Məhkəmə qərarları › İş №1(066)-69/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-69/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-69/2023 08.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2; Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu Bağmanlar küçəsi ev 99A-da daimi qeydiyyatda olmaqla, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu saxlanc yerinə qanunsuz girməklə insanların həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq yolla talamaq istəyərək soyğunçuluğa cəhd etmiş, həmçinin təkrar saxlanc yerinə və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 05 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində özgə əmlakını açıq yolla talama məqsədi ilə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa Ocağı” adlı aptekə daxil olaraq həmin aptekdə satıcı işləyən Zərərçəkmiş şəxs3 24,90 manat dəyərində “solidoste N30”, 25,50 manat dəyərində “metafolin N30” adlı dərman preparatlarını və 1,40 manat dəyərində “Ringer 400 ml” adlı sistem mayesini satın almaq üçün sifariş verdikdən sonra sonuncunun həmin dərman preparatlarını aptekin içərisində yerləşən dolabdan yığmasına başı qarışmasından istifadə edərək qanunsuz olaraq aptekdə satıcı üçün nəzərdə tutulan yerə daxil olub Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan zor tətbiq etməklə aptekin kassasında olan 450 manat nağd pulu, eləcə də sifariş etdiyi 24,90 manat dəyərində “solidoste N30”, 25,50 manat dəyərində “metafolin N30” adlı dərman preparatlarını və 1,40 manat dəyərində “Ringer 400 ml” adlı sistem mayesini açıq yolla talamaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 ona qarşı müqavimət göstərdiyi üçün o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək aptekdən qaçıb getməklə soyğunçuluğa cəhd etmişdir. Bundan başqa o, təkrar 12 yanvar 2023-cü il tarixdə saat 03 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ”Yaşıl” adlı aptekin pəncərəsini öz ilə götürdüyü vintaçanla açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra həmin pəncərənin qarşısında olan 215 (iki yüz on beş) manat, aptekin kassasında olan 32 (otuz iki) manat nağd pulu, vitrindən və dolablardan ümumi dəyəri 32,50 manat olan 5 ədəd “Vitamin C600”, ümumi dəyəri 22,50 manat olan 5 ədəd “D-colerol forte”, ümumi dəyəri 5,40 manat olan 2 ədəd “Çistoya Linya” əl kremi, 1 ədəd 6,50 manat dəyərində “şüşə butulka 120 ml”, ümumi dəyəri 7,0 manat olan 2 ədəd “şüşə butulka 150 ml”, ümumi dəyəri 6,0 manat olan 5 ədəd “Fəridə prsipka”, ümumi dəyəri 6,0 manat olan 5 ədəd “Səidə prsipka”, ümumi dəyəri 19,0 manat olan 10 ədəd “Doctor Dental” diş fırçası, ümumi dəyəri 2,40 manat olan 2 ədəd “Bora plyus” kremi, ümumi dəyəri 27,0 manat olan 2 qutu “Ketanol gorteduo”, ümumi dəyəri 9,60 manat olan 2 qutu “Ketanol 100 mq”, ümumi dəyəri 12,40 manat olan 2 qutu “deksalgin tabletka”, ümumi dəyəri 6,0 manat olan 2 qutu “Deksalgin N1 ampula”, ümumi dəyəri 9,60 manat olan 2 qutu “Ventor N10”, ümumi dəyəri 24,0 manat olan 12 ədəd “Bello paket”, ümumi dəyəri 24,0 manat olan 12 ədəd “Koteks paket”, ümumi dəyəri 27,60 manat olan 12 ədəd “Always paket”, ümumi dəyəri 24,0 manat olan 12 ədəd “soska yudatka”, ümumi dəyəri 22,80 manat olan 12 ədəd “soska ayıcıq”, 1 qutu 9,50 manat dəyərində “Taylol hot şəkər”, ümumi dəyəri 15,0 manat olan 5 qutu “Aksen forte N10”, ümumi dəyəri 11,0 manat olan 2 qutu “Nestle peçenya”, ümumi dəyəri 14,0 manat olan 2 qutu “Nestle Kaşa”, 1 qutu 9,80 manat dəyərində “Teraflu N12”, 1 qutu 49,50 manat dəyərində “Böyük Bez L”, ümumi dəyəri 57,0 manat olan 10 ədəd “Kleksan 0,4 N1”, ümumi dəyəri 98,0 manat olan 10 ədəd “Kleksan 0,6 N1”, ümumi dəyəri 70,0 manat olan 100 ədəd “steril əlçək”, ümumi dəyəri 52,50 manat olan 5 qutu “qeyri-steril əlçək”, ümumi dəyəri 3,0 manat olan 5 ədəd “Naftazin 0,1a”, 1 ədəd 38,0 manat dəyərində “Flexbengel” , ümumi dəyəri 8,60 manat olan 2 qutu “Nurafen Forte N10”, ümumi dəyəri 16,0 manat olan 10 qutu “Spazmaqon N10”, ümumi dəyəri 15,60 manat olan 3 qutu “Terapin Bid” antibiotik, 1 qutu 47,0 manat dəyərində “Serebrolizin 10 ml” ümumi dəyəri 48,0 manat olan 5 qutu “Nolqripxot”, ümumi dəyəri 9,0 manat olan 3 qutu “Rinza”, ümumi dəyəri 39,0 manat olan 2 qutu “Nolqripxot N25”, ümumi dəyəri 13,0 manat olan 2 qutu “Calgel maz”, ümumi dəyəri 71,60 manat olan 2 qutu “Cerebrovin kids”, 27,90 manat dəyərində “Gofen”, ümumi dəyəri 40,50 manat olan 3 qutu “Nimesil”, ümumi dəyəri 16,0 manat olan 2 qutu “Taylolhot pediatrix”, ümumi dəyəri 28,50 manat olan 3 qutu “Taylolhot”, 1 qutu 5,0 manat dəyərində “Nurafen 100ml”, ümumi dəyəri 14,0 manat olan 2 qutu “Nurofen 150ml”,ümumi dəyəri 13,0 manat olan 2 qutu “Lazolvan böyük”, ümumi dəyəri 13,0 manat olan 2 qutu “Lazolvan pediatrix”, 1 qutu 17,80 manat dəyərində “Brocsevin böyük”, ümumi dəyəri 35,0 manat olan 5 qutu “Bronxofort uşaq”, ümumi dəyəri 35,0 manat olan 5 qutu “Bronxofort böyük”, 1 qutu 30,60 manat dəyərində “Diprospant N5”, ümumi dəyəri 99,20 manat olan 2 qutu “Blokium B12”, ümumi dəyəri 13,60 manat olan 2 qutu “Proketam D”, ümumi dəyəri 82,50 manat olan 5 ədəd “Uright şəkər çöpü”, ümumi dəyəri 28,0 manat olan 10 ədəd “Nebulazer maska”, ümumi dəyəri 110,0 manat olan 2 ədəd “Nebulazer cihazı”, ümumi dəyəri 8,0 manat olan 5 ədəd “Predo” nəmli salfet, ümumi dəyəri 80,0 manat olan 5 qutu “Predo pampers N5”, ümumi dəyəri 32,0 manat olan 2 qutu “Predo Pampers N4”, ümumi dəyəri 33,0 manat olan 2 qutu “Predo pampers N3”, ümumi dəyəri 32,0 manat olan 2 qutu “Predo Pampers N2”, ümumi dəyəri 37,0 manat olan 2 qutu “Fresko gold”, ümumi dəyəri 35 manat olan 2 qutu “Fresko 1,2”, ümumi dəyəri 64,0 manat olan 2 qutu “Nan” uşaq yeməyi, 1 ədəd 18,50 manat dəyərində “Qlukometr çöpü(Nimo)”, 1 ədəd 38,0 manat dəyərində “Qlukometr cihazı(Nimo)”, 1 ədəd 18,0 manat dəyərində “Tanometr (Nimo)”, ümumi dəyəri 37,0 manat olan 2 ədəd “Tanometr (LG)”, ümumi dəyəri 58,0 manat olan 10 qutu “Dueks” markalı prezervativ, 250 manat dəyərində “Hikvision DVR DS 7116HQHİ-K1” kamera yaddaş cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2586,50 (iki min beş yüz səksən altı manat 50 qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 15 fevral 2023-cü il tarixdə saat 08:20 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən "xxxx" MMC-yə məxsus mağazaya müştəri qismində gələrək işçilərin diqqətindən yayınıb mağazanın anbarında yerləşən otağa qanunsuz daxil olaraq otaqda olan rəfdən 20 (iyirmi) manat pulu götürdükdən sonra həmin yerdə olan, seyfə məxsus açarı götürüb otaqda olan seyfin kilidini açaraq içərisindəki 1970 (bir min doqquz yüz yetmiş) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 1990 (bir min doqquz yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 17 radələrində qayınatası Savalan onların ünvana qonaq gəlmişdir. Onlara gəldiyi zaman da sərxoş halda olmuşdur. Qeyd etmişdir ki, qayınX20 şəhərində “Sərçə bazarı” deyilən yerdə göy-göyərti məhsulları satışı ilə məşğul olur və həmin gün də orada spirtli içki içib gəlmişdir. 15 fevral 2023-cü il tarixdə saat təxminən 08 radələrində qayınatası Savalan ona 4 manat pul verərək ona spirtli içki (araq) almasını istəmişdir. O da qayınanası X3 adına olan və onun idarə etdiyi Vaz 2106 markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” mağazasına getmişdir. Saat təxminən 08:20 radələrində mağazaya daxil olduqda işçilərin mağazanın giriş qapısının yanında olduqlarını görmüşdür. Mağazanın anbar olan hissəsinə tərəf keçib vitrinlərə baxmağa başlamışdır. O, əvvəllər “OBA” mağazasının Gəncə şəhərində yerləşən mağazalarında çalışdığı üçün satışdan əldə olunan nağd pulların anbar hissədə olan otaqlardan birində seyfdə saxlanıldığını və seyfin açarının da hər zaman yaxınlığında olan rəflərdən birində olduğunu bilmişdir. O, mağazanın anbar hissəsində heç kəsin olmadığını gördükdə içəri daxil olmuşdur. Otağa girərək rəfin siyirməsini çəkib açmışdır. Orada 20 manat pul olduğunu görüb götürmüşdür. Sonra seyfin qapısını çəkmiş, lakin bağlı olduğunu görüb çıxmaq istəmişdir. Həmin anda seyfin açarının rəfin siyirməsində olduğunu xatırlamışdır. Belə ki, ilk dəfə məhz həmin siyirməni çəkib açmışdır və 20 manat pulu götürən zaman açar orada gözünə sataşmışdır. Yenidən geri qayıdaraq açarı götürüb seyfi açmış və kağıza bükülmüş miqdarını bilmədiyi məbləğdə pulu götürüb mağazaya qayıtmışdır. Mağazanın vitrinində olan 0,250 qramlıq “Xan kristal” içkisini götürüb kassaya yaxınlaşmışdır. Kassada 3,50 (üç manat əlli qəpik) içkinin pulunu ödəyib mağazadan çıxmışdır. Avtomobilə əyləşərək evə getmişdir. Qayınatası Savalan içkidən bir miqdar içmişdir. Təxminən 1 saat sonra onlar Gəncə şəhərinə getmişlər. X12 şəhəri DOS 102-də yaşadığı ünvana düşürdükdən sonra Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Güllər” adlı mağazaya getmişlər. Mağazada yerləşən “Milliön” ödəniş terminalından qayınanası X3 adına olan kreditin aylıq ödənişi olan 181 (yüz səksən bir) manat pulu ödəmişlər. Daha sonra isə həmin terminaldan “Azərqaz”a olan 498 manat borclarını, “Aztelekoma” olan 13 manat internet borclarını və Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evin aylıq telefon borcuna görə 4 manat pul ödəmişdir. Bundan sonra növbədə yaşlı bir kişinin dayandığını və onun işıq kartına ödəniş edəcəyini gördükdə “Milliön” ödəniş terminalında növbələrini ona verib “e-Manat” terminalına keçmişlər. Həmin terminaldan da 67 manat Azərişığa olan borclarını ödədikdən sonra mağazadan çıxmışlar. Gəncə şəhər Nizami prospektində “Bayraq meydanı” yaxınlığında yerləşən telefon təmiri mağazasına getmişdir. Arvadı Pərvanə və uşaqlar avtomobildə gözləmişlər və o, avtomobildən düşərək telefon təmiri mağazasına gedib özünə məxsus “Samsung J2 Prime” markalı mobil telefonunu təmir etdirmişdir. Telefonun təmirinə 137 manat pul vermişdir. Oradan Gəncə şəhəri M.Ə.Sabir küçəsində yerləşən "xxxx" MMC-nin baş ofisinə gedərək özünə məxsus olan və bir müddət əvvəl itirdiyi ***-***-**-** saylı mobil nömrənin dublikatını çıxartdırmış və 6 manat rüsum ödəmişdir. Nömrəni telefona salaraq aktivləşdirmişdir. Daha sonra 3 saylı xəstəxananın yaxınlığında yerləşən Beynəlxalq banka gedərək qayınanası X3 adına olan “Tamkart”a 250 manat borclarını ödəmişdir. Oradan da Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə gedərək 25 manat dəyərində benzin yanacağı almışdır. Göygöl rayonu Üçtəpə kədində yerləşən “Vüsal” şadlıq sarayının yanında olan mağazadan 39 manata 1 torba un və 11 manatlıq da buğda və arpa almışdır. Ardınca da Göygöl rayonu Yeni Qızılca kəndinə yaşadıqları ünvana gəlmişlər. Saat təxminən 17 radələrində azyaşlı övladının səhhətində narahatlıq yarandığından onu Gəncə şəhərinə xəstəxanaya apararkən yolda polis əməkdaşları onu saxlatmışlar. Ona oğurluqda şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O da oğurluğu onun etməsi barədə məlumat əldə etdiklərini başa düşdüyü üçün polis əməkdaşları ilə birlikdə Göygöl rayon Polis şöbəsinə gəlmişdir. Bundan başqa, 2021-ci ilin payız-qış aylarında arvadı Pərvanə hamilə olduğu dövrdə havalar soyuq olduğundan Gəncə şəhərində qayınanasının ünvanında qalmışlar. Həmin vaxtlarda Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evlərində isə toyuq-cücə və it saxladıqları üçün səhər və axşam saatlarında onlara yem vermək üçün arvadı Pərvanə ilə birlikdə gedib gəlmişlər. 04 oktyabr 2021-ci il tarixdə arvadı Pərvanə ilə birlikdə yenə də toyuq-cücələrə və itə yem vermək üçün gedərkən Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçərkən yolun kənarında “Şəfa ocağı” adlı aptek olduğunu görmüşdür. Arvadı Pərvanə üçün həkimin yazdığı dərmanları növbəti gün gəlib buradan ala biləcəyini düşünmüşdür. 05 oktyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa ocağı” adlı aptekə həkimin arvadı üçün yazdığı Solidoste və Metafolin dərman preparatlarını, eyni zamanda Ringer adlı sistemi almaq üçün getmişdir. Pulu olmadığından evdən özü ilə “skoç” deyilən yapışqan lent götürmüşdür ki, aptekdə işləyən satıcıdan dərmanları pulsuz istədiyi zaman vermədiyi halda onu qorxudub əl-qolunu bağlayaraq dərmanları və eyni zamanda kassada olan pulları götürsün. Aptekə daxil olduqda orada bir nəfər qadın satıcının olmasını görüb ona yaxınlaşmışdır. Ondan adlarını qeyd etdiyi dərmanların olub-olmadığını soruşmuşdur. Satıcı qadın dərmanların olduğunu demiş və qiymətlərini ona bildirmişdir. Təxmini xatırlamasına görə 50-60 manat aralığında qiyməti olmuşdur. O, satıcıdan dərmanları verməsini istəmiş və satıcı dərmanları hazırlamaq üçün aptekdə arxa tərəfə keçmişdir. O da yaranmış fürsətdən istifadə edərək satıcının arxasınca kassadan pulları oğurlamaq üçün piştaxtanın arxasına keçmişdir. Lakin bu zaman satıcı qız geri qayıtmış və onu görmüşdür. O, əli ilə ona susmasını işarə etmişdir. Bu zaman həmin qadın onu oradan çıxarmaq üçün arxaya itələmiş və qışqırmağa başlamışdır. O, əli ilə satıcının boynundan tutub sifətindən vurmuş və saçlarından çəkərək yerə yıxmışdır. Qışqırdığı üçün onun üstündə oturub ağzını və əllərini bağlamağa çalışmışdır. Bu zaman satıcıya onunla işi olmadığını, arvadının hamilə olduğunu, dərmanlara və pula ehtiyacı olduğunu demişdir. Bu zaman həmin qadın onu buraxmasını və ona pul verəcəyini demişdir. O, satıcını buraxdıqda isə qışqırmağa başlamışdır. O, bir nəfər şəxsin içəri girdiyini gördükdə aptekdən çıxmaq istəmiş, lakin aptekin satıcısı onu arxadan tutub saxlayaraq qışqırmağa davam etdiyi üçün o, yenə də onu vurmuş və saçından tutaraq yerə yıxıb mağazadan çıxmışdır. Həmin vaxtı aptekə girən şəxs nə baş verdiyini soruşduqda onu aldatmaq üçün həmin qadının arvadı olduğunu və ailə daxili mübahisə olduğunu deyib aptekdən çölə çıxmışdır. Yaxınlıqda dayanmış taksiyə əyləşmiş və ondan Yeni Gəncəyə sürməsini istəmişdir. Lakin satıcı qadın arxadan qışqırdığı üçün avtomobili hərəkət etdirməmişdir. O da dərhal avtomobildən yerə düşərək oradan qaçmağa başlamışdır. Bundan başqa o, 12 yanvar 2023-cü il tarixdə saat təxminən 03 radələrində evin həyətində saxladığı avtomobildən vintaçan (atvyorka) götürərək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yaşıl” adlı aptekə getmişdir. Aptekin yan pəncərəsinin altına bir neçə daş qoyaraq üzərinə çıxıb pəncərəni vintaçan ilə açıb içəri daxil olmuşdur. Daxil olduğu otaqda pəncərənin qarşısından 215 manat və aptekdə kassada olan təxminən 32 manat pulu götürmüşdür. Daha sonra isə vitrində olan siroblardan, sinepar, müxtəlif mazlar, uşaq üçün panperslər, şəkər aparatı, təzyiq ölçən cihaz və xatırlamadığı bir neçə başqa dərman preparatları götürmüşdür. Görüntünü əldə edə bilməsinlər deyə də kameranın yaddaş diskini (DVR) söküb götürmüşdür. Yolda gedərkən də atmışdır. Dərmanları və sirobları yaşadığı ünvanda uşaqlar və özləri üçün istifadə etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, qayınatası Savalan üçün spirtli içki (araq) almaq üçün Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” mağazasına gəlmiş və mağazada olduğu zaman işçilərin mağazanın ön tərəfində kassanın yanında dayandığını gördükdə oğurluq etmək qərarına gəlmişdir. 8 aydır ki işsiz olduğundan və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O, mağazanın ön hissəsində işçilərin dayandığını gördükdə arxa tərəf vitrinlərin yanına getmişdir. Anbarın qapısı açıq olduğundan içəri baxmış və heç kəsin olmadığını gördükdə içəri daxil olmuşdur. Əvvəllər özü də “OBA” mağazasında işlədiyi üçün mağazada pulun “depo” deyilən anbar hissədə otaqda olan seyfdə saxlanıldığını bilmişdir. İçəri daxil olduqda da otaqda olan rəfin siyirməsini açdıqda 20 manat pul olduğunu görüb götürmüşdür. Seyfin açarı da orada olduğundan açarı götürüb seyfi açaraq seyfdə kağıza bükülmüş halda olan pulu da götürüb oradan çıxmışdır. Mağazadan çıxdıqdan sonra pulun büküldüyü kağıza baxdıqda həmin kağızın mağazanın alış-verişini özündə əks etdirən qaimə olmasını və oradan 1970 manat yazıldığını görmüşdür. Bu zaman seyfdən oğurladığı pulun məbləğinin 1970 manat olduğunu bilmişdir. O, oradan ümumilikdə 1990 manat pul oğurlamışdır. Arvadı Şahid onun oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Ona bu barədə heç bir söz deməmişdir. Pərvanə ondan pulu haradan aldığını soruşduqda isə əvvəldən yığdığı pullar olduğunu demişdir. O, həmin pulun qalanını öz üzərimdə saxlamış, həmin pulları istintaqa təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa Ocağı” adlı aptekdən qadın satıcı müqavimət göstərdiyi üçün və kənardan həmin şəxsin gəldiyini gördükdə oradan pul və ya dərman götürə bilmədən çıxıb uzaqlaşmışdır. O, pulu olmadığı üçün həmin aptekdən dərmanları pulsuz istəyəcək və kassadan oğurluq edəcək, verməyəcəkləri təqdirdə əvvəl qorxudaraq, o da alınmazsa yapışqan lentlə satıcının əl-qolunu bağlayaraq kassadan pulları götürməyi düşünmüşdür. Lakin satıcı qız ona çox müqavimət göstərdiyi üçün hadisələr planlaşdırdığı kimi cərəyan etməmişdir. Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yaşıl” adlı aptekdən oğurladığı dərmanlar və sirobların, mazların böyük qismini istifadə etmişlər, istifadə etmədiklərini, yəni onlara ehtiyac olmayan dərmanları isə atmışdır. Pulu isə ehtiyacları üçün xərcləmişdir. Arvadı Pərvanə ondan oğurluq barədə soruşmamış, çünki o, onda şübhə yaranmasın deyə oğurladığı dərmanları və digər əşyaları əvvəl evin zirzəmisinə qoyub növbəti gün Pərvanəyə onları aldığını dedikdən sonra evə gətirmişdir. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən özünə məxsus “Yaşıl Aptek”i işlədir. X1 satıcı işləyir. Günün ikinci yarısında isə özü aptekdə olur. 11 yanvar 2023-cü il tarixdə saat 22 radələrində o, aptekin qapısını qıfılla bağlayıb evinə getmişdir. Növbəti gün, yəni 12 yanvar 2023-cü il tarixdə aptekin satıcısı Kəmalə ona zəng edərək aptekdən oğurluq olması barədə məlumat vermişdir. O isə bu barədə DİN-in 102 xidmətinə məlumat verib dərhal aptekə getmişdir. Aptekdə giriş qapısına heç bir müdaxilə olmamışdır. Naməlum şəxs aptekə arxa tərəfdə yerləşən pəncərəni sındırma yolu ilə daxil olmuşdur. Kassadan 32 manat nağd pulu, iş otağında pəncərənin qarşısındakı kitabın arasında saxladığı 215 manat nağd pulu, vitrindən 2080 manat dəyərində dərman preparatlarını, müşahidə kameralarının 250 manat dəyərində yaddaş cihazını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumi olaraq 2577 manat ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, o, oğurluq olduğu gün mağazada oğurlanmış dərman preparatlarının və kassada olan pulun hesabatını aparmadan, həmçinin iş otağında pəncərənin qarşısında olan kitabın arasına baxmadan ona 90 manat ziyan dəyməsini ilkin ərizəsində bildirmiş və sonradan hesabat apararaq aptekdə olan 2080 manat dəyərində dərman preparatlarının, kassada olan 32 manat, iş otağında pəncərənin qarşısında olan kitabın arasında saxladığı 215 manat nağd pulun və 250 manat dəyərində kamera yaddaş cihazının oğurlanmasını bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2577 manat ziyan dəymişdir. Bildirmişdir ki, kamera yaddaş cihazı “Hikvision DVR DS 7116HQHİ-K1” markalıdır. Dəyəri 250 manatdır. Bundan başqa aptekdə olan vitrindən və dolablardan ümumi dəyəri 32,50 manat olan 5 ədəd “Vitamin C600”, ümumi dəyəri 22,40 manat olan 5 ədəd “D-colerol forte”, ümumi dəyəri 5,40 manat olan 2 ədəd “Çistoya Linya” əl kremi, 1 ədəd 6,50 manat dəyərində “şüşə butulka 120 ml”, ümumi dəyəri 7 manat olan 2 ədəd “şüşə butulka 150 ml”, ümumi dəyəri 6 manat olan 5 ədəd “Fəridə prsipka”, ümumi dəyəri 6 manat olan 5 ədəd “Səidə prsipka”, ümumi dəyəri 19 manat olan 10 ədəd “Doctor Dental” diş fırçası, ümumi dəyəri 2,40 manat olan 2 ədəd “Bora plyus” kremi, ümumi dəyəri 26,90 manat olan 2 qutu “Ketanol gorteduo”, ümumi dəyəri 9,50 manat olan 2 qutu “Ketanol 100 mq”, ümumi dəyəri 12,40 manat olan 2 qutu “deksalgin tabletka”, ümumi dəyəri 6 manat olan 2 qutu “Deksalgin N1 ampula”, ümumi dəyəri 9,90 manat olan 2 qutu “Ventor N10”, ümumi dəyəri 24 manat olan 12 ədəd “Bello paket”, ümumi dəyəri 24 manat olan 12 ədəd “Koteks paket”, ümumi dəyəri 27,60 manat olan 12 ədəd “Always paket”, ümumi dəyəri 23,40 manat olan 12 ədəd “soska yudatka”, ümumi dəyəri 22,80 manat olan 12 ədəd “soska ayıcıq”, 1 qutu 9,50 manat dəyərində “Taylol hot şəkər”, ümumi dəyəri 15,30 manat olan 5 qutu “Aksen forte N10”, ümumi dəyəri 11 manat olan 2 qutu “Nestle peçenya”, ümumi dəyəri 14 manat olan 2 qutu “Nestle Kaşa”, 1 qutu 9,85 manat dəyərində “Teraflu N12”, 1 qutu 49,50 manat dəyərində “Böyük Bez L”, ümumi dəyəri 57 manat olan 10 ədəd “Kleksan 0,4 N1”, ümumi dəyəri 98 manat olan 10 ədəd “Kleksan 0,6 N1”, ümumi dəyəri 70 manat olan 100 ədəd “steril əlçək”, ümumi dəyəri 52,50 manat olan 5 qutu “qeyri-steril əlçək”, ümumi dəyəri 3 manat olan 5 ədəd “Naftazin 0,1a”, 1 ədəd 38 manat dəyərində “Flexbengel”, ümumi dəyəri 8,60 manat olan 2 qutu “Nurafen Forte N10”, ümumi dəyəri 16 manat olan 10 qutu “Spazmaqon N10”, ümumi dəyəri 15,60 manat olan 3 qutu “Terapin Bid” antibiotik, 1 qutu 47 manat dəyərində “Serebrolizin 10 ml” ümumi dəyəri 48 manat olan 5 qutu “Nolqripxot”, ümumi dəyəri 8,97 manat olan 3 qutu “Rinza”, ümumi dəyəri 39 manat olan 2 qutu “Nolqripxot N25”, ümumi dəyəri 13 manat olan 2 qutu “Calgel maz”, ümumi dəyəri 71,60 manat olan 2 qutu “Cerebrovin kids”, 28,50 manat dəyərində “Gofen”, ümumi dəyəri 40,50 manat olan 3 qutu “Nimesil”, ümumi dəyəri 16 manat olan 2 qutu “Taylolhot pediatrix”, ümumi dəyəri 28,50 manat olan 3 qutu “Taylolhot”, 1 qutu 5 manat dəyərində “Nurafen 100ml”, ümumi dəyəri 14 manat olan 2 qutu “Nurofen 150ml”,ümumi dəyəri 13 manat olan 2 qutu “Lazolvan böyük”, ümumi dəyəri 13 manat olan 2 qutu “Lazolvan pediatrix”, 1 qutu 17,80 manat dəyərində “Brocsevin böyük”, ümumi dəyəri 35 manat olan 5 qutu “Bronxofort uşaq”, ümumi dəyəri 35 manat olan 5 qutu “Bronxofort böyük”, 1 qutu 30,60 manat dəyərində “Diprospant N5”, ümumi dəyəri 99,20 manat olan 2 qutu “Blokium B12”, ümumi dəyəri 13,90 manat olan 2 qutu “Proketam D”, ümumi dəyəri 82,50 manat olan 5 ədəd “Uright şəkər çöpü”, ümumi dəyəri 28 manat olan 10 ədəd “Nebulazer maska”, ümumi dəyəri 110 manat olan 2 ədəd “Nebulazer cihazı”, ümumi dəyəri 8 manat olan 5 ədəd “Predo” nəmli salfet, ümumi dəyəri 80 manat olan 5 qutu “Predo pampers N5”, ümumi dəyəri 32 manat olan 2 qutu “Predo Pampers N4”, ümumi dəyəri 33 manat olan 2 qutu “Predo pampers N3”, ümumi dəyəri 32 manat olan 2 qutu “Predo Pampers N2”, ümumi dəyəri 37 manat olan 2 qutu “Fresko gold”, ümumi dəyəri 35 manat olan 2 qutu “Fresko 1,2”, ümumi dəyəri 64 manat olan 2 qutu “Nan” uşaq yeməyi, 1 ədəd 18,50 manat dəyərində “Qlukometr çöpü(Nimo)”, 1 ədəd 38 manat dəyərində “Qlukometr cihazı(Nimo)”, 1 ədəd 18 manat dəyərində “Tanometr (Nimo)”, ümumi dəyəri 37 manat olan 2 ədəd “Tanometr (LG)”, ümumi dəyəri 58,50 manat olan 10 qutu “Durex” markalı prezervativ oğurlanmış, dərman preparatları və məhsulların oğurlanması ilə ona ümumilikdə 2080 manat ziyan dəymişdir. Oğurluq nəticəsində isə ümumi olaraq ona 2578 manat ziyan dəymişdir. Oğurluq edilməsində heç kimdən şübhələnməmişdir. Hal-hazırda ona dəymiş zərərdən 1000 manat ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, o, Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa Ocağı” adlı aptekdə satıcı işləyir. 05 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində işlədiyi aptekə gəlmişdir. Günorta saat 13:15 radələrində aptekdə olan zaman əvvəllər tanımadığı 30-35 yaşlı bir nəfər oğlan aptekə girib Solidoste və Metafalin dərmanlarını qiymətlərini soruşmuş, o isə qiymətləri bildirmişdir, daha sonra “Ringer” adlı sistem məhlulu istəmiş, o isə əlinə paket alıb aptekin içərisində arxa tərəfdə olan otaqdan ampulaları yığmaq üçün arxa otağa keçmiş, həmin vaxt aptekdə olan həmin naməlum şəxs içəri keçib ona yaxınlaşmış və barmağı ilə ona “sus” deyə işarə etmiş, o isə həmin şəxsin nə məqsədlə içəri girməsini başa düşməyib əli ilə geri itələyərək çıxmasını istəmiş, lakin heç bir söz deyə bilməmiş, bu vaxt həmin şəxs əli ilə boynundan tutub onu vurmuş və saçından dartaraq yerə yıxmış, yerə uzanan vaxt onunla heç bir işi olmadığını arvadının hamilə olduğunu və pul lazım olduğunu demiş, o isə həmin şəxsə onu buraxmasını, “gedək pulu verim” demiş, lakin həmin şəxs heç bir söz deməyib üzərində oturaraq hər iki qolunu tutub ayaqlarının arasına almış, onu buraxmayıb daha güclü zərbələrlə sifətindən vurmaqda davam etmiş və cibindən skoç dedikləri yapışqanı çıxardıb ağzını bağlamaq istəmiş, o, ona müqavimət göstərdiyi üçün ağzını bağlaya bilməmiş, daha sonra həmin şəxs üzərindən qalxıb getmək istəmiş, o isə onun arxasınca gedərkən aptekin giriş qapısının qarşısında bir nəfər əvvəllər tanıdığı Xəyal adlı şəxsin olmasını görmüş, ona xəsarət yetirən şəxsi tutub saxlamaq istəmişdir ki qaçıb gedə bilməsin, lakin həmin şəxs yenidən onu vurub saçından tutub yerə yıxmış və aptekdən çıxaraq həmin yerdən uzaqlaşmış, o isə aptekin qarşısına çıxıb qışqıraraq kömək etmələrini istəmiş, bundan sonra tanımadığı şəxslər yaxınlaşmışlar və Azər adlı əvvəllər tanıdığı şəxs ona xəstəxanaya getməyi təklif etmiş, o isə yaşadığı evə getmək istədiyini bildirmiş və həmin şəxsin avtomobili ilə yaşadığı evə getmişdir. Əlavə olaraq bildirmişdir ki, ona xəsarət yetirmiş şəxs təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, orta boylu kişi olmuş, başında qara rəngli papaq ağzında tibbi maska əlində isə ağ rəngli tibbi əlcək olmuş, həmin şəxsi görsə tanıyacağını bildirmişdir. Həmin naməlum şəxs əvvəlcə ona yaxınlaşıb barmağı ilə sus deyə işarə etmiş, lakin heç bir söz deməmiş və saçından tutub onu yerə yıxmış, sonra isə onunla işi olmadığını, arvadının hamilə olmasını pula ehtiyacı olduğunu demiş, o, həmin şəxsə onu buraxmasını “gedək pul verim” demiş, lakin həmin şəxs heç bir söz deməyib pul və ya başqa əşya verməsini tələb etməyib, əli ilə onu vurmaqda davam etmiş, sonra isə cibindən çıxardığı skoç adlanan yapışqanla ağzını bağlamaq istəmiş, lakin müqavimət göstərdiyi üçün bağlaya bilməmişdir. Həmin şəxs aptekə daxil olub təxminən 4-5 dəqiqə ərzində adlarını göstərdiyi dərmanları istəmiş, daha sonra isə o, arxaya keçib dərmanları yığan vaxt həmin şəxs gəlib pul lazım olduğunu bildirib ona xəsarətlər yetirmiş, münaqişə təxminən 10-15 dəqiqə davam etmiş, naməlum şəxs üzərindən qalxıb aptekdən çıxarkən onun arxasınca getmiş və aptekin qarşısında əvvəllər tanıdığı Xəyal adlı şəxsin olmasını görmüş aptekin içərisində isə başqa heç kim olmamış, hadisədən sonra aptekə Azər Mirzəyev, yan tərəf marketdə işləyən Nurəli və adını bilmədiyi bir neçə şəxs gəlmişlər. Naməlum şəxs ona yumruqla vurub xəsarət yetirmiş, üzərində silah qismində istifadə etdiyi heç bir alət olmasını görməmiş, sadəcə olaraq üzərindən skoç adlanan yapışqanla ağzını bağlamaq istəmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nigahdan 1 qız övladı var. Samir Əkbərovdan əvvəlki həyat yoldaşından isə 2 övladı var və hazırda onlar da əri Samirin himayəsində yaşayırlar. Ailə qurduqdan sonra bir müddət Samirin valideynləri ilə birlikdə yaşamışlar, lakin ev kiçik olduğundan yaşamaq çətin olduğu üçün Gəncə şəhərində kirayədə yaşamağa başlamışlar. Lakin maddi çətinliklərə görə o və uşaqları onun valideynləri ilə yaşamağa başlamışlar və Samir Türkiyəyə işləməyə getmişdir. Bir neçə ay sonra geri qayıtmışdır. Sonra yenə də işləmək üçün Türkiyəyə gedib geri qayıtmışdır. onun Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evi olduğundan 2022-ci ilin qış aylarında onlar həmin evə köçmüşlər. Artıq bir neçə aydır ki orada yaşamağa başlamışlar. Anası Dürdanə də hazırda onlarla birlikdə həmin ünvanda yaşayır. 14 fevral 2023-cü il tarixdə saat təxminən 17 radələrində atası Savalan onların ünvanına qonaq gəlmişdir. Onlara gəldiyi zaman da sərxoş halda olmuşdur. X20 şəhərində “Sərçə bazarı” deyilən yerdə göy-göyərti məhsulları satışı ilə məşğul olur və həmin gün də orada spirtli içki içib gəlmişdir. 15 fevral 2023-cü il tarixdə saat təxminən 08 radələrində atası Savalan əri Samirə 4 manat pul verərək ona spirtli içki (araq) almasını istəmişdir. Samir də anası X3 adına olan və Samirin özünün idarə etdiyi Vaz 2106 markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mağazalardan birinə getmişdir. Bir müddət sonra içki alaraq geri qayıtmışdır. Atası Savalan içkidən bir miqdar içmişdir. Təxminən 1 saat sonra onlar Gəncə şəhərinə getmişlər. X19 şəhəri DOS 102-də yaşadığı ünvana düşürdükdən sonra onlar Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Güllər” adlı mağazaya getmişlər. Samir kredit borclarını və kommunal ödənişlərini ödəmələrini demişdir. O da Samirə pulları olmadığını dedikdə Samir ona valideynlərindən pul aldığını bildirmişdir. Onlar “Güllər” adlı mağazada yerləşən “Milliön” ödəniş terminalından anası Dürdanə Rzaquliyevanın adına götürdükləri kreditin aylıq ödənişi olan 181 (yüz səksən bir) manat pulu ödəmişlər. Daha sonra isə həmin terminaldan “Azərqaz”a olan 498 manat borclarını, “Aztelekoma” olan 13 manat internet borclarını və Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evin aylıq telefon borcuna görə 4 manat pul ödəmişlər. 67 manat da “Azərişıq”a olan borclarını ödədikdən sonra mağazadan çıxmışlar. Samir telefonunu təmir etdirəcəyini deyərək Gəncə şəhər Nizami prospektində “Bayraq meydanı” yaxınlığında yerləşən telefon təmiri mağazasına getmişlər. O və uşaqlar avtomobildə gözləmiş, Samir avtomobildən düşərək telefon təmiri mağazasına gedib özünə məxsus mobil telefonunu təmir etmişdirlər. Sonra isə Gəncə şəhəri M.Ə.Sabir küçəsində yerləşən "xxxx" MMC-nin baş ofisinə gedərək özünə məxsus olan və bir müddət əvvəl itirdiyi ***-***-**-** saylı mobil nömrənin dublikatını çıxartdırmışdır. Daha sonra 3 saylı xəstəxananın yaxınlığında yerləşən Beynəlxalq bankda yenə də anası X3 adına götürdükləri “Tamkart”a 250 manat borclarını ödəmişlər. Göygöl rayonu Üçtəpə kədində yerləşən “Vüsal” şadlıq sarayının yanında olan mağazadan buğda və arpa almışlar. Ardınca da Göygöl rayonu Yeni Qızılca kəndinə yaşadıqları ünvana gəlmişlər. Saat təxminən 17 radələrində azyaşlı övladımın səhhətində narahatlıq yarandığından onu Gəncə şəhərinə xəstəxanaya apararkən yolda polis əməkdaşları onları saxlatmışlar. Samiri oğurluqda şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, Samirin törətdiyi cinayət əməlləri barədə xəbərdar olmuşdur. Əlavə olaraq bildirmişdir ki, onun əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən "xxxx" mağazasından, bundan əvvəl isə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yaşıl” aptekdən oğurluq etməsi, həmçinin xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa ocağı” adlı aptekə girərək soyğunçuluğa cəhd etməsi barədə heç bir məlumatı olmamışdır. X22 hər zaman sakit təbiətli olmuşdur. Onun bu cür əməllər törətməsi onda təəccüb doğurmuşdur. O, X22dan onların pulunun olmadığını və kredit borclarına, kommunal ödənişlərinə, bundan başqa digər alış-veriş etdikləri məhsullara xərclədikləri pulları haradan aldığını soruşduqda Samir ona pulun böyük bir qismini valideynlərindən aldığını, az bir hissəsini isə işlədiyi zaman qazandığı pullardan yığıb saxladığını demişdir. O da Samirin dediklərinə şübhə etməmişdir. X22 yaşadıqları ünvana bəzi vaxtlarda uşaqlar və özləri üçün ehtiyacları olan dərman preparatları və siroblar alıb gətirmişdir. Xeyli miqdarda hər hansı dərman və ya sirob alıb gətirməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə cinayət proses iştirakçılarının məhkəmə araşdırmasının tamamlanmasına dair rəylərini nəzərə alaraq zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından "xxxx" MMC-nin müxtəlif mağazalarında çalışmış, 31 avqust 2022-ci il tarixdə isə Göygöl rayonu Yeni Qızılca kəndində "xxxx" MMC-nin yeni mağazası açıldıqdan sonra həmin mağazada administrator vəzifəsində çalışmağa başlamışdır. Hər gün saat 07 radələrində mağazanı o özü açmış, axşam isə saat 22 radələrində mağazanı yenə də özü bağlamışdır. Mağazada hal-hazırda özü ilə birlikdə 4 nəfər işçi çalışır. Adil və Eşqin adlı işçilər mağaza açıldığı vaxtdan mağazada çalışırlar, Gülnarə adlı qadın isə 2 gündür ki mağazada çalışmağa başlamışdır. Gülnarədən əvvəl isə mağazada X9 adında bir qadın çalışmışdır. O, mağazadan siqaret oğurladığına görə xx.xx.2023-cü il tarixdə dəymiş ziyanı ödədikdən sonra işdən azad olunmuşdur. 15 fevral 2023-cü il tarixdə saat 07 radələrində o, mağazaya gəlib mağazanı açmışdır. Axşam mağazada məhsulların sayımı olacağı üçün Gülnarə və Adili işə tez çağırmış və onlar saat 08 radələrində mağazaya gəlmişlər. Eşqin isə saat 10 radələrində gəlmişdir. Saat təxminən 09 radələrində mağazaya gələn müştərilərdən biri 100 manatlıq əskinas verdiyi üçün həmin pulu xırdalaması üçün Adilə verərək kassada olan pullardan xırdalayıb gətirməsini istəmişdir. Adil mağazanın arxa tərəfində anbar olaraq istifadə etdikləri yerdə kassanın olduğu otağa tərəf getmişdir. Bir neçə dəqiqə keçsə də, Adil gəlmədiyi üçün ona səslənmişdir. Adil gəlib kassada pul olmadığını demişdir. O, əvvəl inanmamış və Adilin pulu tapa bilmədiyini düşünüb kassanın olduğu otağa getmişdir. Kassanın qapısının açıq olduğunu və kassanın açarının da üzərində olduğunu görmüşdür. Kassanın içərisinə baxdıqda kağıza bükülmüş vəziyətdə qoyduğu 1970 (bir min doqquz yüz yetmiş) manat pulun yerində olmadığını aşkar etmişdir. Dərhal mağazada olan təhlükəsizlik kameralarına baxmış və bir nəfər 35-38 yaşlarında, orta boylu, qarabuğdayı, başında qara papağı, əynində gödəkçə olan şəxsin mağazaya müştəri kimi girib bir qədər kassanın olduğu anbarın giriş qapısının yanında gəzinib anbarda heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra içəri daxil olaraq rəfin siyirməsindən 20 manat pulu və orada olan kassanın açarını götürüb kassanı açaraq kassanın içərisində olan 1970 manat pulu da götürüb oradan çıxaraq mağazanın içkilər olan sırasından bir ədəd 0,250 qramlıq spirli içki (araq) götürərək kassaya yaxınlaşıb pulu ödədikdən sonra mağazadan çıxmışdır. Kamera görüntülərindən həmin şəxsin mağazdan təxminən 20-30 metr aralı məsafədə saxladığı VAZ 2106 markalı avtomobilə əyləşərək getdiyini bilmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, mağazanın kassasından 1970 manat, rəfin siyirməsindən isə 20 manat olmaqla ümumilikdə 1990 manat pul həmin naməlum şəxs tərəfindən oğurlanmışdır. O, həmin şəxsin kim olmasını bilməmiş, onun görüntülərinə baxdıqda da onu tanımamış, əvvəllər mağazadan həmin şəxs və ya qeyrisi tərəfindən hər hansı oğurluq hadisəsi törədilməmişdir. Kassada olan 1990 manat pul mağazanın bir gün əvvəl, yəni xx.xx.2023cü il tarixdə nağd olaraq əldə etdiyi gəlir olmuşdur. O, hər axşam mağazanın gündəlik gəlirindən əldə edilən nağd pulu kassaya qoymuş və növbəti gün saat təxminən 10-11 radələrində inkasator gəlib həmin pulu ondan sənədləşdirib götürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən "xxxx" mağazasında ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyi yerə hansı istiqamətdən gəlməsi, oğurluq hadisəsini törətdiyi yeri göstərməsi, oğurladığı pulları haradan və necə götürməsi, götürdükdən sonra hansı istiqamətdə getməsini göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən "xxxx" mağazasının qarşısında dayanaraq əli ilə Daşkəsən rayonu istiqamətini göstərərək həmin istiqamətdən mağazaya doğru gəlməsini, mağazaya daxil olduqdan sonra ətrafa baxış keçirməsini, işçilərin mağazanın ön tərəfində kassanın yanında dayandığını görüb mağazanın arxa hissəsində yerləşən anbarın açıq olan qapısından içəri daxil olmasını, daha sonra seyfin yerləşdiyi otağa daxil olub otaqda olan masanın gözündən əvvəl 20 manatlıq pul əskinasını götürərək geri qayıtmasını, mağazanı işçilərinin hələ da başının qarışıq olduğunu görüb yenidən seyfin olduğu otağa geri qayıtmasını, masanın gözündə olan seyfin açarını götürüb seyfi açaraq içərisində olan 1970 manat pulu götürüb yenidən mağazanın içərisinə qayıtmasını, spirtli içkilərin olduğu piştaxtadan 1 ədəd spirtli içki götürdükdən sonra kasaya yaxınlaşıb içkinin pulunun ödəməsini və daha sonra da gəldiyi istiqamətdə geriyə getməsini bildirmiş və hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 339 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində - sol gözətrafı nahiyyədə 6,0x5,0 sm, sol qulaq seyvanını əhatə edən, sol qulaqarxası nahiyyədə 3,0x2,0 sm, sol mil-bilək oynağının iç səthində 4,0x2,0 sm ölçülərdə şişkinlik fonunda solğun göyümtül rənglərdə qançırlar vardır. Xarici burun şişkindir, əllədikdə ağrılıdır, burun tənəffüsü hər iki tərəfdə normaldır. Hər iki dodaqlar şişkindir, selikli səthlərində 1,0x0,3 sm, 0,9x0,3 sm, sol qaş nahiyyəsində 1,8x0,3 sm ölçülərdə qeyri-düz konturlu, dərinlikləri 0,2-0,3 sm olan qançırlar küt mexanizimdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxta və şəraitdə əmələ gəlməyə uyğundurlar, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yaşıl adlı aptekdə ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyi yerə hansı istiqamətdən gəlməsi, oğurluq hadisəsini törətdiyi yeri göstərməsi, oğurladığı pulları haradan və necə götürməsi, götürdükdən sonra hansı istiqamətdə getməsini göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yaşıl” aptekin qarşısında dayanaraq əli ilə Daşkəsən rayonu istiqamətini göstərərək həmin istiqamətdən aptekə doğru gəlməsini, aptekin yan tərəfində olan pəncərəni özü ilə gətirdiyi vintaçan ilə açdıqdan sonra aptekin içərisinə daxil olmasını, daxil olduğu otaqdan dəhlizə çıxdığını və dərman preparatlarının olduğu yerə gəlib oradakı dərman preparatlarını götürməsini, daha sonra piştaxtanın alt hissəsində olan 32 manat pulu götürməsini, içəri daxil olduğu pəncərəyə tərəf qayıtmasını və orada olan təhlükəsizlik kamerasının yaddaş paketini (DVR) görüntünün olmaması üçün söküb götürməsini, daha sonra içəri daxil olduğu pəncərədən çıxaraq gəldiyi istiqamətdə yaşadığı ünvana getməsini bildirmiş və hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Şəfa ocağı” adlı aptekdə ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yerləşən və hazırda fəaliyyət göstərməyən aptekin yerləşdiyi yeri göstərərək hadisəni törətdiyi tarixdə, yəni xx.xx.2021-ci il tarixdə həmin ünvanda yerləşən aptekə daxil olaraq aptekin qadın işçisinə dərman sifariş verdikdən sonra sonuncunun aptekin arxa hissəsinə keçməsini, o, kassada olan pulları götürmək üçün piştaxtanın arxasına keçdiyi zaman aptekin işçisinin geri qayıtması və üzbəüz gəldikləri zaman ona əl işarəsi ilə susmasını deyib, ona zərər vurmayacağını və ona pul lazım olduğunu deyib kassada olan pulları tələb etməsini, lakin qadın işçinin ona müqavimət göstərərək aptekdən çıxmasını tələb etməsindən sonra aptekin arxa hissəsində aralarında mübahisənin yaranmasını, aptekin işçisini zərərsizləşdirmək üçün onun əl-qolunu yapışqan lentlə (skoç) bağlamağa cəhd etməsini, lakin bunu bacarmadıqda aptekin işçisinin müqavimətini qırmaq üçün ona bir neçə dəfə əl zərbələri ilə vuraraq aptekdən çıxıb qaçmasını, hadisə vaxtı oradan heç bir məbləğdə pul və ya dərman preparatı götürməməsini bildirmiş və hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2023-cü il tarixli 9/2366 nömrəli ekspert rəyindən məlum olur ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən apteklərdə, internet saytlarında və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən dərman preparatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2339,50 manat müəyyən olunur, o cümlədən: Bir ədədinin Ümumi Malların adları Miqdarı qiyməti dəyəri (manatla) (manatla)

1. “Vitamin C600”, 5 ədəd 6,50 32,50

2. “D-colerol forte” 5 ədəd 4,50 22,50

3. Çistoya Linya” əl kremi 2 ədəd 2,70 5,40

4. “şüşə butulka 120 ml 1 ədəd 6,50 6,50

5. “şüşə butulka 150 ml 2 ədəd 3,50 7,0

6. “Fəridə prsipka 5 ədəd 1,20 6,0

7. “Səidə prsipka 5 ədəd 1,20 6,0

8. “Doctor Dental” diş fırçası 10 ədəd 1,90 19,0

9. Bora plyus” kremi 2 ədəd 1,20 2,40

10. “Ketanol DUO forte” 2 qutu 13,50 27,0

11. “Ketanol 100 mq” 2 qutu 4,80 9,60

12. “deksalgin tabletka” 2 qutu 6,20 12,40

13. “Deksalgin N1 ampula” 2 qutu 3,0 6,0

14. “Ventor N10” 2 qutu 4,80 9,60

15. “Bello paket” 12 ədəd 2,0 24,0

16. “Koteks pake”t 12 ədəd 2,0 24,0

17. Always paket” 12 ədəd 2,30 27,60

18. “soska yudatka” 12 ədəd 2,0 24,0

19. “soska ayıcıq” 12 ədəd 1,90 22,80

20. Taylol hot şəkər 1 qutu 9,50 9,50

21. Aksen forte N10 5 qutu 3,0 15,0 22 Nestle peçenya 2 qutu 5,50 11,0

23. Nestle Kaşa 2 qutu 7,0 14,0

24. Teraflu N12” 1 qutu 9,80 9,80

25. “Böyük Bez L 1 qutu 49,50 49,50

26. Kleksan 0,4 N1 10 ədəd 5,70 57,0

27. Kleksan 0,6 N1 10 ədəd 9,80 98,0

28. steril əlçək 100 ədəd 0,70 70,0

29. qeyri-steril əlçək 5 qutu 10,50 52,50

30. Naftazin 0,1a 5 ədəd 0,60 3,0

31. “Flexbengel”, 2 qutu 38,0 38,0

32. “Nurafen Forte N10”, 2 qutu 4,30 8,60

33. “Spazmaqon N10”, 10 qutu 1,60 16,0

34. “Teropin Bid” antibiotik 3 qutu 5,20 15,60

35. “Serebrolizin 10 ml” 1 qutu 47,0 47,0

36. “Nolqripxot”, 5 qutu 9,60 48,0

37. “Rinza”, 3 qutu 3,0 9,0

38. “Nolqripxot Nast”, 2 qutu 19,50 39,0

39. “Calgel maz”, 2 qutu 6,50 13,0

40. “Cerebrozin kids”, 2 qutu 35,80 71,60

41. “Gofen” 9 qutu 3,10 27,90

42. “Nimesil”, 3 qutu 13,50 40,50

43. “Taylolhot pediatrix”, 2 qutu 8,0 16,0

44. “Taylolhot”, 3 qutu 9,50 28,50

45. “Nurafen 100ml”, 1 qutu 5,0 5,0

46. “Nurofen 150ml”, 2 qutu 7,0 14,0

47. “Lazolvan böyük”, 2 qutu 6,50 13,0

48. “Lazolvan pediatrix”, 2 qutu 6,50 13,0

49. “Broxsoven böyük”, 1 qutu 17,80 17,80

50. “Bronxofort uşaq”, 5 qutu 7,0 35,0

51. “Bronxofort böyük”, 5 qutu 7,0 35,0

52. “Diprospant N5”, 1 qutu 30,60 30,60

53. “Blokium B12”, 2 qutu 49,60 99,20

54. “Proretom D”, 2 qutu 6,80 13,60

55. “Doctor Dental” diş çöpü 5 ədəd 16,50 82,50

56. “Nebulazer maska”, 10 ədəd 2,8 28,0

57. “Nebulazer cihazı”, 2 ədəd 55,0 110,0

58. “Predo” nəmli salfet, 5 ədəd 1,60 8,0

59. “Predo pampers N5”, 5 qutu 16,0 80,0

60. “Predo Pampers N4”, 2 qutu 16,0 32,0

61. “Predo pampers N3”, 2 qutu 16,50 33,0

62. “Predo Pampers N2”, 2 qutu 16,0 32,0

63. “Fresko gold”, 2 qutu 18,50 37,0

64. “Fresko 1”, 1 qutu 17,50 17,50

65. “Fresko 12”, 1 qutu 17,50 17,50

66. “Nan” uşaq yeməyi, 2 qutu 32,0 64,0

67. “Qlukometr çöpü(Nimo)”, 1 ədəd 18,50 18,50

68. “Qlukometr cihazı(Nimo)”, 1 ədəd 38,0 38,0

69. “Tanometr (Nimo)”, 1 ədəd 18,0 18,0

70. “Tanometr (LG)”, 2 ədəd 18,50 37,0

71. “Durex” prezervativ, 10 qutu 5,80 58,0

72. DVR DS 7116HQHİ-K1” kamera 01 ədəd 250,0 250,0 yaddaş cihazı Cəmi: 2339,50 Ekspertiza təyini haqqında qərarda göstərilən dərman preparatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2339,50 manat müəyyən olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs ACDİÜ-nün xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.6, 29,120.7.1, 29,120.2.9, 29,120.2.11, 29,186.2.2, 181.3.2, 181.3.3, 66.3-cü maddələri ilə 12 il A.M.E cəzasına məhkum edilib AR Apellyasiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 6 ilə endirilmiş, AR Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə AR Apellyasiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərar ləğv olunmuş, Apellyasiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsinə əsasən qəti olaraq 8 il A.M.E cəzasına məhkum edilib xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 06 ay A.M.E cəzasına məhkum edilib Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 08 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu saxlanc yerinə qanunsuz girməklə insanların həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq yolla talamaq istəyərək soyğunçuluğa cəhd etmiş, həmçinin təkrar saxlanc yerinə və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmçinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilsə də islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini və zərərçəkmiş şəxslərlərdən biri ilə barışmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan - 5 ədəd 100 manatlıq və 14 ədəd 5 manatlıq pul əskinasları ilə olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat pulun - sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - 5 ədəd 100 manatlıq və 14 ədəd 5 manatlıq pul əskinasları ilə olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat pulun - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov. İş № 1(066)-69/2023

Azərbaycan Respublikası adından

HÖKMDƏNÇİXARİŞ

Göygöl Rаyоn Məhkəməsi

08 iyun 2023-cü il Göygöl şəhəri.

Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2; Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə.

Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu Bağmanlar küçəsi ev 99A-da daimi qeydiyyatda olmaqla, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 180.2.3 və 29, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - 5 ədəd 100 manatlıq və 14 ədəd 5 manatlıq pul əskinasları ilə olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat pulun - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar