Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-58/2023 04.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim, Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 04 may 2023-cü il tarixdə Göygöl şəhərində xx.xx.1972-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus BC 118481 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Ford Transit” markalı **-UA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl şəhəri Azay Kazımov küçəsi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda ötmə həmin tələbləri pozaraq, həmin avtomobil yolu ilə əks istiqamətə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21723” markalı **-RD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs alın nahiyəsinin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül, sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əmək kimi etibarnamə əsasında idarə etdiyi Ford Transit minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd sakinlərinin övladlarını hazırlıq kurslarına aparıb gətirir. Nəqliyyat vasitəsin idarə etmək üçün “B, B1” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində şəxsi işi ilə bağlı Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsinə gedirmiş. İdarə etdiyi Ford Transit minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azay Kazımov küçəsi ilə Aşıqlı kənd istiqamətinə hərəkət edərək, Göygöl rayon Maliyyə idarəsinin qarşısında sola doğru Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsinə doğru dönməli imiş. Həmin vaxt 15 dəqiqə öncə yağış yağıb dayanmışdır, yol yaş halda idi. O, həmin vaxt sürətini yavaşıdıb, sol dönmə işarə siqnalını (işığını) yandırıb əks istiqamətli hərəkət yoluna çıxmış, qarşı tərəfdən, təxminən 50 metr aralı məsafədən, yolun əks hərəkət hissəsindən ağ rəngli priyora markalı maşının gəldiyini görmüşdür. Həmçinin sağ tərəf yan güzgüdən arxa tərəfdən avtomobil gəlib-gəlmədiyinə baxmış və məsafə uzaq olduğundan dönmə əməliyyatına başlamışdır və dönmə əməliyyatını başa çatdıracağını düşünüb yerinə yetirməyə başlamışdır. Dönmə əməliyyatına başlayan zaman əks istiqamətdən hərəkət edən VAZ-21723 markalı, dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını görüb yolun əks hərəkət hissəsində dayanmış, dönmə əməliyatını başa çatdıra bilməmişdir. Əks tərəfdən gələn VAZ-21723 markalı avtomobil əyləcdən istifadə etsə də yolun yaş olması səbəbindən priyora markalı avtomobil sürüşdü və maşının qapaq hissəsi onun idarə etdiyi avtomobilin sağ qabaq qanadına çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt yaxınlıqda olan çayxanadan tanımadığı şəxslər hadisə yerinə yaxınlaşıb Priyora markalı avtomobilin sürücüsü adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs maşından çıxardılar. Təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlmiş, TTY xidmətinin əməkdaşları Rasimi götürüb aparmış, polis əməkdaşları ilə hadisə yerini müayinə edib araşdırmaya başlamışlar. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs Gəncə Beynəlxalq xəstəxanasında müailəcə olunması ilə bağlı xəstəxana xərclərini qarşılamışdır. Bununla bağlı ödəniş qəbzlərini təqdim etmişdir. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş hadisəni yoldan ötən tanımadığı şəxslər görmüşdür. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş hadisəyə səbəb ndönmə dönmə əməliyyatını başa çatdıracağımı düşünüb yerinə yetiyməyi, lakin dönmə əməliyatını başa çatdıra bilməməyim olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı o, hər hansı bir xəsarət almamış, ona gördə məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. O idarə etdiyi Ford Transit minik markalı avtomobildə tək olmuşdur. Yol-nəqliyyat hadisəsi baş vermə yerinə təxminən 50 metr qalmış VAZ-21723 markalı avtomobilin gəldiyini görmüş. Dönmə əməliyyatını başa çatdıra bilmədiyimi görüb əyləcdən istifadə edib avtomobili saxlamışdır. Toqquşma yerinə qədər olan məsafəni qət etməyə təxminən 4 saniyə vaxt sərf etmişdir. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl əxminən 50 km/saat surətlə hərəkət etmişdir. Hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmiş, əməliyyat xərclərini ödəmişdir.Təqribən 3000 manata yaxın zərərçəkmiş şəxsin tibbi xərclərinə pul ödəmişdir. Törətdiyi əmələ görə peşimançılıq çəkir və yüngül cəza verməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vaz 21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında AE 135351 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir və taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün Göygöl rayon avtovağzalına gedirmiş. Göygöl rayonu, Azay Kazımov küçəsi ilə təxminən 60 km/saat surətlə hərəkətdə olarkən “Kafe 500” adlı yemekxananın qarşısına çatan zaman əks istiqamətdən hərəkət edən markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan Ford Transit minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxaraq dönüb dayandığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün əvvəlcə əks istiqamətli hərəkət yoluna çıxmaq istəsə də, lakin həmin hərəkət yolu ilə avtomobil gəldiyini görmüşdür. Daha sonra əyləcdən istifadə etsədə yol örtüyü yaş yolduğundan həmçinin məsafə az olduğundan onun idarə etdiyi Vaz 21723 markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə adı ona sonradan məlum olan Vüqar adlı şəxsin idarə etdiyi Ford Transit minik markalı **-UA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanadına çırpılmışdır. Nəticədə o, sağ ayağının bud nahiyəsindən və alın nahiyəsindən xəsarət almışdır. Onu yol nəqliyyat hadisəsi yerinə toplaşmış tanımadığı şəxslər avtomobildən düşürmüşlər və yerə uzatmışlar. Təxminən 10 dəqiqə sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə Göygöl rayon mərkəzi xəstəxanasına gətirmişlər, Göygöl rayon Mərkəzi xəstəxanasında olan zaman qohumları Kamil və Xəyam onun yanına gəlmişlər. Daha sonra Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Bundan başqa bildirmək istəyirəm ki, avtomobildə tək olmuşam və avtomobildə yük olmamışdır. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş hadisəni yoldan ötən tanımadığı şəxslər görmüşdür. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş hadisəyə səbəb Ford Transit minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüqar adlı şəxsin onun ötüb keçməyimi gözləmədən dönmə əməliyyatını yerinə yetirməsi olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı o, sağ ayağının bud nahiyəsindən və alın nahiyəsindən xəsarət almışdır və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. Yol-nəqliyyat hadisəsi baş vermə yerinə təxminən 20 metr qalmış Ford transit markalı avtomobilin dönmə əməliyyatı yerinə yetirdiyini görmüş və yol nəqliyyat hadisəsinin qarşını almaq üçün əvvəlcə əks istiqamətli hərəkət yoluna çıxmaq istəsə də, lakin həmin hərəkət yolu ilə avtomobil gəldiyini görmüşdür. Daha sonra əyləcdən istifadə etsə də yol örtüyü yaş yolduğundan həmçinin məsafə az olduğundan hadisənin baş verməsinin qarşısını ala bilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl təxminən 60 km/saat surətlə hərəkət etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs müəyyən qədər əməliyyat xərclərini qarşılamışdır, lakin hadisə nəticəsində səhəti imkan vermədiyindən işləyə bilməmiş və aliment borcu yığılmışdır. Təqsirləndirilən şəxs ona 10000 manata yaxın vurulmuş ziyanını və xəsarət aldığından işləyə bilmədiyi ayların kompensasiyasını ödəmədiyindən onunla barışmamışdır və halhazırda şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi özünə məxsus Vaz-21014 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi avtomobil ilə Göygöl şəhəri Azay Kazımov küçəsi ilə hərəkət edərkən Maliyyə İdarəsinin qarşında yol-nəqliyyat hadisəsi baş verdiyini və hadisə yerində olan avtomobillərdən birinin bibisi oğlu Zərərçəkmiş şəxs məxsus VAZ-21723 (Priora) markalı avtomobil olduğunu görmüşdür. Avtomobildən düşüb yaxınlaşan zaman orada olan tanımadığı şəxslər xəsarət alan şəxsi, yəni bibisi oğlu Rasimi 103 X3 avtomobili ilə xəstəxanaya apardıqlarını bildirmişlər. O, tez Rasimin yeznəsi Xəyama zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra özünəməxsus avtomobil ilə Göygöl rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxananın həyətində olan zaman X3 avtomobilindən Rasimi düşürmüşlər və daha sonra həmin xəstəxanadan X3 avtomobili ilə bibisi oğlu Rasimi Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Sonradan Rasim ona bildirmişdir ki, Ford markalı avtomobilin sürücüsü adı ona sonradan məlum olan Vüqar adlı şəxsin onun ötüb keçməyini gözləmədən hərəkət yoluna çıxmış və toqquşmuşlar. Bundan başqa bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsini kimlərin görməsini bilməmişdir, yol nəqliyyat hadisəsinin baş veriyi yerdən ötüb keçərkən bibisi oğlu Rasimin avtomobilini görüb dayanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi özüməməxsus Vaz-21074 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qohumu Kamil ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Maliyyə İdarəsinin qarşında yol-nəqliyyat hadisəsi baş verdiyini, qaynı Rasimin xəsarət aldığını demişdir. Həmin vaxt o, Göygöl rayon avtovağzalının qarşısında imiş. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə gəlmiş və hadisə yerində olan avtomobillərdən birinin qaynı Zərərçəkmiş şəxs məxsus VAZ-21723 (Priora) markalı avtomobil olduğunu görmüşdür. Avtomobildən düşüb yaxınlaşan zaman orada olan tanımadığı şəxslər xəsarət alan şəxsi 103 X3 avtomobili ilə xəstəxanaya apardıqlarını bildirmişlər. O, idarə etdiyi VAZ-21074 markalı avtomobili ilə Göygöl rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxt Kamildə xəstəxananın həyətində imiş. Xəstəxananın həyətində olan zaman 103 X3 avtomobilindən Rasimi düşürmüşlər və daha sonra həmin xəstəxanadan X3 avtomobili ilə qaynı Rasimi Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Sonradan Rasim ona bildirmişdir ki, Ford markalı avtomobilin sürücüsü adı ona sonradan məlum olan Vüqar adlı şəxsin onun ötüb keçməyini gözləmədən hərəkət yoluna çıxmış və toqquşmuşlar. Bundan başqa bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsini kimlərin görməsini bilməmişdir, ona qohumu Kamil yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -07 sentyabr 2022-ci il tarixdə hadisə yerinə, yəni Göygöl şəhəri Azay Kazımov küçəsinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. -xx.xx.2022-ci il tarixli sərxoşluğun vəziyyətinin tibbi müayinəsi haqqında 331 saylı aktdan məlum olur ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. -xx.xx.2022-ci il tarixli sərxoşluğun vəziyyətinin tibbi müayinəsi haqqında 2027/2022 saylı aktdan məlum olur ki, sürücü Zərərçəkmiş şəxs ayıq vəziyyətdə olmuşdur. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 254 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, alın nahiyəsinin yarası – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya, alın nahiyəsinin yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2023-cü il tarixli 8/277 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. VAZ 21723 (priyora) markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdən xx.xx.2032-ci ilədək qüvvədə olan BC 118481 nömrəli sürücülük sürücülük vəsiqəsi verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - Göygöl rayon İHB-nın Topalhəsənli kəndi İƏD-si üzrə nümayəndəsi tətəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-47-23/3-2-104/2023 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Topalhəsənli kəndində yaşayır və qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -006795 nömrəli xx.xx.1997-ci il tarıxlı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, müharibə veteranı olmasını, hadisədən sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi subut yoxdur.Həmçinin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-58/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-58/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver