Məhkəmə qərarları › İş №1(066)-6/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-6/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-6/2024 30.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim, Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri Təbriz küçəsi ev 94B ev 46-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə, saat 23 radələrində "X5" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz 200” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayon ərazisindən keçən 366-cı kilometrliyində "X5" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda, bunu etməyərək Qazax rayon istiqamətinin sağ hərəkət zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olan zaman avtomobil üzərində idarəetməni itirmiş, avtomobil idarəetmədən çıxıb yolun sağına doğru istiqamətlənib aşaraq hərəkət hissədən yol kənarına 43 metr istiqamətlənib dayanmış, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs İ bel fəqərəsinin cisminin onurğa beyininin zədələnməsi, sınığı və çıxığı, aşağı ətrafların paraplegiyası, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları, İ,İİ,İİİ,İV bel fəqərələrinin hər iki çıxıntılarının, sağ Vİ, Vİİ qabırğaların və büzdüm sümüyünün xətti formalı sınıqları müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlanlığa ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri Təbriz küçəsi ev 94B, mənzil 46-da yaşayır. Onun sürücülük vəsiqəsi yoxdur. Şahid tanışıdır. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil Elşənindir. 13 aprel 2023-cü il tarixdə o, axşam saatlarında Göygöl rayonunda yaşayan tanışı, Elşəndən Elşənə məxsus “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş demişdir ki, rəfiqəsi Zaqatala rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhərinə gedirlər, Sevdanın Gəncə şəhərində işi vardır, evinə pul göndrəməlidir. Elşən bilirdirmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur, lakin tanış olduğundan və onun avtomobil idarə edə bildiyini bildiyi üçün avtomobili sürmək üçün ona vermişdir. O, da sükan arxasına əyləşmiş, Sevda da avtomobildə qabaqda sağda əyləşmiş və o, avtomobili idarə edib Gəncə şəhərinə getmək üçün yola düşmüşdür. Saat təxminən 23:00 radələrində o, idarə etdiyi Elşənə məxsus Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolu ilə Göygöl rayon ərazisi ilə yolun sağ hərəkət zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olan zaman biranlığa avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yolun sağına doğru istiqamətlənib yoldan çıxıb bir neçə dəfə aşıb dayanmışdır. Hadisə zamanı o, xəsarət almış, Sevda da xəsarət almışdır. Təcili tibbi yardım gəlib onları Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmış, oradan da onları Gəncə Beynəlxalq xəstəxanaya aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tibbi xərclərinin bir qismini ödəmiş, sonuncunun heç bir şikayəti yoxdur. Əlavə əməliyyat üçün 7000 manat pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair mülki iddianı qəbul edir. Zərərçəkmişlə barışmasını,himayəsində iki az yaşlı övladının olmasını nəzərə alıb ona təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Lahıc kəndində yaşayır. Yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs tanışıdır. O, Gəncə şəhərinə qonaq gəlmişdir. 13 aprel 2023-cü il tarixdə o, Cəmilə ilə birlikdə Cəmilənin idarə etdiyi “Mercedes Benz 200” minik markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonundan Gəncə şəhərinə getmək üçün yola düşmüşlər, o, Gəncə şəhərində terminalla pul göndərməli olmuşdur. Avtomobili Cəmilə idarə etmiş o, da avtomobildə qabaqda sağda sərnişin qismində oturmuşdur. Saat 11:00 radələrində Bakı-Qazax yolu ilə Göygöl rayonu ərazisi ilə Gəncə şəhər istiqamətində hərəkətdə olan zaman Cəmilə avtomobil sürə-sürə telefonunda internetdə canlı yayın açmışdır, başı telefona qarışıq olmuş, Cəmilə avtomobilin idarəetməsini itirmiş və avtomobil yolun sağına doğru istiqamətlənib üç dəfə aşıb dayanmış, o, avtomobilin pəncərəsindən yerə düşmüşdür. Hadisə nəticəsində o, ağır xəsarət almışdır, Cəmilə də xəsarət almışdır. Onları hadisə yerindən təcili tibbi yardımla Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar, sonra onu Gəncə Beynəlxalq xəstəxanaya aparmışlar. Sonra o, Bakı şəhərində xəstəxanada müalicədə olmuş, daha sonra isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs tibbi xərclərinin bir qismini qarşılayıb, lakin əlavə əməliyyat üçün ondan 7000 manat pulun alınıb verilməsi barədə mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Göygöl şəhəri İ.Verdiyev küçəsi ev 19-da yaşamışdır. Sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs onun tanışıdır. Cəmilənin hadisə zamanı idarə etdiyi “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, avtomobili etibarnamə ilə idarə etmişdir. 13 aprel 2023-cü il tarixdə gecə saatlarında Cəmilə Göygöl rayonuna onun yanına gəlmiş, ona demişdir ki, rəfiqəsi Sevda ilə Gəncə şəhərinə getməlidir, Sevda evinə pul yollayacaqdır. Ondan xahiş etmişdir ki, avtomobili idarə etməsi üçün versin. Onun məlumatı olmuşdur ki, Cəmilənin sürücülük vəsiqəsi yoxdur, lakin avtomobil idarə edə bilir. Cəmilə onun yaxın tanışı olduğu üçün avtomobili idarə etməsi üçün vermiş, Cəmilə sükan arxasına keçmiş, rəfiqəsi Sevda qabaq sağda oturmuş və çıxıb getmişlər. Saat təxminən 23 radələrində eşitmişdir ki, Cəmilə ona məxsus avtomobillə Bakı-Qazax yolunda Göygöl rayon ərazisində yol qəzasına düşübdür, avtomobil idarəetmədən çıxıb yolun sağına doğru istiqamətlənib aşmışdır, nəticədə Cəmilə ilə Sevda xəsarət aldıqlarından Gəncə şəhərinə xəstəxanaya aparılmışlar. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində məüyyən edilmiş xəsarətlər - İ bel fəqərəsinin cisminin onurğa beyininin zədələnməsi, sınığı və çıxığı, aşağı ətrafların paraplegiyası, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları, İ,İİ,İİİ,İV bel fəqərələrinin hər iki çıxıntılarının, sağ Vİ, Vİİ qabırğaların və büzdüm sümüyünün xətti formalı sınıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. -Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1264 nömrəli rəyindən müəyyən edilmişdir ki; - “Mercedes Benz 200” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Cinayət işinə əlavə olunmuş sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 1092/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. - DİN BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 3626/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Onun cürücülük hüququ məhdudlaşdırılmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş məlumatdan görünür ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - Gəncə şəhər Nizami rayonu evlər üçlüyü tətəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxsdan maddi və mənəvi zərərə görə 7000 manat pulun alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. -Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xərclərinin bir qismini ödəsə də 7000 manat hissəsi qalmışdır. Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər ki, hökmdən sonra o, 7000 manat pulu aylıq hissə-hissə Zərərçəkmiş şəxs ödəyəcək. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 yanvar 2024-cü il tarixli reyestrdə 8İ-387 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ziyan dəymişdir. Hazırda onlar barışmşlar, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbs edilməsini istəmir nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263-1.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipinivə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməlidir. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs qızna təyin olunacaq cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Bundan başqa, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarındadəyişiklik edilərəkqeyd edilmişdir ki,“Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa məhkəmə xüsusən qeyd edir ki, Ciknayət Məcəlləsinin 70.1-ci maddəsində hansı cəzaların şərti olaraq tətbiq edilməsinin müstəsna olaraq siyahısı göstərilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə görə, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Belə olan halda məhkəmə hesab edilir ki, qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək əlavə cəzaya CM-nin 70-ci maddəsini tətbiq etmək olmaz. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı,barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 85 (səksən beş) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tələb etdiyi 7000 (yeddi min) manat maddi ziyan Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə qeyd olunan cəza növünü seçərkən təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə maddi subut kimi tanınmış “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahıbı Şahid qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu hökmlə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətini əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tələb etdiyi 7000 (yeddi min) manat maddi ziyan Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilsin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. İş üzrə maddi subut kimi tanınmış “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid qaytarılsın. Hökmün icrası Gəncə səhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar