Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-64/2024 08.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 2002-ci ildə Daşkəsən rayonu Şahvələdli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Daşkəsən rayonu Şahvələdli kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 08 iyul 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində dostu Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən sonuncu hal-əhval tutmaq məqsədilə digər dostları Zərərçəkmiş şəxs2 zəng etmiş, telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs2 ilə söyüşlə zarafat etdiyinə görə sonuncu qəzəblənərək onu ictimai yer hesab edilməyən, yaşayış evlərindən kənarda yerləşən üçüncü küçə deyilən yerin yaxınlığına çağıraraq üzbəüz söhbət etmək istədiyini bildirdikdən sonra o, Zərərçəkmiş şəxs1la birlikdə həmin yerə getmiş və aralarında şəxsi münasibətlər zəminində baş vermiş sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs1 da Zərərçəkmiş şəxs2 mübahisədə haqlı tərəf olmasını bildirməklə onunla mübahisə etməyə başlayaraq onun üzərinə gedib, ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən yumruq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs1 vuraraq ona üst dodağın əzilmiş yarası, üst və alt dodağın yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, təkrarən 12 fevral 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində dostu Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən sonuncu hal-əhval tutmaq məqsədilə digər dostları Zərərçəkmiş şəxs2 zəng etmiş, telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs2 ilə söyüşlə zarafat etdiyinə görə sonuncu qəzəblənərək onu ictimai yer hesab edilməyən, yaşayış evlərindən kənarda yerləşən üçüncü küçə deyilən yerin yaxınlığına çağıraraq üzbəüz söhbət etmək istədiyini bildirdikdən sonra o, Zərərçəkmiş şəxs1la birlikdə həmin yerə getmiş və aralarında şəxsi münasibətlər zəminində baş vermiş sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs2 onun üzərinə gedib, ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən yumruq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs2 sifət və baş nahiyəsinə vuraraq sonuncuya başın ənsə və sol qaşüstü nahiyələrin yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə qonşudurlar və onlar onun dostlarıdır. 12 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində dostu Turalın xahişi ilə onun anasını özünə məxsus “Vaz 21015” markalı avtomobil ilə bacısıgildən evlərinə aparmışdır. Tural həmin vaxt sərxoş olmuş və anasını evlərinə düşürdükdən sonra saat 23 radələrində onların evinin qarşısında dayanıb avtomobildə Tural ilə söhbət etmişdir. Həmin vaxt Yusifə zəng edib Yusiflə danışmaq üçün telefonun səsini səsucaldana qoşmuşdur. Yusif ilə hal-əhval tutan zaman sərxoş vəziyyətdə olan Tural Yusiflə söyüşlü formada zarafat etmiş, lakin Yusif həmin zarafata görə əsəbləşmişdir. Telefon danışığı zamanı Yusif Turalın onu yaşadığı qəsəbədə 3-cü küçənin sonunda olan asfalt yerə çağırmışdır. O, avtomobili sürmüş və Turalla həmin yerə getmişdir. X6 mübahisə etməyə başlamışlar. Turalın Yusiflə söyüşlü formada zarafat etməsinə görə o, da Yusifin tərəfini saxlamış və Turalın ünvanına söyüş söymüş, həmin vaxt Tural onun sifətinə və ağzına yumruq zərbələri ilə vurmuş, daha sonra isə Yusifin sifətinə və başına bir neçə dəfə zərbə ilə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd olaraq fəhləlik edərək dolanır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ilə qonşudurlar və onlar onun dostlarıdır. 12 fevral 2024-cü il tarixdə axşam saat 23 radələrində evdə olan zaman Murazdan ona zəng gəlmiş və telefonu açan zaman onunla Turalın bir yerdə olmalarını bilmişdir. Telefonda hal əhval tutan zaman heç bir səbəb olmadan Tural onunla söyüşlü formada zarafat etmişdir. Əslində isə onlar yaxın olsalar da heç vaxt söyüşlü zarafat etməmişlər və Turalın bu zarafatı onu əsəbləşdirmişdir. O, Turalla telefonda mübahisə etmiş və onu 3-cü küçənin baş tərəfinə çağırmışdır. Özü də həmin yerə çıxmış və bir neçə dəqiqə sonra Tural ilə Muraz ora gəlmişlər. Tural gələn zaman onun sərxoş olmasını görmüş və onunla söhbət edərək etdiyi zarafatın düzgün olmamasını demiş, aralarında mübahisə baş vermişdir. Həmin anda Tural Murazın sifətinə yumruq zərbələri ilə vurmuş, daha sonra isə onun sifətinə və başına yumruqlarla vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləri və dostlarıdır. xx.xx.2024-cü ilin təxminən saat 22 radələrində dostu Zərərçəkmiş şəxs1 özünə məxsus avtomobil ilə anasını öz yaşadığı evə aparmışdır. Anası Qərənfili evə düşürdükdən sonra avtomobilin içərisində Murazla yaşadıqları evin qarşısında söhbət etmişlər. O həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt Muraz digər dostları Zərərçəkmiş şəxs2 zəng etmiş və Yusifin səsini isə səsucaldana qoşmuşdur. Mobil telefonla danışıq zamanı Yusiflə söyüşlü formada zarafat etmiş, lakin Yusif onun zarafatını qəbul etməmiş və onunla mübahisə yaradaraq harada olduğunu soruşmuş, onları qəsəbədə üçüncü küçəyə çağırmışdır. O, Murazla birlikdə onun avtomobili ilə üçüncü küçəyə getdikdə onlar avtomobildən düşmüş və Yusif onunla mübahisə etməyə başlamış, Muraz da mübahisədə Yusifə dəstək olmuş və onların hər ikisi ilə mübahisə etmişdir. Həmin vaxt əvvəlcə Murazın sifətinə, daha sonra isə Yusifin sifətinə yumruq zərbələri ilə vurmuş və oradan uzaqlaşmışdır. Hadisədən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Məhkəmə baxışı iclasında dindirilən Şahid da əsasən Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 80 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın ənsə və sol qaşüstü nahiyələrin yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜl zərər vurmaya aid edilir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 81 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın əzilmiş yarası, üst və alt dodağın yumşaq toxumalarının əzilməsi- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜl zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-64/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-64/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver