Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-55/2024 04.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, A.Alı küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında tanışı Zərərçəkmiş şəxs ilə görüşərək ona borc verdiyi pulu geri tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs borc verdiyi pulunu isdəmiş, Zərərçəkmiş şəxs pulu vermədiyindən o, Nizamiyə “pulu doğ” ifadəsi işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs onu sifət nahiyyəsindən vurmuş, o isə başı ilə Nizmai Əmiraslanovun sifət nahiyyəsindən vuraraq burun sümüyünün qapalı, yerdəyişməmiş sınığı, burun nahiyyəsinin və hər iki gözün alt qapaqlarının qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və onlar əlbə-yəxa dalaşmışlar. Həmin vaxt oradan təsadüfən keçən əvvəllər tanıdığı Ağalar adlı taksi sürücüsü onları görüb aralamış, Təqsirləndirilən şəxs taksiyə minib getmək istəyərkən Zərərçəkmiş şəxs onun şəxsinə toxunacaq “getmə kişi ol” ifadəsi işlətdiyindən Nizamiyə tərəf gəlmiş, bu zaman Zərərçəkmiş şəxs cibindən bıçaq çıxardaraq Təqsirləndirilən şəxs sinəsindən vurmuş, Təqsirləndirilən şəxs yerə yıxılmış və yerə yıxıldıqdan sonra Nizami onun qılçasından bıçaqla vurmuş, sonra Şahid3 onları ayırmış və Təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Göygöl rayon sakini kimi tanıyır. 2023-cü ilin təxminən iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda Nizami ondan 100 manat borc pul almışdır. Həmin pulu qaytarmasını bir neçə dəfə Nizamiyə bildirsə də, Nizami hazırda pulunun olmadığını, olan zaman qaytarcağını bildirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə tanışı, ona 100 manat borcu olan Zərərçəkmiş şəxs telefonla zəng edərək borcunu istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona olan borcunu verməyə pulu olmadığını bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində təkrar borcunu istəmək üçün Zərərçəkmiş şəxs telefonla zəng etmişdir. Danışıq zamanı Nizamini söhbət etmək üçün çayxanaya çağırmışdır. Nizami gələ bilmədiyini demiş və onu evlərinə çağırmışdır. O, Nizamiyə evlərinə gələ bilməyəcəyini, yaşadıqları küçənin aşağı hissəsinə gələ biləciyini bildirmişdir. Nizami ilə mobil telefonla danışdıqdan təxminən 20-25 dəqiqə sonra Nizami ilə yaşadıqları küçənin aşağı hissəsində Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında saat 13 radələrində görüşmüşlər. Nizami ilə söhbət zamanı ona borc olaraq verdiyi 100 manat pulunu qaytarmasını bildirmişdir. Nizami pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirmişdir. O, Nizamiyə “gör neçə vaxtdı sənə vermişəm, özümündə pula ehtiyacım var, pulumu qaytar” demişdir. Nizami isə aqressiv şəkildə pulu olan zaman verəcəyini demişdir. O da Nizamiyə cavab olaraq “pulumu doğ” demişdir. Bu sözündən sonra Nizami yumruqla bir dəfə sol göz altı nahiyəsindən vurmuşdur. O, Nizaminin onu vurduğunu görüb onun qollarından tutmuş, başı ilə Nizaminin burun nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra əlbəyaxa olmuşlar, Nizaminin qış gödəkcəsinin papağından tutub, yumruq zərbələri ilə üz nahiyəsinə vurmuş, ancaq konkret olaraq hansı nahiyəsinə dəyməsini bilməmişdir. Nizami həmin vaxt yerə yıxılmışdır. Bu zaman yoldan keçən qırmızı rəngli “Kia rio” markalı avtomobilin sürücüsü olan rayonlu kimi tanıdığı Şahid3 avtomobilini saxlayaraq gəlib onları ayırmışdır. Həmin vaxt o, Nizamini buraxaraq Ağaların idarə etdiyi avtomobilə əyləşmək istəmişdir. Bu zaman Nizami “getmə kişi ol” ifadəsi işlətdiyindən o, Nizamiyə tərəf geri qayıtmışdır. O, geriyə qayıdan zaman Nizaminin əlində bıçaq olduğunu görmüş, bıçağı görər-görməz Nizami onun sol döş qəfəs nahiyyəsindən bıçaqla bir dəfə vurmuşdur. O, zərbədən arxası üstə yerə yıxılmışdır. Daha sonra Nizami təkrar əlindəki bıçaqla bir dəfədə onun sol ayağının bud nahiyəsindən vurmuşdur. Həmin vaxt Ağalar Nizamini ondan ayırmışdır, Nizami tutub saxlamağa çalışmış və o, Ağaların idarə etdiyi avtomobilə əyləşərək onu xəstəxanaya aparmasını istəmişdir. Ağalar onu Göygöl rayon Mərkəzi Xəstəxanasına aparmış və orada ona tibbi yardım göstərilmişdir. O, Nizami ilə görüşməkdə məqsədi borc olaraq verdiyi pulu geri istəmək olmuş, lakin əvvəlcə Nizami onu yumruqla vurduğu üçün o da Nizamini əl və ayaq zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə 5-10 dəqiqə davam etmiş, münaqişə zamanı rayon sakini tanıdığı Ağalar adlı şəxs onlara yaxınlaşıb ayırmış, mübahisə zamanı ətraflarına digər şəxslər toplaşmamışdır. O özünü cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, hazırda zərərçəkmiş şəxslə barışıb və ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, əməlinin cinayət məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs Göygöl rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə rayon sakini kimi tanıdığı tanışı Təqsirləndirilən şəxs ona telefonla zəng edərək borc olaraq verdiyi 100 (yüz) manat pulunu ondan istəmişdir. O, danışıq zamanı pulunun olmadığını, olan zaman verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Elvin yenidən ona zəng edərək çayxanaya çağırıb, gəl görüşək demişdir. Bu zaman o, Elvinə yuxudan təzə oyandığını, yemək yedikdən sonra görüşə biləcəyini, əgər işi vacibdirsə evlərini tanıdığını və evdə heç kəs olmadığını, evə gələ biləcəyini demişdir. Bundan sonra Elvin ona küçənin aşağı hissəsinə gələ biləcəyini demişdir. Elvinlə telefonla danışdıqdan təxminən 20-25 dəqiqə sonra yaşadığı küçənin aşağı hissəsinə getmişdir. O, Elvinin yanına çatıb, onunla salamlaşmışdır. Elvin ilə söhbət zamanı ona borc olaraq verdiyi 100 manat pulunu geri qaytarmasını bildirmişdir. O, pulunun olmadığını, pulu olan zaman verəcəyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Elvin ona “pulumu doğ” deməsindən əsəbiləşərək, birinci yumruqla Elvinin ağız nahiyəsindən vurmuşdur. Bu zaman Elvin qollarından tutaraq başı ilə burnundan zərbə vurmuşdur. Bu zaman onun burnundan qan açılmışdır. Elvinin onun qollarından tutub buraxmadığını görüb, yumruqla bir dəfə yenidən sifətindən vurmuşdur. Elvin isə onun qış gödəçəsinin papağından tutub yumruqla sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. O, həmin vaxt sifət nahiyəsinə zərbələr dəyməsin deyə qolunu üzünə tutmuş, digər əli ilədə Elvinə müqavimət göstərmişdir. Elvinin onu vurduğu zərbələrdən o, yerə yıxılmış, həmin vaxt Elvin ayaq zərbələri ilə onu sinəsindən vurmuşdur. Bundan sonra tanımadığı yoldan keçən qırmızı rəngli “Kia rio” markalı avtomobilin sürücüsü avtomobilini saxlayaraq gəlib Elvini ondan ayırıb aparmaq istəmişdir. Həmin vaxt Elvin ondan uzaqlaşıb avtomobilə əyləşib getmək istədiyini görüb, əsəbindən Elvinə “getmə kişi ol” ifadəsini işlətmişdir. Bu zaman Elvin geriyə qayıtmışdır. O, Elvinin üzərinə gəldiyini görüb cibində olan cib bıçağını çıxararaq Elvinin sinəsindən bir dəfə vurmuşdur. Bu zaman Elvin yerə yıxılmışdır, o, Elvinin yıxıldığını görüb yenidən Elvinin üzərinə doğru gedərək ayağından bir dəfə də bıçaq ilə vurmuşdur. Həmin vaxt onları ayıran şəxs qabağına gələrək qolundan tutub onu sakitləşdirməyə və bıçağı əlindən almağa çalışmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə 5-10 dəqiqə davam etmiş, münaqişə zamanı əvvəllər tanımadığı adı ona sonradan məlum olan Ağalar adlı şəxs onlara yaxınlaşıb onları ayırmışdır. Münaqişə zamanı kənardan avtomobillər keçib getmiş, lakin mübahisə zamanı ətraflarına digər şəxslər toplaşmamışdır. Təqsirləndirilən şəxslə barışımış və ona dəymiş zərər tam olaraq ödənmiş, heç bir şikayət və tələbi qalmamışdır. Təqsirləndirilən şəxsin əməlinin cinayət məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğu ibtidai istintaqda verdiyi ifadəsini təstiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğlu olmasını, həmin gün ona xəstəxanadan zəng gələrək oğlunun bıçaqlanması bildirilmişdir. O, xəstəxanaya gedəndə polis əməkdaşları xəstəxanada olmuşlar. Sonradan öyrənmişdir ki, oğlunu Nizami vurub. O, Nizaminin yaşadığı evə gedib Nizaminin anasına bildirdikdə anası xəbərinin olmamasını bildirmişdir. Daha sonra o Nizaminin atası Sərvana demiş, Sərvanda ona heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təstiq edərək bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. Ancaq Elvinin qonşuları Yalçının qardaşı oğlu olmasını bilmişdir. Hadisə baş verən gün işdə olmuşdur. Evə qayıtdıqdan sonra Elvinin atası onlara gələrək oğlunu soruşmuşdur. O oğlunun evdə olmamasını dedikdə yoldaşı Sərvanı soruşmuşdur. O Sərvanın taksi fəaliyyəti ilə məşğul olmasını demişdir. O çıxıb getmiş bir qədər sonra təkrar gələrək Nizaminin onun oğlu Elvini bıçaqlamasını bildirmişdir. O bu barədə qardaşına zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib Nizamini axtarmışlar. Həmin vaxt Nizaminin telefonuna zəng çatmamışdır. Həmin günün axşamı Nizami özü zəng etmiş və o, Nizamiyə evə gəlməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə Göygöl şəhəri təzə məhlələr deyilən ərazidə “Muzeyin” aşağı küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında iki nəfər şəxsin dalaşdığını görmüşdür. Onların yanına yaxınlaşan zaman həmin şəxslərdən birinin rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, onları ayırdıqdan sonra, Elvinin bıçaqla vurulub yıxılmasını görmüşdür. Elvinin bıçaqla necə vurulmasını görməmişdir. O onları dalaşarkən təsadüfən görmüşdür. O da Elvini tibbi yardım göstərilməsi üçün Göygöl rayon Xəstəxanasına aparmışdır. Həmin vaxt orada başqa adamlar olmamışdır. Hadisə təxminən 13 radələrində olmuşdur. Onlar Küçənin sonunda yolun kənarında dalaşmışlar, həmin yerin yanında ev yoxdur, yolun qarşı tərəfində var. Həmin vaxt dalaşan şəxslərin nalayiq ifadələr işlətməsini görməmişdir. O yoldan keçərkən iki şəxsin dalaşmasını və onların ayaq üstə bir-birlərini vurmasını görmüş və onlara yaxınlaşaraq onları ayırmışıdır. O Elvini tutub maşın tərəfə gətirmiş və onu maşına tərəf itələmişdir, həmin vaxt Nizami gəlib Elvini vurmuş, o ilk olaraq Nizaminin əlində bıçaq görməmiş daha sonra Nizami aralaşdıqdan sonra əlində bıçaq görmüşdür. Elvin özü maşına minmişdir. Həmin vaxt Nizaminin nə etdiyinə fikir verməmişdir. Nizaminin hara getdiyinə və necə getdiyinə fikir verməmişdir. Həmin vaxt orada kənar adamlar olmamış, hadisə 3-5 dəqiqə davam etmişdir. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardadan görünür ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılıb hüquqi qiymət verilməsi üçün Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. “Cinayət işi başlanması və ibtidai istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində HK-1/147 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəs ilə ********* nömrəli cinayət işi başlanılması və cinayət işi üzrə ibtidai istintaq aparılması Göygöl Rayon Polis X4 baş müstəntiqi, polis kapitanı Röyal Məmmədova həvalə edilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı aparılması qərara alınmışdır. “CD diskə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldab görünür ki, Göygöl RPŞ-nin Təhqiqat Bölməsiin təhqiqatçısı polis baş leytenatı X3, icraatında olan xx.xx.2024-cü il tarixli HK-1/147 nömrəli materialın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələblərini rəhbər tutub, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişənin necə baş verməsini müəyyən etmək məqsədilə Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış kameradan əldə olunan videogörüntünün köçürüldüyü CD diskə baxış keçirtmiş, CD diskə baxış keçirilən zaman Göygöl şəhəri M.Ə.Sabir küçəsində avtomobil yolu görünür. Baxış zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs söhbət etmələri, sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl zərbəsi ilə vurması, yaxalaşmaları, daha sonra Təqsirləndirilən şəxs əl zərbələri vurması nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılması, həmin vaxt yoldan ötən kio rio markalı avtomobilin sürücüsü Şahid3 idarə etdiyi avtomobili saxlayaraq onlara yaxınlaşıb ayırması və bu zaman VAZ-2107 markalı avtomobilin gələrək dayanması və daha sonra hərəkətini davam etdirməsi müəyyən olunur. Baxış zamanı Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs döş qəfəsindən və sol ayağından bıçaqla vurması, Şahid3 Zərərçəkmiş şəxs sakitləşdirməyə və bıçağı əlindən almağa çalışması müşahidə olunmur. Cinayət işi materiallarında olan Məhkəmə tibbi ekspertizasının 22 yanvar 2024-cü il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün qapalı, yerdəyişməmiş sınığı, burun nahiyyəsinin və hər iki gözün alt qapaqlarının qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarında olan Məhkəmə tibbi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 67 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – Döş qəfəsinin ön səthinin və sol bud nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları- deşici kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs оğlu ilə Təqsirləndirilən şəxs arasında baş vermiş hadisə zamanı küçədən keçən və hadisəni görə biləcək şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət iş üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməmiş, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi” barədə Müdafiəçi tərəfindən verilmiş vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun əməlininin Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Təqsirləndirlən şəxsin əməlinin tövsiv edilməsi haqqında “Vəsatətin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vermiş olduğu vəsatət əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Göygöl Mənzil-X1 Birliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayır və Şahid1 atası, X9 anası, X7 qardaşı, X6 isə qızıdır. Göygöl Mənzil-X1 Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şahid1 barəsində Göygöl Mənzil-X1 Birliyinə heç şikayət və narazılıqlar daxil olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 08 aprel 2024-cü il tarixli, 3042 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Şahid1 həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş 2580 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Şahid1 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şahid1 məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında tanışı Zərərçəkmiş şəxs ilə görüşərək ona borclu olduğu pulla bağlı aralarında Təqsirləndirilən şəxs təşəbüsü ilə başlayan mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq küçədən keçən Şahid3 və digər şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələrlər işlətməklə söyüb, təhqir etməklə yanaşı “pulumu doğ” sözlərini deyərək əli və başı ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq burun sümüyünün qapalı, yerdəyişməmiş sınığı, burun nahiyyəsinin və hər iki gözün alt qapaqlarının qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid3 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında tanışı Zərərçəkmiş şəxs ilə görüşərək ona borc verdiyi pulu geri tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs borc verdiyi pulunu isdəmiş, Zərərçəkmiş şəxs pulu vermədiyindən o, Nizamiyə “pulu doğ” ifadəsi işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs onu sifət nahiyyəsindən vurmuş, o isə başı ilə Nizmai Əmiraslanovun sifət nahiyyəsindən vuraraq burun sümüyünün qapalı, yerdəyişməmiş sınığı, burun nahiyyəsinin və hər iki gözün alt qapaqlarının qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və onlar əlbə-yəxa dalaşmışlar. Həmin vaxt oradan təsadüfən keçən əvvəllər tanıdığı Ağalar adlı taksi sürücüsü onları görüb aralamış, Təqsirləndirilən şəxs taksiyə minib getmək istəyərkən Zərərçəkmiş şəxs onun şəxsinə toxunacaq “getmə kişi ol” ifadəsi işlətdiyindən Nizamiyə tərəf gəlmiş, bu zaman Zərərçəkmiş şəxs cibindən bıçaq çıxardaraq Təqsirləndirilən şəxs sinəsindən vurmuş, Təqsirləndirilən şəxs yerə yıxılmış və yerə yıxıldıqdan sonra Nizami onun qılçasından bıçaqla vurmuş, sonra Şahid3 onları ayırmış və Təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Həmçinin hadisənin bilavasitə şahidi olmuş Şahid3 baş vermiş mübahisə və dava zamanı nalayiq sözlər eşitmədiyini və ətrafa kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ictimai yer olan Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında yaşayan şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı coxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq küçədən keçən Şahid3 və digər şəxslərin yanında vurması kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında, yaşayış evlərindən kənarda heç bir kənar şəxsin olmadığı yerdə şəxsi münasibətlər zəminində, yəni mübahisənin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə borc verdiyi pulun geri tələb edilməsinə görə yaranması və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi əli ilə vurmasına görə davanın başlaması, həmin yerdən təsadüfən keçən taksi sürücüsü Şahid3 gəlib baş vermiş mübahisəni görməsi, həmin şəxsdən başqa hadisə yerində və yaxud ətrafda başqa şəxslərin olmaması müəyyən edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək Təqsirləndirilən şəxs Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Heydər Əliyev” adına muzeyin ətrafında yaşayan şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı coxsaylı şəxslərin toplaşmasına məhəl qoymamasında ifadə edilən hərəkətlər etməsi qeyd edilsə də, bu hərəkətlərin nədə ifadə olunması göstərilməmiş və belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması səbəbsiz baş verməmişdir. Belə ki, tədqiq edilmiş sübutlar birmənalı olaraq təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə borc verdiyi pulunu geri tələb etməsi, zərərçəkmiş şəxsin təşəbbüsü ilə ilk olaraq təqsirləndirilən şəxsi yumruqla vurması ilə davanın başlanmasını, sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə bu hadisəni törətməsini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən- Zərərçəkmiş şəxs ona olan borcunu ödəməməsi və onun sifət nahiyyəsindən vurmasından sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs ona olan borcunu ödəməməsi və onu sifət nahiyyəsindən vurmasından formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi başı və əli ilə vuraraq onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri ləğv edilməli, iş üzrə maddi sübut video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-55/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-55/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver