Məhkəmə qərarları › İş №1(066)-56/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-56/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-56/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Daşkəsən rayonu Dəstəfur kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Zinzahal kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Üçtəpə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs qardaşı X1 uca səslə danışmasına öz iradını bildirmiş, bu səbbdən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı o, əl zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön-bayıq səthində, sol bazunun iç səthində saidin yuxarı 1/3-nə keçən fasiləli sıyrıqlarları ilə müşayiət edilən dərəcəsinə görə təyin edilməyən, burunun yumşaq toxumalarının əzilməsi, alt dodağın haşiyyəsində əzilmiş yarası xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qızı Könülü Göygöl MRX-dan dialezdən evə gətirmişdir. Həmin vaxt qonşusu Samirin küçədən səsküyünü eşidib, küçəyə çıxmış, Samirdən nə baş verdiyini soruşduqda, Samirin qardaşı Elmar ilə evə un apardıqlarını görmüşdür. Samir yaşadığı evə un gətirdiyini, evdəkiləri köməyə çağırdığını demişdir. Samir unu evə aprdıqdan sonra onun yanına qayıtmış və ondan Üçtəpə kənd sakini Ramilin nömrəsini istəmiş, Ramildən ot kipi alacağını demişdir. O da Ramilin nömrəsini Samirə vermişdir. Samir çıxıb getmişdir. Bundan təxminən bir saat sonra saat 19 radələrində əvvəlcə evinin pəncərəsinin döyüldüyünü görmüş, bu zaman pəncərəni açdıqda Elmarı görmüşdür. Elmar onu çölə çağırmışdır. O, çölə çıxmış, Elmar qardaşı Samirə səs salması ilə bağlı irad bildirməyinə əsəbləşdiyini demişdir. Elmar əlini çiyninə vuraraq ona ağıllı olmağını bildirmişdir. Elmara sən içkilisən, evə get, sabah söhbət edərik dedikdə Elmar yumruqla təxminən 3-4 dəfə sağ gözünün altından və alın nahiyəsindən vurmuşdur. Aldığı zərbədən müvazinətini itirib yıxılmışdır. Elmar aşağı əyilib, bir əli ilə yaxasından tutub, onu vurmaq istəyən zaman, özünü müdafiə etmək üçün Elmarı bir dəfə yumruqla vurmuşdur. Ancaq yumruğunun Elmarın hansı nahiyəsinə dəydiyini bilməmişdir. Bundan sonra səs-küyə arvadı Ulduz gəlmiş və Elmarı ondan çəkib uzaqlaşdırmışdır. Bundan sonra o, yerdən qalxmış, həmin vaxt Elmarın qardaşı Samir və oğlu Kamal gəlmişlər. Daha sonra o, ailəsi ilə bilrikdə evinə keçən zaman Elmar küçədən onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə qonşusu Elmar ilə aralarında olan münaqişə zamanı Elmar onu vurduqdan sonra özünü müdafiə etmək üçün Elmara yumruq atmış, ancaq yumruğunun Elmarın hansı nahiyəsinə dəyməsini bilməmişdir. Elmar ilə aralarında olan münaqışə zamanı oğlu Kamal orada olmamışdır. Oğlu Kamal münaqişə qurtardıqdan sonra gəlmişdir. xx.xx.2022-ci il tarixdə qonşusu Elmar ilə aralarında olan münaqişə təxminən 10 dəqiqə davam etmişdir və həmin münaqişə zamanı yanlarında heç kim olmamışdır. Münaqişə zamanı arvadı Ulduz gəlib Elmarı ondan kənarlaşdırmış, münaqişədən sonra səs-küyə oğlu Kamal və Elmarın qardaşı Samir gəlmişlər.Hazırda tutduğu əməldən peşimançılıq çəkir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qardaşı Samir yaşadıqları evə un alıb gətirmişdir. Samirin unu daşımağa kömək etmək üçün onu küçədən çağırdığını eşitmişdir. O küçəyə çıxanda qonşusu Kamilin qardaşı Samirdən yüksək səslə danışmamasını tələb etdiyini görmüşdür. Qardaşı Samir də Kamilə yüksək səslə danışmadığını, sadəcə olaraq onu çağırdığını demişdir. Təxminən bir saat sonra o, evdən çölə çıxanda Kamilin küçədə yaşadığı evin qarşısında olduğunu və siqaret çəkdiyini görmüşdür. Bu zaman Kamilə bayram günü olduğunu, belə mübahisə lazım olmadığını demişdir. Kamil onunla mübahisə etməyə başlamış və bir dəfə yumruqla ağzından vurmuşdur. Daha sonra o, özünü itirmiş, həmin vaxt Kamil yumruqla bir dəfə başından və bir dəfə də yumruqla sinəsindən vurmuşdur. O da bir dəfə yumruqla Kamilin sifətinə vurmuşdur, lakin harasına dəyməsini bilməmişdir. Kamil yenidən yumruqla onun burun nahiyəsinə vurduqda o, yerə yıxılmışdır. Bu zaman Kamilin oğlu Kamalda evin qarşısına çıxıb onların yanına gəlmişdir. O, əvvəlcə düşünmüşdür ki, Kamal onları ayıracaq, lakin Kamal onların yanına çatdıqda, təpiklə sol tərəf qabırğa nahiyəsindən vurmuşdur. Yerə yıxılan zaman sol qolundan xəsarət almışdır. Həmin vaxt qardaşı Samir gəlib onları ayırmışdır. Samir onun qolundan tutub yerdən qaldırmış, onları sakitləşdirmiş və Kamilə eyib deyilmi, qonşusuz, niyə dalaşırsınız demişdir. Bundan başqa bildirmişdir ki, onların arasında olan münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Münaqişə zamanı qardaşı Samir gəlmiş, onları ayırmışdır. O, yerdə olan zaman Kamilin arvadı Ulduzu yaşadığı evin darvazasının qarşısında görmüşdür.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Göygöl rayonu, Üçtəpə kəndində onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 19 radələrində o, yaşadığı evdə yataq otağında uzanmışdır. Küçədən anasının qışqırıq səsini eşidib, küçəyə çıxmış, həmin vaxt anası Ulduz və atası Kamil evin qarşısında, qonşuluqda yaşayan Elmar və Samir isə öz yaşadıqların evin qarşısında olduqlarını görmüş, Elmar atasının ünvanına nalayiq ifadələr işlərmiş, atası isə Elmara cavab olaraq “söyücün özünə getsin” demişdir. Həmin vaxt atasının sağ gözündən xəsarət almasını görmüşdür. Atası onlara evə keçmələrini demiş və onlar evə daxil olmuşlar. O, anasının qışqırıq səsinə küçəyə çıxmışdır. Lakin həmin vaxt Elmarın atasının ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini, atasının sağ gözündən xəsarət aldığını görmüşdür. Sonradan atası Elmarın onu vuraraq xəsarət yetirdiyini demişdir.O,küçəyə çıxan zaman artıq münaqişə bitmişdir. O, heç kimi vurmamış. Atasının Elmarı vurubvurmamasını görməmişdir. Məhkəmədə şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. U.Quliyeva ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində əri Kamil qızı Könülü Göygöl RMX-dən dialezdən evə gətirmiş, bundan təxminən 1 saat sonra evin pəncərəsinin döyüldüyünü eşitmişdir. Kamil pəncərədən Elmarla danışıb, evin qarşısına çıxmışdır. Bir qədər gözlədikdən sonra Kamilin gəlmədiyini görüb, arxası ilə çölə çıxmışdır. Çölə çıxan zaman Kamilin arxası üstə yerdə olduğunu, Elmarında onun yaxasından tutduğunu görmüşdür. O, tez Elmarı Kamildən kənarlaşdırmışdır ki, bir-biriləri ilə dalaşmasınlar. Həmin vaxt Elmarın qardaşı Samir və öz oğlu Kamalda səs-küyə onların yanına gəlmişlər. Həmin vaxt artıq münaqişə qurtarmışdı. Elmar əri Kamilin ünvanına nalayiq ifadələr işlədərk təhqir edirmiş. Kamil isə Elmara cavab olaraq “söyüncün özünə getsin” deyirmiş. O, Kamilin sağ gözündən xəsarət aldığını görmüşdür. Münaqişədən sonra o, Kamildən nə səbəbə münaqişə etdiklərini soruşduqda Kamil demişdir ki, Elmarın qardaşı Samirə səsküy salmamasını dediyinə görə münaqişə baş veribdir. Daha sonra onlar evlərinə keçiblər. Bunan başqa bildirmişdir ki, o, Kamilgilin yanına gələn zaman Kamillə Elmarın bir-birilərini vurmalarını görməmişdir. O, Elmarı Kamildən çəkib kənarlaşdırmışdır. Münaqişədən sonra Elmarın Kamili vuraraq xəsarət yetirdiyini bilmişdir. Kamil ona demişdir ki, münaqişə zamanı Kamil özüdə Elmarı vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 108 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burunun yumşaq toxumalarının əzilməsi, alt dodağın haşiyyəsində əzilmiş yara, döş qəfəsinin sol yarısının ön-bayıq səthində, sol bazunun iç səthində saidin yuxarı 1/3-nə keçən fasiləli sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlmələri istisna olunmur, burunun yumşaq toxumalarının əzilməsi, alt dodağın haşiyyəsində əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin yerləşmə nahiyyəsinə və xarakterinə görə özü tərəfindən yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə Gəncə şəhər baş polis idarəsində cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. -Göygöl rayon İHB-nın Üçtəpə kəndi İƏD-si üzrə nümayəndəsinin arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yaşayır və yaşayış yeri üzrə müstət xarakteriza olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli (reyestrdə 8İ-1228 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş) notarial qaydada təsdiq olunmuş ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə Gəncə şəhər baş polis idarəsində cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığı halda cinayət təqibinə xitam verilməsinə yol verilmir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası , Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. İşdə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 02 (iki) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov Azərbaycan Respublikası Göygöl rayon məhkəməsi Göygöl şəh.S.Vurğun küç.45A Tel: 0 (2220) 5-23-84 xx.xx.2023 1(066)-56/2023 _________№___________ Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas cənab Dövlət ittihamçısı Surəti: Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndi Müldafiəçi Müdafiəçi Göygöl şəhəri H.Əliyev prospekti 23 Zərərçəkmiş şəxs Göygöl rayonu Üçtəpə kəndi Göygöl rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli 1(066)-56/2023 saylı hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti. Hakim: Qələmdar Abbasov Azərbaycan Respublikası Göygöl rayon məhkəməsi AZ 2500, Göygöl şəh.S.Vurğun küç.45A Tel: 0 (2220) 5-23-84 xx.xx.2023. 1(066)-56/23 __________ №__________ Hökmün (məhkəmənin yekun qərarının) icrası barədə GÖSTƏRİŞ Göygöl rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən cənab Orxan Əliyevə Azərbaycan Respublikası Göygöl rayon məhkəməsinin Təqsirləndirilən şəxs haqqında 1(066)-56/23 saylı 13 aprel 2023-cü il tarixli hökmü icra edilməsi üçün Sizə göndərilir. Xahiş edirəm, Azərbaycan Respublikası CPM-nin 508-ci maddəsinə əsasən hökmün icrasını təmin edib, nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma: Hökmün surəti. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar