Məhkəmə qərarları › İş №1(066)-55/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-55/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-55/2025 25.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 7(066)- 11/2023 saylı qərarı ilə Göygöl Rayon Məhkəməsinin 1(066)-35/2020 saylı 01 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2610 manat cərimə cəzası aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzası əvəz edilmiş, üzərində çəkilməmiş 01 il islah işləri cəzası olan, məhkumluğu ödənilməmiş və cəzadan azad edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, xeyli miqdarda təmiz çəkisi 10,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 22 fevral 2025-ci il tarixdə saat 16:00 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl rayonu “çay bağı” adlanan ərazidə müəyyən edilərək onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə 10,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, “çay bağı” adlanan yerdən gələrkən daşın dibində narkotik vasitəni görüb cibinə qoymuş, bundan sonra polis əməkdaşları onu saxlamışlar. Əlavə olaraq bildirdi ki, götürüb cibinə qoyduğu narkotik vasitə “nəşə” olmuşdur. O, qabaq marixuanadan istifadə etmiş və narkotik vasitə olan marixuananı tanıyır. Hadisənin nə vaxt olmasını yadında deyil. Hadisə qış aylarında olmuş və hava soyuq olmuşdur. Narkotik vasitə selefon bükümdə ağ sellofanda olmuşdur. “Çay bağı” adlanan yerdə yabani halda da narkotik bitir. Lakin o, narkotik vasitəni yığmamış, həmin bükümü yerdən tapmış və büküm sellefon paketdə olmuşdur. Polis əməkdaşları ona yaxınlaşmış, bundan sonra o özü narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Ona hər hansı fiziki təsir və təyziq göstərilməmişdir. Əvvəllər narkotik vasitə almamışdır. Polis əməkdaşları onu narkotik vasitəni tapdığı gün saxlamışlar və o, polis əməkdaşlarına narkotik vasitəni bu gün çayın kənarından tapmasını bildirmiş, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Hadisənin tarixi yadında deyil, hadisə xx.xx.2025-ci il tarixdə ola bilərdi. Polisin onu saxlaması 14-15 radələri olmuşdur. İstintaqda xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində söyləmiş və bunu hər hansı təsir və təyziq altında söyləməmişdir. Narkotiki saat 15 radələrində tapmış və bundan sonra qalxarkən onu yolun kənarında saxlamışlar. Narkotik vasitəni çaydan ağ sellefon paketdə tapmışdır. Sellefon paketin üzündən içərisində nə olması görsənmiş və o, paketə baxmadan cibinə qoymuşdur. Çayın kənarında gəzinti üçün olmuşdur. Həmin gün saat 16 radələrində polis əməkdaşları onu mülki geyimdə saxlamış, ondan üzərində qeyri-qanuni nə olmasını soruçduqda o üzərində narkotik vasitə olmasını bildirmiş və onu çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt narkotik vasitəni polis əməkdaşları elektron tərəzidə çəkmiş və onun çəkisi təxminən 9 qramdan artıq olmuşdur. Maraqlı gəldiyi üçün narkotik vasitəni yerdən götürmüşdür. O çoxdan narkotik vasitə istifadə etmişdir. İstintaqdan və verilmiş ittihamdan heç bir narazılığı yoxdur. İstintaqda ifadə verərkən ona hər hansı təyziq və təsir göstərilməmişdir. Şahid X8 məhkəmə iclasında düzgün danışdı. Məhkədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçəliyi və qohumluq əlaqələri yoxdur. Vaxtını dəqiq xatırlamadığı gün CAB-ın AÜ əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, bundan sonra onunla birlikdə Göygöl rayonu “Çay bağı” adlanan yerdə adını bilmədiyi vətandaşın üzərinə baxış keçirilmiş və həmin vaxt onun üzərindən narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin narkotik vasitəni videoçəkilişlə götümüşlər, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün “çay bağından” tapmasını və narkotik vasitənin özünün olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Göygöl rayonu “Çay bağı” adlanan yerdə tutmuşlar. Lakin onu nə vaxt tutmaları yadında deyil. Təqsirləndirilən şəxs saxlanılarkən özü narkotik vasitənin onun olmasını və “çay bağı”dan tapmasını öz istifadəsi üçün saxlamasını bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Əməliyyat qurupunda o və Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs üzərindən şakar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçəliyi və qohumluq əlaqələri yoxdur. Rayon polis şöbəsində xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz gəzdirməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edərək əməliyyat qurupu təşkil etdikdən sonra həmin əraziyə yaxınlaşmışlar və Təqsirləndirilən şəxs həmin yerdə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları zman onun üzərinə baxış keçirilərkən onun üzərindən ağ sellefon paketdə bükümdə olmaqla 10 qramdan yuxarı narkotik vasitəyə bənzər marixuana aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitənin öznə məxsus olmasını, narkotik vasitədən heç kimə satmamasını və pay verməməsini, narkotik vasitədən özünün istifadə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmiş və polis şöbəsinə gətirilərək sənədləşmə aparılmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən qış ayları olmuş təxminən fevral ayının 20-sindən sonra olmuşdur. Təqsirləndirilən şəxs rayon ərazisində “çay bağı” adlanan yerdə saxlanmışdır. Həmin vaxt onun üzərindən marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin kütlə tərəzidə çəkilərkən təxminən 10 qramdan artıq olmuş və Təqsirləndirilən şəxs özü narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapmasını, hardansa almadığını bildirmişdir. Təqsirləndirilən şəxs anrkotik vasitəni satması barədə onlarda hər hansı məlumat olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini hər hansı təyziq altında verməmiş və ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərinə videoçəkilişlə baxış keçirilmiş və onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ağ sellefon paketdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli Göygöl RPŞnin İB-nin müstəntiqi, polis kapitanı Röyal Sadıqov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/370 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Göygöl rayon “çay bağı” adlanan əraziyə gedən torpaq yoldur. Baxış zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd bükümü təqdim edərək həmin kütlənin “marixuana” olduğunu bildirmiş, həmin büküm elekton tərəzidə çəkilərək kütləsinin 10.40 qram olması müəyyən edilmiş və ilkin baxışdan narkotik vasitəyə bənzər kütlə götürülmüş, Təqsirləndirilən şəxs həmin kütləni Göygöl rayonunun “çay bağı” adlanan ərazisində tapdığını bildirmiş, bundan sonra aşkar olunmuş kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertizaya təqdim olunması üçün aşkar olunmuş kütlə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə suni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs məxsus üzərində olan “Ketel” markalı, smartfon olmayan mobil telefon da maddi sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə hərəkəti 22 fevral 2025-ci il tarixdə saat “16:01”-də başlanmış, 22 fevral 2025-ci il tarixdə saat “16:08”-də qurtarmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə saat 17:00 dəqqiqədə Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı İsmət Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya olmadığını, lakin narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni yerdən tapıb gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı video kameradan istifadə edilməklə video çəkiliş aparılmış, şəxsi axtarış saat 18:28-də başlanmış, saat 18:32-də şəxsi axtarış qurtarmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və protokol imzalarla təsdiq edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olub-olmamasını, hansı növə aid olmasını və təmiz çəkisini müəyyən etmək məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 23 fevral 2025-ci il tarixli 16/182 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə.” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,26 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuanadan 0,04 qram tədqiqata sərf edildi, qalıq 10,22 qram. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qalıq çəkisi 10,22 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınmış görüntü olan 2 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan 25077025 nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “HP” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış otaq şəraitində təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk - ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 02 ədəd “S3270001” adlı fayl və “S3270006” adlı fayl aşkar edilmiş, “S3270001” adlı fayla baxış keçirən zaman 00:41 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 2 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-in AÜ əməliyyat müvəkkili Şahid1 və KQMQ-nin əməliyyat müvəkkili X8 olması müəyyən edilmiş, AÜ əməliyyat müvəkkili Şahid1 özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlibgetməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmasını bildirmişdir. Daha sonra “S3270006” adlı fayla baxış keçirən zaman 06:27 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 3 nəfər mülki geyimdə olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-in AÜ əməliyyat müvəkkili Şahid1 və KQMQ-nin əməliyyat müvəkkili X8, şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində və üzərində saxlaması barədə məlumatın olması izah edilmiş, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan bir ədəd bükümü təqdim edərək həmin kütlənin “nəşə” olduğunu, həmin kütləni Göygöl rayonu çayın kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmiş, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacı olmasını və üzərinə baxış keçirilməsinə etirazının olmasını soruçulur, Təqsirləndirilən şəxs isə müdafiəçiyə ehtiyacı olmadığını, üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Sonra KQMQ-nin əməliyyat müvəkkili Elton Hümbətov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, üzərindən 1 ədəd Ketel markalı mobil telefon aşkar olunur, lakin başqa heç bir əşya aşkar olunmur. Daha sonra aşkar edilərək götürülmüş büküm elekton tərəzidə çəkilərək kütləsinin 11.40 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. Həmçinin Təqsirləndirilən şəxs məxsus Ketel markalı mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün zərfə qoyulub qablaşdırılaraq götürülür. Zərfin üzərində iştirakçılarla bərabər Təqsirləndirilən şəxs da imza etməsi müşahidə olunur. Bununla da, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan 25077025 nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı lentə alınmış video görüntünün əks olunduğu 01 ədəd DVD diskə Göygöl RPŞ-nin inzibati binasında “HP” markalı komputerdə, otaq şəraitində, təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış otaq şəraitində təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD disk - ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin “DVD ROM”una daxil etdikdə, 01 ədəd “S3270007” adlı fayl aşkar edilmiş, həmin fayla baxış keçirən zaman 03:29 dəqiqə davam edən video görüntü olması müşahidə edilmiş, videogörüntüdə 4 nəfər mülki geyimdə, bir nəfər xidməti geyim formasında olan şəxsin olması müəyyən edilmiş, həmin şəxslərin CAB-ın AÜ əməliyyat müvəkkili Şahid1 və KQMQ-nin əməliyyat müvəkkili X17, TB-nin təhqiqatçısı polis baş leytenantı İsmət Məmmədov və Müdafiəçi olması müəyyən edilmiş, təhqiqatçı İsmət Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində, üzərində və yaşadığı evdə saxlaması barədə məlumatın olması izah edilir, daha sonra Təqsirləndirilən şəxs hüquqları izah edilərək, üzərinə baxış keçiriləcəyi barədə xəbardarlıq edilir və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin üzərindən dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üzərindən polis məkdaşları tərəfindən aşkar edilmiş kütlənin “nəşə” olduğunu, həmin kütləni Göygöl ayonundan keçən çayın kənarından yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını, əvvəllər də narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış sarılarkən lentə alınmış 01 ədəd DVD diskin içəsində olan videogörüntülərə keçirilmiş baxış başa çatmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqdim edilmiş mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında müstəntiqlərin xidməti iş otağında baxış keçirmiş, baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, “KGTEL B110” markalı mobil telefon – üzərində hər hansı bir üzlük yoxdur, mobil telefon özü qara rəngdədir, arxa hissəsində hər hansı bir yazı əks olunmamışdır. Telefonun içərisində daxil olub baxdıqda mobil telefona daxil olan və çıxan zənglər vardır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmiş, bununla da, Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefona keçirilmiş baxış başa çatmışdır. 12 mart 2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş 77/1-3647/25 nömrəli məktubda tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o, Göygöl rayon “Çay bağı” adlanan ərazidən yerdən taparaq üzərində daşımışdır. Həmin narkotik vasitəni hansı şəraitdə və kim tərəfindən oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması hallan müəyyən edilməmişdir. Buna baxmayaraq tərəflərindən tədbirlər davam etdirilməsi, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəyi göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının 12 mart 2025-ci il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədə öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 10,26 qram qəbul edilməsi və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs məhkum olunduqdan sonra məhkumluğu ödənildikdən sonra yenidən qəsdən cinayət törətməsinə görə cinayətlərin residivi kimi qiymətləndirilməməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınaraq 02 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə kimyəvi-bioloji, məhkəmə narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə anadan olmuş və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 523 və 524 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri H.Əliyev prospekti 89 ünvanında yaşayış qeydiyyatındadır və hal-hazırda həmin mənzildə yaşayır. Ailə tərkibi arvadı 1993-cü il təvəllüdlü X6, oğlu 2011-ci il təvəllüdlü X11 və oğlu 2014-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Göygöl şəhəri H.Əliyev prospekti 89 ünvanında yaşayış qeydiyyatındadır və hal-hazırda həmin mənzildə yaşayır. Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1381 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından arayışından və xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.3-cü maddəsi ilə 03 il AME, 2610 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə ŞBPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi istintaq edilərək xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-55387/2025 saylı məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(066)-35/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Göygöl rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2640 manat cərimə cəzasının çəkilməmiş 02 il 03 günn azadlığın məhdudlaşdırılması 01 (bir) il 01 (bir) gün azadlıqdan məhrum etmə) və 2610 manat cərimə cəzalan qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2610 (iki min altı yüz on) manat miqdarında cərimə cəzası təyin olunması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması və mülki iddia üzrə 3090 (üç min doxsan) manatın Təqsirləndirilən şəxsdan tutularaq X5 verilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(066)-11/2023 saylı qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(066)-35/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2610 manat cərimə cəzası, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, İ-143672/2023 nömrəli məktubundan görünür ki, Göygöl Rayon Məhkəməsinin 7(066)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş, lakin cəza çəkilməmiş və F.Həsrət Mətləb oğlunun tutulmalar aparılmamış, hazırda Təqsirləndirilən şəxs 01 il çəkilməmiş islah işləri cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin “təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilməsi, qətimkаn tədbiri seçilməsi və iş üzrə icrааtın dаyаndırılmаsı” bаrədə xx.xx.2025-ci il tarixli, 1(066)-55/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilməsi, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan qətimkan tədbirinin «həbs» qətimkаn tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs оlduğu yer müəyyən edildikdə dərhаl tutulаrаq Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin 2 sаylı istintаq təcridxаnаsınа etap olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin saxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində müəyyən edilərək saxlanılmış Göygöl RPŞ-nə gətirilmiş müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-17/41/2- 2922/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs edilərək xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin hesabına müəssisəyə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından arayışından və xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.3-cü maddəsi ilə 03 il AME, 2610 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə ŞBPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi istintaq edilərək xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə bağlı cəzaya məhkum olunması, məhkumluğu ödənilmədən və cazısını çəkdiyi müddət ərzində yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər də cinayət törətməsi, onun kriminal meylli olması, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə ilə bağlı olan cəzalardan nəticə çıxararaq islah olunmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğunu, ondan götürülmüş narkotik vasitənin tərkibini və çəkisini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təkrar təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Həmçinin müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 7(066)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş, lakin cəza çəkilməmiş və F.Həsrət Mətləb oğlunun tutulmalar aparılmamış, hazırda Təqsirləndirilən şəxs 01 il çəkilməmiş islah işləri cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 7(066)-11/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1–ci və 68.1.3–cü maddələrinə əsasən islah işləri cəzasının 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Göygöl Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 7(066)-11/2023 saylı qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.3–cü maddələrinə əsasən islah işləri cəzasının 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla müəyyən olunan 03 (üç) ay müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı bu iş üzrə tutulduğu vaxtdan, yəni 14 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 12 mart 2025-ci il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 (doqquz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 70 (yetmiş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 7(066)- 11/2023 saylı qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.3–cü maddələrinə əsasən islah işləri cəzasının 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla müəyyən olunan 03 (üç) ay müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 70 (yetmiş) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar