Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-59/2023 01.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Göygöl rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Oğur rayonu Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi bina 3A, mənzil 8-də daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri Cihazqayırma zavodunun qarşısında təzə məhlələrdə yaşayan yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin yanvar ayında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Göygöl rayonu Topalhəsənli kənd sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhəri Yanğından Mühafizə İdarəsində yanğın söndürən kimi işə düzəltmək məqsədilə yalan vədlər verib aldadaraq sonuncunun tanışı Şahid vasitəsilə Gəncə şəhər ərazisində Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat məbləğində pulunu əkə keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin yanvar ayında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Göygöl şəhər sakini X13 Gəncə şəhəri Yanğından Mühafizə İdarəsində yanğın söndürən kimi işə düzəltmək məqsədilə atası Zərərçəkmiş şəxs2 yalan vədlər verib aldadaraq sonuncunun tanışı Şahid vasitəsilə Gəncə şəhər ərazisində Zərərçəkmiş şəxs2 9000 (doqquz min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin fevral ayında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Göygöl rayonu Gəncə kənd sakini Zərərçəkmiş şəxs3 Gəncə şəhəri Yanğından Mühafizə İdarəsində yanğın söndürən kimi işə düzəltmək məqsədilə atası Zərərçəkmiş şəxs2 yalan vədlər verib aldadaraq sonuncunun tanışı Şahid vasitəsilə Gəncə şəhər ərazisində Zərərçəkmiş şəxs3 6500 (altı min beş yüz) manat, bir neçə gün keçdikdən sonra isə Şahid vasitəsilə Göygöl rayonu Mərkəzi xəstəxanasının qarşısında eyni məqsədlə Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Gəncə şəhər Kəpəz rayon X5 yanğın söndürən vəzifəsində işləmiş və 16 iyul 2015-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Çünki o, əvvəl Hacıkənd qəsəbəsində yerləşən 76 saylı Yanğından Mühafizə bölməsində növbə rəisi vəzifəsində işləmişdir. Daha sonra isə Gəncə şəhər X18 idarəsində əməliyyat növbətçisinin köməkçisi vəzifəsinə təyinat almışdır. 2014-cü ildən Şahid tanıyır. O, Nizami rayonYanğından Mühafizə bölməsində yanğın söndürən vəzifəsində işləmişdir. Şahidlə münasibəti həmişə yaxşı olmuşdur, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, kimisə işə düzəltmək məqsədilə heç kimdən, o cümlədən Şahid pul almamışdır. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, Şahid dedikləri yalandır. Şahid ona vətəndaşların işə düzəlməsi üçün 27000 manat məbləğində pul verməmişdir. O cümlədən Zərərçəkmiş şəxs1, X19 və Zərərçəkmiş şəxs3 tanımır, həmin şəxslərlə münasibəti olmamışdır. Şahid dedikləri yalandır. O, Şahidlə heç vaxt Göygöl rayon Mərkəzi xəstəxanasına getməmişdir, ümumiyyətlə o, Göygöl rayon Mərkəzi xəstəxanasının yerləşdiyi ünvanı tanımamışdır. 2015-ci ilin martında, gününü dəqiq bilmədiyi tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq yəni anasının xəstəliyi ilə əlaqədar olaraq Şahid bankdan öz adına kredit götürüb ona verməsini xahiş etmişdir. Şahid də xahişini nəzərə alıb öz adına “Kapital bank”dan 6500 manat kredit götürüb ona vermişdir. O da həmin kreditin cədvəl üzrə 700 manatını kredit şəklində banka ödəmişdir. Yerdə qalan 5800 manat pulu isə bir dəfəyə banka ödəyərək 2015-ci ilin iyun ayının 24-də atası marif Məhərrəmovla birlikdə Şahid Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparıb ödəniş qəbzini onun özünə vermişdir. 24 iyun 2015-ci il tarixdən sonra Şahid görməmiş, onunla əlaqə saxlamamış, onun hər hansı bir münasibəti olmamışdır. Şahid kimisə işə düzəltmək məqəsdilə ona ümumiyyətlə pul verməmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Göygöl rayonu Topalhəsənli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid təxminən 2015-ci ildən tanıyır. Belə ki, Şahid onların Göygöl rayonu Topalhəsənli kəndinə qohumları evinə gələndə təsadüfən оrada tanış olmuşdur. Şahidlə ilk əvvəl tanış olanda o, Fövqalədə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işləmişdir. Şahid FHN-də işlədiyi üçün o da həmin ərəfədə özünə iş yeri axtardığı üçün 2016-cı ilin təxminən yanvar fevral aylarında Şahid onu işlədiyi Yanğından Mühafizə İdarəsinə işə düzəldə biləcəyi barədə müraciət etmişdir. Şahid ona yaxın tanışı olduğunu, onunla bir yerdə işlədiyini və həmin şəxsin qardaşının da FHNdə işlədiyini bildirmişdir. Şahid həmin şəxslə danışacağını və köməklik göstərib onu işə düzəldəcəyini demişdir. Şahidlə razılaşdıqdan təxminən 15-20 gün sonra Şahid ona zəng edib Asif adlı şəxslə danışdığını və Asifin onun işini düzəldəcəyini bildirmişdir. Şahid işə düzəlməsi üçün Asifin 9000 (doqquz min) manat pul istədiyini ona bildirmişdir. Şahid deməsinə görə Asif bir ay müddətində onu işə düzəldəcəyinə söz vеrmişdir. O da bir ay müddətinə işə düzələcəyi üçün bankdan kredit götürüb işə düzəlməyi və işlədikdən sonra hər ay əmək haqqıyla bankdan götürdüyü krediti ödəyəcəyini düşünmüşdür. O da “Kapital və Rabitə” bankdan qohumu Nofəl Abdullayevin adına pul götürüb 9000 (doqquz min) manat düzəltmişdir. Həmin məbləğdə pulu Fövqalədə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işə düzəlməsi məqsədilə aparıb Gəncə şəhərində Avtozavod yolunda “Daşqın” inşaat bazarının yaxınlığında Şahid vermişdir. Şahid ondan pulu alan zaman ona Asifin onun işini 5-6 ay müddətinə həll edəcəyini bildirmişdir. O da Şahidlə razılaşıb oradan çıxıb evlərinə getmişdir. Təxminən 6 ay tamam olandan sonra o, Şahid zəng edib işin nə yerdə olmasını soruşmuşdur. Şahid ona həmin şəxslə danışdığını, yaxın zamanlarda onun işini həll edəcəyini demişdir. Beləliklə aradan yenidən iki ay müddət keçmiş, o, yenidən Şahid zəng edib işinin düzəlib-düzəlməməsi ilə maraqlanmışdır. Adil ona işin düzələcəyinə söz versə də, o, Şahidlə razılaşmayıb verdiyi pulu geri tələb etmişdir. Adil ona “sən narahat olma əyər işin düzəlməsə mən sənin pulunu və dəymiş ziyanı ödəyəcəm” demiş və onun tək olmadığını, ondan başqa iki nəfər şəxsin də pulunu işə düzəltmək adı ilə verdiyini, lakin işlərinin düzəlmədiyini, pulu da ala bilmədiyini, ancaq onların pulunu özü ödəyəcəyini bildirmişdir. Bundan sonra aradan bir ay keçmiş Şahid ona zəng edib Gəncə şəhərinə pulu verdiyi Avtozavod yoluna gəlməsini və orada görüşüb pulunu qaytaracağını demişdir. O, elə həmin günü Adil dediyi Avtozavod yoluna gəlmiş və orada Şahidlə görüşmüşdür. Adil çıxarıb ona dəymiş ziyanı və verdiyi pulu tam ödəmişdir. Şahid ondan üzr istəmiş, onun işini düzəldən şəxsdən pulunu ala bilmədiyini və öz yaşadığı evi dəyərindən aşağı qiymətə satıb ona və digərlərinə dəymiş ziyanı ödədiyini bildirmişdir. O, Şahid verdiyi pulu alıb çıxıb getmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, yuxarıda qeyd etdiyi kimi Şahid kimin vasitəsi ilə onu işə düzəldəcəyi şəxsi şəxsən görməmişdir, lakin Şahid dediyinə görə həmin şəxsin adı X8r. O, işə düzəlməsi barədə Şahid 9000 manat məbləğində pulu Gəncə şəhərində Avtozavod yolunda “Daşqın” inşaat bazarının yaxınlığında Şahid öz avtomobilində vermişdir. Həmin vaxt o və Şahid başqa kənar şəxslər olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadə verərək göstərmişdir ki, Şahid təxminən 30 il müddət olar ki tanıyır. Şahid onunla uzun müddət yaxın qonşu olub, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O bildiyinə görə Şahid FHN-nin yanğından mühafizə idarəsində işləmişdir. Şahid FHN-də işlədiyi üçün o da həmin ərəfədə oğlu X14 iş yeri axtardığı üçün 2015-ci ilin təxminən yanvar ayının əvvəllərində Şahid müraciət edərək oğlunu işlədiyi Yanğından Mühafizə İdarəsinə işə düzəldə biləcəyini soruşmuşdur. Şahid ona yaxın tanışı olduğunu, özü onunla bir yerdə işlədiyini bildirmiş və qardaşının da Bakı şəhərində FHN-də yüksək vəzifədə işlədiyini, onunla danışaraq, ona köməklik göstərib oğlunu işə düzəldəcəyini bildirmişdir. O da Adilə həmin şəxsin kim olduğunu, dəqiq tanıyıb-tanımadığını, sonra onları aldadıb pullarını qaytarmayacağını maraqlanmışdır. Adil ona “sən narahat olma arada mən varam, əgər sənin pulunu qaytarmasa mən sənin pulunu evimi satmaq da olsa özüm verəcəm” demişdir. Onlar Şahidlə razılaşandan təxminən bir həftə sonra Adil ona oğlunun işini işə düzəlməsi üçün danışdığını, 9000 (doqquz min) manat pul verməli olduğunu demişdir. O, Adilə “biraz danış qiymətini aşağı elə gücüm çatsın” demiş, lakin Adil aşağı qiymətə razılaşmadıqlarını və həmin vaxtı Adilin yanında bir nəfər tanımadığı şəxsin də olduğunu, onlardan təxminən 10-15 metr aralıda dayandığını bildirmişdir. Adil ona bu işi düzəldən həmin şəxsin olduğunu demiş, lakin gecə qaranlıq olduğundan o, həmin şəxsin üzünü dəqiq görməmişdir. O, Adilə ona bir həftə vaxt verməsini, mal-heyvanı olduğunu onu satıb dediyi məbləğdə pulu düzəldib verəcəyini demişdir. 2015-ci ilin təxminən yanvar ayının ortalarında 9000 (doqquz min) manat pul düzəldib, öz həyаt yoldaşı Gülgəz Həsənovanı da götürüb Adilin yaşadığı Gəncə şəhəri Avtozavod qəsəbəsində olan evinə getmişdir. Orada Adilə sabah aralarında narazılıq olmasın deyə pulu ailəsiylə birlikdə gətirib onun ailəsinin yanında verdiyini demişdir. Adilin evində sayıb 9000 (doqquz min) manat pulu ailəsinin və həyаt yoldaşı Gülgəz Həsənovanın yanında Adilə vermişdir. Adil ona oğlunun işə düzəlməsinin 6 ay müddət çəkəcəyini demişdir. O da Adil ilə razılaşıb pulu ona verib çıxıb getmişdir. Aradan 6 ay müddət keçdikdən sonra o, Adilə zəng edib altı ay müddət keçdiyini, onun oğlunun işinin nə yerdə olduğunu demişdir. Adil ona Asif adlı şəxsin onu aldatdığını, ona bir ay müddət vaxt verməsini, əgər pullarını qaytarmasa o, evini satıb onların pulunu verəcəyini demişdir. O da Adilə “bəlkə sənin evin bir ilə satılacaq mən səni gözləyə bilmirəm” deyə cavab vermişdir. Adil isə ona narahat olmamasını, evini dəyərinə-dəyməzinə verib onların pulunu tam qaytaracağını demişdir. Aradan təxminən bir neçə ay keçmiş Adil çıxarıb ona dəymiş ziyanı və verdiyi pulu tam ödəmişdir. Şahid ondan üzr sitəmiş, onun işini düzəldən şəxsdən pulunu ala bilmədiyini və öz yaşadığı evi dəyərindən aşağı qiymətə satıb ona və digərlərinə dəymiş ziyanı ödədiyini bildirmişdir. Bundan sonra Şahid onunla görüşəndə Asif adlı şəxsin onu aldadıb pulunu qaytarmadığı üçün Asifin barəsində şikayət etdiyini bildirmişdir. Şahid birlikdə Bakı şəhərinə izahat vermək üçün getməsini ondan xahiş etmiş və o, etiraz etməmişdir. Lakin daha sonra Şahid ona həmin ərizəni Gəncə şəhər BPİ-nə göndərdiklərini, ona görə Bakı şəhərinə getməyə ehtiyac olmadığını demişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, Şahid ona deməsinə görə о, X16 adlı şəxsin vasitəsilə onu oğlunun işini düzəldəcəyini bildirmiş, lakin qaranlıq olduğu üçün o, Asif Məhərrəmovun üzünü dəqiq görə bilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Şahid təxminən 2015-2016-ci illərdən tanıyır. Onunla bir kənddə yaşayan Tofiq adlı şəxs ona Adil adlı bir tanışının olduğunu, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işlədiyini, onun vasitəsi ilə ora işə düzəlmək istədiyini və Şahidlə danışıb işə düzəlməyi üçün pul verdiyini bildirmişdir. Tofiq ona əgər istəyirsə onun da işini danışıb elə gedib bir yerdə işləyə biləcəklərini demişdir. O da Tofiqlə razılaşıb bir iki gün ondan sonra Şahidlə Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Daşqın” inşaat bazarı adlanan ərazinin yaxınlığında görüşmüşlər. Orada Şahid ona da Tofiqin yanında Asif adlı tanışının vasitəsilə işə düzəlməyində köməklik edə biləcəyini demişdir. Bir neçə gün keçdikdən sonra Şahid ona zəng edib onunla bir idarədə işləyən Asif Məhərrəmovun onun işini düzəldə biləcəyini dediyini və bunun müqabilində aparıb Asifə verməsi üçün Adil ondan 9000 (doqquz min) manat pul istəmişdir. Bir neçə gün keçdikdən sonra o, 6500 (altı min beş yüz) manat pul düzəldib Tofiqlə birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsinə gedib orada Şahidlə görüşmüş, o, üzərində gətirdiyi 6500 (altı min beş yüz) manatı sayıb Tofiqin yanında Adilə vermiş və Adilə qalan 2500 (iki min beş yüz) manatı da qısa bir müddət ərzində gətirib verəcəyini bildirmişdir. Şahid də ona onun işə düzəlməyində hər hansı maddi marağının olmadığını, sadəcə olaraq tanış olduqları üçün işə düzəlməsinə çalışdığını və bu məqsədlə ondan aldığı 6500 (altı min beş yüz) manatı aparıb Asif Məhərrəmova verəcəyini bildirmişdir. Тəxminən 10-15 gün keçdikdən sonra o, işə düzəlməsi üçün yerdə qalan 2500 (iki min beş yüz) manatı da düzəltmiş, Adilnən əlaqə saxlayaraq həmin pulu harada çatdırmasını bildirəndə Şahid Göygöl rayon xəstəxanasında olduğunu və xəstəxananın qarşısında aparıb ona verməsini bildirmişdir. Bundan sonra o özü tək idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə Göygöl rayon xəstəxanasının qarşısına getmiş, Şahidlə xəstəxananın qarşısında yol kənarında ikisi təklikdə görüşmüş, 2500 (iki min beş yüz) manat pulu aparıb Asifə verməsi üçün Şahid sayıb vermişdir. Həmin vaxt Şahid təxminən onlardan 60-70 metr kənarda xəstəxananın inzibati binasının qarşısında dayanmış bir nəfər şəxsi əli ilə göstərib həmin şəxsin adının Asif olduğunu, onun işlərini həmin şəxsin vasitəsi ilə düzəldəcəyini bildirmişdir. O, pulu Adilə verdikdən sonra çıxıb evlərinə getmişdir. Şahid ona Asifin deməsinə görə üç ay müddətinə onun işinin həll olunacağını demişdir. Lakin aradan artıq 5 ay müddət keçdikdən sonra o, Şahid pulunu geri tələb etmişdir. Adil isə ona «heç bir narahatçılıq yoxdur mən sənin pulunu qaytaracam» demişdir. Aradan təxminən 10-15 gün keçdikdən sonra Adil ona zəng edib «işin düzəlmədi, gəl pulunu geri götür» demişdir. O, Gəncə şəhərində Avtozavod yolunda Şahidlə görüşmüş, Şahid ona işini düzəltmək məqsədilə 9000 manat məbləğində pulunu ondan aldığı Asif Məhərrəmova versə də, onun vədinə əməl etməyərək işini düzəltmədiyini və həmin məqsədlə aldığı 9000 manat pulu Şahid qaytarmadığını demişdir. Həmin vaxt Şahid ona yanında utandığı üçün ona dəymiş ziyanı ödəməyə çalışıb və bu səbəbdən də özünə məxsus evini dəyərindən aşağı qiymətəsataraq onun və digərlərinin pulunu qaytarmışdır Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, Fövqalədə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işə düzəlməsi üçün Asif Məhərrəmova çatdırması üçün ümumilikdə Şahid 9000 manat pul vermişdir. Belə ki, həmin məbləğdə pulun 6500 manatını Gəncə şəhəri Avtozavod qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə birlikdə Şahid vermiş, yerdə qalan 2500 manatı isə Göygöl rayonu Mərkəzi xəstəxanasının qarşısında Şahid özünə vermişdir. Sonuncu dəfə pulu Şahid verən vaxt yanlarında heç kim olmamışdır. O, Göygöl rayon Mərkəzi xəstəxanasının qarşısında aparıb Asif Məhərrəmova verməsi üçün Şahid 2500 manat pul vermişdir və həmin yeri göstərə biləcəyini bildirmişdir. Onun Şahid qarşı şikayət və ya tələbinin olmadığını, Şahid onun işinin düzəlməsinə çalışdığını, bu səbəbdən də onunla bir idarədə işləyən Asif Məhərrəmov adlı şəxsdən Fövqalədə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işə düzəlməsini xahiş etdiyini, Asif Məhərrəmovun da 9000 manat pulun müqabilində onu işə düzəldəcəyini Şahid söz verdiyini, lakin X22 Əliyevin vasitəsilə ondan aldığı 9000 manat pulun müqabilində işini düzəltmədiyi üçün və pulunu geri qaytarmadığı üçün o, Şahid pulunu geri tələb etdiyinibildirmişdir. Şahid də ona yaxşılıq edərək özünə məxsus evini dəyərindən aşağı qiymətə sataraq onun pulunu qaytarmışdır. Belə ki Şahid Asif Məhərrəmovun sözlərinə ona qısa vaxt ərzində işə düzələcəyinə söz vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, 1999-cu ildən Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayonu X5 yanğın söndürən vəzifəsində işləmişdir, 2018-ci ildə təqaüdə çıxmışdır və hazırda da təqaüd alır. O, Fövqalədə Hallar Nazirliyində nümunəvi işçi olduğu üçün 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq əmri ilə «qüsursuz xidmət» ordeni ilə təltif olunmuşdur. X6 Azərbaycan Respublikası FHN-nin Gəncə şəhər Nizami rayonu YMH-də işləyən vaxtdan tanıyır, o, da Gəncə şəhər Nizami rayonu X5 əməliyyat işləri üzrə şəxsin köməkçisi vəzifəsində işləmiş, onun rütbəsi baş leytenant olmuşdur. Asif Məhərrəmovun özü dəfələrlə ona əgər Fövqalədə Hallar Nazirliyinə işə düzəlmək istəyən olarsa həmin şəxsin işə düzəlməsində köməklik edə biləcəyini təklif etmişdir. O da onun sözlərinə inanıb bu barədə tanışlarına bildirmişdir. Belə ki, bildiyinə görə Asif Məhərrəmovun qardaşı Akif Məhərrəmov Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyində Əhalinin Təşkili və Təlimatı üzrə şöbə rəisi vəzifəsində işləmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X19 ona müraciət edərək Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmələrində onlara köməklik göstərməsini xahiş etmişlər. O da onlara həmin mühafizə xidmətində işləyən tanışı X1 edə biləcəyini düşünərək razılıq vermişdir. Belə ki, onunla işləyən Asif Məhərrəmov əvvəlcədən ona əgər mühafızə idarəsinə işə düzəlmək istəyən olarsa yüksək vəzifədə işləyən qardaşının köməyi ilə işə düzəldə biləcəyini bildirmişdir. O, Asif Məhərrəmova bu barədə dedikdə Asif ona hər bir şəxsdən 9000 (doqquz min) manat almasını, onları işə düzəldə biləcəyini demişdir. O da həmin şəxslərdən Asifin dediyi kimi müxtəlif vaxtlarda 9000 (doqquz min manat) pul alaraq işə düzəldilmələri üçün Asif Məhərrəmova cəmi 27000 (iyirmi yeddi min) manat pul vermişdir. Belə ki, 2016-cı ilin təxminən yanvar ayında, gününü dəqiq bilmədiyim tarixdə Zərərçəkmiş şəxs1 onunla görüşmüş, Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la Gəncə şəhəri Avtozavod qəsəbəsi «Daşqın İnşaat» bazarının yaxınlığında görüşmüşdür. Zərərçəkmiş şəxs1 işə düzəlmək məqsədilə ona 9000 manat pul vermişdir. O, ondan aldığı 9000 manat pulu daha sonra Asif Məhərrəmovla görüşüb ona vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Zərərçəkmiş şəxs1 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra tanışı Zərərçəkmiş şəxs2 oğlu X26 şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəltmək istədiyini ona bildirmişdir. O da bu barədə Asiflə danışanda Asif ondan Fədail Həsənovu işə düzəlməsi üçün 9000 manat pul istədiyini bildirmişdir. O da bu barədə Fədail Həsənovun atası Zərərçəkmiş şəxs2 bildirmişdir. Zərərçəkmiş şəxs2 da 2016-cı ilin yanvar ayının əvvəllərində, gününü dəqiq bilmədiyim tarixdə axşam saatlarında həyat yoldaşı Gülgəz Həsənova ilə birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşadığı evə gəlmiş, oğlunun işə düzəltməsi üçün Asif Məhərrəmova verməsi üçün ona 9000 manat pul vermişdir. O da həmin gecə Gəncə şəhəri təzə Yevlax avtovağzalının qarşısında Asif Məhərrəmovla görüşmüş, Zərərçəkmiş şəxs2 aldığı 9000 manat pulu ona vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Fədail Həsənovu 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. Asif Məhərrəmov da həmin məbləğdə pulu dövlət qeydiyyat nömrə nişanını bilmədiyi taksi avtomobili ilə avtovağzaldan Bakı şəhərinə yola salmışdır. Bundan sonra 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs3 Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəlmək istədiyini bildirmişdir. O da bu barədə Asiflə danışanda Asif ondan Semurun işə düzəlməsi üçün 9000 manat pul istədiyini bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs3 bildirmişdir. Bundan sonra gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs3la Gəncə şəhəri Avtozavod qəsəbəsində görüşmüş, Semur ona 6500 manat pul düzəltdiyini, yerdə qalan 2500 manat pulu isə bir-iki gün müddətinə düzəldəcəyini bildirmişdir. O da etiraz etməyib Asif Məhərrəmova verməsi üçün ondan 6500 manatı almışdır. Bundan sonra 2016-cı ilin fevral ayında, gününü dəqiq bilmədiyi tarixdə Asif Məhərrəmovun səhhətində narahatçılıq yarandığı üçün onunla birlikdə bir yoldaş kimi onun idarə etdiyi qara rəngli “Jetta” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığ avtomobili ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada olan vaxt Zərərçəkmiş şəxs3 ona zəng edib pulun yerdə qalan hissəsini vermək istədiyini bildirəndə o Semura Xəstəxananın qarışısına gəlməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs3la Göygöl Rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüş, Semur işə düzəlməsi üçün Asifə çatacaq pulun yerdə qalan hissəsini, yəni 2500 manat pulu ona vermişdir. O da Semurdan aldığı 2500 manat pulu Göygöl rayon Mərkəzi Xəstəxanasında ikən Asif Məhərrəmovun özünə vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Zərərçəkmiş şəxs3 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. X27 pulu aldıqdan sonra onu aldadaraq həmin şəxsləri nə işə düzəltmiş, nə də ki, onların pulunu qaytarmamışdır. Hər dəfə Asif Məhərrəmova verdiyi pulu istəyəndə müxtəlif bəhanələr gətirərək guya qaytaracağını demişdir. Hətta bu barədə Asifın atası Marif kişi biləndə o, da ona yaxın vaxtlarda onun pulunu qaytaracağını demişdir. Lakin Asifm atası Marif kişi ilə danıqlarından iki il keçsə də, onun Asifə verdiyi pulu qaytarmamışlar. Eyni zamanda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X19 hər dəfə onunla görüşəndə işlərinin nə yerdə qaldığını soruşanda o, onlara işə düzəltmək məqsədilə aldığı pulu Asif Məhərrəmova verdiyini, Asif Məhərrəmovun da hər dəfə müxtəlif bəhanə gətirib pulu geri qaytarmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X7 işə düzəlmələri üçün aldığı pulda onun hər hansı bir marağı olmamış, hər birindən 9000 manat olmaqla ümumilikdə 27000 manat pulun hamısını Asif Məhərrəmova vermişdir. Lakin hər dəfə həmin şəxsləri görəndə utandığı üçün məcbur qalıb Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evini satıb Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X9 pullarını özlərinə qaytarmışdır. Daha sonra isə qohumu Qiyafət adlı xanımın vasitəsi ilə tanış olduğu X20 ona söz verərək onun Asif Məhərrəmova verdiyi 27 min manatı Asifdən alıb qaytaracağını bildirmişdir. Belə ki, Nadir Fərəcov ona 8 il türmə yatdığını, onun sözünün hər yerdə keçərli olduğunu və qohumlarının da yüksək vəzifələrdə işlədiyini demişdir. Nadir bunun müqavilində ondan etibarından istifadə edərək dələduzluq yolu ilə müxtəlif vaxtlarda hissəhissə 14000 (on dörd min) manat pul almışdır. Həmin pulların 8 (səkkiz min) manatını Nadir Fərəcovun adına olan karta koçürmüş, bir hissəsini isə poçt vasitəsi ilə Nadir Fərəcovun adına göndərmişdir. Bu barədə əlində müxtəlif çeklər və səs yazmaları vardır. Bunu istintaqa təqdim edəcəyini göstərmişdir. Bundan sonra o, Nadir Fərəcovla görüşüb pullarını istəyərkən Nadir Fərəcov ona hədə qorxu gələrək onun ailəsini və özünü öldürməklə hədələmişdir. Onun etibarından istifadə edərək aldatmaq və hədə-qorxu gəlmək yolu ilə ona külli miqdarda maddi ziyan vuran X10 və X15 cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Asifin digər şəxsləri də aldadaraq pul alması barədə Gəncə şəhər prokrorluğundada araşdırma aparılmış, hətta o da orada ona öz adına bankdan pul götürərək verməsi barədə izahat vermişdir. O, Asifə Göygöl rayonu Topalhəsənli kəndində yaşayan Zərərçəkmiş şəxs1 və onunla bir kənddə yaşayan Zərərçəkmiş şəxs3, bir də ki, Gəncə şəhərində yaşayan Zərərçəkmiş şəxs2 oğlu X13 FHN-nin yanğından mühafizə idarəsində yanğın söndürən vəzifəsinə işə düzəltdirəcəyi adı ilə Tofiq və Elmandan aldığı pulu Gəncə şəhəri Avtozavod qəsəbəsində, Zərərçəkmiş şəxs3 aldığı pulun 6500 (altı min beş yüz) manatını Gəncə şəhəri Avtozavod qəsəbəsində, yerdə qalan 2500 ( iki min beş yüz) manatı isə sonuncu dəfə Göygöl rayon xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs3 alıb Xəstəxananın həyətində həmin vaxt ondan bir qədər aralıda dayanmış Asif Məhərrəmova vermişdir. X2 şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəltmək məqsədilə onun vasitəsilə vətəndaşlardan aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də o, bildirmişdir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyində işləyən qardaşı Akif Məhərrəmovun vasitəsilə vətəndaşları işə düzəldəcəkdir. O da Asifin sözlərinə inanıb tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X7 aldığı ümumilikdə 2700 manat pulu Asif Məhərrəmova vermişdir. O, Asif Məhərrəmovun dələduzluq yolu ilə vətəndaşların pulunu ələ keçirtmək niyyətinin olduğunu bilsə idi tanışlarından pul alıb Asif Məhərrəmova verməyəcəyini bildirmişdir. Asif Məhərrəmovun dələduzluq cinayəti törətməyi barədə onun əvvəlcədən məlumatı olmamış, Asif ona bu barədə heç nə bildirməmiş, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirtmək üçün Asif Məhərrəmovla onun arasında əvvəlcədən hər hansı bir razılaşma və danışıq olmamışdır. O, sonuncu dəfə Zərərçəkmiş şəxs3 aldığı pulu Asif Məhərrəmova vermişdir. Belə ki, 2016-cı ilin fevral ayında, gününü dəqiq bilmədiyi tarixdə 2500 manat məbləğində pulu Göygöl rayon Mərkəzi Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs3 alıb həmin vaxt Xəstxananın həyətində ondan bir qədər aralıda dayanmış Asif Məhərrəmovun özünə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı 28 oktyabr 2021-ci il tarixdə şahid qismində dindirilmiş Şahid ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Şahid Təqsirləndirilən şəxs sonuncu dəfə 2500 manat pulu verdiyi yer olan Göygöl rayon Mərkəzi xəstəxanısının qarşısında ifadəsində göstərdiyi xüsusatları hadisə yerində tam təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs3 Şahid 2500 manat pulu verdiyi yer olan Göygöl rayon Mərkəzi xəstəxanasının qarşısında ifadəsində göstərdiyi xüsusatları hadisə yerində tam təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli təlabnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmənin qərarı əsasında 25 mart 2023-cü il tarixdə "xxxx" MMC-dən əldə edilmiş diskdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların, yazışmaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi barədə məlumatların qeyd edildiyi siyahıda iş üçün əhəmiyyət kəsb edəcək Şahid adına rəsmiləşdirilmiş mobil nömrə olması aşkar edildi. Həmin məlumat 1 №-li cədvəldə göstərilən qaydada qeyd edilmişdir. MSİSDN Nömrə sahibi İD nömrəsi Ünvanı ********** X32 AA902298 1031,,,Gəncə,Paşayev,d.1,26 CD diskə baxış zamanı Şahid ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında danışıqların aparılması müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. İbtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, 1999-cu ildən Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayonu X5 yanğın söndürən vəzifəsində işləmişdir, 2018-ci ildə təqaüdə çıxmışdır və hazırda da təqaüd alır. O, Fövqalədə Hallar Nazirliyində nümunəvi işçi olduğu üçün 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq əmri ilə «qüsursuz xidmət» ordeni ilə təltif olunmuşdur. X6 Azərbaycan Respublikası FHN-nin Gəncə şəhər Nizami rayonu YMH-də işləyən vaxtdan tanıyır, o, da Gəncə şəhər Nizami rayonu X5 əməliyyat işləri üzrə şəxsin köməkçisi vəzifəsində işləmiş, onun rütbəsi baş leytenant olmuşdur. Asif Məhərrəmovun özü dəfələrlə ona əgər Fövqalədə Hallar Nazirliyinə işə düzəlmək istəyən olarsa həmin şəxsin işə düzəlməsində köməklik edə biləcəyini təklif etmişdir. O da onun sözlərinə inanıb bu barədə tanışlarına bildirmişdir. Belə ki, bildiyinə görə Asif Məhərrəmovun qardaşı Akif Məhərrəmov Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyində Əhalinin Təşkili və Təlimatı üzrə şöbə rəisi vəzifəsində işləmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X19 ona müraciət edərək Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmələrində onlara köməklik göstərməsini xahiş etmişlər. O da onlara həmin mühafizə xidmətində işləyən tanışı X1 edə biləcəyini düşünərək razılıq vermişdir. Belə ki, onunla işləyən Asif Məhərrəmov əvvəlcədən ona əgər mühafızə idarəsinə işə düzəlmək istəyən olarsa yüksək vəzifədə işləyən qardaşının köməyi ilə işə düzəldə biləcəyini bildirmişdir. O, Asif Məhərrəmova bu barədə dedikdə Asif ona hər bir şəxsdən 9000 (doqquz min) manat almasını, onları işə düzəldə biləcəyini demişdir. O da həmin şəxslərdən Asifin dediyi kimi müxtəlif vaxtlarda 9000 (doqquz min manat) pul alaraq işə düzəldilmələri üçün Asif Məhərrəmova cəmi 27000 (iyirmi yeddi min) manat pul vermişdir. Belə ki, 2016-cı ilin təxminən yanvar ayında, gününü dəqiq bilmədiyim tarixdə Zərərçəkmiş şəxs1 onunla görüşmüş, Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la Gəncə şəhəri Avtozavod qəsəbəsi «Daşqın İnşaat» bazarının yaxınlığında görüşmüşdür. Zərərçəkmiş şəxs1 işə düzəlmək məqsədilə ona 9000 manat pul vermişdir. O, ondan aldığı 9000 manat pulu daha sonra Asif Məhərrəmovla görüşüb ona vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Zərərçəkmiş şəxs1 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra tanışı Zərərçəkmiş şəxs2 oğlu X26 şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəltmək istədiyini ona bildirmişdir. O da bu barədə Asiflə danışanda Asif ondan Fədail Həsənovu işə düzəlməsi üçün 9000 manat pul istədiyini bildirmişdir. O da bu barədə Fədail Həsənovun atası Zərərçəkmiş şəxs2 bildirmişdir. Zərərçəkmiş şəxs2 da 2016-cı ilin yanvar ayının əvvəllərində, gününü dəqiq bilmədiyim tarixdə axşam saatlarında həyat yoldaşı Gülgəz Həsənova ilə birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşadığı evə gəlmiş, oğlunun işə düzəltməsi üçün Asif Məhərrəmova verməsi üçün ona 9000 manat pul vermişdir. O da həmin gecə Gəncə şəhəri təzə Yevlax avtovağzalının qarşısında Asif Məhərrəmovla görüşmüş, Zərərçəkmiş şəxs2 aldığı 9000 manat pulu ona vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Fədail Həsənovu 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. Asif Məhərrəmov da həmin məbləğdə pulu dövlət qeydiyyat nömrə nişanını bilmədiyi taksi avtomobili ilə avtovağzaldan Bakı şəhərinə yola salmışdır. Bundan sonra 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs3 Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəlmək istədiyini bildirmişdir. O da bu barədə Asiflə danışanda Asif ondan Semurun işə düzəlməsi üçün 9000 manat pul istədiyini bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs3 bildirmişdir. Bundan sonra gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs3la Gəncə şəhəri Avtozavod qəsəbəsində görüşmüş, Semur ona 6500 manat pul düzəltdiyini, yerdə qalan 2500 manat pulu isə bir-iki gün müddətinə düzəldəcəyini bildirmişdir. O da etiraz etməyib Asif Məhərrəmova verməsi üçün ondan 6500 manatı almışdır. Bundan sonra 2016-cı ilin fevral ayında, gününü dəqiq bilmədiyi tarixdə Asif Məhərrəmovun səhhətində narahatçılıq yarandığı üçün onunla birlikdə bir yoldaş kimi onun idarə etdiyi qara rəngli “Jetta” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığ avtomobili ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada olan vaxt Zərərçəkmiş şəxs3 ona zəng edib pulun yerdə qalan hissəsini vermək istədiyini bildirəndə o Semura Xəstəxananın qarışısına gəlməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs3la Göygöl Rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüş, Semur işə düzəlməsi üçün Asifə çatacaq pulun yerdə qalan hissəsini, yəni 2500 manat pulu ona vermişdir. O da Semurdan aldığı 2500 manat pulu Göygöl rayon Mərkəzi Xəstəxanasında ikən Asif Məhərrəmovun özünə vermişdir. Asif Məhərrəmov da qardaşının vasitəsilə Zərərçəkmiş şəxs3 6 ay müddətində Gəncə şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermişdir. X27 pulu aldıqdan sonra onu aldadaraq həmin şəxsləri nə işə düzəltmiş, nə də ki, onların pulunu qaytarmamışdır. Hər dəfə Asif Məhərrəmova verdiyi pulu istəyəndə müxtəlif bəhanələr gətirərək guya qaytaracağını demişdir. Hətta bu barədə Asifın atası Marif kişi biləndə o, da ona yaxın vaxtlarda onun pulunu qaytaracağını demişdir. Lakin Asifm atası Marif kişi ilə danıqlarından iki il keçsə də, onun Asifə verdiyi pulu qaytarmamışlar. Eyni zamanda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X19 hər dəfə onunla görüşəndə işlərinin nə yerdə qaldığını soruşanda o, onlara işə düzəltmək məqsədilə aldığı pulu Asif Məhərrəmova verdiyini, Asif Məhərrəmovun da hər dəfə müxtəlif bəhanə gətirib pulu geri qaytarmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X7 işə düzəlmələri üçün aldığı pulda onun hər hansı bir marağı olmamış, hər birindən 9000 manat olmaqla ümumilikdə 27000 manat pulun hamısını Asif Məhərrəmova vermişdir. Lakin hər dəfə həmin şəxsləri görəndə utandığı üçün məcbur qalıb Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evini satıb Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X9 pullarını özlərinə qaytarmışdır. Daha sonra isə qohumu Qiyafət adlı xanımın vasitəsi ilə tanış olduğu X20 ona söz verərək onun Asif Məhərrəmova verdiyi 27 min manatı Asifdən alıb qaytaracağını bildirmişdir. Belə ki, Nadir Fərəcov ona 8 il türmə yatdığını, onun sözünün hər yerdə keçərli olduğunu və qohumlarının da yüksək vəzifələrdə işlədiyini demişdir. Nadir bunun müqavilində ondan etibarından istifadə edərək dələduzluq yolu ilə müxtəlif vaxtlarda hissəhissə 14000 (on dörd min) manat pul almışdır. Həmin pulların 8 (səkkiz min) manatını Nadir Fərəcovun adına olan karta koçürmüş, bir hissəsini isə poçt vasitəsi ilə Nadir Fərəcovun adına göndərmişdir. Bu barədə əlində müxtəlif çeklər və səs yazmaları vardır. Bunu istintaqa təqdim edəcəyini göstərmişdir. Bundan sonra o, Nadir Fərəcovla görüşüb pullarını istəyərkən Nadir Fərəcov ona hədə qorxu gələrək onun ailəsini və özünü öldürməklə hədələmişdir. Onun etibarından istifadə edərək aldatmaq və hədə-qorxu gəlmək yolu ilə ona külli miqdarda maddi ziyan vuran X10 və X15 cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Asifin digər şəxsləri də aldadaraq pul alması barədə Gəncə şəhər prokrorluğundada araşdırma aparılmış, hətta o da orada ona öz adına bankdan pul götürərək verməsi barədə izahat vermişdir. O, Asifə Göygöl rayonu Topalhəsənli kəndində yaşayan Zərərçəkmiş şəxs1 və onunla bir kənddə yaşayan Zərərçəkmiş şəxs3, bir də ki, Gəncə şəhərində yaşayan Zərərçəkmiş şəxs2 oğlu X13 FHN-nin yanğından mühafizə idarəsində yanğın söndürən vəzifəsinə işə düzəltdirəcəyi adı ilə Tofiq və Elmandan aldığı pulu Gəncə şəhəri Avtozavod qəsəbəsində, Zərərçəkmiş şəxs3 aldığı pulun 6500 (altı min beş yüz) manatını Gəncə şəhəri Avtozavod qəsəbəsində, yerdə qalan 2500 ( iki min beş yüz) manatı isə sonuncu dəfə Göygöl rayon xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs3 alıb Xəstəxananın həyətində həmin vaxt ondan bir qədər aralıda dayanmış Asif Məhərrəmova vermişdir. X2 şəhərində yanğından mühafizə idarəsində yanğın söndürən kimi işə düzəltmək məqsədilə onun vasitəsilə vətəndaşlardan aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də o, bildirmişdir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyində işləyən qardaşı Akif Məhərrəmovun vasitəsilə vətəndaşları işə düzəldəcəkdir. O da Asifin sözlərinə inanıb tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X7 aldığı ümumilikdə 2700 manat pulu Asif Məhərrəmova vermişdir. O, Asif Məhərrəmovun dələduzluq yolu ilə vətəndaşların pulunu ələ keçirtmək niyyətinin olduğunu bilsə idi tanışlarından pul alıb Asif Məhərrəmova verməyəcəyini bildirmişdir. Asif Məhərrəmovun dələduzluq cinayəti törətməyi barədə onun əvvəlcədən məlumatı olmamış, Asif ona bu barədə heç nə bildirməmiş, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirtmək üçün Asif Məhərrəmovla onun arasında əvvəlcədən hər hansı bir razılaşma və danışıq olmamışdır. O, sonuncu dəfə Zərərçəkmiş şəxs3 aldığı pulu Asif Məhərrəmova vermişdir. Belə ki, 2016-cı ilin fevral ayında, gününü dəqiq bilmədiyi tarixdə 2500 manat məbləğində pulu Göygöl rayon Mərkəzi Xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs3 alıb həmin vaxt Xəstxananın həyətində ondan bir qədər aralıda dayanmış Asif Məhərrəmovun özünə vermişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs3 Şahid 2500 manat pulu verdiyi yer olan Göygöl rayon Mərkəzi xəstəxanasının qarşısında ifadəsində göstərdiyi xüsusatları hadisə yerində tam təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmənin qərarı əsasında 25 mart 2023-cü il tarixdə "xxxx" MMC-dən əldə edilmiş diskdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların, yazışmaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi barədə məlumatların qeyd edildiyi siyahıda iş üçün əhəmiyyət kəsb edəcək Şahid adına rəsmiləşdirilmiş mobil nömrə olması aşkar edildi. Həmin məlumat 1 №-li cədvəldə göstərilən qaydada qeyd edilmişdir. MSİSDN Nömrə sahibi İD nömrəsi Ünvanı ********** X32 AA902298 1031,,,Gəncə,Paşayev,d.1,26 CD diskə baxış zamanı Şahid ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında danışıqların aparılması müəyyən olunmamışdır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsiilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlu CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsə də ona, cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini 2016-cı ilin yanvar ayında, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduzluq əməlini 2016-cı ilin yanvar ayında və zərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməlini 2016-cı ilin fevral ayında törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin üzərindən yeddi ildən artıq müddət keçmişdir. Məhkəmə xüsusən qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsi üçün cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə yanaşı, təqsirləndirilən şəxsin də bəraətverici əsaslar olmadan barəsində olan iş üzrə icraata xitam verilməsinə razılıq verməsidir. Hazırki işdən isə görünür ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Belə olan halda isə, qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X23rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-59/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 01 avqust 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Göygöl rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Oğur rayonu Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi bina 3A, mənzil 8-də daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri Cihazqayırma zavodunun qarşısında təzə məhlələrdə yaşayan yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-59/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-59/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver