Məhkəmə qərarları › İş №1(066)-62/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-62/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-62/2025 16.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, “ZAMİN CONSTRUCTİON" MMCdə tikinti üzrə usta işləyən, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəbolmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində Göygöl rayonu Üçtəpə kəndində, yaşadığı evdə olan zaman, həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmaq istəməsi və evdən xəbərsiz çıxıb anasıgilə getməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan bıçaq ilə baş nahiyyəsindən qəsdən bir neçə dəfə vurmaqla, Zərərçəkmiş şəxs kəsicideşici alətin təsirindən əmələ gələn sağ qulaq seyvanının deşilmiş-kəsilmiş yarası, sol gicgah, sol dirsək, bel, sol kürək və hər iki bud nahiyyələrinin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotoşəkil və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq işsizdir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Günayla 2 ilə yaxındır ki nikah münasibətindədirlər, birgə münasibətlərdən X2 adlı övladı vardır. xx.xx.2025-ci il tarixdə evə gələn zaman Günayın evdə olmadığını görmüşdür. Evdən çıxaraq qaynanası Sevdagülün yaşadığı evə getmişdir. Çünki Günayın orada olduğunu bilmişdir. Ora çatıb Günaya hazırlaşmasını və evə gedəcəklərini bildirmişdir. Günay bir qədər etiraz etdikdən sonra onunla birlikdə evə qayıtmışdır. Həmin ərəfələrdə Günay anası Sevdagülün təkidləri ilə onunla boşanmaq istəmişdir. O isə ailəsinin dağılmağını istəməmişdir. Buna görə də evdə olan zaman Günayla söhbət etmək qərarına gəlmişdir. Günayı evin digər otağına çağırdığı zaman o, zalda danışmaq istədiyini bildirmişdir. O, Günaya uşaqların yanında danışmaq istəmədiyini bildirib qolundan tutaraq digər otağa aparmaq istəmişdir. Günay onu itələyərək geri çəkildikdə o, əsəbiləşib əli ilə onun üzündən bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən Günay müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra o, sakitləşərək ondan aralanmışdır. Əlavə olaraq bildirdi ki, Həmin hadisə 13 fevral 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən yaşadığı evdə baş vermiş, təxminən 10-15 dəqiqə müddətində davam etmiş, hadisə zamanı yanlarında heç kim olmamışdır. Hadisədən öncə Günayla söhbət etmək qərarına gəlmişdir. Günayı evin digər otağına çağırdığı zaman o, zalda danışmaq istədiyini bildirmişdir. O, Günaya uşaqların yanında danışmaq istəmədiyini bildirib qolundan tutaraq digər otağa aparmaq istəmişdir. Günay onu itələyərək geri çəkildikdə o, əsəbiləşib əli ilə onun üzündən bir dəfə zərbə endirmişdir. O, Günayı vuran zaman əlində evin açarlarının olduğu açar topası olmuşdur. Həmin açar topası onun sifətinə dəymişdir. O, həmin ekspertiza rəyi ilə razıdır. Aralarında belə hadisələr əvvəllər yaşanmamışdır. O, özünü təqsirli bilir. Səhv etmişdir və əməlindən peşimandır. Himayəsində az yaşlı uşaqları vardır. Müdafiəçisinin çıxışı ilə razıdır və ona islah işləri növündə cəza təyin edilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir, törətdiyi əməlindən səmimi peşimandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışlar, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. O, hal hazırda Qubadlı rayonunda abadlaşdırmada işləyir. Özünü tam təqsirli bildiyindən şahidlərin dindirilmədən cinayət işinin yekunlaşdırılmasını, mövcud cinayət işində sanksiyada nəzərdə tutulan aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun həyat yoldaşıdır, onunla 2 ilə yaxındır ki nikah münasibətindədir, birgə münasibətindən X2 övladı vardır. Niyazla münasibətləri yolunda olmadığından ayrılmaq qərarına gəlmişdir. Bu barədə Niyaza bildirdikdə Niyaz, qəti olaraq etiraz etmişdir. Bununla bağlı aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Hətta bir dəfə Niyaz anası Şahid2 Səyyad qızını döymüş, bununla bağlı Göygöl RPŞ-də araşdırma da aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olan zaman Niyazla aralarında yenə mübahisə yaranmışdır. Mübahisənin səbəbi isə onun nikahın pozulması barədə məhkəməyə etdiyi müraciət olmuşdur. Belə ki, mübahisə zamanı Niyaz ona yaxınlaşaraq saçından yapışıb ünvanına təhqiramiz ifadələr işlədərək başını divara vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Yerdə olan zaman Niyaz bədəninin müxtəlif nahiyyələrinə təpiklə çoxsaylı zərbələr endirmişdir. O, yerdə olduğu zaman Niyaz əlində bıçaqla ona yaxınlaşmışdır. Niyaz bıçaqla sağ qulaq nahiyyəsindən bir neçə dəfə zərbə endirmişdir. Həmçinin onu ölümlə hədələyərək ərizəsini geri götürməyini tələb etmişdir. Həmin vaxtı onun birinci nikahından olan 11 yaşlı qızı Ayan araya girərək Niyaza yalvararaq ondan əl çəkməsini xahiş etmişdir. O isə ağlayaraq qorxusundan ərizəsini geri götürəcəyini bildirmişdir. Bundan sonra Niyaz sakitləşib ondan əl çəkmişdir. Həmin ərəfədə bacısı Şahid3 və anası Şahid2 içəri girmişlər. Onu o halda görüb dərhal təcili tibbi yardıma zəng edərək məlumat vermişlər. Az sonra təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya gətirmişlər. Xəstəxanada isə ona tibbi yardım göstərilmişdir. Əlavə olaraq bildirdi ki, həmin hadisə 13 fevral 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində baş vermiş, təxminən 20-25 dəqiqə müddətində davam etmiş, hadisə zamanı evdə 11 yaşlı qızı Ayan Qurbanbova olmuş, sonradan isə oraya bacısı Şahid3 və anası Şahid2 gəlmişdir. Hadisədən öncə Niyaz ona yaxınlaşaraq saçından yapışıb ünvanına təhqiramiz ifadələr işlədərək başını divara vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Yerdə olan zaman Niyaz bədəninin müxtəlif nahiyyələrinə təpiklə çoxsaylı zərbələr endirmişdir. O, yerdə olduğu zaman Niyaz əlində bıçaqla ona yaxınlaşmışdır. Niyaz bıçaqla sağ qulaq nahiyyəsindən bir neçə dəfə zərbə endirmişdir. Həmçinin onu ölümlə hədələyərək ərizəsini geri götürməyini tələb etmişdir. Həmin vaxtı onun birinci nikahından olan 11 yaşlı qızı Ayan araya girərək Niyaza yalvararaq ondan əl çəkməsini xahiş etmişdir. O isə ağlayaraq qorxusundan ərizəsini geri götürəcəyini bildirmişdir. Bundan sonra Niyaz sakitləşib ondan əl çəkmişdir. Əvvəllər aralarında belə hadisələr dəfələrlə yaşanmışdır. Hətta bir dəfə Niyaz anası Şahid2 Səyyad qızını döymüş, bununla bağlı Göygöl RPŞ-də araşdırma da aparılmışdır. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş X5 ifadəsində göstərilmişdir ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, anası Günay Allahverdiyevnın həyat yoldaşı, onun da, atalığıdır, anası onunla 2 ilə yaxındır ki nikah münasibətindədir, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, anası, Niyazla münasibətləri yolunda olmadığından ayrılmaq qərarına gəlmişdir. Bu barədə Niyaza bildirdikdə Niyaz, qəti olaraq etiraz etmişdir. Bununla bağlı aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Hətta bir dəfə Niyaz nənəsi Şahid2 Səyyad qızını döymüşdür. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadıqları evdə olan zaman Niyazla anası arasında yenə mübahisə yaranmışdır. Həmin vaxtı Niyaz anasını itələyərək otağa salmışdır. Mübahisə zamanı Niyaz anasının saçından tutub başını divara vurmuşdur. Bu zaman o, Niyazın yanına qaçaraq ayaqlarına düşüb anasını döyməməsi üçün yalvarmışdır. Həmin vaxtı Niyazın əlində bıçaqla anasının üstünə gedib qulağına nəsə etdiyini görmüşdür. Lakin həyəcandan özündə olmadığı üçün konkret olaraq nə etdiyini anlamamışdır. Yerdə olduğu zaman qışqırıb Niyaza yalvarmışdır ki, anasını döyməsin. Həmin vaxtı qapının döyüldüyünü, xalası ila nənəsinin səsinin gəldiyini eşitmişdir. Belə olduqda Niyaz əlində qayçı ilə üzərinə gəlmiş və qayçını qarnına dirəyərək səsi çıxsa, ya da xalasıgilə nəsə desə onu tikə-tikə doğrayacağını demişdir. Daha sonra Niyaz anasına tərəf gedib ona da nəsə demişdir. Bundan sonra Niyaz sakitləşib anasından əl çəkmişdir. Həmin ərəfədə xalası Şahid3 və nənəsi Şahid2 içəri girmişlər. Anasını o halda görüb dərhal təcili tibbi yardıma zəng edərək məlumat vermişlər. Az sonra təcili tibbi yardım avtomobili gələrək anasını xəstəxanaya gətirmişlər. Niyaz isə evdən qaçıb getmişdir. Şahid1 ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə 13 fevral 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə baş vermiş, təxminən 20-25 dəqiqə müddətində davam etmiş, hadisə zamanı evdə o, olmuş, sonradan isə oraya xalası Şahid3 və nənəsi Şahid2 gəlmişdir. Hadisə zamanı Niyaz anasının saçından tutub başını divara vurmuşdur. Bu zaman o, Niyazın yanına qaçaraq ayaqlarına düşüb anasını döyməməsi üçün yalvarmışdır. Həmin vaxtı Niyazın əlində bıçaqla anasının üstünə gedib qulağına nəsə etdiyini görmüşdür. Lakin həyəcandan özündə olmadığı üçün konkret olaraq nə etdiyini anlamamışdır. Əvvəllər belə hadisələr dəfələrlə yaşanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş Şahid2 Səyyad qızı ifadəsində göstərilmişdir ki, o, Gəncə şəhəri Bağmanlar qəsəbəsi Təbriz küçəsində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, qızı Zərərçəkmiş şəxs həyat yoldaşıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Günay təxminən 2 ildir ki, Niyazla ailəlidir. Niyazla Günayın münasibətləri normal olmamışdır. Belə ki, aralarında tez-tez mübahisələr olur, bir dəfə Niyaz onu da, döymüş, hətta bir neçə dəfə bununla bağlı polisə də müraciət edilmişdir. Mahiyyət üzrə bildirmişdir ki, Günay Niyazla mübahisə etdiyi və boşanmaq istədiyi üçün bir neçə gün olar ki, onlara gəlmişdir. xx.xx.2025-ci il tarixdə Niyaz yaşadığı ünvana gələrək Günayı döyməyəcəyinə söz vermiş və məcburən onu özü ilə evə aparmışdır. Evdə olduğu zaman bacısı Bağdagül Cəlilova onlara bildirmişdir ki, “gedin, baxın görün Günay nətərdi?” Bundan sonra qızı Şahid3 ilə evdən çıxaraq xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində Günayın yaşadığı Göygöl rayonu Üçtəpə kəndinə gəlmişlər. Lakin qapının bağlı olmasını görmüşlər. Qapını nə qədər döysələr də, açan olmamışdır. Belə olduqda Nüşabə uca səslə “qapı açılmasa polisə məlumat verəcəm” deyə bildirmişdir. Bu zaman Niyaz qapını açaraq “mən heç nə eləməmişəm, özü özünü ora bura çırpıb” deyə bildirmişdir. Onlar evə daxil olduqda evin arxa otağında Günayın yerdə uzanıqlı halda zarıdığını, baş nahiyyəsindən qan axdığını və azyaşlı qızı Ayanın qanı sildiyini görmüşdür. Bu zaman Ayan Nüşabəyə qışqıraraq “xala, köməy elə” deyə bildirmişdir. Həmin vaxtı Nüşabə təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Daha sonra polisə zəng edərək məlumat vermişdir. Bu zaman Niyaz qaçaraq evdən getmişdir. Bir qədər sonra təcili tibbi yardım əməkdaşları gələrək Günayı Gəncə şəhərində yerləşən 3 saylı birləşmiş şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada isə ona tibbi yardım göstərilmişdir. Şahid2 ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə 13 fevral 2025-ci il tarixdə saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində baş vermişdir. Lakin o, hadisə zamanı orada olmadığı üçün hadisənin nə qədər müddətdə davam etməsini bilmir. Hadisə zamanı orada Günay, Niyaz, azyaşlı qızı Ayan olmuşdur. Lakin sonradan oraya o və qızı Nüşabə gəlmişdir. O, hadisənin necə baş verdiyini bilavasitə görməmişdir. Lakin evə gəldikləri zaman Niyaz qapını açaraq “mən heç nə eləməmişəm, özü özünü ora bura çırpıb” deyə bildirmişdir. Lakin Günayı xəstəxanaya aparan zaman özü onlara Niyazın onu döydüyünü və bıçaqla qulağından xəsarət yetirdiyini bildirmişdir. Əvvəllər belə hadisələr dəfələrlə yaşanmışdır. Hətta bir dəfə Niyaz onu döymüş, bununla bağlı Göygöl RPŞ-də araşdırma da aparılmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərilmişdir ki, o, Gəncə şəhəri Bağmanlar qəsəbəsi Təbriz küçəsində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun bacısı Zərərçəkmiş şəxs həyat yoldaşıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Bacısı Günay təxminən 2 ildir ki, Niyazla ailəlidir. Niyazla Günayın münasibətləri normal olmamışdır. Belə ki, aralarında tez-tez mübahisələr olur, bir dəfə Niyaz anası Şahid2 da döymüş, hətta bir neçə dəfə bununla bağlı polisə də müraciət edilmişdir. Mahiyyət üzrə bildirmişdir ki, Günay Niyazla mübahisə etdiyi və boşanmaq istədiyi üçün bir neçə gün olar ki, onlara gəlmişdir. xx.xx.2025-ci il tarixdə şəxsi işləri ilə bağlı Gəncə şəhərinə getmişdir. Həmin gün evə qayıdan zaman Günayın evdə olmadığını görmüşdür. Anasından soruşduqda ona Niyazın gəlməsini, Günayı məcbur evə apardığını və döyməyəcəyinə söz verdiyini bildirmişdir. Evdə olduqları zaman xalası Bağdagül Cəlilova onlara bildirmişdir ki, “gedin, baxın görün Günay nətərdi?” Bundan sonra anası ilə evdən çıxaraq xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində Günayın yaşadığı Göygöl rayonu Üçtəpə kəndinə gəlmişlər. Lakin qapının bağlı olmasını görmüşlər. Qapını nə qədər döysə də, açan olmamışdır. Belə olduqda o, uca səslə “qapı açılmasa polisə məlumat verəcəm” deyə bildirmişdir. Bu zaman Niyaz qapını açaraq “mən heç nə eləməmişəm, özü özünü ora bura çırpıb” deyə bildirmişdir. Onlar evə daxil olduqda evin arxa otağında Günayın yerdə uzanıqlı halda zarıdığını, baş nahiyyəsindən qan axdığını və azyaşlı qızı Ayanın qanı sildiyini görmüşdür. Bu zaman Ayan ona qışqıraraq “xala, köməy elə” deyə bildirmişdir. Həmin vaxtı o, təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Daha sonra polisə zəng edərək məlumat vermişdir. Bu zaman Niyaz qaçaraq evdən getmişdir. Bir qədər sonra təcili tibbi yardım əməkdaşları gələrək Günayı Gəncə şəhərində yerləşən 3 saylı birləşmiş şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada isə ona tibbi yardım göstərilmişdir. Şahid3 ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə 13 fevral 2025-ci il tarixdə saat təxminən 20 radələrində bacısı Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evində baş vermişdir. Lakin o, hadisə zamanı orada olmadığı üçün hadisənin nə qədər müddətdə davam etməsini bilmir. Hadisə zamanı orada Günay, Niyaz, azyaşlı qızı Ayan olmuşdur. Lakin sonradan oraya o və anası Sevdagül gəlmişdir. O, hadisənin necə baş verdiyini bilavasitə görməmişdir. Lakin evə gəldiyi zaman Niyaz qapını açaraq “mən heç nə eləməmişəm, özü özünü ora bura çırpıb” deyə bildirmişdir. Lakin Günayı xəstəxanaya aparan zaman özü ona Niyazın onu döydüyünü və bıçaqla qulağından xəsarət yetirdiyini bildirmişdir. Əvvəllər belə hadisələr dəfələrlə yaşanmışdır. Hətta bir dəfə Niyaz anası Şahid2 Səyyad qızını döymüş, bununla bağlı Göygöl RPŞ-də araşdırma da aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə fakta görə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması, cinayət işinə ********* nömrə verilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin Göygöl rayonu Üçtəpə kəndində, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş verməsi, hadisənin baş verdiyi yerin torpaq səthə, üzəri çay daşı və çınqılla örtülü olması, ətrafda yaşayış evlərinin olması müəyyən edilməklə, insanların, eləcə də nəqliyyatın səthi hərəkəti müşahidə edilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilməklə protokul tərtib edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 83 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qulaq seyvanının deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin; sol gicgah, sol dirsək, bel, sol kürək və hər iki bud nahiyyələrinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarıntəsviri hissəsində gstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmaya aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu zaman şübhəli şəxs qismində saxlanılması üçün Göygöl RPŞ-nin MSY-ə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da Göygöl RPŞ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi elan edilməsi, qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 77/2-5063/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən gətirilərək İB-nə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İstintaq zamanı Göygöl RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Göygöl rayonu Üçtəpə kəndində, Zərərçəkmiş şəxs yaşadığı ünvanda, Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranması və baş verməsi, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulması nəticəsində xəsarət alması, müəyyən edilmiş, lakin hadisəni görə biləcək şəxslərin dairəsini, iş üçün əhəmiyyət kəsb edən video görüntüləri müəyyən etmək mümkün olmamışdır. “Şəxsin axtarışa elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qərarın icrasının Göygöl rayon polis şöbəsinə tapşırılması və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərarın sürətinin Göygöl rayon polis şöbəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin könüllü olaraq Göygöl RPŞ-nə gəlməsi” barədə xx.xx.2025ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin İstintaq Bölməsi tərəfindən barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:25-də Göygöl RPŞ-nə gəlmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və işin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaq edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs anasına bıçaqla xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi, istintaq materialları ilə təkzib edildiyindən və əsassız olduğundan tam rədd edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkibi olmadığından barsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, cinayət işinə əlavə olunmuş dindirmə, üzləşdirmə protokolları, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 83 nömrəli rəyi və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Göygöl RPŞ-nə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə ŞBPİ-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və sadələşdirilmiş icraat materialı üzrə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-79/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlrı vardır. Həmçinin Təqsirləndirilən şəxs “ZAMİN CONSTRUCTİON" MMC-də tikinti üzrə usta işləməklə 441.14 manat əməkhaqqı alır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin əvvəllər eyni əməli törədərək cinayət məsuliyyətindən azad edilməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini, təqsirləndirilən şəxsin “ZAMİN CONSTRUCTİON" MMC-də tikinti üzrə usta işləməklə 441.14 manat əməkhaqqı almasını, təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdən 23 mart 2025-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla müəyyən olunmuş 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 (on dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablama ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 154 (bir yüz əlli dörd) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdən 23 mart 2025-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla müəyyən olunmuş 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 154 (bir yüz əlli dörd) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar