Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-57/2025 30.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Göygöl rayon “Əminə” marketdə fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 26 fevral 2025-ci il tarixdə, saat 12 radələrində ictimai yerdə, Göygöl rayon məhkəməsinin inzibati binasında, Göygöl rayon İcra və Probasiya şöbəsinin xidməti iş otaqlarının qarşısındakı dəhlizdə qardaşı Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman ona əsəbi olduğu üçün dəhlizdə olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq dəhlizdə olan Şahid1, Şahid2, Şahid5, Şahid6, X4 və Şahid4 və digər şəxslərin yanında Zərərçəkmiş şəxs nəlayiq ifadələr işlədib, söyüb təhqir etməklə əynindəki şalvarın bel hissəsində əvvəlcədən saxladığı, soyuq silah hesab edilməyən, bir ədəd qara rəngli, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını çıxarıb nümayiş etdirməklə sonradan sonuncuya tərəf atmış və ona sol baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək və məhkəməyə ərizə təqdim edərək ifadəsində göstərdi ki, hadisə şahidlərin məhkəmə iclasında söylədikləri kimi olmuşdur. Belə ki, Şahid4 onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə qardaşına icra şöbəsində uşaqla görüşlə bağlı zəng gəlmiş və qardaşı ona onunla birlikdə Göygöl Rayon Məhkəməsinin inzibatı binasına getməyi təklif etmiş, o isə qardaşı ilə razılaşmışdır. Məhkəmənin inzibati binasında giriş qapısından içəri keçdikdən sonra qardaşı Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs görərək, əsəbləşmiş və bu hadisə şahidlərin dediyi kimi baş vermişdir. Əlavə olaraq bildirdi ki, o bıçağı Zərərçəkmiş şəxs atmış, lakin bıçağın ona dəyib-dəyməməsini bilməmişdir. O, inzibati binada olarkən Zərərçəkmiş şəxs söymüşdür. Onu sakitləşdirməyə ətrafda olan insanlar dərhal gəlmişlər. Onu qardaşı ilə birlikdə, polis Vüsal çölə çıxarmış bundan sonra o qırağa çəkilmiş və sakitləşmiş, hadisə yerinə gələn polislər onu PŞ-na aparmışlar. Həmin bıçaq dişlərində problem olması səbəbindən daim onun üzərində olur, belə ki müəyyən ərzaq mallarını dişləyib yeyə bilmir və bu səbəbdən bıçaqdan istifadə edir. Qeyd olunan hadisəni Göygöl RM-nin dəhlizində etmiş və həmin vaxt nalayiq ifadələr işlətmişdir. Onun Zərərçəkmiş şəxs bıçaq atmak fikri olmamış, lakin hadisə birdən olmuşdur. Hadisə çox az müddətdə baş vermişdir. Hazırda özünü tam təqsirli bilir, əməlindən səmimi peşimandır və zərərçəkmiş şəxslə barışmışdır. Onlar arasında heç bir ədavət qalmamışdır. Həmçinin məhkmədə iştirak etməyən şahidlərin iştirakının təmin edilməsinə ehtiyac olmamasını bildirdi. Əməlindən səmimi peşimandır, vəkilinin sözləri ilə razıdır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmış, cinayət işi üzrə törətdiyi əməli etiraf edir və əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 fevral 2025-ci il tarixdə saat 12 radələrində o, Göygöl rayon Məhkəməsinin inzibatı binasında olan zaman keçmiş əri Şahid4 qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə rayon məhkəməsinə gəlmiş, həmin vaxt o, yanında olan rəfiqəsi Şahid3 ilə birlikdə onlardan bir qədər kənara çəkilərək icra məmuru Şahid5 oturduğu otağın yanında dayanmışlar, bu zaman keçmiş qaynı Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq onun üzərinə gəlməsini görmüş, həmin vaxt keçmiş əri Şahid4 keçmiş qaynı Təqsirləndirilən şəxs qarşısında dayanaraq Edmanın onun yanına gəlməsinə mane olmuş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs əlində olan qara tutacaqlı bıçağı onun üzərinə atmış, Təqsirləndirilən şəxs atdığı bıçaq onun sol ayağına dəymiş və ona xəsarət yetirmişdir. Bundan sonra Göygöl Rayon Məhkəməsinin giriş qapısında duran mühafizəçi DİN-nin 102 xidmətinə zəng vuraraq, həmin yerə polisləri çağırmış və bundan sonra polislər gələrək onların ilkin izahatlarını almışlar. Əlavə olaraq bildirdi ki, o, rəfiqəsi Şahid3 ilə Göygöl rayon Məhkəməsinin inzibatı binasında olduqdan sonra keçmiş əri Şahid4 qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə rayon məhkəməsinin inzibati binasına gəlmişlər. Hadisə anidən baş vermiş, hadisədən əvvəl onların aralarında heç bir söz-söhbət olmamışdır. O, Edmanın bıçaqla məhkəmənin inzibati binasında onun üstünə gələ biləcəyini düşünməmişdir. Təqsirləndirilən şəxs onun üstünə bıçaqla gələn vaxt o, qırağa çəkilmiş, həmin vaxt keçmiş əri Şahid4 keçmiş qaynı Təqsirləndirilən şəxs qarşısında dayanaraq Edmanın onun yanına gəlməsinə mane olmuş və buna görə də Təqsirləndirilən şəxs əlində olan bıçağı onun üzərinə atmışdır. Təqsirləndirilən şəxs bıçaqı üzərinə atan zaman, bıçağın ona dəyməsini hiss etməmiş, lakin icra məmuru Şahid5 onu öz otağına keçirən zaman bıçağın onun sol ayağına dəyməsi və bunun nəticəsində xəsarət yetirməsi məlum olmuşdur. Hadisədən əvvəllər onun Təqsirləndirilən şəxslə heç bir söz-söhbəti olmamışdır. Qeyd olunan hadisə heç bir səbəb olmadan baş vermişdir. Hadisə başlayan vaxt, Təqsirləndirilən şəxs onun üzərinə gələrkən, ona və rəfiqəsi Şahid3 uca səslə təhqir edici sözlər işlətmişdir. Hadisə zamanı keçmiş əri Şahid4 qardaşı Təqsirləndirilən şəxs səkitləşdirməyə çalışmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Hadisədən bir neçə gün əvvəl onlar arasında heç bir mübahisə olmamış, məhkəmə qərarına əsasən onun uşaqları ilə görüş hüququ var və o, həmin gün uşaqlarını inzibati binaya uşaqlarını görmək üçün gəlmiş, lakin görüşə keçmiş əri Şahid4 qardaşı Təqsirləndirilən şəxs ilə gəlmiş və uşaqları gətirməmişdir. Təqsirləndirilən şəxs üzərinə atdığı bıçaq onun sol ayağına dəymiş və ona xəsarət yetirmişdir. Hadisə baş verdikdən sonra icra məmuru Şahid5 onu otağına keçirən zaman əynində olan cins şalvarının deşilməsini və ayağından qan axmasını görmüşlər. Hadisə baş verdikdən sonra o, tibbi yardım almaq məqsədilə tanışı Şahid3 ilə birlikdə Göygöl Rayon Mərkəzi xəstəxanasına müraciət etmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Edman onu yalnız bıçaq atan zaman yaralamış, bundan əlavə ona heç bir xəsarət yetirməmişdir. 26 fevral 2025-ci il tarixdə saat 12 radələrində o, Göygöl rayon Məhkəməsinin inzibatı binasında yerləşən icra şöbəsinə uşaqları ilə ünsiyyətdə olmaq üçün gəlmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs qardaşı Şahid4lə Göygöl rayon Məhkəməsinin inzibatı binasın gəlmişlər, o rəfiqəsi Şahid3 ilə icra məmuru Şahid5 otağının qarşısında duran zaman, Edman bıçağı çıxarıb onun üzərinə gələnədək, ona heçnə deməmişdir. Hadisə başlayan vaxt Təqsirləndirilən şəxs onun üzərinə gələrkən, onun və rəfiqəsi Şahid3 ünvanına nəlayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs ona atdığı bıçaq, ona dəyəndən sonra icra məmuru Şahid5 otağına keçməzdən öncə özü ilə götürmüşdür. Hadisə baş verdikdən sonra onu icra məmuru Şahid5 otağına keçirmişlər, bundan sonra nə baş verməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs kimlər tərəfindən sakitləşdirilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. xx.xx.2025-ci il tarixdə böyük qardaşı Edmana onunla Göygöl Rayon Məhkəməsinin inzibatı binasına getməyi təklif etmiş, Edman onunla razılaşmışdır. Məhkəmənin inzibati binasında giriş qapısından içəri keçdikdən sonra qardaşı Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs görərək əsəbləşmiş və onun üstünə getmək istəyən zaman, o qardaşı Edmanı qucaqlayaraq qırağa çəkmişdir. Əlavə olaraq bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs əlində bıçağı görən kimi Edmanı qucaqlayaraq qırağa çəkmişdir. O, X16 Rzayevanın üzərinə bıçaq atmasını görmüş, lakin həmin bıçağın hara dəyməsini görməmişdir. Qardaşı Təqsirləndirilən şəxs Türkanı vurmaqda heç bir səbəb olmayıb. X16 Rzayevaya qarşı hər hansı təhqir edici sözlərin deməsini eşitməmişdir. X12 üzərinə bıçaq atmasını görmüş, lakin bıçağın Türkana dəyməsini görməmişdir. O, inzibati binada olarkən qardaşı Edmanın əlində bıçağı görmüş, lakin Göygöl Rayon Məhkəməsinin inzibatı binasına getdikləri zaman onun üzərində bıçaq olmasını bilməmişdir. O, qardaşı Edmanın əlində bıcağı görən kimi onu qucaqlamış və qırağa çəkmişdir. O, qardaşı Edmanın keçmiş arvadı Zərərçəkmiş şəxs üzərinə bıçaq atmasını görmüşdür. Qardaşı Edmanı aralıyan zaman, o heç bir səs-küy salmamışdır. Qardaşı Edmanın keçmiş arvadı Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir düşmənçilik və ya ədəvətləri olmamışdır. Qardaşı Edman bıçağı çıxardıqdan əvvəl keçmiş arvadı Türkan ona heçnə deməmişdir. Qardaşı Edmanın orada bıçağı çıxartmaq üçün heç bir əsası və ya səbəbı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Mühafizə İdarəsinin X13 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. O, xx.xx.2025-ci il tarixdə saat 09:00-dan saat 17:00-dək Göygöl rayon məhkəməsinin inzibati binasının girişində xidmətdə olmuşdur. Həmin tarixdə saat 12 radələrində o, təbii ehtiyaclarını ödəmək məqsədilə məhkəmənin həyətinə çıxmış, inzibati binanın girişinə geri qayıtdıqda dəhlizdən səs-küy səsi eşitmiş və dəhlizə daxil olduqda bir nəfər tanımadığı şəxsin uca səslə danışmasını, icra məmurlarının və ətrafda olan şəxslərin dəhlizə toplaşmasını, polis mayoru Şahid1 həmin şəxsi inzibati binadan kənarlaşdırmağa cəhd etməsini görüb həmin şəxsi və onun yanında olan şəxsi binadan çölə çıxartmış, həmin şəxs uca səslə danışaraq nəlayiq ifadələr işlətmişdir. O, icra məmuru Şahid5 iş otağına daxil olan zaman Şahid5 ona təcili tibbi yardım çağırmasını, həmin şəxsin bir nəfər qadına bıçaqla xəsarət yetirməsini ona demişdir. Bundan sonra o, təcili tibbi yardıma zəng edərək, məlumat vermiş, daha sonra isə Baş Mühafizə İdarəsinin X13 Şöbəsinin Növbətçi hissəsinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Əlavə olaraq bildirir ki, baş vermiş hadisə ilə bağlı icra məmuru Şahid5 tərəfindən akt tərtib edilmiş və o, da həmin aktı imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə öz sözləri ilə yazılmış və onu özü imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Göygöl rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır, 2-ci dərəcəli ədliyyə qulluqçusudur. 26 fevral 2025-ci il tarixdə saat 11 radələrində Yevlax şəhər sakini Zərərçəkmiş şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində xidməti iş otağına gələrək, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladları ilə görüşməsi ilə bağlı məhkəmə qərarı olmasını, lakin keçmiş əri Şahid4 ona maneəçilik törətməsini, uşaqları ilə görüşə bilmədiyini bildirmişdir. Bu zaman o, Şahid4 ilə telefon əlaqəsi saxlamış və onu icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət etmişdir. Bundan sonra, yəni saat 12 radələrində o, xidməti iş otağında olan zaman, xidməti iş otaqlarının qarşısındakı dəhlizdə səs-küy səsi eşidib otaqdan dəhlizə çıxmışdır. Həmin zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs ilə mübahisə etməsini, onun uca səslə danışmasını, nəlayiq ifadələr işlətməsini görmüşdür. Təqsirləndirilən şəxs adlı şəxsi nizam-intizama dəvət etsələrdə, o, öz qanunsuz hərəkətlərinə davam edərək, onlara məhəl qoymamışdır. Həmin zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs Zərərçəkmiş şəxs keçmiş əri Şahid4 qardaşıdır. Eyni zamanda sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs Türkan ilə mübahisə edən zaman əlində olan bıçağı ona tərəf atmış və həmin bıçaq Türkanın ayağına xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda olan şəxslər Edman adlı şəxsi kənara apararaq onu inzibati binadan çölə çıxartmışdır. Daha sonra Göygöl rayon polis şöbəsinin əməkdaşları rayon məhkəməsinin inzibati binasına gələrək, Edman adlı şəxsi rayon polis şöbəsinə aparmışdır. Həmçinin təcili tibbi yardım briqadası rayon inzibati binaya gələrək Zərərçəkmiş şəxs Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. Bundan sonra hadisə ilə bağlı müvafiq akt tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Göygöl rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır, 1-ci dərəcəli ədliyyə qulluqçusudur. 26 fevral 2025-ci il tarixdə saat 12 radələrində o, xidməti iş otağında olan zaman xidməti iş otaqlarının qarşısındakı dəhlizdə səs-küy səsi eşidib icra məmuru Şahid5 ilə birlikdə otaqdan dəhlizə çıxmışdır. Həmin zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs ilə mübahisə etməsini, onun uca səslə danışmasını, nəlayiq ifadələr işlətməsini görmüşdür. Təqsirləndirilən şəxs adlı şəxsi nizam-intizama dəvət etsələrdə, o, öz qanunsuz hərəkətlərinə davam edərək, onlara məhəl qoymamışdır. Həmin zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs Zərərçəkmiş şəxs keçmiş əri Şahid4 qardaşıdır. Bundan başqa sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs Türkan ilə mübahisə edən zaman əlində olan bıçağı ona tərəf atmış və həmin bıçaq Türkanın ayağına xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda olan şəxslər Edman adlı şəxsi kənara apararaq onu inzibati binadan çölə çıxartmışdır. Daha sonra Göygöl rayon polis şöbəsinin əməkdaşları rayon məhkəməsinin inzibati binasına gələrək Edman adlı şəxsi rayon polis şöbəsinə aparmış, həmçinin təcili tibbi yardım briqadası inzibati binaya gələrək Zərərçəkmiş şəxs Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. Bundan sonra hadisə ilə bağlı müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/396 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı 26 fevral 2025-ci il tarixdə hadisə yerinə, yəni Göygöl rayon məhkəməsinin inzibati binasında yerləşən, Göygöl rayon İcra və Probasiya şöbəsinin xidməti iş otaqlarının qarşısındakı dəhlizə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək bir ədəd DVD disk və fotocədvəl cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı 26 fevral 2025-ci il tarixdə Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid1 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd qara rəngli bıçağa baxış keçirilərək protokol tərtib edilməklə fotoşəkilləri çəkilmiş və həmin bir ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. İstintaq zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin olub-olmamasını, əgər vardırsa ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə xx.xx.2025-ci il tarixdə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Belə ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 104 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətsol baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası- deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İstintaq zamanı 28 fevral 2025-ci il tarixdə Göygöl rayon məhkəməsi tərəfindən təqdim edilmiş bir ədəd DVD diskə baxış keçirilərək protokol tərtib edilmiş və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 221.3cü maddəsinə tövsif edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Göygöl Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə qardaşının keçmiş arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçağın soyuq silah olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2025-ci il tarixdə məhkəmə-ballistik ekspertizası təyin edilmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 16/221 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məxsus, Şahid1 təqdim etdiyi turist bıçağı, hadisə yerinə baxış keçirilən zaman videolentə alınmış 01 ədəd DVD disk və baş vermiş hadisəni əks etdirən videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmalı və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra 01 ədəd turist bıçağı saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddə ilə dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunduqdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən olunmadığından sonuncuya xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanması, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibbi, məhkəməballistik ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd turist bıçağı ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 1671 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 1538 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədlərlə sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin 115-ci vərəqində olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 92-ci vərəqində olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş, hal-hazırda onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Ərizənin nəzərə alıb ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Göygöl rayon Məhkəməsinin icraatında olan açılmış cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, odur ki heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə ilə bağlı yekun məhkəmə hökmü çıxarılarkən həbslə bağlı olmayan məhkəmə hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 579 və 580 nömrəli arayışlardan görünür ki, Rzayev X14 şəhəri, Səbuhi Hacıyev 62 saylı məznildə yaşayır. Ailə tərkibi arvadı 1987-ci il təvəllüdlü X5, oğlu 2006-cı il təvəllüdlü X9, qızı 2007-ci il təvəllüdlü X6 və qızı 2013-cü il təvəllüdlü X1 ibarətdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş zərəri ödəyərək ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, vurulmuş zərəri ödəyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməməsini, zərəçəkmiş şəxsin xahişini, təqsirləndirilən şəxsin bu iş üzrə üç aya yaxın müddətdə qətimkan tədbiri qismində həbsdə olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası orta həddə təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Kontitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ona sınaq müddəti təyin edilməli və başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin hadisə yerinə baxış keçirilən zaman videolentə alınmış 01 ədəd DVD disk və baş vermiş hadisəni əks etdirən videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 31,50 (otuz bir manat, əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti dövründə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkən tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 31,50 (otuz bir manat, əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-57/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-57/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver