Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-61/2023 05.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Hacı isgəndər küçəsi, döngə 2, ev31-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30, ev 12, mənzil 102-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu qabaqcadan əlbir olan bir qrup şəxslə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə tibbi siğortanın əldə olunması adi ilə ilkin olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15:43-də Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Nəbi“ marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 480 (dörd yüz səksən) manat pulunu, həmin tarixdə saat 17:54-də Göygöl şəhəri, Bəhlulzadə küçəsində yerləşən “Step” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 200 (iki yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərindən tanıdığı Şahid4 maşın alveri ilə məşğul olurmuşdur. Təxminən 2019-cu ilin aprel ayında dəqiq gününü xatırlamadığı vaxtda ona məxsus “Mercedes-benz” markalı avtomobilinin satılmasında köməklik etmişdir. Həmin vaxtdan da Şahid4 ilə ünsiyyəti yaranmışdır. 2022-ci ilin iyun ayının 1-də təxminən saat 18 radələrində o, Şahid4 məxsus mobil nömrəyə zəng edərək, Göygöl rayonuna getməli olduqlarını, bunun qarşılığında xeyirlərinin olacağını demişdir. Şahid4 də onunla razılaşmışdır. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 07 radələrində Ceyhun onu yaşadığı Bakı şəhəri, ünvan 1 ünvandan götürmüş və Şahid4 ilə birlikdə “Rent a car”-dan kirayə götürərək, idarə etdiyi “Kia Optima” markalı **-SH-*** d.q.n.nişanlı avtomobil ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən “Qoşa Çinar” adlı istirahət mərkəzinə gəlmişlər. O, Şahid4 kimisə aldadaraq pul əldə edəcəklərini Bakı şəhərindən Göygöl rayonuna gedən zaman yolda danışmış, Şahid4 də pula ehtiyacı olduğunu demiş və onunla razılaşmışdır. Həmin istirahət mərkəzində olan zaman o, istirahət mərkəzinin adını bilmədiyi içşisinə qonağının olacağını bildirərək, qonağı gələn zaman əlaqə saxlamaq məqsədi ilə həmin tanımadığı işçidən nömrə istəmiş və daha sonra Şahid4 idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərinə yola düşmüşlər. Onlar yolda olan zaman o, sözügedən istirahət mərkəzinin işçisinə zəng edərək özünü “Azər Avto-yol” İdarəsinin işçisi Pərviz müəllim kimi təqdim edərək, qonaqlarının gələcəyini, 6 nəfərlik masa hazırlamasını bildirmişdir. Həmin istirahət mərkəzinin adını bilmədiyi içşisinə Yol idarəsinə sürücü lazım olduğunu, işə götürmək istədiyini bildirdikdə, istirahət mərkəzinin adını bilmədiyi içşisi tanışının işə düzəlmək istədiyini demişdir. O, istirahət mərkəzinin adını bilmədiyi içşisinə işə düzəlmək istəyən şəxsə mobil nömrəsini verməsini və onunla əlaqə saxlamasını bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra bir nəfər tanımadığı şəxs ona zəng edərək, Yol İdarəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. O, həmin şəxsə ödəmə terminalına yaxınlaşaraq tibbi sığorta əldə etmək üçün 480 manat pul ödəməli olduğunu demişdir. Həmin şəxs onunla razılaşaraq ona təqdim etdiyi ***-***-**-** saylı mobil nömrəyə 480 (dörd yüz səksən) manat pul göndərmişdir. Bundan təxminən 30- 40 dəqiqə sonra o, həmin şəxsə zəng edərək yenidən 200 (iki yüz) manat pul göndərməsini, işlərin tez həll olması üçün həkimə verəcəyini demiş və həmin şəxs onun təqdim etdiyi ***-***-**-** mobil nömrəyə 200 (iki yüz) manat pul göndərmişdir. Bundan bir qədər sonra o, mobil nömrəni söndürmüşdür. Onlar həmin tarixdə təxminən saat 20 radələrində Bakı şəhərinə çatan zaman, “Şamaxinka” adlanan ərazidə olan “Unibanka” aid olan bankomata yaxınlaşaraq təxminən 1.100 (min yüz) manat pulu nəğdləşdirmiş və Şahid4 345 (üç yüz qırx beş) manat pul vermişdir, 55 (əlii beş) manat dəyərində Şahid4 idarə etdiyi “Kia optima” markalı avtomobilə yanacaq vurmuşdur. Bundan sonra Şahid4 onu yaşadığı evin yaxınlığında düşürtmüşdür. Törətmiş olduğu əməldə özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Hadisəni pula ehtiyacı olduğu üçün törətmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, qohumu Şahid1 ilə birlikdə Gəncə şəhərində olan zaman, qohumu Turalın tanışı Göygöl şəhər sakini Rövşən adlı şəxs Turala zəng edərək, Pərviz adlı bir nəfər şəxsin olmasını, həmin şəxsin yol idarəsində işləməsini, işə adam düzəltməsini bildirmişdir. Tural da Rövşənin dediklərini ona bildirmiş və işləmək istəyib-istədiyimi ondan soruşmuşdur. O, həmin vaxtlar işsiz olduğundan Turala işləmək istədiyini bildirmişdir. Bundan sonra o, Turalın mobil telefonu vasitəsi ilə Rövşənin verdiyi Pərviz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlayan zaman, özünü ona Gəncə şəhər Yol İdarəsində işləyən Pərviz kimi təqdim edən şəxs onu Gəncə şəhər Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyini, bunun üçün əvvəlcə tibbi sığortanın əldə olunması məqsədi ilə Pərviz adlı şəxsə 480 (dörd yüz səksən) manat pul göndərməli olduğunu bildirmişdir. O, Pərviz adlı şəxslə razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Pərviz kimi tanıdığı şəxsin təqdim etdiyi 055-771-51- 49 nömrəli mobil nömrəyə Gəncə şəhəri Əziz Əliyev küçəsində yerləşən “Nəbi” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 480 (dörd yüz səksən) manat pul göndərmişdir. Bundan sonra təxminən saat 17 radələrində o, Göygöl rayonunda olduğu zaman Pərviz kimi tanıdığı şəxslə mobil telefon vasitəsi ilə dnışıq zamanı yenidən Pərviz adlı şəxsə 200 (iki yüz) manat pul göndərməyini bildirmiş və ***-***-**-** saylı mobil nömrəni ona təqdim edərək, sürücüsünün nömrəsi olduğunu demişdir. O, Pərviz kimi tanıdığı şəxs ilə razılaşaraq Göygöl şəhəri Bəhlulzadə küçəsində yerləşən “Step” marketə gələrək, marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat pulu Pərvizin ona təqdim etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə göndərmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra o, Pərvizin təqdim etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələrə zəng etdikdə həmin nömrələrə zəng çatmadığını görmüşdür. Beləliklə də, xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pulu Pərviz kimi tanıdığım şəxsin ona təqdim etdiyi ***-***- **-** və ***-***-**-** nömrəli mobil nömrələrə göndərmişdir. Bu səbəbdən də Pərviz kimi tanıdığı şəxs tərəfindən aldanıldığımı bilib, xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəlmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pulu özünü ona Pərviz kimi təqdim edən şəxsə göndərmişdir. Nəticədə özünü Pərviz kimi təqdim edən şəxs ona qarşı dələduzluq edərək 680 manat pulunu ələ keçirib, onu aldatmışdır. Qeyd etmişdir ki, Pərviz kimi tanıdığı şəxsə Gəncə şəhər Əziz Əliyev küçəsində yerləşən “Nəbi” adlı marketdə və Göygöl şəhəri Bəhlulzadə küçəsində yerləşən “Step” adlı marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə göndərdiyi ümumilikdə 680 manat pula dair qəbzləri ilkin araşdırma zamanı təqdim etmişdir. O, özünü Pərviz kimi təqdim şəxsə 480 (dörd yüz səksən) manat pulu Gəncə şəhər Əziz Əliyev küçəsində yerləşən “Nəbi” adlı marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə göndərən zaman yanında Tural olmuş, 200 manat pulu isə Göygöl şəhəri Bəhlulzadə küçəsində yerləşən “Step” adlı marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə göndərən zaman tək olmuşdur. Hal-hazırda ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən “Qoşaçinar” adlı restoranda administrator işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində ona məxsus ***- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və həmin tanımadığı şəxs danışıq zamanı demişdir ki, Pərviz müəllimdi, Yol İdarəsinə müdir təyin olunmuşdur, işlə əlaqədar Bakı şəhərindən qonaqları olacaq, 2 ədəd koteç və 6-7 nəfərlik stol hazırlamağını bildirmişdir. Eyni zamanda həmin şəxs yeməkləri maraqlanaraq sifariş vermiş və həmin gün təxminən saat 17-18 radələrində gələcəklərini bildirmişdir. Pərviz adlı şəxs kimi özünü təqdim edən şəxs danışıq zamanı söhbət əsnasında Yol İdarəsinə müdir kimi yeni təyin olunduğunu, İdarədə 1-2 nəfər sürücü yerinin boş olduğunu, əgər tanışı varsa, nömrəsini verməyini, əlaqə saxlamağını bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra dostu Turala məxsus mobil nömrəyə zəng etmişdir ki, bəlkə işsiz dostu-tanışı varsa Pərviz kimi özünü təqdim edən şəxslə danışıb maraqlansınlar. O, Turala Pərviz adlı şəxsin zəng etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin gün təxminən saat 18 radələrində Tural ona zəng etmişdir ki, Pərviz adlı şəxsə zəng çatmır, Turalın qohumu adı ona sonradan məlum olan Natiq adlı şəxsin Pərvizə əvvəlcə 480 (dörd yüz səksən) manat, daha sopnra 200 (iki yüz) manat pul göndəribdir. O, danışıq zamanı Turala bildirmişdir ki, necə zəng çatmır, Pərviz adlı şəxs restorana gəlməlidi, ona stol hazırladıbdır. Turalla danışdıqdan sonra özünü Pərviz adı ilə təqdim edən şəxsə dəfələrlə zəng etsədə, zəng çatmadığından, əlaqə saxlaya bilməmişdir. Natiq adlı şəxsi əvvəllər tanımırmış, Natiq adlı şəxsin qohumu Tural onun dostudur. Tural ona bildirmişdir ki, Natiq özünü Pərviz kimi təqdim edən şəxsə Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəlmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pul göndərmişdir. Pərviz adı ilə özünü təqdim edən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək adının Pərviz müəllim olduğunu, Yol İdarəsinə yeni müdir təyin olunduğunu bildirmişdir, hər hansı baş bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təxminən 2022-ci ilin may ayının 23-də ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəmə zəng gəlmiş, danışıq zamanı həmin şəxs özünü Elman adı ilə təqdim etmişdir. Danışıq zamanı həmin şəxs onun işləyib-işləmədiyini soruşmuş, özünün Yol İdarəsində müdir işlədiyini, onu sürücü kimi işə götürməyin mümkün olduğunu demiş və başqa tanışının olub-olmadığını soruşmuşdur. Ona bildirmişdir ki, zəng etdiyi mobil nömrənin whatsappına şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsinin şəklini göndərsin və onu qeydiyyatdan keçirsin. Əlavə olaraq tibbi sığortadan keçmək üçün 240 (iki yüz qırx) manat pul lazım olduğunu demişdir. O, pulunun olmadığını demiş, Elman adı ilə özünü təqdim edən şəxs isə cavab olaraq bildirmişdir ki, nə qədər pul düzəldə bilirsə göndərsin, sənədlərini hazırlatmağa başlasın. O, həmin gün evdə olan 60 (altmış) manat pulunu götürüb, Elman adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, ona hazırda xatırlamadığı mobil nömrə demiş, o, həmin nömrəyə 60 (altmış) manat pulu göndərmişdir. Yerdə qalan pulu isə növbəti gün göndərməyini bildirmişdir. Bundan təxminən 2 saat sonra o, həmin nörməyə zəng etsə də, zəng çatmadığından əlaqə saxlaya bilməmişdir. O, aldadıldığını bilib, DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Daha sonra ona dəymiş ziyan ödənildiyindən o, ərizə ilə müraciət edərək, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs tanımır, ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmamış, özünü Elman adı ilə təqdim edən şəxs ona şəxsiyyət vəsiqəsinin şəklini göndərtdirmiş, həmin şəxs onun xəbəri olmadan adına mobil nömrə almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 və Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər maşın alqı-satqısı ilə məşğul olmuşdur. Bakı şəhərindən tanıdığı Təqsirləndirilən şəxs məxsus avtomobili təxminən 2019-cu ildə dəqiq xatırlmadığı vaxtda satmışd;r. Həmin vaxtdanda Təqsirləndirilən şəxsla ilə ünsiyyəti yaranmışdır. Təxminən 2022-ci ilin iyun ayının 1-də təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs ona məxsus mobil nömrəyə zəng edərək Göygöl rayonuna getməli olduqlarını, bunun qarşılığında xeyri olacağını demişdir. O da onunla razılaşmışdır. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 07 radələrində Ceyhunu yaşadığı Xırdalan şəhərindən ünvanını bilmədiyi yerdən gedib götürmüş və Ceyhun ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonundan adını xatırlamadığı “rent a car”-dan kirayə götürdüyü idarə etdiyi “Kia Optima” markalı **-SH-*** d.q.n.nişanlı avtomobil ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən “Qoşa Çinar” adlı istirahət mərkəzinə gəlmişlər. Həmin istirahət mərkəzində olan zaman Təqsirləndirilən şəxs istirahət mərkəzinin adını bilmədiyi içşisinə qonağı olacağını bildirərək, qonağı gələn zaman əlaqə saxlamaq məqsədi ilə həmin tanımadığı işçidən nömrə istəmiş və daha sonra onun idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərinə yola düşmüşlər. Onlar yolda olan zaman Təqsirləndirilən şəxs sözügedən istirahət mərkəzinin işçisinə zəng edərək özünü “Azər Avto-yol” İdarəsinin işçisi Pərviz müəllim kimi təqdim edərək, qonaqlarının gələcəyini, 6 nəfərlik masa hazırlamasını bildirmişdir. Həmin istirahət mərkəzinin adını bilmədiyi içşisinə Yol idarəsinə sürücü lazım olduğunu, işə götürmək istədiyini bildirdikdə, istirahət mərkəzinin adını bilmədiyi içşisi tanışının işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə mobil nömrəsini verməsini və onunla əlaqə saxlamasını bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra bir nəfər tanımadığı şəxs Təqsirləndirilən şəxs zəng edərək, Yol İdarəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə ödəmə terminalına yaxınlaşaraq tibbi sığorta əldə etmək üçün 480 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxsla razılaşaraq Təqsirləndirilən şəxs ona təqdim etdiyi mobil nömrəyə 480 (dörd yüz səksən) manat pul göndərmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs həmin şəxsə zəng edərək yenidən 200 manat göndərməsini, işlərin tez həll olması üçün həkimə verəcəyini demiş və həmin şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil nömrəyə 200 manat pul göndərmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs mobil nömrəsini söndürmüşdür. Onlar həmin tarixdə təxminən saat 20 radələrində Bakı şəhərinə çatan zaman, Təqsirləndirilən şəxs “Şamaxinka” adlanan ərazidə olan “Ünibanka” aid olan bankomata yaxınlaşaraq təxminən 1100 (min yüz) manat pulu nəğdləşdirmiş və ona 345 manat pul vermişdir. 55 manat dəyərində avtomobilə yanacaq vurmuşdur. Bundan sonra o, idarə etdiyi avtomobillə Xırdalan şəhərinə gedərək, Təqsirləndirilən şəxs yaşadığı Kristal 1 adlanan yerdə düşürtmüş və öz yaşadığı evinə getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində qohumu Zərərçəkmiş şəxsla ilə birlikdə Gəncə şəhərində olan zaman, onun tanışı Göygöl şəhər sakini Rövşən adlı şəxs ona zəng edərək, Pərviz adlı bir nəfər şəxsin olmasını, həmin şəxsin yol idarəsində işləməsini, sürücü kimi işə adam düzəltməsini bildirmişdir. O isə Natiqin işsiz olduğunu bildiyindən, Rövşənin dediklərini Natiqə bildirmişdir. Bundan sonra Natiq onun mobil telefonu vasitəsi ilə Rövşənin onlara verdiyi Pərviz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlayan zaman, özünü Gəncə şəhər Yol İdarəsində işləyən Pərviz kimi təqdim edən şəxs Natiqi Gəncə şəhər Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyini, bunun üçün əvvəlcə tibbi sığortanın əldə olunması məqsədi ilə ona 480 (dörd yüz səksən) manat pul göndərməli olduğunu bildirmişdir. Natiq də Pərviz kimi tanıdıqları şəxs ilə razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin şəxsin təqdim etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə Gəncə şəhəri Əziz Əliyev küçəsində yerləşən “Nəbi” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 480 (dörd yüz səksən) manat pul göndərdi. Bundan sonra o, Natiqlə sağollaşıb öz işlərinin arxasınca getmişdir. Həmin gün təxminən saat 18 radələrində Natiq ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Pərviz adlı şəxsin təqdim etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə yenidən 200 (iki yüz) manat pul göndərdiyini, lakin həmin şəxsin təqdim etdiyi mobil nömrələrə zəng çatmadığını demişdir. Natiq növbəti gün ona bildirmişdir ki, Pərviz kimi tanıdığı şəxs tərəfindən aldanıldığından, Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Natiq Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəlmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pulu özünü Pərviz kimi təqdim edən şəxsə göndərmişdir. Nəticədə özünü Pərviz kimi təqdim edən şəxs dələduzluq edərək Natiqin 680 manat pulumu ələ keçirmişdir. Zərərçəkmiş şəxs özünü Pərviz kimi təqdim şəxsə 480 (dörd yüz səksən) manat pulu Gəncə şəhər Əziz Əliyev küçəsində yerləşən “Nəbi” adlı marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə göndərən zaman yanında olmuş, lakin 200 (iki yüz) manat pulu göndərən zaman yanında olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təhqiqat zamanı Zərərçəkmiş şəxs “MilliÖN” ödəmə terminalı vasitəsilə ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə 480 manat və 200 manat pulu göndərməsinə dair qəbzlərin surətini təqdim etmiş, həmin qəbzlərin surəti cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2014cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən AR CM-nin 178.3.2-ci maddəsi ilə 6 il 8 ay 21 gün AME, 2 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə tibbi siğortanın əldə olunması adi ilə ilkin olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15:43-də Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Nəbi“ marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 480 (dörd yüz səksən) manat pulunu, həmin tarixdə saat 17:54-də Göygöl şəhəri, Bəhlulzadə küçəsində yerləşən “Step” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 200 (iki yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 178.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmas və zərəri tam ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Odur ki, CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınaraq, təyin ediləcək cəza yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə olduğu müddəti nəzərə alınaraq onun üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-61/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 05 may 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Hacı isgəndər küçəsi, döngə 2, ev31-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 30, ev 12, mənzil 102-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə olduğu müddəti nəzərə alınaraq onun üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-61/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-61/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver