Məhkəmə qərarları › İş №1(066)-6/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-6/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-6/2025 17.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə,

1. xx xxxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə,

2. xx xxxxxx 1959-cu ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyənetdi:

1. Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz VİTO 111 CDİ markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.

2. Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ-53-12 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 24 fevral 2024-cü il tarixdə təxminən saat 04:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən 377-ci kilometrliyində “X24” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı- qadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi Mersedes-Benz VİTO 111 CDİ markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 120 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən qeyd edilən Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək avtomobilin ön sağ hissəsi ilə birtərəfli yolun orta hissəsində olan arakəsmədən qarşısına çıxan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ-53-12 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının yük yerinin sağ arxa yan hissəsi ilə toqquşması nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan X6 təpə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hematopma), sol təpə-gicgah sümüklərinin kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol 4-5-6-7-8-ci qabırğaların orta qoltuq altı xətt üzrə, sağ 3- 4-5-6-7-8-ci qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, alt çənə və burun sümüklərinin sınıqları, alt dodağın və sol əlin, 1,5-ci barmaqlarının yaraları, başın təpə, alın, burun, hər iki baldır nahiyələrinin sıyırıqları, alt çənə və sağ diz oynağı nahiyələrinin qançırları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, avtomobildə olan digər sərnişlər, Zərərçəkmiş şəxs1 sağ said sümükərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sağ əl barmaqlarının və sağ biləyi bükən vətərlərin zədələnməsi, alın nahiyəsinin əzilmiş yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, eyni zamanda Zərərçəkmiş şəxs2 sol əng sümüyünün və sağ göz yuvasının medial divarının sınıqları, alın nahiyəsinin yarası, yumşaq toxumalarının əzilməsi ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 24 fevral 2024-cü il tarixdə təxminən saat 04:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən 377-ci kilometrliyində “X24” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi QAZ-53-12 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını Qazax istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sağdan sola doğru manevr edib yolun Bakı istiqamətindəki yola daxil olanda həmin istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes-Benz VİTO 111 CDİ markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin olan X6 təpə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hematopma), sol təpə-gicgah sümüklərinin kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol 4-5-6-7-8-ci qabırğaların orta qoltuq altı xətt üzrə, sağ 3-4-5-6-7-8-ci qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, alt çənə və burun sümüklərinin sınıqları, alt dodağın və sol əlin, 1,5-ci barmaqlarının yaraları, başın təpə, alın, burun, hər iki baldır nahiyələrinin sıyırıqları, alt çənə və sağ diz oynağı nahiyələrinin qançırları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmin avtomobildə olan digər sərnişlər, Zərərçəkmiş şəxs1 sağ said sümükərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sağ əl barmaqlarının və sağ biləyi bükən vətərlərin zədələnməsi, alın nahiyəsinin əzilmiş yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, eyni zamanda Zərərçəkmiş şəxs2 sol əng sümüyünün və sağ göz yuvasının medial divarının sınıqları, alın nahiyəsinin yarası, yumşaq toxumalarının əzilməsi ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə səhər saat 04 radələrində Gəncə şəhərində olarkən Daşkəsən rayonu Qırılı kəndinə yas mərasiminə mağar ləvazimatları aparmaq üçün qeyd edilən avtomaşının sükanı arxasına keçib idarə edərək Gəncə şəhərindən Bakı-Qazax yoluna çıxıb birtərəfli yolla Qazax istiqamətində, hərəkətdə olarkən təxminən saat 04:40 radələrində həmin yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçəndə geriyə qayıtmaq məqsədi ilə Bakı istiqamətinə dönmək üçün yolun orta hissəsindəki beton yolda olan arakəsməyə yaxınlaşıb sola dönərək arakəsmədə dayanmış və sağ tərəfə baxanda sağdan uzaq məsafədən nəqliyyat vasitəsinin gəldiyini görüb aradakı məsafənin kifayət qədər olmasını zənn edərək avtomaşını hərəkətə gətirib 5 km/saat sürətlə yolun Bakı istiqamətindəki hərəkət zolağına daxil olanda sağ tərəfdən gələrək Bakı istiqamətində hərəkətdə olan Mercedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tormoz vəziyyətində irəliləyərək ön sağ hissəsi ilə idarə etdiyi avtomaşının sağ yan bortundan toqquşmuşdur. Daşkəsən rayonundan üzü Xəqani kənindən mağar yığıb gəlmiş beton yol deyilən yerdə manevr edəndə təxminən 400 metr məsafədən maşın işığı gəldiyini görmüş, hava dumanlı olduğu üçün tam dəqiq görə bilməmiş, o yola düzəlib sürətini artırmaq istiyəndə arxadan avtomobil çırpılmışdır. O idarə etdiyi avtomobildən düşdükdə Təqsirləndirilən şəxs1 Duman deyərək qışqırmış, Təqsirləndirilən şəxs1 qırılmış pəncərədən sərnişinləri çıxarmağa çalışmış, o isə dəmir alətlə mərhum Dumanın oturduğu qapını açmağa çalışmış, lakin qapı hadisənin nəticəsində əzildiyindən açılmamışdır. Onlar arxa qapını çətinliklədə olsa açmışlar və sərnişinləri arxa qapıdan çıxararaq təcilli tibbi yardım zərəçəkmişləri aparmışdır. Lakin onların hara aparıldıqlarını bilməmişdir. Mərhum Dumanın qapısı açılmadığına görə FHN əməkdaşları gələrək maşının sıxılmış hissəsi kəsərək mərhum Dumanı çıxarmış, lakin Duman rəhmətə getmişdir. Bundan sonra müstəntiq gələrək hadisə olan yerdə baxış keçirmiş, baxış nəticəsində 52 metr tormuz izi olduğu faktına gəlmişdir. Qəzadan sonra o zərəçəkmişlərin heç biri ilə maraqlana bilməmiş, mərhum Dumanın mərasim yerinə uşaqları göndərmiş, hazırda isə bununla bağlı köməklik üçün 5 min manat pul gətirmişdir. Əlavə olaraq bildirdi ki, qəza olan zaman yola düzəlmiş, lakin tam olaraq yola düzələ bilməmişdir. O həmin vaxtı mərasim yerinin mağarını söküb gətirmiş və maşında tək olmuşdur. O ikinci qurup əlil olsa da maddi çətinlikləri olması və vəziyyətinin pis olması səbəbindən işləmişdir. O, 4- ildir ki, maddi vəziyyəti pis olduğu üçün sürcülük edir O əsas yola çıxdıqda yolun sağ hissəsində olmuş, həmin vaxt sürəti qaldırmaq istəmişdir. Həmin yer köhnə yol olduğu üçün orada heç bir yol nişanı yoxdur. . O, mərhum Dumanın yasına pul yazılmış hal-hazırda köməklik göstərmək üçün pul gətirmişdir. Əməlimdən səmimi peşman olmasını, yaşını, veteranlığını və əlilliyinin nəzərə alınıb ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə səhər saat 04 radələrində Gəncə şəhərində olarkən Daşkəsən rayonu Qırılı kəndinə yas mərasiminə mağar ləvazimatları aparmaq üçün qeyd edilən avtomaşının sükanı arxasına keçib idarə edərək Gəncə şəhərindən Bakı-Qazax yoluna çıxıb birtərəfli yolla Qazax istiqamətində, hərəkətdə olarkən təxminən saat 04:40 radələrində həmin yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçəndə geriyə qayıtmaq məqsədi ilə Bakı istiqamətinə dönmək üçün yolun orta hissəsindəki beton yolda olan arakəsməyə yaxınlaşıb sola dönərək arakəsmədə dayanmış və sağ tərəfə baxanda sağdan uzaq məsafədən nəqliyyat vasitəsinin gəldiyini görüb aradakı məsafənin kifayət qədər olmasını zənn edərək avtomaşını hərəkətə gətirib 5 km/saat sürətlə yolun Bakı istiqamətindəki hərəkət zolağına daxil olanda sağ tərəfdən gələrək Bakı istiqamətində hərəkətdə olan Mercedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tormoz vəziyyətində irəliləyərək ön sağ hissəsi ilə idarə etdiyi avtomaşının sağ yan bortundan toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan sərnişinlərdən sonradan adını öyrəndiyi X16 ölmüş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə az ağır dərəcəli bədən xəsarətləri almışlar. 23 fevral 2024-cü il tarixdə axşam Bakı şəhərinə 2 nəfər müştərisi olmuş, lakin bakıya getmək istəməmişdir. Belə ki, Elşən adlı dostunun qızının ad günü olması səbəbindən ailəsini həmin məclisə göndərmiş, lakin özü getməmişdir. Sonra dosdu zəng edərək ondan gəlməyini xahiş etmiş, bundan sonra o məclisə getmişdir. Onlar oturub yemək yemişlər, ona sipirtli içki süzmüşlər, həmin vaxt mərhum Duman ona zəng etmiş, o içkini içməmiş, yerə qoyaraq Dumanla danışmışdır. Mərhum Duman ona Bakı şəhərinə getməli olmasını, onu Bakıya aparmağını söyləmiş, ona Dumana 2 nəfər müştərisinin olmasını və getmək isdəmədiyini bildirmişdir. Duman ona sərnişin tapacağını söyləmiş, o isə Dumanın xətrinə dəyməmək üçün razı olmuş, sonra sabaha yaxın gedib Qapanlı kəndindən Dumanı götürmüş daha sonra digər sərnişin Xalidə xanımı götürmüşdür. Sonuncu Xalidə xanım götürmüşdür. Onlar yola başladıqda hava dumanlı olmuş və avtomobildə onunla birlikdə cəmi 8 nəfər olmuşdur. Onun avtomobilində uzaq vuran ışıqları tam işlək olmuşdur. Mərhum Duman hadisədən əvvəl yatmış, o qabaqdan avtomobili görüb tormuz etmiş hava dumanlı olduğu üçün onun idarə etdiyi avtomobil sürüşmüşdür. Əgər yer quru olsa idi hadisə baş vermiyəcəkdi. Qarşıdakı avtomobil yola tam olaraq daxil olmamış və qəza zamanı qarşıdakı avtomobilin arxa kabin hissəsindən toqquşmuşlar. Onun avtomobili fırlanaraq dayanmışdır. O avtomobildən düşmüş, Vüsalı pəncərədən çıxarmış, həmin vaxt Xalidə xanım qolunu tutaraq ağlamış və kömək istəmişdir. Amma o şokda olmuş Xalidə xanımı qırılmış pəncərədən çıxarmaq istədikdə Xalidə xanıç qışqıraraq qolum qırıldı demiş, bundan sonra o qorxaraq geri çəkilmişdir. İlk işi 102 qaynar xəttinə zəng etmiş sonra təcili tibbi yardımı yığmışdır. Onun Valeh adında dostu arxa tərəfdən çıxmışlar, yan qapı qəzalı olduğu üçün açılmamışdır. O dəfələrlə təcili tibbi yardıma tez gəlməsinə görə zəng etmiş, amma sonra təcili tibbi yardım maşını zəng edərək Şəmkir postunu keçməyə icazələrinin olmamasını bildirmişdir. Daha sonra Gəncə şəhərinin təcili tibbi yardımına yığaraq hadisəni və harda olduqlarını bildirmiş təcili tibbi yardım maşını gəldikdə daha gec olduğunu demişlər. Əlavə olaraq bildirdi ki, Şəmkir rayonu xəstəxanasına zəng etmiş, onlar yoldan qayıtmışlar, bu səbəbdən daha sonra isə Gəncə şəhəri xəstəxanasına zəng etmişdir. Nə qədər məsafədən qabaqdakı avtomobili görməsini hava dumanlı olması səbəbindən tam olaraq bilmir. Hadisə olmadan əvvəl qarşıdakı avtomobilin kabin hissəsini görmüş, hava dumanlı olduğu üçün tam olaraq görünməmişdir. O, avtomobili gördükdə marqat edərək tormuz vermiş, lakin avtomobili nə qədər məsafədən görməsi tam olaraq yadında deyil. O həmin yoldan tez-tez getməmiş, daha çox Gəncə şəhərinin içərisindən getmiş, lakin həmin vaxt avtomobil dolu olduğu üçün şəhərə girməmişdir. O, hadisə baş verən yerdən avtomobil döndüyünü və yaxud manevr etdiyi ilk dəfədir görmüşdür. Hadisə zamanı ağır xəsarət alanların kimlər olmasını tam olaraq bilməmiş, amma Dumanın dünaysını dəyişdiyini və Xalidə xanımın ciddi xəsarət aldığını bilmiş, digərlərində yüngül xəsarət olmuşdur. Hadisə olmadan əvvəl o qarşıdakı avtomobilə ışıq cihazları ilə marqat etdiyində qarşıdakı avtomobil hərəkət etmiş, əgər həmin avtomobil dayansa idi o keçə bilərdi. Qarşıdakı avtomobil bir az qaz versə idi arxa tərəfindən keçə bilərdi. Onun sol tərəfində dəmir yol ayırıcı olmuş, o dəmir maneədən qorxduğu üçün sola çox sıxa bilməmişdir. Mərhum Dumanın ailəsinə 15 min manat köməklik göstərmiş, 10 min manat isə hissə hissə ödəyir. Bütün olanlardan peşimandır. Cəza verilərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə saat təxminən 04:30 radələrində ona qudasından zəng gələrək, oğlu Dumanın qəzaya düşməsi bildirilmişdir. Onlar qəza olan yerə getdikdə Duman orda olmamış, xəstəxanaya götürülmüşdür. Dumanın 3 uşağı var. Dumanın oğlunun 1-i polis akademiyasına hazırlaşırdı, 1 qızı 11-ci sinifdə oxuyurdu univeristetə hazırlaşırdı, 3 cü oğlu isə 6-cı sinifdə oxuyurdu. Balaca oğlu atasının dəfini gələndə gördüyü üçün şəkər xəstəliyinə tutulmuşdur. Uşaq 2 ay evdə olmadı ancaq xəstəxanalarda pisxoloq yanında müalicə etdirmişlər. Əlavə olaraq bildirdi ki, Dumanın avtomobili Bakıda servisdə olmuşdur. Dumana zəng gələrək avtomobilinin hazır olduğunun gəlib apara biləcəyi demişlər. Duman isə Səyavuşa zəng edərək onu Bakıya aparmağını söylədi və ona avtomobili üçün sərnişin tapacağını vəd verdi, Səhərə yaxın təxminən 03:45 radələrində Dumana zəng gəlmiş, Duman yemək yeyib tez çıxmış, avtomobilə minərək getmişlər və arasından 1 saat keçməmiş xəbər gəlmişdir ki, Duman qəzaya düşmüşdür. Dumanın 3 uşağı var və onlara baxa bilmir, həmçinin Dumanın 55 min krediti var. Ondan 41 min krediti qalmışdır. O isə yaşlı insandır, ödəyə bilmir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O işi ilə bağlı Bakı şəhərinə getməli olmuşdur. 23 fevral 2024-cü il tarixdə tanış taksisinə zəng edərək onu Bakı şəhərinə aparmasını söyləmiş, taksi isə ona sabah onun avtomobilində yer olmayacağını, başqa sürcünün nömrəsini verib əlaqə saxlamasını bildirmişdir. Həmin sürücü ona adı sonradan məlum olan Dumanın nömrəsini vermişdir. Dumana özü zəng edərək sabah saat neçədə hardan götürəcəyini söyləmişdir. Duman təxmini səhər 5 qalmış onu evdən götürməli olmuş və gəlib götürmüşdür. Onun adətən işlərinin çox olması səbəbindən avtomobilə əyləşən kimi yuxu tutur. Dumanın idarə etdiyi avtomobil “VİTO” markalı avtomobil olmuş və o avtomobilə əyləşəndə avtomobil dolu olmuşdur. Belə ki, onlar sonuncu onu götürmüşlər. O qapı açılan yerin yəni sürcünün arxasındakı oturacaq ortada əyləşmişdir. Onun solunda xanım sağında isə kişi əyləşmişdir. Təxmini 15 dq sonra onu yuxu tutmuş və yatmışdır. O sərnişinlərin qışqırıq səslərinə oyanmış, ortada oturduğu üçün qabağı görə bilmiş, qabaqdan mavi rəngdə avtomobil gəldiyini görmüş, məsafə yaxın olduğu üçün həmçinin yuxulu olduğu üçün tam olaraq görə bilməmiş, lakin hiss etmişdir ki avtomobil çırpılmış və dərhal dayanmışdır. O huşunu itirdiyi üçün ayılanda sağ əlinə baxdıqda qırılıb sallanmasını, sağ qolunun sümük nahiyəsinin gözlə görünməsini görmüşdür. Lakin hara dəydiyini bilməmişdir. Başı, alnı, burnu xeyli xəsarət almışdır. Sonra o, mərhum Dumanın sürcü ilə sərnişin sdenyasının arasında hərəkət etmədən qalmasını, Təqsirləndirilən şəxs1 sürücü tərəfdən düşdüyünü görmüş və ona kömək etməsini xahiş etmişdir. Ama Təqsirləndirilən şəxs1 ona əhəmiyyət verməmiş, həmin vaxt qolundan xeyli qan axmış, o sürücülərin düşdüyü qapını açmağa çalışsa da qapı udar nəticəsində açılmamışdır. O yoldan keçən avtomobillərin saxladığını və xanımların onun pənəcərəsinə yaxınlaşdığını görmüş, xanımların biri onu tanıyaraq bu Xalidə xanımdı deməsi sözünü eşitmişdir. Onlar onu pəncərəni qıraraq ordan çıxarmışlar, təcili tibbi yardım maşını 1-ci onu aparmışdır. Tibb bacısı hansı xəstəxanaya getmələrini ondan soruşmuş, o hansı yaxşıdı ora demiş, onlar ona 3 nömrəli xəstəxanada Rahib həkimin olmasını söyləmişlər, o razı olmuş və onu 3 nömrəli xəstəxanaya gətirmişlər. O sağ qolunu tamam hiss edə bilməmiş, onlar orda onu müalicə etmişlər, ama o sadəcə orada 3 gün qalmış, həkimlər onu qalmağa məcbur etsələrdə o ailəsi üçün narahat olduğundan, həmçinin xəstəxanaya avto qəzalar çox gəldiyi üçün narahat olmuşdur. Xəstəxanada olan zaman Təqsirləndirilən şəxs1 gələrək onun halını maraqlanmış, nəyəsə kömək lazım olub-olmamasını söyləmiş, o isə heçnə lazım olmadığını bildirmişdir. Lakin sonra məhkəmə olanda hökmün nəticəsində yazılanlar ona çox pis təsir etmişdir. Belə ki, orada yazılmışdır ki, Təqsirləndirilən şəxs1 onlara köməkilik göstərib onları xəstəxanaya aparıb və s, kimi sözlər ona görə də o şikayətçidir və şikayətinin təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, o avtomobildə olan qışqırıqlara oyandıqdan 5 saniyə avtomobillər bir-birinə çırpılmasını və digər avtomobilin sol arxa kuzasından dəydiklərini görmüşdür. O avtomobilin dönüb gəlməsini görməmiş, o sadəcə yuxudan oyanıb avtomobillərin çırpıldığını görmüşdür. Hökümdə yazılmışdı ki, təqsirlədirilən şəxslər onlara kömək etmiş xəstəxanaya aparmış, onlarla maraqlanmışdır, ama bunlar yalan idi onları yoldan keçən avtomobillər saxlayıb köməklik etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmamış və ən ağır cəzanın verilməsinin tələb edir. Hadisə təxminən səhər 05 radələrində olmuş, hava elə çox qatı duman olmamış və hava aydınlaşmışdır. Təqsirləndirilən şəxs1 digər avtomobilin yola çıxmasını görə bilərdi, o təxmin edir ki, Təqsirləndirilən şəxs1 telefona baxdığına görə hadisə olmuşdur. ** BZ *** nömrəli mikoavtobus təxmini olaraq 04:25 də onu evdə götürmüş və onlar çıxmışlar. Onu evdən götürən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Avtomobil dolu olmuş, sonuncu o əyləşmiş, ondan sonra heç kimi götürməmişlər, avtomobildə təxminən 5-6 nəfər olmuşdur. O, avtomobildə qapıdan içəri girən kimi sürücünün arxasındakı sidenyada ortada əyləşmişdir. Təqsirləndirilən şəxslər xəstəxanaya aparmaqda onlara heç biri köməklik etməmişlər, onlara oradan yoldan keçənlər kömək etmişlər, o avtomobilin içərisində olan zaman Təqsirləndirilən şəxs1 dəfələrlə kömək etməyini xahiş etsə də ona əhəmiyyət verməmişdir. Onun sağında oturan adı sonradan ona məlum olan Vüsal adlı şəxsin, başı şişmiş, gözündə və üzündə xəsarətlər olmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona heç bir yardım göstərilməmiş, o bu gün də fizyoterapiə gedir, sağ əlində hadisə zamanı aldığı xəsarətlər səbəbi ilə əlini tam olaraq açıb-bağlaya bilmir. Təqsirləndirilən şəxs1 təxminən hadisədən 2 gün sonra onunla maraqlanmaq üçün gəlmiş ama tam olaraq xatırlamır. Təqsirləndirilən şəxslər tərəfindən heç bir köməklik göstərilməmiş, əslinə qalsa Təqsirləndirilən şəxs1 onun ata tərəfdən qohumudur. Onun kəntdə olan qohumları ona zəng edərək Səyavuşun onlara deyib ki Xalidə xanıma deyin ki ərizə yazaraq ondan şikayətçi olmasın və ərizəni məhkəməyə versin. O isə bu sözlərə əsəbləşərək bildirmişdir ki, Səyavuş ondan xahiş etmək əvəzinə üzürxahlıq etmək əvəzinə onun ərizə yazmağını isdəyir. Əslində onun şikayətçi olmağının səbəbi digər sürücülərə dərs olmağına görədir. Çünki insan həyatı ilə oynamaq olmaz və onların içərisində olduqları avtomobil çox sürətli olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə səhər saat 04 radələrində Bakı şəhərinə getmək üçün Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq danışıb razılaşmış və evdən çıxaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmış, bir neçə dəqidədən sonra Təqsirləndirilən şəxs1 qeyd edilən avtomobillə arxasınca gələndə sərnişin qismində avtombilə əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edib hərəkətdə olarkən bir neçə nəfər sərnişinidə götürüb Bakı-Qazax yoluna çıxaraq Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən yuxusuz olduğundan yatmış və bir anda sərnişinlərin səs-küyünü eşidib yuxudan qalxanda yola baxmış, bu zaman QAZ-53-12 markalı yük avtomaşının yolun sol tərəfindən qarşılarına çıxdığını görüb ön oturacaqdan bərk yapışmışdır. Sürücü Səyavuş bunu görüb toqquşmadan yayınmaq üçün əyləci basmış, lakin buna baxmayaraq avtomobil əyləcin basılı vəziyyətində irəliləyərək ön sağ hissəsi ilə yolun orta hissəsində yük avtomaşının sağ bortuna çırpılmış, daha sonra idarəetmədən çıxıb fırlanaraq yolun sağ kənarında dayanmışdır. Hadisə zamanı huşunu itirmiş, ayılanda təcili tibbi yardımın gəldiyini görmüşdür. Hadisə zamanı xəsarət aldığı üçün Gəncə şəhər xəstəxanasına müraciət etmiş və ilk tibbi yardım aldıqdan sonra evə buraxılmış, sonradan eşitmişdir ki, baş vermiş hadisə zamanı ön sağ oturacaqda əyləşmiş, adını sonradan bildiyi X16 almış olduğu xəsarətlərdən ölmüşdür. Əlavə olaraq bildirdi ki, onu Qapanlı kəndindən təxminən saat 03:30-da götürmüş və digər sərnişinin adı sonradan ona məlum olan Xalidə xanımı götürməyə getmişlər, Xalidə xanımı götürdükdən sonra yola davam etmişlər, Göygöl rayonu ərazisində onların içərisində olduqları “Vito” markalı mikro avtobus qəzaya düşmüş, həmin vaxt o 2-3 dəqiqə huşunu itirmiş, qəza anı onu bilmişdir ki QAZ-53-12 markalı avtomobil qabaqlarına çıxaraq hadisə olmuş və hansı sürətlə getmələrini bilməmiş çünki həmin vaxt bəziləri yatmış, bəziləri isə telefona baxmış, onlar əyləc səsinə oyanmışlar və hadisə olduqdan sonra o qapı tərəfdə olduğu üçün Təqsirləndirilən şəxs1 onu çölə çıxartmağa köməklik göstərmiş, onu çıxarmış və o əlini üzünü yuyanda hiss etmişdir ki, yaralanmışdır. Təqsirləndirilən şəxs1 onu çıxartdıqdan sonra Xalidə xanımı çölə çıxarmış, sonra isə digər sərnişinlərə köməklik göstərmişdir. Hər şey ani halda baş vermiş, hiss etmişdir ki qəza olmuş, yuxulu oluğu üçün toqquşma səsinə yoxsa tormuz səsinə oyanmasını tam olaraq bilməmişdir. Heç bir şikayəti yoxdur. Belə ki, qəzadır hamının başına gələ bilərdi. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, tam olaraq yadında deyil ama deyəsən təcili tibbi yardım avtomobilini Təqsirləndirilən şəxs1 çağırmışdı. Təqsirləndirilən şəxs1 yaralılara köməklik etmişdi. Təqsirləndirilən şəxs1 onu avtomobildən çıxarmış sonra digər sərnişinlərə köməklik göstərmişdir. Hadisə vaxtı hava dumanlı olmuşdur. O arxada oturmuş, hamının başı qarışıq olmuş, yarı insanlar yatmış digər yarısı telefonla oynamışdır və hava dumanlı olduğu üçün hadisəni tam görə bilməmişdir. Hadisə baş verən yolda olan sürət həddi 110 idi həmçinin hava dumanlı olduğu üçün sürücü qəzanın qabağını ala bilməzdi. O, avtomobildə qapının yanında sürücünün arxasında əyləşmiş, onun yanında Xalidə xanım, onun yanında isə başqa xanım olmuşdur. Onun üzündə çənə sümüyü qırılmış, başı yarılmış, biləyi və dizi əzilmişdir. Ona dəymiş zərər ödənilib və Təqsirləndirilən şəxs1 dəfələrlə üzürhaqlığa gəlib, ona nə köməklik lazım olmasını maraqlanıb, Şəmkirdə olan xəstəxanaya müayinəyə aparıb və heçbir şikayəti yoxdur. Heç bir şikayətinin və tələbinin olmamasını ərizə ilə yazıb bildirmişdir. Onlar ani anda tormuz səsinə oyananda hadisə artıq olmuşdu. Avtomobilin pəncərəsi sınmış, onu ordan çıxarmışlar, onu çıxaranın Səyavuş olub-olmamasından tam əmin deyil. Hadisə vaxtı avtomobilin patpres hissəsi üzünə xəsarət yetirmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə səhər saat 04 radələrində Bakı şəhərinə getmək üçün Siyavuş Aslanovla telefon əlaqəsi saxlayaraq danışıb razılaşmışdır. O, evdən çıxaraq Səyavuşun gəlməsini gözləmiş, bir neçə dəqidədən sonra Səyavuş qeyd edilən avtomobillə arxasınca gələndə sərnişin qismində avtombilin salonuna əyləşmiş, bundan sonra Səyavuş avtomobili idarə edərək bir neçə nəfər sərnişinidə götürüb Bakı-Qazax yoluna çıxaraq Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən hava dumanlı-çənli olmuşdur. Yol gedərkən yuxusuz olduğundan yatmış və bir anda tormoz səsi eşidəndə nəyəsə çırpıldıqlarını hiss edəndə huşumu itirmiş, ayılanda qəzaya düşdüyüklərini görmüşdör. Həmin vaxt sürücü Səyavuş ona yaxınlaşaraq sağ tərəfdə əyləşmiş həmkəndlisi X9 huşsuz vəziyyətdə olduğunu bildirəndə ərtafa boylanmış və sərnişini olduğu Mercedes- Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin QAZ-53-12 markalı yük avtomaşını ilə toqquşduğunu görmüşdür. Ona məlum olmuşdur ki, sərnişini olduğu avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qeyd edilən QAZ-53-12 markalı yük avtomaşını yolun sol tərəfindən qarşılarına çıxmış, buna görə də Səyavuş avtomobili saxlaya bilməyərək yük avtomaşını ilə toqquşmuşdur. Hadisə yerinə fövqaladə hallar və təcili tibbi yardım gələndən sonra Duman Abdullayevi avtomobildən çıxaranda almış olduğu xəsarətlərdən öldüyünü bildirmişlər. O, avtomobildə yatdığı üçün hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Əlavə olaraq bildirdi ki, Səyavuşun avtomobili neçə sürətlə idarə etməsini tam olaraq bilmir. Çünki arxada oturmuş, hava dumanlı olduğu üçün Səyavuş yolun ortası ilə sürmüşdür. Qapı açılmadığı üçün onun oturduğu hissənin yanında olan pəncərədən düşmüşdür. Qəza olduqdan sonra avtomobillərin necə dayanmasını bilmir, çünki qəza olduqdan 2-3 dəqiqə gözlərini aça bilməmiş, gözlərinə şüşə qırqları dolmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilməsi, qərarın sürətinin nəzarət üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Respublika Baş prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdəb görünür ki, hadisə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən 377-ci km-dir. Hadisə yerində hava qaranlıq, dumanlı və çiskinli, yol asfalt örtükülü olmaqla hamar, lakin nisbətən yaşdır, hava dumanlı olduğundan görünmə şəraiti məhduddur, yolda eniş-yoxuş yoxdur, düz profillidir, yol yaşayış məntəqəsinə daxil deyildir, maksimum sürət həddi 110 km/saat sürətdir. Hadisə yerində yol birtəfli olmaqla 2 hərəkət istiqamətindən ibarətdir, hərəkət istiqamətlərini dəmir konstruksiyalı sədd ayırır. Hadisə yolun Bakı istiqamətində baş vermişdir. Həmin istiqamətdə yol 2 zolaqdan ibarətdir, zolaqları qırıq-qırıq xətt ayırır. Birtərəfli yolun hər iki istiqamətinin hər iki kənarına sarı rəngli bütöv xətt çəkilmişdir. Hadisə yerində hərbi texnikaların hərəkəti üçün beton yol vardır, həmin beton yol Qazax istiqamətindəki yol kənarından başlayaraq Bakı istiqamətindəki yol kənarında başa çatır. Hadisə yerində birtərəfli hərəkət istiqamətlərini ayıran yerə dəmir konsruksiyalı sədd çəkilsədə hərbi texnikaların hərəkəti üçün dəmir sədd kəsilmiş və yerinə beton bloklar qoyulmuş, lakin hərbi texnikarların hərəktinə görə beton bloklardan bir neçəsi götürüldüyündən birtərəfli yolun orta hissəsində qeyd edilən məqsədlə yolun bir tərəfindən digər tərəfinə adlamaq üçün arakəsmə yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq arakəsmə yolun orta hissəsində yerləşdiyindən arakəsmənin hər iki kənarında bütöv sarı xətt var, burada bütöv sarı xətt olduğu üçün hərbi texnikalardan başqa digər nəqliyyat vasitələri həmin arakəsmədən istifadə edə bilməz, yəni arakəsmə vasitəsi ilə yolun bir tərəfindən digər tərəfinə keçə, adlaya bilməz. Hadisə yerində yolun Bakı istiqamətindəki hərəkət zolağının eni 9,1 metr, sağ tərəfdəki yol çiyinni eni isə 3 metrdir. Hadisə yerində yolun sağ kənarında əkin sahələrinə getmək üçün yol ayırıcısı vardır. Burada QAZ-53-12 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını birtərfli yolda Qazax istqamətində hərəkətdə olarkən yolun Bakı istiqamətinə doğru sağdan sola doğru manevr edib Bakı istiqamətindəki yola daxil olanda həmin istiqamətdə hərəkətdə olan Mersedes- Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra QAZ-53-12 markalı yük avtomaşını qeyd edilən yol ayırısının üzərində dayanmış, avtomaşının taxta materialdan olan sağ bortunun arxa sağ yan hissəsi sınıb-dağılmış, yük yerində olan qab-qacaq sınaraq ətrafa səpələnmişdir. Mercedes-Benz VİTO 111 CDİ markalı avtomobil isə toqquşmadan sonra yolun Bakı istiqamətindəki hərəkət zolağının sağ kənarında üzü torpaqlıq sahəyə tərəf dayanmış, ön sağ hissəsi deformasiyaya uğramışdır. Baxış zamanı nəqliyyat vasitələrinin toqquşduğu yer müəyyən edildi. Toqquşma yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində, qeyd edilən yol ayırıcısı ilə paralel olan yerdə, hərbi texnikaların hərəkət üçün nəzərdə tututlmuş beton yolun üzərində sağdan sola doğru 4,5 metr, soldan sağa doğru isə 4,6 metr məsafədə baş vermişdir. Toqquşma yerində beton örtüyün üzərində cırılma izləri qalmışdır. Hadisə yerində qeyd edilən Mercedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərindən ümumi olaraq 47 metr uzunluğunda qoşa tormoz izi qalmışdır. Belə ki, həmin tormoz izi yolun Bakı istiqamətindəki hərəkət istiqamətinin tən orta hissəsindən başlayaraq toqquşma yerində başa çatır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Sərxoşluq vəziyyətinin müəyyən edilməsi bardə 24 fevral 2024-cü il tarixli 406 nömrəli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs2 ayıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Sərxoşluq vəziyyətinin müəyyən edilməsi bardə 24 fevral 2024-cü il tarixli 407 nömrəli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs1 ayıq olmuşdur. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayan X12 mütəxəssis qismində təyin edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən qərarın iş üzrə mütəxəssis təyin edilmiş X17 elan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli 016-510 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına 14 yanvar 2015-ci il tarixdən 14 yanvar 2025-ci il tarixədək AE-314201 nömrəli “B,C,D” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 016-519 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına 18 mart 2021-ci il tarixdən 20 yanvar 2029-ci il tarixədək BC-103214 nömrəli “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. “Zərər çəkmiş şəxs kimi tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətandaş Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınması və bu barədə ona bildirilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınması” barədə qərardan görünür ki, vətandaş X3 ölmüş X9 hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X26 Şəxsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 10 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, 1. X1 bədənində müəyyən edilmiş xəsarətlər- sol təpə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hematoma), sol təpə-gicgah sümüklərinin kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuq altı xətt üzrə, sağ İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, alt çənə və burun sümüklərinin sınıqları, alt dodağın və sol əlin, İ, V barmaqlarının yaraları, başın təpə, alın, burun, hər iki baldır nahiyələrinin sıyırıqları, alt çənə və sağ diz oynağı nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər həyatidir – bərk Küt əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. 2. X1 ölümünə səbəb – açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilmişdir ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 3-6 saatdır (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 09-40 da aparılmışdır). 3. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X26 Şəxsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol əng sümüyünün və sağ göz yuvasının medial divarının sınıqları, alın nahiyəsinin yarası, yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X26 Şəxsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 165 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - Sağ said sümükərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sağ əl barmaqlarını və sağ biləyi bükən vətərlərin zədələnməsi, alın nahiyəsinin əzilmiş yarası – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. “Zərər çəkmiş şəxs kimi tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətandaş Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınması və bu barədə ona bildirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 8/983 nömrəli yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, QAZ- 5312 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X24» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. MEM-in həmin tarixli və həmin nömrəli rəyində göstərilmişdir ki, Mercedes-Benz VİTO markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X24» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 maksimum hərərkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X24» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. “Cinayət işinin yekunlaşdırılması və toplanmış sübutlara hüquqi qiymət verilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilməsi, cinayət işində olan bütün sənədlərdə hadisənin baş vermə tarixi xx.xx.2024-cü il, vaxtı isə saat 04:40 radələri kimi oxunması, cinayət işində olan bütün sənədlərdə QAZ-53-12 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının markası QAZ-53-12 kimi oxunması, üzərində olan bütün səlahiyyətlərin isə Təqsirləndirilən şəxs2 məxsus olması qəbul edilməsi, cinayət işində olan bütün sənədlərdə Mercedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusun markası Mercedes-Benz VİTO 111 CDİ kimi oxunması, üzərində olan bütün səlahiyyətlərin isə Təqsirləndirilən şəxs1 məxsus olması qəbul edilməsi, cinayət işində olan bütün sənədlərdə Təqsirləndirilən şəxs1 adı Səyavuş kimi oxunması və qərarın surətinin prosessual rǝhdərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Maddi sübut tanınması və cinayət işinə əlavə edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nörməli cinayət işi üzrə Göygöl RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan QAZ-53- 12 markalı, 32-BA-54 dövlət qeydiyyat nişanlı yük avtomaşını və Mersedes-Benz VİTO 111 CDİ markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilməsi, QAZ-53-12 markalı, 32-BA-54 dövlət qeydiyyat nişanlı yük avtomaşının saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs2, Mersedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobus isə saxlanlması üçün sahibi Təqsirləndirilən şəxs1 oğluna qaytarılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə maddi sübut kimi tanınmış Mersedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusun buraxılmasına dair arayışı təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə maddi sübut kimi tanınmış QAZ-53-12 markalı, 32-BA-54 dövlət qeydiyyat nişanlı yük avtomaşının buraxılmasına dair arayışı təhvil almışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs2 təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs1 təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı X3 cavabdeh Təqsirləndirilən şəxs1 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsindən görünür ki, iddia ərizəsinin icraata qəbul edilməsi və cavabdeh-Təqsirləndirilən şəxs1 iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi X4 vurulmuş 55500 manat dəyərində maddi zərərin, 258 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-63/2024 nömrəli (hakim Mübariz Məmmədov) hökümdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmsəi və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənməsi, cinayət işi üzrə maddi subut olan QAZ- 53-12 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının və Mersedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ olmasının izah edilməsi, hökmün icrasının Təqsirləndirilən şəxs2 bağlı hissədə Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 bağlı hissədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-477/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-477/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında yol verilmiş yalnışlıq aradan qaldırılaraq həmin qərarın nəticə hissəsində “apellyasiya şikayətinə baxılmasına xitam verilsin, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilməsi” əvəzinə “apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilsin, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və 14 iyun 2024-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilsin” kimi oxunması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 04 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 04 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AE seriyalı, 314201 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci ildən xx.xx.2025-ci il tarixdək B, C, D kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1959-cu il tarixdə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş BC seriyalı, 103214 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ildən xx.xx.2029-cu il tarixdək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir.. Cinayət işinin materiallarında olan Şəmkir rayon İH başçısının Kür qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Şəmkir rayon İH başçısının Kür qəsəbə inzibati ərazi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 134 və 135 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla halhazırda ünvan 4 ünvanında yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşaq (2015-ci il təvəllüdlü X18 və 2017-ci il təvəllüdlü X19) vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 066005 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 2-ci qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş Daşkəsən rayon İH başçısının Daşkəsən rayonu Əmirvar kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Daşkəsən rayon İH başçısının Daşkəsən rayonu Əmirvar kənd inzibati ərazi üzrə nümayəndəsitərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-42-9/2-39/2024 nömrəli və 5-42-9/2-40/2024 nömrəli arayışlarından görünür ki, Həsənov X11 rayonu Əmirvar kəndinə himayəsində olan, 2-ci qrup əlil 09 avqust 1963-cü il təvəllüdlü arvadı X21 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xitmətə Çağırış üzrə X15 rayon bölməsinin 24 aprel 2024-cü il tarixli arayışından görünür ki, Daşkəsən rayonu Əmirvar kənd sakini Təqsirləndirilən şəxs2 28 oktybar 1993cü il tarixdə səfərbərlik ilə əlaqədar hərbi xitmətə göndərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur. Nəzərə alınasmını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş zərəri tam ödəmiş, bu səbədən ondan heç bir şikayət və tələbi yoxdur, bundan sonra olmayacaq. Hazırda barışmışlar, Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi, ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə verilmiş ittihamda özlərini qismən təqsirli bilməsi barədə dəlilləri, onların tərəfindən ibtidai istintaq dövründə verilmiş izahat və ərizələr ilə yanaşı zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi və işin digər halları ilə təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxslərin heç bir təsir olmadan izahat vermələrini məhkəmə nəzərə alaraq hesab edir ki, özlərini müdafiə xarakterli dəlillərdir. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, onlara maddi və mənəvi dəstək olması cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, onlara maddi və mənəvi dəstək olmasını, himayəsində iki az yaşlı uşağının olması cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmaması, ilk dəfə az ağır cinayət əməli törətməsi, əməlini etiraf edib peşman olması, 2-ci qrup əlil olmaqla himayəsində 2ci qrup əlil arvadının olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmaması, ilk dəfə az ağır cinayət əməli törətməsi, əməlini etiraf edib peşman olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – QAZ-53-12 markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs2 və Mersedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Həmçinin məhkəmə istintintaqında Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün onların işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut – QAZ-53-12 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs2 və Mersedes-Benz VİTO 111 CDİ markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar