Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-64/2023 06.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Xanlar rayonu Haça-qaya kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkum olunmamış, Göygöl rayonu Haça-qaya kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Sərkarlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra evin həyətyanı sahəsində olan 1 ədəd 1000 (bir min) manat dəyərində su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar 12 fevral 2023-cü il tarixdə saat 22 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin qapısını açıb yardımçı tikilinin içərisində olan 100 (yüz) ədəd, 3 metr uzunluğunda, hər birinin dəyəri 9 manat olmaqla ümumi dəyəri 900 (doqquz yüz) manat olan armaturları və 50 (əlli) ədəd, 3 metr uzunluğunda, hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 750 (yeddi yüz əlli) manat olan dəmir dirəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1650 (bir min altı yüz əlli) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar 19 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra evin həyətyanı sahəsində olan 9 (doqquz) ədəd, 6 metr uzunluğunda, hər birinin dəyəri 42 (qırx iki) manat olmaqla ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) manat olan dəmir boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar 22 fevral 2023-cü il tarixdə saat 23 radələrində özgə əmlakını gizli yolla talama məqsədi ilə əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra evin həyətyanı sahəsində olan 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1200 (bir min iki yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu Sərkarlı kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Göygöl rayonu Sərkarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır, münasibətləri hər zaman normal olmuşdur. Talehin yaşadığı evin yanından keçərkən evin hasarına içəri tərəfdən söykənmiş vəziyətdə olan boruların olmasını görmüşdür. 19 fevral 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində həmin boruları oğurlamaq üçün Talehin yaşadığı evin arxa tərəfindən daş hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Orada olan köhnədən qalan dəmir materialdan olan 9 ədəd borunu götürüb hasardan çölə tərəf atmışdır. Daha sonra isə həmin boruları yaşadığı evin bağçasına gətirib orada saxlamışdır. Növbəti gün isə xalası oğlu Polad onlara qonaq gəlmişdir. Həmin vaxtı isə o, həmin boruları satmaq üçün kiçik hissələrə bölmüşdür. Polad onu gördükdə nə etdiyini soruşmuş və o da şübhə yaranmaması üçün ona yararsız borular olduğunu və kiçik hissələrə bölərək metal kimi satmaq istədiyini bildirmişdir. Poladın dəmir boruların oğurluq olmasından şübhələnərək ailə üzvlərinə deməməsi üçün inandırıcı olması üçün Poladdan ona köməklik göstərməsini istəmişdir. Xalası oğlu Polad isə ona etiraz etməyərək kömək etmişdir. Ondan boruları nə üçün kiçik hissələrə böldüyünü soruşduqda isə ona yararsız borular olduğunu və metal alan şəxslərə satacağını demişdir. Boruları kiçik hissələrə böldükdən sonra Polad öz yaşadıqları ünvana getmişdir. O da növbəti günlərdən birində, dəqiq gününü xatırlamadığı vaxtda metal boruları “Qaz 24” markalı avtomobil ilə kəndə metal almağa gələn şəxsə satmışdır. Poladın həmin boruların Talehin ünvanından oğurlaması ilə bağlı heç bir məlumatı olmamışdır. Dəmir boruları “Qaz 24” markalı avtomobil ilə kəndə metal almağa gələn şəxsə kiloqramı 0.30 manata (30 qəpik) olmaqla ümumilikdə 60 (altmış) manata satmışdır. Dəmirləri satdıqdan sonra xalası oğlu Polada pul verməmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı ünvandan dəmir boruları oğurlamazdan əvvəl xx.xx.2023-cü il tarixdə həmkəndliləri Ziyafət adlı qadının yaşadığı evin həyətindən 1 ədəd su matorunu, xx.xx.2023-cü il tarixdə Tamara adlı qadına məxsus evin həyətində olan damdan bir neçə ədəd armaturları və dəmir uqolnikləri və xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Sərkarlı kəndində yaşayan İlqara məxsus evin həyətyanı sahəsindən 1 ədəd su matorunu oğurlamışdır. Əvvəldən Ziyafətə məxsus evin həyətyanı sahəsində su matorunun olduğunu görmüş və buna görə də həmin matoru oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Ziyafətin yaşadığı evin həyətyanı sahəsinə hasardan keçərək daxil olub su matorunu götürmüşdür. Oğurluq hadisəsini isə tək törətmişdir. Su matorunu oğurladıqdan sonra şübhə yaratmaması üçün söküb onu da dəmir borularla birlikdə metal alan şəxsə satmışdır. xx.xx.2023-cü il tarixdə Tamara adlı şəxsə məxsus evin həyətyanı sahəsində olan damdan armaturları və uqolnikləri hasardan aşaraq həyətə daxil olub oğurlamışdır. Oğurluq hadisəsini isə tək törətmişdir. Armaturları və uqolnikləri oğurladıqdan sonra şübhə yaratmaması üçün kiçik hissələrə bölüb onları da dəmir borularla birlikdə metal alan şəxsə satmışdır. Əvvəldən İlqara məxsus evin həyətyanı sahəsində su matorunun olduğunu görmüş və buna görə də həmin matoru oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə İlqarın yaşadığı evin həyətyanı sahəsinə hasardan keçərək daxil olub su matorunu götürmüşdür. Oğurluq hadisəsini isə tək törətmişdir. Su matorunu oğurladıqdan sonra şübhə yaratmaması üçün söküb onu da dəmir borularla birlikdə “Qaz 24” markalı avtomobil ilə kəndə metal almağa gələn şəxsə satmışdır. Hazırda tutduğu əməldən peşimandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Göygöl rayonu Sərkarlı kəndində ailə üzvləriylə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Göygöl rayonu Sərkarlı kəndində yaşadığı evin arxa yan hissəsində 11 ədəd keçmiş vaxtdan qalan möhkəm materialdan olan dəmir durbalar olmuşdur. O, sonuncu dəfə təxminən 25 gün əvvəl həmin durbaların yerində olduğunu görmüşdür, lakin xx.xx.2023-cü il tarixdə evin yan hissəsinə keçən zaman dəmir durbaların 9 ədədinin yerində olmadığını görmüşdür. Bundan sonra dəmir durbaların oğurlandığını bilərək Göygöl RPŞ-nə gələrək bu barədə müraciətini bildirmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu Sərkarlı kəndində yerləşən yaşadığı evin arxa hissəsində olan həyətyanı sahəyə daş hasardan daxil olaraq oğurluq olmuşdur. Ona məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evindən 09 ədəd 1970-ci illərdə Rusiya Federasiyasında istehsal olunmuş, 60 mm diametrli, 5 mm qalınlığında, 6 metr uzunluğunda dəmir borular oğurlanmış və oğurluq nəticəsində ona ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı onun şübhələndiyi hər hansı bir şəxs yoxdur. Onun və ya ailə üzvlərinin heç kim ilə aralarında mülki mübahisələri və heç kimə borcları olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən qızı X1 məxsus evdə onun ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evi vardır. Lakin 2019-cu il tarixdən əri X6 rəhmətə getdikdən sonra o, tək qalmaqdan qorxduğu üçün Sərkarlı kəndində yerləşən evində yaşamamışdır. xx.xx.2023cü il tarixdə Rusiya Federasiyasında yaşayan oğlu Bahaddin Həsənov ilə telefon əlaqəsi saxlayaraq danışan zaman oğlu Bahaddin ona Sərkarlı kəndində yerləşən evlərini təmir etdirəcəyini demiş və atasının sağlığında alınmış dəmir armaturların evdə olub-olmadığını soruşmuşdur. O, cavabında həmin dəmir armaturların evin həyətində yerləşən yardımçı tikiliyə yığıldığını və qapısının kilidləndiyini bildirmişdir. Bundan sonra oğlu Bahaddin Həsənov gedib evə nəzarət etmək lazım olduğunu bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Sərkarlı kəndində yerləşən evinə gedib nəzarət edən zaman evin həyətində yerləşən yardımçı tikiliyə yığdıqları dəmir armaturların yerində olmadığını görərək oğurlandığını bilmişdir. Bundan sonra o, yaşlı qadın olduğu üçün səhhətiylə əlaqədar narahatçılığı olduğundan dörd gün sonra Göygöl rayon Polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə evinə nəzarət etmək üçün evin həyətində olan yardımçı tikiliyə baxan zaman yardımçı tikilinin qapısında olan kilidi qapının kilid bağlanan taxtadan çıxarılaraq içəridə olan dəmir armaturların oğurlandığını bilmişdir. O, sonuncu dəfə 2022 ci ilin sentyabr ayında yardımçı tikiliyə baxmışdır və həmin vaxt oğurlanmış əşyalar yerində olmuşdur. Həmin vaxtdan sonra əşyaların hansı tarixdə oğurlanmasını dəqiq bilməmişdir. Ona məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən 1980-ci illərdə Rusiya Federasiyasında istehsal olunmuş, hər birinin uzunluğu 3 metr, diametri 12 mm, hər metrinin qiyməti 3 manat olmaqla ümumi qiyməti 900 manat olan 100 ədəd armatur və uzunluğu 3 metr, diametri 60 mm olan, hər metrinin qiyməti 5 manat olmaqla ümumi qiyməti 750 manat olan 50 ədəd dəmir dirəklərin oğurlanması nəticəsində ümumilikdə ona 1650 (bir min altı yüz əlli) manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı onun şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Onun və ya ailə üzvlərinin heç kim ilə aralarında mülki mübahisələri və heç kimə borcları olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Göygöl rayonu Sərkarlı kəndində ailəsi ilə birlikdə yaşayır. Göygöl rayonu Sərkarlı kəndində yaşadığı evin həyətyanı sahəsində bağını suvarmaq üçün əvvəllər su matoru vasitəsi ilə Sərkarlı kəndindən keçən su arxından istifadə etmişdir. Sonradan arxın suyu azaldığı üçün su matorunu quraşdırdığı yerdən açaraq gətirib evinin həyətinə yığmışdır. xx.xx.2023-cü il tarixdə işləriylə əlaqədar Göygöl rayonu Sərkarlı kəndində olmamış və xx.xx.2023-cü il tarixdə evinə qayıdan zaman həyətdə qoyduğu su matorunun yerində olmadığını görmüşdür. O, su matorunun olmadığını gördüyü zaman su matorunun oğurlandığını başa düşmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluqla bağlı Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində evdə olmamış və o, xx.xx.2023-cü il tarixdə evə gələn zaman evin həyətinə daxil olmaqla su matorunun oğurlandığını görmüşdür. Ona məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evindən 1 (bir) ədəd 1975-1980-ci illərdə Rusiya Federasiyasında istehsal olunmuş, 54 kilovat gücündə, 3000 min abarotluq su matorunun oğurlanması nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı onun şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Onun və ya ailə üzvlərinin heç kim ilə aralarında mülki mübahisələri və heç kimə borcları olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Sərkarlı kəndində ailəsi ilə birlikdə yaşayır. Özü rəsmi Göygöl rayon Haça-Qaya kənd tam orta məktəbində xadiməçi işləyir. Göygöl rayonu Sərkarlı kəndində bağ sahələrini suvarmaq üçün su matoru vasitəsi ilə Sərkarlı kəndindən keçən çaydan istifadə edirlər. Qeyd etdiyi çay suyundan istifadə üçün su matorunu çayın kənarında dəmir torla ətrafını bağladıqları yerə quraşdırmışlar. Bir müddətdir ki, həmin çayın su səviyyəsi aşağı düşdüyündən və su matorunun valında əyilmə olduğu üçün su matorunu söküb kənara qoymuşlar. Həmin su matorunun əvəzinə ondan balaca və gücü zəif olan su matoru alıb onun yerinə müvəqqəti bağlamışlar. Əvvəl istifadə etdikləri su matorunu valının əyriliyini təmir etdirmək üçün ustaya aparılması məqsədi ilə kənara qoymuşlar. Təxminən bir ay bundan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə çay kənarında quraşdırdıqları su matoru olan yerə nəzarət etmiş və həmin vaxt əvvəl istifadə olunan, kənara qoyulmuş, su matoru yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə təkrar çay kənarında olarkən su matorunun yerində olmadığını görərək oğurlandığını bilmişdir. Həmin gün səhhəti pisləşdiyi üçün polisə məlumat verməmiş, səhhəti yaxşılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluqla bağlı Göygöl RPŞ-nə gələrək bu barədə müraciətini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, 01 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu Sərkarlı kəndində çay kənarında onlara məxsus su matorları olan, ətrafı dəmir torla bağlanmış yerə dəmir listdən qoyulmuş qapının aşağı hissəsini dartıb əyərək həmin yerdən daxil olunaraq oğurluq olmuşdur. Ona məxsus su matorlarının yerləşdiyi Göygöl rayonu Sərkarlı kəndində çay kənarında dəmir torla bağladıqları yerdən 1 (bir) ədəd 1975-1980-ci illərdə Rusiya Federasiyasında istehsal olunmuş 54 kilovat gücündə, 3000 min abarotluq su matorunun oğurlanması ilə ümumilikdə ona 800 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı onun şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Onun və ya ailə üzvlərinin heç kim ilə aralarında mülki mübahisələri və heç kimə borcları olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Göygöl rayonu Qırıqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Göygöl rayonu Sərkalı kəndində yaşayan babası Rəhimin yaşadığı ünvana bəzi zamanlarda gedib onunla görüşmüşdür. Babasıyla eyni ünvanda xalası Aynur, onun əri Bahaddin, xalası oğlanları Yunis və Elcan da yaşayırlar. O, fevral ayının sonlarında babası Rəhimin ünvanına getmişdir. Orada olarkən xalası oğlu Yunisin evin bağçasında dəmir boruları kiçik hissələrə kəsdiyini görüb onun yanına getmişdir. Yunisdən nə iş gördüyünü soruşduqda o, dəmirlərin yararsız olduğunu və kiçik hissələrə bölüb metal kimi satacağını bildirmişdir. O, dəmirləri haradan aldığını soruşduqda Yunis ona çoxdan öz bağçalarında olduğunu və artıq çürüməyə başladığı üçün yararsız olduğunu demişdir. O, Yunisə bir qədər kömək etdikdən sonra babasının yanına qayıtmışdır. Onunla biraz da söhbət edib öz evlərinə getmişdir. Həmin vaxtdan bir neçə gün sonra Yunisin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, Yunis həmin dəmir boruları və başqa bir neçə dəmirləri oğurlamışdır. O, Yunisdən dəmir boruları haradan aldığını soruşmuş və Yunis ona özlərinə məxsus olduğunu, lakin yararsız olduğu üçün satmaq məqsədilə kiçik hissələrə kəsdiyini bildirmişdir.Yunisin həmin dəmir boruları oğurladığını tutulduqdan sonra bilmişdir. Yunis ona heç bir məbləğdə pul verməmişdir. Bu barədə ona əvvəldən hər hansı söz də deməmişdir. Həmin vaxtı o, orada bir neçə ədəd dəmir borul olduğunu görmüş və həmin boruların bir neçəsini kəsməyə Yunisə kömək etmişdir. Orada başqa metal əşya görməmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Protokol və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, - Zərərçəkmiş şəxs2 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, - Zərərçəkmiş şəxs4 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, - Zərərçəkmiş şəxs3 məxsus Göygöl rayonu Sərkarlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsindən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Sərkarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus metal əşyaları harada və kimə satması barədə məlumat əldə etmək mümkün olmamışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2023-cü il tarixli 9/2367 nömrəli ekspert rəyindən məlum olur ki; Bir Ümumi Malların adları Miqdarı ədədinin dəyəri qiyməti (manatl (manatla) a) 1 1975-1980-ci illərdə Rusiya . Federasiyasında istehsal olunmuş, 54 kilovat 01 ədəd 1000 1000 gücündə, 3000 dövriyyəli (abarot) su nasosu 2 1980-ci illərdə Rusiya Federasiyasında . istehsal olunmuş, 3 metr uzunluğunda, 12 mm 100 ədəd 6 600 diametrli armatur 3 3 metr uzunluğunda 6 mm qalınlığında, . 60 mm diamterli dəmir dirək 50 ədəd 9 450 4 1970-ci illərdə Rusiya Federasiyasında . istehsal olunmuş, 60 mm diametrli, 5 mm 09 ədəd 30 270 qalınlığında, 6 metr uzunluğunda dəmir boru 5 1975-1980-ci illərdə Rusiya . Federasiyasında istehsal olunmuş, 54 kilovat 01 ədəd 1000 1000 gücündə, 3000 dövriyyəli (abarot) su nasosu Cəmi: 3320,0 Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3320,0 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamılə ödədiyini, Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamılə ödədiyini, odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamılə ödədiyini, odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -Göygöl rayon İHB-nın Qırıqlı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 53 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qırıqlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödəməsi və barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 05 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanılması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Sərkarlı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalıdır. İş üzrə maddi subut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 05 mart 2023-cü il tarixdən 06 mart 2023cü il tarixədək 01 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Göygöl rayonunun Sərkarlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Göygöl İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən :Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-64/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-64/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver