Məhkəmə qərarları › İş №1(066)-54/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-54/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-54/2024 29.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöy rayon Vəkil Bürosunun Vəkil vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, A.Ziyadxanov küçəsi ev 36, m 6-da yaşayan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-217/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, xeyli miqdarda təmiz çəkisi 355 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 27 mart 2024-cü il tarixdə saat 17:00 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl rayonu, Quşqara kəndi ərazisində müəyyən edilərək Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç tərəfindən 1 (bir) ədəd qara polietilen torbada olan üzəri yapışqanlı lentlə sarınmış digər qara rəngli polietilen torbada təmiz çəkisi 355 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrdə Göygöl rayonu, Quşqara kəndində gəzən zaman zibillik olan ərazidə yerdə ayağına sellofan dəymiş, o, həmin qara rəngli sellofanın içərisinə baxan zaman sellofanın içərisində yapışqanlı lentlə bağlanmış digər qara rəngli sellofan büküm görmüşdür. O, həmin sellofan bükümü deşib, içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüşdür. O, əvvəllər marixuanadan istifadə etdiyi üçün həmin sellofan bükümü özü ilə götürürək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bir qədər sonra Göygöl rayonu, Quşqara kəndi ərazisində olan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl RPŞ-yə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkcənin sağ iç tərəfindən 1 ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi sellofan açılıb baxış keçirilmiş və içərisində narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana sellofan ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 396 qram olduğunu bildirmişlər. Sonra həmin narkotik vasitə zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş və saxlamışdır. Kiməsə narkotik vasitə satmamış, satmaq məqsədi də olmamışdır. Həmin narkotik vasitəni tək istifadə etmiş, heç kimin bundan xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, barəsində yüngül həbs cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə NMQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2024-cü il tarixdə saat 17 radələrində Göygöl rayonu Quşqara kəndi ərazisində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qış gödəkçəsinin yaxasından 1 ədəd qara rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofanın içərisindəki kütlənin narkotik vasitəyə bənzər kütlə olduğunu bilib və həmin kütləni Göygöl rayonu, Quşqara kəndində gəzən zaman zibillik olan ərazidə yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 396 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, A.Ziyadxanov küçəsi ev 36, m 6-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1la birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2024-cü il tarixdə saat 17 radələrində Göygöl rayonu Quşqara kəndi ərazisində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qış gödəkçəsinin yaxasından 1 ədəd qara rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofanın içərisindəki kütlənin narkotik vasitəyə bənzər kütlə olduğunu bilib və həmin kütləni Göygöl rayonu, Quşqara kəndində gəzən zaman zibillik olan ərazidə yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 396 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/596 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şəxsin şüphəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətandaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, A.Ziyadxanov küçəsi, ev 36, mənzil 6-da pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:40-da Azərbaycan Respublikası Göygöl RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Şəbəndəyev tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialından olan qış gödəkcəsinin yaxa sepini aşağı endirib yaxasında saxladığı bir ədəd qara rəngli politelin torbanı çıxarıb içərisində nəişə olmasını demişdir. Həmin torba açılaraq içərisinə baxılmış və müəyyən edilmişdir ki, torbanın içərisində qara sellofan torbaya bükülərək üzəri skocla kipləşdirilmiş kütlə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək məqsədi ilə aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sellofan torba və sellafon bükümlə birlikdə çəkisinin 396 (üç yüz doxsan altı) qram olması müəyyən edilmişdir. Baxış zamanı həmin kütlə bükümlə birlikdə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə, xidməti iş otağımda, süni işıqlandırma Traitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, bundan başqa üzərindən hərhansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin nəişə adlandırdığı kütləni bugün gəzən zaman zibbillikdə tapmasını, kütlədən satmamasını, heç kimə pay verməməsini, öz istifadəsi üçün üzərində gəzdirməsini, narkotik vasitələrdən əvvəllər də istifadə etdiyini demişdir. Bundan sonra protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 28 mart 2024-cü il tarixli 16/389 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd qara polietilen torbada olan üzəri yapışqanlı lentlə sarınmış digər qara rəngli polietilen torbada təmiz çəkisi 355 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuananın 0,2 qram tədqiqata sərf edildi, qalıq 354,8 qram. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 354,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra saxlanılması üçün Göygöl RPŞ-yə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair olan DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin müstəntiqi, Röyal Sadıqov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair Göygöl Rayon Təhqiqat Bölməsi tərəfindən qeydə alınmış 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qış gödəkçəsinin yaxasından 1 ədəd qara rəngli polietilen torbanı çıxarıb təqdim etməsi, həmin torbanın içərisində nəşə olduğunu deməsi qeydə alınmış, sonra həmin torba açıldıqda içərisində başqa bir qara rəngli üzəri skoçla yapışdırılmış torba aşkar olunur və polis əməkdaşları tərəfindən elektron tərəzi vəsitəsilə ölçülməsi və kütlələrin büküm ilə birlikdə çəkisinin, 396 qram olmasını bildirmələri, sonra isə həmin kütlənin zərfə qoyularaq möhürlənməsi videogörüntüdə əks olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Göygöl RPŞ-yə verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığının 06 aprel 2024-cü il tarixli cavabından görünür ki, tapşırıqla əlaqədar rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o, Göygöl rayonu, Quşqara kəndində gəzən zaman zibillik olan ərazidə yerdən taparaq üzərində daşımışdır. Həmin narkotik vasitənin hansı şəraitdə və kim tərəfindən oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitənin alqı-satqısı və bağışlanması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş 09 aprel 2024-cü il tarixli, 614 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionedlərdən sui-istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli, 05/09/S/028599-24 saylı arayışdan görünür ki, X1 Novruzovun oğlu, X4 isə arvadıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Asan-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992ci il tarixdə ünvan 1 ünvanında xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından, həmçinin alınmış məhkəmə hökmü və qərarın surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.1982-ci il tarixdə Barnaul Qarnizonu Hərbi Trebunalı tərəfindən RSFSR CM-nin 246 mad “A” bəndi ilə 3 il AME cəzasına, xx.xx.1992-ci il tarixdə Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsi tərəfindən AR CM-nin 95 maddəsi ilə 8 il AME cəzasına, xx.xx.1997-ci il tarixdə Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsi tərəfindən AR CM-nin 185 mad 1, 226-1 mad 1, 38, 39, 55 maddələri ilə 3 il 4 ay 19 gün AME narkomaniyadan məcburi müalicə cəzasına, xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən AR CMnin 234.1 maddəsi ilə 2 il AME cəzasına, xx.xx.2012-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən AR CM-nin 221.3 maddəsi ilə 3 il AME cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli, 3259 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(088)-53/2012 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun tutulduğu vaxtdan yəni, 09 mart 2012-ci il tarixdən hesablanması, Novruzov X10 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-217/2024 saylı hökmündən görünür ki, Novruzov X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı cəza çəkməyə başladığı xx.xx.2024-cü il tarixdən hesablanması göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma cinayət əməllərinə görə və başqa cinayət əməllərinin törədilməsində təqsirli bilinərək dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(125)-217/2024 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək bu iş üzrə və 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək Gəncə Şəhər Məhkəməsinin icraatında olan 1(125)-217/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 4 (dörd) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs əvvəlki hökmlə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu və cəzaçəkməyə başladığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli, 614 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 354,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 72 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(125)- 217/2024 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək bu iş üzrə və 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək Gəncə Şəhər Məhkəməsinin icraatında olan 1(125)-217/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 4 (dörd) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı cəza çəkməyə başladığı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 354,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar