Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-56/2025 15.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsində cinayət işi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)-13/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda, fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə, daha sonra yarımtiki halda olan evin içərisinə daxil olaraq oradan Göygöl rayonu Üçtəpə kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən 01 ədəd, dəyəri 30 manat olan direl, 01 ədəd, dəyəri 120 manat olan preparator, 01 ədəd, dəyəri 90 manat olan qaynaq aparatı, 01 ədəd, dəyəri 50 manat olan boru yapışdırıcı ütü və 02 top 4-lük ölçüdə, dəyəri 100 manat olan elektrik kabellərini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində, Göygöl rayonu Üçtəpə kəndində yerləşən vətəndaş Şahid4 məxsus ətrafı metal torla hasarlanmış, ön hissədə dəmir darvazası olan fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq həyətin metal tordan ibarət olan hasarının açıq hissəsindən keçməklə saxlanc yeri hesab olunan evin həyətinə daxil olmaqla evin yanında olan yardımçı tikilidə saxlanılmış Zərərçəkmiş şəxs1 qızna məxsus “VAZ 2107” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna daxil olaraq oradan dəyəri 800 manat olan 01 ədəd “Delfin” markalı maqnitafonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gəlib, ətrafı müşahidə edərək ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə daxil olmaqla həyətdə saxlanılmış “VAZ 2106” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna daxil olaraq oradan dəyəri 800 manat olan 01 ədəd “Pioneer” markalı maqnitafonu qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 münasibətdə özünü təqsirli bilmir, lakin digər iki epizod üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs3 heç bir şey oğurlamamış, ibtidai istintaq zamanı onu döymüşlər, iki qabırğasını qırmışlar və məcbur olub oğurluq hadisəsini boynuna almışdır. Müstəntiqə onu çəkliş yerinə aparmasını tələb etsə də aparmamışlar. O, Zərərçəkmiş şəxs3 tanımır və ondan heç bir şey oğurlamamışdır. Əlavə olaraq bildirdi ki, onu döyən əməliyyətçıların adlarını bilmir. Onlar onu döyərkən iki qabırğasını qırmışlar. Onun onlardan şikayət etmək imkanı olmamış, onu bir başa 2 saylı Təcridxanaya aparmışlar. O barəsində olan digər cinayət işi üzrə tutulmuş və barəsində olan hazırkı cinayət işi sonradan başlanmışdır. Zərərçəkmiş şəxs2 avtomobilindən oğurluğu Göygöl rayonu, Üçtəpə kəndində təxminən 2024-cü ilin dekabr ayında törətmişdir. Zərərçəkmiş şəxs1 VAZ 2107 markalı avtomobilindən «DELFİN» markalı maqnitafon oğurlamış, həmin oğurladığı maqnitafonu 60 manata satmışdır. Həmin oğurluq hadisəsi zamanı tək olmuş və avtomobilin qapısı açıq olmuşdur. Zərərçəkmiş şəxs2 VAZ 2106 markalı avtomobilindən “Pioneer” markalı maqnitafon oğurlamış, həmin oğurladığı maqnitafonu vermiş, lakin tutulduğu üçün pulunu götürə bilməmişdir. Həmin maqnitafona görə ona 80 manat verilməli olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobillərindən etdiyi oğurluq hadisələri arasında təxminən 4-5 gün keçmişdir. Zərərçəkmiş şəxs3 heç bir şey oğurlamamışdır. 26 sentyabr 2024-cü il tarixdə harada olduğunu xatırlamır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurduğu ziyanı ödəmişdir. Onu 25 dekabr 2024-cü il tarixdə barəsində olan digər cinayət işinə görə tutmuşlar. Polis əməkdaşlarının onu döyməsinə görə heç bir yerə şikayət etməmişdir. İbtidai istintaq zamanı vəkilinə döyülməsi ilə bağlı məlumat verməmişdir. Türmə onu təhvil alan zaman xəsarətləri olmuşdur. Belə ki iki qabırğası qırılmışdır. Türmədə onu həkimin yanına aparmışlar və həkimə döyülməsini və iki qabırğasını qırmalarını bildirmiş, lakin heçnə olmamışdır. Müstəntiq onu çəklişə gətirmiş, lakin heç bir sənəd imzalamamış, müstəntiq onun əvəzinə qol çəkmişdir. Zərərçəkmiş şəxs3 evinə girməmiş və heç bir şey oğurlamamışdır. Zərərçəkmiş şəxs1 qapıda olan VAZ 2107 markalı avtomobilindən «DELFİN» markalı maqnitafon oğurlamış və oğurluğun səhəri günü Yeni Gəncədə tanımadığı adama həmin maqnitafonu 60 manata satmışdır. Qeyd olunan oğurluq hadisəsini Göygöl rayonu, Üçtəpə kəndində axşam radələrində törətmiş və həmin vaxt tək olmuşdur. Zərərçəkmiş şəxs2 VAZ 2106 markalı avtomobilindən “Pioneer” markalı maqnitofon oğurlamış, lakin satıb pulunu ala bilməmişdir. Hazırda həmin maqnitafon sahibinə qaytarılmışdır. Məhkəmədən ona cəza təyin edilməməsini və ya həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O, hadisə baş verən evdə deyil, başqa evdə yaşayır. Onun oğurluqdan heç bir xəbəri yoxdur. Sadəcə oğurluq olunan əşyanın məxsus olduğu avtomobil onun adına olduğu üçün bu iş üzrə zərərçəkmiş şəxs kimi onu göstərmişlər. Əlavə olaraq bildirdi ki, onun adına olan avtomobildən maqnitafon oğurlanmışdır. Hazırda onlara dəymiş ziyan ödənilmiş, onun heç bir şikayət və tələbi yoxdur. Qaynanasının dediyinə görə oğurluq qış aylarında olmuşdur. Oğurlanmış maqnitafon təxminən 3 ay əvvəl onlara qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə 2024-cü ilin dekabr ayında baş vermişdir. O, avtomobilini tövlənin yanında saxlayır və töyləyə gedən zaman həmişə avtomobilini açıb içinə baxır. Onun Nadirin oğurluq törədəcəyi barədə məlumatı olmuşdur. Nadir Oğurluq etməzdən əvvəl həmin yerdən keçmiş, bu səbəbə görə tövləyə gedən və gələndə də avtomobili açıb baxmışdır. Tövləyə girib çıxandan sonra avtomobilə baxış keçirmiş, maqnitafonun avtomobildə olmamasını görmüş və dərhal Nadirin maqnitafonu oğurlamasını başa düşmüşdür. Əlavə olaraq bildirdi ki, O, təxminən 1 saat – 1 saat 30 dəqiqə tövlədə olmuşdur. Ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurluq etməsi barədə məlumat çatmış və ona “eytiyatlı ol sənin də maqnitofonu oğurlayacaq” demişlər. O, tövləyə girməsə idi, Təqsirləndirilən şəxs onun avtomobilindən oğurluq edə bilməzdi. Ondan oğurlanan maqnitafon qaytarılmış və hazırda heç bir şikayət və tələbi yoxdur. O, avtomobili alarkən maqnitafon üzərində avtomobilin üzərində olmuşdur. Avtomobilində olan maqnitafon, dinamiklər və usilitelin qiyməti birlikdə 800 manat olmuşdur. Maqnitafonun ayrıca qiymətinin neçə manat olmasını bilmir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. VAZ 2107 markalı avtomobilin sahibini tanıyır, həmin avtomobilin sahibinin evi onların evinə yaxındır. Həmin avtomobilin sahibi ona zəng vuraraq onun avtomobilindən maqnitafon oğurlanmasını və onun avtomobilindən də maqnitafonun oğurlanacağını bildirmişdir. Onun avtomobilindən maqnitafondan başqa heçnə oğurlanmamışdır. Onun avtomobilindən maqnitafon oğurlandıqdan sonra Nadirgilin evinə getmiş və ona Nadiri tutmalarını bildirmişlər. Onun maqnitafonunu 2025-ci ilin mart ayında müstəntiq qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizdən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyib, barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də bununla bağlı heç bir şikayət və tələbi olmayacaq. Əlavə olaraq bildirmişdir ki, növbəti məhkəmə proseslərində səhəti ilə bağlı iştirak edə bilməyəcək, odur ki, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşayır, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində hərbi xidmət edir. Həmçinin ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən təmir edilməkdə olan fərdi yaşayış evi də vardır. Lakin həmin evdə yaşayış yoxdur. Bəzən həmin evə gedərək baş çəkir və təmirin gedişatına nəzarət edir. Həmin evdə tanışı Alim Əsgərov usta kimi çalışmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Alim ona zəng edərək evdə direlin yerində olmadığını və onlardan kiminsə evə gəlib gəlmədiyini öyrənməsini xahiş etmiş, həmin vaxtı o, Salyan rayonunda toplanışda olmuş, buna görə evlə əlaqə saxlayıb gedib-getmədiklərini soruşmuş, bu haqqda evdən mənfi cavab aldıqdan sonra Alimlə əlaqə saxlayaraq onlardan heç kimin evə gəlmədiyini bildirmişdir. Həmin vaxtı Alim ona evdə 01 ədəd direl, 01 ədəd preparator, 01 ədəd qaynaq aparatı, 01 ədəd boru yapışdırıcı ütü və 02 top elektrik kabellərinin yerində olmadığını bildirmiş, bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Araşdırma zamanı ona evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Onun şikayət və tələbinin evindən oğurluq etmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi və ona dəymiş maddi ziyanın qaytarılmasından ibarətdir. O, Təqsirləndirilən şəxs ilk dəfə hazırkı məhkəmə prosesində görür. Onun evindən oğurlanmış hər bir əşya ustaya məxsus olmuşdur. Əlavə olaraq bildirdi ki, ona dəymiş ziyan ödənilməmişdir. Onun evindən oğurluq təxminən 2024-cü ilin sentyabr ayının 25-26-sı olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, hal-hazırda ona dəymiş zərər ödənilməmiş, ona zərər vuran şəxsin tapılmasını və dəyən ziyanının ödənilməsini xahiş edir. Həmçinin işi ilə bağlı növbəti iclaslarında iştirak edə bilməyəcək, odur ki məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 dekabr 2024-ci il tarixdə təxminən saat 22 radələrində evdən çıxaraq suları bağlamaq üçün evin həyətinə getmişdir. Suları bağlamış və evə qayıtmışdır. Evə qayıtdıqdan sonra həyətdə şappıltı səsi eşitmiş, balkona çıxdıqda avtomobilin içərisində işıq görmüş, bundan sonra bu barədə yoldaşına məlumat verib əlinə ağac götürərək həyətə çıxmış və avtomobilə tərəf getmiş, avtomobilə çatmasına 2 metr qalmış avtomobilin qapıları açılmış və içərisindən bir nəfər şəxs çıxıb qaçmışdır. Lakin qaranlıq olduğu üçün həmin şəxsin üzünü görə bilməmişdir. Bundan sonra o dərhal polisə müraciət etmiş və polis əməkdaşları gələrək öz işlərini görmüşlər. Əlavə olaraq bildirdi ki, avtomobilin içərisində siqaret kötüyü olmuşdur. Qaranlıq olduğu üçün oğurluq edən şəxsin üzünü görə bilməmişdir. Onlardan yalnız maqnitafon oğurlanmışdır. Oğurlanan maqnitafon onlara qaytarılmışdır. Avtomobil evin həyətində olmuşdur. Onların evləri dörd tərəfdən hasarlanmışdır. O, evdən çıxaraq suları bağlamaq üçün evin həyətinə getmiş, suları bağlamış və evə qayıtmış, evə qayıtdıqdan 2-3 dəqiqə sonra həyətdə şappıltı səsi eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs oğurlanmış maqnitafonu satmaması, qoyub pulunu götürməsi barədə ona xəbər vermişlər, bundan sonra o, gedib maqnitafonun pulunu vermiş və maqnitafonu aparıb Polis Şöbəsinə təhvil vermişdir. Əlavə olaraq bildirdi ki, həmin maqnitafona görə 15 manat vermiş və bundan sonra maqnitafonu götürərək aparıb polis şöbəsinə təhvil vermişdir. O, maqnitafonun arxasınca getmiş, həmin yerin sahibi onun maqnitafona ehtiyacı olmadığı üçün pulu qaytarıb maqnitafonu götürə biləcəyini demiş, bundan sonra o pulu verib maqnitofonu götürmüşdür. Tanışı Elnur ona zəng vuraraq Nadirin ona maqnitafon gətirib verdiyini bildirmişdir. Həmin maqnitafonun markasını xatırlamır. Elnur ona Nadirin ondan borc pul istəməsini və maqnitafonu onun yanında saxlamasını bildirmişdir. Elnur onun yaxını deyil, onunla uzaqdar bir-birlərini tanıyırlar. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğurladığı maqnitafonu həmin günün axşamı Elnurun yanına apraraq orada qoymuş və borc pul götürmüşdür. Zərərçəkmiş şəxs1 oğlurlanmış maqnitafonu o, qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, fərdi sahibkarlıq fəaliyyəti ilə, yəni Gəncə şəhəri ərazisində avtomobil ehtiyat hissələri mağazası işlədir. Təqsirləndirilən şəxs üzdən tanıyır, onun müştərisidir, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Mahiyyət üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində, Təqsirləndirilən şəxs yanına gələrək satılıq maqnitafon olmasını bildirmiş, lakin o, Təqsirləndirilən şəxs sənəd istəyən zaman Nadir ona sənəd olmadığını bildirdiyi üçün o, maqnitafonu almaqdan imtina etmiş, Nadir isə ona “heç olmasa 12 manat ver, taksi ilə geri qayıdım, sənədi götürüm gəlim” deyə bildirmiş, bundan sonra o, Nadirə 12 manat vermiş, maqnitafon isə onda qalmış, daha sonra Nadir çıxıb getmiş, lakin bir müddət keçdikdən sonra Nadirdən xəbər çıxmadığı üçün qardaşı Röyala zəng edərək baş verənləri danışmış və Nadiri gözlədiyini bildirmişdir. Bir qədər sonra Röyal gələrək Nadirə verdiyi 12 manatı ona geri qaytarmış və maqnitafonu da götürərək getmişdir. O, aparılan araşdırma zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı maqnitafon oğurluq olmuş, yəni Nadir həmin maqnitafonu oğurlayaraq satmışdır. O, Nadirin həmin əşyanı haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuş, Nadir özü də ona bu barədə deməmişdir. Əlavə olaraq bildirdi ki, onlar hər hansı bir şəxsdən nəsə alanda şəxsiyyət vəsiqəsini götürürlər, lakin şəxsiyyət vəsiqəsi olmayanda gətirilən malı almırlar. Təqsirləndirilən şəxs ona yalnız maqnitafon gətirmişdir. Təqsirləndirilən şəxs ona gətirdiyi maqnitafonun markası “PİONER 7150” olmuşdur. Təqsirləndirilən şəxs ona yalnız maqnitafon gətirmiş və maqnitafonun yanında səs gücləndiriciləri olmamışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı sənədi olsa idi, onun gətirdiyi həmin maqnitafonu 100 manata alası idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Dayısı Şahid2 məxsus Gəncə şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazası vardır. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir münaibəti, eləcə də, ədavət və düşmənçiliyi yoxdur. Təxminən xx.xx.2024-cü il tarixdə, dayısı oğlu Şahid5 ilə birlikdə mağazada olan zaman Təqsirləndirilən şəxs mağazaya gələrək maqnitafon satmaq istədiyini bildirmiş, həmin vaxtı dayısı yas yerində olduğu üçün mağazada olmamış, onlar ondan maqnitafonu neçəyə satdığını soruşduqda, Nadir 60 manata satdığını bildirmiş, həmin vaxt Ramal dayısına zəng edərək bu barədə bildirmiş, dayısı razılıq verdikdən sonra həmin maqnitafonu ondan təhvil alıb qarşılığında ona 60 manat pul vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs onlara satdığı maqnitafonun oğurluq olmasını, yəni Nadirin həmin maqnitafonu oğurlayaraq satmasını bilmişdir. O, Nadirin həmin əşyanı haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuş, Nadir özü də ona bu barədə heçnə deməmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs 3 ildən artıq olaraq onların mağazanın daimi müştərisidir və o öz avtomobilinə dəfələrlə onların mağazadan ehtiyat hissələri almışdır. Təqsirləndirilən şəxs onlara yalnız maqnitafon gətirmişdir. Təqsirləndirilən şəxs onlara gətirdiyi maqnitafonun markası “PİONER 7250” olmuşdur. Həmin maqnitafon pis gündə olmuş və onlar onu yalnız ehtiyyat hissəsi kimi almışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Gəncə şəhəri Mahrasa bağında ailəsi ilə birlikdə yaşayır, məktəblidir. Atası Şahid2 məxsus Gəncə şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazası vardır. Təqsirləndirilən şəxs üzdən tanıyır, atasının müştərisidir, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Təxminən xx.xx.2024-cü il tarixdə, bibisi oğlu Şahid3 ilə birlikdə mağazada olan zaman Təqsirləndirilən şəxs mağazaya gələrək maqnitafon satmaq istədiyini bildirmiş, həmin vaxtı atası yas yerində olduğu üçün mağazada olmamışdır. Onlar ondan maqnitafonu neçəyə satdığını soruşmuşlar, Nadir isə 60 manata satdığını bildirmişdir. Bu zaman atasına zəng edərək bu barədə bildirmiş, atası razılıq verdikdən sonra həmin maqnitafonu ondan təhvil alıb qarşılığında ona 60 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, aparılan araşdırma zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı maqnitafon oğurluq olmuş, yəni Nadir həmin maqnitafonu oğurlayaraq satmışdır. O, Nadirin həmin əşyanı haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuş, Nadir özü də ona bu barədə deməmişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onların mağazasının daimi müştərisidir və öz avtomobilinə dəfələrlə onların mağazasından ehtiyat hissələri almışdır. Təqsirləndirilən şəxs onlara yalnız maqnitafon gətirmişdir. Təqsirləndirilən şəxs onlara gətirdiyi maqnitafonun markası “PİONER 7250” olmuşdur. Həmin maqnitafon pis gündə olmuş və onlar onu yalnız ehtiyyat hissəsi kimi almışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2781 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən, vət. Şahid4 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin Göygöl rayonu Üçtəpə kəndində yerləşən, Şahid4 məxsus, fərdi yaşayış evinin həyətində, həyətdə olan avtomobildə baş verdiyi müəyyən edilmişdir. Belə ki, hadisənin baş verdiyi fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafı mişar daşından ibarət olan hasar ilə hasarlanmış və girişi isə iki laylı dəmir darvazadan ibarətdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Materialların cinayət işinə birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, MK-1/-2120 və MK-1/-2825 nömrəli materialların ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, bir icraatda birləşdirilmiş MK-1/-2120 və MK-1/- 2825 nömrəli materialların və cinayət işinin ********* nömrəsi altında saxlanılaraq işin istintaqının icraatda davam etdirilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin Göygöl rayonu Üçtəpə kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus, təmir edilməkdə olan fərdi yaşayış evində baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin tövsif edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərnaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilməklə istintaqının davam etdirilməsi və qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs2 elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs3 elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs1 elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-110/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi X3 elan edilməsi, qərarın sürətinin ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim edəcəyi 01 ədəd maqnitafona baxış keçirilərək götürülməsi, qərarın maraqlı şəxslərə elan edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosesual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Şahid1 təqdim etdiyi əşyaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 təqdim etdiyi əşya 01 ədəd qara rəngli, “Pioneer” markalı avtomobil maqnitafonudur. Baxışda iştirak edən Şahid1 həmin əşyanı qardaşı Təqsirləndirilən şəxs Elnur İbrahomova satdığını bildirmişdir. Aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd qara rəngli, “Pioneer” markalı avtomobil maqnitafonu bir ədəd sellofan torbaya qoyulub qablaşdırılaraq götürüldü. Əşyalara baxış keçirilən zaman protokol tərtib olundu. “Şahidin qanuni nümayəndəsi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 yetkinlik yaşına çatmayan oğlu Şahid5 qanuni nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələrinin izah edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid5 təqdim edəcəyi 01 ədəd maqnitafona baxış keçirilərək götürülməsi, qərarın maraqlı şəxslərə elan edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosesual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Şahid5 təqdim etdiyi əşyaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şahid5 təqdim etdiyi əşya 01 ədəd qara rəngli, “Pioneer” markalı avtomobil maqnitafonudur. Baxışda iştirak edən Şahid5 həmin əşyanı Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd qara rəngli, “Pioneer” markalı avtomobil maqnitafonu bir ədəd sellofan torbaya qoyulub qablaşdırılaraq götürüldü. Əşyalara baxış keçirilən zaman protokol tərtib olundu. İstintaq zamanı Göygöl RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığınа cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində, Şahid4 məxsus fərdi yaşayış evindən və xx.xx.2024-cü il tarixdə saat 22 radələrində, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq hadisələrinin törədilməsi, həmin oğurluq hadisələrini Təqsirləndirilən şəxs törətməsi, Təqsirləndirilən şəxs qeyd olunan ünvanlardan oğurluq hadisələrini törətdikdən sonra əldə etdiyi əşyaları Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında və Gəncə şəhərində yerləşən ”Sərçə” bazarında satması müəyyən edilmiş, lakin həmin oğurluq hadisələrini görən şəxsləri, həmçinin hadisə baş verən ərazidə videomüşahidə və ya təhlükəsizlik kameraları olmadığından iş üçün əhəmiyyət kəsb edən videogörüntülərin əldə edilməsi mümkün olmamışdır. Əməliyyat axtarış tədbirlərimiz davam etdirilir, əlavə məlumat əldə edilərsə istintaqa məlumat veriləcəkdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13- 11/2-13503/2024 nömrəli məktubda göstərilmişdir ki, Şahid4 məxsus “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar götürülmüş əl izləri KTİ-yə daxil olmuş, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı izlərdən 02 ədədi xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin (Jalə kompot bankası üzərində şüşə) böyük və sol əlinin (usliter üzərindən) orta barmaqları ilə eynilik təşkil etmişdir. İstintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/244 nömrəli rəyində qeyd edilmişdir ki, - Ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd “Pioneer” markalı maqnitafonların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd Tayland istehsalı, “Pioner” markalı, DEH-P7150 UB model maqnitafon – 200.00 manat; - 01 ədəd Tayland istehsalı, “Pioner” markalı, DEH-7250SD model maqnitafon – 200.00 manat; - Qərarda qeyd edilən 2-ci sual üzrə qeyd olunur ki, 01 ədəd direl, 01 ədəd preparator, 01 ədəd laqonda, 01 ədəd qaynaq aparatı, 01 ədəd boruyapışdırıcı ütünün markası, modeli məlum olmadığından və 40 metr uzunluqda işlənmiş elektrik kabelinin ümumi diametri, jilalarının sayı, mateerialı, uzunluğu və sair olmadığından tədqiqat aparmaq mümkün olmadı. “Əşyanın maddi sübut kimi tanınması” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, 02 ədəd qara rəngli “Pioneer” markalı maqnitafondan ibarət əşyaların maddi sübut kimi tanınması və saxlanılması üçün Göygöl RPŞ-nin MSSK-na təhvil verilməsi və qərarın sürətinin ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, oğurluq hadisələrini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Şahid5 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Zərərçəkmiş şəxs1 məxsus avtomobildən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, sonuncularnın dedikləri əsas götürülərək ziyanın məbləği sonuncunun ifadəsində qeyd etdiyi 700 manat məbləğində qəbul edilməsi, Zərərçəkmiş şəxs2 məxsus avtomobildən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, sonuncularnın dedikləri əsas götürülərək ziyanın məbləği sonuncunun ifadəsində qeyd etdiyi 800 manat məbləğində qəbul edilməsi, Zərərçəkmiş şəxs3 məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar dəymiş ziyanın məbləği sonuncunun ifadəsində qeyd etdiyi 390 manat məbləğində qəbul edilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Göygöl RPŞ-nin MSSK-da saxlanılan, təqdim edilən əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafondan ibarət əşya gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs2 12 mart 2025-ci il tarixdə Göygöl RPŞ-nə daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Göygöl RPŞ-nin MSSK-da saxlanılan, təqdim edilən əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafondan ibarət əşya gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs1 13 mart 2025-ci il tarixdə Göygöl RPŞ-nǝ daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasında yetkinlik yaşına çatmamış Şahid5 işləməsi xüsusatına qiymət verilməsi məqsədi ilə cinayət işindən bu barədə material ayrılaraq fakt üzrə yekun qərar qəbul edilməsi üçün Göygöl rayon prokurorluğuna göndərilməsi, cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi, təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi, dindirmə, ifadələrin yerində yoxlanılması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/244 nömrəli rəyi, maddi sübutlar və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surəti ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə araşdırma aparılaraq həmin cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli, 848 nömrəli Arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli, 1027 nömrəli Arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən etibarən F 15.1 diqanozu ilə Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)-13/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən 04 may 2024cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs qətimkan tədbiri qismində tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs3 münasibətdə özünü təqsirli bilmədiyini, lakin digər iki epizod üzrə özünü təqsirli bilməsini, Zərərçəkmiş şəxs3 məxsus evdən heç bir şey oğurlamaması, ibtidai istintaq zamanı onu döymələrini, iki qabırğasını qırmalarını və məcbur olub oğurluq hadisəsini boynuna almasını, Zərərçəkmiş şəxs3 tanımadığını və ondan heç bir şey oğurlamadığını bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxs, eləcə də şahidin ifadəsi, dindirmə protokolları, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktub və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri və ekspert rəyi, cinayət işinin bütün materialları ilə sübut olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Belə ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına və təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə Zərərçəkmiş şəxs3 vurulmuş zərəri ödəməyərək, onunla barışıq əldə etməməsini və əvvəldə oğurluq cinayət əməlini törətməklə məhkum olunmasını onun kriminal meyilli olması, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)-13/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)-13/2025 saylı cinayət işi üzrə hökmündə göstərilmiş 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli, barəsində əvvəlki hökmələdə müəyyən edildiyi kimi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut – 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafonun qanuni sahibi Zərərçəkmiş şəxs2 və 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafonun qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 102 (bir yüz iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)- 13/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 1(066)-13/2025 saylı cinayət işi üzrə hökmündə göstərilmiş 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafonun qanuni sahibi Zərərçəkmiş şəxs2 və 01 ədəd qara rəngli “Pioneer” markalı maqnitafonun qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (bir yüz iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-56/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-56/2025
15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver