Məhkəmə qərarları › İş №1(066)-54/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-54/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-54/2025 02.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Gəncə şəhəri, Azərbaycan küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, xeyli miqdarda təmiz çəkisi 0,893 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 14 fevral 2025-ci il tarixdə saat 01 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında müəyyən edilərək onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ ön yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,893 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il gecəsi gecə 00 radələrində Göygöl rayon Xəstəxanasının qarşısında Gəncəyə düşümək üçün avtomobil gözləyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o Göygöl rayonuna tanışı Əhməd adlı şəxslə görüşmək üçün gəlmiş, Əhmədlə görüşdükdən sonra Göygöl şəhər Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdə sellofan büküm olduğunu görüb götürmüşdür. İçərisinə baxdıqda əvvəllərdə istifadə etdiyi patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu görmüş və həmin sellofan bükümü özü ilə götürürək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra yaşadığı Gəncə şəhərinə qayıtmaq məqsədi ilə piyada Göygöl rayon Mərkəzi Xəstəxanası istiqamətində gedərkən Xəstəxananın yaxınlığında polis əməkdaşları onu tutmuşdur. Əlavə olaraq bildirdi ki, o narkotik vasitəni tapdıqdan yarım saat sonra polis əməkdaşları onu tutmuşlar. Həmin müddət ərzində o tapdığı narkotik vasitədən istifadə edə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı təyziq göstərilməmişdir. Törətdiyi əməldən peşimandır. Onun himayəsində 1 azyaşı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır. xx.xx.2025-ci il tarixdə təxminən saat 23 radələrində Göygöl rayonuna tanışı Əhməd adlı şəxslə görüşmək üçün gəlmişdir. Belə ki, Əhməd onun dostudur. O, tez gəlmiş və Əhmədlə çay içmiş bu səbəbdən vaxt gec olmuşdur. Göygöl şəhər Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdə sellofan büküm olduğunu görüb götürmüş, daha sonra isə olduğu yerdə avtomobillər olmadığından Gəncə şəhərinə qayıtmaq üçün Xəstəxanaya tərəf piyada getmişdir ki, avtomobil tapsın. Həmin vaxt saat təxminən 00:00-01:00 radələri olmuşdur. Xəstəxananın yanında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onun üzərinə həmin yerdə baxış keçirmişlər. Bükümü götürdükdə əvvəllər istifadə etdiyindən onun içərisində metamfetamin olduğunu görmüş və həmin sellofan bükümü özü ilə götürmüşdür. O hər hansı təsir və təyziq altında ifadə verməmişdir. Etdiyi əməldən peşimandır. Himayəsində 2 uşağı və ankoloji xəstə anası vardır. Evdə yeganə işləyən şəxs odur. Odur ki, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və ekspert-kriminalist Rafiq Hüseynovla birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 01 radələrində Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Nicat Məhərrəmov onlar tərəfindən saxlanılaraq təklif olunmuşdur ki, onun üzərində narkotik vasitə və yaxud saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ ön yan cibindən 1 (bir) ədəd sellofan bükümün içərisində olan kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan bükümün içərisindəki kütlə “patı” adlanan psixotrop maddə olan metamfetamindir və həmin kütləni Göygöl rayon Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 1,06 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd Samsunq markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil X4 müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Onun üzərinə baxış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümünün içərisində olan kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni Göygöl rayon Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdən tapıb götürmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və ekspert-kriminalist Rafiq Hüseynovla birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 01 radələrində Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Nicat Məhərrəmov onlar tərəfindən saxlanılaraq təklif olunmuşdur ki, onun üzərində narkotik vasitə və yaxud saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümün içərisində olan kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan bükümün içərisindəki kütlə “patı” adlanan psixotrop maddə olan metamfetamindir və həmin kütləni Göygöl rayon Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdən tapıb götürmüşdür. Daha sonra həmin sellofan bükümdə olan kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofanla birlikdə 1,06 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd Samsunq markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil X4 müdafiəçi qismində dəvət etdikdən sonra ekspert-kriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Onun üzərinə baxış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümünün içərisində olan kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bilib və həmin kütləni Göygöl rayon Avtovağzalının yaxınlığında yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdən tapıb götürmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul olunması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/306 nömrəli materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Göygöl rayon Mərkəzi xəstəxansının qarşısında yol kənarıdır. Baxış zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarın sağ ön yan cibində olan bir ədəd bükümü təqdim edərək həmin kütlənin “patı” olduğunu bildirmiş, həmin büküm elekton tərəzidə çəkilərək kütləsinin 1.06 qram olması müəyyən edilmiş və ilkin baxışdan psixatrop maddə olan metanfetaminə bənzər kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni Göygöl şəhər Avtovağzalı ərazisində tapdığını bildirmiş, bundan sonra aşkar olunmuş kütlənin psixatrop maddə olubolmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertizaya təqdim olunması üçün aşkar olunmuş kütlə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə suni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs məxsus üzərində olan “Samsung” markalı mobil telefon da maddi sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə hərəkəti 14 fevral 2025-ci il tarixdə saat “01:02”-də başlamış, 14 fevral 2025-ci il tarixdə saat “01:07”-də qurtarmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs Məhərrən oğluna təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə saat 01:40 dəqqiqədə Göygöl RPŞ-nin inzibati binasında müdafiəçi X3 iştirakı ilə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Təhqiqat zamanı 14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək videoçəkiliş aparılmışdır. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 14 fevral 2025-ci il tarixli 16/141 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,893 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetaminin 0,05 qram tədqiqata sərf edildi, qalıq 0,843 qram. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “HP” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zmanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM” una daxil etdikdə, 02 ədəd “S3130001” adlı fayl və “S3130002” adlı fayl aşkar edilmiş, “S3130001” adlı fayla baxış keçirən zaman 00:38 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 2 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid1 özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlibgetməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmasını bildirir. Daha sonra “S3130002” adlı fayla baxış keçirən zaman 05:52 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 3 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində saxlaması barədə məlumatın olması izah edilir. Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarın sağ ön yan cibində olan bir ədəd bükümü təqdim edərək həmin kütlənin “patı” olduğunu, həmin kütləni Göygöl şəhər Avtovağzalı ərazisində tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilir və içərisində narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilir. Daha sonra həmin büküm elekton tərəzidə çəkilərək kütləsinin 1.06 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. Həmçinin Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün zərfə qoyulub qablaşdırılaraq götürülür. Zərfin üzərində iştirakçılarla bərabər Təqsirləndirilən şəxs da imza etməsi müşahidə olunur. Bununla da, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “HP” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. 01 ədəd DVD disk - ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM” una daxil etdikdə, 01 ədəd “S3130004” adlı fayl aşkar edildi. Həmin fayla baxış keçirən zaman 04:09 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 4 nəfər mülki geyimdə, bir nəfər xidməti geyim formasında olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin CAB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, TB-nin təhqiqatçısı polis kapitanı Nizami Şəbəndəyev və müdafiəçi X9 olması müəyyən edilmiş, təhqiqatçı Nizami Şəbəndəyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində, üzərində və yaşadığı evdə saxlaması barədə məlumatın olması izah edilir. Daha sonra Təqsirləndirilən şəxs hüquqları izah edilərək, üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilir və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin üzərindən dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üzərindən polis əməkdaşları tərəfindən aşkar edilmiş kütlənin “patı” olduğunu, həmin kütləni Göygöl şəhər Avtovağzalı ərazisində tapdığını və özü istifadə etmək üçün saxladığını bildirdi. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntülərə keçirilmiş baxış başa çatdı. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qalıq çəkisi 0,843 qram olan psixotrop maddə olan metanfetamin maddi sübut hesab edilməsi və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınmış görüntü olan 2 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi, qərarın sürətinin icra edilməsi üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqdim edilmiş Samsung markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmişdir. Baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, “Samsung” markalı mobil telefon-üzərində qara rəngli üzlük vardır, mobil telefon özü ağ rəngdədir, arxa hissəsinə “Samsung” sözü yazılmışdır. Telefonun içərisində daxil olub baxdıqda müxtəlif şəxslərlə yazışmalar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmiş, bununla da, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. xx.xx.2025-ci il tarixli 3-13-77/1-770019 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini o, Göygöl rayon Avtovağzalının yaxınlığından yolun kənarında qoyulmuş məişət tullantıları qabının yanında yerdən taparaq üzərində daşımışdır. Həmin psixotrop maddənin hansı şəraitdə və kim tərəfindən oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitənin və ya psxotrop maddənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Buna baxmayaraq tərəflərindən tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəyi göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2025-ci il tarixli 386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvəssində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini çəkisi 0,893 qram qəbul edilməsi və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı psixotrop maddə olan metamfetaminin çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs məhkum olunduqdan sonra məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsinə görə cinayətlərin residivi kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınaraq 02 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə kimyəvi-bioloji, məhkəmə narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 1380 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 473 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-347/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından və xx.xx.2023-cü il tarixli hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən AR CM-nin 128-ci maddəsi ilə 01 il islah işləri 20% cəzasına məhkum olunmuş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 05 ay 24 gün azadlığın məhdudlaşdırılması ilə əvəz edilib, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsi tərəfindən AR CM-nin 234.1 maddəsi ilə 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) gün bir günə bir gün hesabı ilə hesbalanmaqla təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,843 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2025-ci il tarixli 386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 (on bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 53 (əlli üç) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 02 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,843 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 53 (əlli üç) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar