Məhkəmə qərarları › İş №1(066)-53/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-53/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-53/2025 02.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X11 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X10, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə X12 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 7000 (yeddi min) manat pul verəcəyi halda övladı X7 ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin aprel ayının dəqiq bilinməyən günündə Göygöl şəhəri, Cavadxan küçəsində vədələşib görüşərək 7000 (yeddi min) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 6500 (altı min beş yüz) manat pul verəcəyi halda onun ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 07 aprel 2023-cü il tarixdə Göygöl şəhəri, 20 Yanvar küçəsində yerləşən dəmir sexində 3000 (üç min) manat aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə, həmin vaxtdan bir müddət sonra həmin ünvanda 3000 (üç min) manat, 2023-cü ilin may ayının əvvəllərində eyni ünvanda 500 (beş yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 6500 (altı min beş yüz) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 7000 (yeddi min) manat pul verəcəyi halda onun ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin may ayında dəqiq müəyyən edilməyən tarixində Göygöl şəhəri, Azay Kazımov küçəsində 7000 (yeddi min) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs7 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3600 (üç min altı yüz) manat pul verəcəyi halda kürəkəni Şahid3 ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin iyul ayının dəqiq müəyyən edilməyən tarixində Göygöl şəhəri, Azay Kazımov küçəsində 2500 (iki min beş yüz) manat, 2023-cü ilin avqust ayının 1-də Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən terminal vasitəsi ilə Şahid8 istifadəsində olan 4169 7388 8903 0015 saylı bank kartına 500 (beş yüz) manat, 2023-cü ilin avqust ayı ərəfəsində Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən terminal vasitəsi ilə Şahid8 istifadəsində olan 4169 7388 8903 0015 saylı bank kartına 500 (beş yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə hesab edilən 3600 (üç min altı yüz) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs5 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 8100 (səkkiz min bir yüz) manat pul verəcəyi halda onun ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin may ayının sonlarında Gəncə şəhərində Köhnə Avtovağzal adlanan yerdə yerləşən çayxanada 5000 (beş min) manat, 2023-cü ilin avqust ayının əvvəllərində ayının dəqiq tarixini bilmədiyi günündə Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə Şahid8 istifadəsində olan 4169 7388 8903 0015 saylı bank kartına 2000 (iki min) manat, 2023-cü ilin oktyabr ayının dəqiq tarixini bilmədiyi günündə onlayn köçürmə yolu ilə Vəli Xudaverdiyevin istifadəsində olan **** **** 4081 0115 saylı bank kartına 1000 (bir min) və 100 (bir yüz) manat olmaqla 1100 (bir min bir yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 8100 (səkkiz min bir yüz) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda onun ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin avqust ayının ortalarında dəqiq müəyyən edilməyən tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində 1500 (bir min beş yüz) manat, 2023-cü ilin avqust ayında dəqiq müəyyən edilməyən tarixdə Göygöl şəhəri, Hummel küçəsində yerləşən Heydər Əliyev adına parkda 1500 (bir min beş yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə hesab edilən 3000 (üç min) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 və istintaqa adı məlum olmayan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Şahid8 şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs6 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1500 (bir min beş yüz) manat pul verəcəyi halda arvadı Şahid2 ləğv edilmiş əlillik təqaüdünü bərpa etdirməsi üçün Azərbaycan Respublikası Əmək və X16 Nazirliyində olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayında dəqiq müəyyən edilməyən tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən Göygöl şəhər avtovağzalında 1500 (bir min beş yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı 1500 (bir min beş yüz) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda ilk olaraq özünü təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqaüdçüdür. 1982ci ildən 2014-cü ilə qədər müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmişdir. X26 2022-ci ilin may ayında tanışların məclisində təsadüfi olaraq tanımış, həmin vaxtdan Anarla münasibəti yaranmışdır. İyun ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Anar onu Şahid8 ilə tanış etmiş və Anarın vasitəsilə İlhamla münasibəti yaranmışdır. İlhamla söhbət əsnasında ona tanışlarının olmasını, onlara əlilliklə bağlı pensiya düzəldilməsi üçün kömək etmək lazım olduğunu demişdir. İlhamın bunu ona deməyinin səbəbi onun əvvəllər bu sahədə işləməyi və bu sahədə biliklərinin olması olmuşdur. O da, İlhamdan həmin şəxslərin epikrizlərini və əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabları istəmişdir. 2023-cü ilin sentyabr-oktyabr aylarında İlham ona Zahid, Telman, Mədət, Ayət və Vüqar adlı şəxslərin tibbi sənədlərini gətirmiş, o, onların sənədlərinə baxmışdır. Zahid, Telman, Mədət, Ayət və Vüqara pensiya düzəltməyin mümkün olmasını demiş, Zahid, Telman, Mədət, Ayət və Vüqar adlı şəxslərin pensiyasının düzəlməsi ilə bağlı İlham ona ümumilikdə 6300 manat pul vermişdir. Həmin pulları onun özünə məxsus və qızı X2 adına olan kart hesablarına göndərmiş, həmin pulları o, çıxarmışdır. O, Zahid, Telman, Mədət və Vüqara onların pensiyasının dörd-beş ay müddətində təyin etdirəcəyini demişdir. Lakin onlar həmin müddəti gözləməmiş və İlham ondan həmin pulları geri istəməyə başlamışdır. O da, İlhamın adına olan kart hesabına 25 dekabr 2023-cü il 1200 manat, həmin tarixdə yenidən 1000 manat, 27 dekabr 2023-cü il tarixdə 1300 manat, 01 yanvar 2024-cü il tarixdə 1000 manat, 08 yanvar 2024-cü il tarixdə 1700 manat, 11 yanvar 2024-cü il tarixdə 1600 manat, 15 yanvar 2024-cü il tarixdə 400 manat, 18 yanvar 2024-cü il tarixdə 300 manat, 19 yanvar 2024-cü il tarixdə 1100 manat, 26 yanvar 2024-cü il tarixdə 450 manat, 01 aprel 2024-cü il tarixdə 1000 manat, 05 aprel 2024-cü il tarixdə 500 manat göndərməklə ümumilikdə ona 14550 manat pul göndərmişdir. 6300 manat pul alıb 14550 manat qaytarmağının səbəbi isə o, olmuşdur ki, İlham və Anar dəfələrlə ünvanına gəlmiş, həmçinin görüşlər zamanı ona hədə-qorxu gələrək ondan pul tələb etmişlər. Hətta 9600 manat pul verdikdən sonra İlham və Anar ona və uşaqlarına zəng etməyəcəkləri barədə söz vermişlər, lakin sonradan yenə də ondan pul tələb etmişlər. Sonradan isə İlham ona zəng edərək Mədətə kömək etməyini xahiş etmiş və o, Mədətə kömək edəcəyini söz vermişdir. Mədət özü ona işi üçün İlhama 7000 manat verəcəyini demiş, o isə Mədətə görə ona pul çatmamasını deyib ondan əlavə 1100 manat pul almışdır. O, Zərərçəkmiş şəxs3 2023-cü ilin avqust-sentyabr aylarında tanımış, Telmanı onunla İlham tanış etmişdir. İlham həmin vaxt Anarla birlikdə üzünə duracağı və onu tutduracağı ilə hədələdiyi üçün o, Telman, qardaşı Zahidə pensiya düzəldəcəyini bildirmişdir. Həmin vaxt İlham ona Telmandan, Ayət adlı şəxsdən, Vüqardan, Zahiddən, Bayramdan, Mədətdən və Vüqardan pul aldığını deyib onlara pensiya düzəltməyə məcbur etmişdir. O isə Bayramdan başqa digərlərinə əlillik pensiyası düzəltdirəcəyinə söz vermişdir. O, onların həmin məqsədlə İlhama pul verdiklərini bilmişdir. Hətta onlarla görüşən zaman İlhamın ona pul verməməsi barədə onlara demişdir. İlham isə onların pensiyasını bərpa etdirmək üçün ona hissə-hissə olmaqla ümumilikdə 6300 manat pul vermişdir. İlham pulun hamısını ona və qızı Bahar Allahverdiyevaya məxsus kart hesabına köçürmüşdür. Mədətdən isə özü əlavə 1100 manat pul almışdır. Mədət də pulu onun kart hesabına köçürmüşdür. Sonraki müddətdə isə verdiyi vədlərə əməl edə bilmədiyi üçün İlhama 14550 manat pul qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, keçən dövr ərzində İlham mütəmadi olaraq ona zəng edib onu təhqir etmiş, Anar isə onu təhqir edib öldürməklə hədələmişdir. Şahid8 yalan danışır. O, İlhamdan 4200 manat almamış, həmçinin İlham da ona təqaüdünün bərpası üçün müraciət etməmişdir. Bayram və Nəsib onu tanımır, digərlərini tanıyır və tibbi müayinələrdən keçirmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilməsini, zərərçəkmişlərə dəymiş ziyanı tam ödəməsini. Barəsində bəraət verici əsaslar olmadan icraata xitam verilməsini və amnistiya tətbiq olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şahid8 həmyerli kimi tanımış, onunla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmamışdır. 2023-cü ilin avqust ayının ortalarında dəqiq xatırlamadığı tarixdə yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində 1500 manat, 23 avqust 2024-cü il tarixdə isə Göygöl şəhəri, Hummel küçəsində yerləşən Heydər Əliyev parkında 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə vədlərə inanaraq vermiş və onun tərəfindən aldadılmışdır. O, birinci dəfə İlhama 1500 manat pul verəndə yanlarında dayısı oğlu Elşən olmuş, ikinci dəfə 1500 manat verən zaman isə yanlarında tanışı Rauf olmuşdur. Bundan başqa onda İlhamın onu Bakıya çağırması və sair bu kimi sözlər deməsi barədə “Vhatsapp” sürətli mesajlaşma sistemində olan səs yazılar var, lakin həmin səsləri sildiyi üçün təqdim edə bilmir. Belə ki, mədəsində xəstəlik olmuş və həmin xəstəliklə bağlı ikinci qrup əlil olaraq 2013-cü ildən təqaüd almışdır, lakin həmin təqaüd 2021-ci ilin sentyabr ayında dayandırılmışdır. Təqaüdü dayandırıldıqdan sonra bir neçə dəfə tibbi sənədlərini toplayıb yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir, lakin komissiya tərəfindən ona təqaüd verilməsi ilə bağlı imtina cavabı gəlmişdir, bir neçə dəfə yenidən cəhd etsə də müsbət nəticə olmamış və təqaüdü bərpa edilməmişdir. 2023-cü ilin avqust ayının ortalarında dostu Raufla söhbət əsnasında o, İlham adlı şəxsin təqaüd bərpa edə bildiyini demiş və İlhamın ona da kömək edə biləcəyi barədə təklif etmişdir. Bundan sonra Rauf İlhama zəng edib onu Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən çayxanaya çağırmış və elə həmin gün İlhamla orada görüşmüşlər. İlham onun xəstəliyi, əvvəllər təqaüd alıb-almamağı barədə maraqlanmış, eyni zamanda tibbi sənədlərinə baxmış, bundan sonra 5000 (beş min) manat pul qarşılığında təqaüdünü bərpa etdirəcəyini demişdir. İlham ona vədlər verən zaman Bakı şəhərində həkim tanışları olmasını, onların vasitəsilə təqaüdünü bərpa etdirəcəyini demişdir. O, ona 5000 manat verəcəyi barədə razılaşmışdır. Elə həmin gün o, İlhamla birlikdə onun yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə getmiş və evdən 1500 manat pulu evdən götürüb evində İlhama vermişdir, qalan pulu isə verəcəyini demişdir. İlham ondan tibbi sənədlərini də almışdır. Bir neçə gün sonra İlham ona zəng edib yenə pul vermək lazım olmasını demiş və o, 23 avqust 2024-cü il tarixdə İlhamla Göygöl şəhərində yerləşən Heydər Əliyev parkında görüşmüş, orada İlhama 1500 manat pul vermişdir. Həmin vaxt Rauf da yanlarında olmuşdur. İlham dekabr ayına kimi onun təqaüdünü bərpa etdirəcəyini demişdir. İkinci dəfə pul verdikdən təxminən 5-6 gün sonra İlham onu Bakı şəhərinə çağırmış və Gəncə şəhər avtovağzalında İlhamla görüşüb Bakı şəhərinə getmişlər. Onlar birlikdə Bakı şəhərində Respublikası Klinik xəstəxanasına getmiş və ora Vəli adlı şəxs gəlmişdir. İlham, Vəlini ona təqdim edib işi görən adamın o, olmasını demişdir. Vəli ilə birlikdə klinikaya daxil olmuş və orada qanuni yollarla müəyyən müayinələrdən keçmişlər. Vəli də eyni İlham kimi ona vədlər verib təqaüdünü düzəltdirəcəyini demiş və o, elə orada başa düşmüşdür ki, onlar bir “işləyirlər”. Çünki o, Vəliyə, İlhama 3000 manat pul verdiyini demiş, hətta Vəli İlhamdan pul da almışdır. Həmin gün İlhamla Gəncəyə gəlmiş və evinə getmişdir. Növbəti gün, İlhamla yenə Bakı şəhərinə getmiş və yenə eyni qaydada Vəli klinikanın qarşısına gəlmiş və birlikdə klinikaya daxil olmuş və başını müayinə etdirmişlər. Yenə çıxıb evinə gəlmişdir. Bundan 10-15 gün sonra, 2024-cü ilin sentyabr ayının ortalarında İlham ona yenidən Bakı şəhərinə getmək lazım olduğunu, Vəlinin çağırmasını demiş və onlar yenə də Bakı şəhərində görüşmüş və Vəli ilə birlikdə həmin klinikada təkrar müayinədən keçmiş, daha sonra Vəli onu başqa xəstəxanaya da aparmış və orada da müayinədən keçmişdir. Vəli Bakı şəhərində ondan əlavə 200 manat da pul almış və guya hansısa sənədini düzəltdirəcəyini demişdir. Lakin bu müayinələrdən xeyli keçmiş və o, təqaüdünün bərpa olmamasını görmüşdür. Dəfələrlə İlhamdan və Vəlidən pullarını istəsə də onun pulunu verməmişlər, lakin Vəli ondan aldığı 200 manat pulu geri qaytarmışdır. Əlavə olaraq bildirdi ki, İlham ləğv edilmiş təqaüdünü Bakı şəhərində yaşayan Vəli adlı tanışı vasitəsilə bərpa etdirəcəyini demiş, ona özünü həkim kimi təqdim etmişdir. Vəliyə, İlhama 3000 manat pul verdiyini demiş, hətta Vəli onun yanında İlhamın ondan aldığı puldan ona 600 manat pul verməsini demişdir. Bundan başqa Vəli əlavə olaraq ondan 200 manat da pul almışdır ki, həmin pulu da ona sonradan qaytarmışdır. Onu da qeyd etmişdir ki, o, müayinələrə gedən zaman qanuni olaraq müayinə proseslərindən keçmiş və İlham və Vəli onun pulunu özləri üçün almışlar. İlhamın və Vəlinin əməllərini onun üzünə deyərək onu ifşa edə bilər. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, hal-hazırda Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Həmin iş üzrə ona dəymiş ziyan olan 1500 (bir min beş yüz) manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, hal-hazırda barışdıqlarını, heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, Göygöl şəhəri, Mikayıl Müşviq küçəsi ev 40-da ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Heç bir yerdə işləmir. X15 onun övladıdır, Aytacın 26 yaşı var. Aytac epilepsiya xəstəsi olaraq üçüncü qrup əlil olmasına görə təqaüd almışdır. Lakin onun təqaüdü 2021-ci il tarixdə dayandırılmışdır. Lakin onun təqaüd alması ilə bağlı yenidən müraciət etməmişlər. 2022-ci ilin sonlarında Şahid8 ilə tanış olmuşdur. O, Şahid8 ilə 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Göygöl şəhəri, Cavadxan küçəsində yerləşən mağazada söhbət etmiş, ondan təqaüd düzəltməsi ilə maraqlandıqda o, Bakı şəhərində Vəli adlı tanışı olmasını, Vəlinin nazirliklə əlaqəsi olmasını deyib geniş əlaqələ sahib olması barədə uzun-uzadı danışaraq təqaüd bərpa etdirməyi bacardığını bildirmiş və qardaşları kimi onu da, inandırmışdır. O da, qızı Aytacın epilepsiya xəstəsi olmasını, əvvəllər təqaüd almasını, lakin hazırda təqaüdü dayandırılmasını dedikdə o, Aytacın da təqaüdünü təyin etdirə biləcəyini deyərək ona vədlər verərək inandırmışdır. O, “bu işin” qiymətini soruşduqda ona 7000 manata həll edəcəyini deyib pulu Vəliyə verəcəyini demişdir. O da, həmin söhbətdən bir neçə gün sonra 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Göygöl şəhəri, Cavadxan küçəsində yerləşən adsız ərzaq mağazasında İlhama 7000 manat pul vermişdir. Qeyd etmişdir ki, həmin mağazanı ailə olaraq onlar işlətmişlər. İlham pulu aldıqdan sonra iyul ayına qədər Aytacın təqaüdünün bərpa ediləcəyini demiş, eyni zamanda Aytaca məxsus tibbi sənədləri də gəlib götürəcəyini demişdir. Həmin vaxtdan sonraki müddətdə ona məlum olmuşdur ki, İlham eyni vədlərlə qardaşları Telman, Zahid və tanışları Mədət, Fatmadan da pullar almışdır. 2023-cü ilin avqust ayınadək gözləmiş, bir nəticə olmamasını görüb İlhamdan pulunu geri istəməyə başlamışdır. İlham isə eyni vədlərlə pulunu verəcəyini demiş, lakin sonraki müddətdə isə İlhamın Vəli adlandırdığı şəxslə əlbir olub pulu ələ keçirməsini başa düşüb o da, digər zərərçəkənlərlə birlikdə şikayət etmişdir. Əlavə olaraq bildirdi ki, o, Şahid8 qızı X7 ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlərinə inanıb ona 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Göygöl şəhəri, Cavadxan küçəsində yerləşən mağazada 7000 manat pul vermişdir. Lakin sonradan İlham onun pulunu ələ keçirmişdir. İlhama 7000 manat pul verdiyi zaman orada kimsə olmamış, lakin qızı Aytac da ona təqaüd düzəltdirmək üçün İlhama pul verdiyini bilmişdir. O, İlhamın onu aldatmasını onun üzünə deyə bilər. Həmçinin zərərçəkmiş şəxs X18 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənilməsini, ona qarşı şikayət və yaxud tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır, evlidir, 4 qızı var. Heç bir yerdə işləmir, evdar qadındır. Şahid3 Oqtay oğlu onun kürəkənidir. Vüqar ikinci qrup əlil olmasına görə təxminən 6-7 il təqaüd almışdır. Lakin 2021-ci il tarixdə onun təqaüdü dayandırılmşdır. Sonra Vüqar yenidən təqaüdü bərpa etdirməyə çalışmış, lakin onun təqaüdü bərpa edilməmişdir. 2023-cü ilin iyul ayında o, Göygöl şəhəri, Azay Kazımov küçəsində piyada gedən zaman həmin küçədə obyekt işlədən Zərərçəkmiş şəxs3 onu görmüş, onu obyektə çağırmış, onun yanında da İlham adlı şəxs olmuş, Telman ona təqaüd düzəldən şəxs olduğunu demiş və onunla söhbət etməyini demişdir. İlhama kürəkəninin Fövqaladə Hallar Nazirliyindən xəstəliklə bağlı təqaüdə çıxması barədə danışmış, onun təqaüdünün dayandırılmasını bildirmişdir. İlham isə ondan 7000 manat istəyərək həmin pulun qarşılığında Vüqarın təqaüdü ilə bağlı yığılan pulları alıb verəcəyini və ona 6000 manat da sığorta alacağını deyərək ona vədlər vermişdir. O, İlhamın mobil nömrəsini götürüb evinə gəlmiş, Vüqarla bu barədə danışmış, iki gün sonra İlhamla danışmış, Vüqara 2500 manat pul vermiş, Vüqar da həmin pulu və tibbi sənədlərini Telmanın obyektinə aparıb orada İlhama vermişdir. İlham sentyabr ayına kimi Vüqarın pulu alacağını demişdir. Onunla razılaşmaya əsasən yerdə qalan pulu isə kartına göndərəciyini demişdir. 01 avqust 2023-cü il tarixdə yaxınlıqda yerləşən mağazada İlhamın ona göndərdiyi 4169 7388 8903 0015 nömrəli “Kapital Bank”a aid bank hesabına 500 manat da pul göndərmişdir. Sonraki bir neçə gün ərzində isə təkrar İlhamın kartına 500 manat pul göndərmişdir. Ümumilikdə İlhama 3500 manat pul vermişlər, İlhama isə iş düzəldikdə verilən puldan götürüb ona 3000 manat verəcəyini demişdir. Pul İlhama verildikdən təxminən bir həftə sonra İlham Vüqarı Bakı şəhərinə çağırmış, bildiyimə görə orada Vüqardan 100 manat da almışdır. Sonradan isə İlhamın verdiyi vədlərə əməl etmədiyini görmüş, həmçinin mənə məlum olmuşdur ki, İlham onunla bərabər başqa şəxsləri də aldatmışdır. Bu səbəbdən də İlhamdan pulunu istəmiş, lakin o, pulunu qaytarmamışdır. Buna görə də o, ərizə ilə Göygöl rayon polis şöbəsinə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Şahid8 2023-cü ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə kürəkəni X13 ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi və təqaüdün dayandırılması zamanı yığılmış pulları verəcəyi barədə vədlərə aldanaraq Vüqarın vasitəsilə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən qonşusu Telmana məxsus obyektdə İlhama 2500 manat pul vermişdir. 01 avqust 2023-cü il tarixdə İlhamın kartına 500 manat pul göndərmiş, sonrakı günlərdə isə 500 manat da pul göndərmişdir. İlham Bakı şəhərində də Vüqardan 100 manat pul almışdır. Ümumilikdə İlham 3600 manat pulu ələ keçirmişdir. O, ilkin olan 2500 manat pulu vermək üçün kredit götürmüşdür. Ərizədə də həmin pulun banka qaytarılması zamanı banka ödədiyi faizləri də qeyd edərək 4100 manaat bildirmişdir. Lakin ondan alınan real məbləğ 3600 manat olmuşdur. O, İlhama 2500 manat pulu kürəkəni Vüqarın vasitəsilə vermiş, o da bu halı təsdiq edə bilər. Həmçinin İlhamla onun arasında olan “Vhatsapp” yazışmalarında ona pul göndərməyi və onun vədlər verməsi açıq aşkar görünür. Lakin həmin yazıları sildiyi üçün təqdim edə bilmir. Bundan başqa İlhamın əməllərini onun üzünə deyərək onu ifşa edə bilə. İlham ləğv edilmiş təqaüdü Bakı şəhərində Vəli adlı tanışı olmasını, onun Dövlət Sosial Müdafiə Fondunda hansısa vəzifədə işləməsini və təqaüdü guya onun vasitəsilə bərpa etdirəcəyini demişdir. Lakin Vəli adlı şəxsi ümumiyyətlə görməmişdir. Vüqar Bakı şəhərində Vəli ilə görüşmüşdür. Hətta İlham ona vədlər verən zaman Vəli ilə telefonla danışmış, guya bu işləri onun vasitəsilə gördüyünü demişdir. Əlavə olaraq qeyd etmişdir ki, İlham, Vəli adlı şəxslər onunla bərabər tanışları Zahid, Bayram, Mədəti və Telmanı da aldadaraq pullarını ələ keçirmişdir. Onun şikayət və tələbim pulunu ələ keçirmiş İlham və Vəli adlı şəxslərin barəsində qanuni tədbir görülməsi və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Həmçinin Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, Gəncə şəhəri, Cavadxan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, evlidir, beş övladı var. Rəsmi iş yeri olmasa da fərdi əməklə məşğul olaraq dolanır. 2012-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək müddətdə “hər iki aşağı ətrafda varikoz pozğunluğu” xəstəliyi ilə bağlı üçüncü qrup əlil olaraq təqaüd almış, 2021-ci ilin dekabr ayında təqaüdü dayandırılmışdır. O, xəstəliyi ilə bağlı təqaüd almaq üçün müraciət etmiş, lakin ona imtina cavabı gəlmişdir. Eyni zamanda Bakı şəhərində X17 əyani baxışa getmiş və orada ona hazırki Qanunvericiliklə təqaüd düşmədiyini demişlər. 2023-cü ilin may ayında o, Göygöl şəhərində olan zaman qohumu Telmanla görüşmək üçün onun dəmirçi sexinə getmişdir. O, Telmanla söhbət edən zaman təsadüfən ora İlham adlı şəxs gəlmişdir. Telman ona təqaüdünü bərpa etdirmək üçün İlhama pul verdiyini, onun bu işləri bacardığını demişdir. İlhama xəstəliyim barədə danışdıqdan sonra o, mənə “yaxşı” tanışları olmasını, onların vasitəsilə mənim təqaüdünü də bərpa etdirə biləcəyini demişdir. O, İlhamdan qiymət soruşduqda ona təqaüdünü 7000 manat qarşılığında bərpa etdirəcəyini demişdir. O da, 5000 manat pulu olmasını dedikdə İlham həmin pulu verməyini, qalan hissəsini də avqustda verəcəyini, təqaüdünün də sentyabr ayında bərpa olacağını demişdir. İlhamın telefon nömrəsini götürmüş və münasibət yaranmışdır. 2023-cü ilin may ayının sonlarında dəqiq xatırlamadığı tarixdə İlhamla Gəncə şəhərində Köhnə Avtovağzal ərazisində yerləşən adsız çayxanada görüşmüş və orada İlhama 5000 manat pul vermişdir. İlham həmin görüş zamanı da ad çəkməmiş, eləcə tez-tez “Müəllim” deyərək kimsə barəsində danışaraq onun vasitəsilə bu işləri həll etdiyini demişdir. Təxminən 10 gün sonra, iyun ayında dəqiq xatırlamadığı tarixdə İlhamla birlikdə Bakı şəhərinə getmiş, orada Vəli ilə görüşmüşdür. Orada Vəli ilə tanış olan zaman onların onun işini həll edəcəyini, İlhamın isə müəllim dediyi adamın Vəli olmasını bilmişdir. Vəlinin təşkilatçılığı ilə tibbi sənədlərinə baxmış, Vəlinin istiqaməti ilə tibbi sənədlərini yığmışdır. Vəli ona haralara getmək lazım olduğunu demiş, guya o, sənədlərini yığdıqdan sonra onun tapşırığı ilə ona təqaüd təyin edilməli olmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində İlham ona zəng edərək israrla “yuxarının” pulunun çatmalı olmasını demişdir. O da, həmin vaxt borc tapmış və Gəncə şəhərində Cavadxan qəsəbəsində olan “Milli Ön” ödəniş terminalından Şahid8 adına olan “Kapital Bank” kart hesabına 2000 manat pul göndərmiş, lakin həmin əməliyyata dair qəbzi itirmişdir. 2023-cü ilin sentyabr ayında Gəncə şəhər, 2 saylı poliklinikadan təqaüd üçün müraciətini elektron qaydada yönləndirmiş, lakin oktyabr ayında ona yenə də imtina cavabı gəlmişdir. O, İlhama zəng edib bu barədə dedikdə İlham ona Vəliyə deyəcəyini demişdir. Vəli ilə danışanda isə ona İlhamın ona az pul verməsini, ona 1500 manat verəcəyi halda 10 günə onun təqaüdünü təsdiqlədəyini demişdir. O da, Vəlinin sözünə inanmış və 26 oktyabr 2023-cü il tarixdə bacısı nəvəsi Şahid1 vasitəsilə “birbank” mobil tətbiqi ilə köçürmə yolu ilə 500 manat və ödəmə terminalı vaasitəsi ilə 500 manat olmaqla Vəlinin istifadəsində olan 40810115 ilə bitən kart hesabına 1000 manat, xx.xx.2023-cü iltarixdə başqa adını xatırlamadığı tanışı vasitəsilə isə Vəlinin 40810115 ilə bitən kart hesabına 100 manat pul göndərmişdir. Lakin 10 gün də keçmiş, Vəli də verdiyi vədə əməl etməmişdir. Bir müddət sonra o, artıq aldadıldığını başa düşmüşdür. Əlavə olaraq bildirdi ki, İlham onu Bakı şəhərində yaşayan Vəli ilə tanış etmiş, onların ikisi də ona Vəlinin əvvəl Sosial Müdaiə Nazirliyində hüquqşünas olmasını, onun X17 yüksək vəzifəli tanışları olmasını deyərək guya təqaüdünü onların vasitəsi ilə bərpa etdirəcəyini demiş, Vəli də bu halı təsdiq etmişdir. O, sonradan başa düşmüşdür ki, onlar onun təqaüdünün düzəlməsi ilə bağlı heç bir hərəkət etməmişlər, əgər qanuni yolla təqaüdü bərpa edilsə, onun pulunu ələ keçirəcəkdilər. Əslində onların heç bir tanışları yoxdur, onun pulundan da heç kimə verməmişlər. Onunla bərabər tanışları Telman, Zahid və Bayramın da pullarını da ələ keçirmiş, həmin şəxslərin pullarının ələ keçirilməsi ilə bağlı proseslərdə iştirak etmiş və onların da aldadılmasını və pullarının ələ keçirilməsini dəqiq bilir. Lakin onun yanında pul verilməmiş, onun şikayət və tələbi pulunu ələ keçirmiş İlham və Vəli adlı şəxslərin barəsində qanuni tədbir görülməsi və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Həmçinin Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsini, ona qarşı heç bir şikayət və maddi tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, özü Göygöl şəhəri, İsrafil Məmmədov küçəsi ev 50-də ailəsi ilə birlikdə yaşayır, evlidir, üç övladı var. Rəsmi iş yeri olmasa da fərdi olaraq Göygöl şəhəri, 20 Yanvar küçəsində (Seymur Abbasov küçəsi) yerləşən özünə məxsus dəmir sexində işləyir. Təxminən 7-8 ildir ki, özü belində olan onurğa əyilməsi ilə bağlı ikinci qrup əlil olaraq təqaüd almış, 2021-ci ildə isə onun təqaüdü dayandırılmışdır. O, xəstəliyi ilə bağlı iki-üç dəfə təqaüd almaq üçün müraciət etmiş, lakin ona imtina cavabı gəlmişdir. 2022-ci ilin payız aylarında İlhamla tanış olmuşdur. Aralarında olan söhbətlər zamanı ona təqaüdünün dayandırıldığını da demişdir. İlham ona tanış adamının olduğunu və ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra İlham dəfələrlə Göygöl rayonuna gəlmiş, onunla münasibət yaratmış, ona da təqaüd təyin etdirə biləcəyini deyərək vədlər vermişdir. İlham ona təqaüdü Vəli adlı şəxsin vasitəsilə təyin etdirməsini demişdir. İlham çox gedib gəldikdən sonra 2023-cü ilin aprel ayında onu pul verib özünə təqaüd təyin etdirməyə razı salmış və onu inandırmışdır ki, ona 6500 manat verəcəyi təqdirdə onun təqaüdünü bərpa etdirəcək. 04 aprel 2024-cü il tarixdə o, “Yellow Bank”dan 15000 manat kredit götürmüşdür. Həmin gündən iki-üç gün sonra xatırlamasına görə 07 aprel 2024-cü il tarixdə İlham ilə özünə məxsus dəmir sexində görüşmüş və ona 3000 manat pul və özünə məxsus tibbi sənədləri vermiş, qalan pulu isə qısa zamanda verəcəyini demişdir. İlham da Vəli adlı şəxslə birlikdə 3 ay müddətinə, ən geci 4 ay müddətinə onun təqaüdünü bərpa etdirəcəyi barədə vədlər vermişdir. Bir neçə gün sonra isə eyni yerdə İlhama 3000 manat, may ayının əvvələrində isə 500 manat pul verməklə İlhama ümumilikdə 6500 manat pul vermişdir. 2023-cü ilin iyun ayında İlham ona Bakı şəhərinə getmək lazım olmasını demiş, onunla dəqiq xatırlamadığı tarixdə Bakı şəhərinə getmişdir, orada Vəli ilə tanış olmuşdur. İlham ona bu işlərin təşkilatçısının Vəli olmasını demiş, Vəli də İlhamın dediyini təsdiqləmiş və o, da onun təqaüdünü bərpa etdirəcəyini demişdir. Onlar birlikdə Bakı şəhərində yerləşən X25 getmiş, Vəli çöldə gözləmiş, Vəli ona İlhamla içəri getməyini, içəridə tapşırdığını demişdir. O da, İlhamla içəri daxil olmuş, camaat kimi o da, tibbi yoxlanışdan keçmiş, komissiyadan ona qayıdıb Göygöl rayon poliklinikasından sənədlərini elektron qaydada sistemə yüklətməyini demişlər. Qeyd etmişdir ki, o, sonradan başa düşmüşdür ki, Vəli əslində X17 heç kimə heç nə deməmiş, o da, adi qaydada müraciət etmişdir. Daha sonra o, İlhamla birlikdə Göygöl rayonuna qayıtmış, xəstəxanada onu göndərişlə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına göndərmiş, orada stasionar müalicə almış və həmin sənədlər əsasında İlhamla birlikdə yenidən müraciət etmiş, lakin yenə də ona imtina cavabı gəlmişdir. 2023-cü ilin avqust ayında İlhamla birlikdə yenidən Bakı şəhərinə getmiş, Vəli ilə görüşmüş, yenidən X25 getmişlər. O, təkcə X17 komissiyanın qəbulunda olmuş və ona başa salmışdırlar ki, hazırki Qanunvericiliklə ona əlillik dərəcəsi və təqaüd düşmür. O, artıq başa düşmüşdür ki, İlham və Vəli onu aldadırlar, onun pulunu özləri mənimsəyiblər, pulundan heç kimə verməyiblər. Qeyd etmişdir ki, bu proseslər gedən zaman İlham onunla bərabər tanışı Mədət, Fatma, qardaşları Bayram, Zahidin də pullarını ələ keçirmişdir. Belə ki, o Vəli ilə əlbir olub Göygöl şəhərində onun sexində olan zaman təsadüfən ora gələn Mədəti, qonşu Fatmanı, qardaşları Bayram və Zahidi aldadaraq guya təqaüd düzəltdirəcəyi və Bərpa edəcəyi barədə vədlər verib pullarını ələ keçirmiş və onunla bərabər onların da işləri düzəlməmişdir. O, artıq aldadıldığını başa düşdükdən sonra pulunu tələb etmiş, İlham da Vəlinin də onu aldatdığını demiş və pulunu qaytaracağını demişdir. Lakin sonraki müddətdə, 2024-cü ilin yanvar ayında İlham onun pulunun 1000 manat hissəsini qaytarmışdır. Lakin yerdə qalan pulunu qaytarmamışdır. Hazırda İlham və Vəli ona 5500 manat pul verməlidilər. İlham və Vəli əlbir olub digərlərinin də pullarını ələ keçirmişdir. Əlavə olaraq bildirdi ki, Şahid8 ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlərinə inanıb ona 07 aprel 2024-cü il tarixdə Göygöl şəhəri, 20 Yanvar küçəsində yerləşən dəmir seximdə 3000 manat, bir neçə gün sonra eyni yerdə 3000 manat, 2023-cü ilin may ayının əvvəllərində isə eyni yerdə 500 manat pul vermişdir. Lakin sonradan İlham və Vəli onun ümumilikdə 6500 manat pulunu ələ keçirmişlər. O, həmin 6500 manat pulu vermək üçün kredit götürmüşdür. Ərizəndə də həmin pulun banka qaytarılması zamanı banka ödədiyi faizləri də qeyd edərək 8600 manat bildirmişdir. Lakin ondan alınan real məbləğ 6500 manat olmuşdur. Onun İlhama üç dəfəyə 6500 manat pul verdiyini İlhamın üzünə deyə bilər. Ona pul verən zaman yanında heç kim olmamışdır. Onun fikrincə İlham özü də ondan pul almasını inkar etməz. İlham onu Bakı şəhərində yaşayan Vəli ilə tanış etmiş, onların ikisi də ona Vəlinin əvvəl Sosial Müdaiə Nazirliyində hüquqşünas olmasını, onun X17 yüksək vəzifəli tanışları olmasını deyərək guya təqaüdünü onların vasitəsi ilə bərpa etdirəcəyini demiş, Vəli də bu halı tasdiq etmişdir. Onu və tanışlarını tək İlham yox, onunla bərabər Vəli də aldadaraq pulunu ələ keçirmişdir. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə İlham onun sexində olan zaman Fatma ilə söhbət etmiş və onun yanında Fatmaya pul qarşılığında kürəkəni Vüqarın təqaüd almasını Vəlinin vasitəsilə təşkil edəcəyini demişdir. Lakin onun yanında pul verilməmişdir. Həmçinin, İlhamın Zahid, Bayram, Mədəti aldatması proseslərində yaxından iştirakı olub, İlhamın Vəlinin vasitəsilə onları da aldatmasını və pullarını ələ keçirməsini dəqiq bilir. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziaynın tam həcmdə ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, ailəsi ilə birlikdə Göygöl şəhəri, ünvan 5 ünvanında yaşayır, evlidir, iki övladı var, heç bir yerdə işləmir. Başında xəstəlik vardır və həmin xəstəliklə bağlı ikinci qrup əlil olaraq təxminən 15 il təqaüd almışdır. Həmin təqaüdü isə 2021-ci ilin noyabr ayında dayandırılmışdır. Təqaüdü dayandırıldıqdan sonra bir neçə dəfə tibbi sənədlərini toplayıb yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, lakin komissiya tərəfindən ona təqaüd verilməsi ilə bağlı imtina cavabı gəlmiş, bir neçə dəfə yenidən cəhd etsə də müsbət nəticə olmamış və təqaüdü bərpa edilməmişdir. 2023-cü ilin may ayında qardaşı Bayram və Telmanın İlham adlı şəxslə tanışlığı yaranmasını, İlhamın pul qarşılığında təqaüd təyin etdirə bildiyini və dayandırılmış təqaüdü bərpa etdirə biləcəyini eşitmişdir. Əvvəlcə inanmamış, lakin ona məlum olmuşdur ki, qardaşları Bayram və Telman da İlhama qeyd edilən məqsədlə pul vermişlər. İlham adlı şəxsin pul qarşılığında dayandırılmış təqaüdü bərpa etməsi onun diqqətini çəkmiş, may ayının əvvəllərində təsadüfən qardaşı Telmanın işlətdiyi Göygöl şəhəri, 20 Yanvar küçəsində yerləşən obyektdə gəldikdə Telmanın İlham adlı şəxslə söhbət etdiyini görmüşdür. Həmin vaxt obyektdə Telman, Mədət adlı şəxs, İlham və o olmuşdur. Orada ona məlum olmuşdur ki, Telman və Mədət də İlhama pul vermişlər. İlhamla orada söhbət edən zaman Bakı şəhərində Vəli adlı tanışı olmasını, həmin tanışları vasitəsilə pul qarşılığında onun təqaüdünü bərpa etdirəcəyi barədə cəlbedici formada danışmışdır. İlham çox inandırıcı danışmış, ondan xəstəliyi ilə bağlı sənədləri, hansı xəstəxanalarda müalicə almağı ilə bağlı məlumatları öyrənmiş, daha sonra isə 7000 manat qarşılığında təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Həmçinin təqaüdünün avqust ayına kimi bərpa edəcəyi barədə vədlər vermişdir. O, mağazada İlhamla razılaşmışdır. Bundan sonra İlhamla telefonla əlaqə saxlamış və bir neçə gün sonra o, “Kapital Bank”dan arvadı X4 adına 4000 manat kredit götürmüş, üstünə də özündən 3000 manat pul qoyub İlhama verəcəyi pulu hazır etmişdir. 2023-cü ilin may ayının təxmini xatırlamasına görə 20də eyni yerdə, yəni qardaşı Telmanın işlətdiyi Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən obyektdə İlhamla görüşüb ona 7000 (yeddi min) manat pul vermişdir. Pul ilə bir yerdə bütün tibbi sənədlərini də İlhama vermişdir. Sənədlərin isə onda qalacağını demişdir. Pulu verdikdən təxminən iki ay keçmiş, İlhamla telefon əlaqəsi saxladıqda ona yenidən vədlər verib təqaüdünün bərpa ediləcəyini demişdir. 2023-cü ilin iyul ayında İlhamla danışan zaman təqaüdü dayandırıldığı vaxtdan bərpa edildiyi vaxtadək olan dövr ərzində pulların yığılıb veriləcəyini deyərək onu Bakı şəhərinə çağırmışdır. O, bacısı Şahid6 ilə birlikdə Bakı şəhərinə getmiş və dəqiq tanımadığı yerdə olan kafedə İlhamla görüşmüşdür. Həmin vaxt İlham onu Vəli adlı şəxslə tanış etmişdir. Orada onlarla söhbət etmiş, yemək yemiş, lakin onlar sənədləşmə üçün lazım olmadığımı demişlər. Orada başa düşmüşdür ki, İlhamın özünə tanış deyib işi həll etdirdiyi adam Vəlidir və pulu Vəliyə də çatıb, onlar bir qrup olmaqla, qrupun rəhbəri və təşkilatçısı isə Vəlidir. Daha sonra çıxıb gəlmişlər. Həmin vaxtdan sonra da İlhamdan pulunu və sənədlərini istəmiş, İlham isə ondan aldığı pulu kimlərəsə payladığını, sənədlərini də verdiyini demişdir. Daha sonra isə zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, İlham onun kimi qardaşlarını və bir neçə nəfər şəxsi də aldadaraq pullarını ələ keçirmişdir. Bu səbəbdən də Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Şahid8 2023-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən qardaşı Telmana məxsus obyektdə ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə vədlərə inanaraq 7000 manat pul vermiş və onun tərəfindən aldadılmışdır. İlhama verdiyi 7000 manat pulun 4000 manatını “Kapital Bank”dan arvadı X4 adına kredit götürmüş, həmin kreditin rəsmiləşməsinə dair sənədlərin surətini təqdim edə bilər. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, hal-hazırda Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən 3000 (üç min) manat ödənilməsini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 nümayəndəsi (qardaşı) Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxs qardaşı Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini, ona qarşı heç bir tələbinin olmamasını bildirmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, о, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, üç övladı var. Rəsmi iş yeri olmasa da fərdi qaydada sürücü olaraq çalışır. Mahiyyət üzrə bildirmişdir ki, Şahid8 təxminən 25 ildir ki, 1990-cı illərdən məcburi köçkün düşən vaxtlardan tanıyır, lakin uzun illər olmuşdur ki, onunla heç bir münasibəti olmamışdır. Onunla əvvəlcədən heç bir düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. İlham ona Bakı şəhərində yüksək vəzifəli tanışının olmasını, həmin şəxsin vasitəsilə “bu işləri” gördüyünü, yalnız həmin şəxs ölərsə verdiyi vədin alınmayacağını deyərək onu inandırmışdır. Həyat yoldaşı Şahid2 təxminən 15-20 ildir ki, xəstədir, onun damarlarında tromplaşma vardır. Şahnaz 2012-ci ildən ikinci qrup əlilliyə görə təqaüd almışdır, lakin 2021-ci il tarixdə onu aidiyyəti qurumlar əlilliklə bağlı komissiyadan keçirmədilər, həmin vaxtdan təqaüdü dayandırıldı. Onun təqaüdü dayandırıldıqdan sonra 4 dəfə yenidən müraciət etmiş, hətta onu X25 əyani baxışa aparmış, orada onlara Şahnazın xəstəliyinin əvvəlki meyarlara görə təqaüd almağa imkan verdiyini, lakin hazırki Qanunvericiliyə əsasən ona təqaüd təyin etdirmək mümkün olmadığını demişlər. 2023-cü ilin payız aylarında, səhv etmirsə oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində “Kamaz” bazarında olan zaman hazırda adını xatırlamadığı tanışlarından kimsə Tərtərdə İlham adından bir nəfər şəxsin pul qarşılığında təqaüd təyin etdirə bildiyini demiş və o, buna o qədər də inanmasa da həmin şəxsdən İlhamın mobil nömrəsini almışdır. İlhama zəng edib danışdıqda onun köhnə tanışı əslən Ağdərədən olan Şahid8 olmasını bilmiş və ona tanışlıq vermişdir. İlhama onun təqaüdü bərpa etdirə etdirə bildiyini eşitdiyini soruşduqda o, bunu təsdiq edərək Bakı şəhərində yüksək vəzifəli tanışları olmasını, onların vasitəsilə belə işləri həll etdiyini dedikdə o, arvadı Şahnazın əvvəllər təqaüd almasını, sonradan dayandırılmasını, diaqnozu və xəstəli barədə danışmış, İlham ona 1500 manat qarşılığında arvadı Şahnazın təqaüdü bərpa etdirə biləcəyini deyərək vədlər vermişdir. İlhamla görüş təyin etmiş və növbəti gün, 2023-cü ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə İlhamla Gəncə şəhəri Köhnə Avtovağzal ərazisində görüşmüş, görüş zamanı da yenidən söhbət açmış, İlham yenə də arvadı Şahnazın təqaüdünü bərpa etdirəcəyi barədə vədlər vermişdir. Həmin vaxt üzərində pul olmamış, birlikdə Göygöl rayon avtovağzalına gəlmişlər, Göygöl rayonunda o, borc pul tapmış və Göygöl rayon avtovağzalında İlhama 1500 manat pul vermişdir. Daha sonra İlhamla ayrıldıq, növbəti gün isə o, arvadı Şahnaza məxsus şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp” sürətli mesajlaşma sistemi vasitəsilə İlhama göndərmişdir. Lakin bir müddət keçdikdən sonra İlham verdiyi vədə əməl etməmiş və pulunu da qaytarmamışdır. Eyni zamanda camaatdan İlhamın onun kimi Göygöl rayonunda başqa şəxsləri də aldadıb pullarını ələ keçirməsini öyrənmişdir. Buna görə də 10 yanvar 2024-cü il tarixdə o, Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, o, şikayət etdikdən sonra İlham onun ziyanını tam formada ödəmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən Göygöl rayon Avtovağzalında Şahid8 arvadı Şahid2 ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə vədinə aldanaraq 1500 manat pul vermiş, lakin sonradan Şahid8 tərəfindən aldadıldığını başa düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır, hal-hazırda işsizdir. 2005-ci ilin may ayının 18-dən 2014-cü ilin noyabr ayının sonlarına qədər Fövqaladə Hallar Nazirliyinin Göygöl rayon DYMH-də döyüşçü vəzifəsində işləmişdir. Lakin səhhətində olan bağırsaq dolaşıqlığı xəstəliyi səbəbindən 2014-ci ilin noyabr ayında xidmətdən xaric edilmiş, buna görə də 2015-ci ilin aprel ayından ona İİ qrup əlillik dərəcəsi verilməklə aylıq təqaüd təyin edilmişdir. Lakin 2021-ci ilin aprel ayından etibarən təqaüdünün verilməsi dayandırılmışdır. Uzun müddət təqaüdünü bərpa etdirməyə çalışsa da mümkün olmamışdır. 2023-cü ilin aprel ayının sonlarında, dəqiq xatırlamadığı vaxtı qaynanası Zərərçəkmiş şəxs7 ona zəng edərək Göygöl rayonu ərazisində Telman adlı şəxsin obyektində olduğunu, orada təqaüdünün bərpa olunmasına kömək edə biləcək şəxsin olmasını və dərhal həmin obyektə gəlməyini bildirmişdir. O, qaynanasının dediyi yerə getmişdir. Oraya çatanda şəxsiyyəti ona araşdırma zamanı məlum olan Şahid8 orada olmasını görmüşdür. Qaynanası ona İlhamın təqaüd işlərini həll edə bildiyini, Bakı şəhərində güclü tanışlarının olduğunu, hətta Telmanın özünün də təqaüdünü düzəltdirməsi üçün İlhama pul verdiyini bildirmişdir. Söhbət zamanı Şahid8 ona dayandırılmış təqaüdünün 2 il 3 ay müddətində yığılıb qalmış pulunu və işdən çıxmağı ilə bağlı olan 6000 manat sığorta pulunu düzəltdirəcəyini, düzəldəcəyi zaman həmin məbləğin yarısını ona verəcəyini bildirmişdir. O, istəməsə də qaynanası israr etmişdir. Onlar geri qayıdıb düşünüb daşındıqdan sonra razılaşmışlar. Bundan sonra qaynanası ona 2500 manat pul verib İlhama verməyini bildirmişdir. O, həmin pulu götürüb Göygöl şəhəri ərazisində İlhamla görüşərək həmin pulu İlhama vermişdir. İlham qısa zamanda işin həll olunacağını bildirərək çıxıb getmişdir. Bu hadisədən bir müddət sonra İlham ona Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Onunla dəqiq xatırlamadığı tarixdə Bakı şəhərinə getmiş, orada Vəli ilə tanış olmuşdur. İlham ona bu işlərin təşkilatçısının Vəli olmasını demiş, Vəli də İlhamın dediyini təsdiqləmiş və o, da onun təqaüdünü bərpa etdirəcəyini demişdir. Onlar birlikdə Bakı şəhərində yerləşən Respublikanski xəstəxanasına getmiş, onlar Vəli ilə içəri daxil olmuşlar, İlham isə çöldə gözləmiş. O, gah Vəli ilə, gah da tək halda həkimlərdən yoxlanmışdır. Yoxlanışdan sonra Vəli ondan həkimlərə şirinlik vermək adı ilə ondan 100 manat da pul almışdır. Bundan əlavə olaraq o, 1-2 dəfə də Bakı şəhərinə gələrək İlham və Vəli ilə müxtəlif xəstəxanalara getmiş, lakin sonda ona imtina cavabı gəlmişdir. Həmin vaxtı qaynanası ona İlhamın ondan əlavə 1000 manat pul istəməsini, ona deməməsini tapşırdığını, həmin 1000 manat pulu isə 500 və 500 manat olmaqla İlhamın kartına atdığını bildirmişdir. Belə olanda isə o, artıq başa düşmüşdür ki, İlham və Vəli onu aldadırlar, pullarını özləri mənimsəyiblər, puldan heç kimə verməyiblər. Qeyd etmişdir ki, bu proseslər gedən zaman İlham onunla bərabər tanışı Göygöl rayon sakinləri Mədət, Bayram, Zahidin də pullarını ələ keçirmişdir. O, artıq aldadıldığını başa düşdükdən sonra pulunu tələb etmiş, İlham da pulu qaytaracağını demişdir. Lakin pulu qaytarmamışdır. Şahid3 ifadəsinə davam edərək bildirmişdir ki, qaynanası Zərərçəkmiş şəxs7 Şahid8 ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlərinə inanıb onun əli ilə 2500 manat pul vermiş, bundan başqa Şahid8 Bakı şəhərində olduqları zaman həkimlərə şirinlik vermək adı ilə ondan 100 manat da pul almış, həmçinin qaynanası Zərərçəkmiş şəxs7 əlavə olaraq 500 və 500 manat olmaqla karta köçürmə üsulu ilə 1000 manat da pul almışdır. Onun İlhama 2 dəfəyə 2600 manat pul verdiyini İlhamın üzünə deyə bilər. Ona pul verən zaman yanında heç kim olmamışdır. Onun fikrincə İlham özü də ondan pul almasını inkar etməz. Həmçinin qaynanası da 1000 manat pulu İlhamın kartına göndərmişdir. Həmin kart çıxarışında da həmin 1000 manat görünəcəkdir. İlham onu Bakı şəhərində yaşayan Vəli ilə tanış etmişdir, onların ikisi də ona Vəlinin əvvəl Sosial Müdaiə Nazirliyində hüquqşünas olmasını, onun X17 yüksək vəzifəli tanışları olmasını deyərək guya təqaüdünü onların vasitəsi ilə bərpa etdirəcəyini demiş, Vəli də bu halı tasdiq etmişdir. Onu və tanışlarını tək İlham yox, onunla bərabər Vəli də aldadaraq pulu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, Abşeron rayonu Mehdiabad qəsəbəsində Q.Qarayev küçəsində ailəsi ilə birlikdə yaşayır, hal-hazırda işsizdir. Tanışı Göygöl rayon Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs1 2021-ci ilə qədər 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin 2021-ci ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin təkrar kommissiyasında onun təqaüdü kəsilmişdir. Bundan sonra bir neçə dəfə təqadünün bərpası üçün cəhd etmiş, lakin yenə də təqaüdü bərpa edilməmişdir. 2023-cü ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 ilə görüşəndə ona demişdir ki, tanış var, istəsə təqaüd işinə kömək edə bilər. Ayətə razılaşmış və o, Zərərçəkmiş şəxs1 Göygöl şəhərində Əlizamin adlı şəxsin onu tanış etdiyi Şahid8 Bəhram oğlu ilə tanış etmiş və İlham da, Zərərçəkmiş şəxs1 pensiyası ilə əlaqədar olan bütün sənədlərinə baxmış və bildirmişdir ki, bərpa etmək olar. Ancaq 7000 manat pul verilməlidir. Zərərçəkmiş şəxs1 də o qədər pulunun olmadığını demiş və 5000 manata razılaşmışdır. Yemək yeyəndən sonra o, onlardan ayrılmışdır. Sonra eşitmişdir ki. Zərərçəkmiş şəxs1 Şahid8 1500 manat pul vermişdir. Bir neçə gün sonra o, onlarla birlikdə Göygöl şəhərində H.Əliyev adına parkda görüşmüş və orada Zərərçəkmiş şəxs1 Şahid8 əlavə olaraq 1200 manat pul vermişdir. Orada eşitmişdir ki, Zərərçəkmiş şəxs1 həmin şəxsə 300 manat da vermiş və ümumilikdə Zərərçəkmiş şəxs1 Şahid8 cəmi olaraq 3000 manat pul vermişdir. Həmin puldan ona verilməmiş, yəni o, sadəcə onları tanış etmişdir. Bu işdən sonra o həmin şəxsi görməmiş, telefonuna da zəng çatmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, о, Göygöl şəhəri ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır, hal-hazırda işsizdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 başında xəstəlik var idi və həmin xəstəliklə bağlı ikinci qrup əlil olaraq təxminən 15 il təqaüd almışdır. Həmin təqaüdü isə 2021-ci ilin noyabr ayında dayandırılmışdır. Təqaüdü dayandırıldıqdan sonra bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, lakin komissiya tərəfindən ona təqaüd verilməsi ilə bağlı imtina cavabı gəlmişdir. 2023-cü ilin may ayında Zahid ona İlham adında adamın təqaüd düzəldə bildiyini və bunun üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O isə təqaüd aldığı üçün onun adına kredit götürmək istədiyini bildirmişdir. O, razılaşdıqdan bir neçə gün sonra Zahid “Kapital Bank”dan onun adına 4000 manat kredit götürmüş, üstünə də düzəldib İlhama vermişdir. Lakin həmin pulu verməklərinə baxmayaraq İlham vədinə əməl etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Onun başında xəstəlik var və həmin xəstəliklə bağlı ikinci qrup əlil olaraq təxminən 15 il təqaüd almışdır. Lakin təqaüdü sonradan dayandırılmışdır. Qardaşı təqaüdünü düzəltdirməyə kömək edəcək adam tapdığını, 7000 manat qarşılığında onun təqaüdünü bərpa etdirəcəyini, həmin pulu verdiyini bildirmişdir. Bundan sonra qardaşının dediyi İlham adlı şəxslə birlikdə Gəncə şəhərində Abbas Səhhət xəstəxanasında və 3 nömrəli birləşmiş şəhər xəstəxanasında müayinələrdən keçmişdir. Bundan sonra İlham Zahidə Bakı şəhərinə getməli olduğunu bildirmişdir. O da, Zahidlə birlikdə Bakı şəhərinə getmişdir. Çünki öz təqaüd işi ilə bağlı da müraciət etmək istəmişdir. Onlar Bakı şəhərində X17 və Sosial Müdafiə Nazirliyində olmuşlar. Orada İlham, o və qardaşı Zahid getmişlər. Onlar orada olanda İlhamın yanına başqa bir adam da gəlmişdir. Lakin həmin şəxsin kimliyi barədə məlumatı yoxdur. Zahid orada bir sıra müayinələrdən keçmişdir. İlham Zahidə təqaüdünün qısa vaxtda bərpaa olunacağını demişdir. Onlar nə qədər gözləsə də, nəticəsi olmamışdır. Buna görə Zahid İlhamdan pulunu istəməyə başlamış, lakin geri ala bilməmişdir. Buna görə də, Zahid Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, Zahidin İlham adlı şəxsə 7000 manat pulu təqaüdünün bərpa edilməsi məqsədi ilə verməsini bilir. Bu barədə ona Zahid özü bildirmişdir. Lakin pulu nə zaman verməsini dəqiq bilmir. Onlar Bakı şəhərində İlhamla birlikdə olmuşlar. Həmçinin sonradan İlhamın yanına tanımadığı başqa bir nəfər də gəlmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 2020-ci il tarixdə mikroinfarkt keçirmiş və həmin vaxtdan sonrakı dövrdə səhhətində problemlər yaranmışdır. Bundan sonra o, səhhəti ilə bağlı təqaüd almaq marağına düşmüş və düşünmüşdür ki, xəstəliyi ilə bağlı ona təqaüd verilməlidir, lakin bununla bağlı qanuni yollarla rəsmi müraciəti olmamışdır. 2021-ci il tarixdə Anar adlı şəxslə təsədüfi tanışlığı yaranmış və həmin vaxtdan onunla əlaqə saxlamış, münasibəti normal olmuşdur. 2022-ci ilin yaz aylarında dəqiq xatırlamadığı vaxtda Anarla görüşüb söhbət edən zaman söhbətin axarında ona xəstəliyi olduğunu, gəlir yerinin olmadığını, dövlətdən təqaüd almaq istədiyini, lakin bu sahədə ona istiqamət verəsi tanışının olmadığını demişdir. Anar isə ona Vəli adlı (Təqsirləndirilən şəxs) tanışının olduğunu, onun təqaüd təyin etdirmə bacarığının olmasını və bu sahədə əlaqələrinin geniş olmasını deyərək istədiyi halda onu Vəli ilə tanış edə biləcəyini demişdir. O isə razılaşmış və Anar Vəliyə zəng etmişdir və 2022-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nərimanov rayonunda Ayna Sultanovada yerləşən parkda Vəli ilə görüşmüşlər. Görüşdə Anar, Vəli və o iştirak etmişdir. Vəli ilə söhbət edən zaman ona keçirdiyi infarkt və səhhəti ilə bağlı problemləri danışıb təqaüd almaq istədiyini demişdir. Vəli ona qulaq asdıqdan sonra “başla bağlı” təqaüd almağın rahat olduğunu, bunun üçün xərcinin az çıxacağını demiş, lakin ona hansı məbləğdə pul verəcəyi ilə bağlı rəqəm deməmişdir. O, orada başa düşmüşdür ki, Vəli onun üçün təqaüdü pul qarşılığında düzəldəcək. Vəliyə hansı yolla təqaüd düzəldəcəyini soruşduqda ona X17 dostları olmasını, eləcə də bu kimi şirnikləndirici sözlərlə geniş əlaqəsi olan, bu sahədə səlahiyyət sahibi olmasına inandırmışdır. Həmçinin söhbət əsnasında ona əgər təqaüd düzəltdirmək istəyən başqa şəxslər də tapsa onun verəcəyi puldan keçəcəyini deyib onu da şirnikləndirmişdir. Vəlinin dedikləri o qədər də “ağlına batmamış”, bu barədə düşünüb cavab deyəcəyini bildirib oradan ayrılmışdır. 22 oktyabr 2022-ci il tarixdə o, Vəli ilə Bakı şəhərində “Moskva Univermağı” deyilən yerdə qızıl mağazasında görüşmüş və ona özü üçün təqaüd düzəltdirməsi məqsədi ilə 4200 manat pul vermişdir. Vəli ona əvvəlcədən qiymət olaraq 5000 manat demiş, lakin ona “adamlar tapacağını” bildirdiyi üçün həmin pula razılaşmışdır. Vəli ona növbəsinin çatacağını bildirdiyi üçün gözləmişdir. O, 2023-cü ilin aprel ayında Göygöl rayon sakini Zərərçəkmiş şəxs3la tanış olmuş, Telmanla söhbət zamanı ona özünə təqaüd düzəldirmək istədiyini dedikdə Telmana, Vəli adlı tanışından danışmış, Telmanı ona təqaüd düzəldiləcəyinə inandırmışdır. O, Vəli ilə bu barədə danışdıqda Telmanın işinin həlli üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Telmana demişdir. Telman da razılaşdıqdan sonra 2023-cü ilin aprel ayında Telmandan 3000 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 20 gün sonra Telmandan təkrar 3000 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək 20 Yanvar metrosu tərəfdə Vəli ilə görüşüb ona 5300 manat pulu vermişdir. Qalan 700 manatı isə sonradan onun kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində ondan əlbəəl 3000 və 3000 olmaqla ümumilikdə 6000 manat, daha sonra 500 alması barədə göstərdiklərinin yalan olmasını, onda cəmi 6000 manat pul almasını, qalan 500 manatdan isə xəbərinin olmamasını bildirir. Telmanla tanış olduğu ərəfələrdə sonuncu onu qardaşı Bayramla tanış etmiş və ona da təqaüd düzəltmək istədiyini bildirmişdir. O, Vəli ilə bu barədə danışdıqda, Bayramın cavan olduğunu, buna görə də işinin həlli üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Bayrama demişdir. Bayram da razılaşdıqdan sonra 2023-cü ilin aprel ayında Bayramdan 4000 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 15 gün sonra Bayramdan təkrar 3000 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək 20 Yanvar metrosu tərəfdə “Kapital Bank”ın yaxınlığında Vəli ilə görüşüb ona 6300 manat pulu vermişdir. Qalan 700 manatı isə sonradan onun kart hesabına göndərmişdir. 2023-cü ilin may ayında isə Telman onu dostu Mədətlə tanış etmiş və ona da təqaüd düzəltmək istədiyini bildirmişdir. O, Vəli ilə bu barədə danışdıqda Mədətin xəstəliyinin bir qədər yüngül olduğunu, buna görə də işinin həlli üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Mədətə demiş, Mədət də razılaşdıqdan sonra 2023-cü ilin may ayında Mədətdən 5000 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 20 gün sonra Mədətdən təkrar 2000 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək Yasamal rayonu ərazisində Vəli ilə görüşüb ona 6300 manat pulu vermişdir. Qalan 700 manatı isə sonradan onun kart hesabına göndərmişdir. 2023-cü ilin may ayında isə Telman onu qardaşı Zahidlə tanış etmiş və ona da təqaüd düzəltmək istədiyini bildirmişdir. O, Vəli ilə bu barədə danışdıqda Zahidin işinin həlli üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Zahidə demişdir. Zahid də razılaşdıqdan sonra 2023-cü ilin may ayında Zahiddən 3500 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 10 gün sonra Zahiddən təkrar 3500 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək “20 Yanvar” metrosu yaxınlığında Vəli ilə görüşüb ona 6300 manat pulu vermişdir. Qalan 700 manatı isə sonradan onun kart hesabına göndərmişdir. 2023-cü ilin iyul ayında Telman onu Göygöl rayon sakini Zərərçəkmiş şəxs7 ilə tanış etmiş və kürəkəni Vüqar adlı şəxs üçün təqaüd düzəltdirmək istədiyini demişdir. O, Vəli ilə bu barədə danışdıqda Vüqarın işinin həlli üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Fatmaya demişdir. Fatma razılaşdıqdan sonra 2023-cü ilin iyul ayında Vüqardan 2500 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 20 gün ərzində Vüqardan 500 və 500 olmaqla cəmi 1000 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək 20 Yanvar metrosu yaxınlığında Vəli ilə görüşüb ona 3300 manat pulu vermişdir. Qalan 200 manatı isə sonradan onun kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində ondan əlbəəl 2500 kartına isə 500 və 500 olmaqla ümumilikdə 4000 manat alması barədə göstərdiklərini yalan olmasını, sonuncudan yalnız 3500 manat almasını, qalan 500 manatdan xəbəri olmamasını bildirir. 2023-cü ilin avqust ayında Telmanın işlətdiyi kafedə olarkən Göygöl rayon sakini Zərərçəkmiş şəxs1lə tanış olmuşdur. O, ona təqaüd düzəltdirmək istədiyini dedikdə, ona Vəlidən bəhs etmiş və kömək edə biləcəyini bildirmişdir. Ayət razılaşdıqdan sonra Vəli ilə bu barədə danışdıqda Ayətin işinin həlli üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Ayətə demişdir. Ayət də razılaşdıqdan sonra 2023-cü ilin avqust ayında Ayətdən 1500 manat pul almışdır. O, qalan pulu qısa vaxtda verəcəyini bildirmişdir. Təxminən 15 gün sonra Ayətdən təkrar 1500 manat da pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək İnqilab adlanan ərazidə Vəli ilə görüşüb ona 2700 manat pulu vermişdir. Qalan 300 manatı isə sonradan onun kart hesabına göndərmişdir. 2023-cü ilin oktyabr ayında Telman onu Göygöl rayon sakini Zərərçəkmiş şəxs6la ilə tanış etmiş və özü üçün təqaüd düzəltdirmək istədiyini demişdir. O, Vəli ilə bu barədə danışdıqda Nəsibin işinin həlli üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Nəsibə demişdir. Nəsib razılaşdıqdan sonra 2023-cü ilin oktyabr ayında Nəsibdən 1500 manat pul almışdır. O, bundan sonra Bakı şəhərinə gedərək 20 Yanvar metrosu yaxınlığında Vəli ilə görüşüb ona 1500 manat pulu vermişdir. Qeyd etmişdir ki, onlar pulu da ona Vəliyə vermək üçün vermişlər. Həmin pullardan onun heç bir qazancı olmamışdır. Pulları aldığı kimi də Vəliyə əlbəəl, öz adına olan karta, qızının adına olan karta göndərərək vermişdir. Sonradan isə Vəli verdiyi vədlərə əməl etməmişdir. O da, pul aldığı şəxslərin yanında pis vəziyyətdə qalmışdır. Əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxslə tanış olduqdan sonra ona təqaüdünü düzəldirəcəyinə söz vermiş, bunu üçün ondan 8000 manat pul istəmiş, lakin ona başqa adamlar tapacağı halda qiymətdə endirim edəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, X18, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 özləri ona yaxınlaşmış və söhbət əsnasında ona təqaüd düzəldirmək istədiklərini bildirdikdə o, həm onlara kömək etmək, həm də öz verəcəyi məbləği azlatmaq üçün onlara Vəli ilə iş görməyi təklif etmiş, Vəlinin pul qarşılığında onların təqaüd işlərini həll edəcəyini bildirmiş, onlar da razılaşdıqdan sonra özü Zərərçəkmiş şəxs3 6000 manat, Zərərçəkmiş şəxs2 7000 manat, X8 7000 manat, Zərərçəkmiş şəxs1 3000 manat, Zərərçəkmiş şəxs5 7000 manat, Zərərçəkmiş şəxs6 1500 manat və Zərərçəkmiş şəxs7 3500 manat olmaqla ümumilikdə 35000 manat pul almışdır. Həmin pulların hamısını əlbəəl, Vəlinin özünün və qızının kart hesabına göndərmişdir. Lakin sonradan Vəlinin vədinə əməl etmədiyini gördükdə isə, ondan 2500 manat alaraq 1000 manatını Telmana, 1500 manatını isə Nəsibə qaytarmışdır. Lakin Vəli qalan pulları qaytarmaqdan imtina edir, həmçinin vədinə əməl etməyib təqaüd işlərini də həll etmir. Qeyd olunan həmin şəxslər Vəlinin istəyi ilə dəfələrlə Bakı şəhərində olmuş, Vəli ilə birlikdə “Respublanski”, “Topçubaşov” və s. xəstəxanalara gedərək müayinələrdən keçmiş, eləcə də Mədət , Vəlinin istəyi ilə onun kart hesabına 1100 manat da pul göndərmiş, habelə Anar Mehdiyev sadəcə olaraq onları tanış etmiş, onun qeyd edilən hadisələrlə heç bir əlaqəsi olmamış, adlarını sadaladığı şəxslərdən aldığı pullardan bir qəpik də qazanc əldə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 atası Bayram Alışanovun göstərdiklərini təsdiq edərək İlham və Vəli adlı şəxslərin üçüncü qrup əlil təqaüdünü bərpa edilməsi üçün atası Bayram Alışanovdan 7000 manat pulu aldadaraq almasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qohumu Mədət Yusubovun göstərdiklərini təsdiq edərək sonuncunun istəyi ilə Təqsirləndirilən şəxs kart hesabına “birbank” mobil tətbiqi vasitəsi ilə 500 manat və ödəmə terminalı vasitəsi ilə 500 manat olmaqla ümumilikdə 1000 manat pul göndərdiyini bildirmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, о, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 3 övladı var, heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs6 onun əridir. O, 2012-ci ildən 2021-ci il tarixədək olan müddət ərzində ikinci qrup əlilliklə bağlı təqaüd almışdır. Lakin 2021-ci il tarixdə o, komissiyadan keçə bilməmiş və təqaüdü dayandırılmışdır. Həmin vaxtdan sonra əri Nəsibin köməkliyi ilə 4 dəfə təqaüdünü bərpa etmək üçün müraciət etmişdir, lakin həmin müraciətlərlə bağlı ona imtina cavabı gəlmişdir. Hətta əri Nəsiblə birlikdə Bakı şəhərində X25 gedib əyani baxışda iştirak etmişdir. Orada ona izah edilmişdir ki, onun nevrologiya xəstəliyi ilə bağlı əvvəlki meyarlarla ona ikinci qrup əlil təqaüdü düşmüşdür, lakin hazırki Qanunvericiliklə ona təqaüd düşmür. 2023-cü ilin sonlarında əri Nəsib ona təqaüdünü bərpa etdirmək üçün İlham adlı şəxsə 1500 manat pul verməsini, lakin İlhamın onu aldatmasını demişdir. Nəsib bir müddət də İlhamın pulu verməsini gözləmiş, lakin İlham pulu vermədiyi üçün Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət edib şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs və istintaqa adı məlum olmayan qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 vǝ 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və icraata qəbul edilərək istintaqı aparılması, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, qərarın sürətinin cinayət haqqında məlumat vermiş şəxsə göndərilməklə, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Cinayət işinin başlanması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/69, HK-1/70, HK-1/367, HK-1/368, HK-1/430 və HK-1/433 nömrəli materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin istintaq aidiyyəti üzrə Göygöl rayon X27 Bölməsinə göndərilməsi və ibtidai istintaqın aparılmasının həmin bölmənin müstəntiqi, polis kapitanı X33 edilməsi, qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin TB-nin sabiq baş təhqiqatçısı polis kapitanı X28 tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Göygöl şəhəri Cavadxan küçəsində yerləşən həmin ərzaq mağazasıdır. Həmin mağazaya Göygöl şəhəri və təzə məhlələr adlanan ərazidən hərəkət yolu vardır. Mağazanın yanında “Oba” market yerləşir. Baxışda iştirak edən Bayram Alışanov həmin ərzaq mağazasını və mağazanın içərisini göstərək Şahid8 ona təqaüdünün düzəldilməsi ilə bağlı kömək etməyə söz verdiyini, bu məqsədlə ondan 7000 manat pul istədiyini, ona görə də, 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə həmin Göygöl şəhəri, Cavadxan küçəsində yerləşən adsız ərzaq mağazasında İlhama 7000 manat pul verdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmişdir. Baxışın sonunda protokol tərtib edilmiş və fotoşəkillər protokola əlavə edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nin TB-nin sabiq baş təhqiqatçısı polis kapitanı X28 tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Göygöl şəhəri S.Abbasov küçəsində yerləşən həmin obyektdir. Həmin obyektə Göygöl şəhəri və təzə məhlələr adlanan ərazidən hərəkət yolu vardır. Obyektin yanında təndirxana yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin obyekti göstərək Şahid8 ona təqaüdünün düzəldilməsi ilə bağlı kömək etməyə söz verdiyini, bu məqsədlə ondan 6500 manat pul istədiyini, ona görə də, 07 aprel 2024-cü il tarixdə İlham ilə görüşdüyünü və ona 3000 manat pul və özünə məxsus tibbi sənədləri verdiyini, bir neçə gün sonra isə eyni yerdə İlhama 3000 manat, may ayının əvvələrində isə 500 manat pul verməklə İlhama ümumilikdə 6500 manat pul verdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmişdir. Baxışın sonunda protokol tərtib edilmiş və fotoşəkillər protokola əlavə edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitanı X20 tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Göygöl rayon mərkəzi xəstəxanasının qarşısında yerləşən asfalt yolun kənarıdır. Həmin yolla Göygöl şəhəri və Gəncə şəhəri istiqamətində hərəkət mümkündür və yolda nəqliyyatın intensiv hərəkəti müşahidə olunur. Baxışda iştirak edən Şahid3 həmin yol kənarını göstərək Şahid8 qaynanası Zərərçəkmiş şəxs7 öz təqaüdünün düzəldilməsi ilə bağlı kömək etməyə söz verdiyini, bu məqsədlə ondan 3500 manat pul istədiyini, ona görə də, 2023-cü ilin aprel ayının sonlarında, dəqiq xatırlamadığı vaxtda İlham ilə görüşdüyünü və ona 2000 manat pul verdiyini bildirmişdir. Hal şahidləri və Şahid3 ilə birlikdə Göygöl şəhəri S.Abbasov küçəsinə gedilmişdir. Baxış zamanı müəyyən olundu ki, hadisənin baş verdiyi yer Göygöl şəhəri S.Abbasov küçəsində yerləşən həmin obyektdir. Həmin obyektə Göygöl şəhəri və təzə məhlələr adlanan ərazidən hərəkət yolu vardır. Obyektin yanında təndirxana yerləşir. Baxışda iştirak edən Vüqar həmin obyekti göstərək Şahid8 2000 manat pul verməsindən bir neçə gün sonra ona həmin obyektin qarşısında 500 manat pul verdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmişdir. Baxışın sonunda protokol tərtib edilmiş və fotoşəkillər protokola əlavə edilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Göygöl RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs6 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs3 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin təqdim etdiyi hüquqi sənədlərdən həqiqətən Zərərçəkmiş şəxs3 04 aprel 2024-cü il tarixində Yelobank ASC-dən 15000 manat məbləğində kredit götürməsi müəyyən edilir. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs5 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs7 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınması, X12 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qızı X2 adına olmuş kart hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 150 manat və 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 150 manat və xx.xx.2022-ci il tarixdə 300 manat pul köçürülmüşdür. İstintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə müvafiq əməliyyat tapşırığı verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid8 qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs və adları istintaqa məlum olmayan qeyriləri ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrar ələ keçirərək dələduzluq etmələri müəyyən edilmişdir. Həmçinin, mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün müvafiq sorğular verilməsinə baxmayaraq təqsirləndirilən şəxsin adına hər hansı bir əmlak müəyyən edilməmişdir. “Üzləşmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X21 ifadəsində Şahid8 ona vəd verib, ondan 3600 manat məbləğində pulu aldadaraq dələduzluq edib, ələ keçirməsi bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı sonuncunun üzün qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Üzləşmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ifadələrində Şahid8 ona vəd verib, ondan 6500 manat məbləğində pulu aldadaraq dələduzluq edib, ələ keçirməsi bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı sonuncunun üzünə qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyatı üzrə göndərilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid8 ərizəsi əsasında toplanmış materialın aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut kimi tanınması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 03 vərəqdə özünə məxsus “Unibank”a aid bank kartından və 03 vərəqdə qızı X3 məxsus “Kapital Bank”a aid bank kartından çıxarışlar və Yasamal RPİ-dən daxil olmuş materialda olan Şahid8, X9 və Şahid8 məxsus kart hesablarına pul vəsaitlərinin köçürülməsi ilə bağlı 08 vərəqdə qəbz sürətlərinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından onun iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu zaman şübhəli şəxs qismində saxlanılması üçün Göygöl RPŞ-nin MSY-ə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin CAB-na göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin tövsif edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və ibtidai istintaqın Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə davam etdirilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid8 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs və istintaqa adı məlum olmayan qeyriləri barəsində hazırkı cinayət işindən Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 vǝ 178.2.4-cü maddələri ilə cinayət işi ayrılması və əməllərinə hazırkı cinayət işindən ayrılacaq cinayət işində hüquqi qiymət verilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şahid8 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, yenidən qəsdən cinayət əməlini törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməməsi, X22 və Şahid4 hər birinin əməlində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından barələrində həmin maddələr ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, təqsirləndirilən şəxs Şahid8 mütəxəssis X23 və müdafiəçisi X5 iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilərkən, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 vǝ 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilərkən və ********* nömrəli cinayət işinin materialları ilə tanış olarkən, verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, özünü verilmiş ittihamda təqsirli bilməməsini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız kimi qəbul edilərək rədd olunması, cinayət işi üzrə dindirmə, üzləşdirmə, hadisə yerlərinə baxış protokolları, maddi sübutlar, habelə cinayət işinə əlavə edilmiş digər prosessual sənədlərin mötəbər sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsin axtarışa elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qərarın icrasının Göygöl rayon polis şöbəsinə tapşırılması və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərarın sürətinin Göygöl rayon polis şöbəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi” barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:31-də Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaq edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla, elan edilən ittihamın mahiyyətinin izah olunması və qərarın sürətinin ona təqdim edilməsi, qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Üzləşmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid8 ona vəd verib, ondan 3600 manat məbləğində pulu aldadaraq dələduzluq edib, ələ keçirməsi bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Üzləşmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ifadələrində Şahid8 ona vəd verib, ondan 6500 manat məbləğində pulu aldadaraq dələduzluq edib, ələ keçirməsi bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, qeyd edilən cinayətlərin törətilməsində iştirak etmiş qeyrilərinin əməllərinə qiymət verilməsi məqsədi ilə cinayət işindən materialın ayrılaraq araşdırılması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi, X6 ləğv edilmiş təqaüdünün bərpası xüsusatında cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X22 əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, özünü verilmiş ittihamda təqsirli bilməməsini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız kimi qəbul edilərək rədd olunması, cinayət işi üzrə dindirmə, üzləşdirmə, hadisə yerlərinə baxış protokolları, maddi sübutlar, habelə cinayət işinə əlavə edilmiş digər prosessual sənədlər mötəbər sübut növü kimi qiymətləndirilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də ********* nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə araşdırma aparılmış, həmin araşdırmaya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və bu barədə zərərçəkmiş şəxlər tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.14-cü bəndinin təsiri altına düşür. (bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;) Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) xx.xx.1960-cı ildə Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. Belə olan halda hazırda Təqsirləndirilən şəxs 65 yaşı vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilməsini, zərərçəkmişlərə dəymiş ziyanı tam ödəməsini. Barəsində bəraət verici əsaslar olmadan icraata xitam verilməsini və amnistiya tətbiq olunmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hazırda 65 yaşında olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.14 və 5.1-ci bəndlərinə əsasən onun barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, həmçinin seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs təqdim etdiyi 03 vərəqdə özünə məxsus “Unibank”a aid bank kartından və 03 vərəqdə qızı X3 məxsus “Kapital Bank”a aid bank kartından çıxarışlar və Yasamal RPİ-dən daxil olmuş materialda olan Şahid8, X9 və Şahid8 məxsus kart hesablarına pul vəsaitlərinin köçürülməsi ilə bağlı 08 vərəqdə qəbz sürətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.14 və 5.1 bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs təqdim etdiyi 03 vərəqdə özünə məxsus “Unibank”a aid bank kartından və 03 vərəqdə qızı X3 məxsus “Kapital Bank”a aid bank kartından çıxarışlar və Yasamal RPİ-dən daxil olmuş materialda olan Şahid8, X9 və Şahid8 məxsus kart hesablarına pul vəsaitlərinin köçürülməsi ilə bağlı 08 vərəqdə qəbz sürətləri cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar