Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-60/2023 25.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X4 və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ev 58A, mənzil 18-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-cü küçə, ev 21-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində Gəncə- Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndinin inzibati ərazisindən keçən hissəsində “BC” kateqoriyalı AE 133377 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz C180” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbləri pozaraq onunla əks istiqamətdə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq sonuncu avtomobillə toqquşmuş nəticədə ehtiyatsızlıqdan “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 – döş qəfəsinin yumşaq toxumalarının əzilməsi ilə, müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs -alt çənə sümüyünün iki hissədən sınığı, alt çənə nahiyəsinin və sol əlin ovuc səthinin əzilmiş yaraları- ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilən, X5 isə -Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, burun nahiyəsinin əzilmiş yarası- ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilən xəsarətlər və Şahid2 – sol yanaq nahiyyəsinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər almalarına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçə, ev 21-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 3 övladı var. Rəsmi iş yeri yoxdur, Şəmkir şəhərində geyim mağazası işlədərək dolanır. “BC” kateqoriyalı, AE 133377 seriyalı sürücülük vəsiqəsi var. İşi ilə bağlı hər gün özünə məxsus “Mercedes Benz C180 Minik” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Şəmkir şəhərinə gedir. 09 yanvar 2023-cü il tarixdə də özünə məxsus avtomobil ilə Şəmkir şəhərinə gedən zaman hava şəraiti ilə əlaqədar olaraq yollar buzlu olmuşdur. Saat 09 radələrində Gəncə-Çəmkir avtomobil hərəkət yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində, belə ki, 555 mebel mağazasının qarşısında Şəmkir istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkət edən zaman əyləci sıxmış və yolun buz olması səbəbi ilə avtomobil idarəetmədən çıxaraq fırlana-fırlana əks hərəkət zolağına çıxmış və üzü əks hərəkət zolağında Gəncə şəhəri istiqamətində yola düzələn zaman avtomobilini arxadan Şəmkirdən Gəncə istiqamətinə gələn “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Toqquşma hadisəsi baş vermişdir. Həmin vaxt “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobildə biri sürücü, üçü sərnişin olmaqla dörd nəfər şəxs var olmuşdur. Bundan sonra DİN-in 102 xidmətinə zəng etmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yeri müayinə edilmiş, yolun ölçüləri götürülərək sxem tərtib edilmiş, hadisə yerinə baxış protokolu tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. O, isə həmin protokolları imzalamışdır.Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs əməliyyat xərclərini tam formada ödəmişdir. X1, Şahid1 və Şahid2 almış olduqları xəsarətlərlə bağlı müalicələri üçün xərc çəkmişdir. Hazırda törətdiyi əməldən peşimandır.Zərər çəkmiş şəxslərlə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır, evlidir, bir övladı var. Rəsmi iş yeri yoxdur, fərdi olaraq təsərrüfatla məşğul olub dolanır. “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili idarə etmək üçün oğlu Şahid1 etibarnamə vermişdir. 09 yanvar 2023-cü il tarixdə həmin avtomobil ilə Şəmkir rayonundan Gəncə şəhərinə gedən zaman avtomobili oğlu Xəyal idarə etmişdir. Ön sərnişin oturacağında o, arxa sağ sərnişin oturacağında baldızı Zərərçəkmiş şəxs, sol oturacaqda isə onun qızı X6 əyləşmişdir. Hava qarlı olmuş, yolun bəzi yerlərində buz ərimiş, lakin bəzi yerlər buzlu olmuşdur. Saat 09:30 radələrində Şəmkir-Gəncə avtomobil yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində anidən olaraq qarşılarında “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin çıxmçasını görmüş və toqquşma hadisəsi baş vermişdir. Həmin vaxt huşunu itirmiş və o, özünə gəldikdə xəstəxanada olmuş, ona tibbi yardım göstərilmişdir.Hadisənin baş verməsinə səbəb “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağı ilə hərəkətdən onların hərəkət zolağına keçməsi olmuşdur. Hadisədən sadəcə xatırladığı həmin avtomobilin hadisə zamanı sola dönmə işıq siqnalının yanılı olmasıdır. Başqa heç nəyi dəqiq xatırlamır. Hadisə vaxtı Xəyal avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir.Bundan başqa qeyd etmişdir ki, hadisə vaxtı oğlu Şahid1 idarə etdiyi “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiuyyat nişanlı avtomobil ona məxsusdur. Hazırda ona dəyən zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır, hazırda subaydır, 3 övladı var. Heç bir yerdə işləmir, evdar qadındır. Hansı səbəbə görə izahat verməyi ona tam aydın olmuş və buna uyğun olaraq bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində bacısı oğlunun idarə etdiyi “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə getmişdir. Ön sərnişin oturacağında bacısının əri Qədir, arxa sol oturacaqda qızı Aysel, arxa sağ oturacaqda isə özü əyləşmişdir. Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində qarşıdan “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda fırlana-fırlana gəlməsini görmüş və həmin avtomobil onların zolağına keçmiş, ondan sonrasını isə görə bilməmişdir. Anidən olaraq toqquşma baş vermiş, o, həmin vaxt huşunu itirmişdir. O, gözünü açdıqda xəstəxanada olmuşdur.Gəncə-Şəmkir avtomobil yolunu Gəncə istiqamətində gedən zaman qarşıdan gələn “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilinin yolda fırlanmasını görmüş, sonra həmin avtomobil onların olduğu zolağa keçmişdir. Lakin toqquşma hadisəsinin hansı formada baş verməsini bilməmişdir.O, “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda manevrlər etməsini təxminən 100-150 metr məsafədən görmüşdür. Hadisə vaxtı Xəyal avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir.Onun qarın boşluğundan əməliyyat olunmağı və çənə sümüyünün sınması ilə bağlı əməliyyat olunmağı ilə bağlı xərcləri “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşılamışdır. Hazırda ona dəyən zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır, subaydır, Qazax Dövlət Sosial İqtisadi kollecində 4-cü kurs tələbəsidir. “BC” kateqoriyalı, BD303211 seriyalı sürücülük vəsiqəsi var. X2 məxsus “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 09 yanvar 2023-cü il tarixdə həmin avtomobili idarə edərək Şəmkir rayonunda Gəncə şəhərinə getmişdir. Ön sağ sərnişin oturacağında atası Qədir, arxa sağ sərnişin oturacağında xalası Zərərçəkmiş şəxs, sol oturacaqda isə xalası qızı Şahid2 əyləşmişdir. Hava qarlı olmuş, yolun bəzi yerlərində buz ərimiş, lakin bəzi yerlər buzlu olmuşdur. Saat 09:30 radələrində Şəmkir-Gəncə avtomobil yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində Gəncə istiqamətində gedən zaman qarşıdan gələn “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda sağ-sola doğru oynamasını görmüş, həmin avtomobilə çatdıqda qarşıdan gələn “Mercedes” yolda dayanmayaraq Gəncə istiqamətinə doğru fırlanmış və onun hərəkət zolağına çıxmışdır. Onun qarşısına çatdıqda “Mercedesin” arxa tərəfi onun avtomobilinin qarşısına çıxmış, onun avtomobilinin ön hissəsi həmin avtomobilin arxasına çırpılmış və topqquşma hadisəsi baş vermişdir. Toqquşma zamanı döş qəfəsi sükana çırpılmışdır. Həmçinin avtomobildə olan sərnişinlər də xəsarətlər almışlar. Bundan sonra oraya TTY avtomobili gəlmiş və onlar xəstəxanaya getmişlər. Qarşı tərəf avtomobilin sürücüsü sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs hadisə vaxtı orada olmuş, onların vəziyyəti ilə maraqlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır. Şəmkir rayonu Çinarlı kənd 1 saylı orta məktəbdə 10-cu sinifdə oxuyur. Buna uyğun olaraq bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində xalası oğlu Xəyalın idarə etdiyi “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gedən zaman ön sərnişin oturacağında xalasının əri Qədir, arxa sol oturacaqda o, arxa sağ oturacaqda anası Gülnar əyləşmişdir. Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində qarşıdan “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda fırlana-fırlana gəlməsini görmüş və həmin avtomobil onların zolağına keçmiş, ondan sonrasını isə görə bilməmişdir. Anidən olaraq toqquşma baş vermiş, o, həmin vaxt huşunu itirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, polis baş serjantı rütbəsi ilə Göygöl RPŞ-nin DYPB-nin YPX inpektoru vəzifəsində çalışır. 09 yanvar 2023-cü il tarixdə Göygöl RPŞ-nin DYPB-də növbədə olan zaman saat 09:40 radələrində Göygöl RPŞ-nin növbətçi hissəsindən Göygöl rayonu Quşqara kəndində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş və o, dərhal həmin əraziyə getmişdir. Hadisə yerinə çatdıqda ona məlum olmuşdur ki, Şahid1 BC” kateqoriyalı, BD303211 seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi X2 məxsus “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir-Gəncə avtomobil yolunun Göygöl rayonu Quşqara kəndindən keçən hissəsində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək onun qarşısına çıxmış, nəticədə toqquşma hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi yerində “Mercedes C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Gəncə şəhəri istiqamətində dayanmış, arxasında isə “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Belə ki, “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi “Mercedes Benz C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmışdır. Hadisə yerinə gələn rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. “Mercedes Benz C class” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hadisdə yerində olmuşdur. Hadisə yerinə baxış onun iştirakı ilə keçirilmişdir. Hadisə zamanı Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan sərnişinlər xəsarət almış, Təqsirləndirilən şəxs TTYX-ni çağıraraq xəsarət almış şəxsləri xəstəxanaya göndərmişdir. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətini yoxlamaq üçün Gəncə şəhər Narkoloji dispanserinə apardım və müayinədən sonra məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Bundan başqa digər sürücü Şahid1 sərxoşluq vəziyyəti onun tərəfindən alkotester vasitəsilə yoxlanılmış və onun da ayıq vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 44 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – salt çənə sümüyünün iki hissədən sınığı, alt çənə nahiyyəsinin və sol əlin ovuc səthinin əzilmiş yaraları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 43 saylı rəyindən məlum olur ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, burun nahiyyəsinin əzilmiş yarası- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli 42 saylı rəyindən məlum olur ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin yumşaq toxumalarının əzilməsi- bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli 41 saylı rəyindən məlum olur ki, Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol yanaq nahiyyəsinin əzilmiş yarası - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 mart 2023-ci il tarixli 8/509 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən ““Mercedes-Benz C180” markalı, 20-DT 073 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yəni sürücü Təqsirləndirilən şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbləri pozmuşdur. - 09 yanvar 2023-cü il tarixli, 96/2023 nömrəli müayinə aktından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. - 09 yanvar 2023-cü il tarixli, 642731 nömrəli aktdan görünür ki, Şahid1 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhər İHB-nın Məhsəti QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 273 nömrəli arayışından və arayışa əlavə edilmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayır, himayəsində xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X11 aılı uşaqları var və yaşadığı yer üzrə müsbət səciyələndirilir. -Zərərçəkmiş şəxs X10 24 may 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -Zərərçəkmiş şəxs 24 may 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinə əsasən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamı ilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması, zərər çəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan şikayətləri və tələblərinin olmaması, onlara dəymiş zərəri tamamilə ödəməsi, eyni zamanda işin icraatına xitam verilməsinə mane olan hallar olmadığı nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalı, iş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin avtomobil duracağında saxlanılan “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes Benz C180” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur.Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40, 43, 321, 344-347, 356, 358 və 384-cü maddələrini, habelə Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, qərarverdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbbiri xitam edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin avtomobil duracağında saxlanılan “Vaz 2106” markalı, ** CS *** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes Benz C180” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qərar qanunu qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-60/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-60/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver