Məhkəmə qərarları › İş №1(066)-68/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-68/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-68/2024 30.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi, anası X8, müdafiəçisi X7, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, anası X3 iştirakı ilə xx xxxx 2007-ci ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Sərkarlı kəndində daimi qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu Qırıxlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə əvvəlcədən instagram sosial şəbəkəsi vasitəsi ilə danışaraq tanış olduğu Zərərçəkmiş şəxs Göygöl rayonu Qırıxlı kəndində yerləşən Şahid2 məxsus olan fərdi yaşayış evinə apararaq həmin evin yataq otağında Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü olmasını bildiyi halda, Zərərçəkmiş şəxs razılığı ilə gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına soxub cinsi ehtirasını təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Sərkarlı kəndində daimi qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu Qırıxlı kəndində valideyinləri ilə birlikdə yaşayır. İnstagram sosial şəbəkəsində “polad.o25” adlı profil hesabından canlı açan zaman Zərərçəkmiş şəxs ona yazmış, əvvəlcə aralarında dostluq münasibəti yaranmışdır. Bir müddət sonra isə aralarında sevgi münasibətləri yaranmışdır. O, Emiliyaya onunla parkda görüşüb gəzmək istədiyini bildirmiş, o da razılaşmışdır. 2023cü ilin təxminən avqust ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 12 radələrində Gəncə şəhərində Bayraq meydanı adlanan yerdə görüşmüşlər. Həmin vaxt Emiliya yanında hazırda adını xatırlamadığı bir nəfər oğlanla gəlmiş, həmin oğlanın əmisi oğlunun olmasını bildirmişdir. Emiliya parkda olan zaman tanışlarının onu görəcəyini, mamasına gedib deyəcəklərindən ehtiyyat etdiyini demişdir. O, Emiliyaya istəyirsə onun yaşadığı kəndə getmələrini demişdir. Emiliyada onunla razılaşmışdır. O, Emiliya ilə birlikdə Gəncə şəhər Gəncə qalası restoranının yaxınlığında taksi ilə yaşadığı Qırıxlı kəndinə getmişlər. Kənddə onları kimsə görməsin deyə Bahəddingilin qapısının açıq olduğunu görüb, eləcə də Bahədinin evdə tək qaldığını bildiyindən ora daxil olmuşlar. Onlar içəri daxil olduqda Bahəddin evin həyətində olmuş, Bahəddin Emiliyanın kim olmasını soruşmuşdur. O, Bahəddinə həmin qızın sevdiyi qız olmasını bildirmişdir. Bahəddin onu mağar qurmağa çağırdıqlarını işə getdiyini demişdir. O, Emiliya ilə evə daxil olmuşlar, orada bir az söhbət etdikdən sonra təxminən saat 17 radələrində Emiliyanı kənddən 36 saylı avtobusla yola salmışdır. Bundan təxminən bir həftə sonra Emiliya ilə yenə onun yaşadığı kənddə görüşməyə razılaşmışlar. Emiliya razılaşdıqları gün təxminən saat 09:30 radələrində kəndə gəlmiş, onlar birlikdə Bahəddinin yaşadığı evə getmişlər, lakin həmin vaxt Bahəddin evdə olmamışdır. Onlar evə daxil olub bir az söhbət etdikdən sonra, Emiliyanın dodaq nahiyəsindən öpmüş və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Emiliyada onunla razılaşmışdır. O, cinsiyyət orqanını Emiliyanın cinsiyyət orqanına salmış və bir dəfə cinsi əlaqədə olmuşdur. Sonra Emiliyanı 36 saylı avtobusla kənddən yola salmışdır. Zərərçəkmiş şəxs ilə görüşdüyü zaman da onun yaşının 15-16 yaşının olmasını düşünmüşdür. Hadisədən sonra əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmaqla, müəyyən edilmiş yaş həddinə çatdıqda isə onunla evlənməyi planlaşdırır. Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq, qanuni nümayəndəsi, anası X3, pedaqoq-müəllim X5 iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Gəncə şəhəri, 28 saylı tam orta məktəbin 7 sinif şagirdidir. Təqsirləndirilən şəxs ilə 2023-cü ilin təxminən avqust ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda instagram sosial şəbəkəsində tanış olmuşdur. Təqsirləndirilən şəxs məxsus instagram sosial şəbəkəsində “pol.ad_025” profil hesabı ilə əlaqə saxlamışdır. Təxminən bir həftə dost kimi danışdıqdan sonra, aralarında sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs onunla görüşüb parkda gəzmək istədiyini bildirmişdir. 2023-cü ilin təxminən avqust ayının əvvəllərində dəqiq gününü xatırlamdığı vaxtda xalası oğlu Asimin iştirakı ilə birlikdə Təqsirləndirilən şəxsla Gəncə şəhərində yerləşən Bayraq meydanında görüşmüşlər. O, Poladla birlikdə Bayraq meydanın parkda oturub söhbət etmişlər. O, Polada tanışlarının onunla birlikdə görüb, anasına məlumat verəcəklərindən ehtiyyat etdiyini demiş, Təqsirləndirilən şəxs ona öz yaşadıqları Balıçılı kəndinə getməklərini təklif etmişdir. O da onunla razılaşmışdır. Onlar taksi ilə Poladgilin yaşadığı Qırıxlı kəndinə, Təqsirləndirilən şəxs Bahəddin adlı əmisinin evinə getmişlər. Orada ev sahibi getdikdən sonra o, Təqsirləndirilən şəxsla həmin evdə bir az söhbət etdikdən sonra təxminən saat 17 radələrində kənddən keçən 36 saylı avtobusla evlərinə getmişdir. Bundan təxminən bir həftə sonra saat 09:30 radələrində o, Təqsirləndirilən şəxsla onun yaşadığı kənddə yenidən görüşmüşlər. O, kəndə avtobusla getmiş, Təqsirləndirilən şəxs da onun qabağına çıxmışdır. Onlar birlikdə yenə Təqsirləndirilən şəxs Bahəddin adlı əmisinin yaşadığı evə getmişlər, lakin evdə heç kim olmamışdır. Onlar biraz söhbət etdikdən sonra Polad əvvəlcə paltarını soyundurmadan sinəsinə və bədəninə əlləri ilə toxunmuşdur, həmçinin dodağından öpdükdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Polad ona bildirmişdir ki, narahat olma bir dəfə ilə heç nə olmayacaq, ağrıtmayacaq, o da razılaşmışdır. Polad onun şalvarını aşağı çəkmiş, öz cinsi orqanını onun cinsiyyət orqanına salaraq onunla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Hal-hazırda onlar biri-birilərini sevirlər və gəlcəkdə evlənməyi planlaşdırırlar. Ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi də yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, anası X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi də yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonu 2 saylı orta məktəbdə 10-ci sinif şagirdidir. 2023-cü il tarixdə təxminən iyul ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda “Tİktok” sosial şəbəkəsində özünə məxsus “020Cecen” profil hesabı ilə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs məxsus “hesenova 020” adlı profil hesabına yazmışdır. Həmin vaxtadək Zərərçəkmiş şəxs tanımamışdır. Bir müddət “Tiktok”, daha sonra isə “İnstagram” sosial şəbəkəsində yazışmışlar, əvvəlcə aralarında dostluq, daha sonra sevgi münasibətləri yaranmış və sevgili kimi danışmışlar. Emiliya ona 14 yaşı olmasını demişdir. Emiliya ilə tanış olduğu günün sabahı təxminən saat 16 radələrində onunla Gəncə şəhəri, Bayraq meydanı adlanan yerdə görüşüb, orada bir az gəzmişlər. Daha sonra isə ara-sıra Tik-tok sosial şəbəkəsində danışmağa başlamışlar. Emiliyanın anası adı ona sonradan məlum olan Svetlana ona zəng edərək onunla danışmışdır. Svetlana ondan harada yaşadığını, neçə yaşının olmasını, haradan olmağı ilə bağlı suallar vermişdir. Bundan sonra Emiliyinaın anası onunla danışmağına icazə vermişdir. Onlar whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışlar. Hətta bir dəfə Emiliya və anası Svetlana ilə Gəncə şəhəri Bayraq meydanı adlanan ərazidə yerləşən “Park House” adlı kafedə görüşərək söhbət etmişlər. Emiliya ilə görüşlərinin birində bakirəliyinin pozulduğunu bildirmişdir. O, onunla cinsi əlaqədə olmağı təklif etmiş, Emiliya da razılaşmışdır. 2023-cü ilin noyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Emiliyaya onu gəlib götürəcəyini bildirmişdir. O, adını səhv olaraq Elçin kimi tanıdığı onu Göygöl rayonuna apara bilərmi deyə soruşmuş, o da razılaşmışdır. O, Emiliyanı həmin gün təxminən saat 15 radələrində həmin şəxsin idarə etdiyi VAZ-2106 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Emilyanın yaşadıqları binanın yaxınlığında yerləşən Tüfər marketin yanından götürmüşdür. Onlar birlikdə Göygöl rayonu Mollacəlilli kəndinə getmişlər və orada zibillik olan ərzidə avtomobili saxlatmışdır. Avtombilin sürücüsündən xahiş etmişdir ki, onları kənarda gözləsin, o da razılaşmışdır. Emiliya onunla təbii yolla cinsi əlaqədə olmağını bildirsədə, o, Emiliyanın bakirəliyinin pozulmasını yalan deməsindən qorxub, Emiliya ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Emiliyanı götürdüyü yerdə düşürmüş, özü isə Bayraq meydanının yanında düşmüşdür. Məhkəmə iclasında şahid qismində, qanuni nümayəndəsi anası X1 iştirakı ilə dindirilmiş azyaşlı Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir. X10 onun xalası qızıdır. Onlar bir ünvanda yaşayırlar və eyni məktəbdə oxuyurlar. 2023cü ilin təxminən avqust ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 11 radələrində xalası qızı Emiliya ona sevgilsi ilə görüşməyə getdiyini bildirmiş və istəyirsənsə səndə gəl demişdir. O da Emiliya ilə birlikdə Gəncə şəhərində yerləşən Bayraq meydanına getmişlər. Xalası qızı Emiliya adı sonradan ona məlum olan Polad adlı şəxslə görüşüb, parkda skamyada oturub söbət etmişlər. O isə parkın içərisində bir qədər gəzdikdən sonra Emiliyaya yaxınlaşıb evə getdiyini bildirmiş və yaşadıqları ünvana geri qayıtmışlar. Lakin Emiliya və Poladın nə barədə danışdıqlarını bilməmişdir. Daha sonra həmin gün Emiliya evə gec gəldiyindən Emiliyadan harada olmasını soruşmuşdur. Lakin Emiliya ona cavab olaraq sənlik deyil demişdir. 2024-cü ilin fevral ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda yaşadıqları evdə xalası Svetlana və Emiliya öz aralarında söhbət edən zaman Emiliyanın Poladın yaşadığı kəndə getdiyini, Polad ilə cinsi əlaqədə olmalarını eşitmişdir. Cinayət işinin materiallarında olan AA073021 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxx 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yerinin qeydiyyatı haqqında ******* nömrəli arayışından məlum olur ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2011-ci il tarixdə anadan olmuşdur. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Göygöl MTE və PA şöbəsindən daxil olmuş 22 fevral 2024-cü il tarixli 101 nömrəli rəydən müəyyən edilmişdir ki,

1. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilmədi.

2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir).

3. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun boşalması, şüvari büküşlərin hamarlaşması, anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsinin 27 aprel 2024-cü il tarixli 281 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Zərərçəkmiş şəxs əsas fərdi psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə asan daxil olma. - Zərərçəkmiş şəxs sensor-perspetiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətlri halları düzgün qavrayaraq həmin hallar üzrə düzgün ifadə verə bilər. - Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və qavramağa imkan verə bilər. - Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. - Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. - Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. - Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosinonal halda olmuşdur. - Zərərçəkmiş şəxs hazırki psixi vəziyyəti onun istintaq hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. - Zərərçəkmiş şəxs onun psixi vəziyyətinə görə ona qarşı edilən cinayət əməlinin xarakteri və mənasını dərk etmək, cinayət hadisəsi zamanı müqavimət göstərmək iqtidarında olmuşdurCinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X4 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Göygöl rayonu Qırıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Göygöl rayonu Qırıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qırıxlı kəndində qeydiyyatda olmaqla, valideyinləri ilə birlikdə orada yaşayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X4 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 19 aprel 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə saat 16:30-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə əvvəlcədən instagram sosial şəbəkəsi vasitəsi ilə danışaraq tanış olduğu Zərərçəkmiş şəxs Göygöl rayonu Qırıxlı kəndində yerləşən Şahid2 məxsus olan fərdi yaşayış evinə apararaq həmin evin yataq otağında Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü olmasını bildiyi halda, Zərərçəkmiş şəxs razılığı ilə gərginləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına soxub cinsi ehtirasını təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olması tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət cinayət əməlini etiraf etməklə, peşman olmasını, cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, onunla sevgi münasibətində olmaqla, gələcəkdə ailə qurmaq istəməsini, zərərçəkmiş şəxsin onun qanuni nümayəndəsinin ondan şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, onunla sevgi münasibətində olmaqla, gələcəkdə ailə qurmaq istəməsini, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ondan şikayəti və tələbinin olmamasını nəzərə alaraq Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62.1-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsində qeyd edilir ki, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən hazırlıq kurslarına gedir, Göygöl rayonu Qırıxlı kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Qırıxlı kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il və 23 fevral 2024-cü il tarixlərdə, 2 gün müddətə bu cinayət iş üzrə şühbəli şəxs qismində həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Qırıxlı kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar