Məhkəmə qərarları › İş №1(066)-68/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-68/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-68/2023 13.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ermənistan, Vardenus rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi, Göygöl rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 16:25-də radələrində Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsindən keçən avtomobil yolundan H.Əliyev prospektinə dönən istiqamətdə «X6» Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin və 37 ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndlərinin tələblərini pozaraq sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi X3 məxsus « Chevrolet Aveo minik » markalı ** EF *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman həmin qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtomobillə yol ayrıcında sağa dönəcəyi yolda piyadanın hərəkət hissəsini keçməkdə olmasını nəzərə alaraq sağa dönmə əməliyyatı aparmamalı, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, piyadanın hərəkət hisəssini keçib qurtarmasını gözləməli və bundan sonra sağa dönmə əməliyyatı aparmalı olduğu halda bu tələblərə riayət etməyərək yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq sonuncunun sol oma-qalça birləşməsinin aşağı qütbünün qopma xarakterli natamam sınığı, hər iki baldır nahiyələrinin qancırları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR bədən xəsarəti alaması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və “X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobili dayandırmadan həmin yerdən uzaqlaşaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl şəhəri, Hummel küçəsi ev 78-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evlidir. Ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır, lakin sərbəst avtomobil idarə edə bilir. Təxminən 10 ildir ki, qardaşı oğluna məxsus “Chevrolet Aveo minik” markalı ** EF *** dövlət nömrə nişanlı avtomobili idarə edir, əvvəllər həmin avtomobili etibarnamə əsasında idarə etmiş, lakin uzun müddətdir ki, həmin etibarnamənin müddəti bitmişdir. 21 noyabr 2022-ci il tarixdə saat 16:20 radələrində sərxoş vəziyyətdə “Chevrolet Aveo minik” markalı ** EF *** dövlət nömrə nişanlı avtomobil ilə Göygöl şəhərində yerləşən Heydər Əliyev prospekti istiqamətinə gedən zaman Səbuhi Hacıyev küçəsində yerləşən yolayrıcını keçmiş, həmin vaxt onun sağında hərəkət edən piyada qadın onun qarşısında yolun hərəkət hissəsinə düşmüş, həmin vaxt piyadanın yolun hərəkət hissəsi ilə gələ biləcəyini düşünməmiş, bu səbəbdən avtomobilinin ön sağ hissəsi həmin piyadaya dəymişdir. Piyadaya dəydikdə piyada yerdə əyləşmiş, daha sonra ayağa durmuşdur. O, isə həmin vaxt sərxoş olduğu üçün orada dayanmayıb evinə getmişdir. Həmin vaxt piyadanın kim olmasını bilməmiş, təxminən 40 dəqiqə -1 saat sonra evinə polis əməkdaşları gəlmiş və onu dəvət edərək Gəncə şəhər narkoloji dispanserə aparmışlar. Onu sərxoşluq müayinəsindən keçirmişlər. Əlavə olaraq qeyd etmişdir ki, piyadanı vurub evimə getdikdən sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə etməyi barədə məlumat vermişdir.Hadisədən təxminən yarım saat əvvəl spirtli içki qəbul etmişdir və hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobili təxminən 10-15 km/saat sürətlə hərəkət etmişdir. Hadisənin baş verməsinə səbəb piyadanın həmin yerdə yolun hərəkət hissəsinə düşəcəyini qabaqcadan düşünməməyi olmuşdur. Həmçinin sərxoş olmağı da hadisənin qarşısını almamağına təsir etmişdir. Hadisə yerində dayanmamağının səbəbi xəsarət almış piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün tədbirlər görməməyinin səbəbi hadisə zamanı sərxoş olduğu üçün qorxmağı, həmçinin Zərərçəkmiş şəxs yıxıldıqdan sonra ayağa durmasını görməyi olmuşdur. Hadisə zamanı avtomobilimdə sərnişin olmamışdır.Hazırda tutduğu əməldən peşimandır. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir.Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvlərim ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. ünvan 3 bağçasında gözətçi işləyir. 21 noyabr 2022-ci il tarixdə saat 16:20 radələrində qızı X4 ilə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsindən Heydər Əliyev prospektinə doğru piyada hərəkət etmiş, qızı Bülbül səki tərəfdə, o, isə yol tərəfdə hərəkət etmişdir. Göygöl şəhəri Səbuhi Hacıyev küçəsində yerləşən yolayrıcından sağa doğru gedən zaman piyada keçidinin üzərində arxadan onu ağ rəngli, “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Avtomobilin ön hissəsi onun kürəyinə dəymiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Lakin avtomobil orada saxlamamış və oradan uzaqlaşmışdır. Hadisədən bir neçə saniyə sonra ona polis əməkdaşları yaxınlaşmış və onlar onu tibbi yardım üçün Göygöl rayon mərkəzi xəstəxanasında aparmışlar. Belində şiddətli ağrılar olduğu üçün Gəncə şəhər Beynəlxalq xəstəxanasına da müraciət etmişdir. Piyada keçidinin üzərində olan zaman “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun belindən vurmuşdur. Avtomobil onu arxa tərəfdən vurduğu üçün onun hansı istiqamətdən gəlməsini görməmişdir. “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuş və orada dayanmadan qaçıb getmişdir. Bülbül onun sağında səki tərəfdə olmuş, avtomobil onu vurmamışdır. Hadisəni yanında olan qızı Bülbül Əsgərova və həmin vaxt küçədən keçən polis əməkdaşları görmüşlər. Təqsirləndirilən şəxsla barışmışdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 21 noyabr 2022-ci il tarixdə saat 16:20 radələrində anası Zərərçəkmiş şəxs ilə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsindən Heydər Əliyev prospektinə doğru piyada hərəkət etmişlər, o, səki tərəfdə, anası Nərgiz isə yol tərəfdə hərəkət etmişdir. Göygöl şəhəri Səbuhi Hacıyev küçəsində yerləşən yolayrıcından sağa doğru gedən zaman anası piyada keçidinin üzərində olan zaman arxadan onu ağ rəngli, “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Avtomobilin ön hissəsi anasının kürəyinə dəymiş və anası zərbənin təsirindən yerə yıxılmışdır. Lakin avtomobil orada saxlamamış və oradan uzaqlaşmışdır. Hadisədən bir neçə saniyə sonra polis əməkdaşları yaxınlaşmış və onlar anasını tibbi yardım üçün Göygöl rayon mərkəzi xəstəxanasında aparmışlar. Anasının belində ağrılar olduğu üçün onu Gəncə şəhər Beynəlxalq xəstəxanasına da aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır, polis kiçik serjantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə saat 16:25-də xidmət yoldaşı Göygöl RPŞ-nin PPXB-nün polsi nəfəri, polis kiçik serjantı Şahid3la avtopatrul ilə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində xidmət aparan zaman küçə ilə hərəkətdə olan ağ rəngli “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcını sağa, Heydər Əliyev prospekti istiqamətində dönən zaman piyada keçidinin üzərində olan, adı sonradan məlum olan Göygöl şəhər sakini Zərərçəkmiş şəxs arxasından avtomobil ilə vurmasını, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmasını, avtomobilin isə orada dayanmayaraq uzaqlaşmasını görmüşlər. Onlar dərhal hadisəyə reaksiya verərək hadisə yerində yerdə olan qadına kömək göstərərək onu avtopatrula əyləşdirib tibbi yardım alması üçün Göygöl rayon Mərkəzi xəstəxanasına aparmışlar. Eyni zamanda baş vermiş hadisə ilə bağlı Göygöl RPŞ-nin rəisinə raportla məruzə etmişlər. Qeyd etmişdir ki, hadisə zamanı “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü görmüş, sürücü sonradan adı məlum olan Təqsirləndirilən şəxs olmuşdur. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan sonra sürücü Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və onu sərxoşluq müayinəsindən keçirmək üçün Gəncə şəhərində yerləşən Narkoloji dispanserə aparılmışdır. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Narkoloji dispanserdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin qarşısında səs-küy salaraq ünvansız olaraq nəlayiq küçə söyüşləri söymüş, bu barədə də Göygöl RPŞ-nin rəisinə raportla məruzə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır, polis kiçik serjantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə saat 16:25-də xidmət yoldaşı Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə avtopatrul ilə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində xidmət aparan zaman küçə ilə hərəkətdə olan ağ rəngli “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcını sağa, Heydər Əliyev prospekti istiqamətində dönən zaman piyada keçidinin üzərində olan, adı sonradan məlum olan Göygöl şəhər sakini Zərərçəkmiş şəxs arxasından avtomobil ilə vurmasını, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmasını, avtomobilin isə orada dayanmayaraq uzaqlaşmasını görmüşdür. Onlar dərhal hadisəyə reaksiya verərək hadisə yerində yerdə olan qadına kömək göstərək onu avtopatrula əyləşdirib tibbi yardım alması üçün Göygöl rayon Mərkəzi xəstəxanasına aparmışlar. Eyni zamanda baş vermiş hadisə ilə bağlı Göygöl RPŞ-nin rəisinə raportla məruzə etmişlər. Qeyd etmişdir ki, hadisə zamanı “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü görmüş, sürücü sonradan adı məlum olan Təqsirləndirilən şəxs olmuşdur. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan sonra sürücü Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və onu sərxoşluq müayinəsindən keçirmək üçün Gəncə şəhərində yerləşən Narkoloji dispanserə aparmışlar. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Narkoloji dispanserdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin qarşısında səs-küy salaraq ünvansız olaraq nəlayiq küçə söyüşləri söymüş, bu barədə də Göygöl RPŞ-nin rəisinə raportla məruzə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Gəncə şəhər Narkoloji dispanserin 3030/2022 nömrəli müayinə aktından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmuşdur. -22 noyabr 2022-ci il tarixdə hadisə yerinə, yəni Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 363 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol oma-qalça birləşməsinin aşağı qütbünün qopma xarakterli natamam sınığı, hər iki baldır nahiyələrinin qancırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 dekabr 2022-ci il tarixli 8/3377 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Aveo” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getməsi şəraitində onun hərəkətlərində « X6» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində « X6» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Zərərçəkmiş şəxs Göygöl RPŞ-yə 22 noyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona zərər dəymişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Göygöl rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsilə təqsirli bilinərək 02 il islah işləri 10% cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad edilmişdir. -İşdə olan Göygöl MKTİB-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1379 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. -Zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdğını ondan heç bir şikayəti və tələbi olmadığı göstərmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməlllərin əlamətləri ilə CM-nin 263-1.1 və 264-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası, CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə cəzaları qismən toplanaraq ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, onunla barışıq əldə etməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min ) manat cərimə cazasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir)il müddətə azadlığin məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 02 (iki) ay müddətinə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min ) manat cərimə cazası və 01 (bir) il müddətə azadlığin məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar