Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-57/2024 11.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Daşkəsən rayonunun Bayan kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtməklə təkrarən dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid2 860 (səkkiz yüz altmış) manat müqabilində Daşkəsən rayonu Çovdar qəsəbəsində yerləşən qızıl mədəninə yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 08 dekabr 2023cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində, “mal-qara bazarında” yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi kafedə sonuncudan 860 (səkkiz yüz altmış) manat nağd pul alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun övladı Şahid3 860 (səkkiz yüz altmış) manat müqabilində Daşkəsən rayonu Çovdar qəsəbəsində yerləşən qızıl mədəninə yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə fəhlə kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 08 dekabr 2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “mal-qara bazarında” Zərərçəkmiş şəxs1 işlətdiyi kafedə Zərərçəkmiş şəxs2 860 (səkkiz yüz altmış) manat nağd pul alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun övladı X4 860 (səkkiz yüz altmış) manat müqabilində yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə Daşkəsən rayonu Çovdar qəsəbəsində yerləşən qızıl mədəninə fəhlə kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 08 dekabr 2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “mal-qara bazarında” Zərərçəkmiş şəxs1 işlətdiyi kafedə Zərərçəkmiş şəxs3 860 (səkkiz yüz altmış) manat nağd pul alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs3 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin etirafı və ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 kafe işlətdiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvanların satışının həyata keçirildiyi mal bazarına gələrək Ayazla görüşmüş, ona Daşkəsən rayonu Mollahəsənli kəndində yerləşən filiz yatağında 3 nəfər sürücü kimi, 1 nəfər isə fəhlə kimi işçi lazım olduğunu, sürücü kimi 860 (altı yüz altmış) manat, fəhlə kimi 860 manat verməklə həmin şəxsləri işə düzəldə biləcəyini demişdir. Ayaz Qədimov isə öz oğlunu həmin yerə sürücü kimi işə düzəltmək istədiyini bildirmiş, o isə həmin işi tanışı vasitəsi ilə həll edə biləcəyini, iş düzəlməyəcəyi təqdirdə isə pulu qaytaracağını bildirmişdir. Ayaz isə 860 (səkkiz yüz altmış) manat pul verəcəyini bildirmişdir. Ayazdan oğlunu sürücü kimi Daşkəsən rayonu Çovdar qəsəbəsində yerləşən qızıl mədəninə işə düzəltmək adı ilə 860 manat pulu xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Mal bazarında olan kafedə onun özündən nəğd şəkildə almışdır. Həmçinin Ayazdan oğlunun sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, sağlamlıqla bağlı arayış və məhkumluq arayışı lazım olduğunu bildirərək növbəti günlərin birində ondan həmin sənədlərin surətini götürmüşdür. Həmçinin Ayaz zəng edib iş barəsində qohumlarına məlumat verdiyi üçün Ayazın qudası Zərərçəkmiş şəxs3 oğlunu fəhlə kimi həmin yerə işə düzəldəcəyini istədiyi üçün ondan Ayazın kafesində 860 manat, Ayazın tanışı Zərərçəkmiş şəxs2 Məmməd oğlundan isə oğlunu sürücü kimi işə düzəltmək üçün 860 (altı yüz altmış) manat alaraq sənədlərinin surətini və bir neçə saat ərzində ümumilikdə 2580 (iki min beş yüz səksən) manat pulu aldıqdan sonra işlərinin düzələcəyini bildirmişdir. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Maddi imkanı olmadığından cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəyə bilməmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Nazim oğlu ilə təsadüfən tanış olmuş, münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində “Mal bazarı” adlanan yerdə işlətdiyi kafeyə gələn İntiqam Daşkəsən rayonunda yerləşən “Qızıl mədənində” qohumunun olmasını, həmin şəxsin vasitəsi ilə istəyən olacağı təqdirdə həmin yerə fəhlə və sürücü kimi işə adam düzəldə biləcəyini deyərək, oğlunun işləyib işləmədiyini soruşmuş, o isə oğlunun işləmədiyini, lakin imkanı olmadığını dedikdə İntiqam ümumilikdə 860 manat pul lazım olacağını, 800 manat Oktay adlı şəxsə verəcəyini, 60 manat isə qızıl mədəninin kadrına veriləcəyini bildirmişdir. İntiqam 4-5 nəfər adam lazım olduğunu dediyi üçün o, bu barədə qudası Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 zəng edib xəbər vermişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində İntiqama oğlunun sənədlərini və 860 manat pul vermişdir. Ondan əlavə Zərərçəkmiş şəxs2 və qudası Zərərçəkmiş şəxs3 oğlanlarını qızıl mədəninə fəhlə kimi işə düzəldəcəyi barədə yalan vəd verdiyi üçün İntiqama 860 (səkkiz yüz altmış) manat pulu və sənədləri onunla eyni yerdə vermişlər. İntiqam onlardan övladlarına aid sənədlərin surətini və pullarını aldıqdan sonra 10 gün ərzində işin düzələcəyini, övladlarını işə çağıracaqlarını deyib. Lakin, 10 gün ərzində İntiqam onlara zəng etməmişdir. Bundan sonra hər dəfə zəng etdikdə isə İntiqam növbəti həftə həll edəcəyini bildirərək onları yalan vədlərlə yubatmışdır. Buna görə də polisə şikayət etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Nazim oğlu ilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Göygöl rayonu Yeni Qızılca kəndində “Mal bazarı” adlanan yerdə işlətdiyi kafeyə gələn İntiqam Daşkəsən rayonunda yerləşən “Qızıl mədənində” fəhlə və sürücü kimi işə adam düzəldə biləcəyini dedikdə Ayaz bu barədə zəng edərək ona məlumat vermişdir. Ayaz zəng etdiyi zaman o Ayazın işlətdiyi kafeyə gəlmişdir. Həmin yerdə Ayaz İntiqam adlı şəxslə onu tanış edərək Daşkəsən rayonu, Çovdar kəndində yerləşən “Azərgold” şirkətinə fəhlə kimi işə adam düzəldə biləcəyini demiş, bundan sonra o İntiqamla danışaraq ondan məlumat aldıqda oğlu Şahid3 zavoda fəhlə kimi işə düzəldəcəyini, bunun müqabilində ondan 860 (səkkiz yüz altmış) manat pul alacağını deyərək, oğlunun işləyəcəyi zaman həmin yerdən aylıq 980 manat maaş alacağını, növbəti ilə məvacibinin artacağını, əlavə ödənişlərin də olacağını bildirmişdir. O İntiqama 860 (səkkiz yüz altmış) manat pul və sənədləri vermişdir. Lakin hər dəfə zəng etdikdə İntiqam növbəti həftə həll edəcəyini bildirərək onları yalan vədlərlə yubatmışdır. Bir müddət sonra isə İntiqamın mobil nömrəsinə zəng çatmadığı zaman onları aldatması və etibardan istifadə edərək pullarını ələ keçirməsini anlamışdır. Buna görə də polisə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Nazim oğlu ilə qudası Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Göygöl rayonu Yeni Qızılca kəndində “Mal bazarı” adlanan yerdə işlətdiyi kafeyə gələn İntiqam Daşkəsən rayonunda yerləşən “Qızıl mədənində” fəhlə və sürücü kimi işə adam düzəldə biləcəyini dedikdə Ayaz bu barədə zəng edərək ona məlumat vermişdir. Ayaz ona zəng etdiyi zaman o Ayazın işlətdiyi kafeyə gəlmişdir. Həmin yerdə Ayaz İntiqam adlı şəxslə tanış edərək onun Daşkəsən rayonu, Çovdar kəndində yerləşən “Azərgold” şirkətinə fəhlə kimi işə adam düzəldə biləcəyini demişdir. Bundan sonra İntiqamla danışaraq ondan məlumat aldıqda oğlu Elvin Verdiyevi zavoda fəhlə kimi işə düzəldəcəyini, bunun müqabilində 860 (səkkiz yüz altmış) manat pul alacağını deyərək, oğlunun işləyəcəyi zaman həmin yerdən aylıq 980 manat maaş alacağını bildirmişdir. O həmin yerdə Təqsirləndirilən şəxs 860 (səkkiz yüz altmış) manat vermişdir. Bir müddət sonra isə İntiqamın mobil nömrəsinə zəng çatmadığı zaman onları aldatması və etibardan istifadə edərək pulu ələ keçirməsini anladıqları üçün polisə şikayət etmək qərarına gəlmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 dekabr 2023-cü il tarixdə Ayaz zəng edərək İntiqam adlı tanışının Daşkəsən rayonunda yerləşən “Azərgold” şirkətində işlədiyini, hazırda onun işlətdiyi kafedə olduğunu və şirkətə işçi düzəltdiyini, oğlunu işə düzəltmək istədiyini lakin pul lazım olduğunu bildirmişdir. O isə pulunun olmadığını deyərək qonşusu Məhəmmədin oğluna iş axtardığını ona qabaqlar dediyi üçün Ayazın təklifini ona bildirmişdir. Bundan sonra Məhəmməd alınsa yaxşı olacağını deyərək oğlu Məqsəd və onunla birlikdə Ayazın işlətdiyi Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən kafeyə getmişdir. Həmin yerdə Ayaz İntiqam adlı şəxslə onu tanış edərək onun Daşkəsən rayonu, Çovdar kəndində yerləşən “Azərgold” şirkətinə fəhlə kimi işə adam düzəldə biləcəyini demişdir. Bundan sonra o İntiqamla danışaraq ondan məlumat aldıqda o, Məhəmmədə oğlu Şahid3 zavoda fəhlə kimi işə düzəldəcəyini, bunun müqabilində ondan 860 (səkkiz yüz altmış) manat pul alacağını deyərək, oğlunun işləyəcəyi zaman həmin yerdən aylıq 980 manat maaş alacağını, növbəti ilə məvacibinin artacağını, əlavə ödənişlərin də olacağını bildirmişdir. Məhəmməd həmin yerdə Təqsirləndirilən şəxs 860 (səkkiz yüz altmış) manat verməsini görmüşdür. Ondan əlavə Zərərçəkmiş şəxs1 oğlu Şahid2 eyni şirkətdə sürücü kimi işlə düzəldəcəyi barədə yalan vədlər verib onu inandıran Təqsirləndirilən şəxs 860 (səkkiz yüz altmış) manat, həmçinin Qulu adlı şəxs eyni yerdə fəhlə kimi işə düzəldəcəyini bildirdiyi üçün İntiqama 860 (səkkiz yüz) manat pulu verdikdən sonra, onlardan işə düzələcək olan şəxslərin şəxsiyyət vəsiqələri, məhkumluq arayışlarını, 3x4 ölçüdə məhkumluq arayışları vermələrini istədiyi hər üçü övladlarından qeyd edilən sənədləri gətirmələrini istəmişdir. Ayaz və Məhəmməd həmin yerdə sənədləri təmin edərək İntiqama versələr də, Qulu sənədləri İntiqama növbəti günü verəcəyini demiş, İntiqam 800 manat Oktay adlı şəxsə verəcəyini, 60 manat isə qızıl mədəninin kadrına veriləcəyini bildirmişdir. İntiqam 10 gün ərzində işin düzələcəyini, onların övladlarını işə çağıracaqlarını demişdir. Lakin 10 gün ərzində İntiqam zəng etməmiş, bundan sonra hər dəfə zəng etdikdə isə İntiqam növbəti həftə həll edəcəyini bildirərək onları yalan vədlərlə yubatmışdır. Bir müddət sonra isə İntiqamın mobil nömrəsinə zəng çatmadığı zaman onları aldatması və etibardan istifadə edərək pulu ələ keçirməsini anladıqları üçün polisə şikayət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs2 onu işə düzəltməsi üçün 08 dekabr 2023-cü il tarixdə İntiqama 860 (səkkiz yüz altmış) manat pul vermişdir. Pulu onun yanında vermişdir. İntiqama hər dəfə zəng etdikdə İntiqam növbəti həftə həll edəcəyini bildirərək onları yalan vədlərlə yubatmışdır. Bir müddət sonra isə İntiqamın mobil nömrəsinə zəng çatmadığı zaman onları aldatmasını anladıqları üçün polisə şikayət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən rayonu Çovdar qəsəbəsində yerləşən qızıl mədəninə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birindən 860 manat pul alaraq aldatması və vədinə əməl etməməsi barədə təkrarən dələduzluq etməsi faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan 03 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Alməmmədlinin icraatına qəbul edilməklə istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 05 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmşdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 10 aprel 2024-cü il tarixdə cinayət işinin icraatı Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaqdan qaçıb gizləndiyinə görə dayandırılmışdır. “Barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş şəxsin könüllü gəlib təqdim olunması haqqında 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə, saat 11:50-də Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. 28 aprel 2024-cü il tarixdə cinayət işinin icraatı Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən təzələnməklə istintaq aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 17 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Daşkəsən RİHB Bayan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənov X3 rayon Bayan kəndində qeydiyyatda olmaqla arvadı və 2 nəfər övladı ilə birgə yaşayır. İşdə olan Daşkəsən RİHB Bayan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3378 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 1(066)-57/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İşdə olan Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 77/2-17582/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılmış və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təqdim edilməsi üçün müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 3-16-17/41/2-5740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə cərimə və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının və cərimə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 28 sentyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 15 (on beş) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 30 (otuz) gün müddət təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və 28 sentyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 15 (on beş) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 30 (otuz) gün müddət, təyin olunmuş cəzadan 01 (bir) ay çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-57/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-57/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver