Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-66/2023 17.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonu, Balçılı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində daimi qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək daqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 03 yanvar 2023cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hissə-hissə olmaqla Göygöl rayonu, Balçılı kənd sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, X2, Zərərçəkmiş şəxs6, X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 birlikdə yaşadıqları kənddə yerləşən torpaq sahələrini suvarmaq məqsədi ilə həmin kəndin inzibati ərazisində yerləşən torpaq sahəsinin altı ilə çəkilmiş, ictimai əhəmiyyətli, ümumi dəyəri 12500 (on iki min beş yüz) manat dəyərində, diametri 300 millimetr, 250 metr uzunluğunda dəmir metaldan olan su borusunu kəsib yerindən çıxardaraq Şəmkir rayonu sakini Şahid 2900 (iki min doqquz yüz) manata satmaqla ümumilikdə 12500(on iki min beş yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evlidir, Göygöl rayonu Balçılı kəndində bağların suvarmaq üçün suya ehtiyacı olduqlarından kənd əhalisi təxminən 20 il əvvəl öz şəxsi vəsaitləri hesabına “Quşqara” çayından kəndə dəmir borularla su çəkmişlər. Həmin dəmir borular uzun müddətdir baxımsız qalaraq müvafiq yerləri qırılmış, bəzi yerləri çürümüş, su xətdi istifadəyə yararsız hala düşdüyündən su xətdini bərpa edərək ona məxsus əkin sahəsinin suvarılmasında istifadə etmək qərarına gəlmişdir. Bununla bağlı kənd sakinlərinə xətdin bərpa olunması ilə bağlı müraciət etmişdir, lakin onlar həmin xətdin qırılmış, deşilmiş yerlərinin çox olduğunu, xətdin bərpa olunmasının çox çətin olduğunu deyərək bərpa etməkdən boyun qaçırmışlar. Təkbaşına xətdi bərpa edib həmin xətdin suyundan istifadə etmək üçün yararsız hala düşmüş hissələri kapron borularla əvəzləmək qərarına gəlmişdir. Balçılı kəndinə gələn digər xətdin kapron durbalarla əvəzləndiyini bildiyi üçün həmin şəxslərin durbaları necə dəyişmələrini soruşduqda Şəmkir rayon sakini Elşən adlı şəxsin vasitəsi ilə dəmir boruları kapronla əvəzlədiklərini öyrənmişdir. Bu səbəbdən Elşənlə əlaqə saxlayaraq dəmir boruların dəyişdirilməsini istədiyini bildirmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göygöl rayonu Balçılı kəndinin yaşayış olmayan hissəsi ilə gedən dəmir boruları tək sökərək kənara yığmışdır. Sonradan Elşənlə əlaqə saxlamış, Elşən “Kamaz” markalı, nömrə nişanını bilmədiyi yük avtomobili ilə dəmir boruları aparmağa gəlmiş, onlar gələn zaman laqonda ilə borulardan hər birinin uzunluğu 5 (beş) metr olmaqla 41 (qırx bir) dənəsini kəsərək ümumilikdə 205 metr dəmir durbanı Elşən və yanında gələn iki nəfər şəxsin köməyi ilə kamaza yükləmiş, boruları yüklədikdən sonra Elşən verdiyi dəmir boruların əvəzində kapron boruları xx.xx.2023-cü il tarixdə verəcəyini bildirərək həmin sökdüyü dəmir boruları aparmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yanına gələrək dəmir borularla bağlı soruşduqda dəmir boruları kapron borularla dəyişmək üçün Şəmkir rayon sakini Elşən adlı şəxsə verdiyini demişdir. Həmin boru xəttini sökən zaman tək olmuş, təmir etmək niyyətində olduğu üçün heç kəsdən icazə almağa ehtiyaç bilməmiş, dəmir boruları Elşən adlı şəxsə 2870 manat pula satmışdır. Borunu Elşənə satdıqda kapron boru olarsa ona deməsini bildirmiş, onunla bu barədə razılığa gəlməmişdir. Vaxtında kənd sakinlərinə məlumat vermədiyi üçün kənd əhalisi boruların kimin tərəfindən çıxarıldığını bilməmiş və polisə şikayət etmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Tutduğu əməldən peşiman olmasını və vurulmuş zərəri ödəməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. O indiki pulla həmin boru üçün 520 manat pul vermişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazım olmuşdur. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuşdur. 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Qeyd olunan dəmir boru kəsilərək aparılmışdır. Ərizə ilə müraciət etdikdən sonra oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, həmin dəmir borunu hissələrə bölərək satmasını bilmişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. O indiki pulla həmin boru üçün 520 manat pul vermişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazım olmuşdur. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuşdur. 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Qeyd olunan dəmir boru kəsilərək aparılmışdır. Ərizə ilə müraciət etdikdən sonra oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, həmin dəmir borunu hissələrə bölərək satmasını bilmişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Rusiya federasiyasında işləyib, ilin çox vaxtını orada olur. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyac olduğundan təxminən 20 il əvvəl kənd sakinlərinin təkidi ilə öz şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmiş, həmin boru ilə kənd sakinlərinin bağ sahələri və sair yerlər suvarılmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023cü il tarixdə kənd sakinlərindən öyrənmiş, bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişlər. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. O indiki pulla həmin boru üçün 600 manat pul vermiş, hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazımdır. Yəni kənd sakinlərinə oğurluq nəticəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuş, 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır, keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. O qeyd etmişdir ki, həmin dəmir su borusu kəsilərək aparılmış, ərizə ilə müraciət etdikdən sonra keçirilmiş tədbirlərlə oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, borunu hissələrə bölərək satmasını bilmiş, lakin araşdırma dövründə Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl öz şəxsi vəsaiti ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. O indiki pulla həmin boru üçün 520 manat pul vermişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazım olmuşdur. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuşdur. 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Qeyd olunan dəmir boru kəsilərək aparılmışdır. Ərizə ilə müraciət etdikdən sonra oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, həmin dəmir borunu hissələrə bölərək satmasını bilmişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. O indiki pulla həmin boru üçün 520 manat pul vermişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazım olmuşdur. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuşdur. 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Qeyd olunan dəmir boru kəsilərək aparılmışdır. Ərizə ilə müraciət etdikdən sonra oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, həmin dəmir borunu hissələrə bölərək satmasını bilmişdir. Lakin Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir.Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir. Fərdi əməklə məşğul olaraq dolanır. Rəsmi olaraq heç bir yerdə işləmir. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacı olduğundan təxminən 20 il əvvəl kənd sakinləri şəxsi vəsaitləri hesabına “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmişlər. Həmin boru əkin sahələrinin kənarı ilə gedən, kəndin su ehtiyyacını qarşılamaq üçün qurulmuşdur. Lakin təxminən 7-8 ildir ki, həmin borudan su gəlməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Bununla bağlı kəndlilər ərizə yazaraq polisə verməyi istədikdləri üçün oda ailəsinin həmin bornun çəkilməsində əməyi və pulu olduğu üçün imza etmişdir. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, adama 500-600 manat toplamışlar. İndiki pulla həmin boru üçün 520 manat pul vermişəm. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün onlara 5000 min manat pul lazımdır. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuş, 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Dəmir boru kəsilərək aparılmışdır. Ərizə ilə müraciət etdikdən sonra keçirilmiş tədbirlərlə oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətməsini, borunu hissələrə bölərək satmasını bilmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Göygöl rayonu Balçılı kəndində bağları suvarmaq üçün suya ehtiyacları olduğu üçün təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmişlər. Kənd sakinləri olaraq həmin su xəttinin çəkilməsi üçün təxminən 5000 (beş min) manat pul yığılmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Həmin xəttin yenidən bərpası üçün 5000 (beş min) manat pul lazımdır. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmiş, o da zərərçəkmiş şəxs kimi ərizəni imzalamışdır. Həmin boru xəttini təxminən 20 il əvvəl kənd sakinləri ilə bir yerdə ümumilikdə indiki pulla 5000 (beş min) manata düzəltdirmiş, indiki pulla həmin boru üçün 600 manat pul vermiş, hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün 5000 min manat pul lazımdır. Yəni kənd sakinlərinə oğurluq nətiəcəsində 5000 (beş min) manat ziyan dəymişdir. Həmin dəmir boru 300 mm diametrli, 250 metr uzunluğunda, divarının qalınlığı təxminən 1 sm olan boru olmuşdur. 20 il əvvəl alındığı üçün dəqiq alındığı yeri xatırlamır. Keçdiyi yer isə ümumi kənd ərazisi olmuşdur. Qeyd olunan dəmir boru kəsilərək aparılmışdır. İstintaq zamanı onlara məlum olmuşdur ki, oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq X8 ASCdə, qaynaqçı işləyir. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmiş, kənd sakinləri olaraq həmin su xəttinin çəkilməsi üçün təxminən 5000 (beş min) manat pul yığılmış, onun payına isə 600 manat pul düşmüşdür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Həmin xəttin yenidən bərpası üçün 5000 (beş min) manat pul lazımdır. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişlər. O, da zərərçəkmiş şəxs kimi ərizəni imzalamışdır. Həmin boru xəttini kənd sakinləri ilə bir yerdə təxminən 20 il əvvəl vəsait adama 500-600 manat toplayıb çəkdirmişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün 5000 min manat pul lazımdır. Yəni kənd sakinlərinə oğurluq nəticəsində 5000 (beş min) manat ziyan dəymişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Göygöl rayonu Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmiş, kənd sakinləri olaraq həmin su xəttinin çəkilməsi üçün təxminən 5000 (beş min) manat pul yığılmış, onun payına isə 600 manat pul düşmüşdür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması barədə xx.xx.2023cü il tarixdə kənd sakinlərindən öyrənmişdir. Həmin xəttin yenidən bərpası üçün 5000 (beş min) manat pul lazımdır. Bundan sonra kənd sakinləri ilə birlikdə polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişlər. O, da zərərçəkmiş şəxs kimi ərizəni imzalamışdır. Həmin boru xəttini kənd sakinləri ilə bir yerdə təxminən 20 il əvvəl vəsait adama 500-600 manat toplayıb çəkdirmişdir. Hal-hazırda oğurlanmış 250 metr uzunluğunda boru xətdini bərpa etmək üçün 5000 min manat pul lazımdır. Yəni kənd sakinlərinə oğurluq nəticəsində 5000 (beş min) manat ziyan dəymişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamılə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Şahid teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, ifadəsini təsdiq etdiyini göstərib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir, fərdi əməklə, dəmir alqısatqısı edərək dolanır. Təqsirləndirilən şəxs 4-5 aydırki əmisioğlunun əsgər yoldaşı kimi tanımışdır. Turalın deməsi ilə Balçılı kəndində dəmir borular olmasını, yararsız boruların öz ərazisindən keçdiyi üçün kəsərək satdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Göygöl rayonuna gələrək Turalın kəsdiyi borulara baxdıqda deyiləndən artıq uzunluqda olduğunu müəyyən etmişdir. Həmin yerdə 21 ədəd hər biri 5 metr uzunluqda olan dəmir borular olmuş, həmin boruların hər birinə görə əvvəlcədən 70 manat olmaqla 1470 manat pul vermişdir. Artıq olan 20 ədəd yenidən 5 metr olmaqla uzunluqda boruya görə isə 1400 manat olmaqla ümumilikdə Turala 2870 manat pul vermiş, həmin boruları “Kamaz” markalı, sürücüsünü tanımadığı avtomobilə yükləyərək Şəmkir rayonunda yerləşən istixana düzəldilən yerə 5 metr uzunluqda olan 18 ədədini hər biri üçün 80 manata tanımadığı adama, qalanını isə müxtəlif ölçülərdə olmaqla fərqli şəxslərə satmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin dəmir boruların ona məxsus olmasını, sahəsindən keçməsini bildirərək satdığını bildirmişdir. Turala hərhansı kapron boru satacağını deməmiş, onun qarşılığında hərhansı dəmir boru almamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Protokol və fotoşəkillərdən görünür ki, Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən dəmir su borusunun əvvəl olduğu yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. - Məhkəmə-əmətəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2583 nömrəli rəyində ekpertiza üçün qeyd edilmiş dəmir materialdan 250 metr uzunluğunda 300 mm diametrli, 1 sm divar qalınlığında, 2003-cü ildən istifadəyə verilmiş dəmir su borusunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 12500,00(250 x 50,00 m) manat müəyyən edilməsi göstərilmişdir. - Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsindən daxil olmuş 09 fevral 2023-cü tarixli məktubdan müəyyən edilmişdir ki, Göygöl rayonu Balçılı kəndindən kəsilərək aparılmış, dəmir su borusunun hissələrinin tapılması, Şahid dəmir borunun kəsilmiş hissələrini yükləyərək apardığı “Kamaz” markalı avtomobilin sürücüsünün müəyyən edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli,Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli, X2 xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs9 xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs5 Faxərəddin oğlu xx.xx.2023cü il tarixli, Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixli, Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixli və Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrində Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamılə ödədiyini, Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayətləri və tələbləri olmadığını göstərmişlər. -Göygöl rayon İHB-nın Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-47-21/3-2-753/2023 saylı arayışından və xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Balçılı kəndində yaşayır, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı 3 uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsi və barışıq əldə etməsi, himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanılması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Balçılı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalıdır. İş üzrə maddi subut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Göygöl rayonunun Balçılı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Göygöl İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən :Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-66/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-66/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver