Məhkəmə qərarları › İş №1(066)-62/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-62/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-62/2023 06.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan, Ararat rayonu Vedi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri A.Hacıyev küçəsi ev 11, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 16,343 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, xx.xx.2023cü il tarixdə saat 10:20 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl rayonu, Qızılqaya qəsəbəsində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yancibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 16,343 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində işlədiyi avtomobil yuma məntəqəsinə gedən zaman Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən İstiqlal parkaının yaxınılığında zibil qutusunun yanında yerdə 1 ədəd sellofan büküm olduğunu görmüş və götürmüşdür. Açdıqda içərisində “qara” adlandırdıqları narkotik vasitə olan tiryək olduğunu görmüş və tanımışdır. O, əvvəllər tiryəkdən istifadə etdiyi üçün həmin sellofan bükümü özü ilə götürərək üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində olan zaman həmin sellofan büküm üzərində imiş. Həmin vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl RPŞ-yə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə olan tiryəki çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyim sellofan torba açılıb baxış keçirilmiş və içərisində olan narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə sellofan büküm ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 16,6 qram olduğunu bildirmişlər. Sonra həmin narkotik vasitə zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Üstündən götürülmüş narkotik vasitəni yalnız üstündə gəzdirmiş, həmin narkotik vasitəni nə yaşadığı evdə, nədə ki, başqa yerdə saxlamamışdır. O, narkotik vasitədən heç kimə satmamış və pay verməmiş, həmin narkotik vasitəni özünün istifadə etməyi üçün üzərində saxlamışdır və bir dəfə həmin narkotik vasitə olan tiryəkdən daxilə qəbul etmə yolu ilə istifadə etmişdir. O, əvvəllər daxilə qəbul etmə yolu ilə narkotik vasitə istifadə etmişdir.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 11, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla qohumluğu və yaxud ədavəti yoxdur. Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 11, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul edir və üzərində gəzdirir. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə Göygöl RPŞ-nin Sarısu PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2023-cü il tarixdə saat 10:20 radələrində Təqsirləndirilən şəxs yeri Göygöl rayonu Qızılqaya qəsəbəsində müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Onların bu təklifindən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞnin inzibati binasına gəlmişlər. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş şəffaf sellofan bükümün içərisindəki kütlə narkotik vasitə olan tiryəkdir və həmin kütləni 2023-cü ilin mart ayının 27-də Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “İstiqlal“ parkının yaxınlığında zibil qutusunun yanında yerdən tapıb saxlamışdır. Daha sonra həmin bir ədəd şəffaf sellofan bükümdə olan kütlənin çəkisi çəkilmiş və çəkisi sellofan büküm ilə birlikdə 16,6 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 11, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla qohumluğu və yaxud ədavəti yoxdur. Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 11, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul edir və üzərində gəzdirir. Ona görə də Göygöl RPŞnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş müvafiq tədbirlər nəticəsində 27 mart 2023-cü il tarixdə saat 10:20 radələrində Təqsirləndirilən şəxs yeri Göygöl rayonu Qızılqaya qəsəbəsində müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Onların bu təklifindən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞnin inzibati binasına gəlmişlər. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət etdikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş şəffaf sellofan bükümün içərisindəki kütlə narkotik vasitə olan tiryəkdir və həmin kütləni 2023-cü ilin mart ayının 27-də Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “İstiqlal“ parkının yaxınlığında zibil qutusunun yanında yerdən tapıb saxlamışdır. Daha sonra həmin bir ədəd şəffaf sellofan bükümdə olan kütlənin çəkisi çəkilmiş və çəkisi sellofan büküm ilə birlikdə 16,6 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli 16/356 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümdə bir ədəd çəkisi 16,6 qram olan narkotikə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 16,343 qram maddə, xaşxaş bitkisindən kustar üsalla hazırlanmış narkotik vasitə-tiryəkdir. - Məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 589 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - 27 mart 2023-cü il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən narkotik vasitə aşkar olunaraq götürülməsinə dair protokol tərtib edilərək videoçəkiliş aparılmışdır. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 16,243 qram olan tiryək cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə MSY-dən azad edilmişdir. -İşdə olan Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli 1131 saylı arayışından, arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, himayəsində 2013-cü il təvəllüdlü X3 adlı bir uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o, özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməli, maddi sübut hesab edilən 16,243 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon mərkəzi xəstəxanasına göndərilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixə kimi 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Göygöl rayon Mərkəzi xəstəxnasına göndərilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 16,243 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar