 2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş və Könüllə əlaqə saxlayaraq həmin gün saat 18 radələrində onunla kirayədə yaşadığı Nəsimi rayonu, Ə.Hüseynov küçəsi ev 5/7, mənzil 104-də görüşərək 5000 manat pulu şəxsən onun özünə vermişdir. Həmin vaxt evdə Könüllə ondan başqa Könülün bacısı Şahnaz və anası Əminə də olmuşdur. Könül pulu ondan aldıqdan sonra narahat olmamasını və qısa bir zamanda onu işə düzəldəcəyini demişdir. O, Könülə qalan 5000 manat pulu isə ona iri buynuzlu heyvanlarını satdıqdan sonra verəcəyinə söz vermiş və Bakı şəhərindən çıxaraq Göygöl rayonuna deyil, Gəncə şəhərindəki evlərinə qayıtmışdır. 21 mart 2022-ci il tarixdə Könül onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona 250 manat pul göndərməsini istəmiş və onun adını onu işə düzəldəcəyi yerdə siyahıya saldıracağını demişdir. O, Könül ilə yenə də razılaşmış və 24 mart 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Əminə” ərzaq mağazasının içərisində olan terminal vəsitəsi ilə Könülün onun mobil telefonuna göndərdiyi 5335 9935 0292 5770 nömrəli kart hesabına 250 manat pul göndərmişdir. Onu da qeyd etmişdir ki, o, pulu göndərən zaman onun yanında heç kəs olmamışdır. Həmin tarixdən sonra o, Könülün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla nə qədər zəng vursa da, Könül ilə əlaqə saxlaya bilməmişdir. Ona görə də 21 aprel 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib Könülün onun etibarından sui-istifadə edərək 5250 manat məbləğində pulunu ələ keçirməsi barədə şikayət etmişdir. O, Könülə 5250 manat pulu onu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Müvəqqəti Saxlama Yerində işə düzəldəcəyi məqsədilə vermişdir. Həmin pulun 5000 manatını Könülə 02 mart 2022-ci il tarixdə ona əlbəəl şəxsən özü vermiş, 250 manatını isə 24 mart 2022-ci il tarixdə Göygöl şəhərində yerləşən “Əminə” marketin içərisində olan ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Hal-hazırda ona dəymiş zərər qismən yəni, 600 manatı ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2022-ci ilin fevral ayında oğlu İbrahim ona “TikTok” sosial şəbəkəsində bir nəfər Amaliya adlı qadınla tanış olduğunu və həmin qadının Gömrük Komitəsinin Hərbi Hospitalında həkim-ginekoloq və psixoloq işlədiyini, onun atasının isə Dövlət Təhlükəsizlik Xidmətində general-mayor rütbəsi ilə hansısa idarənin rəisi olduğunu demişdir. İbrahim Amaliya adlı qadının onu müəyyən məbləğdə pul vəsaiti hesabına işə düzəldə biləcəyini dediyini ona və əri Abbasa bildirmişdir. Bundan sonra o da özünü onlara Amaliya adı ilə təqdim edən qadınla telefon vasitəsilə görüntülü olaraq danışmış və tanış olmuşlar. Amaliya adlı qadın özünü ona da Gömrük Komitəsinin Hərbi Hospitalında həkim-ginekoloq və psixoloq işləyən şəxs kimi, atasının isə Dövlət Təhlükəsizlik Xidmətində general-mayor rütbəli şəxs kimi təqdim edərək oğlum İbrahimin işə düzəlməsində atasının da köməklik göstərəcəyini demişdir. Onlar bir neçə dəfələrlə onunla telefonda görüntülü danışmışlar. Amaliya adlı qadın onlara nənəsi kimi təqdim etdiyi yaşlı bir qadını da göstərmiş, bəzən “bağ evi”ndə olduqlarını, bəzən işdə olduqlarını demişdir. Amaliya adı ilə özünü onlara təqdim edən həmin qadın qohumları vasitəsilə, eyni zamanda atasının da tapşırığı əsasında 10000 (on min) manat qarşılığında oğlu İbrahimi Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Müvəqqəti Saxlama Yerində işə düzəldə biləcəyini onlara da dedikdən sonra onlar kredit və borcla 5000 (beş min) manat pul düzəltmişlər. 02 mart 2022-ci il tarixdə oğlum İbrahim Bakı şəhərinə gedərək Amaliya adlı qadının yaşadığı ünvanda ona vermişdir. Onlar İbrahimə Bakı şəhərində yaşayan bibisi oğlu Azər ilə birlikdə getməsini desələr də, Amaliya adlı qadın İbrahimdən tək gəlməsini istədiyi üçün İbrahim onların da xəbəri olmadan tək halda Amaliya adlı qadının yaşadığı ünvana gedərək 5000 manat pulu ona vermişdir. Bundan sonra onlar Amaliya adlı qadınla danışarkən də o, onları inandırmaq üçün İbrahimə nə üçün tək gəldiyini, valideynləri ilə gəlmədiyini deyib iradını bildirdiyini, onlara İbrahimə hər kəsə inanmamasını və onu aldada biləcəkləri və s. bu kimi nəsihətlər də verdiyini demiş və onlar da onun səmimiyyətinə inanmışlar. Daha sonra yerdə qalan 5000 (beş min) manatı tapmaqda çətinlik çəkdikləri üçün Amaliya adlı qadın onlara İbrahimin işə düzəlməsindən sonra həmin pulu verə biləcəklərini, lakin İbrahimin adının siyahıya salınması üçün əlavə 250 (iki yüz əlli) manat da pul lazım olacağını demişdir. İbrahim də 24 mart 2022-ci il tarixdə Göygöl şəhərindən Amaliya adlı qadının ona göndərdiyi hesab nömrəsinə 250 manat pulu göndərmişdir. Həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq iş düzəlməmişdir. O, Amaliya adlı qadın və ailəsi üçün “pay” hazırlayıb oğlu İbrahim ilə birlikdə Bakı şəhərinə getmişdir. Həm də xeyli müddət keçməsinə baxmayaraq İbrahimi işə düzəldə bilmədiyi üçün səbəbini soruşmaq istəmişdir. Bakı şəhərində Amaliya adlı qadınla telefon danışığı zamanı onların Bakı şəhərində olmalarından narahatlıq və həyəcan keçirdiyini, onlarla görüşmək istəmədiyini başa düşmüşdür. Amaliya gah onlara işdə olduğunu, gah başqa yerdə olduğunu və özünün onlarla əlaqə saxlayacağını demişdir. O, Amaliya adlı qadına yaşadığı ünvanı deməsini və taksi ilə ora özlərinin gedəcəklərini, onlar üçün gətirdiyi “pay”ı yaşadığı ünvanda olan ailə üzvlərinə verəcəyini desə də, Amaliya adlı qadın onlarla görüşməmiş və yaşadığı ünvanı da onlara deməmişdir. Bundan sonra o, həmin şəxsin onları aldatdığını başa düşmüşdür. Artıq Amaliya adlı qadınla telefon vasitəsilə danışdıqda Amaliya adlı qadından onların pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. Artıq bundan sonra Amaliya adlı qadın onlarla kobud danışmağa başlamışdır. Pulu xalası qızına verdiyini, İbrahimi onun vasitəsilə işə düzəltməyə çalışdığını, onların ona pul verib sonra geri istəmələrini onunla oyun oynamaq kimi başa düşdüyünü demişdir. Onlar təkidlə pullarını istədikdə isə artıq Amaliya adlı qadın onların zənglərinə cavab verməmişdir. Onlar Amaliya adlı qadının onları aldadaraq pullarını ələ keçirdiyini başa düşdükdən sonra da polisə şikayət ərizəsi yazmaq qərarına gəlmişlər. Şikayətlərindən sonra isə özünü onlara Amaliya adı ilə təqdim edən həmin qadının əsl adının Təqsirləndirilən şəxs olduğunu, onun heç bir yerdə işləmədiyini, atasının da DTX-də işləmədiyini bilmişlər. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5250 manat pulu onu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Müvəqqəti Saxlama Yerində işə düzəltməsi üçün vermişdir. Pulun 5000 manatını Bakı şəhərində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvanda vermişdir, 250 manatı isə terminal vasitəsilə Təqsirləndirilən şəxs İbrahimə verdiyi hesab kartına göndərmişdir. Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs heç bir məbləğdə pul almadığını, İbrahimin “TikTok” sosial şəbəkəsində tanış olduğu və yaratdıqları qrupda olan başqa bir qadına həmin pulu verdiyini, onların qrupda olan qadınlarla biri-birinə “xala qızı”, “bibi qızı” kimi müraciət etdikləri üçün səs yazılarında sizinlə danışarkən pulun xalası qızında olduğunu və alıb sizə qaytaracağını deməsinin yalan olduğunu, çünki Təqsirləndirilən şəxs onlardan pulu özünün aldığını və onlara da həmin pulu guya xalası qızına verdiyini və ondan alıb onlara qaytaracağını deyərək onları yanıltmağa çalışdığını, lakin onların pulu Təqsirləndirilən şəxs özünə verdiklərini və Könülün də onları aldadaraq həmin pulu ələ keçirdiyini sonradan başa düşdüklərini, Təqsirləndirilən şəxs sadəcə olaraq məsuliyyətdən yayınmaq üçün pulu başqasına verdiyini bildirdiyini göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, bacısı Təqsirləndirilən şəxs hal-hazırda barəsində Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə istintaqı davam edən cinayət işi üzrə təqsirləndirilən şəxs kimi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Bacısı Təqsirləndirilən şəxs Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə sonradan məlumatı olmuşdur. Belə ki, polis şöbəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng olunaraq ifadə verməsinin zəruri olması izah edildikdən sonra o, Göygöl rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra bacısı Könülün onun adına rəsmiləşdirdiyi və hazırda da istifadəsində olan "xxxx"ya məxsus kart hesabına xx.xx.2022-ci il tarixdə 250 manat pul göndərtdirməsini öyrənmişdir. Bununla bağlı bildirmişdir ki, həmin dövrdə onun adına olan kart hesabı bacısı Təqsirləndirilən şəxs istifadəsində olmuşdur və onun Könülün həmin kart hesabına pul göndərtdirib ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. Həmin kart hesabı onun adına rəsmiləşdirilmişdir, bacısı Təqsirləndirilən şəxs azadlıqda olduğu dövrdə kart Könülün istifadəsində olmuş, 2022-ci ilin may ayından sonra isə həbs olunduğu üçün həmin kartı o, istifadə etmişdir. Lakin karta pul göndərilməsi və bacısı Könülün Zərərçəkmiş şəxs onu işə düzəltdirmək üçün pul alması barədə həmin vaxtı heç bir məlumatı olmamışdır. Onun bu barədə Göygöl rayon Polis şöbəsinə dəvət olunduğu zaman məlumatı olmuşdur. Onun adına olan karta da 250 manat pul göndərtdirməsini də həmin vaxtı bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirməı protokolundan görünür ki istintaqı zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyib təsdiq edərək onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd diskə baxış keçirilmiş və mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi barədə məlumatların qeyd edildiyi siyahıda iş üçün əhəmiyyət kəsb edəcək Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs istifadəsində olan, Yusif Aslanov adına rəsmiləşdirilmiş mobil nömrə olması aşkar edilmişdir. Həmin məlumat 1 №-li cədvəldə göstərilən qaydada qeyd edilmişdir. Cədvəl №1 MSİSDN Nömrə sahibi İD Nömrəsi Ünvanı 1031,8,,BAKİ şəh., NƏRİMANOV ray., 552162608 YUSİF ASLANOV 5475330 S.RƏHMAN KÜÇ, ev.26, m.7 1031,8,,GƏNCƏ şəh., NİZAMİ ray., 53847004 Zərərçəkmiş şəxs 00289568 Z.TAĞİYEV KÜÇ., ev.45 Mobil telefon nömrələri arasında olan danışıqların tarixi və müddəti barədə məlumatlar aşağıdakı cədvəldə göstərilən qaydada qeyd edilmişdir. Cədvəl №2 Müddət A nömrəsi B nömrəsi Zəngin Tipi Zəngin tarixi (saniyə) 57 552162608 553847004 MOC xx.xx.2022 18:59:26 91 552162608 553847004 MOC xx.xx.2022 18:10:06 122 552162608 553847004 MOC xx.xx.2022 13:05:59 "xxxx" MMC-dən əldə edilmiş CD diskin içərisindəki məlumatlarda iş üçün sübut əhəmiyyəti kəsb edəcək digər hər hansı məlumat – telefon danışığı və SMS aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD diskdə “AUD-20230315-WA0009” adlı 1-ci səs yazısı olan fayla daxil olduqda “Xeyr xala, mən elə bir söz deməmişəm, mən demişəm ki sabah saat 3-də hazır olacaq, xalam qızı dedi, saat 4-də götürərsən, sonra İbrahim mənə kart atdı ki, mənim kartıma atarsan pulu, mənim yalanım yoxdu, burda nə var ki, mən də sonrazəng vurdum xalam qızı mənə dedi ki, mən saat 8-də çıxacam, həm də müdiriyyətə izah edim ki niyə istəmədilər. o indi gətirəcək saat 9-da mən də heç yerə çıxan deyiləm axşam, bizdən də “Milliön”ə nə qədər yol var. Mən səhər saat 09:30-da çıxaram, saat 10:30-da hansısa yaxında bir marketdən pulu göndərəcəm problem yoxdu, bu axşam oldu ya sabah tezdən guya ki indi siz onu neynirsiz ki, 5250 manatı göndərəcəm, problem yoxdur, amma mən o sözü deməmişəm ki pul məndədir. Mənim sizə atdığım səsə yaxşı qulaq asın mənim yalanım yoxdur. Mən kiminsə sözü ilə oturub durmuram. Mən sözümün üstündə dururam. Oğlunuz mənə kart atdığı üçün mən pulu karta atacağımı demişəm, düşündüm ki siz mənimlə görüşmək istəmirsiz” və s. səslərin əks olunması müşahidə edilmişdir. “AUD-20230315-WA0012” adlı 2-ci səs yazısı olan fayla daxil olduqda “ Xala, mənim xalam qızı o işdədi saat 8-də çıxır, axşam bizə gələcək əhya gecəsidir, o pul atan deyil, İbrahim onu yaxşı tanıyır, o vapşe mənə dedi ki onun adını mənim yanımda tutma, sabah tezdən saat 11-də ataram nə fərqi var ki, ya bugün axşam oldu ya sabah, atanda görüntülü yığacam da, mən əslində sizin özünüzə vermək istərdim, “Milliön”də durub 100- 100 orda ödəməyim mənim də xoşuma gəlmir, o da mənim kartıma at dediyi üçün mən düşündüm ki görüşmk istəmir, mən də indi əməliyyata girəcəm, səhər də oğlunuz yazdı dedi ki mənim kartıma atarsn mən də dedim ki hə yaxşı, dedim yəqin görüşmək istəmirsiz. Eybi yoxdu sabah saat 11-in yarısı ataram” və s. kimi səslərin əks olunması müşahidə edilmişdir. “AUD-20230315-WA0013” adlı 3-cü səs yazısı olan fayla daxil olduqda “yox xala, da onda sabahları inşallah 4-də görüşərik, nə siz inciyin nə mən inciyim, yəni burda elə bir şey yoxdu, çünki mən onsuzda internet işləmir yaxşı burda, mən də gedim işlərimi görüm, sabah inşallah görüşərik saat 4-də” səslərinin əks olunması müşahidə edilmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü-ci il tarixli, 919 nömrəli məktubdan müəyyən edilmişdir ki, 5335 9935 0292 5770 nömrəli kart hesabı Şahid2 məxsusdur və xx.xx.2022-ci il tarixdə saat 13:54:02-də 250 manat məbləğində pul vəsaiti həmin hesaba köçürülmüş, xx.xx.2022-ci il tarixdə isə çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə 08 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CM-də edilmiş dəyişikliklər haqqında xx.xx.2017-ci il tarixli qanununa əsasən cəzası 07 il 06 aya endirilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CMdə edilmiş dəyişikliklər haqqında xx.xx.2017-ci il tarixli qanununa əsasən 178.3.2-ci maddəsi 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək 04 il 07 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib cəzasının çəkilməsi nəzərə alınaraq azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-60/2023 hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs özünü Gömrük komitəsinin hərbi hospitalının işçisi kimi təqdim edərək onun işlə təmin olunmasına köməklik göstərə biləcəyini deyib inandıraraq 02 mart 2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilkin olaraq 5000 (beş min) manat pul aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs adını siyahıya saldıracağını deyərək istədiyi 250 (iki yüz əlli) manat pulu sonuncunun xx.xx.2022-ci il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə” supermarketin daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərməsi ilə Zərərçəkmiş şəxs ümumilikdə 5250 (beş min iki yüz əlli) manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qəsdən cinayət əməli törətmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onuda qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-60/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-60/2023 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-60/2023 nömrəli hökmü ilə 30 may 2022-ci il tarixdən həbsdə olması nəzərə alınmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 60/2023 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 60/2023 nömrəli hökmü ilə 30 may 2022-ci il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-53/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 06 iyun 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51-də daimi qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 60/2023 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 60/2023 nömrəli hökmü ilə 30 may 2022-ci il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-53/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-53/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver