Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-62/2024 05.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi, X4 Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl şəhəri Mehmandarov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Mercedes markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət istiqamətinə çıxması səbəbindən aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq Şahid və küçədən keçən istintaqa məlum olmayan şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir etməklə öz üstünlüyünü nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum çəkib qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq ona sağ gözün üst qapağının, sağ gözün bayır bucağının yaraları, sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək, o, Göygöl şəhəri Mehmandarov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. 21 fevral 2024-cü il tarixdə təxminən saat 13:30 radələrində özünə məxsus VAZ-2109 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müştəri kimi Şahid və tanımadığı iki nəfər qadını Göygöl rayonundan Gəncə şəhərinə aparırmış. O, Göygöl şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan Mercedes markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna çıxmış, o, həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sola doğru çəkərək avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüsü adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs adlı şəxs əli ilə ona hərkətini davam etdirməyini bildirmişdir. O, avtomobilin sağ tərəf qabaq yan şüşəsini aşağı salaraq, Zərərçəkmiş şəxs “ay dayı bu nə sürüşdü sürürsən, görmürsənmi bəs maşın gəlir” demişdir. Zərərçəkmiş şəxs avtomobildən düşərək sərnişin əyləşən tərəfdən ona məxsus avtomobilə doğru yaxınlaşmış və demişdir ki, “sənin kimi kor olmuşam, görməmişəm”. O, ona cavab olaraq bu nə danışıqdı danışır demişdir. O, öz-özünə deyinə-deyinə yaxşı, yaxşı sür deyib öz avtomobilinə doğru getmiş, həmçinin həmin vaxt ona peysər deyərək söyüş söymüşdür. O, öz avtomobilindən düşərək, ona doğru yaxınlaşıb, avtomobilin qapısını açaraq, ona nə dedin deyə soruşmuşdur. O, heç bir şey demədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyünü bildirmiş, o isə yenidən nalayiq ifadə işlətmişdir. O, bir dəfə yumruqla onun sağ tərəf gicgah nahiyəsindən vurmuşdur. Həmin vaxt onun əlində heç nə olmamışdır. Onları Şahid və ondan əlavə təxminən iki nəfər şəxs ayırmışdır. O, öz avtombilinə əyləşmiş, sürərək oradan getmişdir. Aralarında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt idarə etdiyi avtomobilin arxasında yoldan ötən tanımadığı bir neçə şəxs avtomobilini saxlamışdır. Hazırda əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslərlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda ilkin olaraq verdiyi ifadələrini təkzib edərək göstərdi ki, 21 fevral 2024-cü il tarixdə təxminən saat 13:30 radələrində özünə məxsus Mercedes markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Göygöl rayonu Hacıməlik qəsəbəsi istiqamətində gedərkən, yanacq vurmaq üçün geriyə qayıdan zaman markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan VAZ-2109 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmışdır. Həmin avtomobilin sürücüsü adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini onun avtomobilinin qarşısında saxlamışdır. O, həmin avtomobilə siqnal verərək yol verməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirmədiyindən, o, avtomobildən yerə düşərək həmin avtombilin sürücüsü olan Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs dönmə əməliyyatını düzgün yerinə yetirmədiyini, üzürlü hesab eləməsini, yanacağı olmadığından geriyə döndüyünü bildirmişdir. Lakin həmin şəxs ona cavab olaraq korsan, görmürsən, yola belə çıxırsın demişdir. O, Təqsirləndirilən şəxs cavab olaraq “kor özünsən, sənin atan yaşdayam, o nə sözdü deyirsən” deyə bildirmiş, qayıdıb özünə məxsus avtomobildə əyləşmiş və sürüb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra isə həmin avtomobildə qabaq oturacaqda əyləşən digər tanımadığı şəxs avtomobildən düşüb ona doğru yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onun ünvanına “var-yox” söyüşü söymüşdür. O da cavab olaraq nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs onun avtomobilinin qapısını açmış, yumruqla sağ tərəf gicgah nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun əlində heç nə olmamışdır. Sonra Təqsirləndirilən şəxs yanında olan şəxs və tanımadığı başqa bir neçə nəfər şəxs onları ayırmışlar və o, avtomobilə əyləşib uzaqlaşıb getmişdir. Bundan sonra o, DİN-in 102 zəng xidməti mərkəzinə hadisə barədə məlumat vermişdir. Aralarında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt yoldan ötən tanımadığı bir neçə şəxs avtomobilini saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Göygöl şəhər avtovağzalın qarşısından rayon sakini kimi tanıdığı və taksi fəaliyyəti ilə məşğul olan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2109 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təhsil aldığı Gəncə şəhərində yerləşən ADAU-ya getmişdir. O, həmin vaxt avtomobildə qabaq oturacaqda əyləşmişdir, ondan başqa avtomobilin arxa oturacağında müştəri qismində tanımadığı iki nəfər qadın əyləşmişdir. Onlar Göygöl şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan Zərərçəkmiş şəxs Mercedes markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkətdə olduğu zolağa çıxmış, Təqsirləndirilən şəxs həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sola doğru çəkərək avtomobili saxlamışdır. Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs hərəkətini davam etdirməyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin o, əyləşdiyi tərəf qabaq yan şüşəsini aşağı salaraq, Zərərçəkmiş şəxs “ay dayı bu nə sürüşdü sürürsən, görmürsənmi bəs maşın gəlir” demişdir. Zərərçəkmiş şəxs avtomobildən düşərək o, əyləşdiyi tərəfə yaxınlaşmış və Rəşada sənin kimi kor olmuşam, görməmişəm, kor özünsən demişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə Elçin adlı şəxs arasında sözlə mübahisə baş vermişdir. O, öz-özünə deyinə deyinə öz avtomobilinə doğru getmiş, həmçinin Rəşada peysər deyərək söyüş söymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs öz avtomobilindən düşdüyünü görüb, dalaşmaqlarından ehtiyyat edərək, o da tez avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru yaxınlaşıb avtomobilin qapısını açaraq, ona nə dedin deyə soruşmuş, o, heç bir şey demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş söydüyünü bildirib, bir dəfə yumruqla onun sağ tərəf gicgah nahiyəsindən vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun əlində heç nə olmamışdır. O və tanımadığı təxminən 2 nəfər şəxsd onları ayırmışlar. Onlar öz avtomobillərinə əyləşib, hərəkətlərini davam etdirmişlər. Onların aralarında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt yoldan ötən tanımadığı bir neçə şəxs avtomobilini saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən Məhkəmə-tibbi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 99 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün üst qapağının, sağ gözün bayır bucağının yaraları, sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün ağlı qişasına qansızma - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə yəni 21 fevral 2024-cü il tarixə uyğun gəlir və birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər müxtəlif ölçülü və xarakterli bərk küt əşyanın (əşyaların) (dəmir, taxta, daş parçası, bərk plastik və.s) o cümlədən, yumruq zərbələrinin təsiri nəticəsində də əmələ gələ bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 17 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi, notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, aralarında baş vermiş münaqişə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən onlara yüngül bədən xəsarəti yetirilmişdir. Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyindən, ondan üzr istəməsinə görə onu bağışlamış və barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şiakyəti və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilə Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri Mehmandarov küçəsi ev 9-da yaşayır. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilən müharibə veteranın 114502 nömrəli vəsiqəsindən məlum olur ki, məlum olur ki, Təqsirləndirilən şəxs oğlu 44 günlük Vətən Müharibəsini veteranıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 21 fevral 2024cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Mercedes markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət istiqamətinə çıxması səbəbindən aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq Şahid və küçədən keçən istintaqa məlum olmayan şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir etməklə özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi istintaqa məlum olmayan əşyanı göstərib, öz üstünlüyünü nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum çəkib qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə zərbə vuraraq ona sağ gözün üst qapağının, sağ gözün bayır bucağının yaraları, sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, məhkəmə iclasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilənlər öz təsdiqini tapmış olsa da, onun Zərərçəkmiş şəxs özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi istintaqa məlum olmayan əşyadan istifadə etməklə vuraraq xuliqanlıq etməsi isə öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Mercedes markalı **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət istiqamətinə çıxması səbəbindən aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq Şahid və küçədən keçən istintaqa məlum olmayan şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir etməklə öz üstünlüyünü nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum çəkib qəsdən sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq ona sağ gözün üst qapağının, sağ gözün bayır bucağının yaraları, sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlər edərək xuliqanlıq etməsini, özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etməklə zərərçəkmiş vurması kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlər edərək yumruqla vurması öz təsdiqini tapmışdır. Belə olan halada Təqsirləndirilən şəxs həmin xuliqanlıq cinayət əməlini özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi istintaqa məlum olmayan əşyadan istifadə etməklə törətməsi barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında Təqsirləndirilən şəxs həmin xuliqanlıq cinayət əməlini özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi istintaqa məlum olmayan əşyadan istifadə etməklə törədilməsi qeyd edilsə də həmin əşyanın nədə ibarət olmasına aydınlıq gətirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi tanımamış ona qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayətini, özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi istintaqa məlum olmayan əşyadan istifadə etməklə törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas olması qənatinə gəlmiş olsa da onun hər hansı bir əşyadan istifadə etməklə törədilməsini istina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarının 8-ci bəndində qeyd edir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlmiş olsa da. Hər hansı bir əşyadan istifadə edilməməklə törədilmişdir.Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi vardır. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yumruqla vuraraq onların sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, Vətən Müharibəsini veteranı olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-62/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-62/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver