Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-67/2025 18.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə saat 20 radələrində X6 qarşı kobudluq etməsi ilə bağlı sonuncunun oğlu Zərərçəkmiş şəxs dəvəti ilə görüşdüyü fərdi yaşayış evlərindən kənarda Göygöl rayonu Mollacəlilli kəndi ərazisində yerləşən boş ərazidə Zərərçəkmiş şəxs və qardaşı Şahid1 ilə şəxsi münasibətlər zəminində yəni, Naibə Qasımovaya kobudluq etməsinin üstündə Zərərçəkmiş şəxs irad bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs münaqişə edərək yumruqla Təqsirləndirilən şəxs zərbələr vurmasından sonra sonuncu yumruqla Zərərçəkmiş şəxs başın ənsə nahiyyəsinin sıyrığı ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarət və üzərində olan soyuq silah hesab edilməyən, turist bıçağının tiyə hissəsi ilə qəsdən ardıcıl üç dəfə zərbə endirməklə sol bud və sağ sarğı nahiyyələrinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun anası ilə zərərçəkmiş şəxsin anası arasında sözsöhbət yaranmış, lakin onlar dava etmədən özlərinə məxsus əşyaları götürüb evdən çıxmışlar. Daha sonra yanlış anlaşılma nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs zəng edərək onu görüşüb söhbət etməyə dəvət etmişdir. Zərərçəkmiş şəxs ona zəng edəndə o, avtomobili ilə avtovağzalda olmuşdur. Zərərçəkmiş şəxs və qardaşı Şahid1 gəldikdən sonra o, nəqliyyat vasitəsilə həmin şəxslərlə Göygöl rayonu, Mollacəlilli kəndinə getmişdir. Həmin yerdə Zərərçəkmiş şəxsla sözləri düz gəlməmiş və aralarında münaqişə yaranmışdır. İlkin olaraq Zərərçəkmiş şəxs onun sifət nahiyyəsindən gözünün altına zərbə vurmuş və o, yerə yıxılmışdır. Abullayev Vüsalla yerdə çəkişən zaman cibindən bıçağı çıxararaq açılmamış halda 2-3 dəfə Zərərçəkmiş şəxs yan hissələrinə zərbələr endirmişdir. Həmin əsnada Vüsalın qardaşı Şahid1 Vüsalı onun üzərindən aralayaraq uzaqlaşdırmış, həmçinin o da ayağa qalxdıqdan sonra avtomobilinə doğru hərəkət edərək Vüsaldan aralanmışdır. Daha sonra da zəng etdiyi tanışı Mirəli adlı şəxs də həmin yerə gəlib onu aparmışdır. Əlavə olaraq bildirdi ki, hadisə axşam radələrində baş vermiş, dava zamanı hava qaranlıq olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və anası əşyalarını evdən çıxaran zaman onlar işdə olmuşlar. Axşam işdən evə gələn zaman nənəsi Nərimanın anası ilə onun anasının əlbəyaxa dava etdiklərini, dava zamanı Təqsirləndirilən şəxs da anasını vurduğunu ona söyləmişdir. Bu səbəbdən o, qardaşı Baloğlanın telefonu ilə Nərimana mesaj yazaraq harada olduğunu soruşmuş, Nəriman da “Əminə” marketin qarşısında olduğunu bildirmişdir. Nəriman öz avtomobili ilə, qardaşı ilə o da öz avtomobili ilə həmin yerdən Mollacəlilli kəndinə hərəkət etmişlər. Mollacəlilli yolunda avtobili saxlayan zaman qardaşı Baloğlan avtomobildən ondan əvvəl düşmüş və Nərimana nə səbəbə anasını vurduğunu soruşmuşdur. Həmin əsnada Nərimanın əli cibində olduğunu görüb cibindən bıçağı çıxarmaq istədiyini hiss etmiş və qardaşına görə narahat olub Nərimana yumruqla zərbə endirmişdir. Vurduğu zərbədən sonra Nəriman onun altına yıxılmış və həmin əsnada Nəriman cibindən bıçağı çıxararaq onun sağ və sol bud nahiyələrindən zərbələr endirmişdir. Həmin zərbələr nəticəsində bıçaq az miqdarda onun bədəninə batmışdır. Bunu görən qardaşı Baloğlan onu Nərimanın üzərindən aralayaraq uzaqlaşdırmış, həmçinin Nəriman ayağa qalxaraq uzaqlaşıb avtomobilinə tərəf hərəkət etmişdir. Daha sonra həmin yerə Nərimanın dostu Mirəli gəlib yeni evlərdə onlarla dava etmək istəyən zaman Nəriman mane olmuş və dostu Mirəlini götürərək nəqliyyat vasitələri ilə həmin yerdən ayrılmış və həmçinin o, qardaşı ilə nəqliyyat vasitələrinə əyləşib həmin yerdən evlərinə getmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışdığını, hər hansı şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında göstərdi ki, evdən Təqsirləndirilən şəxs onların anasını vurduğu bildirilmişdir. O da məsələ ilə bağlı Nərimanla görüşüb söhbət etmək istəmişdir. Həmin vaxtı qardaşı da dava çıxmasından ehtiyat edib onunla birlikdə getmişdir. O, Nərimanla Mollacəlilli yolunda görüşən zaman anasını niyə vurduğunu Nərimandan soruşmuş və Nəriman ona qışqıraraq bıçağı çıxarmaq istəyən zaman qardaşı Vüsal araya girib Nərimanı vuraraq yerə yıxmışdır. Yerdə dalaşan zaman Nəriman cibindəki bıçağı çıxarıb qardaşı Vüsalın qıç nahiyəsindən zərbələr endirmiş və o, qardaşı Vüsalı Nərimandan aralamışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxs qismində olduğu məhkəmədə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirərək ərizəni nəzərə alıb hazırkı iş üzrə aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində təqsirli bilinmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxlə barışdığını bildirərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ilə bağlı iş üzrə icraata xitam verilərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi çıxış edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbi olmadığını bildirərək cinayət təqibi ilə bağlı iş üzrə icraata xitam verilməsini, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyanın götürülməsi haqqında” 08 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əlində olmuş bir ədəd bıçağın baxış keçirilməklə götürülməsi qərara alınmışdır. “Məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” 08 fevral 2025-ci il tarixli qərara əsasən HK-1/258 nömrəli material üzrə Zərərçəkmiş şəxs vurulmuş xəsarətlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilməsi qərara alınmışdır. “Məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” 09 fevral 2025-ci il tarixli qərara əsasən HK-1/258 nömrəli material üzrə Təqsirləndirilən şəxs vurulmuş xəsarətlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, hadisə yeri Göygöl rayonu Mollacəlilli kəndi və Murovdağ qəsəbəsinə gedən kənd yollarının arasında, Gəncə şəhəri Hacıkənd qəsəbəsinə gedən magistral yolun sol hissəsində yerləşən açıq, düzənlik ərazidir. Hadisə baş verdiyi yerdə yaşayış evləri və ictimai iaşə obyektləri yoxdur. Yaşayış evləri magistral yolun digər hissəsində, sağ tərəfdə çökək hissədə yerləşən küçədən başlayır. Hadisə yerinə məsafəsi 70-100 metrdir. Hadisə baş verdiyi yerin yaxınlığında mərmər sexi yerləşir. Hadisə yerini müşahidə edən təhlükəsizlik kamerası müəyyən edilməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 12 fevral 2025-ci il tarixli 59 nömrəli rəyinə əsasən, vətəndaş X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol kürək nahiyyəsinin qançırı, boyun nahiyyəsinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 17 fevral 2025-ci il tarixli, 75 nömrəli rəyinə əsasən, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün alt qapağının qançırı, sağ gözaltı nahiyyənin səthi yarası – bərk küt əşyanın (əşyaların); sağ əlin İİ barmağının kəsilmiş səthi yaraları – kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətlərinin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilmədiyi, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sağ əlin İİ barmağının kəsilmiş səthi yaraları özünün dediyi şəraitdə, yəni bıçaqla zərbə atarkən, əlindəki bıçağın təsirindən əmələ gəlməsinin istisna edilmədiyi qeyd olunmuşdur. Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 28 fevral 2025-ci il tarixli 97 nömrəli rəyinə əsasən, vətəndaş Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyyəsinin və sol gözün üst qapağının qanşırları, sol gözün ağlı qişasına qansızma, sağ said nahiyyəsinin səthi yarası – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətinin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi qeyd edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 07 mart 2025-ci il tarixli 109 nömrəli rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bud bahiyyəsinin bir ədəd, sağ sağrı nahiyyəsinin iki ədəd deşilmiş – kəsilmiş yaraları – deşicikəsici alətin (alətlərin), başın ənsə nahiyyəsinin sıyrığı isə – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətinin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəldiyi, qeyd olunan xəsarətlərdən – sol bud və sağ sağrı nahiyyələrinin deşilmiş – kəsilmiş yaraları (cəmi üç ədəd) dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, başın ənsə nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi qeyd edilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərara əsasən toplanmış materialda AR CM-nin 128-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Məhkəmə-kriminalistika ekspertizası təyin etmək haqqında” 20 mart 2025-ci il tarixli qərar əsasən cinayət işi üzrə məhkəmə-kriminalistik ekspertizası təyin edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə sorğu edilmiş tələbnamədən görünür ki, şəxsin barəsində məhkumluğa dair məlumat mövcud deyil. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 07 aprel 2025-ci il tarixli qərara əsasən 20 mart 2025-ci il tarixdə təyin edilmiş məhkəmə-kriminalistik ekspertizanın rəyini almaq hazırkı vaxtda mümkün olmadığına görə AR CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə 22 aprel 2025-ci il tarixli qərara əsasən AR CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 21 aprel 2025-ci il tarixli, 16/356 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bıçağın kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı olduğu və soyuq silah hesab edilmədiyi, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilmədiyi müəyyən olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərara əsasən vətəndaş Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Göygöl (keçmiş Xanlar) rayonunda anadan olmuş, ünvan 2 ünvanda yaşayış qeydiyyatındadır və halhazırda həmin mənzildə yaşayır. Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırda həmin mənzildə yaşayır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” 02 may 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə AR CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 may 2025-ci il tarixli qərara əsasən Göygöl RPŞ-nin İstintaq Bölməsində AR CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* cinayət işinin icraatının Təqsirləndirilən şəxs qaçıb gizləndiyinə görə dayandırılması qərara alınmışdır. “Barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş şəxsin könüllü gəlib təqdim olunması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, AR CM-nin 128ci maddəsi ilə istintaq olunan ********* cinayət işi üzrə barəsində axtarış elan edilmiş iş üzrə Təqsirləndirilən şəxs həmin günü saat 11:50-də Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə 03 iyun 2025-ci il tarixli qərara əsasən AR CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs oğluna 22 aprel 2025-ci il tarixdə elan olunmuş ittihamdan sonra yeni hallar müəyyən edilmədiyindən ona elan olunmuş ittihamın öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs X7 döyərək xəsarət yetirməsi faktı öz təsdiqini tapmadığından bu xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və 128-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 59.1.9-cu maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi, Təqsirləndirilən şəxs Şahid1 vuraraq sonuncuya dərəcəsi edilməyən xəsarətlər yetirməsi faktı üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 59.1.9-cu maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməməsi, Təqsirləndirilən şəxs əməlini əlavə olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif oluna bilmədiyi və həmin maddədə göstərilən xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Bir ədəd dəmir materialdan metal rəngində olan bıçaq iş üzrə maddi sübut kimi tanınması, işin materialları ilə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər tanış olduqdan sonra saxlanılması Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmadığının əsas götürülməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatından və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən, cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hadisə yerinə baxış zamanı götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1 ədəd dəmir materialdan metal rəngində olan bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd dəmir materialdan metal rəngdə olan bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-67/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-67/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver