Məhkəmə qərarları › İş №1(066)-65/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-65/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-65/2024 12.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X5, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyası Şparkovka şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu ödənilmiş, Göygöl rayonu Ağdağ qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinə 12 avqust 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Göygöl rayonu Ağdağ qəsəbəsində yerləşən evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs onunla eyni qəsəbədə yaşayan anası Sevinc Quliyevanın ünvanına qonaq getmək istədiyi üçün Zərərçəkmiş şəxs narazılığını bildirərək nalayiq söyüşlər işlətdiyi zaman sonuncunun da ona nalayiq söyüşlər işlətməsi səbəbindən əl zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq yerə yıxmış və ona sağ baldır nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol göz nahiyyəsinin hematoması, burun nahiyyəsinin yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sağ bayır topuğun yerdəyişməmiş qapalı sınığı ilə müşayiət edilən və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl rayonu Ağdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, həmin nigahdan xx.xx.2018-ci il təvəllüdlü Cavidan adlı 1 övladları var. Əri Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra münasibətləri normal olsa da, son zamanlarda aralarında ailədaxili narazılıqlar bir qədər artmışdır. 08 mart 2024-cü il tarixdə o, oğlu Cavidanı da götürüb onlarla eyni qəsəbədə yaşayan anası X6 ilə görüşmək üçün onun yaşadığı evə getmək istəmişdir. Bu zaman əri Təqsirləndirilən şəxs evin həyətində onun arxasınca gələrək evdə qalmasını və heç yerə getməyəcəyini demişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. Həmin vaxtı əri Təqsirləndirilən şəxs əl zərbəsi ilə sifətindən bir dəfə vurmuşdur. O, zərbənin təsirindən ayağı burxularaq yerə yıxılmışdır. Həmin vaxtı sağ ayağının topuq nahiyəsində ağrı hiss etmişdir. O, yerə yıxıldıqdan sonra Yolçu da sakitləşmişdir. Bundan sonra o, olanlar barədə polisə müraciət etmişdir. Hadisədən sonra əri Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu Ağdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2017-ci il tarixdə Göygöl şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşlar. Onların birgə nigahlarından xx.xx.2018-ci il təvəllüdlü Cavidan adlı bir oğlan övladları var. Zərərçəkmiş şəxs tez-tez az yaşlı övladları ilə birlikdə anası X4 yaşadığı evinə gedibgəlməsinə görə aralarında mübahisələri olmuşdur. 08 mart 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs onlarla eyni qəsəbədə yaşayan anası Sevinc Quliyevanın yaşadığı evə getməsinə görə aralarında mübahisələri olmuşdur. Mübahisə vaxtı o, bərk əsəbləşərək bir dəfə şillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuş və zərbənin təsirindən Ülvanə yerə yıxılmışdır. Ülvanə yıxıldığı üçün sağ ayağının topuq nahiyəsindən xəsarət almışdır. Hadisədən sonra zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Hal-hazırda da bir yerdə mehriban yaşayırlar. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli, 139 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ekspert müayinəsində keçərkən onun bədəni üzərində-sağ bayır topuğun yerdəyişməmiş qapalı sınığı, sol göz nahiyyəsinin hematoması, burun nahiyyəsinin yarası, sağ baldır nahiyyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işina əlavə edilmiş xasiyyətnamə və arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur və himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar