Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-53/2024 07.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl şəhəri R.Cəfərov küçəsi ev 14-də qeydiyyatda olmaqla Göygöl şəhəri A.Şaiq küçəsi ev 66-da yaşayan yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri A.Şaiq küçəsinin aşağı hissəsində tanışı Zərərçəkmiş şəxs ilə görüşərək aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı onunla əlbəyaxa olaraq dalaşmış, yumruqla onun sifət nahiyyəsindən vurmuş, Şahid3 onları aralaşdırmasından sonra, Zərərçəkmiş şəxs yenidən onun üzərinə gəlməsinə görə, özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə və sağ bud nahiyyəsinə bir dəfə zərbələr vuraraq ona döş qəfəsinin ön səthinin və sol bud nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyi ilə və cinayət işinə əlavə edilmiş 01 ədəd DVD diskinə məhkəmə iclasında baxımaqla məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs Göygöl rayon sakini kimi tanıyır. 17 yanvar 2024-cü il tarixdə və 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona telefonla zəng edərək borc olaraq verdiyi 100 (yüz) manat pulunu istəmişdir. O, danışıq zamanı pulunun olmadığını, olan zaman verəcəyini bildirmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Elvin yenidən ona zəng edərək onu çayxanaya çağırmışdır. O, Elvini evinə dəvət etmişdir. Aralarındakı razılığa əsasən təxminən 20-25 dəqiqə sonra Zərərçəkmiş şəxsla yaşadığı evin yerləşdiyi küçənin aşağı hissəsində görüşmüşlər. Zərərçəkmiş şəxs söhbət zamanı ona borc olaraq verdiyi 100 manat pulunu tələb etmişdir. O, pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirmişdir. Bu səbədən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona “pulumu doğ” deməsindən əsəbiləşərək, birinci yumruqla Elvinin ağız nahiyəsindən vurmuşdur. Bu zaman Elvin qollarından tutaraq başı ilə burnundan zərbə vurmuşdur. Onun burnundan qan açılmışdır. Elvinin onun qollarından tutub buraxmadığını görüb, yumruqla bir dəfə yenidən sifətindən vurmuşdur. Elvin isə onun qış gödəçəsinin papağından tutub yumqurla sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. O, həmin vaxt sifət nahiyəsinə zərbələr dəyməsin deyə qolunu üzünə tutmuş, digər əli ilədə Elvinə müqavimət göstərmişdir. Elvinin onu vurduğu zərbələrdən o, yerə yıxılmış, həmin vaxt Elvin ayaq zərbələri ilə onu sinəsindən vurmuşdur. Bundan sonra tanımadığı yoldan keçən qırmızı rəngli “Kia rio” markalı avtomobilin sürücüsü avtomobilini saxlayaraq gəlib Elvini ondan ayırıb aparmışdır. Həmin vaxt Elvin yenidən geriyə qayıtmışdır. O, Elvinin üzərinə gəldiyini görüb cibində olan cib bıçağını çıxararaq Elvinin sinəsindən bir dəfə vurmuşdur. Bu zaman Elvin yerə yıxılmışdır. O, Elvinin yıxıldığını görüb yenidən Elvinin üzərinə doğru gedərək ayağından bir dəfə də bıçaq ilə vurmuşdur. Həmin vaxt onları ayıran şəxs qabağına gələrək qolundan tutub onu sakitləşdirmişdir. O, sonra oradan uzaqlaşmışdır. Hadisə qısa müddət ərzində baş verməklə, həmin vaxtı küçədə heç kim olmamış, ora adamlar toplaşmamış, yaxınlıqda olan evlərdən heç kim çıxmamış, sadəcə olaraq oradan təsadüfən keçən “Kia rio” markalı avtomobilin sürücüsü avtomobilini saxlayaraq onları aralaşdırmışdır. Sonradan o, həbs olunmaqdan qorxaraq yol avtomobilləri ilə ilk əvvəl Gəncə şəhərinə, oradanda Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olan zaman “20 Yanvar” metrosuna giriş etmək istəyən zaman metroda üzərində bıçaq olmasının aşkar ediləcəyindən çəkinərək cibindəki bıçağı zibil qabına atmışdır. X8 Polis Şöbəsinə gedib, gönüllü olaraq təslim olmuşdur. Məhkəmədən əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslərlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək göstərdi ki, Təqsirləndirilən şəxs Göygöl rayon sakini kimi tanıyır. 2023-cü ilin təxminən iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda Nizami ondan 100 manat borc pul almışdır. Həmin pulu qaytarmasını bir neçə dəfə Nizamiyə bildirsə də, Nizami hazırda pulunun olmadığını, olan zaman qaytarcağını bildirmişdir. Sonuncu dəfə 17 yanvar 2024-cü il tarixdə və 18 yanvar 2024-cü il tarixdə tanışı, ona 100 manat borcu olan Təqsirləndirilən şəxs telefonla zəng edərək borcunu istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona olan borcunu verməyə pulu olmadığını bildirmişdir. O, 19 yanvar 2024-cü il tarixdə təxminən saat 12 radələrində təkrar Təqsirləndirilən şəxs telefonla zəng etmiş, onu çayxanaya çağırmış və onlar Təqsirləndirilən şəxs yaşadığı küçənin aşağı hissəsində görüşmüşlər. Nizami ilə söhbət zamanı ona borc olaraq verdiyi 100 manat pulunu verməsini bildirmişdir. Təqsirləndirilən şəxs pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirmişdir. Buna görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir dəfə sol göz altı nahiyəsindən vurmuşdur. Həmin vaxt o da, başı ilə Nizaminin burun nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra əlbəyaxa olmuşlar, Nizaminin qış gödəkcəsinin papağından tutub, yumruq zərbələri ilə üz nahiyəsinə vurmuş, ancaq konkret olaraq hansı nahiyəsinə dəyməsini bilməmişdir. Nizami həmin vaxt yerə yıxılmışdır. O, iki dəfə təpiklə sinə nahiyəsinə vurmuşdur. Bu zaman yoldan keçən qırmızı rəngli “Kia rio” markalı avtomobilin sürücüsü olan Göygöl rayon sakini kimi tanıdığı Şahid3 avtomobilini saxlayaraq gəlib onları ayırmışdır. Həmin vaxt o, Nizamini buraxaraq Ağaların idarə etdiyi avtomobilə əyləşmək istəmişdir. O, Nizaminin onu vurmasından əsəbləşərək Nizamiyə tərəf geri qayıtmışdır. O, geriyə qayıdan zaman Nizami əlində bıçaqla onun sol döş qəfəs nahiyyəsindən bıçaqla bir dəfə vurmuşdur. O, zərbədən arxası üstə yerə yıxılmışdır. Daha sonra Nizami təkrar əlindəki bıçaqla bir dəfədə onun sol ayağının bud nahiyəsindən vurmuşdur. Həmin vaxt Ağalar Nizamini ondan ayırmışdır, o, Ağaların idarə etdiyi avtomobilə əyləşmiş, Ağalar onu Göygöl rayon Mərkəzi Xəstəxanasına aparmış və orada ona tibbi yardım göstərilmişdir. Hadisə qısa müddət ərzində baş verməklə, həmin vaxtı küçədə heç kim olmamış, ora adamlar toplaşmamış, yaxınlıqda olan evlərdən kimsə çıxmamış, sadəcə olaraq oradan təsadüfən keçən “Kia rio” markalı avtomobilin sürücüsü avtomobilini saxlayaraq onları aralaşdırmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməklə, onunla barışmışdır. Ondan heç bir şukayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, özünə məxsus olan “Kia rio” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olur. 19 yanvar 2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə Göygöl şəhəri təzə məhlələr deyilən ərazidə “Muzeyin” aşağı küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında iki nəfər şəxsin dalaşdığını görmüşdür. Onların yanına yaxınlaşan zaman həmin şəxslərdən birinin rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O, həmin vaxt avtomobili dayandıraraq onlara yaxınlaşıb onları ayırmışdır. Elvini özünə məxsus olan avtomobilə əyləşdirən zaman tanımadığı adı ona sonradan məlum Nizami adlı şəxs Elvinə qarşı nəlayiq ifadələr işlətmişdir. Bu zaman Elvin təkrar Nizaminin üzərinə doğru getmişdir. Bu zaman Nizami əlində bıçaqla Elvinin sinəsindən zərbə vurmuş və Elvin yerə yıxılmışdır. Elvin yerə yıxıldıqdan sonra həmin şəxs təkrar Elvinə bıçaqla sol ayağından zərbə vurmuşdur. Nizami Elvini bıçaqla vurmasının qarşısını almaq üçün Nizami adlı şəxsi arxadan qucaqlayıb tutub saxlamışdır. Daha sonra isə Nizami oradan uzaqlaşmışdır. Hadisə qısa müddət ərzində baş verməklə, həmin vaxtı küçədə heç kim olmamış, ora adamlar toplaşmamış, yaxınlıqda olan evlərdən kimsə çıxmamışdır. O da Elvini tibbi yardım göstərilməsi üçün Göygöl rayon Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində oğlu Elvinin xəsarət aldığını, hazırda Göygöl rayon Mərkəzi xəstəxanasında olduğunu eşitmiş və Göygöl rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxt o, oğlundan ona kimin xəsarət yetirdiyini öyrənmiş və adı sonradan ona məlum olan Nizami adlı şəxsin yaşadığı evə getmişdir. Nizami yaşadığı evdə olmamışdır. Nizaminin anası İradə oğluna məxsus mobil nömrəyə zəng etmişdir. İradə oğlunun zənglərinə cavab vermədiyini bildirmiş və ondan nə baş verdiyini soruşmuşdur. O, cavab olaraq oğlu Nizaminin oğlu Elvini bıçaqla vuraraq xəsarət yetirdiyini demişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Elvinə borcu olmasına görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs oğlu Elvini bışaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında əlavə edilmiş 01 ədəd CD diskini məhkəmə iclasında baxış keçirilərkən baxış zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs söhbət etmələri, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbəsi ilə vurması, yaxalaşmaları, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl zərbələri vurması nəticəsində onun yerə yıxılması, həmin vaxt yoldan ötən Kia rio markalı avtomobilin sürücüsü Şahid3 idarə etdiyi avtomobili saxlayaraq onlara yaxınlaşıb ayırması və Zərərçəkmiş şəxs VAZ-2107 markalı avtomobilin gələrək dayanması və daha sonra Təqsirləndirilən şəxs üzərinə getməsi, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsindən və sol ayağından bıçaqla vurması, Şahid3 onları sakitləşdirməsi müşahidə olunmuşdur. Həçşinin 01 ədəd CD diskini məhkəmə iclasında baxış zamanı hadisənin qısa müddət ərzində baş verməsi, həmin vaxtı küçədə heç kim olmaması, ora adamlar toplaşmaması, yaxınlıqda olan evlərdən kimsə çıxmaması müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən Məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 67 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-döş qəfəsinin ön səthinin və sol bud nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları – deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni 19 yanvar 2024-cü il tarixə uyğundur və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, aralarında baş vermiş münaqişə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən onlara yüngül bədən xəsarəti yetirilmişdir. Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyindən onu bağışlamışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şiakyəti və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilə Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri A.Şaiq keçəsi 66 nömrəli evdə, anası Şahid2 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən 21 yanvar 2023cü il tarixli, 008469 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən məlum olur ki, Şahid2 oğlu 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 19 yanvar 2024cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında tanışı Zərərçəkmiş şəxs ilə görüşərək aralarında yaranmış mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı coxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq küçədən keçən Şahid3 və digər şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələrlər işlətməklə söyüb, təhqir etməklə özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi cib bıçağını göstərib, öz üstünlüyünü nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum çəkib qəsdən sonuncunun döş qəfəsinə bir dəfə və sağ bud nahiyyəsinə bir dəfə zərbələr vuraraq ona döş qəfəsinin ön səthinin və sol bud nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid3 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 100 (yüz) manat borcu olmuşdur. 17 yanvar 2024-cü il tarixdə və 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ondan borc olaraq verdiyi 100 (yüz) manat pulunu istəmiş, Təqsirləndirilən şəxs pulu olmadığına görə verə bilməyəcəyini bildirmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 12 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçənin aşağı hissəsində görüşmüşlər. Zərərçəkmiş şəxs söhbət zamanı ona borc olaraq verdiyi 100 manat pulunu tələb etmişdir. O, pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirmişdir. Bu səbədən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qollarından tutaraq başı ilə burnundan zərbə vurmuşdur. Onun burnundan qan açılmışdır. Təqsirləndirilən şəxs yumruqla bir dəfə yenidən Zərərçəkmiş şəxs sifətindən vurmuşdur. Zərərçəkmiş şəxs isə onun qış gödəçəsinin papağından tutub yumqurla sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu zərbələrdən o, yerə yıxılmış, həmin vaxt Elvin ayaq zərbələri ilə onu sinəsindən vurmuşdur. Bundan sonra yoldan keçən Şahid3 “Kia rio” markalı avtomobilini saxlayaraq Zərərçəkmiş şəxs aralaşdırıb aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən geriyə qayıtmışdır. Təqsirləndirilən şəxs Elvinin üzərinə gəldiyini görüb cibində olan cib bıçağını çıxararaq Zərərçəkmiş şəxs sinəsindən bir dəfə vurmuş, Zərərçəkmiş şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs onun ayağından da bir dəfə də bıçaq ilə vurmuşdur. Həmin vaxt Şahid3 Təqsirləndirilən şəxs qolundan tutub onu aralaşdırmış, Zərərçəkmiş şəxs Göygöl rayon Xəstəxanasına aparmışdır. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlər edərək vurması kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan hadisənin Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında deyil, Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçənin aşağı hissəsində baş verməsi öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə qısa müddət ərzində baş verməklə, həmin vaxtı küçədə heç kim olmamış, ora adamlar toplaşmamış, yaxınlıqda olan evlərdən heç kim çıxmamış, sadəcə olaraq oradan təsadüfən keçən “Kia rio” markalı avtomobilin sürücüsü Şahid3 avtomobilini saxlayaraq onları aralaşdırmışdır. Bu hal cinayət işinə əlavə edilmiş 01 CD diskinə məhkəmə iclasında baxılarkən bir daha da təsdiq edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi qeyd edilsə də bu hərəkətlərin nədə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurması səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsindən, Zərərçəkmiş şəxs ona “pulumu doğ” deməsindən sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Həmçinin məhkəmə iclasında məlum olmuşdur ki, onlar arasında mübahisəyə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 100 (bir yüz) manat borcunu dəfələrlə istəməsi və Təqsirləndirilən şəxs isə verə bilməməsinə görə baş vermişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən- Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsindən sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslərlə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş davadalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri bıçaqla vuraraq onların sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Məhkəmə iclasında məlum oldu ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışlar. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Zərərçəkmiş şəxs onunla barışmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-53/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-53/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver