Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-60/2025 30.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, barəsində şikayət verilmiş şəxs X2 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanması haqqında və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları geniş şəxslərin dairəsində yaymışdır. Belə ki, Göygöl rayon məhkəməsi mülki işə baxarkən müəyyən etmişdir ki, iddiaçı X9 28 avqust 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə cavabdeh X3 qarşı «şərəf, ləyaqətin və işgüzar nüfuzunu müdafiəsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 barəsində yaydığı məlumatların məhkəmə qaydasında təkzib edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun cavabdeh X1 xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi Göygöl Rayon Məhkəməsində 2(066)-1268/2023 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı X9 28 avqust 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə cavabdeh X3 qarşı «şərəf, ləyaqətin və işgüzar nüfuzunu müdafiəsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 barəsində yaydığı məlumatların məhkəmə qaydasında təkzib edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun cavabdeh X1 xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi Göygöl Rayon Məhkəməsində 2(066)-1269/2023 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı X9 28 avqust 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə cavabdeh X7ma qarşı «şərəf, ləyaqətin və işgüzar nüfuzunu müdafiəsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 barəsində yaydığı məlumatların məhkəmə qaydasında təkzib edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun cavabdeh X1 xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi Göygöl Rayon Məhkəməsində 2(066)-1270/2023 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı X9 18 sentyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə cavabdeh X3 qarşı «şərəf, ləyaqətin və işgüzar nüfuzunu müdafiəsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 barəsində yaydığı məlumatların məhkəmə qaydasında təkzib edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun cavabdeh X1 xeyrinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi Göygöl Rayon Məhkəməsində 2(066)- 1391/2023 nömrə ilə qeydiyyata alınmışdır. Göygöl Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(066)-1268/2023 nömrəli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin icraatında olan 2(066)- 1268/2023 nömrəli, 2(066)-1269/2023 nömrəli, 2(066)-1270/2023 nömrəli və 2(066)- 1391/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə işə baxaraq müəyyən etmişdir ki, məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olundu ki, iddiaçı X9 cavabdeh X4 ilə aralarında narazlıqlar baş vermişdir. Cavabdeh X4 isə buna görə də polis orqanlarına müraciət edərək X6 onu izləməsi, ona hədə-qorxu gəlməsi və onu öldürməklə hədələməsi barədə şikayət ərizəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102" qaynar xəttinə zəng etməklə müraciət etmişdir. Həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamış və cavabdeh X4 həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh X4 tərəfindən yayılmış böhtan xarakterli məlumatlar polis orqanlarında onu nüfuzdan salmış və onun barəsində mənfi rəy yaratmışdır. Göygöl rayon Məhkəməsi 2(066)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edərək qət etmişdir ki, iddiaçı X6, cavabdeh X3 qarşı «şərəf, ləyaqətin və işgüzar nüfuzunu müdafiəsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə» iddiası qismən təmin olunsun, cavabdeh X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102" qaynar xəttində, Göygöl Rayon Polis şöbəsində və Gəncə şəhər 1-ci Polis şöbəsində yaymış olduğu “X8 onu öldürmək istəməsi və hədə qorxu gəlməsi" ifadəsi iddiaçı X6 işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilsin və cavabdeh X4 tərəfindən təkzib edilsin, cavabdeh X2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttində, Göygöl Rayon Polis şöbəsində və Gəncə şəhər 1-ci Polis şöbəsində yaymış olduğu “X6 onu öldürmək istəməsi və hədə qorxu gəlməsi” qeyd edilən məlumatların həqiqətə uyğun olmamasına dair təkzib ərizəsi yazmaq vəzifəsi qoyulsun. Təranə Zeynalovanın ona qarşı törətdiyi cinayət əməli ondan ibarət olmuşdur ki, 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, daha sonra Göygöl Rayon Polis şöbəsinə və Gəncə şəhər 1-ci Polis şöbəsinə müraciət edərək onun barəsində guya ki, “onu öldürmək istəməyi və hədə qorxu gəlməyi” kimi böhtan xarakterli məlumatlar yaymışdır. Həmin məlumatlar qeyd olunan dövlət qrumlarmda çalışan şəxslərin çevrəsində (kütləvi çıxış şəklində ifadə olunmaqla) yayılmışdır. Həmin fakt (cinayət) sübut olaraq qeyd olunan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Həmin böhtan xarakterli məlumatlar “Məhəmməd Bağırov onu öldürmək istəyir və ona hədə qorxu gəlir, onu mütəmadi narahat edir, öldürməklə hədələyir” ifadələrindən ibarət olmuş və onun şərəf və ləyaqətini, işküzar nüfuzunu ləkələyir. Nəticədə ona mənəvi ziyan dəymişdir. Qeyd edir ki, bundan əvvəl xüsusi ittiham qaydasında hazır ki məsələ ilə bağlı iki dəfə şikayət vermiş və hər iki dəfə də şikayəti əsassız olaraq icraata qəbul edilməsindən imtina edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında tərtib etdiyi şikayəti CPM-nin tələblərinə tam əməl olunmaqla tərtib edilmişdir. Məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə T.Zeynalovanın onun barəsində yalan və böhtan xarakterli məlumatlar yayması təsdiq olunmuşdur. Məsələ ilə bağlı təhqiqat orqanlarında və məhkəmələrdə qərar və qətnamələr qəbul edilmişdir. Bu məsələnin araşdırılması üçün o, ilk dəfə olaraq müraciət etməmiş ki, tərəfinizdən də ilkin araşdırma aparılması üçün ondan əlavə sübutlar tələb edilir. Kifayət qədər sübut var, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, təhqiqat orqanının rədd qərarları var. Həmçinin ona qarşı cinayət törədən şəxs məlum, törətdiyi cinayət əməli məlum, yeri məlumdur. Bundan başqa Təranə Zeynalovanın özü də qətnamənin icrası çərçivəsində ərizə yazaraq həqiqətən də onun barəsində yalan və böhtan məlumatlar yaymasını təsdiq etmiş və həmin məlumatları təqzib etdiyini bildirmişdir. Belə olan halda CPM-nin tələblərinə formal yanaşmaqla ərizələrinin geri qaytarılması onun konstitusion hüquqlarının pozulması və məhkməyə müraciət hüququnun məhdudlaşdırılmasıdır. Odur ki, şikayət ərizəsi icraata qəbul edilib baxılmasını artıq dərəcədə xahiş edir. Göründüyü kimi Təranə Zeynalovanın hərəkətlərində CM-nin 147.1-ci maddəsinin əlamətləri vardır və onun barəsində həmin maddə ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalı və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Əlavə olaraq qeyd edir ki, dediyi sözlərdən məsuliyyət daşımayaraq gəldiyi qərarını elan edir. İki ilə yaxın müddət ərzində Təranə Zeynalova ondan 16 dəfə 102 qaynar xəttinə şikayət edib. Bu şikayətlər Gəncə şəhər və Göygöl rayon üzrə araşdırılıb və 16 rədd qərarı verilib. Onun da bir neçəsi məhkəməyə göndərilib və məhkəmədə də öz təsdiqini onun xeyrinə tapıb. İcra idarəsində də Tərnə Zeynalova bir daha təsdiq edib ki, yalan məlumat vermişdir. Onun da tələbi odur ki, dövlətin adından çıxan qətnamə, təhqiqatın 16 rədd qərarı əsas götürülərək yalan məlumat yayan haqqında məsulliyyət nədirsə o tətbiq edilsin və hüquqi qiymət verilsin. Əgər verilmirsə belə çıxır ki, T.Zeynalova ondan az şikayət etmiş, bundan sonra ondan daha 56 dəfə də şikayət etsin və o da ömürünü tədqiqatçılara izahat verməklə keçirsin. Bu bir insan həyatı üçün faciədir. Hüquqi Azərbaycan dövlətində bu iş analoqu olmayan hadisədir. Bu qədər hüquq mühafizə orqanları qarşısında bir insanın bir vətəndaşa qarşı atdığı bu qanunsuz addımlara, təhqirlərə, şəhid adının ləkələnməsinə, söyülməsinə dayaq olunacaqsa bunun adı nədir?!, buna gəlin ad verək. Bu Mavritaniya dövləti deyil ki, bu hüquqi, Azərbaycan dövlətidir. O, Respublika Könüllü İctimai Nəzarətin sədr müavini, qərb bölgəsinin sədridir. İnsanların hüquqlarının və azadlıqlarının qorunması, şəhid ailələrinə diqqət və qayğı, müharibə veteranlarına diqqət və qayğı, məmur özbaşınalığına qarşı və.s onların nizamnaməsidir. Odur ki, sonuncu dəfə olaraq acizanə xahiş edir bu dəfə ya başqa rayonda baxılsın, ya da bu məhkəmədə baxılacaqsa icraata qəbul edib baxılıb qanuni hüquqi qiymət verilsin. Göygöl Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 1(066)-60/2025 saylı qərarına əsasən X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayəti Göygöl Rayon Məhkəməsinin bütün tərkibinə verilmiş etiraz məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(104)-372/2025 saylı qərarına əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Göygöl Rayon Məhkəməsində baxılan xüsusi ittiham qaydasında şikayət üzrə şikayət vermiş şəxs X6 Göygöl Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etdiyi etirazın təmin edilməməsi və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək, verdiyi şikayətin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayətlə tanış olaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətin geri qaytarılması barədə ərizəsini, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, bu əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Belə ki, ərizədə ümumi olaraq T.Zeynalovanın şikayətçinin barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları geniş şəxslərin dairəsində yayması göstərilsə də ərizədə böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması və bü əməllərin nə vaxt edilməsi qeyd edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-60/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-60/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver