Məhkəmə qərarları › İş №1(066)-66/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-66/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-66/2024 01.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X4, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Göygöl rayonunda anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 21 aprel 2024cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisinə pəncərədən keçmə yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra zirzəmidə olan dəmir materialdan kustar üsulla hazırlanmış, qıfılla kilitlənmiş içərisində nağd pul və qızıl-zinət əşyaları olan saxlanc yerinin qapısını zirzəmindən götürdüyü dəmir parçası ilə aralayaraq içərisindən 1500 (min beş yüz) manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, evlidir. Zərərçəkmiş şəxs onun doğma dayısıdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Telmanın qız toyuna getmək üçün ailə üzvüləri ilə birlikdə onlara getmişlər. Saat 18 radələrində Zərərçəkmiş şəxs ailə üzvləri qonaqlar ilə birlikdə evin qapısını bağlayıb“Garden” şadlıq sarayına, toya getmişlər. Toydan təxminən saat 21 radələrində çıxaraq dayısı Rafiq Məmnmədovun evinə gəlmiş, evin giriş qapısında avtomobili saxlayıb düşdükdən sonra evin məftil hasarının üzərindən keçərək baxçaya daxil olmuşdur. Məqsədi dayısı Rafiq Məmnmədovun evindən pul oğurlamaq olmuşdur. Baxçadan evin içərisində daxil olmaqdan ötrü evin damına qalxmaq üçün həmin yerə qoyulmuş dəmir pilləkanla yuxarı qalxaraq mətbəxin plastik materialdan olan, kilitlənməyən pəncərəsini evin içərisinə doğru açaraq evin mətbəxinə daxil olmuşdur. Zərərçəkmiş şəxs pulunu evin zirzəmisində saxladığını bildiyi üçün həmin otağa getmişdir. Lakin zirzəminin qapısının bağlı olmasını görmüş, buna görə də zirzəminin həyətə doğru baxan pəncərəsindən içəriyə daxil olub ikinci otağına keçərək otaqda girişə nisbətdə sağ tərəfdə dəmir rəfin ikinci mərtəbəsində quraşdırılmış, kustar üsulla dəmir materialdan hazırlanmış, kiçik ölçülü, qapısı qıfılla bağlanan saxlanc yerinə, qapısı aralandığı üçün əlini salaraq oradan pul götürərək saydıqda 1500 (min beş yüz) manat pul olmasını bilmişdir. bundan sonra isə eyni qaydada zirzəmidən evin həyətinə, həyətdə yerləşən mətbəxin pəncərəsindən baxçaya, baxçadan isə küçəyə çıxaraq avomobilinə əyləşib yenidən heç kəsin şübhələnməməsi üçün toya qayıtmışdır. Toy bitdikdən sonra hamı ilə birlikdə həmin məclisdən çıxaraq yaşadığı ünvana getmiş, üzərində olan oğurladığı 1500 (min beş yüz) manat pulu avtomobilin daxilində olan işıqlandırmanın altında olan boşluğa qoymuşdur. xx.xx.2024-cü il tarixdə Göygöl şəhər ərazisində olduğu zaman polis əməkdaşları əlaqə saxlayaraq onunla görüşərək oğurluq hadisəsində şübhəli olduğu üçün onu Göygöl RPŞyə dəvət etmişlər. Ondan ilkin araşdırma zamanı soruşulduqda isə əməlini etiraf edərək avtomobilin salonunda olan oğurladığı pulu təqdim etmişdir. Hadisədən sonra əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvandan oğlu Şahid1 qız toyu üçün Gəncə şəhərində yerləşən şadlıq sarayına getmək üçün Telman, arvadı Şahid2 ilə birlikdə getmiş, evdən çıxmazdan əvvəl evin yardımçı tikilisində olan kustar üsulla hazırlanmış dəmir materialdan olan seyfdə olan 4700 manat puldan 1500 manatını götürüb cibinə qoymuş, qalan 3200 manat pulu isə yenidən seyfə qoyaraq qapısını kilidləmişdir. Saat 01 radələrində toydan yaşadıqları ünvana qayıtdığı zaman arvadı Şahid2 həmin otağa keçərək qızıllarını oraya qoymaq istədiyi zaman onu çağıraraq seyfin qapısının aralandığını bildirmiş, bundan sonra həmin yerdə olan pulları çıxardıb saydıqda 1700 manat pul qalmasını, 1500 (min beş yüz) manatını naməlum şəxs(lər)-in oğurlamasını müəyyən etmişdir. Bundan sonra evə ətraflı baxdıqda evin həyətinə girişdən sağda olan mətbəxin baxçasına açılan plastik pəncərənin açıq olmasını görüb bu barədə polisə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, həmin 1500 (min beş yüz) manat pulu bacısı oğlu Təqsirləndirilən şəxs etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1500 (min beş yüz) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 3-də ailəsi ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə onun qız toyu olacağı üçün qohumları da onların ünvanında olmuşdur. Təqsirləndirilən şəxs və anası Roza Əliyeva da həmin vaxt orada olmuşlar. Saat 18 radələrində yaşadıqlaır evdən çıxıb, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən şadlıq sarayına getmişlər. Atası Zərərçəkmiş şəxs evin yardımçı tikilisində olan kustar üsulla hazırlanmış dəmir seyfdə olan puldan götürmüşdür. Toy təxminən saat 24 radələrində qutardıqdan sonra yaşadıqları ünvana qayıtdıqlaır zaman anası qızıllarını seyfə qoymaq üçün həmin otağa keçərkən atası Rafiqi çağıraraq seyfin qapısının aralı olduğunu bildirmiş, bundan sonra o və atası Rafiq həmin otağa getmişlər. Rafiq seyfdə olan pulları çıxardıb saydıqda həmin seyfdə olan 4700 manat puldan 1500 manatını özünün toya getməmişdən əvvəl oradan götürdüyünü, indi isə 1700 manat pul qalmasını, 1500 manatını naməlum şəxs(lər)-in oğurlamasını müəyyən etmişdir. Bundan sonra evə və həyətyanı sahəyə ətraflı baxdıqda evin həyətinə girişdən sağda olan mətbəxin bağçasına açılan plastik pəncərənin açıq olmasını görmüş və bu barədə atası Zərərçəkmiş şəxs polisə məlumat vermiş, polis əməkdaşları gələrək yaşadıqları ünvanda müayinələrə və araşdırmalara başlamışlar. Sonradan məlum olmuşdur ki, həmin 1500 (min beş yüz) manat pulu bibisi oğlu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da əsasən Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 22 aprel 2024-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmidə olan dəmir materialdan kustar üsulla hazırlanmış, qıfılla kilitlənmiş içərisində nağd pul və qızıl-zinət əşyaları olan saxlanc yeridir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl şəhəri MKT-nin İB-nin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl şəhəri MKT-nin İB-nin tərəfindən verlmiş arayışdan məlum olur ki, Əliyev X8 şəhəri Əhməd Cavad küçəsi ev 2-də qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. (2015-ci il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 13 may 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 12:30-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 1500 (min beş yüz) manat pulu istintaq orqanına təqdim etmiş və istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 aprel 2024-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisinə pəncərədən keçmə yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra zirzəmidə olan dəmir materialdan kustar üsulla hazırlanmış, qıfılla kilitlənmiş içərisində nağd pul və qızıl-zinət əşyaları olan saxlanc yerinin qapısını zirzəmindən götürdüyü dəmir parçası ilə aralayaraq içərisindən 1500 (min beş yüz) manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Əliyev X8 rayonunun və Gəncə şəhərinin ərazisində fəhləlik etməklə dolanışığını təmin edir, Göygöl şəhəri Əhməd Cavad küçəsi ev 2-də qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən, 24 aprel 2024-cü il tarixə kimi, 2 gün müddətə bu cinayət iş üzrə şühbəli şəxs qismində həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyana görə 1500 (min beş yüz) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə vurulan ziyana görə 1500 (min beş yüz) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar