Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-67/2024 01.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1997-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, işləməyən, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olan və Göygöl rayonu Xəqani kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 01 iyul 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə, saat 02 radələrində Göygöl rayon Nadel kəndində küçədə tanışı Zərərçəkmiş şəxs ilə onu kafedə tək qoyub getməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif bədən nahiyyələrinə zərbələr vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sağ əlin arxa səthinin yarası, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının qanşırı, alın, sol qaş, hər iki said, sağ baldır və sol diz oynağı nahiyyələrinin sıyrıqları” xəsarətlərini qəsdən yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ilə təxminən 2-3 ildir ki, sevgi münasibətləri vardır və onlar mütəmadi olaraq birlikdə spirtli içki qəbul edərək gecəni bir yerdə qalmışlar. 09 may 2024cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Balçılı kəndində yerləşən kafedə iki nəfərə 1 litr spirtli içki olan araq içdikdən sonra onlar birlikdə Göygöl rayonu Nadel kəndində yerləşən kafeyə getmişlər və həmin kafedə də hər biri 1 bakal pivə içmişlər. O, pivəni içdikdən sonra yaşadığı evə getmək istəyərkən Hüseyn onun qarşısını kəsərək ona getməyə icazə verməmişdir. Bu səbəbdən tətəflərin arasında mübahisə yaranmışdır. O kafedən çıxaraq gedərkən Təqsirləndirilən şəxs onun arxası ilə gələrək kafedən təxminən 50-60 metr aralıda heç kimin olmadığı yerdə əl və ayaq zərbələri ilə onu vuraraq döymüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 2-3 ildir ki, sevgi münasibətləri vardır və onlar mütəmadi olaraq birlikdə spirtli içki qəbul edərək gecəni bir yerdə qalmışlar. 09 may 2024cü il tarixdə tanışı Zərərçəkmiş şəxsq qızı ilə Göygöl rayonu Balçılı kəndində yerləşən kafedə iki nəfərə 1 litr spirtli içki olan araq qəbul etdikdən sonra onlar birlikdə Göygöl rayonu Nadel kəndində yerləşən kafeyə getmişlər. Həmin kafedə də tərəflər hər biri 1 bakal pivə içmişlər. O, tanışı Zərərçəkmiş şəxs pivəni içdikdən sonra Zərərçəkmiş şəxs evə getmək istəyərkən o kafedə oturduğu masada tək qalmaq istəmədiyi üçün Günayın qarşısını kəsərək getməsinə icazə verməmişdir. Bu səbəbdən tərəflərin arasında mübahisə yaranmışdır. Mübahisədən sonra Günay kafedən çıxaraq gedərkən o Zərərçəkmiş şəxs arxasınca gedərək kafedən təxminən 50-60 metr aralıda əl və ayaq zərbələri ilə Günayın üzvə müxtəlif bədən nahiyyələrinə zərbələr vuraraq döyüb yerə yıxmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Hal-hazırda da bir yerdə yaşayırlar. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Göygöl rayon şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 261 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 10 may 2024-cü tarixdə ekspert müayinəsində keçərkən onun bədəni üzərində kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş “sağ əlin arxa səthinin yarası, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının qanşırı, alın, sol qaş, hər iki said, sağ baldır və sol diz oynağı nahiyyələrinin sıyrıqları” xəsarəti müəyyən edilmişdir. Qeyd olunan xəsarət müddəti 09 may 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-67/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-67/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver