Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-59/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Xanlar rayonu, Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Göygöl rayon, Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 mart 2020-ci il tarixdən hesablanmaqla 21 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(066)-44/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göygöl Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli, 3(066)-206/2021 saylı və 28 noyabr 2022-ci il tarixli, 3(066)-421/2022 saylı qərarları ilə müvafiq olaraq 10 gün, 08 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23 oktyabr 2023-cü il tarixədək cəmi 4860,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bildi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə faktiki qaydada evlənib, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onlar evli olduğu müddətdə 31 mart 2012-ci il təvəllüdlü X6 və 21 dekabr 2018-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Aralarındakı narazılıqlara görə Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş uşaqlarından 21 dekabr 2018-ci il təvəllüdlü X5 anası Zərərçəkmiş şəxs himayəsində, Göygöl şəhəri, Qızılqaya qəsəbəsində yaşamış, digər övladı 31 mart 2012-ci il təvəllüdlü X6 isə məhkəmə qətnaməsinə əsasən anasının himayəsinə verilsə də anası ilə birlikdə yaşamaqdan imtina etmiş, hal-hazırda onun himayəsindədir. Həmin qətnaməyə əsasən ondan 18 mart 2020-ci il tarixdən hesablanmaqla 21 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi, ondan alınıb Zərərçəkmiş şəxs himayəsinə verildiyi gündən isə 31 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin indiki zamana kimi 31 mart 2012-ci il təvəllüdlü Ayşən İsgəndərli anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamaqdan imtina etmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Göygöl rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, Göygöl Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün, 08 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, uşağı görmədiyi üçün aliment borcunu ödəməmiş və bundan sonrada heç vaxt aliment borcunu ödəməyəcəyini bildirmişdir. Həmçinin adını xatırlamadığı vəkil ondan aliment borcunu ödəmək adı ilə 1700 manat pul almış, ancaq ödəməmişdir. Məhkəmə istintaqında ifadə verən Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ilə faktiki qaydada evlənib, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onlar evli olduğu müddətdə 31 mart 2012-ci il təvəllüdlü X6 və 21 dekabr 2018-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Aralarındakı narazılıqlara görə Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqları 31 mart 2012-ci il təvəllüdlü X2 və 21 dekabr 2018-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədə, 31 mart 2012-ci il təvəllüdlü X4 görə alimentin tutulması atasından alınıb, ona veriləndən sonra tutulması qeyd edilmişdir. Lakin indiki zaman kimi qızı 31 mart 2012-ci il təvəllüdlü X10 İsgəndərovdan alınaraq ona verilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göygöl rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, ona 4860 (dörd min səkkiz yüz altmış) manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Maddi vəziyyəti ağır olduğundan uşaqları üçün aliment borcunun tam ödənilməsini tələb edir. Odur ki, aliment borcunu ödəmədiyi üçün keçmiş əri Cabbar Məmmədovun cəzalanmasını tələb edir. Məhkəmə istintaqında şahid qismində ifadə verən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayon Məhkəməsinin 2(066)- 44/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə 31 mart 2012-ci il təvəllüdlü X6 və 21 dekabr 2018-ci il təvəllüdlü X5 anasının, yəni tələbkar Zərərçəkmiş şəxs yanında saxlanılmalı, 31 mart 2012-ci il təvəllüdlü X6 borclu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməli, 31 mart 2012-ci il təvəllüdlü X2 və 21 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasına 21 dekabr 2018-ci il təvəllüdlü X1 aid hissədə 18 mart 2020-ci il tarixdən, 31 mart 2012-ci il təvəllüdlü X4 aid hissədə isə X2 borclundan alınıb tələbkarın himayəsinə verildiyi gündən tarixdən başlanılması qət edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasına təmin etmək məqsədi ilə borcluya qərar və bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Göygöl Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün və 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunun ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tələbkara ödəməli olduğu 5160 (beş min yüz altmış) manat məbləğində aliment pulundan, hissə-hissə olmaqla cəmi 300 (üç yüz) manat ödəniş etmiş, borclu Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayı daxil olmaqla 4860 (dörd min səkkiz yüz altmış) manat aliment borcu yaranmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə Göygöl rayon İcra və Probasiya şöbəsinə müraciyyət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Şahid Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 da məhkəmə baxışı zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 10 iyul 2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 31 mart 2012-ci il təvəllüdlü X2 və 21 dekabr 2018-ci il təvəllüdlü X1 Zərərçəkmiş şəxs yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamədə, 31 mart 2012-ci il təvəllüdlü X4 görə alimentin tutulması onun Təqsirləndirilən şəxs alınıb, Zərərçəkmiş şəxs veriləndən sonra tutulması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini dərhal olraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2021-ci il tarixli bildirişindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini dərhal olraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan borclu Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatlardan məlum olur ki, ona Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti və Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 8(066)-138/2021 saylı qəradadının surətindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 04 sentyabr 2021ci il tarixli 3(018)-206/2021 saylı qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 26 yanvar 2022-ci il tarixli qərarından məlum olur ki, borclu Təqsirləndirilən şəxs Göygöl Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən yayındığına görə onun nun barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 8(066)-10/2022 saylı qəradadının surətindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra edilənədək məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 3(018)-421/2022 saylı qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Göygöl rayon İHB-nın Göygöl rayonu Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat statistik informasiya idarəsinin 26 yanvar 2024-cü il tarixli tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsində göstərilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (köhnə redaksiyada) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 3.1-ci maddəsində qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün onun əməlində cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, onun qeyd edilən icra sənədini uzun müddət qərəzli icra etməməsini, zərərçəkmiş şəxslə barışmamasını, eləcə də barışmağa cəhd göstərməməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etməyi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmaqla, o, məhkəmə iclas zalında həbs edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddət ərzində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən şikayət və protest verilmədikdə, həmin müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəsini alır. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-59/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-59/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver